Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-256/2023 21.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 13 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmayan, “Group of X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X27 Qeydiyyatı İdarəsində 27 fevral 2017-ci il tarixdə qeydiyyata alınmaqla ********** (VÖEN) nömrə ilə X3 Nömrəsi (VÖEN) verilmiş, hüquqi ünvanı AZ1002, Bakı şəhəri, Nizami rayonu, X32, ev 9A, mənzil 0 olan “Group of X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru olmaqla həmin MMC-nin faktiki rəhbəri vəzifəsində işləyərkən 27 fevral 2017-ci il tarixdə təsdiq edilmiş MMC-nin Nizamnaməsinə əsasən cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, operativ idarə olunmanı həyata keçirmək, cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, cəmiyyəti bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommeriya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, cəmiyyətin adından mülki-hüquqi müqavilələr bağlamaq, xidmətlər göstərmək və sair vəzifələrə malik təşkilati sərəncamverici səlahiyyətlərə malik şəxs kimi Cəmiyyətin fəaliyyəti barədə “İnstaqram” sosial şəbəkəsində yaradılmış rəsmi "xxxx" səhifəsində Azərbaycan Respublikasından kənara səyahət etmək məqsədi ilə müxtəlif ölkələrə müxtəlif formada tur-paket şəklində səyahətlərin təşkil edilməsi, viza alınması tələb edilən ölkələrə səyahət etmək üçün lazımı viza dəstəyinin göstərilməsi, eyni zamanda xaricdə təhsil, dil kursu xidmətlərinin göstərilməsi barədə elanlar, həmçinin 2021-ci ilin sonlarında cəmiyyətin Böyük Britaniya və X14 Krallığının London şəhərinə 2022-ci ilin may ayında tur şəklində səyahət təşkil edə bilməsi barədə məlumatlar yerləşdirməklə, bundan başqa özünün şəxsi xahişi ilə əlaqədar, tanışı olan, 2016-cı il tarixdən 2018-ci ilin may ayına kimi olan müddətdə rəhbərlik etdiyi MMC-də ingilis dili müəllimi kimi fəaliyyət göstərmiş, hazırda “İnstaqram” sosial şəbəkəsində “ulkarstravelblog” profili ilə səyahət bloggeri kimi fəaliyyət göstərən cinayətdən xəbərsiz Şahid8 qeyd olunan profilində Böyük Britaniya və X14 Krallığının London şəhərinə 2022-ci ilin may ayında tur şəklində səyahət nəzərdə tutulması barədə elanını yerləşdirməklə, özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək həmin elanla əlaqədar 2021-ci ilin noyabr-dekabr aylarında, eləcə də 2022ci ilin yanvar-fevral-mart aylarında müxtəlif tarixlərdə ona müraciət edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 Mərkəzinin “X12 Mərkəzi” publik hüquqi şəxsin Asan viza departamentində vizaların verilməsi üzrə mütəxəssis vəzifəsində işləmiş Şahid7, Şahid6, Şahid5, Şahid9, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində olan "xxxx" MMC-də dizayner vəzifəsində işləyən Şahid12, "xxxx" MMC-nin “Araz” supermarketlər şəbəkəsində Satınalma müdiri vəzifəsində işləyən Şahid1, "xxxx" QSC-nin Məlumat Mərkəzində menecer vəzifəsində işləyən Şahid2, "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyində baş tibbi nümayəndə vəzifəsində işləyən Şahid3, Azərbaycan Turizm və Menecment Universitetində mütəxəssis və müəllim vəzifəsində işləyən Şahid11, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsində işləyən Şahid4, "xxxx" ASC-də aparıcı mütəxəssis vəzifəsində işləyən Şahid13, “X29” MMC-nin direktoru, ingilis dili müəllimi işləyən Şahid14, “Celection” turizm agantliyində tur agent vəzifəsində çalışan Şahid15, “Sədərək” ticarət mərkəzində satıcı işləyən Şahid16, “Alov” qüllələrində təsərrüfat işləri üzrə kordinator vəzifəsində işləyən İsmayılova (Dadaşzadə) Tərlan Ağali qızı, "xxxx" MMC-də İstehsalat üzrə mühəndis vəzifəsində işləyən X18, o cümlədən “X12 Mərkəzi” publik hüquqi şəxsdə işləmədikləri halda X4, X11, X25, X8 və Aytən Hənifəyeva ilə MMC-nin faktiki yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Bakı Metropoliteninin “Xətai” metrostansiyasının yaxınlığında yerləşən "xxxx" Plazanın 4-cü mərtəbəsindəki ofisində görüşləri zamanı tur şəklində 2022-ci ilin may ayında London şəhərinə bir həftəlik müddətdə səyahəti təşkil edilə biləcəyini, bununla bağlı lazımı viza dəstəyinin göstəriləcəyini, səyahət üçün bütün xərclərin (viza dəstəyi, gediş-gəliş bileti, oteldə qalma və sair) hər bir şəxs üçün 3.000 manat pul vəsait qarşılığında olacağını, bununla əlaqədar MMC ilə müraciət edən şəxslər arasında xidməti müqavilələrin bağlanacağını bildirməklə, həmin şəxslərin qeyd olunan şərtləri qəbul edərək razılıq vermələrinə nail olduqdan sonra, 2022-ci ilin yanvar-fevral-mart aylarında MMC-nin ofisində həmin şəxslərdən səyahətin təşkili və viza dəstəyinin göstərilməsi üçün lazım olan sənədləri, yəni iş yerindən arayış, əmək haqqından çıxarış, xarici pasportu və 3.000 manat pul vəsaitini qəbul edərək adları qeyd olunan şəxslərlə “Xaricdə təhsil ilə əlaqədar xidmət müqaviləsi” bağlayaraq, rəhbərlik etdiyi cəmiyyət tərəfindən Böyük Britaniya və X9 London şəhərinə 2022-ci ilin may ayı üçün təşkil edilmiş bir həftəlik turda iştirak edən ümumilikdə 21 nəfərə həmin ölkə tərəfindən viza alınmasını asanlaşdırmaq məqsədi ilə Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən, Bakı Metropoliteninin “Xətai” metrostansiyasının yaxınlığında yerləşən "xxxx" Plazanın 4-cü mərtəbəsindəki ofisində, özünə məxsus olan “Lenova” markalı kompüter vasitəsi ilə cinayətdən xəbərsiz Şahid8, eləcə də turda iştirak edən müraciət etmiş şəxslərin xəbəri olmadan “GOOGLE” axtarış internet portalında araşdırma apararaq “Online pdf to word converter” proqramı vasitəsi ilə “X12 Mərkəzi” publik hüquqi şəxsin möhürü və İnsan Resursları departamentinin müdiri Təranə Məmmədovanın imzası ilə təsdiqlənmiş və Şahid5, Şahid7, Şahid6, Şahid9 “X12 Mərkəzi” publik hüquqi şəxsin Asan viza şöbəsində mütəxəssis vəzifəsində işləməsini, aylıq gəlirlərinin 1376.52 AZN təşkil etməsini göstərən xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli rəsmi məktubların nömrəsini silərək məzmununda dəyişiklik edib tarixləri xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il kimi göstərməklə, həmçinin Təranə Məmmədovanın imzasını, Mərkəzin möhürünü “Online pdf to word converter” proqramı vasitəsilə köçürmə yolu ilə əldə edərək, turda iştirak edən şəxslərdən yalnız 4 nəfər şəxsin – Şahid5, Şahid7, Şahid6, Şahid9 “X12 Mərkəzi” publik hüquqi şəxsin əməkdaşı olduğu, digər şəxslərin isə Mərkəzlə hər hansı əlaqəsinin olmadığı, təşkil edilmiş turun ezamiyyə deyil, səyahət məqsədi daşıdığı və bütün xərclərin səyahət edən şəxslərin hesabına ödənildiyi halda, qeyd olunan məktublarda turda iştirak edən ümumilikdə 21 nəfər şəxsin “X12 Mərkəzi” publik hüquqi şəxsin əməkdaşları olması, turun ezamiyyə məqsədi daşıması, 03 aprel 2022-ci il tarixdən 09 aprel 2022-ci il tarixədək və 10 may 2022-ci il tarixdən 17 may 2022-ci il tarixədək nəzərdə tutulması, ezamiyyə xərcləri - bilet, hotel, visa və s. xərclər üçün bir şəxsə münasibətdə ümumilikdə 3.000 manat pul vəsaitinin “ASAN” tərəfindən ödəniləcəyini qeyd etməklə özünün tərtib etdiyi bilə-bilə yalan məlumatlar daxil edilmiş qeyd olunan məktubları Böyük Britaniya və X14 Krallığının Azərbaycan Respublikasındakı səfirliyinə təqdim etmiş, bununla da vəzifəli şəxs kimi vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə “X12 Mərkəzi” publik hüquqi şəxs, hazırkı adı ilə Azərbaycan Respublikası Rəqəmsal və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və X16 publik hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 308.1 və 313cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, çoxsaylı şahidlərin ifadələri, “X12 Mərkəzi” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli saxta sənədlər, viza ilə bağlı imtina sənədləri, müraciət etmiş şəxslərin xarici pasportların viza və ölkəyə girişçıxış qeydlərinin aparıldığı əks olunduğu səhifələr, xidməti müqavilələr, cinayət işinə əlavə edilmiş zəruri istintaq sənədləri və digər mötəbər sübutlarla tam təsdiq olunaraq sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2017-ci il tarixdə “Group of X1” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmiş və həmin vaxtdan bu vaxta kimi MMC-nin ( qısa adı "xxxx" ) rəhbəridir. 2011-2012-ci illərdə X6 universitetində magistr təhsili almışdır. "xxxx" MMC-nin ofisi Bakı şəhəri, Xətai rayonunda yerləşən Metropoliteninin “Xətai” metrostansiyasının yaxınlığında yerləşən "xxxx" Plazanın 4-cü mərtəbəsində yerləşir. MMC-nin fəaliyyəti ölkələrə müxtəlif formada tur-paket şəklində səyahətlərin təşkil edilməsi, viza alınması tələb edilən ölkələrə səyahət etmək üçün lazımı viza dəstəyinin göstərilməsi, eyni zamanda xaricdə təhsil, dil kursu xidmətlərinin göstərilməsi və s. ibarətdir. MMC-nin “İnstaqram” sosial şəbəkəsində rəsmi səhifəsini yaratmış, səhifənin adı "xxxx" adlanır, həmin səhifəni özü idarə edir, səhifədə Azərbaycan Respublikasından kənara səyahət etmək məqsədi ilə müxtəlif ölkələrə müxtəlif formada tur-paket şəklində səyahətlərin təşkil edilməsi, viza alınması tələb edilən ölkələrə səyahət etmək üçün lazımı viza dəstəyinin göstərilməsi, eyni zamanda xaricdə təhsil, dil kursu xidmətlərinin göstərilməsi barədə elanlar yerləşdirir. Şahid8 ilə uzun müddətdir ki, tanışlıq münasibətləri vardır. Şahid8 2016-cı ilin iyun ayından 2018-ci ilin may ayına kimi təsisçisi olduğu "xxxx" MMC-də ingilis dili müəllimi kimi fəaliyyət göstərmiş, münasibətləri həmin vaxtdan yaranmış və bu günə kimi də normal münasibətləri davam edir. 2021-ci ilin sonlarında, noyabr-dekabr aylarında Böyük Britaniyaya səyahət turu təşkil etmək qərarına gəlmişdir. Buna görə də həmin vaxt cəmiyyətin Böyük Britaniya və X14 Krallığının London şəhərinə 2022-ci ilin may ayında bir həftəlik tur və qrup şəklində səyahət təşkil edə bilməsi barədə məlumatlar yerləşdirmiş, eyni zamanda tanışı Şahid8 “İnstaqram” sosial şəbəkəsində aktiv fəaliyyət göstərdiyi üçün xahiş etmişdir ki, özünün “İnstaqram” sosial şəbəkəsində yaratdığı “ulkarstravelblog” profilində Böyük Britaniya və X14 Krallığının London şəhərinə 2022-ci ilin may ayında tur şəklində səyahət nəzərdə tutulması barədə elanı yerləşdirsin. Ülkər də buna etiraz etməyərək onunla razılaşmış, qeyd olunan elanı səhifəsində paylaşmışdır. O da bunun qarşılığında Ülkərin də onunla və tur iştirakçıları ilə birlikdə London şəhərinə səyahət edəcəyini təmənnasız şəkildə təşkil edəcəyinə söz vermişdir. Şahid8 həmin vaxt “X12 Mərkəzi” publik hüquqi şəxsdə çalışmışdır, buna görə də Ülkərin məlumatı əsasında Mərkəzin 4 əməkdaşı – “X12 Mərkəzi” publik hüquqi şəxsin Asan viza departamentində vizaların verilməsi üzrə mütəxəssis vəzifəsində işləmiş Şahid7, Şahid6, Şahid5, Şahid9 2021-ci ilin sonlarında, təxminən noyabr-dekabr aylarında turda iştirak etmək üçün Ülkərlə danışaraq ona ayrı-ayrılıqda müraciət etmişlər. Həmin şəxslər MMC-nin ofisinə təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində gələrək onunla ofisdə görüşmüşlər. O, həmin şəxslərə məlumat üçün bildirmişdir ki, səyahət 2022-ci ilin may ayı üçün nəzərdə tutulmuşdur, 1 həftəlik müddəti əhatə edir, bununla bağlı lazımı viza dəstəyinin göstəriləcəyini, səyahət üçün bütün xərclərin (viza dəstəyi, gediş-gəliş bileti, oteldə qalma və sair) hər bir şəxs üçün 3.000 manat pul vəsait qarşılığında olacağını qeyd etmişdir. Bundan sonra həmin şəxslərin ayrı-ayrılıqda razılıqlarını aldıqdan sonra hər biri ilə “Xaricdə təhsil ilə əlaqədar xidməti müqavilə” bağlamışdır. Müqavilənin ümumi xidmət müqaviləsi olduğunu, şirkətin xaricdə təhsil, dil kursu xidmətləri ilə yanaşı, xarici ölkələrə səyahət xidmətini də təşkil etdiyini izah etmişdir. Eyni zamanda viza alınması üçün müəyyən sənədlərin tələb olunduğunu da bildirmişdir. Həmin şəxslər bundan sonra bir neçə vaxt ərzində “X12 Mərkəzi” publik hüquqi şəxsin möhürü ilə və həmin X19 departamentinin müdiri işləmiş Təranə Məmmədovanın imzası ilə təsdiq edilmiş iş yerindən arayışları, əmək haqqlarından çıxarışları və xarici pasportlarını ona ofisdə gətirib təqdim etmişlər. Eyni zamanda sənədlər verilən vaxtlarda səyahətin təşkili üçün lazım olan 3.000 manat pul vəsaitini də şəxsən hər birindən qəbul etmişdir. Bütün bu sənədləşmə işləri 2022-ci ilin yanvar-fevral ayları ərzində aparılmış, pul vəsaitləri də alınmışdır, bundan sonra viza işlərinə başlanılmışdır. Bundan başqa, Şahid8 iş yoldaşları olmuş şəxslərdən əlavə, səyahət barədə həm Ülkərin İnstaqram sosial şəbəkəsində paylaşdığı elan, həm də digər reklam vasitəsilə səyahət barədə məlumat alan və müxtəlif yerlərdə işləyən vətəndaşlar - Şahid12, Şahid1, Şahid2, Şahid3, Şahid11, Şahid4, Şahid13, Şahid14, Şahid15, Şahid16, İsmayılova (Dadaşzadə) Tərlan Ağali qızı, X18, o cümlədən X4, X11, X25, X8 və Aytən Hənifəyeva da 2021-ci ilin noyabr-dekabr aylarında, eləcə də 2022-ci ilin yanvar-fevral-mart aylarında müxtəlif tarixlərdə onun ofisinə gələrək onunla təşkil ediləcək səyahət turu barədə danışmışlar, eynilə həmin şəxslərə də eyni qaydalar izah edilmiş və viza alınması üçün tələb edilən sənədlər götürülmüşdür. Eyni zamanda həmin şəxslər səyahət üçün nəzədə tutulan adambaşına 3.000 manat pul vəsaitini də ona təqdim etmişlər. Həmin şəxslərlə də xidməti müqavilələr bağlanmışdır. Bir çoxları onunla görüşən zaman Şahid8 də yanında ofisdə olmuşdur, birlikdə müraciət edən şəxslərə səyahətin qaydalarını, müddətini, lazım olan sənədlərin verilməli olduğunu izah etmişdir. Həmin şəxslərin əksəriyyəti Şahid8 “İnstaqram” sosial şəbəkəsindəki profilinə yerləşdirdiyi elanını görərək Ülkərlə əlaqə saxlamışlar, Ülkər də həmin şəxsləri ofisin ünvanını başa salmaqla ona yönləndirmiş və həmin şəxslər də qeyd olunan vaxtlarda onunla ofisində görüşmüşlər. Adları qeyd olunan 21 nəfər şəxsin Böyük Britaniya və X9 London şəhərinə səyahət etməsi üçün lazım olan vizanın alınmasına başlayan zaman bilirdi ki, həmin ölkəyə viza alınması məsələsi çox çətin olur, bəzən isə lazımı sənədlər Səfirliyə verilsə də viza verməkdən imtina edilir. Həmin vaxt da hər iki valideyni ağır xərçəng xəstəliyindən əziyyət çəkdikləri üçün işinə çox vaxt ayıra bilməmiş, fikirləri dağınıq olmuşdur. Dediyi kimi Böyük Britaniyaya viza almaq çətin prosedur olduğundan səhvlik edərək asan yolu seçmək qərarına gəlmişdir. Belə ki, “X12 Mərkəzi” publik hüquqi şəxsin əməkdaşları iş yerindən arayış ona təqdim etmişlər və həmin arayışlar X19 departamentinin müdiri Təranə Məmmədova tərəfindən imzalanaraq Mərkəzin möhürü ilə təsdiq edilmişdir. O da həmin sənədlərdən birində (artıq hansı əməkdaşın sənədidir, xatırlamır) dəyişiklik edərək müraciət edən digər şəxslərin də adlarını həmin sənədə əlavə etmiş və sənədin məzmununda dəyişiklik edərək həmin arayışları Böyük Britaniyanın Azərbaycan Respublikasındakı Səfirliyinə göndərmişdir. Belə ki, 2022-ci ilin təxminən fevral-mart aylarında (tarixi konkret xatırlamır) Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən, Bakı Metropoliteninin “Xətai” metrostansiyasının yaxınlığında yerləşən "xxxx" Plazanın 4-cü mərtəbəsindəki ofisində, özünə məxsus olan “Lenova” markalı kompüter vasitəsi ilə Şahid8, eləcə də turda iştirak edən müraciət etmiş şəxslərin xəbəri olmadan “GOOGLE” axtarış internet portalında araşdırma apararaq “Online pdf to word converter” proqramı vasitəsi ilə “X12 Mərkəzi” publik hüquqi şəxsin möhürü və İnsan Resursları departamentinin müdiri Təranə Məmmədovanın imzası ilə təsdiqlənmiş və Şahid5, Şahid7, Şahid6, Şahid9 “X12 Mərkəzi” publik hüquqi şəxsin Asan viza şöbəsində mütəxəssis vəzifəsində işləməsini, aylıq gəlirlərinin 1376.52 AZN təşkil etməsini göstərən rəsmi məktubların nömrəsini silərək məzmununda dəyişiklik edib tarixləri xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il kimi göstərmişdir, həmçinin Təranə Məmmədovanın imzasını, Mərkəzin möhürünü “Online pdf to word converter” proqramı vasitəsilə köçürtmüş, 21 nəfər şəxsin hamısının “X12 Mərkəzi” publik hüquqi şəxsin Asan viza departamentinin əməkdaşları olduğunu, turun ezamiyyə məqsədi daşıması, 03 aprel 2022ci il tarixdən 09 aprel 2022-ci il tarixədək və 10 may 2022-ci il tarixdən 17 may 2022-ci il tarixədək nəzərdə tutulması, ezamiyyə xərcləri - bilet, hotel, visa və s. xərclər üçün bir şəxsə münasibətdə ümumilikdə 3.000 manat pul vəsaitinin “ASAN” tərəfindən ödəniləcəyini qeyd etməklə və xx.xx.2022 və xx.xx.2022 tarix qoymaqla məktublara biləbilə yalan məlumatlar daxil etmiş, eyni zamanda bundan əlavə müraciət etmiş Tərlan Dadaşzadə və Şahid4 barəsində “X12 Mərkəzi” publik hüquqi şəxsin Asan Viza departamentində işlədiklərini və aylıq gəlirlərini göstərməklə və xx.xx.2022 və xx.xx.2022ci il tarix qoymaqla məktublara bilə-bilə yalan məlumatlar daxil etmişdir. Bundan sonra qeyd olunan məktubları elektron şəkildə Böyük Britaniya və X14 Krallığının Azərbaycan Respublikasındakı səfirliyinə səfirliyin elektron sisteminə (uk visa online application) təqdim etmişdir. Bundan sonra müraciət etmiş şəxslər viza verilməsi və görüş vaxtının təyin edilməsi ilə bağlı hazırlanmış sənədləri ondan götürərək "xxxx" Plazada 2-ci mərtəbədə yerləşən “TSL Company” kuryer şirkətinə təqdim etmişlər. Həmin şirkət isə sənədləri qəbul edərək X17 Respublikasındakı səfirliyinə göndərmişdir. Viza məsələlərini həmin səfirlik həll edir. Bunu etməkdə məqsədi vətəndaşların ondan razı qalması və turda iştirak edən şəxslərə viza verilməsini asanlaşdırmaq olmuşdur. Çalışmışdır ki, vətəndaşlar ondan narazı qalmasın və hər birinə viza verilsin. Əgər bunu etməsəydi və mövcud prosedurlara uyğun olaraq viza alınması ilə bağlı müraciət edilsəydi, bu zaman viza ilə cavablar müddət baxımından gec cavablandırılacaqdı, bu da turun baş tutmasını qeyri-mümkün edəcəkdi. 2022-ci ilin mart-aprel aylarında müraciət etmiş şəxslərə müxtəlif vaxtlarda vizalar verilmişdir və həmin şəxslər "xxxx" Plazada 2-ci mərtəbədə yerləşən “TSL Company” şirkətindən viza sənədlərini, xarici pasportlarını götürmüşlər. Bundan sonra birinci qrup xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ikinci qrup isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Böyük Britaniyada səyahətdə olmuşlar. O və Şahid8 də hər iki qrupla birlikdə Böyük Britaniyada səyahətdə olmuşlar, qrup rəhbəri o olmuşdur. Sözügedən sənədlərin hazırlanması, sənədlərə əlavə məlumatların daxil edilməsi və s. hər biri özü tərəfindən edilmişdir, bununla bağlı tur iştirakçılarının, o cümlədən Şahid8 hər hansı bir məlumatı olmamışdır. Adları qeyd edilən şəxslərdən bəziləri (Şahid4, Tərlan Dadaşzadə, Şahid16) qeyd olunan tarixlərdə deyil, özlərinə uyğun vaxtlarda (6 aylıq viza aralıq müddətində) London şəhərinə səyahət etmişlər. Onun bu təşkil etdiyi səyahət turundan heç bir qazancı olmamışdır, verdikləri pul vəsaitləri təşkil ediləcək turun xərclərini ancaq qarşılamışdır. Hər bir müraciət edən şəxsi yüksək səviyyədə ofisində qarşılamış, ona verdikləri pul müqabilində həmin şəxslərə xidmət göstərərək London şəhərinə viza alaraq səyahət etmələrini təşkil etmişdir. Lakin dediyi kimi hər hansı bir şəxsin onun vizanı asanlaşdırmaq üçün seçdiyi yoldan xəbəri olmamışdır. Törətdiyi əməllərə görə çox peşmandır, o, MMC-də işədiyi dövrdə bu qeyd ediləndən başqa, nə vaxtsa belə bir hərəkətə yol verməmişdir. Təqsirləndirilən şəxs bundan başqa ifadəsində göstərmişdir ki, “X12 Mərkəzi” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli, Mərkəzin möhürü və İnsan Resursları departamentinin müdiri Təranə Məmmədovanın imzası ilə təsdiqlənmiş sənədlərlə tanış olmuşdur. Həmin sənədlər saxta məlumatlar əsasında "xxxx" MMC-nin Bakı Metropoliteninin “Xətai” stansiyasının yaxınlığında yerləşən "xxxx" Plazanın 4-cü mərtəbəsindəki ofisində, ona məxsus “Lenova” markalı notbukda tərəfindən hazırlanmışdır. Həmin notbukda vaxtaşırı viza barədə sənədləri, məlumatları sildiyinə görə hazırda hər hansı bir məlumat qalmamışdır. Müraciət edən şəxslərin adlarına öz razılıqları əsasında email ünvanları yaratmış, viza ilə bağlı cavablar həmin email ünvanına adətən göndərilir. Artıq həmin email ünvanlarını, eyni zamanda qoyulmuş parolları (kodları) da xatırlamır. Həqiqətdə tur səyahət məqsədi daşımışdır, hər bir iştirakçı turun xərcini, yəni 3.000 manat pulu özü qarşılamışdır. Saxta sənəddə turun ezamiyyə məqsədi daşımasını, xərclərin Asan tərəfindən ödənilməsini göstərməkdə məqsədi vizanın asanlıqla alınmasına nail olmaq niyyəti olmuşdur. xx.xx.2022-ci il tarixli sənəddə turun tarixi may ayı göstərilməli olduğu halda, səhvlik nəticəsində aprel ayı kimi qeyd etmişdir. Birinci turun tarixi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi, ikinci tur isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi davam etmişdir. Qeyd edilən siyahıda adları çəkilən şəxslərdən Şahid4, Tərlan Dadaşzadə, Şahid16, Fidan Şirinova onlarla səyahətdə olmamışdır. Buna səbəb həmin şəxslərin özlərinə münasib vaxtda səfər etmələri, Fidan Şirinovaya isə viza verilməsindən imtina edilməsi olmuşdur. Bundan sonra Fidan Şirinovanın verdiyi pul vəsaiti özünə geri qaytarılmışdır. Turda iştirak edən və saxta sənədlərdəki siyahıda adları qeyd edilməyən şəxslər barədə viza mövcud qaydalara uyğun olaraq əldə edilmişdir. Etdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, “X12 Mərkəzi” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2022 və xx.xx.2022-ci il tarixli, Mərkəzin möhürü və İnsan Resursları departamentinin müdiri Təranə Məmmədovanın imzası ilə təsdiqlənmiş sənədlərdəki adları qeyd edilməyən şəxslərə mövcud qaydalara uyğun olaraq viza alınmış, hər hansı pozuntuya yol verilməmişdir. Həmin şəxslərə o və Şahid8 də daxil olmuşdur. Turda iştirak edən Şahid12, Şahid3 və Şahid1 və digərləri ilə "xxxx" arasında bağlanmış müqavilələr standart xarakterlidir, ona görə də təhsillə bağlı qeydlər göstərilmişdir. Lakin müqaviləyə əlavə sənəddə cədvəldə tur üçün nəzərdə tutulmuş pul məbləğinin nəyə xərcləndiyi aydın göstərilmişdir. Təqsirləndirilən şəxs bundan əlavə ifadəsində göstərmişdir ki, Şahid4 viza almağı üçün təqdim edilmiş sənədlər saxta məlumatlar əsasında olduğu üçün Böyük Britaniya və X9 Türkiyə Respublikasındakı konsulluğundan həmin şəxsə gələn mesajda sonuncunun 10 il müddətinə Böyük Britaniyaya səfər etməyi ilə bağlı viza verilməyəcəyi qeyd edilmişdir. Saxta məlumatlı məktubların verilməsindən Ülkə İsmayılzadənin xəbəri olmamışdır. Qəndab Bakı şəhərinə gəldikdən sonra həmin şəxslə ofisində görüşərək üzrxahlıq edərək saxta məlumatlar daxil edilmiş sənədlər əsasında viza alınmasını tam olaraq etiraf etmişdir. Qəndab tək getdiyi üçün, eyni zamanda subay olduğu səbəbindən həmin şəxsə viza alınmasını asanlaşdırmaq üçün köməklik etdiyini qeyd etmişdir. Şahid4 və ya Şahid8 ona "xxxx" ASC-dən adlarına olan hesabla bağlı hər hansı bir çıxarış sənədi təqdim etməmişlər. Ancaq təxmini olaraq xatırlayır ki, o, təşkil etdiyi səyahət üçün viza alınması ilə bağlı müraciət edən şəxslər çox olduğu üçün şəxsləri səhv saldığına görə Ülkərə demişdir ki, Qəndab "xxxx" ASC-dən çıxarış alıb versin. Lakin sonradan Qəndabın əmək haqqısından çıxarış verdiyini bildikdən sonra Ülkərə buna ehtiyac olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs “İnnovasiya və X16” Publik hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən “X12 Mərkəzi” publik hüquqi şəxsin Hüquqi təminat və sənədlərlə iş departamentinin Hüquqi təminat şöbəsinin böyük hüquqşünası vəzifəsində işləmişdir. “X12 Mərkəzi” publik hüquqi şəxsdən Baş Prokurorluğa xx.xx.2022-ci il tarixli, MİHO/4.1.22-2-2022-622 nömrəli məktubla daxil olmuş materialın icrası onun tərəfindən aparılmışdır. 2022-ci ilin sentyabr ayının əvvəllərində Böyük Britaniya və X14 Krallığının Azərbaycan Respublikasındakı səfirliyindən elektron sənəd dövriyyəsi vasitəsilə “X12 Mərkəzi” publik hüquqi şəxsə həqiqiliyinin yoxlanması üçün işçi qaydada müxtəlif məzmunlu sənədlər daxil olmuşdur. Həmin sənədlər xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli olmaqla Mərkəzin möhürü və İnsan Resursları departamentinin müdiri Təranə Məmmədovanın imzası ilə təsdiqlənmiş və məzmununda göstərilmişdir ki, adları çəkilən şəxslər guya Mərkəzin əməkdaşlarıdır və bu sənəd Mərkəzin “ASAN” viza şöbəsinin mütəxəssisləri üçün Böyük Britaniyaya qısa müddətli səfər təşkil etməsini təsdiqləmək üçündür. Sənədlərlə tanış olduqda məlum olmuşdur ki, sənədlərdə adları çəkilən 21 şəxsdən yalnız 4-ü Şahid9, Şahid5, Şahid6 və Şahid7 Mərkəzdə müxtəlif vəzifələrdə çalışmışlar. Həmin şəxslər sənədlərdə göstərilən tarixlərdə deyil, başqa müxtəlif vaxtlarda Böyük Britaniya və X13 səfər etmişlər və qeyd edilən məzmunda sənəd təqdim edilmişdir. Sənədlərdə adları çəkilən digər şəxslər barədə hər hansı məlumatlara malik deyillər. Sözügedən sənədlərin əslləri Mərkəzə daxil olmamış, əldə etdikləri məlumatlara əsasən həmin sənədlər ilkin olaraq Böyük Britaniya və X14 Krallığının Azərbaycan Respublikasındakı səfirliyindən həqiqiqliyinin yoxlanması məqsədilə Böyük Britaniya və X14 Krallığının Türkiyə Respublikasındakı səfirliyinə göndərilmiş, hazırda da orada saxlanılır. Hal-hazırda təmsil etdiyi qurumun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə təmsil etdiyi qurum arasında barışıq əldə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 (Dadaşzadə) habelə ifadəsində göstərmişdir ki, “X12 Mərkəzi” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli olmaqla Mərkəzin möhürü və İnsan Resursları departamentinin müdiri Təranə Məmmədovanın imzası ilə təsdiqlənmiş sənədlər ona təqdim edilmişdir, həmin sənədlərlə tanış olmuşdur, həmin sənədlərdən təmamilə məlumatsızdır. 2012-ci il tarixdən bugünədək “Alov” qüllələrində təsərrüfat işləri üzrə kordinator vəzifəsində işləyir. Nə o, nə də ki əri Şahid16 “X12 Mərkəzi” publik hüquqi şəxsdə nə vaxtsa çalışmamışlar və 1.376 manat 52 qəpik aylıq gəliri olmamışdır. Adının da olduğu qeyd edilən siyahıda adları çəkilən şəxslərdən Şahid16 onun əridir. Digər şəxsləri isə ümumiyyətlə tanımır, həmin şəxslər onlarla birlikdə harasa səyahət etməmişlər. O, dediyi kimi əri Şahid16la bilikdə qrup şəklində deyil, ikisi, yəni fərdi şəkildə London şəhərinə səfər etmişlər. X22 şəhərinə qeyd edilən səfər ezamiyyə deyil, səyahət məqsədi daşımış, dediyi kimi qrup şəklində getməmişlər, onun və ərinin bütün xərcləri özləri tərəfindən öz hesablarına qarşılanmışdır. Bununla bağlı müqavilə də bağlanmışdır. Lakin səyahət başa çatdıqdan sonra həmin müqavilənin lazımsız olduğunu düşünərək məhv etmiş, buna görə də həmin müqaviləni təqdim etməsi mümkün olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid16 da İsmayılova (Dadaşzadə) Tərlan Ağali qızı ilə eyniməzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, ali təhsillidir. xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “X12 Mərkəzi” publik hüquqi şəxsdə Asan Viza departamentində vizaların verilməsi üzrə mütəxəssis vəzifəsində işləmişdir. Sonradan öz arzusu ilə Mərkəzlə aralarında olan əmək müqaviləsinə xitam verilmişdir. Buna səbəb gecə növbəsində işləməyin çətin olması, habelə sosial şəbəkədə “bloger” kimi fəaliyyət göstərməyi olmuşdur. Hazırda da “İnstaqram” sosial şəbəkəsində aktiv fəaliyyət göstərir, belə ki, “İnstaqram” sosial şəbəkəsində “ulkarstravelblog” profili vardır. O, qeyd olunan profilində turizm sahəsi ilə bağlı, müxtəlif ölkələrə müxtəlif formada tur-paket şəklində səyahətlə bağlı elanlar yerləşdirir, bir sıra əməkdaşlıq etdiyi şirkətlərin layihələrini reklam edir, səyahət etdiyi ölkələrin tarixi-mədəni yerləri barədə videolar, şəkillər çəkərək izləyicilərini mütəmadi olaraq məlumatlandırır. Təqsirləndirilən şəxs ilə uzun müddətdir ki, tanışlıq münasibətləri vardır. Təqsirləndirilən şəxs 2017-ci il tarixdə “Group of X1” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmiş və həmin vaxtdan bu vaxta kimi MMC-nin ( qısa adı "xxxx" ) rəhbəridir. "xxxx" MMC-nin ofisi Bakı şəhəri, Xətai rayonunda yerləşən Metropoliteninin “Xətai” metrostansiyasının yaxınlığında yerləşən "xxxx" Plazanın 4-cü mərtəbəsində yerləşir. İlahə xanımın rəhbərlik etdiyi MMC-nin fəaliyyəti ölkələrə müxtəlif formada tur-paket şəklində səyahətlərin təşkil edilməsi, viza alınması tələb edilən ölkələrə səyahət etmək üçün lazımı viza dəstəyinin göstərilməsi, eyni zamanda xaricdə təhsil, dil kursu xidmətlərinin göstərilməsi və s. ibarətdir. MMC-nin “İnstaqram” sosial şəbəkəsində rəsmi səhifəsi də ("xxxx") vardır. Həmin səhifədə qeyd olunan məsələlərlə bağlı elanlar yerləşdirilir. O, 2016cı ilin iyun ayından 2018-ci ilin may ayına kimi "xxxx" MMC-də ingilis dili müəllimi kimi fəaliyyət göstərmiş, İlahə ilə münasibətləri həmin vaxtdan yaranmış və bu günə kimi də normal münasibətləri davam edir. 2021-ci ilin sonlarında, təxminən noyabr-dekabr aylarında Təqsirləndirilən şəxs Böyük Britaniyaya səyahət turu təşkil etmək qərarına gəlmişdir. Onunla həmin vaxt görüşlərinin birində demişdir ki, Böyük Britaniya və X14 Krallığının London şəhərinə 2022ci ilin may ayında bir həftəlik tur və qrup şəklində səyahət təşkil etmək istəyir. Ondan xahiş etmişdir ki, “İnstaqram” sosial şəbəkəsində aktiv fəaliyyət göstərdiyi üçün bu səyahəti təşkil etməsi barədə elanı öz “ulkarstravelblog” profilində paylaşım etsin. O da düzü buna etiraz etməmiş, profilində Böyük Britaniya və X14 Krallığının London şəhərinə 2022-ci ilin may ayında tur şəklində səyahət nəzərdə tutulması barədə elan yerləşdirmişdir. İlahə də bunun qarşılığında onun özü və tur iştirakçıları ilə birlikdə London şəhərinə səyahət edəcəyini təmənnasız şəkildə təşkil edəcəyinə söz vermişdir. Bundan sonra, həmin vaxt “X12 Mərkəzi” publik hüquqi şəxsdə çalışdığı üçün oradakı iş yoldaşlarına da bu səyahət barədə məlumat vermişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs rəhbəri olduğu "xxxx" MMC vasitəsilə X22 şəhərinə qrup şəklində bir həftəlik müddət ərzində, 3.000 manat məbləğində ödəniş etməklə səyahət etmək mümkündür. Onun bu məlumatı əsasında Mərkəzin 4 əməkdaşı – “X12 Mərkəzi” publik hüquqi şəxsin Asan viza departamentində vizaların verilməsi üzrə mütəxəssis vəzifəsində işləmiş Şahid7, Şahid6, Şahid5, Şahid9 2021-ci ilin sonlarında, təxminən noyabr-dekabr aylarında turda iştirak etmək üçün onunla danışmışlar, ona ayrı-ayrılıqda müraciət etmişlər. O da bundan sonra Təqsirləndirilən şəxs ilə həmin şəxsləri əlaqələndirərək, MMC-nin ofisinin yerləşdiyi ünvanı başa salmışdır. Həmin şəxslər MMC-nin ofisinə təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində gedərək İlahə ilə ofisdə görüşmüşlər. Ofisdə görüş zamanı İlahə həmin şəxslərə məlumat üçün bildirmişdir ki, səyahət 2022-ci ilin may ayı üçün nəzərdə tutulmuşdur, 1 həftəlik müddəti əhatə edir, bununla bağlı lazımı viza dəstəyinin göstəriləcəyini, səyahət üçün bütün xərclərin (viza dəstəyi, gediş-gəliş bileti, oteldə qalma və sair) hər bir şəxs üçün 3.000 manat pul vəsait qarşılığında olacağını qeyd etmişdir. Bundan sonra həmin şəxslərin ayrıayrılıqda razılıqları alındıqdan sonra hər biri ilə “Xaricdə təhsil ilə əlaqədar xidməti müqavilə” bağlanmışdır. İlahə xanım həmin şəxslərə müqavilənin ümumi xidmət müqaviləsi olduğunu, şirkətin xaricdə təhsil, dil kursu xidmətləri ilə yanaşı, xarici ölkələrə səyahət xidmətini də təşkil etdiyini izah etmişdir. Eyni zamanda viza alınması üçün müəyyən sənədlərin tələb olunduğunu da bildirmişdir. Həmin vaxt iş yoldaşları olan həmin şəxslər bundan sonra bir neçə vaxt ərzində “X12 Mərkəzi” publik hüquqi şəxsin möhürü ilə və həmin X19 departamentinin müdiri işləmiş Təranə Məmmədovanın imzası ilə təsdiq edilmiş iş yerindən arayışları, əmək haqqlarından çıxarışları və xarici pasportlarını Təqsirləndirilən şəxs ofisdə gətirib təqdim etmişlər. Eyni zamanda sənədlər verilən vaxtlarda səyahətin təşkili üçün lazım olan 3.000 manat pul vəsaiti də Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bütün bu sənədləşmə işləri 2022-ci ilin yanvar-fevral ayları ərzində aparılmışdır, pul vəsaitləri də İlahə xanım tərəfindən alınmışdır, bundan sonra İlahə tərəfindən viza işlərinə başlanılmışdır. Onun keçmiş iş yoldaşları olmuş şəxslərdən əlavə, səyahət barədə “İnstaqram” sosial şəbəkəsində profilində paylaşdığı elanı görən, səyahət barədə məlumat alan və müxtəlif yerlərdə işləyən vətəndaşlar - Şahid12, Şahid1, Şahid2, Şahid3, Şahid11, Şahid4, Şahid13, Şahid14, Şahid15, Şahid16, İsmayılova (Dadaşzadə) Tərlan Ağali qızı, X18, o cümlədən X4, X11, X25, X8 və Aytən Hənifəyeva da 2021-ci ilin noyabr-dekabr aylarında, eləcə də 2022-ci ilin yanvar-fevral-mart aylarında müxtəlif tarixlərdə onun elanı ilə əlaqədar ona müraciət etmişlər, o da öz növbəsində bu səyahət barədə bildiyi məlumatları həmin şəxslərə demiş, onun işi olmasa da lazımı olan sənədlər barədə izahlar vermiş, eyni zamanda həmin şəxsləri Təqsirləndirilən şəxs yönləndirmişdir, ofisin yerini başa salmışdır. Həmin şəxslər də bundan sonra İlahə xanımın rəhbərlik etdiyi Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən, Bakı Metropoliteninin “Xətai” metrostansiyasının yaxınlığında yerləşən "xxxx" Plazanın 4-cü mərtəbəsindəki ofisinə gedərək İlahə ilə təşkil ediləcək səyahət turu barədə danışmışlar, eynilə həmin şəxslərə də eyni qaydalar izah edilmiş və viza alınması üçün tələb edilən sənədlər götürülmüşdür. Eyni zamanda həmin şəxslər səyahət üçün nəzədə tutulan adambaşına 3.000 manat pul vəsaitini də İlahəyə təqdim etmişlər. Həmin şəxslərlə də xidməti müqavilələr bağlanmışdır. Bir çoxları İlahə ilə görüşən zaman o da orada ofisdə olmuş, İlahə ilə birlikdə müraciət edən şəxslərə səyahətin qaydalarını, müddətini, lazım olan sənədlərin verilməli olduğunu izah etmişdir. Adlarını çəkdiyi həmin şəxslərin əksəriyyəti onun “İnstaqram” sosial şəbəkəsindəki profilinə yerləşdirdiyi elanı görərək onunla əlaqə saxlamışlar, o da yuxarıda dediyi kimi həmin şəxsləri ofisin ünvanını başa salmaqla İlahəyə yönləndirmiş və həmin şəxslər də qeyd olunan vaxtlarda Təqsirləndirilən şəxs ilə ofisində görüşmüşlər. 2022-ci ilin mart-aprel aylarında müraciət etmiş şəxslərə müxtəlif vaxtlarda vizalar verilmişdir. Vizaların təsdiq edilməsi üçün sənədlərin toplanması, göndərilməsi və s. işlərlə birbaşa Təqsirləndirilən şəxs məşğul olmuşdur. Vizalar verildikdən sonra həmin şəxslər "xxxx" Plazada 2-ci mərtəbədə yerləşən “TSL Company” şirkətindən viza sənədlərini, xarici pasportlarını götürmüşlər. Bundan sonra birinci qrup xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ikinci qrup isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Böyük Britaniyada səyahətdə olmuşlar. O və Təqsirləndirilən şəxs da hər iki qrupla birlikdə Böyük Britaniyada səyahətdə olmuşlar, qrup rəhbəri Təqsirləndirilən şəxs olmuşdur. Buna səbəb onun Böyük Britaniyada təhsil alması və buna görə də həmin ölkəni yaxşı tanıması olmuşdur. Adları qeyd edilən şəxslərdən bəziləri (Şahid4, Tərlan Dadaşzadə, Şahid16) qeyd olunan tarixlərdə deyil, özlərinə uyğun vaxtlarda (6 aylıq viza aralıq müddətində) London şəhərinə səyahət etmişlər. Onun İlahə tərəfindən bu təşkil edilən səyahət turundan heç bir maddi qazancı olmamış, həmin şəxslərin verdikləri pul vəsaitləri təşkil ediləcək turun xərclərini qarşılamışdır. O, sadəcə bu səyahət barədə elan yerləşdirib insanları bu səyahətə cəlb etdiyi üçün İlahə ilə aralarında olan razılaşmaya əsasən onun gediş-gəliş bileti, oteldə qalma xərcləri İlahə tərəfindən qarşılanmışdır. Şahid8 həmçinin ifadəsində göstərmişdir ki, “X12 Mərkəzi” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli, Mərkəzin möhürü və İnsan Resursları departamentinin müdiri Təranə Məmmədovanın imzası ilə təsdiqlənmiş sənədlər, məktublar ona təqdim edilmişdir, həmin məktublarla tanış olmuşdur. Bu sənədlərdən təmamilə məlumatsız olmuşdur. Turda iştirak edən şəxslərin hər birinin viza işləri ilə Təqsirləndirilən şəxs özü şəxsən məşğul olmuşdur, o, yalnız tur iştirakçıları ilə şirkət arasında əlaqələndirici rolunu oynamışdır. Tur 1 həftəlik müddətdə səyahət məqsədi daşımış, hər bir iştirakçı turun xərcini, yəni 3.000 manat pulu özü qarşılamış, Təqsirləndirilən şəxs təqdim etmişdir. Birinci turun tarixi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi, ikinci tur isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi davam etmişdir. Qeyd edilən siyahıda adları çəkilən şəxslərdən Şahid4, Tərlan Dadaşzadə, Şahid16, Fidan Şirinova onlarla səyahətdə olmamışdır. Buna səbəb həmin şəxslərin özlərinə münasib vaxtda səfər etmələri, bildiyi qədəri Fidan Şirinovaya isə viza verilməsindən imtina edilməsi olmuşdur. Bundan sonra Fidan Şirinovanın verdiyi pul vəsaiti İlahə tərəfindən həmin şəxsin özünə geri qaytarılmışdır. O, sonradan bilmişdir ki, Böyük Britaniyaya viza almaq çətin prosedur olduğundan Təqsirləndirilən şəxs asan yolu seçmək qərarına gəlmiş, “X12 Mərkəzi” publik hüquqi şəxsin əməkdaşları X19 departamentinin müdiri Təranə Məmmədova tərəfindən imzalanaraq Mərkəzin möhürü ilə təsdiq edilmiş iş yerindən arayışları təqdim etdikdən sonra, İlahə həmin sənədlərdə dəyişiklik edərək müraciət edən digər şəxslərin də adlarını həmin sənədə əlavə etmiş və rəsmi sənədin məzmununda dəyişiklik edərək həmin arayışları Böyük Britaniyanın Azərbaycan Respublikasındakı Səfirliyinə göndərmişdir. Onun bundan, yəni İlahənin vizanı asanlaşdırmaq üçün seçdiyi yoldan xəbəri olmamışdır. O, İlahə ilə bunu sonradan dəqiqləşdirdikdə İlahə səmimi olaraq etiraf etmişdir, bunu etməkdə məqsədinin vətəndaşların razı qalması və turda iştirak edən şəxslərə viza verilməsini asanlaşdırmaq istəməsi olmuşdur. Şahid8 bundan başqa ifadəsində qeyd etmişdir ki, turda iştirak edən şəxslərin vizaları 2022-ci ilin mart-aprel aylarında, onun vizası isə bundan təxminən 1 ay əvvəl fevral ayında təsdiq edilmişdir. Ola bilsin ki, buna görə adı “X12 Mərkəzi” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2022 və xx.xx.2022-ci il tarixli, Mərkəzin möhürü və İnsan Resursları departamentinin müdiri Təranə Məmmədovanın imzası ilə təsdiqlənmiş sənədlərdəki adlı siyahıda göstərilməmişdir. Sözügedən sənədlərdən xəbərsiz olmuşdur, sonradan bilmişdir ki, sənədlər Təqsirləndirilən şəxs tərəfindən saxta məlumatlar daxil edilərək hazırlanmışdır. Turda iştirak edən Şahid12, Şahid3, Şahid1 və digərləri ilə "xxxx" arasında bağlanmış müqavilələrlə tanış olmuşdur, həmin müqavilələr standart xarakterlidir, ona görə də təhsillə bağlı qeydlər göstərilmişdir. Sənədləşmə işləri onun səlahiyyətində olmadığından bu müqavilələri Təqsirləndirilən şəxs bağlamışdır. Lakin müqaviləyə əlavə sənəddə cədvəldə tur üçün nəzərdə tutulmuş pul məbləğinin nəyə xərcləndiyi aydın göstərilmişdir. Şahid8, o cümlədən ifadəsində göstərmişdir ki, Böyük Britaniya və X9 Türkiyə Respublikasındakı konsulluğundan Şahid4 “email” ünvanına gələn mesajda viza almağı üçün təqdim edilmiş sənədlər saxta məlumatlar əsasında olduğu üçün 10 il müddətinə Böyük Britaniyaya səfər etməyi ilə bağlı viza verilməyəcəyi qeyd edilmişdir. Qəndab həmin mesajı aldıqdan sonra onunla telefon əlaqəsi saxlamışdır, bunu etiraf edir, o da bu barədə Qəndabdan ilk dəfə eşitdiyinə görə Bakıya gəldikdən sonra əlaqə saxlamağını, məsələyə aydınlıq gətirələcəyini izah etmişdir. Sağollaşandan sonra İlahədən bu barədə soruşduqda İlahə vizanın rahat alınması üçün saxta məlumatlar daxil edilmiş sənədlər əsasında viza alınmasını tam olaraq etiraf etmişdir. O da İlahəyə demişdir ki, bu işdə onun hər hansı bir günahı yoxdur, məsələni özü Qəndabla həll edər. Səhv etmirsə, növbəti gün Qəndab Bakıya gəlmiş, şirkətin ofisində onun, İlahənin və Qəndabın görüşü olmuşdur. Həmin görüşdə o, Qəndabla Təqsirləndirilən şəxs otaqda tək qoymuşdur ki, özləri bu barədə danışıb söhbət etsinlər. Sonradan bilmişdir ki, İlahə də Qəndabla söhbət zamanı üzrxahlıq edərək saxta məlumatlar daxil edilmiş sənədlər əsasında viza alınmasını tam olaraq etiraf etmişdir. Şahid8, bundan başqa ifadəsində qeyd etmişdir ki, Şahid4 "xxxx" ASC-dən hər hansı bir sənədi ona verməmişdir. Eləcə də o, "xxxx" ASC-də adına olan hesabla bağlı hər hansı bir çıxarış sənədini Təqsirləndirilən şəxs təqdim etməmişdir. Bəli, təxmini xatırlayır, Şahid4 ilə aralarında "xxxx" ASC-dən hesabla bağlı çıxarış sənədinin alınması barədə aralarında söhbət olmuş, yazışma aparılmışdır. Ona təqdim edilən yazışmalarla tanış olmuşdur. Xatırladığına görə aralarında yazışmalar olmuş, Təqsirləndirilən şəxs viza ilə bağlı sənədlər hazırlanan vaxt ona demişdir ki, Şahid4 desin, "xxxx" ASC-dən adına olan hesabdan bir çıxarış sənədi versin. O da Qəndabın hesabın;n olub olmamasını düşünmədən, İlahənin tapşırığına əsasən Qəndaba ona görə yazmışdır ki, hesabdan çıxarış versin, yoxdusa da hesab açdırsın, sənəd təqdim etsin. Düşünmüşdür ki, İlahə deyirsə əgər, demək ki, "xxxx" ASC-dən sənəd mütləq olmalıdır. O, Qəndaba yazmışdır ki, əgər mümkün olsa idi, o özü gedib öz adına çıxarış alardı, ona da yəni əziyyət verməzdi. Ancaq təbii ki, bu mümkün deyildir, kiminsə adına bankdan çıxarış sənədi almaq olmaz. Daha sonra isə Təqsirləndirilən şəxs ilə danışarkən sonuncu ona demişdir ki, Qəndabla bağlı səhvən "xxxx" ASC-dən sənəd istəmişdir, digər şəxslərlə Qəndabı səhv salmışdır. Qəndab əmək haqqısından çıxarışı əslində vermişdir. O da bundan sonra Qəndaba demişdir ki, daha ehtiyac yoxdur, məsələ öz həllini tapmışdır, narahat olmasın. Görüşəndə də bu məsələni izah edər. Qəndab isə yəqinki, bunu səhv başa düşmüşdür, elə bilmişdir ki, guya o və ya İlahə adına bankdan çıxarış sənədi almışlar. Bir daha deyir ki, Qəndab səhv düşünür, Qəndab üçün öz adına "xxxx" ASC-dən çıxarış almamışdır, Qəndabın adına olan məlumat kimi hər hansı bir məlumat qeyd etməmiş, viza alınması üçün Qəndabın adından Böyük Britaniya səfirliyinə hər hansı bir sənəd göndərməmişdir. Ümumiyyətlə, o, viza işləri ilə məşğul olmamışdır. Şahid4 sadəcə onu tanıdığı üçün, ona görə Təqsirləndirilən şəxs ilə tanış olub Böyük Britaniyaya viza aldığına görə, sonradan isə vizasının ləğv edilməsinin, 10 illik qadağa qoyulmasının günahını heç bir əsas olmadan onda görmüşdür. Halbuki, İlahə özü baş verənlərə görə özünün günahkar olduğunu səmimi olaraq Qəndaba etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşayır. xx.xx.2020-ci il tarixdən hazıradək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində olan "xxxx" MMC-də dizayner vəzifəsində işləyir. 2021-ci ilin dekabr ayında “X12 Mərkəzi” publik hüquqi şəxsin əməkdaşı olmuş, eyni zamanda İnstaqram sosial şəbəkəsində “ulkarstravelblog” profili ilə səyahət blogeri kimi fəaliyyət göstərən Şahid8 səhifəsində "xxxx" MMC vasitəsilə 2022-ci ilin may ayında Böyük Britaniyaya bir həftəlik səyahət nəzərdə tutulması barədə qeydlər yazıldığını görmüşdür. Bundan sonra həmin səhifədə Şahid8 ilə aralarında yazışmalar aparılmışdır, razılıq əldə olunduqdan sonra 2022-ci ilin yanvar ayında tur üçün (viza dəstəyi, transfer xidməti, oteldə qalma və sair) nəzərdə tutulmuş 3.000 manat pulu, iş yerindən arayışı, əmək haqqından çıxarışı və xarici pasportu həmin turizm şirkətinin Bakı Metropoliteninin “Xətai” stansiyasının yaxınlığında yerləşən "xxxx" Plazanın 4-cü mərtəbəsindəki ofisində təsisçi Təqsirləndirilən şəxs təqdim etmişdir. Onunla aralarında Xaricdə təhsil ilə əlaqədar xidmət müqaviləsi bağlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs hətta onun üçün “email” ünvanı da yaradacağını, gələcəkdə viza ilə bağlı cavabların həmin poçt ünvanına yönəldiləcəyini bildirmişdir. O da buna etiraz etməmişdir. 2022-ci ilin təxminən fevral ayında yenidən həmin ünvana gedərək viza verilməsi və görüş vaxtının təyin edilməsi ilə bağlı hazırlanmış sənədləri götürmüş və "xxxx" Plazada 2-ci mərtəbədə yerləşən “TSL Company” şirkətinə təqdim etmişdir. Həmin şirkət isə sənədlərini qəbul edərək X17 Respublikasının paytaxtı Ankara şəhərində yerləşən səfirliyinə göndərmişdir. Viza məsələlərini həmin səfirlik həll etmişdir. Qısa müddət sonra Şahid8 təxminən mart ayında onunla telefon əlaqəsi saxlayaraq vizanın hazır olduğunu bildirmişdir. Bundan sonra viza sənədlərini Ülkərdən qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə Böyük Britaniyaya səfər etmişlər, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Bakı şəhərinə geri qayıtmışlar. Səyahət edən şəxslər iki qrupa ayrılmışdır, ikinci qrup isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək səyahətdə olmuşdur. Səyahət üçün şirkətə nağd olaraq 3.000 manat pul ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2021-ci ilin təxminən oktyabr ayında “İnstagram” sosial şəbəkəsində “ulkarstravelblog” profili ilə fəaliyyət göstərən Şahid8 qeyd olunan səhifəsində "xxxx" MMC vasitəsilə 2022-ci ilin may ayı üçün X22 şəhərinə bir həftəlik səyahət nəzərdə tutulması barədə elanı, bu barədə qeydləri görmüşdür. Bundan sonra həmin səhifədə Şahid8 ilə aralarında yazışmalar aparılmış, daha sonra sonuncunun istifadəsində olan ***-***-**-** saylı şəxsi nömrəsi ilə danışmışdır, Ülkər elanla bağlı mövcud qaydaları ona izah etdikdən sonra "xxxx" MMC-nin rəhbərinin Təqsirləndirilən şəxs olduğunu bildirmiş, həmçinin MMC-nin ünvanını da ona başa salmışdır. O da bundan sonra 2022-ci ilin yanvar ayında Bakı Metropoliteninin “Xətai” stansiyasının yaxınlığında yerləşən "xxxx" Plazanın 4-cü mərtəbəsindəki ofisində MMC-nin təsisçisi Təqsirləndirilən şəxs və həmin vaxt orda olan Şahid8 ilə görüşmüşdür. İlahə və Ülkər ona müəyyən sənədlərin verilməli olduğunu izah etmişlər. Eyni zamanda İlahə bildirmişdir ki, bilet, hotel, visa və s. xərclər, hər adam üçün ümumilikdə 3.000 manat təşkil edir, o da buna razılaşmışdır. Bundan sonra təxminən 2022-ci ilin elə yanvar ayında iş yerindən arayışı, əmək haqqından çıxarışı və xarici pasportunu həmin turizm şirkətinin Bakı Metropoliteninin “Xətai” stansiyasının yaxınlığında yerləşən "xxxx" Plazanın 4-cü mərtəbəsindəki ofisində təsisçi Təqsirləndirilən şəxs gətirib vermişdir. Həmin gün MMC-nin rəhbəri kimi İlahə ilə onun arasında Xaricdə təhsil ilə əlaqədar xidməti müqavilə bağlanmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, bu müqavilə MMC-nin ümumi müqaviləsidir, şirkət xaricdə təhsil, dil kursu xidmətləri ilə yanaşı, eyni zamanda xarici ölkələrə tur şəklində səyahət xidmətini də təşkil edir. Həmin müqaviləni atmışdır, hazırda onda yoxdur. Sənədləri verdiyi vaxt onun səfər etməyi, yəni gediş-gəliş bileti, viza dəstəyi, yerləşmə üçün hotel xərcinin də daxil olduğu, cəmi tələb edilən 3.000 manat puldan yarısını, yəni 1500 manat pulu nağd şəkildə Təqsirləndirilən şəxs vermişdir. Hətta Təqsirləndirilən şəxs onun üçün “email” ünvanı da yaradacağını, gələcəkdə viza ilə bağlı cavabların ora yönəldiləcəyini bildirmişdir. O da buna heç bir etiraz etməmişdir. 2022ci ilin təxminən fevral ayında yenidən həmin ünvana gedərək viza verilməsi və görüş vaxtının təyin edilməsi ilə bağlı hazırlanmış sənədləri götürmüş və "xxxx" Plazada 2-ci mərtəbədə yerləşən “TSL Company” şirkətinə təqdim etmişdir. Həmin şirkət isə sənədlərini qəbul edərək X17 Respublikasındakı səfirliyinə göndərmişdir. Viza məsələlərini həmin səfirlik həll edir. 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs ona məlumat vermişdir ki, ona Böyük Britaniyaya səfər üçün viza verilmişdir, sənədləri hazırdır və o da "xxxx" Plazada 2-ci mərtəbədə yerləşən “TSL Company” şirkətindən sənədlərini götürmüşdür. Eyni zamanda yerdə qalan 1.500 manat pulu hissə-hissə 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs verməsi üçün Şahid8 kart hesabına ödəmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə X22 şəhərinə qrup şəklində səfər etmişlər, qrup üzvləri ilə birlikdə xx.xx.2022-ci il tarixdə (11 maya keçən gecə) Bakı şəhərinə geri qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ali təhsillidir. xx.xx.2018-ci il tarixdən 2022-ci ilin noyabr ayınadək “X12 Mərkəzi” publik hüquqi şəxsdə Asan viza departamentində vizaların verilməsi üzrə mütəxəssis vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən “X12 Mərkəzi” publik hüquqi şəxs bağlandığı üçün o, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 Mərkəzinin asan vizaların verilməsi üzrə aparıcı mütəxəssisi vəzifəsinə təyinat almış və hazırda da həmin vəzifədə çalışır. “X12 Mərkəzi” publik hüquqi şəxsin əməkdaşı olmuş, eyni zamanda İnstaqram sosial şəbəkəsində “ulkarstravelblog” profili ilə səyahət blogeri kimi fəaliyyət göstərən Şahid8 2021-ci ilin təxminən sonları - dekabr ayında, 2022-ci ilin yanvar ayının əvvəllərində Mərkəzdə ona bildirmişdir ki, Təqsirləndirilən şəxs rəhbəri olduğu "xxxx" MMC vasitəsilə X22 şəhərinə qrup şəklində bir həftəlik müddət ərzində, 3.000 manat məbləğində ödəniş etməklə səyahət etmək mümkündür. Yəni belə bir təklifini irəli sürmüşdür. Eyni zamanda bu qeyd edilən təklif Ülkər tərəfindən sosial şəbəkədə paylaşılmışdır. Bundan sonra həmin təkliflə o və Mərkəzin digər 3 əməkdaşı - Şahid9, Şahid6 və Şahid7 X22 şəhərinə səyahət etmək üçün bu təkliflə razılaşmışlar və bu barədə işlədikləri Mərkəzə əvvəlcədən məlumat vermişlər ki, qeyd olunan vaxtda onlara məzuniyyət verilsin. Bundan sonra viza alınmasından ötrü zəruri sənədləri hazırlamağa başlamışlar. O, Şahid8 MMC-nin yerləşdiyi ünvanı öyrəndikdən sonra, həmin ünvana, yəni Bakı Metropoliteninin “Xətai” stansiyasının yaxınlığında yerləşən "xxxx" Plazada yerləşən "xxxx" MMC-yə 2022-ci ilin yanvar ayında gedərək MMC-nin rəhbəri Təqsirləndirilən şəxs ilə Xaricdə təhsil ilə əlaqədar xidməti müqavilə bağlamışdır. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, bu müqavilə ümumi müqavilədir, şirkət xaricdə təhsil, dil kursu xidmətləri ilə yanaşı, xarici ölkələrə səyahət xidmətini də təşkil edir. İlahə həmçinin bildirmişdir ki, müəyyən viza alınması üçün sənədlər lazımdır. O da bundan sonra sənədləri toplamış, “X12 Mərkəzi” publik hüquqi şəxsin möhürü ilə və həmin X19 departamentinin müdiri işləmiş Təranə Məmmədovanın imzası ilə təsdiq edilmiş iş yerindən arayışı, əmək haqqından çıxarışı və xarici pasportunu turizm şirkəti kimi tanıdığı həmin "xxxx" MMC-nin təsisçisi Təqsirləndirilən şəxs təqdim etmişdir. Həmin vaxt onun səfər etməyi (gediş-gəliş bileti), viza dəstəyi, eyni zamanda yerləşmə üçün otel pulunun da daxil olduğu, cəmi ümumi tələb edilən 3.000 manat pulu Təqsirləndirilən şəxs həmin Plazanın 4-cü mərtəbəsində yerləşən ofisində təqdim etmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs ilə tək görüşmüşdür. Daha sonra 2022-ci ilin fevral ayında yenidən həmin ünvana gedərək viza verilməsi və görüş vaxtının təyin edilməsi ilə bağlı hazırlanmış sənədləri götürmüş və "xxxx" Plazada 2-ci mərtəbədə yerləşən “TSL Company” kuryer şirkətinə təqdim etmişdir. Həmin şirkət isə sənədlərini qəbul edərək X17 Respublikasındakı səfirliyinə göndərmişdir. Viza məsələlərini həmin səfirlik həll edir. 2022ci ilin mart ayında Təqsirləndirilən şəxs və Şahid8 eşitmişdir ki, ona və digər iş yoldaşlarına Böyük Britaniyaya səfər üçün razılıq vizası verilmişdir, sənədləri hazırdır və o da "xxxx" Plazada 2-ci mərtəbədə yerləşən “TSL Company” şirkətindən sənədlərini götürmüşdür. Bundan sonra xx.xx.2022-ci il tarixdə X22 şəhərinə qrup şəklində səfər etmişlər, xx.xx.2022-ci il tarixdə (10 maydan 11 maya keçən gecə) Bakı şəhərinə geri qayıtmışlar. Təqsirləndirilən şəxs və Şahid8 də onlarla birlikdə getmişlər və lakin həmin şəxslər 2-ci səyahət edən qrup üçün daha bir həftə Londonda qalmışlar. Səyahət edən şəxslər iki qrupa ayrılmışdır, ikinci qrupun üzvlərinin səyahəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olmuşdur. "xxxx" MMC ilə 2022-ci ilin yanvar ayında bağladığı Xaricdə təhsil ilə əlaqədar xidməti müqaviləni səyahətdən qayıtdıqdan sonra lazım bilmədiyi üçün atmışdır. Səyahət üçün şirkətə nağd olaraq 3.000 manat pul ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, ali təhsillidir. 2018-ci ilin yayından 2022-ci ilin noyabr ayınadək “X12 Mərkəzi” publik hüquqi şəxsdə Asan viza departamentində vizaların verilməsi üzrə mütəxəssis vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən “X12 Mərkəzi” publik hüquqi şəxs bağlandığı üçün o, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 Mərkəzinin “ASAN” vizaların verilməsi üzrə aparıcı mütəxəssisi vəzifəsinə təyinat almış və hazırda həmin vəzifədə çalışır. “X12 Mərkəzi” publik hüquqi şəxsin əməkdaşı olmuş, eyni zamanda İnstaqram sosial şəbəkəsində “ulkarstravelblog” profili ilə səyahət blogeri kimi fəaliyyət göstərən Şahid8 2021-ci ilin təxminən sonlarında noyabr-dekabr aylarında bildirmişdir ki, Təqsirləndirilən şəxs rəhbəri olduğu "xxxx" MMC vasitəsilə X22 şəhərinə qrup şəklində bir həftəlik müddət ərzində, 3.000 manat məbləğində ödəniş etməklə səyahət etmək mümkündür. Yəni belə bir təklif irəli sürmüşdür. Eyni zamanda bu qeyd edilən təklif Ülkər tərəfindən sosial şəbəkədə də paylaşılmışdır. Bundan sonra həmin təkliflə o və Mərkəzin digər 3 əməkdaşı – Şahid5, Şahid6 və Şahid7 X22 şəhərinə səyahət etmək üçün bu təkliflə razılaşmışlar və bu barədə işlədikləri Mərkəzə əvvəlcədən məlumat vermişlər ki, qeyd olunan vaxtda onlara məzuniyyət verilsin. Bundan sonra viza alınmasından ötrü zəruri sənədləri hazırlamağa başlamışlar. Şahid8 onlara verdiyi məlumatlardan sonra o, iş yoldaşı Şahid6la birlikdə 2022-ci ilin yanvar ayında Bakı Metropoliteninin “Xətai” metrostansiyasının yaxınlığında yerləşən "xxxx" Plazada yerləşən "xxxx" MMC-yə getmişlər. Həmin MMC-də Təqsirləndirilən şəxs ilə tanış olmuşlar, MMC-nin rəhbəri kimi həmin şəxslə aralarında Xaricdə təhsil ilə əlaqədar xidməti müqavilələr bağlanmışdır. MMC-nin rəhbəri Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, bu müqavilə ümumi müqavilədir, şirkət xaricdə təhsil, dil kursu xidmətləri ilə yanaşı, eyni zamanda xarici ölkələrə səyahət xidmətini də təşkil edir. İlahə həmçinin qeyd etmişdir ki, müəyyən viza alınması üçün sənədlər lazımdır. Eyni zamanda İlahə bildirmişdir ki, bilet, hotel, visa və s. xərclər, hər adam üçün ümumilikdə 3.000 manat təşkil edir, onlar da buna razılaşmışlar. O da bundan sonra “X12 Mərkəzi” publik hüquqi şəxsin möhürü ilə və həmin X19 departamentinin müdiri işləmiş Təranə Məmmədovanın imzası ilə təsdiq edilmiş iş yerindən arayışı, əmək haqqından çıxarışı və xarici pasportunu 2022-ci ilin fevral ayında turizm şirkəti kimi tanıdığı həmin "xxxx" MMC-nin təsisçisi Təqsirləndirilən şəxs ofisində gətirib təqdim etmişdir. Sənədləri verdiyi vaxt onun səfər etməyi, yəni gediş-gəliş bileti, viza dəstəyi, yerləşmə üçün hotel xərcinin də daxil olduğu, cəmi tələb edilən 3.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. 2022-ci ilin fevral ayında yenidən həmin ünvana gedərək viza verilməsi və görüş vaxtının təyin edilməsi ilə bağlı hazırlanmış sənədləri götürmüş və "xxxx" Plazada 2-ci mərtəbədə yerləşən “TSL Company” şirkətinə təqdim etmişdir. Həmin şirkət isə sənədlərini qəbul edərək X17 Respublikasındakı səfirliyinə göndərmişdir. Viza məsələlərini həmin səfirlik həll edir. 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs ona məlumat vermişdir ki, ona Böyük Britaniyaya səfər üçün viza verilmişdir, sənədləri hazırdır və o da "xxxx" Plazada 2-ci mərtəbədə yerləşən “TSL Company” şirkətindən sənədlərini götürmüşdür. Bundan sonra, xx.xx.2022-ci il tarixdə Böyük Britaniyaya qrup şəklində səfər etmişlər, qrup üzvləri xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə geri qayıtsa da, o, əlavə olaraq daha 7 gün də London şəhərində qalmış və bütün qalmaq üçün əlavə təəb olunan xərclərini özü ödəmişdir. xx.xx.2022-ci il tarixdə (18 maya keçən gecə) digər ikinci qrupun üzvləri ilə Bakı şəhərinə geri qayıtmışdır. Onun digər ikinci qrup üzvlərindən məlumatı olmamış, hər hansı tanışlığı da olmamışdır. Sadəcə bilmişdir ki, ikinci qrup da var və o, həmin qrupla birlikdə eyni təyyarədə qayıtmalı olmuşdur. İlahə Qurbalı və Şahid8 də onlarla birlikdə getmişlər və iki həftə ərzində Londonda qalmışlar. Səyahət edən şəxslər iki qrupa ayrılmış, ikinci qrupun üzvlərinin səyahəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olmuşdur. "xxxx" MMC ilə bağladığı Xaricdə təhsil ilə əlaqədar xidməti müqaviləni səyahətdən qayıtdıqdan sonra lazım bilmədiyi üçün atmışdır. Səyahət üçün şirkətə nağd olaraq 3.000 manat pul ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “X12 Mərkəzi” publik hüquqi şəxsin Asan viza departamentində vizaların verilməsi üzrə mütəxəssis vəzifəsində işləmiş, hazırda isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İnnovasiyalar Mərkəzinin asan vizaların verilməsi üzrə böyük mütəxəssis vəzifəsində işləyən Şahid7 və aparıcı mütəxəssis vəzifəsində işləyən Şahid6 da Şahid5 və Şahid9 eyniməzmunlu ifadə verərək Şahid5 və Şahid9 ifadələrində göstərdikləri xüsusatları eyni ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Şahid3 məhkəməyə gəlməmiş, məhkəməyə ünvanladığı teleqramda, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o bildirmişdir ki, 2013-cü ildən hazıradək "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyində baş tibbi nümayəndə vəzifəsində işləyir. 2021-ci ilin sentyabr ayında "İnstagram" sosial şəbəkəsində "Travel bloger" kimi fəaliyyət göstərən Şahid8 səhifəsində "xxxx" MMC vasitəsilə 2022-ci ilin may ayında Böyük Britaniyaya səyahət nəzərdə tutulması barədə qeydlər edilməsinə rastlamışdır. Bundan sonra Şahid8 ilə aralarında yazışmalar aparılmış, razılıq əldə olunduqdan sonra 2022-ci ilin fevral ayında tur üçün nəzərdə tutulmuş 3000 manat pulu, iş yerindən arayışı, əmək haqqından çıxarışı və xarici pasportu həmin turizm şirkətinin Bakı Metropoliteninin "Xətai" stansiyasının yaxınlığında yerləşən "xxxx" Plazanın 4-cü mərtəbəsindəki ofisində şirkətin təsisçisi Təqsirləndirilən şəxs təqdim etmişdir. Qısa müddət keçdikdən sonra Şahid8 mənimlə əlaqə saxlayaraq viza alındığını bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Böyük Britaniyaya səfər etmişlər, xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə geri qayıtmışlar(cild İ, i.v 43-44). Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Şahid4 məhkəməyə gəlməmiş, İtaliyada təhsil aldığı üçün hazırki iclasda iştirak edə bilməyəcəyini bildirərək ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə razı olmadığı barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə proses tərəflərinin fikirlərini dinləyərək hesab edir ki, məhkəmə iclaslarının lüzumsuz uzanması və iş üzrə yekum məhkəmə qərarının qəbul edilməsi üçün Şahid4 iştirakı olmadan məhkəmə iclası keçirilməli və şahidin ibtidai istintaq zamanı nümayəndəsinin iştirakı ilə vermiş olduğu və öz imzası ilə təsdiq etdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində o bildirmişdir ki, 2010-cu ilin mart ayından hazıradək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə tanışı “TravelBloger” kimi fəaliyyət göstərən, həmin vaxt “X12 Mərkəzi" publik hüquqi şəxsdə işləyən Şahid8 onunla əlaqə saxlayaraq Böyük Britaniyaya viza əldə etmək istəyini soruşmuş, o, müsbət cavab verdikdən sonra onu "xxxx" MMC-nin Bakı Metropoliteninin “Xətai” metrostansiyasının yaxınlığında yerləşən "xxxx" Plazanın 4-cü mərtəbəsindəki ofisinə dəvət etmişdir. Həmçinin, Şahid8 bildirmişdir ki, həmin şirkətdə 4-5 nəfərə viza alınması üçün şans yaranmış, ona görə də bu şansdan yararlanmaq lazımdır. xx.xx.2022-ci il tarixdə sözügedən ofisə getmiş, şirkətin təsisçisi Təqsirləndirilən şəxs ilə orada tanış olmuşdur. Böyük Britaniya səfirliyinə müraciət edilməsi üçün zəruri sənədləri - iş yerindən arayışı, əmək haqqından çıxarışı və s. sənədlər ondan tələb edilmişdir. Həmin sənədləri, habelə 500 manat xidmət haqqı və “Viza” üçün tələb edilən 140 ABŞ dolları rüsumu qısa müddət ərzində Şahid8 ofislərində təqdim etmişdir. Şirkət bir neçə şəxsin Böyük Britaniyaya səfər edəcəkləri barədə ona məlumat vermiş, o isə öz növbəsində 2022-ci ilin iyun-iyul aylarında Böyük Britaniyaya səfər etmək niyyətində olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə ona viza verilmiş, xx.xx.2022-ci il tarixdə isə ona xarici pasportu təqdim edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə X7 şəhərinə səfər etmiş, 13 gün qaldıqdan sonra geri qayıtmışdır. 2022-ci ilin avqust ayının 17-də gecə saatlarında “Elektron ünvan ” email ünvanına Böyük Britaniya və X9 Türkiyə Respublikasındakı konsulluğundan gəlmiş mesajla tanış olmuşdur. Mesajda göstərilmişdir ki, viza almağı üçün təqdim edilmiş sənədlər saxta məlumatlar əsasında olduğu üçün ona 10 il müddətinə Böyük Britaniyaya səfər etməyi ilə bağlı viza verilməyəcəyi qeyd edilmişdir. Həmin vaxt İtaliyanın Milan şəhərində idi və növbəti gün Bakıya qayıdacaqdı. Həmin mesajdan sonra Şahid8 ilə sonuncunun istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə əlaqə saxlamışdır. Ülkər ona Bakıya gəldikdən sonra əlaqə saxlamağını, məsələyə aydınlıq gətirələcəyini bildirmişdir. Növbəti gün o, Bakıya gəlmiş, şirkətin ofisində görüşləri olmuşdur. Həmin görüşdə Ülkər onunla İlahəni otaqda tək qoymuş, İlahə ondan üzrxahlıq edərək saxta məlumatlar daxil edilmiş sənədlər əsasında viza alınmasını tam olaraq etiraf etmişdir. İlahə demişdir ki, guya onun tək getməyi və subay olmağı səbəbindən ona viza alınmasında imtina cavabı gələcəyi üçün köməklik etmək istəmişdir. Göstərilənlərlə bağlı zəruri sənədləri könüllü olaraq təqdim etmişdir. Şahid4 həmçinin ifadəsində göstərmişdir ki, “X12 Mərkəzi” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli, Mərkəzin möhürü və İnsan Resursları departamentinin müdiri Təranə Məmmədovanın imzası ilə təsdiqlənmiş sənədlərlə tanış olmuşdur. O, həmin turda iştirak etməmiş, tək olaraq 2022-ci ilin iyul ayında ifadəsində qeyd etdiyi kimi Böyük Britaniyaya səfər etmişdir. “X12 Mərkəzi” publik hüquqi şəxsdə heç vaxt çalışmamışdır. Həmçinin, məlumat üçün bildirir ki, xx.xx.2022-ci il tarixdə Şahid8 ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə mesaj yazaraq "xxxx" ASC-də hesabının olub-olmamasını soruşmuşdur, bundan təxminən 1 saat sonra yenidən mesaj yazaraq ona əziyyət vermək istəmədiyini, öz adına onun üçün hesabdan çıxarış aldığını bildirmişdir. Həmin mesajları telefonu sönülü olduğu üçün sonradan görmüşdür. Bu barədə Ülkərdən soruşduqda sonuncu narahat olmamağı, üzbəüz söhbət etdikdə bu barədə ətraflı məlumat verəcəyini bildirmişdir. Bundan sonra Ülkərlə məsələni dəqiqləşdirmək fikrindən çıxmışdır. X23 səfirliyindən ona qadağa ilə bağlı qeyd etdiyi kimi “e-mail” gəldikdən sonra bu barədə yenidən Ülkərdən soruşmuş və məlum olmuşdur ki, Ülkər öz adına "xxxx" ASC-dən çıxarış almış, daha sonra isə həmin məlumatı onun adına olan məlumat kimi qeyd etmiş, viza alınması üçün adından Böyük Britaniya səfirliyinə göndərilmiş sənədlərə əlavə edilmişdir. Bu barədə Ülkərlə aralarında “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazışmaları olmuşdur. O, Şahid8 və Təqsirləndirilən şəxs onun adını özlərinin də iştirak etdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi səyahət edən qrupa salmalarını araşdırma başlandıqdan sonra bilmiş, düşünür ki, qrupda “X12 Mərkəzi” publik hüquqi şəxsinin əməkdaşları kimi göstərilmiş şəxslər əmək haqlarını "xxxx" ASCdən aldıqları üçün, ona görə də Ülkər onun adına həmin bankdan hesab açılmasını istəmişdir. (cild İ, i. v. 57-70, 114-123) Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış digər şahidlər məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə proses tərəflərini dinləyərək hesab etmişdir ki, iştirak etməyən şahidlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkündür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 noyabr 2022-ci il cinayət işinin başlanması haqqında qərardan görünür ki, 02/2- 318c-22 sayıl material üzrə fakta Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə cinayət işinin başlanması haqqənda qərar qəbul edilmişdir.(i.v 3) “X12 Mərkəzi” publik hüquqi şəxsdən daxil olmuş 02 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, 26 iyul 2022-ci il tarixdə xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli sənədlər Böyük Britaniya və X14 KrallığınınAzərbaycan Respublikasındakı səfirliyindən həqiqiliyinin yoxlanılması üçün Mərkəzə daxil olmuşdur. Mərkəzin möhürü və İnsan Resursları departamentinin müdiri Təranə Məmmədovanın imzası ilə təsdiqlənmiş qeyd olunan tarixli sənədlərdən (arayışlardan) görünür ki, həmin sənədlərdə ümumilikdə 21 nəfər şəxsin “X12 Mərkəzi” publik hüquqi şəxsin əməkdaşları olması, turun ezamiyyə məqsədi daşıması, 03 aprel 2022-ci il tarixdən 09 aprel 2022-ci il tarixədək və 10 may 2022-ci il tarixdən 17 may 2022-ci il tarixədək nəzərdə tutulması, ezamiyyə xərcləri - bilet, hotel, visa və s. xərclər üçün bir şəxsə münasibətdə ümumilikdə 3.000 manat pul vəsaitinin “ASAN” tərəfindən ödəniləcəyi qeyd edilmişdir. Eyni zamanda 03 aprel 2022-ci il tarixdən 09 aprel 2022-ci il tarixədək olacaq qrupa Şahid2 və Şahid1 rəhbərlik edəcəyi, 10 may 2022-ci il tarixdən 17 may 2022-ci il tarixədək nəzərdə tutulmuş qrupa isə Aytən Hənifəyeva və Mehriban Fətullayevanın rəhbərlik edəcəyi göstərilmişdir. O cümlədən, Mərkəzin möhürü və İnsan Resursları departamentinin müdiri Təranə Məmmədovanın imzası ilə təsdiqlənmiş sənəddə X5 və Şahid4 “X12 Mərkəzi” publik hüquqi şəxsin Asan Viza departamentində işlədiyi və Tərlan Dadaşzadənin 1.376 manat 52 qəpik, Şahid4 isə 1.491 manat aylıq gəlirinin olduğu göstərilmişdir. (cild İ, i. v. 6-17) Şahid4 təqdim etdiyi viza ilə bağlı sənədlərdən görünür ki, X24 Vizaları və İmmiqrasiyası üzrə Baş Ofisi tərəfindən ziyarət vizasının ləğv edilməsi ilə bağlı Şahid4 rəsmi məlumat verilmişdir. Həmin məlumatlarda Şahid4 xx.xx.2022-ci il tarixində 6 ay müddətində etibarlı Visit vizası verildiyi bildirilərək original olmadığı təsdiq edilmiş sənəd təqdim etdiyi üçün giriş icazəsinin ləğv edildiyi, verilən vinyetkanın artıq səyahət üçün etibarlı olmadığı bildirilmiş, həmçinin qərara dair bildiriş də təqdim edilmişdir. Giriş vizasının ləğv edilməsinin səbəbi kimi İşəgötürən ASAN tərəfindən bütün xərclər turuna dəvət olunduğunu bildirməsi, beləliklə saxta sənəd təqdim etməsi göstərilmişdir və hüquqları izah edilmişdir. Hər hansı gələcək giriş icazəsi ərizələri də, etdiyi müraciət növündən asılı olaraq 10 ilə qədər müddətdə İmmiqrasiya Qaydalarına əsasən rədd edilə bilməsi qeyd edilmiş, 10 illik müddətin viza üçün bu ərizədə dezinformasiyaya yol verildiyi tarixdən başlaması göstərilmişdir. (cild İ, i. v. 57-70) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, reyestrdə “Group of X1” MMC-nin (VÖEN **********) xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatından keçməsi, hüquqi ünvanının Bakı şəhəri, Nizami rayonu, X32, ev 9A və rəhbərinin Təqsirləndirilən şəxs olması barədə məlumat mövcuddur. “Group of X1” MMC-də qeydiyyata alındığı tarixdən hazırki dövrədək səyyar vergi yoxlaması və ya operativ vergi nəzarət tədbirləri həyata keçirilməmişdir. (cild İ, i. v. 94-98) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsdən daxil olmuş xx.xx.2022-ci il tarixli, 11591 nömrəli məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə “Respublika Psixiatriya Xəstəxanası”da müalicədə olmamışdır. (cild İ, i. v. 134-135, 183-184) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsdən daxil olmuş xx.xx.2022-ci il tarixli, xx/xx-15413 nömrəli məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs mərkəzdə müalicədə olmamış və qeydiyyatda yoxdur.(cild İ, i. v. 157-158) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir.(cild İ, i. v. 131-133) “Group of X1” MMC-nin nizamnaməsindən görünür ki, MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X27 Qeydiyyatı İdarəsində 27 fevral 2017-ci il tarixdə qeydiyyata alınmaqla ********** (VÖEN) nömrə ilə X3 Nömrəsi (VÖEN) verilmiş, hüquqi ünvanı AZ1002, Bakı şəhəri, Nizami rayonu, X32, ev 9A ünvanıdır. “Group of X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri Təqsirləndirilən şəxsdır. (cild İİ, i. v. 63-67) “Group of X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin 27 fevral 2017-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən Cəmiyyətinin təsisçisi və rəhbəri Təqsirləndirilən şəxs cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, operativ idarə olunmanı həyata keçirmək, cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, cəmiyyəti bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommeriya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, cəmiyyətin adından mülki-hüquqi müqavilələr bağlamaq, xidmətlər göstərmək və sair vəzifələrə malik təşkilati sərəncamverici səlahiyyətlərə malik şəxsdir.(cild İİ, i. v. 64-66) “X12 Mərkəzi” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli saxta sənədlər, viza ilə bağlı imtina sənədləri, müraciət etmiş şəxslərin xarici pasportların viza və ölkəyə giriş-çıxış qeydlərinin aparıldığı əks olunduğu səhifələr, xidməti müqavilələr 20 fevral 2023-cü il tarixli qərarımla maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (cild İİ, i. v. 69-101) 21 fevral 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Rəqəmsal və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və X16 publik hüquqi şəxs zərər çəkmiş şəxs qismində, 24 fevral 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Rəqəmsal və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və X16 publik hüquqi şəxsin Hüquq departamentinin böyük hüquqşünası Zərərçəkmiş şəxs zərər çəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır.(cild İİ, i. v. 102-104, 150-155) 20 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi dəlillər özünümüdafiə xarakteri daşıdığından tənqidi yanaşmaqla rədd edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona həmin maddələr ilə ittiham elan edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi, Azərbaycan Respublikası Rəqəmsal və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və X16 publik hüquqi şəxs zərər çəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi, cinayət işi üzrə vətəndaş Şahid8 barəsində cinayət təqibinin başlanılması rədd edilməsi, Böyük Britaniya və X14 Krallığına səfər etmək üçün müraciət etmiş şəxslər cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmamaları va qeyd olunan ölkəyə səfər etmələri məhdudlaşdırılmış şəxslərə bu barədə məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsi, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs etirafedici ifadəsi, çoxsaylı şahidlərin ifadələri və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilməsi, "X12 Mərkəzi" publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 va xx.xx.2022-ci il tarixli saxta sənədlər, viza ilə bağlı imtina sənədləri, müraciət etmiş şəxslərin xarici pasportların viza və ölkəyə giriş-çıxış qeydlərinin aparıldığı əks olunduğu səhifələr, xidməti müqavilələr maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməsi qərara alınmışdır.(cild İİ, i.v 69-101) 22 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrdə ittiham elan edilməsi qərara alınmışdır.(cild İİ, i.v 107-108) 22 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmişdir.(cild İİ, i.v139-140) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X20 adlı övladı var(cild İİ, i.v 145) 24 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Əsgər oğlu Azərbaycan Respublikası Rəqəmsal və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və X16 publik hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır.(cild İİ, i.v 150-151) “İnnovasiya və X16”-nin nümayəndəsi Zərərçəkmiş şəxs Əsgər oğlu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İnnovasiya və X10 hər hansı maddi ziyan vurulmamışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə təmsil etdiyi qurum arasında barışıq əldə olunmuşdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, istintaqa verdiyi ifadəsini təsdiq edir. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 tərəfindən məhkəmə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o İtaliyada təhsil aldığı üçün xx.xx.2023-cü il tarixdən etibarən Azərbaycan Respublikasının ərazisində olmayacaqdır. O, istintaqda zərərçəkmiş şəxs qismində ifadə verməsinə baxmayaraq onu şahid kimi tanımışlar. Bununla da onun ifadəsi təhrif edilmiş və hüququ pozulmuşdur. Bu səbəbdən istintaqda verdiyi ifadəsini təsdiq etmir və onun özünün dindirilməsini xahiş etmişdir. “AZEMİS” elektron mərkəzindən əldə edilmiş məlumata əsasən Şahid4 xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk edərək Roma şəhərinə getmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə Şahid4 vəsatəti üzrə bildirmək istəyir ki, cinayət işi materillarından müəyyən olunur ki, Şahid4 nümayəndəsinin iştirakı ilə dindirilmiş, zərərçəkmiş şəxs qismində tanınması barədə heç bir vəsatət verməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Şahid4 xarici ölkədə olması və nəvaxt qayıtması qeyri-müəyyən olunduğundan onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə—min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.4-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. 44.3-ci maddəsinə əsasən cərimə əlavə cəza kimi məhkəmələr tərəfindən yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda təyin edilə bilər. 44.4-ci maddəsinə əsasən cəriməni ödəməkdən qəsdən boyun qaçıran şəxslərə bu cəza növü ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz oluna bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” plenum qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 14 noyabr 2011-ci il tarixli «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: - qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs hüquqi şəxs barışıq əldə edilməsini (CM 59.1.12), cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması(CM59.1.13), səmimi peşmançılığını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirlən hallar kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxsnun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və həmin maddə ilə cərimə cəzasına məhkum edilməli, həmçinin həmin məcəllənin 313-cü maddəsi ilə təqsirli bilinməli və cərimə cəzasına məhkum edilməli, həmçinin həmin məcəllənin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq və “Group of X1” MMC-də, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında müəyyən vəzifə tutmaq hüququndan məhrum edilmə cəzasına məhkum edilməli, həmin məcəllənin 66.2 və 66.4-cü maddələrinə əsasən ona cəza təyin edilməli, maddi sübut- "X12 Mərkəzi" publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli saxta sənədlər, viza ilə bağlı imtina sənədləri, müraciət etmiş şəxslərin xarici pasportların viza və ölkəyə giriş- ÇİXİŞ qeydlərinin aparıldığı əks olunduğu səhifələr, xidməti müqavilələr cinayət işi materillarında saxlanılmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edəcək əmlak yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tədbiq edilməklə həmin Məcəllənin 308.1-ci maddəsi ilə təqsirli bilinsin və 01(bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq və “Group of X1” MMC-də, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 2.000(iki min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tədbiq edilməklə həmin Məcəllənin 313-cü maddəsi ilə təqsirli bilinsin və 01(bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq və “Group of X1” MMC-də, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 1500(min beş yüz) manat cərimə cəzasına cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən qismən toplanmaqla o, qəti olaraq 01(bir) il 06(altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq və “Group of X1” MMC-də, həmçinin kommersiya və qeyrikommersiya təşkilatlarında müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 3000(üç min) manat cərimə cəzasına məhkum edilsin. İş üzrə maddi sübutlar- "X12 Mərkəzi" publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli saxta sənədlər, viza ilə bağlı imtina sənədləri, müraciət etmiş şəxslərin xarici pasportların viza və ölkəyə giriş- ÇİXİŞ qeydlərinin aparıldığı əks olunduğu səhifələr, xidməti müqavilələr cinayət işi materillarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-256/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-256/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver