Məhkəmə qərarları › İş №1(011)-251/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-251/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-251/2023 13.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-384/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, üzərində 01(bir) il 07(yeddi) ay 11(on bir) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə, 06(altı) ay 24(iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası qalmış və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, 23 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq etibarnamə olmadan və nəqliyyat vasitələri üzərində idarə etmək hüququnun məhdudlaşdırılmasına baxmayaraq, “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozub idarə etdiyi və texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı **- GY-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanda hərəkətdə olarkən geriyə dönmək məqsədilə sola doğru manevr edərək qarşı əks hərəkət zolağına çıxmış, bu zaman qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə 40-50 km/saat sürətlə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Yamaha” markalı mopedlə toqquşması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol qamış sümüyünün bayır kondilusunun oynaqdaxili qapalı, çoxqəlpəli yerdəyişən sınığı, döş qəfəsi nahiyyəsində qançır və sol baldır nahiyəsində əzilmiş səthi dəri yaraları dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR zərər vurulmasına aid bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Günəşli qəsəbəsində yerləşən “BOLT” şirkətinin ofisinə yaxınlaşaraq taksi üçün arendaya minik avtomobili götürmək istəmişdir. “BOLT” şirkətinin ofisinin balansında olan **-GY-*** dövlət qeydiyyat nişanlı “TOYOTA” markalı, “PRİUS” modelli, metal rəngli minik avtomobili ofisdən götürüb, taksi fəaliyyəti ilə məşğul olmaq üçün sürüb getmişdir. Avtomobili idarə edərkən İsmayılov küçəsində yol hərəkəti qaydalarını pozaraq, dönmə əməliyyatını həyata keçirməyə başlamışdır, bu zaman öz yolu ilə gələn moped ilə toqquşmuşdur. Qəza işıqlarını yandırıb avtomobildən düşmüşdür. Toqquşma yerində sınmış mopedi, yaralı moped sürücüsünü görmüş və ona yaxınlaşmışdır. Ətrafdakılardan xahiş etmişdir ki, təcili tibbi yardıma zəng etsinlər. 10 dəqiqədən sonra təcili tibbi yardım avtomobili hadisə yerinə gəlmiş və özünü Zərərçəkmiş şəxs kimi təqdim edən moped sürücüsünü təcili tibbi yardım avtomobili xəstəxanaya aparmışdır. O təcili yardım avtomobilinin ardınca özü də xəstəxanaya getmişdir. Xəstəxanada zərərçəkmişin sol ayağında sınığın olması müəyyənləşdirilmiş və qips qoymuşdur. Beləliklə o, hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini və sonuncunun ona qarşı şikayətinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, bir neçə aydır ki, kuryer kimi çalışır. xx.xx.2022-ci il tarixdə təxminən saat 16:50 radələrində Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən mənzilə növbəti sifarişi çatdırmış və işi ilə bağlı sürdüyü “YAMAHA” markalı “ZMS” modelli mopedlə üzü Yeni Günəşli massivinə qalxmağa başlamışdır. Təxminən 5-7 dəqiqədən sonra Günəşli massivində fəaliyyət göstərən “Ləzzətli Lahmacun” adlı ailəvi restoranın yanında **-GY-*** dövlət nömrə nişanlı “TOYOTA” markalı “PRİUS” modelli minik avtomobilin sürücüsü heç bir xəbərdaredici siqnalar verməyərək, açıq aşkar yol hərəkəti qaydalarını pozmaqla, qarşısına çıxmışdır. Həmin anda mopedlə təxminən 40-50 km/saatda sürətlə hərəkət edirdi. Həmin avtomobillə toqquşma baş vermişdir. Toqquşma nəticəsində idarə etdiyi mopedin qabağı deformasiya olaraq, yararsız hala düşmüşdür. Onu vuran avtomobilin sürücüsü olan, özünü Sərxan kimi təqdim edən şəxs nəqliyyat vasitəsindən düşüb ona yaxınlaşmış, halını soruşmuş və o, cavab verərək demişdir ki, təcili xəstəxanaya çatmalıdır. Ona görə təcili tibbi yardım çağırılmışdır. Təcili tibbi yardım avtomobili onu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırmışdır. Orada ona ilkin tibbi yardım göstərərək ayağını qipsə qoymuşlar. Sərxan ona öz mobil telefon nömrəsini verərək bildirmişdir ki, tibbi yardım olunması üçün xərc çəkmişdir. Həmin gündən sonra Sərxan nə ona zəng etmiş, nə də mobil telefonu götürmüşdür. Ona dəymiş ziyan 2500 (iki min beş yüz) manat, idarə etdiyi hazırda yararsız vəziyyətdə qalmış “YAMAHA" markalı mopedin təmirinə isə 2.112 (iki min yüz on iki) manat tələb olunmuşdur. Beləliklə o, məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini və ona qarşı heç bir şikayətinin olmadığını bildirərək onun əfv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, “Toyota Prius” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir və həmin avtomobil ona xx.xx.2021-ci il tarixdən məxsusdur. Təxminən 1 ildən çoxdur ki, həmin avtomobili “Bolt” taksi şirkətinə icarəyə vermişdir. O, nə həmin avtomobili idarə etmiş Təqsirləndirilən şəxs, nə də ki, mopedin sürücüsü Zərərçəkmiş şəxs tanımır, onlarla heç bir münasibətdə olmamışdır. Avtomobil ilə əlaqədar heç bir şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 2022-ci ildən «BOLT» şirkətinin partnyoru kimi fərdi sahibkar kimi fəaliyyət göstərir və qarajları Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşir. Təqsirləndirilən şəxs taksi sürücüsü kimi tanımış və münasibətləri normal olmuşdur. 23 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun yanına gələrək avtomobil icarəyə götürüb taksi sürücüsü kimi işləmək istədiyini bildirmiş, sürücülük vəsiqəsini təqdim etmiş, sürücülük hüququnun məhdudlaşdırılması ilə əlaqədar sistemdə heç bir məlumat olmamışdır. «Toyota Prius» markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs vermişdir ki, avtomobilə baxsın, tanış olsun, sənədləşməni sonra etsinlər. Həmin avtomobil Şahid1 məxsus olmuş və onlara icarəyə verilmişdir. Şahid1la icarə sənədləri köhnə ofisdə qaldığı üçün onların təqdim edilməsi qeyri mümkündür. Təqsirləndirilən şəxs həmin avtomobili götürüb aparmış və sonra məlum olmuşdur ki, o, İ.İsmayılov küçəsində mopedlə toqquşub və mopedin sürücüsü bədən xəsarətləri almışdır. Həmin avtomobili götürüb sonradan özü düzəltdirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 28 oktyabr 2022-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi ünvan 4 ünvana baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 12-17); nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında 29 oktyabr 2022-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus moped markalı nəqliyyat vasitəsinə baxış keçirilərək üzərində çoxsaylı zədələrin olması və istifadəyə yararsız vəziyyətdə olması müəyyən edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 19-26); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 14 noyabr 2022-ci il tarixli, 1295 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - ağrı simptomu və hərəkət məhdudluğu ilə qeyd olunan sol qamış sümüyün bayır kondilusunun oynaqdaxili qapalı, çoxqəlpəli yerdəyişən sınığı, döş qəfəsi nahiyəsində qançır və sol baldır nahiyəsində əzilmiş səthi dəri yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənədlərdə qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə yəni, sürücü qismində idarə etdiyi mopedlə hərəkətdə olarkən minik avtomobilə toqquşması nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər (i.v. 42-45); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 29 noyabr 2022-ci il tarixli tələbnamədən, hpkm və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128, 132-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.1 və 66.2-ci maddələri tətbiq olunmaqla aylıq gəlirindən 10% tutulma aparılmaqla 06 ay islah işləri cəzasına məhkum edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 46-47, 134- 136); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol- nəqliyyat hadisələri ekspertizasının 28 noyabr 2022-ci il tarixli, 8/3169 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Toyota Prius” markalı, **- GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 49-52); zərərçəkmiş şəxs qismində tanınma haqqında 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 56-57); xx.xx.2022-ci il tarixli 016-165698-1222 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin komputer uçot məlumatlarına əsasən X2 xx.xx.2018-ci il tarixdə AD 194171 nömrəli “BDCE” kateqoriyalı sürücülük vəsiqəi verilmiş, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixədək məhdudlaşdırılmışdır; ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 04 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduqda Xətai RPİ-nin İŞ-nə təhvil verilməsi qərara alınmışdır (i.v. 71); Göyçay Mənzil İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2011-ci il təvəllüdlü X7 vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 78-79); axtarışda olan şəxsin tutulması haqqında 26 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:15 radələrində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs kimi tutulmuşdur (i.v. 81); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsindən həmin Məcəllənin 263-1.1-ci maddəsinə tövsif edilmişdir (i.v. 102); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 104-105); diskə baxış keçirilməsi haqqında 26 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 01 ədəd “DVD-R” formatlı diskə təqsirləndirilən şəxsin iştirakı ilə baxış keçirilmiş və müəyyən olmuşdur ki, öz hərəkət istiqaməti ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Yamaha” markalı mopedlə əks hərəkət istiqamətinə sol tərəfə dönmə əməliyyatı keçirmiş və bununla da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozan Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17 radələrində “Toyota Prius” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili özünün idarə etdiyini təsdiqləmişdir (i.v. 119-120); Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən veilmiş AZ-İİ seriyalı 654802 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə Göyçay şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası isə X1r (i.v. 126); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 127-128); ifadənin yerində yoxlanılması haqqında 27 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını ünvan 3 binanın qarşısında bir daha təkrar etmişdir (i.v. 131-132); nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında 23 fevral 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Şahid1 məxsus “Toyota Prius” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilərək sağ tərəfdəki qabaq və arxa qapıda əziklərin olması müəyyən edilmiş, həmçinin avtomobilin sahibi yol nəqliyyat hadisəsindən sonra qapıların təmir edildiyini bildirmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 143-147); sübutların qiymətləndirilməsi haqqında 09 mart 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185 və 264-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və sahibinə saxlanılması üçün təhvil verilməsi nəzərə alınmış, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (i.v. 151-154); Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini və ona qarşı şikayətinin olmadığını qeyd etmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı X9 Müəssisəsi tərəfindən verilmiş 26 may 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli göndərişinə əsasən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı X9 Müəssisəsinə qəbul edilmiş və xx.xx.2019-cu il tarixdən cəzasının əvvəli hesablanmaqla cəza çəkmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(002)- 1019/2022 saylı qərarı ilə cəzasının çəkilməmiş 06 ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və həmin tarixdə müəssisənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası ƏƏSMN-nin 3 Saylı Bakı DOST Mərkəzinin 17 may 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs DSMF-dən 3-cü dərəcə əlilliyə görə 150 (yüz əlli) manat məbləğində sosial müavinat alır, təyinatın bitmə tarixi müddətsizdir. Məhkəmə iclasında 01 ədəd “DVD-R” diskdə olan videogörüntüyə baxış keçirilmiş və həmin görüntünün 26 yanvar 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokolun məzmununa uyğun olması müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın X9 müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 76.6.2-ci maddəsinə əsasən ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunur); Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: - tutulduğu və həbsdə saxlanıldığı müddət; - ev dustaqlığında saxlanıldığı müddət; - məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; - Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını(CM-59.1.4), zərərçəkmiş şəxslə barışdığını(CM-59.1.12), ona dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini(CM-59.1.13), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, İİİ dərəcə əlilliyinin olmasını (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-384/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Lakin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-384/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu və hazırki təqsirləndirildiyi cinayət əməli ehtiyatsızlıqdan törədilmiş cinayət olduğundan cinayətin residivi kimi nəzərə alınmır. Belə ki, CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından məlum olduğu kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-384/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(002)-1019/2022 saylı qərarı ilə cəzasının çəkilməmiş 06 ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lakin cəzanın çəkilməmiş hissəsi ərzində Təqsirləndirilən şəxs sürücülük hüququ olmadığını bilə-bilə Bolt taksi şirkətinə yalan məlumat verməklə həmin şirkətdən avtomobil götürərək taksi fəaliyyəti ilə məşğul olmağa başlamış, sürücülük hüququ olmadan eyni xarakterli hazırki cinayət əməlini törətmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tətbiq olunan şərti olaraq vaxtından əvvəl azad etmə CM-nin 76.6.2-ci maddəsinə əsasən ləğv edilməli və ona CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 19-cu bəndinə əsasən məhkəmələr hökmlərin məcmusu üzrə əsas və əlavə cəzaların hansı hissəsinin faktiki olaraq çəkildiyini aydınlaşdırmalı və bu hal hökmün giriş hissəsində öz əksini tapmalıdır. Çəkilməmiş cəza müddətinə məhkumun şərti olaraq vaxtından əvvəl azad edildiyi cəza müddəti, əvvəlki hökmlə təyin edilmiş şərti məhkumetmənin bütün müddəti, hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən çəkilməsi təxirə salınmış cəza müddəti aiddir. Əvvəlki hökm üzrə çəkilməmiş əlavə cəza hökmlərin məcmusu üzrə təyin edilmiş əsas cəzaya yalnız əlavə cəza qismində birləşdirilə bilər, yaxud yeni hökmlə təyin edilmiş həmin növdən olan əlavə cəza ilə CM-nin Ümumi hissəsinin müvafiq maddəsinin bu cəza növü üçün müəyyən etdiyi hədlərdən çox olmamaqla toplanıla bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli (CM-60 nəzərə alınmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.2-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli 7(002)-1019/2022 saylı qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-384/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 06 (altı) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti cəza təyin edilməli (CM-67.1), hazırki hökm üzrə təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-384/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 11 (on bir) gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ilə qismən toplanmaqla qəti cəza təyin edilməli (CM-67.5, 66.4), ona qəti olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına birləşdirilməlidir, onun ibtidai istintaq zamanı 26 yanvar 2023-cü il tarixdə tutularaq saxlanıldığı 01 (bir) gün müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), cəzasını X9 müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prius» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılmalı və ibtidai istintaq zamanı həmin avtomobilin sahibinə saxlanılması üçün verilməsi nəzərə alınmalı, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), iş üzrə 85 (səksən beş) manat məbləğində məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.2-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli 7(002)-1019/2022 saylı qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-384/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 06 (altı) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.5, 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 384/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 11 (on bir) gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası qəti olaraq təyin edilmiş 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına birləşdirilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə həbsdə saxlandığı 01 (bir) gün müddət ona təyin edilmiş 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını X9 müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Toyota Prius» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılsın və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə saxlanılması üçün verilməsi nəzərə alınsın. 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar