Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-253/2021 11.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 39 mənzil 29 -da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan 24 oktyabr saat 04 radələrində tanışı Şahid4 hədiyyə formasında qəbul etdiyi qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,690 qram, narkotik vasitə olan metamfetamini və 01 ədəd narıncı kağıza bükülmüş təmiz çəkisi 0,368 qram heroini əldə edib üzərində saxlamaqla daşımış, 24 oktyabr 2020-ci il tarixdə saat 05:10-da ünvan 1 ünvanın qarşısında X3 Alayının polis nəfərləri tərəfindən saxlanılaraq Xətai RPİ-nin 34cü Polis Şöbəsinin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibindən iki büküm həmin narkotik vasitələr olan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrin aludəçisidir və bədənində ağrılar olduğuna görə narkotik vasitə olan heroindən və metamfetamindən istifadə edir. 24.10.2020-ci il tarixdə səhər saat təxminən 05 radələrində ünvan 2 ünvanın qarşısında tanışı İsmayıl ilə gəzişən zaman polis əməkdaşları onları saxlayıb komendant saatında icazələrinin olub-olmamasını yoxlamışlar. Onlar polis əməkdaşlarına icazələrinin olmadığını bildirmişlər. Polis əməkdaşları onlarla nə üçün küçədə olduqlarını soruşanda onlar polis əməkdaşlarına dəqiq cavab verə bilməmiş və özlərini şübhəli apardıqlarına görə polis əməkdaşları onlarla sorğu sual aparan zaman, onlar polis əməkdaşlarına üzərlərində narkotik maddə olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onları Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nin inzibati binasına dəvət etmişlər. Onlar polis əmkdaşları ilə birlikdə Polis Şöbəsinə gəlmişlər. Polis əməkdaşları ona hüquqlarını izah etməklə hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etmişlər. Bundan sonra ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış və götürmə keçirilərkən o əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş “Şüşə” adlanan metamfetamin adlı narkotik maddəni və 01 ədəd narıncı rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Daha sonra həmin narkotik vasitələrə baxış keçirilmişdir. Həmin bükümlər açıldıqda ağ rəngli kağıza bükülmüş bükümdən ağ rəngli kristal hissəciklərdən ibarət maddə və 01 ədəd narıncı rəngli kağıza bükülmüş bükümdən isə qəhvəyi rəngli, tozşəkilli maddələr aşkar edilmişdir. Ona aşkar edilmiş bükülülərin içərisindəki maddələrin nədən ibarət olması barədə sual verilərkən bildirmişdir ki, həmin narkotik vasitələri tanışı İsmayıl ona vermişdir ki, o həmin narkotik vasitələri istifadə etsin.. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış və DİN-nin zərflər üçün olan 169 saylı möhürü ilə möhürlənmiş və o da daxil olmaqla zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 24 oktyabr 2020-ci il tarixdə saat 05:10 radələrində ölkədə tətbiq edilmiş hərbi vəziyyət ilə əlaqədar komendat saatında ünvan 3 ünvanın qarşısında iki şəxs tərəfindən dayandırılaraq həmin şəxslərin çölə çıxmağa icazəsi olub-olmaması yoxlanılmışdır. Həmin şəxslərin hərəkət və danışıqlarında qeyri dəqiqlik olduğundan həmçinin özlərinin narkotik istifadəçisi olduğunu bildirməsinə görə həmin şəxslər polis nəfərləri tərəfindən Xətai RPİnin 34-cü PB-nə dəvət olunmuşdur. Polis Bölməsinə çatdıqdan sonra onlara məlum olmuşdur ki, həmin şəxslər Şahid4 və Təqsirləndirilən şəxsdur. Polis Bölməsinin xidməti otaqlarının birində Şahid4 və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra onların hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Bundan sonra onlara üzərlərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif etmişlər. Həmin vaxt Şahid4 əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş “Kakos” adlanan narkotik vasitəni maddəni təqdim etmiş və həmin narkotik vasitəni Neapol dairəsinin yanında tanımadığı şəxsdən 10 manat müqabilində almış və üzərində saxlamalı olmuşdur. Daha sonra Qurbanəli Əliyev əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş “Şüşə” adlanan metamfetamin adlı narkotik vasitəni və 01 ədəd narıncı rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Daha sonra Şahid4 və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərf və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etdi. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsinə şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir(i.v.150-151); Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, narkotik vasitələrin aludəçisidir və bədənində ağrılar olduğuna görə narkotik vasitə olan heroindən istifadə edir. 24.10.2020-ci il tarixdə səhər saat təxminən 05 radələrində ünvan 2 ünvanın qarşısında tanışı Qurbanəli ilə gəzişən zaman polis əməkdaşları onları saxlayıb komendant saatında icazələrinin olub-olmamasını yoxlamışlar. Onlar polis əməkdaşlarına icazələrinin olmadığını bildirmişlər. Polis əməkdaşları onlara nə üçün küçədə olduqlarını soruşanda onlar polis əməkdaşlarına dəqiq cavab verə bilməmiş və özlərini şübhəli apardıqlarına görə polis əməkdaşları onlarla sorğu sual aparan zaman, onlar polis əməkdaşlarına üzərlərində narkotik maddə olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onları Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nin inzibati binasına dəvət etmişlər. Onlar polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəlmişlər. Polis əməkdaşları ona hüquqlarını izah etməklə hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etmişlər. Bundan sonra ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış və götürmə keçirilərkən o əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş “Kakos” adlanan narkotik maddəni təqdim etmişdir. Daha sonra həmin narkotik vasitəyə baxış keçirilmişdir. Həmin büküm açıldıqda gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdən qəhvəyi rəngli, tozşəkilli hissəciklərdən ibarət maddə aşkar edilmişdir. Ona aşkar edilmiş bükülülərin içərisindəki maddələrin nədən ibarət olması barədə sual verilərkən bildirmişdir ki, həmin narkotik vasitə “Kokos”dur. Həmin narkotik vasitəni onlayn yolu ilə əldə etmişdir. Belə ki həmin narkotik vasitəni əldə etmək üçün hal hazırda xatırlamadığı nömrəyə 24 oktyabr 2020-ci il tarixdə yoldan keçərkən bir nəfər şəxsə yaxınlaşaraq onun telefonu vasitəsi ilə “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yazmışdır. Həmin şəxs ona “Kapital” Banka məxsus kart hesabı vermiş və o da öz növbəsində həmin hesaba 10 manat pul köçürmüşdür. Həmin şəxsdə ona bildirmişdir ki, narkotik vasitə “Pit Stop” Avtoservis ilə üzbəüz məhəllənin içərisində narkotik vasitə vardır. O da həmin narkotik vasitəni götürərək üzərində saxlamışdır(i.v.99- 102); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 07 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi ayrılaraq, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.01-02); şübhəli şəxsin tutulması haqqında 24 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 06:45 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 34); şəxsi axtarış və götürmə aparılması haqqında 24 oktyabr 2020-ci il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş ağ rəngli, kristal şəkilli və 01 ədəd narıncı rəngli kağıza bükülmüş, qəhvəyi rəngli, tozşəkilli narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür (i.v. 43-45); məhkəmə-kimyəvi ekspertizanın 24.10.2020-ci il tarixli, 6/2267 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün 152 nömrəli dairəvi möhür əksləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,368 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,690 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixortrop maddə- metamfetamindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir(i.v.55-61); məhkəmə-kimyəvi ekspertizanın 24.10.2020-ci il tarixli, 6/2266 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün 152 nömrəli dairəvi möhür əksləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,096 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir(i.v.62-66); Bakı şəhəri Xətai rayon məhkəməsinin 25.10.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 24.10.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir(i.v.133-134); Bakı şəhəri Xətai rayon məhkəməsinin 30.10.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalında həbsdən azad olunmuşdur(146-149); Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.163-164); Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında qərardan görünür ki, 01.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir(i.v.171-172); məhkəmə-kimyəvi ekspertizanın 02.12.2020-ci il tarixli, 6/2456 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərlərində Azərbaycan Respublikası DİN Zərflər üçün 152 nömrəli dairəvi möhür əksləri olan zərfdəki (zərf nömrə 1)bir ədəd bükümdə təmiz çəkisi 0,076 qram olan narkotik vasitə-heroinlə 2 nömrəli zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,318 qram olan narkotik vasitə heroin kimyəvi komponen tərkiblərinə görə eynidirlər (i.v.184-188); cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, 23.01.2021-ci il tarixdə 200110396№li cinayət işi 210110008№li cinayət işinə birləşdirilib ********* nömrə altında istintaqı davam etdirilmişdir(i.v.191-192); cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, 01.02.2021-ci ildə cinayət işi üzrə icraat dayandırılmışdır(i.v.195-196); axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, 08 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tutulmuşdur(i.v.201); cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, 09.03.2021-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir(i.v.202-203); Bakı şəhəri Xətai rayon məhkəməsinin 09.03.2021-ci il tarixli qərarından görünür ki, X1 barəsində əvvəli 08.03.2021-ci ildən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir(i.v.215-220); məhkəmə-narkoloji ekspertizanın 19.04.2021-ci il tarixli, 1144 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindn sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal hazırda abstinensiya, intiksokasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.224-225); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 28.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,368 qram tədqiqatdan sonra qalıq qalmış 0,268 qram narkotik vasitə heroin, 0,690 qram tədqiqatdan sonra qalıq qalmış 0,640 qram psixotrop maddə-metamfetamin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 03 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir(i.v. 230-241); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,368 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,690 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk məhkumluğunun olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutularaq saxlanıldığı 24.10.2020-ci il tarixdən 01.12.2020-ci il tarixədək olan müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş ilkin təmiz çəkisi 0,368 qram tədqiqatdan sonra qalıq çəkisi 0,268 qram narkotik vasitə heroin, 0,690 qram tədqiqatdan sonra qalıq çəkisi 0,640 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132), 245,46 (iki yüz qırx beş manat qırx altı qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 oktyabr 2020-ci il tarixdən 01 dekabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 07(yeddi) gün müddət ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 07(yeddi) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 08 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş ilkin təmiz çəkisi 0,368 qram tədqiqatdan sonra qalıq çəkisi 0,268 qram narkotik vasitə heroin, 0,690 qram tədqiqatdan sonra qalıq çəkisi 0,640 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 245,46 (iki yüz qırx beş manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-253/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-253/2021
11.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver