Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-253/2020 09.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1978-ci ildə Almaniya Demokratik Respublikasının Potsdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ünvan 6, qapı 1 ünvanındakı zirzəmidə yerləşən X2 məxsus «Sultan» masaj salonunu icarəyə götürüb oranı fahişəliklə məşğul olmaq üçün istifadəyə yararlı vəziyyətə saldıqdan sonra xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində həmin masaj salonunda fahişəliklə məşğul olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 kişi müştərilərlə cinsi əlaqədə olmaları üçün şərait yaratmaqla tamah niyyəti ilə fahişəliklə məşğul olmaq üçün masaj salonunda əxlaqsız yuva təşkil edib saxlamış, xx xxxxxxx 2019-cu il tarixdə masaj salonuna müştəri kimi gəlmiş Şahid1 Zərərçəkmiş şəxs1 ilə cinsi əlaqədə olması üçün sonuncunu ona təqdim edib salonun 1 nömrəli otağında şərait yaratması müqabilində Şahid1 50 manat pul alıb onları qeyd edilən otağa yerləşdirmiş, bu barədə daxil olmuş məlumat əsasında İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə saat 17:55-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs iştirakı və icazəsi ilə «Sultan» masaj salonuna keçirilən baxış zamanı Şahid1 və Zərərçəkmiş şəxs1 masaj salonunun 1 nömrəli otağında cinsi əlaqədə olduqdan sonra yarıçılpaq vəziyyətdə aşkar edilmiş, Təqsirləndirilən şəxs masaj salonunda cinsi əlaqədə olmaq üçün yaratdığı şəraitə görə Şahid1 aldığı 50 manat pulu polis əməkdaşlarının təklifinə əsasən onlara təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində ünvan 6, qapı 1 ünvanındakı zirzəmidə yerləşən «Sultan» masaj salonunda Zərərçəkmiş şəxs1 kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 15 və ya 20 manat pulu fahişəliyə cəlb etdiyinə və masaj salonunda cinsi əlaqədə olmaq üçün şərait yaratdığına görə özünə, 15 və ya 20 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə təkrarən Zərərçəkmiş şəxs1 fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs2 müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində ünvan 6, qapı 1 ünvanındakı zirzəmidə yerləşən «Sultan» masaj salonunda Zərərçəkmiş şəxs2 kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 15 və ya 20 manat pulu fahişəliyə cəlb etdiyinə və masaj salonunda cinsi əlaqədə olmaq üçün şərait yaratdığına görə özünə, 15 və ya 20 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə təkrarən Zərərçəkmiş şəxs2 fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs3 müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində ünvan 6, qapı 1 ünvanındakı zirzəmidə yerləşən «Sultan» masaj salonunda Zərərçəkmiş şəxs3 kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 15 və ya 20 manat pulu fahişəliyə cəlb etdiyinə və masaj salonunda cinsi əlaqədə olmaq üçün şərait yaratdığına görə özünə, 15 və ya 20 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə təkrarən Zərərçəkmiş şəxs3 fahişəliyə cəlb etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 243.1 və 244.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, təxminən dörd il müddətində ünvan 3 ünvanında yerləşən «Sultan» Masaj salonunda masajçı kimi işləmişdir. 2019-cu ilin sentyabr ayının ortalarına kimi masaj salonunu Şahid5 icarə əsasında işlətmiş, bundan sonra salonu Təqsirləndirilən şəxs işlətməyə başlamışdır. Masaj salonunda müştərilər masaj olunmaq üçün vahid məbləğ olmamış, müştəridən aslı olaraq 20 (iyirmi), 25 (iyirmi beş), 30 (otuz) manat qarşılığnda xidmət göstərmişlər. xx xxxxxxx 2019-cu il tarixdə masaj salonunda olarkən əvvəllər tanımadığı sonradan adının Bəhruz olduğunu bildiyi bir nəfər şəxs ona yaxınlaşaraq masaj olunmaq istədiyini bildirmiş, o masaj xidmətinin ödənişi olan 30 (otuz) manat pulu Bəhruzdan alaraq Təqsirləndirilən şəxs verdikdən sonra salonun otaqlarından birinə keçmişlər. İş materiallarında maddi sübut kimi tanınan və Bəhruzun onunla intim münasibətdə olması üçün Təqsirləndirilən şəxs verildiyi qeyd olunan 50 (əlli) manatlıq əskinazın hansı səbəbdən bir ədəd 50 (əlli) manatlıq əskinaz olmasının səbəbini bilməmiş, o, Zülfiyyəyə yalnız masaj xidmətinin qarşılığı kimi 25 (iyirmi beş) manat vermişdir. Otaqda olarkən Bəhruz ona intim münasibətdə olmaq istədiyini bildirmiş, maddi imkanı pis olduğundan o, sonuncunun bu təklifi ilə razılaşmışdır. O, Bəhruzdan intim münasibət qarşılığında əlavə olaraq 20 (iyirmi) manat pul alaraq özündə saxlamış, intim münasibətdən Təqsirləndirilən şəxs xəbəri olmamaqla yanaşı onun Bəhruzdan aldığı puldan heç bir məbləğ Təqsirləndirilən şəxs çatmamışdır. O, həmin pulu intim münasibətdən sonra özündə saxlamaq fikrində olmuşdur. Onlar cinsi əlaqədə olduğu vaxt mülki geyimdə olan şəxslər masaj otağına daxil olaraq onları cinsi əlaqədə olduqlarını aşkar etmişlər. Bundan sonra özlərini İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edərək onları polis idarəsinə dəvət etmişlər. İbtidai istintaq zamanı müştərilər ilə masaj salonunda intim münasibətdə olmaqları üçün Təqsirləndirilən şəxs ona və digər zərərçəkmiş şəxslərə şərait yaratdığını, intim münasibətdən əldə etdikləri gəlirdən orada cinsi əlaqədə olmaq üçün şərait yaratdığına görə Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Lakin məhkəmə iclasında həqiqətləri dediyini, Təqsirləndirilən şəxs heç bir təqsirinin olmamasıyla yanaşı sonuncuya qarşı şikayət və tələbinin olmadığını, istintaqda verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadənin arasında olan ziddiyəti izah edə bilmədiyini bildirərək Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, təxminən beş il müddətində ünvan 3 ünvanında yerləşən «Sultan» Masaj salonunda masajçı kimi işləmişdir. 2019-cu ilin sentyabr ayının ortalarına kimi masaj salonunu Şahid5 icarə əsasında işlətmiş, bundan sonra Təqsirləndirilən şəxs masaj salonunu icarəyə götürmüş və ona orada qalaraq işləməsini təklif etmiş, o sonuncunun təklifi ilə razılaşaraq işləməyə davam etmişdir. Masaj salonuna gələn müştərilərdən masaj xidmətinin qarşılığı olan 20 (iyirmi), 25 (iyirmi beş), 30 (otuz) manat məbləğində pulu alaraq Təqsirləndirilən şəxs vermiş, masaj otağında müştərini masaj etdikdən sonra intim münasibətdə olduğu təqdirdə bunun qarşılığında da əlavə olaraq 20 (iyirmi), 25 (iyirmi beş), 30 (otuz) manat almış və həmin pulları özünə götürmüşdür. İntim münasibətdən əldə etdiyi pullardan heç bir məbləğ Təqsirləndirilən şəxs verməmiş, müştərilərlə müəyyən məbləğ qarşılığında intim münasibətdə olmasından sonuncunun xəbəri olmamış, sonuncu tərəfindən ona intim münasibətdə olmağı üçün şərait yaradılmamış, maddi imkanı zəif olduğundan bu əməlləri törətmişdir. xx xxxxxxx 2019-cu il tarixdə masaj salonunda olarkən mülki geyimdə olan şəxslər masaj salonuna daxil olaraq özlərini İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim etmişlər. Polis əmədaşları otaqlara baxış keçirən zaman Zərərçəkmiş şəxs1 bir nəfər müştəri ilə cinsi əlaqədə olduğunu müəyyən etmişlər. Bundan sonra onları polis idarəsinə dəvət etmişlər. İbtidai istintaq zamanı müştərilər ilə masaj salonunda intim münasibətdə olmaqları üçün Təqsirləndirilən şəxs ona və digər zərərçəkmiş şəxslərə şərait yaratdığını, intim münasibətdən əldə etdikləri gəlirdən orada cinsi əlaqədə olmaq üçün şərait yaratdığına görə Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Lakin məhkəmə iclasında həqiqətləri dediyini, Təqsirləndirilən şəxs heç bir təqsirinin olmamasıyla yanaşı sonuncuya qarşı şikayət və tələbinin olmadığını, istintaqda verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadənin arasında olan ziddiyəti izah edə bilmədiyini bildirərək Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, təxminən bir həftə əvvəl iş axtararkən iş elanlarından ünvan 3 ünvanında yerləşən «Sultan» masaj salonunda masajçı işinin olduğunu oxumuş, masaj salonuna gedərək işləmək istədiyini bildirmiş, masaj salonunun sahibi olduğunu bildirən Təqsirləndirilən şəxs ilə razılaşaraq işə başlamışdır. xx xxxxxxx 2019-cu il tarixdə masaj salonunda olarkən mülki geyimdə olan şəxslər masaj salonuna daxil olaraq özlərini İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim etmişlər. Polis əmədaşları otaqlara baxış keçirən zaman Zərərçəkmiş şəxs1 bir nəfər müştəri ilə cinsi əlaqədə olduğunu müəyyən etmişlər. Bundan sonra onları polis idarəsinə dəvət etmişlər. İbtidai istintaq zamanı müştərilər ilə masaj salonunda intim münasibətdə olmaqları üçün Təqsirləndirilən şəxs ona və digər zərərçəkmiş şəxslərə şərait yaratdığını, intim münasibətdən əldə etdikləri gəlirdən orada cinsi əlaqədə olmaq üçün şərait yaratdığına görə Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Lakin məhkəmə iclasında həqiqətləri dediyini, Təqsirləndirilən şəxs heç bir təqsirinin olmamasıyla yanaşı sonuncuya qarşı şikayət və tələbinin olmadığını, istintaqda verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadənin arasında olan ziddiyəti izah edə bilmədiyini bildirərək Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili Şahid6 bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxxx 2019-cu il tarixdə Baş idarəyə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 30C ünvanında yerləşən «Sultan» adlı masaj salonunda qadınların cinsi istismara məruz qalmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə məlumat əsasında əməliyyat qrupu yaradılmış, adı çəkilən ünvana gedərək «Sultan» adlı masaj salonunu müşahidə etməyə başlamışlar. Bir müddət sonra masaj salonuna şəxsiyyəti sonradan müəyyən edilən Şahid1 daxil olmuş, təxminən 30 dəqiqə gözlədikdən sonra onlar dəvət olunmuş hal şahidləri ilə birlikdə qeyd edilən masaj salonuna daxil olduqda özünü oranın müdiri kimi təqdim edən Təqsirləndirilən şəxs onları qarşılamış, həmin vaxt xidməti vəsiqələrini sonuncuya göstərərək DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını, masaj salonunda qadınların cinsi istismara məruz qalması barədə Baş İdarəyə məlumat daxil olduğunu bildirərək qanunvericiliyin tələblərinə əməl edərək masaj salonuna baxış keçirmişlər. Baxış zamanı salonun 1 nömrəli otağında çılpaq vəziyyətdə adının Şahid1 olması müyyən edilən bir kişi və Zərərçəkmiş şəxs1 adlı bir qadın aşkar olunmuş, eyni zamanda baxış keçirilərkən masaj salonunda bir neçə fotoşəkil çəkmişlər. Şifahi sorğu zamanı Şahid1 xx xxxxxxx 2019-cu il tarixdə saat 17 radələrində qeyd olunan masaj salonuna istirahət etmək və cinsi əlaqədə olmaq üçün gəldiyini, salonda onu qarşılayan Təqsirləndirilən şəxs masajçı qızla cinsi əlaqədə olması üçün 50 manat pul verdiyini, sonuncuya ödəniş etdikdən sonra masaj salonunun 1 nömrəli otağında masajçı kimi işləyən Zərərçəkmiş şəxs1 ilə cinsi əlaqədə olduğunu bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 da sonuncunun dediklərini təsdiq edərək qeyd olunan salonda masajçı kimi işlədiyini, müdirinin Təqsirləndirilən şəxs olmasını, müştərilərin masaj olunmaları üçün 15-20 manat ödədiyini, müştəri masaj xidmətindən başqa cinsi əlaqədə olmaq istədikdə ümumilikdə 40-50 manat pul ödəməli olduğunu, müştəri 50 (əlli) manat ödədiyi halda 25 (iyirmi beş) manatın Təqsirləndirilən şəxs, 25 (iyirmi beş) manatın isə masajçı işləyən qıza çatdığını bildirmişdir. Salonun müdiri Təqsirləndirilən şəxs onların salonda fahişəliklə məşğul olmaları üçün şərait yaratdığını qeyd etdikdən sonra Təqsirləndirilən şəxs da sonuncunun dediklərini təsdiq etmiş, Təqsirləndirilən şəxs özünün xx xxxxxxx 2019-cu il tarixdə işdə olduğunu, saat 17 radələrində salona adını sonradan bildiyi Şahid1 gəldikdə onu qarşıladığını, Bəhruzun ona istirahət etmək və cinsi əlaqədə olmaq üçün masaj salonuna gəldiyini bildirdiyini qeyd etmiş, Təqsirləndirilən şəxs Bəhruza salonda masajın qiymətinin 20 (iyirmi) manat, qadınlarla cinsi əlaqədə olması üçün isə əlavə 25 (iyirmi beş) manat ödəməklə, ümumilikdə 50 manat verməli olduğunu dediyini də etiraf etmişdir. Bəhruz ona 50 (əlli) manat pul verdikdən sonra masajçı Zərərçəkmiş şəxs1 seçib onunla birlikdə masaj salonunun 1 nömrəli otağına keçərək orada cinsi əlaqədə olmuş, Təqsirləndirilən şəxs Bəhruzun verdiyi 50 (əlli) manatın 25 (iyirmi beş) manatını özünə götürəcəyini, qalan 25 (iyirmi beş) manatı isə Zərərçəkmiş şəxs1 verəcəyini demiş, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Şahid1 ona verdiyi 50 (əlli) manat pulu təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs bir ədəd 50 (əlli) manatlıq pul əskinasını təqdim edərək Şahid1 tərəfindən verilmiş pul əskinası olduğunu demiş, təqdim olunan pul əskinası maddi sübut kimi götürülmüşdür. Həmin vaxt masaj salonunun ümumi zalında olan Yeganə Qəhramanova və Zərərçəkmiş şəxs2 salonda masajçı işlədiklərini, müştərilər masaj xidmətindən başqa cinsi əlaqədə olmaq istədikdə 40-50 manat ödədikdən sonra müştəri ilə cinsi əlaqədə olduqlarını, müştərinin verdiyi pulun Təqsirləndirilən şəxs, yarısının isə onlara çatdığını bildirmişlər. Qeyd olunan ünvanda müvafiq sənədləşdirmə aparılması üçün şəraitin olmamasını nəzərə alaraq adları qeyd olunan şəxslər Baş İdarəyə dəvət olunaraq müvafiq sənədləşmə işləri aparılmış, həmin şəxslərə heç bir təzyiq və təsir olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili Şahid7 Əlzahid oğlu digər Şahid6 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 bildirmişdir ki, uzun müddət taksi fəaliyyəti ilə məşğul olmuş, 2019-cu ilin sentyabr ayının sonlarında idarə etdiyi avtomobilə əyləşən adını xatırlamadığı müştərini ünvan 5 ünvanına apararkən, müştəri həmin ünvanda yerləşən narıncı rəngli binanın altındakı «Sultan» adlı masaj salonunu göstərərək həmin salonda qadınların masaj etdiklərini, razılaşdıqları halda eyni zamanda intim xidmət də göstərdiklərini demişdir. O, həmin salonun yerini yadında saxlamış, xx xxxxxxx 2019-cu il tarixdə Əhmədli istiqamətində müştəri apardığı zaman həmin masaj salonu onun yadına düşmüş və o özünü masaj etdirib cinsi əlaqədə olmaq qərarına gəlmişdir. Bu səbəbdən adı çəkilən ünvanda yerləşən «Sultan» masaj salonuna getmiş, salonun girişində onu adını sonradan bildiyi Zülfiyyə adlı qadın qarşılayaraq salonun icarədarı olduğunu bildirmiş, o, Zülfiyyəyə istirahət etmək məqsədi ilə salona gəldiyini, cinsi əlaqədə olmaq üçün bir qadın lazım olduğunu dedikdən sonra Təqsirləndirilən şəxs masaj salonunda qadınların oturduqları otaqdan adını sonradan bildiyi Zülfiyyə adlı başqa bir qadını çağırmış və həmin qadının onu masaj edərək cinsi əlaqədə olacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs 50 (əlli) manat ödəniş etdikdən sonra masajçı Zülfiyyə adlı qadınla birlikdə masaj salonunun bir nömrəli otağına keçmiş, həmin otaqda Zülfiyyə onu masaj etdikdən sonra cinsi əlaqədə olmağa başlamış, həmin vaxt mülki geyimdə olan bir neçə nəfər şəxs otağa daxil olaraq vəsiqələrini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Onları sorğu sual etdikdə Zülfiyyə və o özləri barədə məlumat vermiş, sorğu zamanı onu Təqsirləndirilən şəxs qarşıladığını, qadınla cinsi əlaqədə olmaq üçün Təqsirləndirilən şəxs şərait yaratdığını polis əməkdaşlarına demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan aldığı 50 (əlli) manat pulu polis əməkdaşlarına təqdim etmiş, həmin pul polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmiş, polis əməkdaşlarının sorğusu zamanı Sevinc və Yeganə adlı qadınlar da salonda fahişəliklə məşğul olduqlarını bildirmişlər. Polis əməkdaşları onları İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə getməyə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə baş idarəyə gedərək izahat vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 bildirmişdir ki, ünvan 6-də yerləşən binanın zirzəmi sahəsini 2006-cı ildə almış, xx xxxx 2013-cü ildə həmin zirzəmi sahəsini təmirsiz vəziyyətdə Şahid5 150 (bir yüz əlli) manat qarşılığında icarəyə vermiş, Əsmət icarə əsasında zirzəmini götürdükdən sonra təmir edərək hamam kimi fəaliyyətə başlamış, həmin vaxt o, Əsmətə masaj salonunda hər hansı əxlaqsız hərəkətə yol verməməsini tapşırmışdır. 2013-cü ilin sonlarında o həmin zirzəmini tanışı Eldəniz Abdullayevə satmışdır. O, zirzəmini Eldənizə satdıqdan sonrada Əsmət fəaliyyətini davam etdirmiş, həmin vaxt icarənin məbləğindən onun məlumatı olmamışdır. Əsmət zirzəminin icarə haqqını yaxınlıqda olan marketin sahibi Raminə vermiş, Eldəniz də gəlib Ramindən həmin icarə haqqını götürmüşdür. O, 2019-cu ilin oktyabr ayının əvvəllərində sosial şəbəkədən həmin zirzəmidə əxlaqsız yuva təşkil edib saxlaması faktı ilə bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının əməliyyat tədbiri keçirdiklərini görmüş, Əsmətə zəng edib ondan nə baş verdiyini soruşmaq istəsə də Əsmət onun zənginə cavab verməmiş, onun salonda baş verənlərdən məlumatı olmamış, Zülfiyyəni bir neçə dəfə salonun yaxınlığında görmüş və həmin şəxsi Əsmətin işçisi kimi tanımış, Şahid5 «Sultan» masaj salonunu işlətməsi üçün Təqsirləndirilən şəxs təhvil verməsindən onun məlumatı olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 bildirmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, Baku Electronics mağazasının qarşısında olan dayanacaqda dayanarkən əvvəllər tanımadığı, mülki geyimdə olan şəxs ona və əvvəllər tanımadığı, adının sonradan Şahid3 olduğunu bildiyi bir nəfərə yaxınlaşaraq xidməti vəsiqəsini göstərib İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olduğunu, əməliyyat tədbiri keçirdiklərini, onlardan həmin tədbirdə hal şahidi qismində iştirak etməklərini xahiş etdikdə onlar razılaşmışlar. Polis əməkdaşları onlara qadınların insan alverinə məruz qalmaları barədə məlumat alıdıqlarını, həmin məlumatın yoxlanılması üçün əməliyyat tədbiri keçirəcəklərini izah etmiş, saat 17 radələrində o və Kamil polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsinə getmiş, polis əməkdaşları yaxınlıqda yerləşən «Sultan» masaj salonunu müşahidəyə götürmüş, təxminən 25 dəqiqədən sonra masaj salonuna adının Bəhruz olması onlara sonradan məlum şəxs daxil olmuş, təxminən 20 dəqiqə sonra polis əməkdaşları masaj salonuna baxış keçirmək üçün daxil olduqda masaj salonunun girişində polis əməkdaşlarını və onları özünü oranın müdiri kimi təqdim edən, şəxsiyyəti onlara sonradan məlum olan Zülfiyyə adlı qadın qarşılamış, polis əməkdaşları xidməti vəsiqələrini həmin şəxsə göstərərək DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirib işlətdiyi masaj salonunda qadınların cinsi istismara məruz qalması haqqında Baş İdarəyə məlumat daxil olduğunu, buna görə salonun otaqlarına baxış keçirməli olduqlarını bildirmişdir. Baxış zamanı salonun 1 nömrəli otağında çılpaq vəziyyətdə adının Şahid1 olması müyyən edilən bir kişi və Zərərçəkmiş şəxs1 adlı bir qadın aşkar olunmuş, eyni zamanda baxış keçirilərkən masaj salonunda polis əməkdaşları bir neçə fotoşəkil çəkilmişlər. Şifahi sorğu zamanı Bəhruz xx xxxxxxx 2019-cu il tarixdə saat 17 radələrində masaj salonuna istirahət etmək və cinsi əlaqədə olmaq üçün gəldiyini, salonda onu qarşılayan Təqsirləndirilən şəxs nə məqsəd üçün gəldiyini izah etdiyini, 50 (əlli) manat pulun müqabilində masajçı qızla cinsi əlaqədə olması üçün Təqsirləndirilən şəxs həmin məbləğdə pul verdiyini, 50 (əlli) manat pulu Təqsirləndirilən şəxs ödədikdən sonra masaj salonunun 1 nömrəli otağında masajçı işləyən Zülfiyyə adlı qadınla cinsi əlaqədə olduğunu bildirmişdir. Otaqda olan Zülfiyyə adlı qadın da Bəhruzun dediklərini təsdiq edərək qeyd olunan salonda masajçı kimi işlədiyini, müdirinin Təqsirləndirilən şəxs olmasını, müştərilərin masajın olunmaları üçün 15-20 manat ödədiyini, müştəri masaj xidmətindən başqa cinsi əlaqədə olmaq istədikdə ümumilikdə 40- 50 manat pul ödəməli olduğunu, müştəri 50 (əlli) manat ödədiyi halda 25(iyirmi beş) manatın Təqsirləndirilən şəxs, 25 (iyirmi beş) manatın isə masajçı işləyən qıza çatdığını bildirmişdir. Təqsirləndirilən şəxs da Zülfiyə Əkbərovanın dediklərini təsdiq etmiş, Təqsirləndirilən şəxs özünün xx xxxxxxx 2019-cu il tarixdə işdə olduğunu, saat 17 radələrində salona adını sonradan bildiyi Şahid1 gəldikdə onu qarşıladığını, Bəhruzun ona istirahət etmək və cinsi əlaqədə olmaq üçün masaj salonuna gəldiyini bildirdiyini qeyd etmiş, Təqsirləndirilən şəxs Bəhruza salonda masajın qiymətinin 20 (iyirmi) manat, qadınlarla cinsi əlaqədə olması üçün isə əlavə 25 (iyirmi beş) manat ödəməklə, ümumilikdə 50 manat verməli olduğunu dediyini də etiraf etmişdir. Bəhruz ona 50 (əlli) manat pul verdikdən sonra masajçı Zərərçəkmiş şəxs1 seçib onunla birlikdə masaj salonunun 1 nömrəli otağına keçərək orada cinsi əlaqədə olmuş, Təqsirləndirilən şəxs Bəhruzun verdiyi 50 (əlli) manatın 25 (iyirmi beş) manatını özünə götürəcəyini, qalan 25 (iyirmi beş) manatı isə Zərərçəkmiş şəxs1 verəcəyini demiş, Təqsirləndirilən şəxs Şahid1 ona verdiyi 50 (əlli) manat pulu təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs bir ədəd 50 (əlli) manatlıq pul əskinasını təqdim edərək Şahid1 tərəfindən verilmiş pul əskinası olduğunu demiş, təqdim olunan pul əskinası maddi sübut kimi götürülmüşdür. Həmin vaxt masaj salonunun ümumi zalında olan Yeganə Qəhramanova və Zərərçəkmiş şəxs2 salonda masajçı işlədiklərini, müştərilər masaj xidmətindən başqa cinsi əlaqədə olmaq istədikdə 40-50 manat ödədikdən sonra müştəri ilə cinsi əlaqədə olduqlarını, müştərinin verdiyi pulun Təqsirləndirilən şəxs, yarısının isə onlara çatdığını bildirmişlər. Bundan sonra adları qeyd olunan şəxslər Baş İdarəyə dəvət olunmuşlar. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid5 göstərmişdir ki, təsadüfən Xətai rayonu, Əhmədli qəsəbəsi, General Şıxlinski küçəsindən keçərkən orada 30C ünvanındakı binanın altında yerləşən obyektin üzərində icarəyə verilməsi barədə elanı görmüş, işsiz olduğu üçün həmin obyekti icarəyə götürərək masaj salonu kimi işlətməyi qərara almış, bu məqsədlə elanda göstərilən mobil telefon nömrəsi ilə əlaqə saxlayarkən telefona cavab verən şəxs özünü Məqsəd kimi təqdim etmiş, o, Məqsəddən obyekt barəsində maraqlandıqda Məqsəd adlı şəxslə görüşüb obyekti icarəyə götürüb işlətməyi barədə razılığa gəlmiş, Məqsədlə razılaşmalarına əsasən o icarə haqqı olaraq Məqsədə 800 manat pul verməli olmuş, lakin onlar Bakı şəhəri 37 saylı Notariat kontorununa gedib xx xxxx 2013-cü il tarixli icarə müqaviləsi bağlayarkən Məqsəd müqavilədə icarə haqqı olaraq onun aylıq 150 manat pul verəcəyini qeyd etdirmiş, o, bunun səbəbini Məqsəddən soruşduğu zaman Məqsəd ona müqavilədə icarə haqqı çox qeyd olunsa vergiyə daha çox pul verəcəyini, bunun ona sərf etməyəcəyini bildirmiş, o da Məqsədin vergidən yayınmaq üçün özü qəsdən icarə haqqını 150 manat qeyd etdirdiyini anlamış, beləliklə, müqavilədə 150 manat qeyd olunsa da o Məqsədə icarə haqqı olaraq 800 manat pul vermiş, pulu bəzi vaxtlarda Məqsədin özünə bəzi vaxtlarda isə Məqsədin mağazasında işləyən Ramin adlı şəxsə vermiş, bundan sonra o Məqsədin işlərinə qarışmayaraq obyekti masaj salonu kimi işlətməyə başlamış, salonda onunla birlikdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adlı qadınlar işləmiş, həmin qadınlar obyektdə əlavə gəlir əldə etmək üçün kişilərlə cinsi əlaqədə olmaq istəsələr də o həmin qadınlara icazə verməyərək onlara o işlə məşğul olacaqları halda salondan qovulacaqlarını bildirmiş, onlar da onunla razılaşaraq salonda kişilərlə pul qarşılığında cinsi əlaqdə olmayacaqlarını bildirib buna da əməl etmişlər. Salonu işlətdiyi zaman salonda buxar otağına ehtiyac olduğuna görə bu barədə Məqsədə bildirmiş, bu zaman Məqsəd ona buxar otağını özünün düzəltdirməyini deyərək bunun qarşılığında aylıq icarə haqqını 600 manata endirəcəyini bildirmiş, o, Məqsədlə razılaşaraq masaj salonunda buxar otağı tikdirmiş və bundan sonra Məqsədə aylıq 600 manat icarə pulu vermişdir. O, həmin masaj salonunu 2019-cu ilin sentyabr ayına kimi işlətmiş, sonra Təqsirləndirilən şəxs adlı qadın onunla danışaraq həmin masaj salonunu icarəyə götürmək istədiyini bildirdikdə o Zülfiyyəyə obyektin ona məxsus olmadığını, bu barədə obyektin sahibi Məqsəd adlı şəxslə danışmağını demiş, Zülfiyyə ondan Məqsədlə necə əlaqə saxlaya biləcəyini soruşduqda o Zülfiyyəyə Məqsədin həmin ərazinin yaxınlığında olan hazırda adını unutduğu restoranına getməsini bildirmiş, bundan sonra Zülfiyyə Məqsədin restoranına gedərək öz aralarında danışıqlar aparmış və özləri razılaşmışlar. Bundan sonra Təqsirləndirilən şəxs özü oranı götürərək işlətməyə başlamış, lakin o, Zülfiyənin oranı hansı formada işlətməyi barədə məlumatlı olmamış, onun bir daha nə Məqsədlə, nə də Zülfiyyə ilə heç bir əlaqəsi olmamış, o, əvvəllər vergi pulunu öz adına açılan VÖEN hesabına ödəsə də, sonradan salonda masaj xidməti göstərən Zərərçəkmiş şəxs2 adına açılan VÖEN hesabına vergi ödənişlərini etməyə başlamış, Zülfiyyə də onun xatırladığına görə Sevincin adına açılan VÖEN hesabına vergi ödənişlərini etmiş, həmin masaj salonunda əxlaqsız yuva təşkil edilməsi barədə habelə kim tərəfindən əxlaqsız yuva təşkil edilməsi barədə onun məlumatı olmamış, o, oranı işlədən vaxtlar belə hərəkətlərə yol verilməsinə şərait yaratmamış, lakin Zülfiyyə oranı işlətməyə götürəndən sonra oranı necə işlətməsi barədə onun dəqiq məlumatı olmamış, sadəcə sonralar Zülfiyyənin orada əxlaqsız yuva təşkil etdiyi üçün polis tərəfindən ifşa edildiyini eşitmiş, Zülfiyyənin həmin işinə onun heç bir aidiyyat və ya bu işlərdə hər hansı iştirakı olmamışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid3 göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, Baku Electronics mağazasının qarşısında olan dayanacaqda dayanarkən əvvəllər tanımadığı, mülki geyimdə olan şəxs ona və əvvəllər tanımadığı, yanında dayanacaqda dayanmış bir qadına yaxınlaşaraq xidməti vəsiqəsini göstərib İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olduğunu, əməliyyat tədbiri keçirdiklərini, onlardan həmin tədbirdə hal şahidi qismində iştirak etməklərini xahiş etmiş, onlar razılaşaraq polis əməkdaşı ilə birlikdə yaxınlıqda yerləşən Baş İdarəyə getmiş, orada onlara hüqüq və vəzifələri izah olunmuş, digər hal şahidinin Şahid2 olduğunu bilmiş, polis əməkdaşları onlara qadınların insan alverinə məruz qalmaları barədə məlumat aldıqlarını, həmin məlumatın yoxlanılması üçün əməliyyat tədbiri keçirəcəklərini izah etmiş, saat 17 radələrində o və Kamil polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsinə getmiş, polis əməkdaşları yaxınlıqda yerləşən «Sultan» masaj salonunu müşahidəyə götürmüş, təxminən 25 dəqiqədən sonra masaj salonuna adının Bəhruz olması onlara sonradan məlum şəxs daxil olmuş, təxminən 20 dəqiqə sonra polis əməkdaşları masaj salonuna baxış keçirmək üçün daxil olduqda masaj salonunun girişində polis əməkdaşlarını və onları özünü oranın müdiri kimi təqdim edən, şəxsiyyəti onlara sonradan məlum olan Zülfiyyə adlı qadın qarşılamış, polis əməkdaşları xidməti vəsiqələrini həmin şəxsə göstərərək Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirib işlətdiyi masaj salonunda qadınların cinsi istismara məruz qalması haqqında Baş İdarəyə məlumat daxil olduğunu, buna görə qərar qəbul olunduğunu, həmin qərarın icrası ilə bağlı salonun otaqlarına baxış keçirməli olduqlarını bildirmiş, Təqsirləndirilən şəxs etiraz etməyərək masaj salonuna baxışın keçirilməsinə etirazının olmadığını bildirən ərizə yazıb polis əməkdaşlarına təqdim etmiş, baxış zamanı masaj salonunun yaşayış binasının zirzəmisində yerləşməklə bir ümumi zal və dörd otaqdan ibarət olması müəyyən olunmuş, salonun bütün otaqlarına baxış keçirilmiş, baxış zamanı salonun 1 nömrəli otağında çılpaq vəziyyətdə bir kişi və bir qadın aşkar edilmiş, həmin şəxslərlə polis əməkdaşları sorğu-sual apardıqları vaxt kişinin Bəhruz adlı şəxs, qadının isə Zərərçəkmiş şəxs1 olması müəyyən olunmuş, polis əməkdaşları masaj salonunda fotoşəkillər çəkmiş, şifahi sorğu zamanı Bəhruz xx xxxxxxx 2019-cu il tarixdə saat 17 radələrində masaj salonuna istirahət etmək və cinsi əlaqədə olmaq üçün gəldiyini, salonda onu qarşılayan Təqsirləndirilən şəxs nə məqsəd üçün gəldiyini izah etdiyini, 50 manat pulun müqabilində masajçı qızla cinsi əlaqədə olması üçün Təqsirləndirilən şəxs 50 manat pul verdiyini, 50 manat pulu Təqsirləndirilən şəxs ödədikdən sonra masaj salonunun 1 nömrəli otağında masajçı işləyən Zülfiyyə adlı qadınla cinsi əlaqədə olduğunu bildirmiş, otaqda olan Zülfiyyə adlı qadın da Bəhruzun dediklərini təsdiq edib qeyd olunan salonda masajçı kimi işlədiyini, müdirinin Təqsirləndirilən şəxs olduğunu, salonda masajın qiymətinin 15-20 manat olduğunu, müştəri masaj xidmətindən başqa cinsi əlaqədə olmaq istədikdə, ümumilikdə 40-50 manat pul ödəməli olduğunu, müştərinin ödədiyi 50 manat pulun 25 manatının Təqsirləndirilən şəxs, 25 manatının isə masajçı işləyən qızlara çatdığını bildirmiş, Təqsirləndirilən şəxs da Zülfiyə Əkbərovanın dediklərini təsdiq etmiş, Təqsirləndirilən şəxs özünün xx xxxxxxx 2019-cu il tarixdə işdə olduğunu, saat 17 radələrində salonda adını sonradan bildiyi Bəhruz adlı şəxsi qarşıladığını, Bəhruzun ona istirahət etmək və cinsi əlaqədə olmaq üçün masaj salonuna gəldiyini bildirdiyini qeyd etmiş, Təqsirləndirilən şəxs Bəhruza salonda masajın qiymətinin 20 manat, qadınlarla cinsi əlaqədə olması üçün isə əlavə pul, ümumilikdə 50 manat verməli olduğunu dediyini etiraf etmiş, Bəhruz ona 50 manat pul verdikdən sonra masajçı qızların arasından Zülfiyyəni seçib Zülfiyyə ilə birlikdə masaj salonunun 1 nömrəli otağına keçərək orada cinsi əlaqədə olmuş, Təqsirləndirilən şəxs Bəhruzun verdiyi 50 manatın 25 manatını özünə götürəcəyini, qalan 25 manatı isə Zülfiyyəyə verəcəyini demiş, polis əməkdaşları Təqsirləndirilən şəxs Bəhruzdan aldığı 50 manat pulu təqdim etməyi təklif etdikdə Təqsirləndirilən şəxs bir ədəd 50 manatlıq pul əskinasını təqdim etmiş, təqdim olunmuş pul əskinası onların iştirakı ilə qablaşdırılaraq kağız zərfə qoyulmuş və zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Həmin vaxt masaj salonunun ümumi zalında olan Yeganə və Sevinc adlı qadınlar salonda masajçı işlədiklərini, müştərilər masaj xidmətindən başqa cinsi əlaqədə olmaq istədikdə 40-50 manat ödədikdən sonra müştəri ilə cinsi əlaqədə olduqlarını, müştərinin verdiyi pulun Təqsirləndirilən şəxs, yarısının isə onlara çatdığını bildirmişlər. Bundan sonra adları qeyd olunan şəxslər Baş İdarəyə dəvət olunmuş, Baş İdarədə Xəyyam adlı polis əməkdaşı tərəfindən protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunmuş, hər hansı bir şikayət və irad daxil olmadığından protokolun doğruluğu onların imzaları ilə təsdiq olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 2019-cu il sentyabr ayının əvvəllərində o istirahət etmək məqsədilə ünvan 6 ünvanında yerləşən 2014-2016-cı illərdə inzibatçı kimi işlədiyi «Sultan» masaj salonuna getmiş, orada olarkən əvvəldən tanıdığı masaj salonunun sahibi Əsməti görmüş, Əsmətlə aralarında olan söhbət zamanı Əsmət ona salonu bağlamaq istədiyini, daha işlədə bilmədiyini demişdir. Həmin vaxt işsiz olduğu üçün Əsmətə masaj salonunu ona icarəyə verməsini təklif etdikdə Əsmət masaj salonunun ona məxsus olmadığını, salonun Məqsəd adlı şəxsə məxsus olduğunu, Məqsədlə danışıb razılaşmalı olduğunu bildirmişdir. Bu səbəbdən Məqsədlə görüşmək istəsə də görüşə bilməmiş, daha sonra Əsmət məsələni həll etdiyini və salonu işlətmək məqsədilə götürə biləcəyini, icarə haqqını yaxınlıqda olan marketdə işləyən Ramin adlı şəxsə verməli olduğunu deyərək salonu ona təhvil vermişdir. O, xx xxxxxxxx 2019-cu il tarixdən etibarən salonu işlətməyə başlamış, işçilərin bəziləri qalsa da, bir neçə nəfər işdən çıxmış, daha sonra sosial şəbəkələrdə elan verərək digər işçiləri işə götürmüşdür. Lakin həmin işçiləri fahişəliyə cəlb etməmiş, əxlaqsız yuva təşkil etməmiş, heç kəsi müştərilərlə intim münasibətdə olmağa məcbur etməmiş və bu məqsədlə işçilər üçün şərait yaratmamışdır. İş üzrə zərərçəkmiş şəxslərin həmin masaj salonunda pul qarşılığında intim münasibətdə olmalarından xəbəri olmamış, masaj salonunun ərazisi böyük olduğundan belə halların olmamasına nəzarət edə bilməmişdir. Müştərilər masaj salonuna daxil olduqda o, müştəriləri qarşılayaraq masaj xidmətinin göstərilməsi üçün işçilərdən birinin yanına aparmış, həmin vaxt xidmət haqqı müştəri tərəfindən işçinin özünə verilmiş, daha sonra işçilər pulu ona vermişlər. O, gəlirlərini qeyd etmək üçün bir ədəd dəftər ayırmış və gəlirlərini oraya qeyd etmişdir. Masaj xidməti üçün müştərilər tərəfindən 20 (iyirmi), 25 (iyirmi beş), 30 (otuz) manat ödənilmiş, işçilərə intim münasibət üçün verilən puldan xəbəri olmamış, ona həmin pullardan heç bir məbləğ verilməmişdir. xx xxxxxxx 2020-ci il tarixdə o, masaj salonuna daxil olduqdan sonra bir neçə mülki geyimli şəxs içəri daxil olaraq özlərini polis əməkdaşları kimi təqdim edərək xidməti vəsiqələrini göstəmiş və masaj salonunun otaqlarına baxmağa başlamışlar. Polis əməkdaşları masaj salonunun otaqlarından birində Zülfiyyə Əkbərov ilə müştərilərdən birinin intim münasibətdə olmasını aşkar etmişlər. Lakin onun Zülfiyyənin bu əməlindən məlumatı olmamışdır. Maddi sübut kimi tanınmış və onun müştəridən intim münasibət qarşılığında aldığı qeyd edilən 50 (əlli) manat məbləğində pul isə onun şəxsi pulu olmuşdur. İstintaq zamanı verdiyi ifadəni özünün yazdığını, lakin həqiqətləri məhkəmə iclasında danışdığını, istintaqdakı ifadəylə indiki ifadəsinin arasında olan zidiyyətləri izah edə bilməyəcəyini bildirmişdir. Əlavə olaraq barəsində olan cinayət işi üzrə ədalətli qərar verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sübutların qiymətləndirilməsi və əməl tövsif edilməsi xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələrinə tövsif edilməklə o, təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş, həmçinin əməliyyat zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 50 (əlli) manat nağd pul vəsaiti iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün depozit hesaba keçirilmişdir.(İ cild, i.v. 174-187); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələrinə tövsif edilməklə o, təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmişdir.(İ cild, i.v. 196-197); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx xxxx 2020ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(İ cild, i.v. 207-208); Pul vəsaitinin depozit hesaba keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 50 (əlli) manat nağd pul vəsaiti cinayət işinin materialları və maddi sübutla tanışlıq bitdikdən sonra saxlanılması üçün depozit hesaba keçirilməsi qərara alınmışdır.(İ cild, i.v. 217-218); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartoçkasında heç bir məlumat tapılmamışdır.(İ cild, i.v. 132); Baxış keçirilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6, qapı 1 ünvanındakı zirzəmidə yerləşən X2 məxsus «Sultan» masaj salonunu icarəyə götürüb oranı fahişəliklə məşğul olmaq üçün istifadəyə yararlı vəziyyətə saldıqdan sonra xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində həmin masaj salonunda fahişəliklə məşğul olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 kişi müştərilərlə cinsi əlaqədə olmaları üçün şərait yaratmaqla tamah niyyəti ilə fahişəliklə məşğul olmaq üçün masaj salonunda əxlaqsız yuva təşkil edib saxlamış, xx xxxxxxx 2019-cu il tarixdə masaj salonuna müştəri kimi gəlmiş Şahid1 Zərərçəkmiş şəxs1 ilə cinsi əlaqədə olması üçün sonuncunu ona təqdim edib salonun 1 nömrəli otağında şərait yaratması müqabilində Şahid1 50 (əlli) manat pul alıb onları qeyd edilən otağa yerləşdirmiş, bu barədə daxil olmuş məlumat əsasında İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə saat 17:55-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs iştirakı və icazəsi ilə «Sultan» masaj salonuna keçirilən baxış zamanı Şahid1 və Zərərçəkmiş şəxs1 masaj salonunun 1 nömrəli otağında cinsi əlaqədə olduqdan sonra yarıçılpaq vəziyyətdə aşkar edilmiş, Təqsirləndirilən şəxs masaj salonunda cinsi əlaqədə olmaq üçün yaratdığı şəraitə görə Şahid1 aldığı 50 (əlli) manat pulu polis əməkdaşlarının təklifinə əsasən onlara təqdim etmişdir. Qeyd edilən protokol proses iştirakçılarına yəni, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, hal şahidləri Şahid3, Şahid2, mütəxəsis Mürüvvət Əliyevə, polis əməkdaşı Şahid7 ucadan oxunmuş, əlavə və qeydləri olmadığından doğruluğu imzaları ilə təsdiq edilmişdir.(İ cild, i.v. 17-20); xx xxxxxx 2019-cu il tarixli Təqsirləndirilən şəxs Şahid4 arasında keçirilən üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin protokolda masaj salonunda olan qadınların həmin yerdə fahişəliklə məşğul olmaları üçün şərait yaratdığını etiraf etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində ünvan 6, qapı 1 ünvanındakı zirzəmidə yerləşən X2 məxsus «Sultan» masaj salonunu icarəyə götürüb orada əxlaqsız yuva təşkil etmədiyi, həmin yerdə gəlir əldə etmək məqsədilə heç kəsi fahişəliyə cəlb etmədiyini, salonda masajçi kimi işləyən işçilərin müştərilər ilə intim münasibətdə olmalarından xəbərdar olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Müdafiə hüquqununun təməl insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 243.1 və 244.1-ci maddələri ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun biləbilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından hətta, belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid4, Şahid6, Şahid7 Əlzahid oğluna bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra şahid qismində dindirilmişlər. Həmin şahidlər bütün izahat və ifadələrində Təqsirləndirilən şəxs ünvan 6, qapı 1 ünvanındakı zirzəmidə yerləşən X2 məxsus «Sultan» masaj salonunu icarəyə götürüb oranı fahişəliklə məşğul olmaq üçün istifadəyə yararlı vəziyyətə saldıqdan sonra xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində həmin masaj salonunda fahişəliklə məşğul olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 kişi müştərilərlə cinsi əlaqədə olmaları üçün şərait yaratmaqla tamah niyyəti ilə fahişəliklə məşğul olmaq üçün masaj salonunda əxlaqsız yuva təşkil edib saxlamasını göstərmişlər. Şahidlərin cinayət işinin materiallarında olan izahat və ifadələri ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi eyni məzmunlu olmuş, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamışdır. Həmçinin, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs dəfələrlə izahtı və ifadələri alınmış, həmin izahat və ifadələrdə ünvan 6, qapı 1 ünvanındakı zirzəmidə yerləşən X2 məxsus «Sultan» masaj salonunu icarəyə götürüb oranı fahişəliklə məşğul olmaq üçün istifadəyə yararlı vəziyyətə saldıqdan sonra xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində həmin masaj salonunda fahişəliklə məşğul olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 kişi müştərilərlə cinsi əlaqədə olmaları üçün şərait yaratmaqla tamah niyyəti ilə fahişəliklə məşğul olmaq üçün masaj salonunda əxlaqsız yuva təşkil edib saxlamasını etiraf etmiş, həmin izahat və ifadələrinin sonunda əl yazma ilə ifadəsini oxuduğunu, öz sözləri ilə yazıldığını, heç bir əlavəsinin olmadığını qeyd edərək imzası ilə təsdiq etmişdir. Eyni zamanda, məhkəmə zərərçəkmiş şəxslərin məhkəmə istintaqında vermiş olduqları ifadələrinə də tənqidi yanaşır və hesab edir ki, onların bu ifadələri təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən yayındırmaq məqsədi daşıyır. Zərərçəkmiş şəxslərə həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra onlar zərərçəkmiş şəxs qismində dindirilmişlər. Zərərçəkmiş şəxslər ibtidai istintaq zamanı ifadələrində Təqsirləndirilən şəxs ünvan 6, qapı 1 ünvanındakı zirzəmidə yerləşən X2 məxsus «Sultan» masaj salonunu icarəyə götürüb oranı fahişəliklə məşğul olmaq üçün istifadəyə yararlı vəziyyətə saldıqdan sonra xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində həmin masaj salonunda onlara kişi müştərilərlə cinsi əlaqədə olmaları üçün şərait yaratmaqla tamah niyyəti ilə fahişəliklə məşğul olmaq üçün masaj salonunda əxlaqsız yuva təşkil edib saxlamasını göstərmişlər. Bununla yanaşı Zərərçəkmiş şəxs1 ibtidai istintaqda xx xxxxxxx 2019-cu il tarixində masaj salonuna gələn polis əməkdaşlarının şifahi sorğu-sualı zamanı Şahid1 onunla cinsi münasibətdə olması üçün Təqsirləndirilən şəxs 50 (əlli) manat ödədiyini, Təqsirləndirilən şəxs Bəhruzdan aldığı pulu təqdim etməyi təklif olunduğu zaman Zülfiyyə Bəhruzdan aldığı 50 (əlli) manat pulu polislərə təqdim etdikdə həmin 50 (əlli) manatlıq pul əsginası zərfə qoyularaq qablaşdırıldığını bildirmiş, lakin, məhkəmə iclasında ziddiyətli ifadə verərək Bəhruz tərəfindən ilk öncə masaj olunması üçün 25 (iyirmi beş) manat ödənildiyini, daha sonra intim münasibətdə olması üçün 25 (iyirmi beş) manat ödədiyini demişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş pul məbləği tam 50 (əlli) manatlıq əskinaz olmuş və həmin pul maddi sübut kimi tanınmışdır. Göründüyü kimi, Zərərçəkmiş şəxs1 istintaq zamanı vermiş olduğu ifadəsi inandırıcı olmaqla işin digər materialları ilə təsdiq edilərək tamamlanmış, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi isə işin digər materialları ilə təsdiq edilməyərək tamamlanmamışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinə əsasən gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə - iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə - iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın— ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CMnin 59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə- Plan İdarəsinin depozit hesabında saxlanılan 01 (bir) ədəd 50 (əlli) manatlıq pul əskinazı dövlət hesabına müsadirə edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 179, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixindən hesablansın. İş üzrə maddi sübut Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabında saxlanılan 01 (bir) ədəd 50 (əlli) manatlıq pul əskinası dövlət hesabına müsadirə edilsin. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev
Məhkəmə qərarları › İş №1(011)-253/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-253/2020
09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver