Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-251/2025 25.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs,, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu Dədə Qorqud qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında" iltizam növündə qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, “BC” kateqoriyalı “AC 101427" nömrəli sürücülük vəsiqəsi əsasında etibarnamə ilə texniki cəhətdən saz vəziyyətdə olan “Howo" markalı, ** SU *** dövlət qeydiyyat nişanlı yük avtomobilini 26 noyabr 2024-cü il tarixdə saat 00:30-da ünvan 3 ünvanın yaxınlığında 20 km/saat sürətlə idarə edib yolun sağdan birinci hərəkət zolağından sağdan ikinci hərəkət zolağına sola doğru manevr edərkən həmin istiqamətdə hərəkət zolağında düzünə hərəkətdə olan sürücü Şahid2 idarə etdiyi “Toyota Prius" markalı, ** EV *** dövlət qeydiyyat nişanlı taksi avtomobilinin qabaq hissəsi ilə toqquşaraq “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla yolun sağdan birinci hərəkət zolağından sağdan ikinci hərəkət zolağına sola doğru manevr edərkən toqquşma hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməmiş, nəticədə Şahid2 “Toyota Prius" markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilində sərnişin qismində olan Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağ bud sümüyünün qapalı yerdəyişmiş sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, evlidir, hər hansı bir xəstəliklə bağlı tibb müəssisələrində qeydiyyatda deyil. xx.xx.2020-ci ildən Şahid1 mülkiyyətində olan “Howo” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı özüboşaldan avtomobildə sürücü işləmişdir. Belə ki, iş olan zaman göstərilən avtomobili idarə etmiş və daşıdığı yükün müqabilində Şahid1 ödəniş etmişdir. 26.11.2 024-cü il tarixdə saat 00:30 radələrində "Howo” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı özüboşaldan avtomobil ilə 50 km/saat sürətlə Bakı şəhəri Xətai rayonu, S.B.Mehmandarov küçəsi ilə Neapol dairəsi istiqamətində yolun sağ tərəfdən 1-ci zolağı ilə hərəkət edib geriyə qayıtmaq üçün icazə verilən yerdən dönüb geri qayıtmalı olduğuna görə dönməyə icazə verilən yerə çatanda sağdan, yəni 1-ci hərəkət zolağından sol tərəfə dönməyə başlamış və həmin vaxt sol zolaqda hərəkətdə olan "Toyota Prius” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi ilə idarə etdiyi avtomobilin sol tərəf yanacaq çən hissəsi ilə toqquşmuşdur Toqquşmadan dərhal sonra avtomobildən enib "Toyota Prius” markalı avtomobilə yaxınlaşmış və görmüşdür ki, həmin avtomobilin qabaq sağ oturacağında əyləşmiş cavan oğlan sağ ayağından ciddi xəsarət alıb. Toqquşmadan dərhal sonra hadisə yerində dayanan TTYS-nın həkim briqadası bədən xəsarəti alan, hadisədən sonra şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs sağ ayağını müayinə edib X11 aparmışlar. Daha sonra hadisə yerinə Xətai RPİ-nin əməkdaşları gəlib araşdımaya başlamışlar. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 26.11,2024-cü il tarixdə saat 00:10 radələrində Bakı şəhəri Xətai rayonu, Günəşli qəsəbəsində olduğu zaman yaşadığı evə getmək üçün “Über” taksi şirkəti üzərindən taksi sifariş etmişdir. Sifarişindən 2-3 dəqiqə keçmiş olduğu ünvana “Toyota Prius" markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobil yaxınlaşmış və avtomobilə əyləşdikdən sonra şəxsiyyəti ona məlum olan Rəşad adlı sürücü hərəkətə başlamışdır. Həmin günü təxminən saat 00:30 radələrində Rəşad idarə etdiyi avtomobil ilə S.B.Mehmandarov küçəsi ilə Neapol dairəsi istiqamətinə düzünə hərəkət edərkən sağ zolaqda hərəkətdə olan “Howo” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin sürücüsü hərəkətdə olduğu zolaqdan, yəni sağ zolaqdan sola doğru manevr etmiş və nəticədə əyləşdiyi avtomobilin sağ tərəf qabaq hissəsi “Howo” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin sol tərəf yanacaq çəni ilə toqquşmuşdur. Hadisə zamanı sağ ayağından ciddi xəsarət aldığına görə əyləşdiyi avtomobilin sürücüsü Rəşad TTYS-na zəng edib hadisə yerinə həkim briqadası dəvət etmişdir. Lakin toqquşmadan qısa müddət keçmiş təsadüfən hadisə yerindən keçən TTYS-nın həkim briqadası hadisə yerində dayanıb sağ ayağını müayinə edib X11 aparmışlar. X9 həkimlər bir daha sağ ayağını müayinə edib bud sümüyündə qapalı yerdəyişmiş sınıq xəsarəti olduğunu bildirib tibbi yardımlar göstərib palataya yerləşdirmişlər, Səhəri günü özü X7 müalicədən imtina edib müalicəsinin davam etdirilməsi üçün X12 müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən zərər ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, “Howo” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı özüboşaldan avtomobil ona məxsusdur. xx.xx.2020-ci ildən həmin avtomobili etibarnamə əsasında Təqsirləndirilən şəxs idarə edir. xx.xx.2024-cü il tarixdə təxminən saat 00:30 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsinə zəng edib bildirmişdir ki, avtomobili Bakı şəhəri Xətai rayonu, S.B.Mehmandarov küçəsi ilə Neapol dairəsi istiqamətində idarə edib geriyə qayıtmaq üçün icazə verilən yerdən dönüb geri qayadanda “Toyota Prius” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi ilə toqquşub və sonuncu avtomobildə sərnişin olan cavan oğlan xəsarət alıb. Məlumatdan təxminən 30 dəqiqə keçmiş hadisə yerinə çatanda görmüşdür ki, hadisə zamanı bədən xəsarəti alan şəxsi həkimlər xəstəxanaya aparıb, polis əməkdaşları da araşdırma aparırlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 25 fevral 2025-ci il tarixli cinayət işinin başlanması və aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********** nömrəli cinayət işi başlanmış və ibtidai istintaqı aparılması üçün Xətai RPİ-nin İŞ-nə göndərilmişdir; - xx.xx.2024-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə və nəqliyyat vasitələrinə baxışı keçirilməsi haqqında” protokollardan görünür ki, yol-nəqliyyat hadisəsi ünvan 4 ünvanın qarşısında baş vermişdir. - xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə baxış protokolundan müəyyən olunmuşdur ki, X3 idarə etdiyi “Howo” markalı yük avtomobili ilə Xətai rayonu, S.B.Mehmandarov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində yük avtomobilinin sol yan hissəsində olan yanacaq çəni zədələnmişdir. Dİgər nəqliyyat vasitəsinə baxış protokolundan müəyyən olunmuşdur ki, Şahid2 idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə S.B.Mehmandarov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində avtomobilin ön qabaq və sağ qabaq qanad hissəsi zədələnmişdir. - Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 06 yanvar 2025-ci il tarixli, 1270 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sağ bud sümüyünün qapalı yerdəyişmiş sınığı müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (i.v. 32-33). - Eyni zamanda iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5 fevral 2025-ci il tarixli 8/3491 saylı ekspert rəyində qeyd olunur ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən «Howo» markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 34-37). - İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Howo" markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq, sahibinə qaytarılmışdır. - İş materiallarından görünür ki, Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin X14 şöbəsindən daxil olmuş məktubla müəyyən edilmişdir ki, xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cü il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AC 101427 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. - İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika narkoloji Mərkəzi” X10 alınmış “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 26 noyabr 2024-cü il tarixli, 2/65508 nömrəli protokolda Təqsirləndirilən şəxs ayıq olması qeyd edilmişdir. - İş materiallarından görünür ki, 12 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir. (i.v. 93) Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı X5 yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsində avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: Məhkəmə baxışının gedişində cinayət təqibinə xitam verilməsinin əsaslarına dair 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs səmimi peşmanlığını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkənə dəymiş ziyanı tam şəkildə ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs idarə etdiyi «Howo» markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 (iyirmi bir) iş saatına görə 231 (iki yüz otuz bir) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı (28 aprel 2025-ci il tarixli dəyişikliklə) ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirəyə məruz qalınası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs idarə etdiyi «Howo» markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 231 (iki yüz otuz bir) manat pul ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-251/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-251/2025
25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver