Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-255/2020 01.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Adilbala oğlunun, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və qanuni nümayəndəsi X3, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və qanuni nümayəndəsi X1, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 müdafiəçisi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 müdafiəçisi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 2002-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, işləməyən, Füzuli rayonunun Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 2005-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, natamam orta təhsilli, Biləsuvar rayonunun Zəhmətabad kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında kirayənişin yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan təkrarən qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Belə ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2019-cu il tarixdə saat 21:30-da tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək talama məqsədi olmadan qanunsuz olaraq Bakı şəhəri Xətai rayonu UPD qəsəbəsi Nazim Şükürov küçəsi 2/3 nömrəli evin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 Adilbala oğluna məxsus «VAZ 2101» minik markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini işə salmaq üçün istifadə olunan qıfılı sındırmaqla naqilləri bir-birinə birləşdirərək mühərrikini işə salıb idarə edərək oradan uzaqlaşmaqla ələ keçirərək qaçırmış, avtomobilin sağ qabaq təkəri yerindən çıxdığından avtomobili əzməklə Zərərçəkmiş şəxs1 1110 (bir min yüz on) manat ziyan vurmuşdur. Bundan başqa o, təkrarən xx xxxxxxx 2019-cu il tarixdə saat 22:30-da Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxş halında birləşərək talama məqsədi olmadan, qanunsuz olaraq ünvan 4 nömrəli evin yaxınlığında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus «VAZ 2101» minik markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobilin mühərrikini işə salmaq üçün istifadə olunan qıfıla gedən enerji naqillərini yerindən çıxarıb bir-birinə birləşdirərək mühərriki işə salıb idarə edərək oradan uzaqlaşmaqla ələ keçirərək qaçırmış və avtomobilin qabaq sağ tərəfini səkiyə vurub əzməklə Zərərçəkmiş şəxs2 424 (dörd yüz iyirmi dörd) manat ziyan vurmuşdur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan təkrarən qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Belə ki, o, xx xxxxxxx 2019-cu il tarixdə saat 21:30-da tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək talama məqsədi olmadan qanunsuz olaraq Bakı şəhəri Xətai rayonu UPD qəsəbəsi Nazim Şükürov küçəsi 2/3 nömrəli evin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 Adilbala oğluna məxsus «VAZ 2101» minik markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini işə salmaq üçün istifadə olunan qıfılın üzərindəki qara plastması sındırmaqla, enerji naqilləri yerindən çıxarıb bir-birinə birləşdirərək mühərriki işə salıb idarə edərək oradan uzaqlaşmaqla ələ keçirərək qaçırtmış, avtomobilin sağ qabaq təkəri yerindən çıxdığından avtomobili əzməklə Zərərçəkmiş şəxs1 1110 (bir min yüz on) manat ziyan vurmuşdur. Bundan başqa o, təkrarən xx xxxxxxx 2019-cu il tarixdə saat 22:30-da Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxş halında birləşərək talama məqsədi olmadan, qanunsuz olaraq, Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, R.Bağırov küçəsi 28 nömrəli evin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus «VAZ 2101» minik markalı 20 BM-497 dövlət nömrə nişanlı avtomobilin mühərrikini işə salmaq üçün istifadə olunan qıfılı sındırmaqla, enerji naqillərini yerindən çıxarıb bir-birinə birləşdirərək mühərriki işə salıb idarə edərək oradan uzaqlaşmaqla ələ keçirərək qaçırmış və avtomobilin qabaq sağ tərəfini səkiyə vurub əzməklə Zərərçəkmiş şəxs2 424 (dörd yüz iyirmi dörd) manat ziyan vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ona CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə yaşadığı evin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 ilə görüşmüş, Səid ona sabah onun ad günü olduğunu, UPD qəsəbəsinə getmələrini, orada «VAZ 2101» markalı avtomobillər olduğunu, şəhərdə gəzmək üçün onlardan birini qaçırtmalarını demiş, Səidlə razılaşmışdır. Həmin gün saat 21:30 radələrində UPD qəsəbəsinə getmiş, orada evlərinin birinin yanında albalı rəngində «VAZ 2101» markalı, **-UK-*** dövlət nömrə nişanlı avtomobili görmüşlər. Səid ona həmin avtomobili qaçırmalarını təklif etmiş, avtomobilə yaxınlaşdıqda arxa qapısının bağlanmamış olmasını, yəni kilitli olmadığını görmüşlər. Avtomobilin arxa qapısını açıb içəri daxil olaraq digər qapılarının kilidlərini açıb avtomobilə əyləşmiş, Səid avtomobilin mühərrikinin qıfılını sındırıb naqilləri birbaşa birləşdirmiş və Səid sukan arxasında, o isə avtomobilin sağ qabaq oturacağında oturmuş və həmin «VAZ 2101» minik markalı avtomobilini idarə edərək həmin yerdən qaçmışlar. Onlar qaçırtmış olduqları avtomobillə «Ağ şəhər» adlanan əraziyə getmiş və avtomobili orada binaların arasında sürmüşlər. Sonra Səid ilə yerlərini dəyişmiş və avtomobili o idarə etmiş, Səid də onun yanında oturmuşdur. Bu zaman qəflətən avtomobilin qabaq sağ təkəri yerindən çıxmış, Səid avtomobili saxlamış, təkəri yerinə salıb bağlayıb yavaş–yavaş onun yaşadığı məhəllə tərəfə gəlmiş və avtomobili orada binanın kənar tərəfinə yerləşdirib evlərinə getmişlər. xx xxxxxxx 2019-cu il tarixdə saat təxminən 22:30 radələrində yenə «VAZ 2101» markalı avtomobili qaçırtmaq fikirləri olduğundan o, Təqsirləndirilən şəxs2 ilə birlikdə UPD qəsəbəsinə getmiş və UPD qəsəbəsində ağ rəngli «VAZ 2101» markalı **- BM-*** dövlət nömrə nişanlı avtomobil aşkar etmişlər. Avtomobilin sağ qapısı və şüşəsi açıq olduğundan, o, qabaq sərnişin oturacağına, Səid isə sükan arxasına əyləşmiş, avtomobilin mühərrikini işə salmaq üçün qıfılının enerji naqillərini yerindən çıxartmaqla birbirinə birləşdirib avtomobilin mühərrikini işə salmaqla qaçırmışlar. Qaçırmış olduqları avtomobili «Ağ şəhər» adlanan ərazidə təxminən bir saat ora-bura sürmüş, sonra o, sükan arxasına, Səid isə qabaq sərnişin oturacağına oturmuşdur. Avtomobili idarə edərkən avtomobilin qabaq sağ təkərini yolun kənarındakı səkiyə (bardyura) vurmuş, təkər nasaz vəziyyətə düşmüşdür. Avtomobili artıq idarə etmək mümkün olmadığı üçün elə orada qoyub getmişlər. Əməlindən peşmandır, zərərçəkmiş şəxslərlə barışmışdır, ona qarşı hər hansı şikayət və tələbləri yoxdur. Qeyd olunanları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamla özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə günorta saatlarında yaşadığı evin yanında tanışı Mərdanla görüşmüş, həmin vaxt Mərdanla avtomobil qaçırmağı planlaşdırmışlar. Bu məqsədlə həmin tarixdə 21.30 radələrində birlikdə UPD qəsəbəsinə getmiş, orada gəzərək yolun kənarında albalı rəngində «VAZ 2101» markalı, **-UK-*** dövlət nömrə nişanlı avtomobili görmüş və həmin avtomobili qarçırtmaq qərarına gəlmişlər. Həmin avomobilin arxa qapısı açıq olduğundan, qapını açıb avtomobilin salonuna daxil olaraq o biri qapılarının kilidlərini də açıb avtomobilə əyləşmişlər. O, avtomobilin mühərrikinin qıfılını sındırıb naqilləri birbaşa birləşdirib sükan arxasında əyləşmiş, tanışı Mərdan isə avtomobilin sağ qabaq oturacağında əyləşmiş və avtomobili idarə edərək həmin yerdən qaçırmışlar. Avtomobillə «Ağ şəhər» adlanan əraziyə getmiş və orada binaların arasında avtomobili sürmüşlər. Sonra Mərdanla yerini dəyişmiş, avtomobili Mərdan sürmüş, o isə Mərdanın yanında əyləşmişdir. Bu zaman qəflətən avtomobilin qabaq sağ təkəri yerindən çıxmış, o, avtomobili saxlamış, təkəri yerinə bağlayıb yavaş-yavaş Mərdanın yaşadığı məhlə tərəfə gəlmiş və avtomobili orada binanın kənar tərəfinə yerləşdirib oradan da evlərinə getmişlər. xx xxxxxxx 2019-cu il tarixdə saat təxminən 22:30 radələrində o, Təqsirləndirilən şəxs1lə yenidən «VAZ 2101» markalı avtomobili qaçırtmaq qərarına gəlmiş, bu məqsədlə birlikdə UPD qəsəbəsinə getmiş, orada ağ rəngli «VAZ 2101» markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobili aşkar etmişlər. Mərdan avtomobilin qapısına əl atmış, avtomobilin sağ qapısı və şüşəsinin açıq olduğunu görmüş və qapını açıb hər ikisi avtomobilə əyləşmişlər. O, avtomobilin sükanı arxasına əyləşməklə yenə açarın naqilləri yerindən çıxarıb bir-birinə birləşdirməklə mühərriki işə salmış, avtomobili sürüb Ağ şəhər ərazisinə getmişlər. Ağ şəhər ərazisində avtomobili təxminən bir saata kimi sürəndən sonra Mərdan avtomobilin sükanın arxasına oturub avtomobili idarə etmişdir. Mərdan avtomobili idarə edərkən avtomobilin qabaq sağ təkərini yolun kənarında olan səkiyə (bardura) vurub, avtomobilin təkərini yararsız hala salmış, avtomobili daha idarə etməyin mümkün olmadığını görüb elə orada da atıb çıxıb getmişlər. Əməlindən peşmandır, zərərçəkmiş şəxslərlə barışmışdır, ona qarşı hər hansı şikayət və tələbləri yoxdur. Qeyd olunanları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Adilbala oğlu ifadəsində göstərmişdir ki, 2019-ci ilin fevral ayından ünvan 3 ünvanında yaşayır. «VAZ 2101» markalı **-UK-*** dövlət nömrə nişanlı albalı rəngdə avtomobil ona məxsusdur. xx.xx.2019-cu il tarixdə o, yaşadığı evin yaxınlığında, təxminən saat 21:00 radələrində avtomobili saxlamış və qohumugilə getmişdir. Təxminən saat 24:00 radələrində qayıtdıqda «VAZ 2101» markalı, **-UK-*** dövlət nömrə nişanlı avtomobiln saxladığı yerdə olmadığını görmüş, qohumu Həmidin avtomobili idarə edərək harasa getdiyini zənn etmiş və ona görə də Həmidi narahat etməmişdir. xx xxxxxxx 2019-cu il tarixdə saat 08:00 radələrində o, avtomobili əvvəl saxlandığı yerə gəlmiş, lakin avtomobilnin hələ də yerində olmadığını görmüşdür. O, məsələyə aydınlıq gətirilməsi məqsədi ilə qohumu Həmidə zəng etmiş, Həmid ona avtomobili saat 21:00 saxladığı yerdə olmalı olduğunu və ondan sonra avtomobili götürmədiyini bildirmiş, bu zaman o, avtomobilinin qaçırıldığını başa düşmüş, dərhal DİN-nin 102 xidmət mərkəzinə zəng edib bu barədə məlumat vermiş və sonra isə ərizə ilə Xətai RPİ-nin 37-ci Polis şöbəsinə müraciət etmişdir. Təxminən xx xxxxxxx 2019-cu il tarixdə ona 37-ci PŞ-dən zəng edilərək, avtomobilinin tapıldığını bildirmiş, o, 37-ci PŞ-nə gəlmiş və ona məxsus avtomobili orada görmüşdür. Avtomobilin xarici görünüşü saz vəziyyətdə olduğunu, lakin avtomobilin qabaq sağ diskinin 02 boltunun diski cırıb üstündən düşdüyü vəziyyətdə olduğunu görmüşdür. Hadisə nəticəsində avtomobilinə ümumilikdə 1110 (bir min yüz on) manat ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayətinin və tələbinin olmadığını bildirərək onlara yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 2019-ci ilin mart ayından ünvan 4 ünvanında ailə üzüvləri ilə birlikdə yaşayır. Tanışı Firidunun «VAZ-2101» minik markalı, **-BM-*** dövlət nömrə nişanlı ağ rəngdə avtomobili olmuş, həmin avtomobili ona etibarnamə əsasında idarə etmək üçün 750 (yeddi yüz əlli) manata satmış, o, maddi imkansızlığından avtomobili öz adına sənədləşdirə bilməmiş və etibarnamə əsasında idarə etmişdir. xx.xx.2019-cı il tarixxdə təxminən saat 20:00 radələrində həmin avtomobili yaşadığı evin yanında saxlayıb evinə getmiş, təxminən saat 21:00 radələrində evdən çıxıb yaxınlıqda olan «Mayak» adlı çay evinə piyada getmiş, həmin gecə saat 00:50 radələrində çay evindən çıxıb evinə qayıtdıqda avtomobili saxladığı yerdə olmadığını görmüş və avtomobilini kiminsə qaçırdığı başa düşərək dərhal DİN-nin 102 xidmət mərkəzinə məlumat vermiş, sonra isə ərizə ilə Xətaki RPİ-nin 37-ci Polis şöbəsinə müraciət etmişdir. Təxminən 11-xx xxxxxxx 2019-cu il tarixində ona Xətai RPİ-nin 37-ci PŞ-dən zəng edib evinin yanından qaçırılan avtomobilinin «Ağ şəhər» ərazisində tapıldığı bildirilmiş, o, deyilən həmin əraziyə gələrək həqiqətən də avtomobilnin orada olduğunu, avtomobilin qabaq təkərlər tərəfinin əzilmiş, bir tərəfinin də, yəni sağ tərəfinin də əzildiyini görmüşdür. Hadisə nəticəsində avtomobilinə ümumilikdə 424 (dörd yüz iyirmi dörd) manat ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən onlarla barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, təxminən iki ildən çoxdur ki, Bakı şəhəri UPD qəsəbəsi Nazim Şükürov küçəsində yaşayır. Zərərçəkmiş şəxs1 Adilbala oğlu onun dayısı oğludur, onunla UPD qəsəbəsində yanbayan yerləşən evlərdə qalır, həm də bir yerdə işləyirlər. xx xxxxxxx 2019-cu il tarixdə saat 21 radələrində işlətdikləri albalı rəngli «VAZ 2101» markalı, **-UK-*** dövlət nömrə nişanlı avtomobili yaşadıqları evlərin yanında saxlamış, qapıların hamısını kilitləyib evinə getmişdir. O, evdə şam yeməyini yeyib yatmış, səhər təxminən saat 9 radələrində Pərvan ona zəng edib avtomobilin harda olmasını və həin avtomobillə harasa gedib-getməməsinin soruşmuş, o, Pərvana avtomobillə bir yerə getməməsini, evdə olduğunu, avtomobilin açarının da onda olduğunu demişdir. O, bayıra çıxıb avtomobilin dünən saxladığı yerdə olmadığını görmüş və Pərvanla birlikdə avtomobili axtarmışlar. Sonra Pərvan DİN-nin 102 xidmət mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Avtomobilini qaçıran şəxsləri əvvəl tanımamış, avtomobilin qapılarını isə saxlayandan sonra bağlamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayanlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-nin 182.2.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul olunmuşdur (İ cild, i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında protokollardan görünür ki, hadisə yerinə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilməklə protokola əlavə edilmişdir (İ cild, i.v. 08-09, 21-22, 29-31); qanuni nümayəndə kimi tanınma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, X6 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi kimi tanınmışdır (İ cild, i.v. 42); qanuni nümayəndə kimi tanınma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, X4 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi kimi tanınmışdır (İ cild, i.v. 50); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Adibala oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 57); ifadənin yerində yoxlanması haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlinin bütün xüsusatlarını hadisə yerində göstərmişdir (İ cild, i.v. 65-67); ifadənin yerində yoxlanması haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlinin bütün xüsusatlarını hadisə yerində göstərmişdir (İ cild, i.v. 69-72); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2019-cu il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (İ cild, i.v. 87-88); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 29565 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a”, “b”, “c” əl-barmaq izləri, 1 saylı daktilolentin səthindəki “d” papilyar naxış isi, 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 3 saylı daktilolentin səthindəki ovuc izi müqayisəli tədqiqat üçün yararldır, ********* nömrəli cinayət işi ilə əlaqədar tədqiqatat təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs1 sağ əlinin böyük barmağından qalmışdır, ********* nömrəli cinayət işi ilə əlaqədar tədqiqatat təqdim edilmiş 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs2 sol əlinin orta barmağından qalmışdır, tədqiqatat təqdim edilmiş 1 saylı daktilolentin “b”, “c” əl-barmaq izləri, 1 saylı daktilolentin səthindəki “d” papilyar naxış izi, 3 saylı daktilolentin səthindəki ovuc izi X10, Təqsirləndirilən şəxs1 tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır, tədqiqatat təqdim edilmiş 2 saylı daktilolentin səthindəki digər əl-barmaq izləri, 4-15 saylı daktilolentlərin, 16-19 saylı daktiloplyonkaların səthindəki əl-barmaq və ovuc izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yarasız olmuşdur. Aparılmış məhkəmə-trosoloji etkspertizasının dəyəri 61,29 manat hesablanmışdır (İ cild, i.v. 129-137); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 29015 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yoli ilə təqdim edilmiş “Ağdam avtomotoservis və ticarət” tərəfindən tərtib edilmiş xx.xx.2019cu il tarixli qüsur aktının məlumatlarına əsasən, 1980-ci il buraxılışlı, “Vaz-2101” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, dəyişilməli hissələrin qiyməti üzrə hissələrin qiymətinə müvafiq hesablanmaqla 1110 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 450 manat, təmir bərpa işlərinin qiyməti 660 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 555 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 225 manat, təmir-bərpa işlərinin qiyməti 660 manat müəyyən edilmişdir. Nəzəri hesablama yolu ilə təqdim edilmiş “Gənclik” müəssisəsi tərəfindən tərtib edilmiş qüsur aktında olan məlumatlaına əsasən, 1981-ci il buraxılışlı, “Vaz-2101” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 424 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 224 manat, təmir-bərpa işlərinin qiyməti 200 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 212 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 112 manat, təmir-bərpa işlərinin qiyməti 200 manat hesablanmışdır. Aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri 50 manat hesablamışdır (İ cild, i.v. 139-143); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 31487 nömrəli ekspert rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) daha yaxındır, Təqsirləndirilən şəxs1 fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmur, Təqsirləndirilən şəxs1 əqli inkişafında psixi sətəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur, Təqsirləndirilən şəxs1 əqli-psixi inkişafına və yaş xüsusiyyətlərinə görə hadisə zamanı etdiyi hərəkətləri qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Aparılmış məhkəmə-psixaoji ekspertizasının dəyəri 50 manat hesablanmışdır (İ cild, i.v. 148-151); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 31601 nömrəli ekspert rəyindən görünür ki, yetkinlik yaşına çatmayan X7 əsas fərdi-psixi xüsusiyyətləri rəyin təsviri hissəsində (s3-4) açıqlanmış, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 dünyagörnüşü aşağı səviyyədə olmaqla, bilikləri güzaran təcrübəsinə əsaslanır, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əqli-psixi inkişafına görə hal-hazırda və hadisə zamanı etdiyi hərəkətlərin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Aparılmış məhkəmə-psixaoji ekspertizasının dəyəri 110 manat hesablanmışdır (İ cild, i.v. 153-156); Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(003)-16/2019 saylı hökmündən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin olunmuşdur (İ cild, i.v. 178-187); xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayanlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-nin 185.2.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 185.2.1 və 185.2.2-ci maddələrinə tövsif edilmişdir (İ cild, i.v. 205-216); yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edildiyi andan onun anası X6 yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində tanınmışdır (İ cild, i.v. 219-220); təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə CM-nın 182.2.1. və 185.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmişdir (İ cild, i.v. 231-232); yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayan şəxsi valideyn “nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v. 240-241); yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edildiyi andan onun anası X4 yetkinlik yaşına çatmayab təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində tanınmışdır (İİ cild, i.v. 2-3); təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə CM-nın 182.2.1. və 185.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmişdir (İİ cild, i.v. 13-14); yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayan şəxsi valideyn “nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v. 22-23); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (İİ cild, i.v. 217); sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayanlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 185.2.1 və 185.2.2-ci maddələrində nəzərdə tutulmuş yenidən ittiham elan olunmuş, təqsirləndirilən şəxslər yetkinlik yaşına çatmayanlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «nəzarət altına vermə» qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanması nəzərə alınmış, hadisənin baş verdiyi yerlər “VAZ 2101” minik markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri Xətai rayonu UPD qəsəbəsi Nazim Şükürov küçəsi 2/3 saylı evin qarşısından, “VAZ 2101” minik markalı, **-BM-*** dövlət qeydiyyat nömrəli avtomobilin Bakı şəhəri Xətai rayonu UPD qəsəbəsi R. Bağırov küçəsi 28 saylı evin qarşısından qaçırılması kimi götürülmüş, X2 cinayət prosessində zərərçəkmiş şəxs kimi iştirakına xitam verilmiş və bu barədə maraqlı tərəflərə məlumat verilmiş, cinayət işi üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əməlində CM-nin 186.1-ci maddəsinin tərkibinin olmadığı üçün bu xüsusat üzrə cinayət təqibi başlanması rədd edilməsi və zərərçəkmiş şəxslərə mülki qaydada məhkəməyə müraciət etmə hüququnun olmaları onlara izah olunması nəzərə alınmış, cinayət işi üzrə işi üzrə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri, ifadələrin hadisə yerində yoxlanması protokolları, həmin protokollara əlavə edilmiş fotocədvəllər toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Adilbala oğlunun, Zərərçəkmiş şəxs2 ifadələri, Şahid ifadəsi, hadisə yerinə baxış protokolları, yetkinlik yaşına çatmayanlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 talama məqsədi olmadan ələ keçirməklə qaçırmış olduqları və araşdırma zamanı tapılaraq zərərçəkmiş şəxslərə qaytarılmış “VAZ 2101” minik markalı, 90- UK-899 dövlət qeydiyyat nişanlı və “VAZ 2101” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillər, iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-daktiloskopik ekspertin xx xxxxxx 2019-cu il tarixli, 29565 nömrəli rəyi, məhkəmə-əmtəəşünaslıq ekspertin xx.xx.2020-ci il tarixli, 29015 nömrəli rəyi, məhkəmə-psixotrik ekspertin xx.xx.2020-ci il tarixli, 31601 nömrəli və xx.xx.2020-ci il tarixli, 31487 nömrəli rəyləri sübut növü kimi qiymətləndirilməsi və həmin rəylərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (İİ cild, i.v. 01-12); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə nəzərdə tutlmuş yenidən ittiham elan olunmuşdur (İİ cild, i.v. 14- 15); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə nəzərdə tutlmuş yenidən ittiham elan olunmuşdur (İİ cild, i.v. 26- 27). Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(003)-16/2019 saylı hökmü üzrə Təqsirləndirilən şəxs1 sınaq müddətinin əvvəli xx xxx 2019-cu il tarixdən başlamış, sonu xx xxxxxx 2020-ci il tarixdir. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, yetekinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin məhkəmədə verdiyi və şahidin məhkəmədə elan olnumuş və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələrinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.2-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir; 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur; 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər; 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir; 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır; 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq çəkməsini (CM- 59.2), cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini (CM-59.1.2.), zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini (CM-59.1.12), zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(003)-16/2019 saylı hökmündən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin olunmuşdur. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 sınaq müddətinin əvvəli xx xxx 2019-cu il tarixdən başlamış, sonu xx xxxxxx 2020-ci il tarixdə bitəcəkdir. Şərti məhkum edilmiş Təqsirləndirilən şəxs1 sınaq müddətində qəsdən az ağır cinayət törətdiyindən Azərbaycan Respublikası CM-in 71.5-ci maddəsinə əsasən şərti məhkum etmə ləğv edilməli və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Ağayev X5 Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), şəxsin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsiri, əvvəllər məhkum edilməsi, sınaq müddəti ərzində qəsdən az ağır cinayət törətməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(003)-16/2019 saylı hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilməli (CM-71.5), hökümlərin məcmusu üzrə qəti cəza təyin edilməli (CM 67.1), cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli (CM-85.5.1), barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, iş üzrə maddi sübut - nəqliyyat vasitələrinin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq çəkməsini (CM- 59.2), cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini (CM-59.1.2.), zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini (CM-59.1.12), zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Abasov X8 Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2ə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməli, iş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsili bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-16/2019 nömrəli xx xxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-16/2019 nömrəli xx xxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 02 (iki) il azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 digər şəxslərdən ayrı saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və həmin cəzanın əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 185.2.1 və 185.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - nəqliyyat vasitələrinin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci – 271,29 (iki yüz yetmiş bir, iyirmi doqquz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-255/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-255/2020
01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver