Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-252/2022 03.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,175 qram və 0,250 qram olmaqla ümumi təmiz çəkisi 0,425 qram narkotik vasitə heroin əldə edib, saxlamaqla daşımış və 11 fevral 2022-ci il tarixdə həmin narkotik vasitəni 30 manat pul müqabilində tanışı Şahid1 satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 11 fevral 2022-ci il tarixdə saat 18:30 dəqiqədə sonuncu ünvan 2 ünvanın qarşısında saxlanılıb ünvan 3n 35-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sol arxa cibindən iki ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,175 qram və 0,250 qram, ümumi təmiz çəkisi 0,425 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,138 qram narkotik vasitə olan heroini əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 12 fevral 2022-ci il tarixdə saat 20:20 dəqiqədə 46 saylı marşrut avtobusunun Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən sonuncu dayanacağında saxlanılıb ünvan 3n 35-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli kətan şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,138 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 il müddətində narkotik vasitənin heroin növündən istifadə etmişdir. Narkotik vasitə aludəçisidir və mütəmadi olaraq narkotik vasitədən istifadə etmişdir. Narkotikin satışı ilə bağlı o, qeyd etmişdir ki, 11 fevral 2022-ci il tarixdə Vladislavla görüşmüş, Vladislav ona narkotik vasitə lazım olduğunu bildirmişdir. O, Vladislava demişdir ki, heroin tapa bilər. Vladislav onunla razılaşmışdır. O, Tural adlı tanışına zəng edərək narkotik vasitə almaq istədiyini bidirmişdir. Bir müddət sonra həmin şəxs ona heroin gətirmiş, o da onun əvəzinə 20 manat məbləğində pul vermişdir. Daha sonra o, həmin narkotik vasitəni Vladislava vermiş, əvəzində isə 30 manat pul almışdır. Bundan əlavə o, qeyd etmişdir ki, 12 fevral 2022-ci il tarixdə Bakı şəhər, Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən 46 saylı avtobusun sonuncu dayanacağında iki nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini müəyyən etmək üçün vəsiqəsini istəmişlər. Özünü təqdim etdikdən sonra əllərini ciblərinə salmağa imkan verməyərək yaxınlıqda olan 35-ci PB-nə aparmışlar. Həmin tarixdə onun üzərində narkotik vasitə olmamışdır, lakin ona həm narkotik vasitələrin istifadə, həm də satışı ilə məşğul olması ilə bağlı ittiham elan olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittiham hissəsində əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, 12 fevral 2022-ci il tarixdə narkotik vasitə almaq üçün Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsinə getmişdir. Orada haqqında heç bir məlumata sahib olmadığı “Tural” adlı şəxsdən 20 manata bir büküm narkotik vasitə olan heroin almışdır. Həmin gün saat 17 radələrində narkotik vasitənin bir qismini istifadə etdikdən sonra qalan hissəsini əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur. 12 fevral 2022-ci ildə tarixdə saat 20 radələrində Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən 46 saylı avtobusun sonuncu dayanacağında iki nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini müəyyən etmək üçün vəsiqəsini istəmişlər. Polis Bölməsində vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman boz rəngli kətan şalvarının sağ yan cibindən bir ədəd bükümdə olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Bundan sonra narkotik vasitə olan heroini kimə satdığını soruşduqda polis əməkdaşlarına video çəkiliş zamanı etiraf etmişdir ki, Şahid1 heroin satmışdır. Saxlanılan zaman polis əməkdaşları üzərində axtarış aparmamış və heç bir fiziki güc tətbiq edilməmişdir. 11.02.2022-ci il tarixdə Şahid1 narkotik vasitə heroin satmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitədən başqa nə yaşadığı evdə, nə də başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Tural adlı şəxsi yalnız ötəri tanımışdır. Tural ilə 11 və 12 fevral 2022-ci il tarixdə Xətai rayonu, Zeytun küçəsində rastlaşmışlar. Söhbət zamanı Tural özündə olan narkotik vasitə heroini satmaq istədiyini bildirmişdir. Turaldan narkotik vasitələri almışdır. Aldığı narkotik vasitəni istifadə etmək üçün üzərində saxlayaraq daşımışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, inyeksiya yolu ilə narkotik vasitə heroin istifadə edir. 11 fevral 2022-ci il tarixdə saat 17:30 dəqiqədə ünvan 5 ünvanın qarşısında yerləşən “Buynuz” adlı kafenin yaxınlığında əvvəllər tanıdığı bir neçə dəfə narkotik vasitə aldığı tanışı Samirlə görüşərək ona narkotik vasitə almaq istədiyini bildirmişdir. Samir heroin tapa biləcəyini qeyd etmişdir, daha sonra Samir getmiş və bir müddət sonra ona narkotik vasitə gətirmişdir. Həmin narkotik vasitə üçün o Samirə 30 manat pul vermişdir. Bir qrama yaxın narkotik vasitə heroini iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə almışdır. Həmin narkotik vasitənin bir qismini dərhal qəbul etmişdir. Qalan narkotik vasitəni isə üzərində gəzdirmişdir. Saat 18:30 dəqiqədə “Buynuz” kafesinin yaxınlığında sərnişin avtobusuna minmək istədikdə polis əməkdaşları onu saxlayaraq özlərini təqdim edib əllərini ciblərinə salmağa imkan vermədən polis bölməsinə gətirmişlər. Polis bölməsində hüquq və vəzifələri izah olunmuş, vəkil dəvət olunmuşdur. Vəkil və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının arxa sol cibindən iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş heroini təqdim etmişdir. Həmin narkotik vasitələrin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilməmiş və heç bir fiziki güc tətbiq edilməmişdir. Polis bölməsində də narkotik vasitəni istifadə etmək üçün Samirdən aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, məxfi əməkdaşdan ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri əldə edib istifadə etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. 12 fevral 2022-ci il tarixdə saat 20:20 dəqiqədə ünvan 6 ünvanın qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin həmin ünvana yaxınlaşmasını görüb onu saxlamış xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxs özünü xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə narkotik vasitələri əldə edib istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu bildirib, qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış edərək onu 35-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddələrin və əşyaların olmasına şübhələr olduğundan sonuncunu 35-ci PB-nə gətirərkən əllərini ciblərinə salmağa imkan verməmişlər. Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı raport ilə rəisə məruzə etmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına vəkil dəvət edilərək təqdim edilmiş və videoçəkiliş edərək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılmasına başlanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılmasında sonuncunun vəkili və 35-ci PB-nin kiçik əməliyyat müvəkkili polis kiçik serjantı Şahid3 iştirak etmişlər. Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli kətan şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxardıb təqdim edərək bükümün içərisində narkotik vasitə heroin olduğunu demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılmış, həmin bükümdə qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli narkotik vasitə hesab edilən heroinə bənzər maddənin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin heroini 12.02.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsində tanımadığı, anket məlumatlarını bilmədiyi Tural adlı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç nə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs 12.02.2022-ci il tarixdə saat 17 radələrində Şahid1 narkotik vasitə olan heroin satdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 Şahid2 ifadəsi ilə oxşar məzmunda ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında 12 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1 və 234.2-ci maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (i.v. 1-3); şübhəli şəxsin tutulması haqqında 12 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:20-də Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 30); şəxsi axtarış və götürmə aparılması haqqında 12 fevral 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli kətan şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyi olan maddəni çıxarıb təqdim edərək həmin maddənin narkotik vasitə heroin (kakos) olduğunu, 12.02.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsində haqqında heç bir məlumata sahib olmadığı “Tural” adlı şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün almasını, 12 fevral 2022-ci il tarixdə saat 20:20 radələrində İnqilab İsmayılov küçəsi 46 saylı marşrut avtobusunun sonuncu dayanacağında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Həmin büküm “Pocket Scale” markalı elektron tərəzi ilə çəkilmiş və həmin maddələrin sellofanla birlikdə ümumi çəkisinin 1.23 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “zərflər üçün” 154 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 41- 42); axtarış aparılması haqqında 12 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir, həmçinin fotoşəkillər çəkilərək protokola əlavə olunmuşlar (i.v. 47-52); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2022-ci il tarixli, 6/893 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs..” sözləri olan 1 № - li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,138 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 58-61); şübhəli şəxsin dindirilməsi haqqında 13 fevral 2022-ci il tarixli protokoldan görünür ki, o, narkotik vasitə aludəçisi olduğunu, təxminən 10 ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə etdiyini, 12 fevral 2022-ci il tarixdə narkotik vasitə almaq üçün Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsinə gedərək orada haqqında heç bir məlumata sahib olmadığı “Tural” adlı şəxsdən 20 manata bir büküm narkotik vasitə olan heroin aldığını, həmin heroinin bir qismini həmin gün saat 17 radələrində istifadə etdiyini, qalan hissəsini isə əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığını bildirmiş, həmçinin 11.02.2022-ci il tarixdə Şahid1 ona yaxınlaşaraq narkotik vasitə olan heroin istədiyindən ona 30 manata 2 büküm heroin satdığını etiraf etmiş və “ifadəmə başqa əlavəm yoxdur, ifadə mənim sözlərimlə yazıldı, mənə ucadan oxundu, özümdə oxudum, düzdü, doğru olduğunu” qeyd edərək öz imzası ilə təsdiq etmişdir (i.v. 66-67); 13 fevral 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 68-69); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 14 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələri ilə ittiham elan olunmuşdur (i.v. 70- 71); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.02.2022-ci il tarixli 4(011)-85/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12.02.2022-ci il tarixdən hesablanmışdır (i.v. 88-91); diskə baxış keçirilməsi haqqında 14.02.2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 12 fevral 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 92-93); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 6/1063 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan 1 № - li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,088 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə üzərində “...Şahid1 üzərindən...” sözləri olan 2 № - li zərfdəki iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,345 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 105-108); 98 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 29.03.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 116); Azərbaycan Respublikası BƏSİİ-dən alınmış 07.04.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23.07.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 30.12.2014-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 04 ay 29 günü hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur (i.v. 133-134); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsinin 11.04.2022-ci il tarixli 1741 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 135-136); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 18.04.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə yenidən ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, Azərbaycan Respublikası ƏN-nin MEM-nin 13.02.2022-ci il tarixli 6/893 saylı, 18.03.2022-ci il tarixli 6/1063 saylı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin 11.04.2022-ci il tarixli 1741 saylı rəyləri, şəxsi axtarış və götürmə, diskə baxış və üzləşdirmə protokolları sübut növü kimi qiymətləndirilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.038 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış, 01 ədəd DVD-R disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (i.v. 149-157); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 18 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur (i.v. 164-166); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 18 aprel 2022-ci il tarixli protokoldan görünür ki, o, narkotik vasitə aludəçisi olduğunu, təxminən 10 ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə etdiyini, 12 fevral 2022-ci il tarixdə narkotik vasitə almaq üçün Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsinə gedərək orada haqqında heç bir məlumata sahib olmadığı “Tural” adlı şəxsdən 20 manata bir büküm narkotik vasitə olan heroin aldığını, həmin heroinin bir qismini həmin gün saat 17 radələrində istifadə etdiyini, qalan hissəsini isə əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığını bildirmiş, həmçinin 11.02.2022-ci il tarixdə Şahid1 ona yaxınlaşaraq narkotik vasitə olan heroin istədiyindən ona 30 manata 2 büküm heroin satdığını, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki güc tətbiq edilmədiyini etiraf etmiş və “ifadəmə başqa əlavəm yoxdur, ifadə mənim sözlərimlə yazıldı, mənə ucadan oxundu, özüm də oxudum, düzdü, doğru olduğunu” qeyd edərək öz imzası ilə təsdiq etmişdir (i.v. 176-178); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 03 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 7(010)-530 saylı 30.12.2014-cü il tarixli qərarı ilə 05 ay 01 gün müddətinə azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs cəzasının 29.05.2015-ci il tarixdə başa çatması ilə əlaqədar o, qeydiyyatdan çıxarılmışdır. Məhkəmə istintaqı zamanı 1 ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli kətan şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli maddəni çıxarıb təqdim edərək həmin maddənin narkotik vasitə heroin olduğunu, 12.02.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsində haqqında heç bir məlumata sahib olmadığı “Tural” adlı şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını, həmçinin narkotik vasitə satıcısı olduğunu və sonuncu dəfə narkotik vasitəni “Vladislav” adlı şəxsə 20 manata satdığını bildirir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə, narkotik vasitəni üzərində daşımaması və heç kimə satmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, videogörüntüdən də məlum olur ki, şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxsa üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynində olan boz rəngli kətan şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxardıb təqdim edərək bükümün içərisində narkotik vasitə heroin olduğunu demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılmış, həmin bükümdə qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli narkotik vasitə hesab edilən heroinə bənzər maddənin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin heroini 12.02.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsində tanımadığı, anket məlumatlarını bilmədiyi Tural adlı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç nə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs 12.02.2022-ci il tarixdə saat 17 radələrində Şahid1 narkotik vasitə olan heroin satdığını bildirmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxsa üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynində olan boz rəngli kətan şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxardıb təqdim edərək bükümün içərisində narkotik vasitə heroin olduğunu demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılmış, həmin bükümdə qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli narkotik vasitə hesab edilən heroinə bənzər maddənin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin heroini 12.02.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsində tanımadığı, anket məlumatlarını bilmədiyi Tural adlı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç nə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs 12.02.2022-ci il tarixdə saat 17 radələrində Şahid1 narkotik vasitə olan heroin satdığını bildirmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 fevral 2022-ci il tarixdə saat 17:30 dəqiqədə ünvan 5 ünvanın qarşısında yerləşən “Buynuz” adlı kafenin yaxınlığında tanışı Samirdən 30 manat pul müqabilində şəxsi istifadəsi üçün narkotik vasitə heroin almışdır. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və imzası ilə təsdiq etmiş, həmçinin həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Həmçinin, barəsində həbs qətimkan tədbiri seçilən zaman belə, ona hər hansı bir təzyiqin göstərilməsi barədə məlumat verməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1.138 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM- 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23.07.2014-cü il tarixli hökmü üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, narkotik vasitənin miqdarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ilkin təmiz çəkisi 1.138 qram tədqiqatdan sonra qalıq qalmış 1.038 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD-R formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), 162 (yüz altmış iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 12 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,138 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,038 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 162 (yüz altmış iki) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-252/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-252/2022
03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver