Məhkəmə qərarları › İş №1(011)-254/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-254/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-254/2024 27.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 19 avqust 1996-cı il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 178.2.2 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 04 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində tanışı Zərərçəkmiş şəxs2 idarə etdiyi “Toyota Prius” markalı **- PX-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən sonuncunun Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, Salam Adil dairəsi yaxınlığında avtomobili saxlayıb düşməsindən istifadə edərək salonda arxa oturacağın üzərində olan əl çantasından Zərərçəkmiş şəxs2 məxsus 460 manat dəyərində 1 ədəd üzərində “BRAVO- 750” adlıq və əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 3,30 qram, qaşları brilyant, 41 ədədinin hər birinin ölçüsü 0,008 karat, 36 ədədinin hər birinin ölçüsü 0,003 karat, 4/3 keyfiyyətli olan üzüyü və 200 manat dəyərində 1 ədəd üzərində “BRAVO-750” adlıq və əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 1.52 qram, qaşları brilyant 15 ədədinin hər birinin ölçüsü 0,005 karat, 4/3 keyfiyyətli olan üzüyü gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 660 (altı yüz almış) manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə X1 “tap.az” saytında atası Zərərçəkmiş şəxs3 məxsus “İphone” markalı “14 pro max” modelli **********37945- **********11656 İMEİ kodlu mobil telefonu 2.000 manata satması ilə bağlı vermiş olduğu elana əsasən 24 yanvar 2024-cü il tarixdə saat 15:00-da Nihad Bağırova müştəri qismində zəng edərək həmin mobil telefonu 1.900 manata alacağı ilə razılaşaraq həmin gün saat 15:45-də ünvan 2 ünvanda görüşüb X1 etibarından suiistifadə edərək guya telefonu ailə üzvlərinə göstərmək adı ilə aldadaraq həmin binanın 5-ci girişindən liftlə yuxarı mərtəbəyə qalxmış orada Nihad Bağırova bir mərtəbə aşağıda gözləməsini bildirib hadisə yerindən qaçaraq Zərərçəkmiş şəxs3 1.900 (min doqquz yüz) manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə Zərərçəkmiş şəxs1 “tap.az” saytına “İphone” markalı “14 pro” modelli 3576 2966 4211 898 İMEİ kodlu mobil telefonu 1.900 manata satılması ilə vermiş olduğu elanla bağlı 01 fevral 2024-cü il tarixdə saat 18:18-də sonuncuya müştəri qismində zəng edərək həmin telefonu 1.800 manata alacağı ilə razılaşdırmış və həmin gün saat 18:46-da Zərərçəkmiş şəxs1lə görüşüb guya telefonu anasına göstərəcəyini bildirib birlikdə ünvan 3 ünvanın qarşısına gələrək Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək telefonu götürüb liftlə 9-cu mərtəbəyə çıxdıqdan sonra o, liftin kabinəsində qalmış, Zərərçəkmiş şəxs1 bununla razılaşmayıb mobil telefonunu tələb edib liftin kabinəsinə daxil olarkən buna imkan verməyib yumruqla hədələməklə telefonu açıq talamaqla hadisə yerindən qaçıb gizlənərək Zərərçəkmiş şəxs1 1.700 (min yeddi yüz) manat miqdarda maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1, 178.2.2 və 180.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuşdur. Zərərçəkmiş şəxs2 bir müddətdir ki tanıyır. 04 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində Nural onun ünvana “Toyota Prius” markalı avtomobillə gələrək onunla birlikdə qaynanasıgilə getmişdir. Nural bir qədər qaynı ilə söhbət etdikdən sonra bağlama ilə gələrək maşına əyləşmişdir. Birlikdə Papanin adlanan əraziyə çatarkən Nural avtomobili saxlayaraq sükan arxasından enib telefonla danışmağa başlamışdır. O, həmin vaxt bağlamanın içərisinə baxdıqda qızılların olduğunu görmüş, qızıllardan 2 ədəd üzüyü oğurlamışdır. Nural avtomobilə qayıdarkən o, işinin çıxdığını Nurala bildirərək oradan uzaqlaşmışdır. Sonradan Nural ilə danışarkən qızılların onun tərəfindən oğurlanmadığını bildirmişdir. Oğurladığı iki ədəd ağ rəngli üzərində qaşları olan üzükləri 06 sentyabr 2023-cü il tarixdə X3 adlı şəxsə 600 manata satmışdır. Əldə etdiyi pulları şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa 24 yanvar 2024-cü il tarixdə saat 15 radələrində mobil telefonunda “tap.az” saytına baxarkən qarşısına “İphone” markalı “14 pro max” modeldə olan mobil telefonun 2.000 manata satıldığını görmüşdür. Həmin telefon xoşuna gəldiyi üçün fikirləşmişdir ki, telefonu ucuz qiymətə alaraq baha qiymətə satıb özü üçün gəlir əldə edər. Bu məqsədlə həmin telefonun sahibinin ***-***-**-** mobil nömrəsinə istifadəsində olan ***- ***-**-** mobil nömrə ilə zəng edərək telefonun son qiymət olaraq neçə manata satmasını soruşmuşdur. Nihad ona son olaraq 1.900 manata satdığını bildirmişdir. O, Nihada görüşməyi təklif etmişdir. Nihad onunla razılaşdıqda, sonuncudan maşınsız olduğu üçün ünvan 2 ünvanın qarşısına gəlməyini xahiş etmişdir. Təxminən yarım saatdan sonra Nihad ilə görüşüb mobil telefona baxmışdır. Telefon xoşuna gəlsə də Nihad qiyməti endirməyəcəyini bildirdikdə dələduzluq edərək telefonu ələ keçirmək qərarına gəlmişdir. Bu səbəbdən də Nihadı aldadaraq yalandan həmin telefonu evdəkilərə göstərmək məqsədi ilə yaxınlıqda olan ünvana getmək lazım olduğunu bildirmişdir. Nihad ilə birlikdə yaxınlıqda olan tanımadığı binanın 5-ci blokuna daxil olmuşlar. Həmin vaxtı Nihada məxsus olan mobil telefon onda olmuşdur. Bloka daxil olduqdan sonra Nihad ilə birlikdə liftlə yuxarı mərtəbəyə qalxmışlar. Nihada bir mərtəbə aşağıda dayanmasını xahiş etmişdir. Nihad ondan bir mərtəbə aşağıda dayandıqda lift ilə aşağı enərək blokdan uzaqlaşıb həmin yeri tərk etmişdir. Nihad onun gəlmədiyini görüb sms yazaraq nə vaxt gələcəyini soruşduqda aldadaraq gözləməsini bildirmişdir. Lakin o, həmin günü saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Rövşən Cavadov küçəsi, 20 yanvar yarmarkasının yaxınlığına gedərək orada “NN” telecom telefon mağazasına daxil olub “İphone” markalı “14 pro max” modeldə mobil telefonu 1.410 manat qutusu ilə birlikdə öz şəxsiyyət vəsiqəsi ilə satmışdır. Mağaza sahibi Şahid5 ona həmin telefon ilə bağlı sual verdikdə özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa 01 fevral 2024-cü il tarixdə saat 18 radələrində mobil telefonunda “tap.az” saytına baxarkən qarşısına “İphone” markalı “14 pro” modeldə olan mobil telefon çıxmışdır. Həmin telefon xoşuna gəldiyi üçün fikirləşmişdir ki, telefonu ucuz qiymətə alaraq baha qiymətə satıb özü üçündə gəlir əldə edər. Bu məqsədlə həmin telefonun sahibi sonradan adını bildiyi İsmi adlı şəxsin ***-***-**-** mobil nömrəsinə +237 675 983 960 mobil nömrə ilə zəng edərək telefonu son qiymət olaraq neçə manata satmasını soruşmuşdur. İsmi ona son olaraq 1.800 manata satdığını bildirdikdə görüşməyi təklif etmişdir. İsmi onu yaşadığı ünvan 4 ünvana dəvət etmişdir. O, taksi sifariş edərək qeyd olunan ünvana gəlib İsmi ilə görüşüb sonuncuya məxsus mobil telefona baxmışdır. Telefon xoşuna gəlsə də, İsmi qiyməti endirməyəcəyini bildirmişdir. İsminin bu cür təkidi ilə qiyməti endirməyəcəyi onda qıcıq yaratdığı üçün bir anlıq fikirləşmişdir ki, telefonu əlindən alaraq uzaqlaşsın. Lakin İsminin onu diqqətlə müşahidə etməsi narahat etmişdir. Bu səbəbdəndə İsmini aldadaraq yalandan həmin telefonu anası üçün almaq istədiyini və buna görədə anasına göstərmək məqsədi ilə yaşadığı ünvana getmək lazım olduğunu bildirmişdir. O, İsmi ilə birlikdə taksiyə əyləşib tanımadığı ünvan 3 saylı binanın 2-ci girişinə gedərək taksinin pulunu verib yola saldıqdan sonra İsmi ilə birlikdə binanın 2-ci giriş blokuna daxil olmuşlar. Həmin vaxtı İsmiyə məxsus olan mobil telefon onda olmuşdur. İsmi mobil telefonu ondan alıb birlikdə liftə daxil olmuşlar. Birlikdə 9-cu mərtəbəyə qalxdıqda o, mobil telefonu İsmidən istəmiş və İsmi də mobil telefonu yenidən ona vermişdir. O, mobil telefonu əlində saxlamış və liftin qapısı açıldıqdan sonra İsmi çölə çıxmışdır. İsmi onun liftdən çıxmadığını görüb geri qayıtmaq istədikdə o, İsmiyə yumruq göstərərək liftin birinci mərtəbəyə düşən düyməsini sıxaraq aşağı enmişdir. Binanın giriş hissəsindən çıxan kimi hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Həmin günü saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığına gedərək orada Fuad adlı şəxsin telefon dükanına daxil olub İsmiyə məxsus olan mobil telefonu 1.530 manat qutusu ilə birlikdə öz şəxsiyyət vəsiqəsi ilə satmışdır. Fuad ona həmin telefon ilə bağlı sual verdikdə özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs bir müddətdir ki tanıyır. İbrahimlə ortaq dostları Samir adlı şəxsin vasitəsi ilə tanış olmuşlar. İbrahim Samirin xalası oğludur. O, 04 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində İbrahimlə əlaqə saxlayaraq çay içməyə dəvət etmişdir. Özünə məxsus “Toyota Prius” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə İbrahimi Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsindəki yaşadığı evdən götürüb çayxayana gedən zaman İbrahimə “qaynı Elnur Məmmədovun yaşadığı ünvandan qızılları götürüb, sonra öz yaşadığı ünvana aparıb verəcəyi, daha sonra çayxanaya gedəcəyini” bildirmişdir. Bundan sonra Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə getmişlər. İbrahimin yanında qaynı Elnurdan içərisində qızıl üzüklər, qızıl boyunbağılar və qızıl qolbağlar olan əl çantasını götürmüşdür. Bu zaman əl çantasının içərisinə baxdıqda bütün qızılların orada olduğunu görmüşdür. İbrahim ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlı yerdə olan zaman qaynı ona zəng etmişdir. O, avtomobildən enərək avtomobilin yanında qaynı ilə danışmış və qaynı Elnur ona bəylik kastyumunu da orada unutduğunu bildirdiyindən avtomobilə əyləşərək İbrahimə bildirmişdir ki, yenidən qaynının yanına qayıdıb paltarı götürdükdən sonra çayxanaya gedərlər. Bu zaman İbrahim həyəcanlı şəkildə ona “yox, sən get, işim çıxdı, get işini gör, daha sonra yığarsan görüşərik” deyə bildirmişdir. O, İbrahimin niyə o cür hərəkət etdiyini anlamasa da razılaşmışdır. İbrahim avtomobildən 20-30 metr aralanmamış qızıl olan əl çantasına baxdıqda 02 ədəd qızıl üzüyün orada olmadığını görəndə qızılların İbrahim tərəfindən oğurlandığını anlamış və tez İbrahimə zəng etmişdir. İbrahimin avtomobildən düşməsinin üzərindən heç 1 dəqiqə belə keçməmişdir. Lakin İbrahim onun zənglərinə cavab verməmişdir. Təxminən 1 saat sonra İbrahim ona zəng edərək “nə olub, bu qədər yığmısan” deyə irad bildirmişdir. O, İbrahimə oğurladığı qızılları qaytarmasını, yoxsa polisə şikayət edəcəyini bildirmişdir. İbrahim inkar edərək qızılların onda olmadığını bildirmişdir. O, məcburən qızılları oğurlaması ilə bağlı onu təhqir etdikdən sonra İbrahim həmin vaxtdan ona məxsus zənglərə cavab verməmişdir. Hal-hazırda o, təqdirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, ailəsində maddi çətinlik yarandığı üçün 2023-cü ilin mart ayında 3.000 manata aldığı “İphone” markalı “14 pro max” modelində olan **********37945- **********11656 İMEİ kodlu mobil telefonu satmaq qərarına gəlmişlər. Oğlu Nihad telefonu 2.000 manata “Tap.az” saytına yerləşdirmişdir. 24 yanvar 2024-cü il tarixdə saat 15 radələrində oğlunun mobil nömrəsinə ***-***-**-** nömrədən zəng gələrək özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs telefonu almaq istədiyini bildirmişdir. Bundan sonra oğlu İbrahim ilə yaşadığı evdə qiymət barədə danışmış və son olaraq 1.900 manata razılaşmışlar. İbrahim telefonu ailə üzvlərinə almaq istədiyini bildirib maşınsız olduğu üçün Nihadı ünvan 2 ünvanın yaxınlığına dəvət etmişdir. Nihad İbrahimlə razılaşıb saat 15:45-də dedikləri ünvanda görüşmüşlər. İbrahim Nihada bildirmişdir ki, telefonu ailəsinə alır, buna görədə icazə alaraq telefonu göstərməsini xahiş etmişdir. Nihad İbrahimin sözlərinə inanaraq sonuncu ilə razılaşmış və telefonu İbrahimə vermişdir. Bundan sonra Nihad İbrahimdən şəxsiyyət vəsiqəsini istəmişdir. İbrahim isə Nihada bildirmişdir ki, telefonu alanda vəsiqəni verəcək. Nihad İbrahim ilə birlikdə yaxınlıqda olan sonuncunun deməsinə görə yaşadığı binaya getmişlər. İbrahim Nihada bildirmişdir ki, birlikdə evə gedib telefona baxsınlar. Onlar birlikdə liftə daxil olmuşlar, lift köhnə olduğundan üzərində rəqəmləri oxumaq mümkün olmadığı üçün liftlə yuxarı mərtəbəyə qalxan zaman İbrahim Nihada yenidən bildirmişdir ki, ondan bir mərtəbə aşağıda dayansın, evdəkilərə ayıb olmasın baxsınlar pulu gətirib verəcək. Nihad İbrahimin sözü ilə bir mərtəbə aşağıda gözləmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Nihad İbrahimə sms yazmış və zəng etmişdir. İbrahim Nihadı aldadaraq gözləməsini bildirmişdir. Nihad İbrahimin gec gəlməsini görüb onun hərəkətlərindən şübhələnərək binanın həyətinə enmiş və həmin vaxt bilmişdir ki, Nihad tərəfindən aldadılıb. Bundan sonra İbrahim ilə əlaqə saxlasada müxtəlif bəhanələr gətirərək pulu kartına göndərəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs Nihadı aldadaraq dələduzluq yolu ilə telefonu ələ keçirmişdir. Telefon ona məxsus olmuşdur, həmin telefonun pulunu o verib almışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, özünə məxsus “İphone” markalı “14 pro” modeldə olan 3576 2966 4211 898 İMEİ kodlu mobil telefonu satmaq üçün “Tap.az” saytında yerləşdirmişdir. 01 fevral 2024-cü il tarixdə saat 18:18-də yaşadığı ünvan 4 evin 58-ci mənzilində olan zaman +237 675 983 960 nömrəsi ilə zəng edən şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək mobil telefonu almaq istədiyini bildirib ünvanı öyrənmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən konum göndərmişdir. Təxminən bir saat müddətində İbrahim yaşadığı evin həyətinə ağ rəngli “Hyundai” markalı avtomobil ilə gəlmişdir. O, aşağı enərək həmin şəxslə söhbət edərək telefonu 1800 manata satacağı ilə razılaşmışdır. Bundan sonra İbrahim mobil telefonu xəstə vəziyyətdə olan anasına göstərmək istədiyini bildirmiş və onu həmin avtomobil ilə ünvan 5 ünvanın qarşısına aparmışdır. Avtomobildən endikdə avtomobili idarə edən şəxs İbrahimə “qardaş səni gözləyim” dedikdə yanında olan şəxs isə ona getməyini bildirdikdə taksi avtomobili oradan uzaqlaşmışdır. Onlar isə həmin binanın 2-ci giriş blokuna daxil olmuşlar. Həmin vaxt ona məxsus mobil telefon İbrahimdə olmuş, o, mobil telefonu İbrahimdən almış və birlikdə liftə daxil olaraq 9-cu mərtəbəyə qalxmışlar. Liftdə olarkən İbrahim mobil telefonu ondan istədikdə telefonu vermişdir. İbrahim mobil telefonu əlində saxlamışdır. O, liftdən çıxan kimi İbrahim ona yumruğunu kənardan sıxıb göstərərək əlini cibinə qoyub nəsə çıxartmaq istəməsi səhnəsini yaradaraq liftin aşağı enmə düyməsini sıxaraq oradan uzaqlaşmışdır. O, piyada pilləkənlərlə aşağı endikdə İbrahimin oradan uzaqlaşaraq çıxıb getməsini görmüşdür. Daha sonra bu barədə 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Daha sonra o, məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 28 oktyabr 2014-cü il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Rövşən Cavadov küçəsi 20 yanvar yarmarkasının yaxınlığında yerləşən “NN” telekom telefon mağazasını icarəyə götürərək telefonların alqı-satqısı ilə məşğul olur. 24 yanvar 2024-cü il tarixdə saat 18 radələrində mağazada olarkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq qutunun içərisində “İphone” markalı “14 pro max” markalı **********37945- **********11656 İMEİ kodlu telefonu göstərib satdığını bildirmişdir. O, İbrahimdən telefonun kimə məxsus olduğunu soruşduqda İbrahim telefonun özünə məxsus olduğu bildirmişdir, o, İbrahim ilə çox sorğu sual etdikdən sonra əmin olmuşdur ki, telefon İbrahimə məxsusdur. Bu səbəbdəndə telefona 1.410 manat pul verib ala biləcəyini bildirmişdir. İbrahim onunla razılaşmış və şəxsiyyətini təsdiq edən sənədi soruşduqda vəsiqəsini təqdim etmişdir. Vəsiqəsinin üzərində qeydiyyatını apardıqdan sonra İbrahimin öz imzası ilə telefonu almışdır. Həmin vaxt Şahid4 yanında olduğu üçün ona mobil nömrəsini telefona daxil edib yoxlamasını bildirmişdir. Telefonu yoxladıqda tam saz vəziyyətdə olduğuna əmin olub 1.410 manat pulu sayaraq İbrahimə vermişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Şahid4 onun bacısı oğludur. ***-***-**-** mobil nömrə ona aid olsa da lakin həmin nömrəni uzun müddətdir Şahid4 istifadə edir. Həmin nömrənin hansı mobil telefon üzərində istifadə olub-olmadığından məlumatı olmamışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, 24 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar dairəsi yaxınlığında yerləşən tanışı Şahid5 icarəyə işlətdiyi “NN Telecom” mağazasına getmişdir. Mağazada olarkən Şahid5 ona “İphone” markalı “14 pro” modeldə mobil telefonu verərək həmin telefonun özünə məxsus olan mobil nömrə ilə yoxlamağını xahiş etmişdir. O, telefonunun üzərində olan ***-***-**-** mobil nömrəsini telefondan çıxardaraq Natiqin ona yoxlamaq məqsədi ilə verdiyi “İphone” markalı “14 pro” modeldə olan mobil telefonda yoxladıqdan sonra nömrəsini çıxardaraq telefonu Natiqə qaytarmışdır. Bundan sonra həmin telefonu Natiq ondan alıb mağazaya satmaq məqsədi ilə qoymuşdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 01 fevral 2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs ona zəng edərək özünə məxsus olan “İphone” markalı “14 pro” modelli mobil telefonu satmaq istədiyini və hansı qiymətə alacağını soruşmuşdur, o, İbrahimə 1550 manata ala biləcəyini bildirmişdir. Həmin günü saat 19:30-da Təqsirləndirilən şəxs onun icarə əsasında işlətdiyi mağazaya gedərək qutuda qeyd etdiyi mobil telefonu ona göstərmişdir. O, telefona baxarkən 3576 2966 4211 898 İMEİ kodlu və purple rəngli “İphone” markalı “14 pro” modelli mobil telefon olduğunu görmüşdür. Təqsirləndirilən şəxs təkrarən telefonun özünə məxsus olduğunu və oğurluq olmadığını bildirmişdir. O, İbrahimin dediyi sözlərə inanaraq sonuncunun şəxsiyyət vəsiqəsi ilə həmin telefonu ondan almışdır. İbrahimin vəsiqəsinə telefonun İMEİ kodunu qeyd edib telefonu 1550 manata ondan almışdır. 02 fevral 2024-cü il tarixdə polis əməkdaşları mağazaya İbrahim ilə birlikdə gələrkən ona məlum olmuşdur ki, telefon başqa şəxsə məxsusdur. Buna görədə o, telefonu İbrahimin şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə polis əməkdaşlarına təqdim etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 5 ildir ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsində yerləşən “Hatemoğlu Jewellery” mağazasında satıcı işləyir. 06 sentyabr 2023-cü il tarixdə sonradan adını bildiyi Təqsirləndirilən şəxs mağazaya daxil olaraq 2 ədəd qadın üzüyünü ona göstərərək satmaq istədiyini bildirmişdir. O, üzüklərə baxdıqdan sonra hər ikisinə 600 manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmışdır. O, Təqsirləndirilən şəxs üzüklərin kimə məxsus olduğunu və oğurluq olub olmadığını soruşduqda İbrahim üzüklərin həyat yoldaşına məxsus olmasını və oğurluq olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir (cild 1, i.v. 1); zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 13); şübhəli şəxsin tutulması haqqında 01 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:50 radələrində CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 35); götürülmüş mobil telefona baxış keçirilməsi haqqında 01 fevral 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanında yerləşən “Mobistor” mağazasına baxış keçirilmiş, mağazanın sahibi Şahid1 Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ona satdığı “İphone” markalı “14 pro” modeldə olan 3576 2966 4211 898 İMEİ kodlu mobil telefonu məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirmək məqsədi ilə təqdim etmişdir (cild 1, i.v. 43-44); ifadənin yerində yoxlanılması haqqında 02 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 45-49); şəxsin tanınmaya təqdim edilməsi haqqında 02 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş 4 nəfər şəxsdən 3-cü sırada duran şəxsin onun mobil telefonunu açıq yolla talamış şəxs olduğunu bildirmişdir (cild 1, i.v. 50-52); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 1, i.v. 53-54); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-96/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (cild 1, i.v. 71-74); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanun tətbiq edilərək cəzası azaldılmaqla 02 il 02 ay təyin edilmiş və cəza müddəti qurtardığına görə azad edilmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 20 günü hissəsindən vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır (cild 1, i.v. 83-85); cinayət işlərinin birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, istintaq ********* nömrəsi altında davam etdirilmiş və əməl CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 177.1 və 180.2.2-ci maddələrinə tövsif edilmişdir (cild 1, i.v. 100-101); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild 1, i.v. 106); hadisə yerinə baxış keçirilməsi haqqında 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Salam Adil dairəsi ünvanına baş vermiş oğurluq cinayət hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 113-114); zərərçəkmiş şəxs qismində tanınma haqqında 21 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 126-127); şübhəli şəxsin tutulması haqqında 19 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00 radələrində CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 152); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 1, i.v. 163-164); təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və qətimkan tədbiri seçilməsi haqqında 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 175-176); təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 21 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 180-181); təqdim etmə və götürmə barədə 22 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı qızılları aldığı yerdən geri aldığını bildirərək 02 ədəd qızılı istintaqa təqdim etmiş və həmin qızıllar zərərçəkmiş şəxsə qaytarılması məqsədi ilə müstəntiq Süleyman Qəşəmli tərəfindən sayılıb götürülmüşdür (cild 1, i.v. 184); götürülmüş maddi sübuta baxış keçirilməsi haqqında 23 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, “Hatemoğlu Jewellery” mağazasından götürülmüş “Qızıl və brilyantların alqı-satqı kitabı”na baxış keçirilmiş və həmin kitabçanın 26-cı səhifəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 02 ədəd qızılın 600 manat müqabilində alındığı aşakr edilmişdir (cild 1, i.v. 185); əşyanın tanınmaya təqdim edilməsi haqqında 23 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş 02 ədəd qızıl üzüyün ona məxsus olduğunu bildirmişdir (cild 1, i.v. 186); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/313-9/392 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən qızılzinət əşyalarının 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: - 1 ədəd gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan - üzərində “BRAVO-750” adlıq və əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 3,30 qramdır, qaşları brilyant, 41 ədədinin hər birinin ölçüsü 0,008 karat, 36 ədədinin hər birinin ölçüsü 0,003 karat, 4/3 keyfiyyətli olan üzük - 460,00 manat; - 1 ədəd gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan - üzərində “BRAVO-750” adlıq və əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 1,52 qram, qaşları brilyant, 15 ədədinin hər birinin ölçüsü 0,005 karat, 4/3 keyfiyyətli olan üzük - 200,00 manat müəyyən edilmişdir (cild 1, i.v. 213-216); HK/1-200 saylı materialın ********* saylı cinayət işinə əlavə edilməsi və əməlin tövsif edilməsi haqqında 11 mart 2024-cü il tarixli qərardan görünür ki, HK/1-200 saylı material icraatda olan ********* nömrəli cinayət işinə əlavə edilmiş, istintaq ********* nömrəsi altında davam etdirilmiş və əməl CM-nin 177.1 və 178.2.2-ci maddəsindən həmin Məcəllənin 177.1, 178.2.2 və 180.2.2-ci maddələrinə tövsif edilmişdir (cild 2, i.v. 1-2); hadisə yerinə baxış keçirilməsi haqqında 24 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində baş vermiş dələduzluq cinayət hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 2, i.v. 12-14); zərərçəkmiş şəxs qismində tanınma haqqında 11 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v. 28); Təqsirləndirilən şəxs ilə Nihad Bağırov arasında “Whatsapp” tətbiqi vasitəsi ilə aparılmış danışıqların olduğu ekran görüntülərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs telefonun pulunu göndərəcəyini qeyd etmişdir (cild 2, i.v. 35-39); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2024-cü il tarixli, 3-16-16/2-9/983/2024 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd “İphone” markalı, A2889 (14 pro) model, 128 GB daxili yaddaşlı, **********11898 İMEİ kodlu mobil telefonun istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin fevral ayına olan tarixə orta bazar qiyməti təxminən 1700,00 manat müəyyən edilir (cild 2, i.v. 51-53); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1, 178.2.2 və 180.2.2-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 mart 2024-cü il tarixli, 3- 16-16/2-9/983/2024 saylı və 24 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/313-9/392 saylı ekspert rəyləri, hadisə yerinə baxış protokolları, ifadənin yerində yoxlanılması haqqında protokollar, baxış və götürmə haqqında protokollar, əşyanın tanınmaya təqdim edilməsi haqqında protokol, şəxsin tanınmaya təqdim edilməsi haqqında protokol iş üzrə sübut növü kimi qiymətləndirilmiş, iş üzrə götürülmüş 01 ədəd “İphone” markalı, A2889 (14 pro) model, 128 GB daxili yaddaşlı, **********11898 İMEİ kodlu mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmış, 1 ədəd gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan – üzərində “BRAVO-750” adlıq və əyar damğası həkk olunmuş 41 ədəd brilyant qaşları olan üzük və 1 ədəd gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan – üzərində “BRAVO-750” adlıq və əyar damğası həkk olunmuş 15 ədəd brilyant qaşları olan üzük maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmış, Şahid2, Şahid5 və Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 2, i.v. 69-77); təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1, 178.2.2 və 180.2.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur (cild 2, i.v. 79-81); 02 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, 01 ədəd “İphone” markalı, A2889 (14 pro) model, 128 GB daxili yaddaşlı, **********11898 İMEİ kodlu mobil telefon Zərərçəkmiş şəxs1 qaytarılmışdır (cild 2, i.v. 90); 02 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, 1 ədəd gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan – üzərində “BRAVO-750” adlıq və əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 3,30 qram, qaşları brilyant, 41 ədədinin hər birinin ölçüsü 0,008 karat, 36 ədədinin hər birinin ölçüsü 0,003 karat, 4/3 keyfiyyətli olan üzük və 1 ədəd gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan – üzərində “BRAVO-750” adlıq və əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 1.52 qram, qaşları brilyant 15 ədədinin hər birinin ölçüsü 0,005 karat, 4/3 keyfiyyətli olan üzük Zərərçəkmiş şəxs2 qaytarılmışdır (cild 2, i.v. 91); Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 178.2.2 və 180.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı çəkmələri nəzərdə tutulmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışmasını, onlara dəymiş maddi ziyanı ödəməsini CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü üzrə məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Lakin, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməllərini törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 20 (iyirmi) gün müddətini çəkməkdən xx.xx.2022-ci il tarixdə şərti olaraq vaxtından əvvəl azad edilmiş, lakin azad edildiyi vaxtdan 02 il keçmədən hazırki cinayət əməllərini törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi CM-nin 178.2.2 və 180.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs hazırda təqsirləndirildiyi cinayət əməllərindən CM-nin 177.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayət olduğundan cinayətin residivini yaratmasa da, məhkumluğu ödənmədən hazırki cinayət əməlini törətdiyindən həmin maddə ilə də azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1, 178.2.2 və 180.2.2-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən CM-nin 178.2.2 və 180.2.2-ci maddələrinə münasibətdə cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona cəza təyin edilməli, onun 19 dekabr 2023-cü il tarixdən 21 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut hesab edilən 01 ədəd “İphone” markalı, A2889 (14 pro) model, 128 GB daxili yaddaşlı, **********11898 İMEİ kodlu mobil telefon Zərərçəkmiş şəxs1 geri qaytarılmalı və həmin mobil telefonun ibtidai istintaq zamanı sahibinə saxlanılması üçün verilməsi nəzərə alınmalı, həmçinin 1 ədəd gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan – üzərində “BRAVO-750” adlıq və əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 3,30 qram, qaşları brilyant, 41 ədədinin hər birinin ölçüsü 0,008 karat, 36 ədədinin hər birinin ölçüsü 0,003 karat, 4/3 keyfiyyətli olan üzük və 1 ədəd gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan – üzərində “BRAVO-750” adlıq və əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 1.52 qram, qaşları brilyant 15 ədədinin hər birinin ölçüsü 0,005 karat, 4/3 keyfiyyətli olan üzük Zərərçəkmiş şəxs2 geri qaytarılmalı və həmin üzüklərin ibtidai istintaq zamanı sahibinə saxlanılması üçün verilməsi nəzərə alınmalı (CPM-132), 150 (yüz əlli) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 178.2.2 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 dekabr 2023-cü il tarixdən 21 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 01 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən - 01 ədəd “İphone” markalı, A2889 (14 pro) model, 128 GB daxili yaddaşlı, **********11898 İMEİ kodlu mobil telefon Zərərçəkmiş şəxs1 geri qaytarılsın və həmin mobil telefonun ibtidai istintaq zamanı sahibinə saxlanılması üçün verilməsi nəzərə alınsın, həmçinin 1 ədəd gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan – üzərində “BRAVO-750” adlıq və əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 3,30 qram, qaşları brilyant, 41 ədədinin hər birinin ölçüsü 0,008 karat, 36 ədədinin hər birinin ölçüsü 0,003 karat, 4/3 keyfiyyətli olan üzük və 1 ədəd gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan – üzərində “BRAVO-750” adlıq və əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 1.52 qram, qaşları brilyant 15 ədədinin hər birinin ölçüsü 0,005 karat, 4/3 keyfiyyətli olan üzük Zərərçəkmiş şəxs2 geri qaytarılsın və həmin üzüklərin ibtidai istintaq zamanı sahibinə saxlanılması üçün verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar