Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-250/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1995-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Quba rayonu, Alpan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 6,27 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşımış və 13 fevral 2025-ci il tarixdə saat 22:35-də Xətai RPİ-nin 35-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 2 ünvanında saxlanılıb videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 6,27 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, təxminən 3-4 aydır narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, narkotik vasitə olan qurudulmuş marixuana lazım olduqda Bakı şəhərində metronun Həzi Aslanov stansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını və ünvanını dəqiq bilmədiyi şəxsdən alıb istifadə etmişdir. 13 fevral 2025-ci il tarixdə saat 16-17 radələrində yenə də metronun Həzi Aslanov stansiyasının yaxınlığına gedərək orada üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə 35 manat verərək şəxsi istifadəsi üçün bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana almış və əynindəki qara rəngli şalvarın sağ yan cibinə qoymuş, sonra ünvan 5 ünvanla piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün barəsində əməliyyat-axtarış tədbirləri keçirildiyini bildirərək hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üstünə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları üzərində olan qanunsuz əşyaları çıxarıb könüllü olaraq təqdim etməsini təklif etmiş. bundan sonra şəxsi istifadəsi üçün 35 manata aldığı bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb təqdim etmiş, sonra həmin bükülü elektron tərəzidə çəkilmiş və çəkisinin 6,48 qram olması müəyyən edilmiş, sorğu zamanı həmin narkotik vasitə olan qurudulmuş marixuananı H.Aslanov metrosunun yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 35 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üstünə baxış keçirilən zaman əynindəki şalvarın sol arxa cibindən 01 ədəd «Baku kart», əynində olan göy rəngli gödəkcənin sağ cibindən isə üzərində ***-***-**-** saylı nömrə olan 01 ədəd özünə məxsus «Texno» markalı mobil telefon aşkar edilərək götürülmüş, əməliyyat tədbiri başa çatdıqdan sonra polis əməkdaşları Xətai RPİ-nin 35-ci PŞ-nə aparmış, orada təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı 13 fevral 2025ci il tarixdə saat 16-17 radələrində Bakı şəhəri, Xətai rayonu H.Aslanov metrosunun yaxınlığında üzdən tanıdığı, lakin adını, soyadını və ünvanını dəqiq bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 35 manata alaraq istifadə etməsi üçün üzərində saxlamış, narkotik vasitə istifadəçisi olsa da heç vaxt satışı ilə məşğul olmamış və kiməsə hədiyyə olaraq narkotik vasitə verməmiş, istifadəsində 01 ədəd «Texno» markalı mobil telefon və içərisində istifadə etdiyi bir ədəd ***-***-**-** saylı nömrə olmuş, adına başqa nömrə olmamış, saxlanılan zaman həmin telefonu da nömrəsi ilə birlikdə təhvil vermiş, polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsinə aparılan zaman hər hansı bir formada təzyiqə məruz qalmamışdır. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən DİO-da, 2023-cü ildən isə Xətai RPİ-nin 35-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, polis kapitanıdır. 13 fevral 2025-ci il tarixdə xidmət etdiyi şöbəyə etimad doğuran, məlum, qərəzsiz mənbədən xx xxxxxx 1995-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Quba rayonu, Alpan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi ev 2, mənzil 174-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satış məqsədi olmadan əldə edib saxlaması və daşıyaraq Bakı şəhəri Xətai rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və ya gizli üsullarla müvafiq əməliyyat tədbirinin keçirilməsi məqsədilə şöbə rəisinə məruzə olunmuş, sonra rəhbərliyi ilə şöbənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və baş əməliyyat müvəkkili, polis mayoru X4 iştirakları ilə əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışdır. 13 fevral 2025-ci il tarixdə saat 22:35-də keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunaraq ünvan 4 ünvanın yaxınlığında saxlanılmış, həmin vaxt özlərini Təqsirləndirilən şəxs təqdim edib Xətai RPİ-nin 35-ci PŞnin əməkdaşları olduqlarını bildirmiş, narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olması, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar olduğunu və üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığını bildirmiş, axtarış aparılmasına başlamazdan əvvəl Təqsirləndirilən şəxs müdafiəçinin köməyindən istifadə etmək hüququnu izah edərək üzərində narkotik vasitə, əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir qanunsuz əşya, vasitə və ya predmet vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş içərisində narkotik vasitə olan marixuanaya bənzər kütləni çıxarıb təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş və əynində olan şalvarın sol arxa cibindən bir ədəd “Bakı Kart”, əynində olan göy rəngli gödəkcənin sol cibindən bir qutu “Vinçester” markalı siqaret və həmin gödəkcənin sağ cibindən üzərində ***-***-**-** nömrə olan 01 ədəd «Texno» markalı mobil telefon aşkar edilərək götürülmüş, daha sonra həmin kütlə elektron tərəzidə çəkilərək çəkisinin 6,48 qram olması müəyyən edilmiş və həmin kütlə zərfə qoyularaq qablaşdırılıb mõhurlənmiş, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülümş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, 13 fevral 2025-ci il tarixdə saat 16 radələrində Xətai rayonu H.Aslanov metrosunun yaxınlığında üzdən tanıdığı, lakin adını, soyadını və ünvanını dəqiq bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 35 manata almasını bildirmiş, sonra bu barədə protokol tərtib edilmiş, möhürlənmiş zərfin üzəri və protokol imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılması, üzərində şəxsi axtarış keçirilməsi, üzərindən narkotik vasitə marixuanaya bənzər kütlənin aşkar edilib götürülməsi şöbənin baş əməliyyat müvəkkili, polis mayoru Nemət Hacıyev tərəfindən “İphone 13 Promax” markalı mobil telefon vasitəsi ilə videoçəkliş aparılmış və bir ədəd DVD diskə köçürülərək materiala əlavə olunmuş, sonra Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PŞ-nin inzibati binasına gətirilərək təhqiqat şöbəsinə təqdim edilmiş, Təqsirləndirilən şəxs saxlanılarkən, üzərində şəxsi axtarış aparılarkən və Xətai RPİ-nin 35-ci PŞ-nə aparılan zaman ona heç bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid Xətai RPİ-nin 35-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsi Şahid1 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; (i.v.1) - əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və üzərinə baxış keçirilməsinə dair 13 fevral 2025-ci il tarixli protokoldan görünür ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofana bükülmüş içərisində narkotik vasitə olan marixuanaya bənzər kütləni çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və həmin şalvarının sol arxa cibindən 1 ədəd BakıKart, əynində olan göy rəngli gödəkçəsinin sol cibindən 1 qutu Vinçester markalı siqaret və həmin gödəkçənin sağ cibindən üzərində ***-***-**-** saylı nömrə olan 1 ədəd Texno markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 6,48 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə qablaşdırılmış, həmin qablaşdırmanın üzəri saxlanılan şəxs, əməliyyat müvəkkilləri tərəfindən imzalandı, həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş mobil telefon, BakıKartı və siqareti götürülmüşdür; (i.v.10-11) - İş üzrə Təqsirləndirilən şəxs saxlanması və üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir; (i.v.12) - təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 14 fevral 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 01 ədəd zərfə baxış keçirilmiş, baxış zamanı 01 ədəd zərfdə şəffaf sellofanda narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunmuş, sonra həmin zərf yenidən qablaşdırılıb möhürlənmişdir. Sonra siqareti və BakıKartı əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxsə qaytarılması üçün götürülmüş, kütlə və mobil telefon götürülmüşdür; (i.v14-15) - İş üzrə təqdim olunan əşyaya baxış keçirilməsinin görüntüsü olan 01 ədəd disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir; (i.v.16) - şübhəli şəxsin tutulması haqqında 14 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə saat 22:35 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v.26-27) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/299 nömrəli 14 fevral 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 6,27 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 6,27 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 6.22 qram; (i.v.42-43) - mobil telefona baxış keçirilməsi haqqında 14 fevral 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən zamanı “Texno” markalı mobil telefon aparatında iş üçün əhəmiyyət kəsb edən hər hansı bir “WhatsApp” və “SMS” yazışmaları, telefon danışıqları və hər hansı bir “konum” olması müəyyən edilmədi; (i.v.54) - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 15 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v.57-58) - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 15 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs - xx xxxxxx 1995-ci ildə Quba rayonu Alpan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qubay rayonu, Alpan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi ev 2, mənzil 174-də yaşayan, Təqsirləndirilən şəxs barəsində Xətai RPİ İŞ-nin müstəntiqi, polis kapitanı Əbülfəz Quliyev tərəfindən 03 ay müddətinə “həbs” qətimkan tədbirinin seçilməsinə dair qaldırılmış vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır; (i.v.78-79) - qətimkan tədbirinin seçilməsi haqqında 15 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmişdir; (i.v.80-81) - 16 fevral 2025-ci il tarixli DVD disk üzrə videoyazıya baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin DVD diskdə əks edilmiş görüntülər 13 fevral 2025-ci il tarixdfə saat 22:35-də ünvan 5 ünvanında qeydə alınmışdır. Videoçəkilişə baxan zaman orada Xətai RPİ-nin 35-ci PŞ-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1, polis kapitanı Şahid2 və videoçəkiliş edən baş əməliyyat müvəkkili, polis mayoru X7 olması görünür. əynində qara rəngli şalvar və göy rəngli gödəkcə olan şəxs isə Təqsirləndirilən şəxsdur. Əməliyyat müvəkkili X12 Əhmədova hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya vardırsa onu təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş içərisində narkotik vasitə olan marixuanaya bənzər kütləni çıxarıb təqdim edir, sonra baxış zamanı əynində olan həmin şalvarın sol arxa cibindən 01 ədəd «Baku kart», daha sonra əynində olan göy rəngli gödəkcənin sağ cibindən üzərində ***-***-**-** saylı nömrə olan 01 ədəd “Texno” markalı mobil telefon aşkar edilib götürülür, sonra həmin kütlə elektron tərəzidə çəkilərək çəkisinin 6,48 qram olması müəyyən edilir və kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri imzalanır; (i.v.84-85) - 16 fevral 2025-ci il tarixli DVD disk üzrə videoyazıya baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin DVD diskdə əks edilmiş görüntülər 14 fevral 2025-ci il tarixdə ünvan 7 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PŞ-nin inzibati binasında Xətai RPİ-nin 35-ci PŞ-nin təhqiqatçısı polis polkovnik-leytenantı X1 xidməti iş otağında aparılır. Videoçəkilişə baxan zaman Xətai RPİnin 35-ci PŞ-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1, polis kapitanı Şahid2 və videoçəkiliş edən baş əməliyyat müvəkkili, polis mayoru X7 olması görünür. əynində qara rəngli şalvar və göy rəngli gödəkcə olan şəxs isə Təqsirləndirilən şəxsdur. Əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və kağız zərfdə qablaşdırılmış içərisində 01 ədəd sellofana bükülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlə, 01 ədəd «Baku kart», üzərində ***-***-**-** saylı nömrə olan 01 ədəd «Texno» markalı mobil telefon X3a təqdim edilir. X3 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən videogörüntüyə əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim edilmiş mobil telefonda baxış keçirilir. X3 tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuananın özünə məxsus olmasını, şəxsi istifadəsi üçün əldə etməsini və polis əməkdşalrı tərəfindən saxlanılan zaman ona qarşı hər hansı bir təzyiqin olmadığını bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Məmmədağa Əhmədov Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülüb qablaşdırılmış kütlənin ekspertizaya və mobil telefonun isə istintaqa təqdim ediləcəyini bildirilir; (i.v.86-87) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 24 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (i.v.99) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X13 tərəfindən verilmiş 7 mart 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü, Quba rayonu, Alpan ərazi dairəsi, Alpan kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb; (i.v.102) - "xxxx" MMC tərəfindən daxil olmuş 10 mart 2025-ci il tarixli sorğuya cavabdan görünür ki, 1 ədəd CD disk iş materiallarına əlavə edilmişdir; (i.v.103-104) - diskə baxış keçirilməsi haqqında 11 mart 2025-ci il tarixli protokoldan görünür ki, əmin diskdəki fayllara baxış keçirilən zaman orada narkotik vasitələrin satışı ilə bağlı istintaq üçün əhəmiyyət kəsb edən hər hansı bir zəng və sms məlumatlar aşkar edilməmişdir; (i.v.105) - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X2 xx.xx.2021-ci il tarixində nikahları qeydə alınmışdır; (i.v.121) - Azərbaycan Respublikası Quba Rayonu İcra Hakimiyyəti Başçısının Alpan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 109 nömrəli xasiyyətnaməsindən və 108 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Alpan kəndində qeydiyyatdadır. Onun barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır; (i.v. 122-123) - “Quba Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş 3 aprel 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü, Quba rayonu, Alpan kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs, Quba Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur; (i.v.124) - "xxxx" MMC tərəfindən daxil olmuş 09 aprel 2025-ci il tarixli sorğuya cavabdan görünür ki, anten məlumatları iş materiallarına əlavə edilmişdir; (i.v.126-127) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin xx.xx.2025-ci il tarixli 949 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; (i.v.130-131) - 18 aprel 2025-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və həmin tarixdə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır; (i.v.132-140) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən təmiz çəkisi 6,27 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və əməlindən peşman olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 13 fevral 2025-ci il tarixdən 15 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş ilkin təmiz çəkisi 6,27 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,22 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 72 (yetmiş iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 11 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 02 (iki) gün həbsdə saxlama müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 6,22 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan – 03 (üç) ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (yüz altmış beş) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-250/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-250/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver