Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-255/2024 13.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, X5 katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Abşeron rayonu, Masazır Ə/D, Masazır kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə odlu silah 01 ədəd QE-4812 №-li, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1972-ci ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançanı, 08 ədəd döyüş sursatı olan 9x18 mm kalibrli patronları, tapançaların komplekt hissəsinə aid 01 ədəd darağı əldə edib üzərində saxlamaqla daşıyaraq gəzdirmiş, habelə istintaqla müəyyən edilməyən vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,280 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq odlu silah gəzdirməsi və qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin əməkdaşları tərəfindən 30 yanvar 2024-cü il tarixdə saat 12:45-də keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılıb ünvan 3n 34-cü PŞ-nə gətirilib videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə şəxsi-axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarın bel hissəsindən 01 ədəd QE-4812 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1972-ci ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, yivli odlu silah, texniki cəhətdən saz və atəş üçün yararlı, silahın hissə və mexanizmlərinin üzərindən sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, 08 ədəd patron zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları, döyüş sursatı, təyinatı üzrə istifadə və atəş üçün yararlı, 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konsturaksiyalı tapançaların komplekt hissəsi-darağı, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı halda və əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0,280 qram olan açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 15 ildən artıq müddətdir ki, narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün qəbul etmişdir. Narkotik vasitəni tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Fərdi olaraq avtomobil ustası kimi fəaliyyət göstərmişdir. Bəzi hallarda isə küçələrdə olan sahibsiz dəmir metal qırıntılarını yığıb gəlir əldə etmişdir. 2023-cü ilin sentyabr ayının sonlarında yaşadığı Xətai rayonu, 9-cu Əhmədli küçəsində yerləşən dəmir yolu stansiyası yaxınlığında məişət qutularına dəmir metal əldə etmək üçün baxış keçirən zaman qutunun yaxınlığında qara rəngli sellofana bükülmüş bağlamanı görmüş, sellofanı əlinə alan zaman ilkin olaraq dəmir olmasını zənn etmiş, sellofana baxan zaman isə içərisində bir ədəd silah olmasını aşkar etmiş, silahı yaşadığı ev ünvanına gətirərək yatdığı otaqda gizlətmişdir. Evdə olan zaman silaha baxmış və silahın içərisində bir ədəd daraq və 8 ədəd güllə olmasını görmüşdür. Silahı tapması barədə heç bir kəsə hər hansı məlumat verməmişdir. Həmin silah evdə gizlətdiyi yerdə təxminən 4 ay qalmışdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında bədənində ağrılar olması səbəbindən yaşadığı ev ünvanını tərk edərək narkotik vasitə əldə etmək üçün yollanmışdır. Piyada hərəkət edərək metronun “Neftçilər” stansiyası yaxınlığına yollanmışdır. Buna səbəb isə bir neçə dəfə həmin ünvandan şəxsiyyəti haqqında məlumatı olmadığı, sadəcə üzdən tanıdığı şəxsdən narkotik vasitə əldə etməsi olmuşdur. Həmin ünvana yaxınlaşan zaman əvvəllər narkotik vasitə əldə etdiyi şəxslə qarşılaşmış, 01 ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə olan heroin almışdır. Həmin şəxsə 10 manat pul ödəmişdir. Narkotik vasitəni üzərində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Axşam gec saatlarda ev ünvanına çatdığı üçün narkotik vasitəni həmin gün istifadə etməmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında bədənində ağrılar olması səbəbindən narkotik vasitəni gizli olaraq münasib yer tapıb istifadə etmək qərarına gəlmişdir. Evdən çıxmamışdan qabaq bir neçə ay öncə tapdığı silahı gizlətdiyi yerdən götürüb əynində olan göy rəngli cins şalvarın bel hissəsində gizlətmişdir. Maddi cəhətdən çətinlik çəkməsi səbəbindən silahı satmaq üçün üzərində götürmüşdür. Həmin tarixdə ev ünvanını tərk edib metronun “Əhmədli” stansiyası istiqamətinə yollanan zaman ünvan 1 ünvanının qarşısında iki nəfər mülki geyimli polis əməkdaşları yaxınlaşmış, özlərini təqdim etdikdən sonra polis əməkdaşları narkotik vasitənin qəbulu ilə məşğul olması barədə soruşduqda, narkotik vasitə olan heroindən istifadə etməsini bildirmişdir. Bundan sonra o, polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində əməlini səmimi etiraf edərək narkotik vasitə olan heroin istifadə etməsini deyib, üzərində də bir ədəd bükümdə narkotik vasitə olan heroin olduğunu demişdir. Bundan sonra hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət olunmuşdur. Polis şöbəsində hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində olan əşyaları təqdim etməsi dedikdə, əynindəki göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd ağ rəngli kağız bükümü və şalvarın bel hissəsində saxladığı odlu silahı çıxardıb təqdim etmişdir. Polis əməkdaşı bükümdəki maddənin nə olmasını soruşduqda, narkotik vasitə olan heroin olmasını bildirmişdir. Narkotik vasitəni haradan və kimdən alması soruşulanda, narkotiki xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, metronun “Nefçilər” stansiyası yaxınlığından şəxsiyyəti haqqında məlumatı olmadığı, sadəcə üzdən tanıdığı şəxsdən aldığını bildirmişdir. Daha sonra üzərindən aşkar olunan odlu silahı isə təxminən 4-5 ay öncə Xətai rayonu, Kənd Əhmədli qəsəbəsindən tapdığını bildirmişdir. Bundan sonra polis əməkdaşı başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını soruşanda, təqdim etdiyi narkotik vasitədən və odlu silahdan başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik vasitə saxlamadığını bildirmişdir. Polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilən zaman üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilən narkotik vasitə elektron tərəziyə qoyularaq çəkilmiş və 0,45 qram çəkidə olması müəyyən edilmişdir. Polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və odlu silah qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantıdır. Xətai RPİ-nin 34-cü PB-nin CA üzrə əməliyyat müvəkkili işləyən, polis baş leytenantı Şahid1 ilə birlikdə işlədikləri Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati ərazisində xidmətdə olarkən, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində qanunsuz olaraq odlu silah gəzdirilməsi barədə əməliyyat məlumatı əldə etmişdir. 30 yanvar 2024-cü il tarixdə, saat 12:45-də Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsi 40A ünvanı qarşısında olarkən, Təqsirləndirilən şəxs görmüşlər, Təqsirləndirilən şəxs özünü şübhəli apardığından ona yaxınlaşaraq mülki geyimdə olduqlarından xidməti vəsiqələrini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər, PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün X3a təhvil vermişlər. Şöbədə olan zaman həmin şəxsin xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Abşeron rayonu, Masazır Ə/D, Masazır kəndi nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. X3 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd rəngli cins şalvarının bel hissəsində saxladığı bir ədəd Makarov markalı tapança, bir ədəd həmin silaha məxsus daraq və içərisində 08 ədəd patronu bundan sonra şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman hər hansı predmet aşkar olunmamışdır. Bundan sonra X3 01 ədəd ağ rəngli kağız bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini heç bir anket məlumatlarını bilmədiyi Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun “Neftçilər” stansiyası yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün almasını, silahı isə yaşadığı ev ünvanının yaxınlığından tapdığını və satmaq məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd büküm elektron tərəziyə qoyularaq çəkilmiş və elektron tərəzidə çəkisi 0.45 qram görünmüşdür. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə və odlu silah qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Birlikdə Xətai RPİ-nin 34-cü PB-nin CA üzrə əməliyyat müvəkkili işləyən, polis baş leytenantı Şahid2 ilə işlədikləri Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati ərazisində xidmətdə olarkən, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində qanunsuz olaraq odlu silah gəzdirilməsi barədə əməliyyat məlumatı əldə etmişdir. 30 yanvar 2024-cü il tarixdə, saat 12:45-də Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsi 40A ünvanı qarşısında olarkən, Təqsirləndirilən şəxs görmüşlər, Təqsirləndirilən şəxs özünü şübhəli apardığından ona yaxınlaşaraq mülki geyimdə olduqlarından xidməti vəsiqələrini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər, PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün X3a təhvil vermişlər. Şöbədə olan zaman həmin şəxsin xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Abşeron rayonu, Masazır Ə/D, Masazır kəndi nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. X3 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd rəngli cins şalvarının bel hissəsində saxladığı bir ədəd Makarov markalı tapança, bir ədəd həmin silaha məxsus daraq və içərisində 08 ədəd patronu bundan sonra şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman hər hansı predmet aşkar olunmamışdır. Bundan sonra X3 01 ədəd ağ rəngli kağız bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini heç bir anket məlumatlarını bilmədiyi Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun “Neftçilər” stansiyası yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün almasını, silahı isə yaşadığı ev ünvanının yaxınlığından tapdığını və satmaq məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd büküm elektron tərəziyə qoyularaq çəkilmiş və elektron tərəzidə çəkisi 0.45 qram görünmüşdür. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə və odlu silah qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 228.1 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:45 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 22-23); şəxsi axtarış və götürmə aparılması haqqında 30 yanvar 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs özü könüllü olaraq bel nahiyəsində saxladığı 01 ədəd “Makarov” markalı odlu silahı təqdim etmişdir. “Makarov” markalı odlu silahın üzərində rus əlifbası ilə yazılı «QE 4812 1972» yazıları vardır. “Makarov” silahına aid 1 ədəd daraq müəyyən edilmişdir. Həmin darağın içərisində isə 8 (səkkiz) ədəd güllə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin silahı hardan əldə etməsi barədə soruşulduqda, o, həmin “Makarov” markalı odlu silahı yaşadığı Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində yerləşən dəmir yolu yaxınlığından tapdığını və üzərində gəzdirməklə satmaq istədiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş kütləni çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin 01 ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş kütləninin nə olması soruşulduqda, o, 29 yanvar 2024-cü il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosu yaxınlığından anket məlumatlarını bilmədiyi, tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata bir büküm narkotik maddə hesab olunan heroini aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş kütlə təhqiqatçı tərəfindən açılmış və açıq qəhvəyi rəngli toz şəkilli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş açıq qəhvəyi rəngli toz şəkilli kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərkən içərisində olan kütlənin ümumi çəkisinin 0.45 (sıfır nöqtə qırx beş) qram olması məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən digər hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Makarov” markalı odlu silah, 01 ədəd daraq, 8 (səkkiz) ədəd güllə hər biri ayrı-ayrılıqda zərflərə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 152 saylı möhürü ilə möhürlənərək götürülmüş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 36-39); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/595 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...(imza) Təqsirləndirilən şəxs....” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.280 qram olan açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 49-52); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 31 yanvar 2024-cü il tarixli, 24/239 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd ГE-4812 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1972-ci ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 08 ədəd patron zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar və təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 эdəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutгlmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən «güllə-giliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir (i.v. 56-61); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 71-72); diskə baxış keçirilməsi haqqında 01 fevral 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “CD-R” diskdə olan görüntülər, şəxsi axtarış və götürmə aparılması, həmçinin mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında 30 yanvar 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 87-88); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-89/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (i.v. 99-104); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2002-ci il tarixdə CM-nin 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş qalan 5 ay 27 günü hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə Əzizbəyov Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir; Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir (i.v. 108-110); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin xx.xx.2024-cü il tarixli, 1414 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 127-128); Bakı şəhəri Xətai rayon İHB-nın Əhmədli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 132); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0.280 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd QE-4812 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1972-ci ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 08 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi - 01 ədəd daraq saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 31 yanvar 2024-cü il tarixli, 6/595 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1414 nömrəli, məhkəməballistik ekspertizasının 31 yanvar 2024-cü il tarixli, 24/239 saylı rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 133-140). Məhkəmə istintaqı zamanı 01 ədəd “CD-R” formatlı video diskə baxış keçirilmiş, diskdə olan birinci fayldakı videgörüntüyə baxış keçirdikdə müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs özü könüllü olaraq bel nahiyəsində saxladığı 01 ədəd “Makarov” markalı odlu silahı təqdim edir. “Makarov” markalı odlu silahın üzərində rus əlifbası ilə «QE 4812 1972» yazıları vardır, həmin silaha aid 1 ədəd daraq və darağın içərisində isə 8 (səkkiz) ədəd güllə aşkar edilir. Təqsirləndirilən şəxs həmin silahı hardan əldə etməsi barədə soruşulduqda, o, həmin “Makarov” markalı odlu silahı yaşadığı Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində yerləşən dəmir yolu yaxınlığından tapdığını və üzərində gəzdirməklə satmaq istədiyini bildirir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş kütləni çıxardaraq təqdim edir. Təqsirləndirilən şəxs həmin 01 ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş kütləninin nə olması soruşulduqda, o, 29 yanvar 2024-cü il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosu yaxınlığından anket məlumatlarını bilmədiyi, tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata bir büküm narkotik maddə hesab olunan heroini aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş kütlə təhqiqatçı tərəfindən açılır və açıq qəhvəyi rəngli toz şəkilli kütlə aşkar edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş açıq qəhvəyi rəngli toz şəkilli kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərkən içərisində olan kütlənin ümumi çəkisinin 0.45 (sıfır nöqtə qırx beş) qram olması məlum olur. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən digər hər hansı bir əşya və ya predmet aşkar edilmir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.280 qram olan kustar üsulla hazırlanmış heroin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri nəzərdə tutulmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmləri üzrə olan məhkumluqları ödənildiyindən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 30 yanva 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 0.280 qram olan tədqiqatdan sonra qalıq qalmış 0.230 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan 01 ədəd QE-4812 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1972-ci ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 08 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi - 01 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 01 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.280 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.230 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut – Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan 01 ədəd QE-4812 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1972-ci ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 08 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi - 01 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-255/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-255/2024
13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver