Məhkəmə qərarları › İş №1(011)-253/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-253/2025

23.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-253/2025 23.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Sabirabad rayonu, Həşimxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu, Həşimxanlı Ə/D, Həşimxanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun fərdi əməklə məşğul olduğu işi ilə bağlı icbari tibbi sığortada yığılan pulun guya alınmasında köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 09 iyun 2024-cü il tarixdə saat 21:30da ünvan 2 ünvanında “Akay” marketdə “E-Manat” terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs əmisi oğlu Şahid son səkkiz rəqəmi 6476-5906 olan “Leo-Bank” kart hesabına köçürülmüş 400 manat və 500 manat olmaqla 10 iyun 2024-cü il tarixdə Xətai rayonu, S.Ə.ünvan 3 ünvanında sonuncu tərəfindən ona verilmiş 900 manat, 15 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən Şahid həmin kart hesabına köçürülmüş 300 manat pulu həmin gün Xətai rayonu, S.Ə.ünvan 3 ünvanında almış, 2024-cü ilin iyul ayının əvvəllərindən sonunadək Xətai rayonu, S.Ə.ünvan 4 ünvanda Zərərçəkmiş şəxs tərəfindən hissə-hissə ona verilmiş cəmi 1.650 manat, həmçinin Zərərçəkmiş şəxs işə düzəltmək adı ilə 08 avqust 2024-cü il tarixdə saat 09:02-də Xətai rayonu, S.Ə.ünvan 5 ünvanında Zərərçəkmiş şəxs mobil tətbiq vasitəsi ilə Təqsirləndirilən şəxs 5315-9921-5665-2999 nömrəli kart hesabına köçürülmüş 400 manat, 09 avqust 2024-cü il tarixdə saat 14:28-də və saat 19:18-də həmin ünvandan eyni qaydada onun 416973*****8331 nömrəli kart hesabına müvafiq köçürülmüş 340 manat, 160 manat, 2024-cü ilin avqust ayının əvvəllərindən sonunadək Xətai rayonu, S.Ə.ünvan 4 ünvanda Zərərçəkmiş şəxs tərəfindən hissə-hissə ona verilmiş cəmi 1.50 manat, 26 avqust 2024-cü il tarixdə saat 14:23-də Xətai rayonu, S.Ə.ünvan 5 ünvanında Zərərçəkmiş şəxs mobil tətbiq vasitəsi ilə onun 5315-9921-5665-2999 nömrəli kart hesabına köçürülmüş 1.400 manat, 27 avqust 2024-cü il tarixdə saat 16:22-də həmin ünvandan eyni qaydada köçürülmüş 250 manat, 29 avqust 2024-cü il tarixdə saat 16:35-də həmin ünvandan eyni qaydada köçürülmüş 400 manat, 03 sentyabr 2024-cü il tarixdə saat 15:40da və saat 20:10-da həmin ünvandan eyni qaydada müvafiq olaraq köçürülmüş 80 manat, 20 manat və 13 sentyabr 2024-cü il saat 10:18-də həmin ünvandan eyni qaydada köçürülmüş 70 manat, cəmi 7.020 manat alıb, cinayət təqibi başlananadək 1.200 manatı qaytarmaqla ümumilikdə 5.820 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs 5.820 manat (beş min səkkiz yüz iyirmi) xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ildən etibarən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “075” adlı çay evini işlətmişdir. Çay evini işlətdiyi dövrdə Elçinlə tanış olmuşdur. Həmin dövrdən Elçinlə münasibəti yaxşı olub, söhbətləri zamanı Elçinə vəzifədə işləyən tanışları olması barədə bildirib hər-hansı bir məsələdə köməklik edə biləcəyini demişdir. 2024-cü ilin iyun ayının əvvəllərində Elçin onunla əlaqə saxlayıb qohumu Zərərçəkmiş şəxs icbari tibbi sığortasında yığılan puldan çıxarılmasında köməklik edilməsi məsələsini bildirmişdir. Elçinə demişdir ki, “tanışlarımla danışıb bu məsələdə Mahirə köməklik edə bilərəm”. Bu məqsədlə Zərərçəkmiş şəxs ilə tanışlığı yaranmış və Mahirə bildirmişdir ki, sığortadan 40.000 manat məbləğdə pulu çıxarış etmək üçün ilkin olaraq işin həllinə 2.850 manat pul lazım olacaqdır. Sonradan Elçinlə əlaqə saxlayıb demişdir ki, işə başlamaq üçün pul ödənişi etmək lazımdır və Mahirlə danışıb ödəniş etməsini bildirsin. Elçin 09 iyun 2024-cü il tarixdə əlaqə saxlayıb Mahirin karta 900 manat pul göndərməsini deyib bir gün sonra 10 iyun 2024-cü il tarixdə həmin 900 manat pulu işlədiyi Xətai rayonu, S.Ə.Şirvani 78A ünvanda yerləşən “075” çay evinə gələrək ona vermişdir. 15 iyun 2024-cü il tarixdə Elçin yenidən işlədiyi çay evinə gələrək Mahirin işin həlli üçün göndərdiyi 300 manat pulu ona vermişdir. Bundan sonra mütəmadi olaraq özü də Mahirin işlədiyi avtotəmir servisinə gedib işin həlli üçün çalışdığını, narahat olmamasını, lakin lazım olan ödənişləri vaxtında etməli olduğunu demişdir. 2024-cü ilin iyun ayının sonlarınadək olan müddətdə bu yolla əlbə-əl olaraq Mahirin də işlədiyi servisin qarşısında cəmi 1.650 manat pul almışdır. Həmin vaxt Mahirə bildirmişdir ki, “3 ay ərzində məsələ həllini tapacaq və gedib "xxxx" ASC-də hesab açdırıb pulu götürəcəksən”. Bir müddət sonra Mahirin soyuqlamasını, xəstəliklə bağlı işləyə bilmədiyini, iş yerində şəraitinin yaxşı olmadığını bilmişdir. Mahirdən pul almağa davam etmək məqsədi ilə “Socar” şirkətində sürücü kimi işə düzəldə biləcəyini təklif edib bunun üçün Mahirə cəmi 1.500 manat pul verməli olduğunu demişdir. Mahir ilkin iş üçün köməklik etdiyi üçün bu işdə də köməklik edəcəyinə inanıb razılaşmışdır. Mahirə demişdir ki, “ən gec sentyabr ayında işə başlayacaqsan”. Mahirə bu iş üçün istifadəsindəki "xxxx" ASC-yə məxsus 5315-9921-5665-2999 saylı bank kartını göndərib oraya pul köçürməsini bildirmişdir. Zərərçəkmiş şəxs bu işin həlli üçün həmin karta xx.xx.2024-cü il tarixdə saat 09:02-də 400 manat, bir gün sonra Mahirə bildirməsi üzrə istifadəsindəki hazırda hesab nömrəsini tam xatırlamadığı 416973********8331 nömrəli "xxxx" ASC bank kartına xx.xx.2024-cü il tarixdə saat 14:28də 340 manat, saat 19:18-də isə 160 manat pul köçürmüşdür. Avqust ayının ortalarında bir neçə dəfə Mahirin işlədiyi servisin qarşısına gedib hissə-hissə olmaqla ümumilikdə bu iş üçün Mahirdən 1.50 manat pul almışdır. Sonradan Mahir çox pul istəməyi ilə bağlı narazılığını bildirdikdə yalandan əlavə xərclər tələb olunmasını bildirib yenidən Mahirdən pul almağa başlamışdır. Mahir xx.xx.2024-cü il tarixdə saat 14:23-də 531599*******2999 nömrəli kart hesabına köçürmə yolu ilə 1.400 manat, xx.xx.2024-cü il tarixdə eyni qaydada 250 manat, xx.xx.2024-cü il tarixdə saat 16:35-də eyni qaydada 400 manat, xx.xx.2024-cü il tarixdə saat 15:40-da eyni qaydada 80 manat və saat 20:10-da 20 manat, xx.xx.2024-cü il tarixdə saat 10:18-də eyni qaydada 70 manat olmaqla pulları iş üçün göndərmişdir. Sonradan verdiyi yalan vədlərə əməl etmədiyi üçün Mahir pul verməmiş və aralarında narazılıq yaranmağa başlamışdır. Məqsədi Mahirin pulunu ələ keçirmək olmuş və buna görə də Mahirə yalan vədlər vermişdir. Sonradan Mahirə 1.200 manat pul qaytarıb vaxt verməsini bildirsə də Mahir gözləməyib polisə şikayət elmişdir. Etdiyi əməldən peşmandır. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, himayəsində azyaşlı övladının olmasını qeyd edərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyun əvvəllərində əmisi oğlu Şahid işlədiyi Bakı şəhəri, Xətai rayonu, S.Q.Şirvani küçəsində yerləşən “Azəri” avtotəmir sexinə avtomobil təmir işləri üçün gəlmişdir. Həmin ərəfədə Elçin avtomobilini təmir etdiyindən Elçin mütəmadi yanına gəlmişdir. Elçin ona bildirmişdir ki, “Rüstəm” adlı tanışı sosialda yığılan sığorta pulunu geriyə alar bilir. Bu mövzuda aralarında danışıq olmuş və Elçin Rüstəmlə danışdıqdan sonra bu işin həlli üçün Rüstəmin 2.850 manat pul tələb edəcəyini bildirmişdir. Razılaşmaya əsasən Rüstəm sosial sığortadan 40.000 manat pul çıxarmağa köməklik edəcək və bu iş üçün Rüstəmə əlavə həmin puldan 8.000 manat hörmət edəcəkdi. Həmin məbləğdə pulu bir dəfəyə verə bilmədiyi üçün sonradan həmin məbləği hissə-hissə olmaqla karta köçürmə yolu ilə göndərmişdir. xx.xx.2024-cü il tarixdə Elçin əlaqə saxlayıb bildirmişdir ki, Rüstəm iş üçün ödəniş etmək lazım olduğunu deyir. Pulu göndərərkən ilk öncə Elçinin kart hesabına göndərmişdir ki, Rüstəmə pulu Elçin versin və beləliklə hadisənin şahidi olsun. xx.xx.2024-cü il tarixdə saat 21:30-da ünvan 2 ünvanda “Akay” marketdə quraşdırılmış “E-Manat” terminalı vasitəsi ilə Elçinin istifadəsindəki son səkkiz rəqəmi 64765906 olan “Leo-Bank” kart hesabına Rüstəmə verməsi üçün 400 manat, həmin tarixdə saat 22:57-də ünvan 6 ünvanda “Dostmart” marketdə quraşdırılmış “Milli Ön” terminalı vasitəsi ilə eyni üsulla 500 manat pul köçürmüşdür. xx.xx.2024-cü il tarixdə Xətai rayonu, S.Ə.ünvan 7 ünvanda “Al Marekt 3573”-də quraşdırılmış “E-Manat” terminalı vasitəsi ilə Rüstəmin istədiyi pulun çatdırılması məqsədi ilə eyni qaydada Elçinin kart hesabına 300 manat da pul göndərmişdir. Elçin həmin pulları Rüstəmə vermişdir. Sonradan Rüstəm onun iş yerinə gəlməyə başlamış və işin həll olacağını bildirib qalan ödənişləri də verməli olduğunu demişdir. Bu məqsədlə 2024-cü ilin iyul ayının əvvəllərindən sonlarınadək olan müddət ərzində hissə-hissə olmaqla Rüstəmə iş yerinin qarşısında cəmi 1.650 manat pul verib tələb edilən 2.850 manat pulu tamamlamışdır. Rüstəm demişdir ki, “ən geci 3 ay ərzindən iş həll olacaq, sonra siz sosiala müraciət edəcəksiz və həmin pul "xxxx"-da hesaba köçəcək”. 2024-cü ilin avqust ayının əvvəllərində ağır xəstəlik keçirmiş və bu səbəbdən işləyə bilməmişdir. Həmin ərəfədə Rüstəm vəziyyətindən xəbərdar olmuş və ona bildirmişdir ki, “sən nə üçün usta kimi işləyib əziyyət çəkirsən, səni “Socar”-da sürücü kimi işə düzəldə bilərəm”. Rüstəm bu işin həlli üçün 1.500 manat pul lazım olduğunu və ən gec sentyabr ayının əvvələrində işə başlayacağını bildirmişdir. Rüstəmin vədinə aldanmış və Rüstəmin istifadəsindəsindəki 531599*******2999 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 09:02-də yaşadığı evdə olarkən mobil telefonundakı tətbiq vasitəsi ilə 400 manat pul köçürmüşdür. Bir gün sonra xx.xx.2024-cü il tarixdə saat 14:28-də eyni ünvanda həmin qaydada Rüstəmin 416973********8331 nömrəli kartına 340 manat, saat 19:18-də isə 160 manat pul köçürmüşdür. Pulları hissə-hissə köçürməsinə səbəb həm işdən qazandıqca, həm də borc alması olmuşdur. Avqust ayının ortalarında Rüstəm bir ııcçə dəfə iş yerinə gələrək ondan bu məqsədlə hissə-hissə olmaqla cəmi 1.50 manat da pul almışdır. Rüstəmdən işin həlli üçün tələb olunan puldan çox pul almasını soruşduqda Rüstəm yalandan demişdir ki. “Socar”-dan belə tələb ediblər, ona görə pul çox lazım olur. Yenə də Rüstəmin yalan vədlərinə inanıb xx.xx.2024-cü il tarixdə saat 14:23-də Rüstəmin bildirməsi üzrə yaşadığı evdə olarkən 531599*******2999 nömrəli kart hesabına köçürmə yolu ilə 1.400 manat, xx.xx.2024-cü il tarixdə həmin ünvanda eyni qaydada 250 manat, xx.xx.2024-cü il tarixdə saat 16:35-də həmin ünvanda eyni qaydada 400 manat, xx.xx.2024-cü il tarixdə saat 15:40-da həmin ünvanda eyni qaydada 80 manat və saat 20:10-da 20 manat, xx.xx.2024cü il tarixdə saat 10:18-də həmin ünvanda eyni qaydada 70 manat olmaqla pul göndərmişdir. Bundan sonra Rüstəmin yenidən pul tələb etməsini gördükdə etirazını bildirmiş və pul ödəməyi dayandırmışdır. Buna baxmayaraq Rüstəm verdiyi vədlərə əməl etməyib pulunu geri qaytarmamışdır. Rüstəmdən pulunu geri tələb etdikdə demişdir ki, iki ay vaxt ver və buna görə şikayət etməyib gözləmişdir. Rüstəm vaxt istəsə də yenidən müxtəlif bəhanələrlə pulunu qaytarmadığından rəsmi quruma şikayət etmişdir. Rüstəmə göndərilən pullara dair ödəniş çeklərini istintaqa təqdim edəcəkdir. İş üzrə ona 5.820 manat maddi ziyan dəymişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qohumudur. Təqsirləndirilən şəxs, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “075” çay evinə getdiyi müddətdən etibarən bir neçə ildir ki, tanıyır. Mütəmadi olaraq həmin çay evinə getdiyi üçün oranı işlədən Rüstəmlə arasında dostluq münasibəti yaranmış və Rüstəm bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışları var, lazım olarsa icbari tibbi sığortadan pul çıxarmaqda köməklik edə bilər. Bu barədə qohumu Mahirə dedikdə Mahir, Rüstəmlə tanışlıq yaradıb bu işdə köməklik etməsini istədiyini demişdir. Rüstəmin mobil nömrəsini Mahirə vermişdir. Rüstəm, Mahirə icbari tibbi sığortadan 3 ay ərzində pul çıxaracağı barədə vəd vermişdir. 09 iyun 2024-cü il tarixdə Mahir onun kart hesabıma hissə-hissə olmaqla cəmi 900 manat pul göndərib bildirmişdir ki, işləri ilə bağlı vaxtı olmadığından Rüstəmlə görüşə bilmir və xahiş etmişdir ki, həmin pulu Rüstəmə çatdır, 10 iyun 2024-cü il tarixdə həmin 900 manat pulu Rüstəmə işlətdiyi Xətai rayonu, S.Ə.ünvan 3 ünvanda yerləşən “075” adlı çay evində vermişdir. 15 iyun 2024-cü il tarixdə Mahir onun kart hesabına yenidən 300 manat pul göndərib həmin pulu da Rüstəmə çatdırmağını bildirmiş və həmin gün pulu Rüstəmə çay evinə gedərək vermişdir. Sonradan Rüstəm işə düzəltmək bəhanəsi ilə Mahirdən əlavə pullar alaraq ümumilikdə Mahirin 7.020 manat pulunu ələ keçirmişdir. Üç ay tamamlandıqdan sonra Rüstəm vədlərinə əməl etmədikdə Rüstəmə Mahirin narazı olmasını bildirmiş və bu yolla Mahirin 1.200 manatı qaytarılmışdır. Lakin Rüstəm işə düzəltmək adı ilə əlavə olaraq pullar aldığından Mahir polisə müraciət etmişdir. Hadisə nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün RPİnin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 1); cinayət işinin icraata qəbul edilməsi haqqında 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 21); zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 18); götürmə aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 08 avqust 2024-cü il tarixdən, 13 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs ona bildirdiyi 531599*******2999 və 416973***********8331 nömrəli kart hesablarına köçürülmüş pullara dair qəbzlər iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (i.v. 28-37); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmaqla cəzasını çəkmiş hesab edilmişdir (i.v. 42-43); Sabirabad RİHB-nın Həşimxanlı İƏD-nin nümayəndəliyi tərəfindən verilmiş AZ-İV seriyalı 097349 nömrəli doğum haqqında şəhadətnamənin və Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X3 xx.xx.2018-ci ildə Bakı şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X1r (i.v. 72); cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 14 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4cü maddəsi ilə ittiham elan olunmuş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 08 avqust 2024-cü il tarixdən, 13 sentyabr 2024cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs ona bildirdiyi 531599*******2999 və 416973***********8331 nömrəli kart hesablarına köçürülmüş pullara dair qəbzlər maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır (i.v. 73-78); Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş edir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. Bundan əlavə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 08 avqust 2024-cü il tarixdən, 13 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs ona bildirdiyi 531599*******2999 və 416973***********8331 nömrəli kart hesablarına köçürülmüş pullara dair qəbzlərin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır (CPM- 132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 08 avqust 2024-cü il tarixdən, 13 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs ona bildirdiyi 531599*******2999 və 416973***********8331 nömrəli kart hesablarına köçürülmüş pullara dair qəbzlərin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar