Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-256/2025 01.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, Tərcüməçi – X12 dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 0,438 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 37-ci Polis şöbəsinin əməkdaşları tərəfindən 07 yanvar 2025-ci il tarixdə saat 13:36-da keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 2 ünvanında saxlanılıb videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli gödəkcəsinin sol yan cibindən xeyli miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,438 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 0,342 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 37-ci Polis şöbəsinin əməkdaşları tərəfindən 10 fevral 2025-ci il tarixdə saat 19:18-də keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 3 ünvanında saxlanılıb videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə zamanı əynindəki idman gödəkcəsinin sol yan cibindən xeyli miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,342 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2024-cü ilin dekabr ayının sonlarından etibarən narkotik vasitə istifadə etməyə başlamışdır. O, narkotik vasitəni üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat müqabilində almışdır. O, narkotik vasitə istifadə etməyə başladığı vaxtdan tutulana qədər təxminən 3-4 dəfə narkotik vasitədən istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, Babək prospektinin yaxınlığında olan zaman anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat qarşılığında bir ədəd bükümdə psixotrop maddə metamfetamin almışdır. O, həmin bükümü cibinə qoyub həmin ərazidən uzaqlaşmış, bundan sonra xx.xx.2025-ci il tarixdə tarixdə saat 13:36-da ünvan 4 ünvanının qarşısında olduğu zaman ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onun üzərindən axtarış apararkən əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin, gödəkcənin sol cibindən 1 (bir) ədəd üzərində siliver yazılmış alışqan və 10 manat pul gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd Redmi markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Həmin psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş, 0,50 qram olması müəyyən olurmuşdur. Buna görə də, polis əməkdaşları onu polis şöbsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə 37-ci Polis Şöbəsinə getmişdir Polis Şöbəsində olarkən izahat verən zaman psixotrop maddə metamfetamin istifadəçisi olduğunu səmimi etiraf elmişdir. Bundan başqa 10 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən Keşlə qəsəbəsində olan zaman polis əməkdaşları on yaxınlaşaraq özlərini təqdim etmiş, daha sonra isə ondan özünü təqdim etməsini tələb etmişlər. O, özünü təqdim etmiş, bundn sonra onun üzərinə axtarış keçirilmişdir. Lakin onun üzərindən hər hansı qanunsuz vasitə aşkar edilməmişdir. Daha sonra isə polis əməkdaşları yerdə narkotik vasitə tapmışlar. Polis əməkdaşları həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişlər. Lakin, o bildirmişdir ki, həmin narkotik vasitə ona məxsus deyil və onun üzərində hər hansı narkotik vasitə olmamışdır. Bundan sonra polis əməkdaşları ona bildirmişlər ki, videoçəkiliş zamanı həmin narkotik vasitənin ona məxsus olması barədə etirafedici ifadə versə, onun işi yüngül olacaq və heç bir cəza verilməyəcəkdir. Buna görə də, o, məcbur olub həmin narkotik vasitənin ona məxsus olması barədə etiraf edici ifadə vermişdir. Lakin, həmin narkotik vasitə ona məxsus olmamış, polis əməkdaşları tərəfindən yerdə tapılmışdır. O, həmin epizod üzrə özünü təqsirli bilmir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, tutulduğu və polis şöbəsində olduğu müddətdə polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməmişdir. Sonda Təqsirləndirilən şəxs 07 yanvar 2025-ci il tarixdə törətdiyi əmələ görə səmimi peşmançılıq çəkdiyini bildirərək həmin epizod üzrə barəsində mümkün qədər yüngül cəza təyin edilməsini, 10 fevral 2025-ci il tarixdə saxlanılan zaman üzərində hər hansı narkotik vasitənin olmamasını bildirərək həmin epizod üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı 12 fevral 2025-ci il tarixdə vermiş olduğu ifadəsi elan edilmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən Keşlə qəsəbəsində olan zaman anket məlumatlarını bilmədiyi şəxslə təsadüfən rastlaşıb həmsöhbət olduğu üzdən görsə tanıya bilməyəcəyi şəxsə ara sıra narkotik vasitə olan kola və şüşə deyilən istifadə etdiyini bildirib narkotik vasitə heroin əldə elmək istədiyini demişdir. Həmin şəxs özüdə uzun illərdir narkotik vasitə və psixotrop maddələrin alüdəçisi olduğnu bildirib, ona 20 manat qarşılığında ona bir büküm kola yəni heroin verə biləcəyəni bildirmişdir. O onunla razılışmış, ona 20 manat pul vermişdir. Bir neçə dəqiqə sonra həmin şəxs yanına gəlib ona vermiş olduğu 20 manat qarşılığında ona bir ədəd şəffaf sellofan bükümdə kola deyilən heroin vermişdir. O, da həmin bükümü əynində olan idman gödəkcəsinin sol yan cibimə qoyub oradan uzaqlaşmışdır. Bundan sonra saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Əmirxanov küçəsində tini dönən zaman onunla üzbəüz gələn mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşları olaraq özlərini təqdim etmişlər, oda özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onlar ona üzərində nə kimi qeyri qanuni və qadağan olunmuş əşyalar varsa təqdim etməsini bildirmiş, üzərimdə axtarış aparılarkən əynində olan idman gödəkcənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik maddəyə bənzər kütləni və şalvarım sağ arxa cibindən bir ədəd açar, şalvarının sağ yan cibindən bir ədəd «Redmi» markalı mobil telefonunu, şəxsiyyət vəsiqəsini və metro kartını təqdim elmişdir. Həmin narkotik vasitəni tələbatı olan zaman, yəni ağrıları olduqda özü istifadə etmək məqsədi ilə alıb üzərimdə daşıdığını və heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Həmin narkotik vasitə olan büküm qeyd edilən ünvanda onun gözünün qarşısında qablaşdırılıb, möhürlənmişdir. Buna görə polis əməkdaşları onu Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə gətirmişlər. Xətai RPİ-nin 37-ci polis şöbəsində inzibati binasının otaqlarının birində ona hüquqlarımı izah etmişlər və həmin narkotik vasitə olan bükümün ondan götürülməsi ilə bağlı bir an öncə videoçəkiliş ilə olan hallara dair protokol tərtib olunmuş, bundan sonra o və həmin sənədlər təhqiqatçıya təqdim olunmuşdur. Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinin inzibati binasının otaqlarının birində təhqiqatçı ona hüquqlarını izah etmiş, təhqiqatçı onun üzərinə əməkdaşların iştirakı ilə üzərindən aşkar olunmuş 1 ədəd kütləyə baxış keçirilmişdir. Həmin narkotik vasitənin kola deyilən heroin olmasını bildirmiş və bir müddət öncə alıb üzərində daşıdığını bildirmişdir. Həmin kütə onun gözünün qarşısında qablaşdırılmış, möhürlənmiş və tərtib olunmuş protokol baxışda iştirak edən şəxslər və onun tərəfindən imzalanmışdır. Etmiş olduğu əmələ görə səmimi peşmançılığını bildirmiş, ona hər hansı bir təziq və təsir olmamışdır. Bundan sonra hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət etmişlər. Bir daha həmin bükümdə olan kütləni özü qəbul etmək məqsədi ilə üzərində daşımış, heç bir zaman qadağan olunmuş hər hansı əşyanın satışı ilə məşğul olmamış, hər 2 epizod üzrə hər hansı şəxsə narkotik vasitə və psixotrop maddə satmamış yalnız öz istifadəsi üçün alıb üzərimdə daşımışdır. Ona hər iki halda polis əməkdaşları tərəfindən hər hansı təziq və təsir olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop madddələrin qanunsuz dövriyyəsi, yəni əldə etməsi və saxlaması və istifadəsi ilə məşğul olur. Dərhal verilmiş əməliyyat məlumatının realizə edilmə planı işlənib hazırlanmış, o, əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2 və polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmiş, davranış xəttini müəyyən edilmiş, Təqsirləndirilən şəxs qanuna zidd əməllərinin ifşa edilməsi məqsədilə onun ətrafında müvafiq əməliyyat axtarış tədbirlərinin keçirilməsinə qərar verilmişdir. Saat 19 radələrində növbəti əməliyyat məlumatı əsasında əməliyyat qrupu Təqsirləndirilən şəxs olması ehtimal edilən Xətai rayonu, M.Əmirxanov küçəsi 10 ünvanına gəlinmiş, saat 19:18-də orada zahiri əlamətləri göstərilmiş Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsi cəlb etdiyi üçün ona dərhal telefonun videoçəkilişi ilə yaxınlaşıb xidməti vəsiqlərini göstərib özlərini təqdim edərək onu saxlamışlar. Sorğu aparılan zaman həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmiş və ona üzərində olan qeyri qanuni əşyanı təqdim etməsini bildirimişlər. Təqsirləndirilən şəxs əynində olan idman gödəkcəsinin sol yan cibindən bir ədəd ağ rəngli şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik maddəyə bənzər kütləni və şalvarının sağ arxa cibindən bir ədəd açar, şalvarının sağ yan cibindən bir ədəd «Redmi» markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini və metro karlını təqdim etmişdir. Həmin bükümdə olan kola deyilən heroini xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən Keşlə qəsəbəsində olan zaman anket məlumatlarını bilmədiyi şəxslə təsadüfən rastlaşıb həmsöhbət olduğu görsə tanıya bilməyəcəyi şəxsdən 20 manat qarşılğında alıb narkotik vasitəni tələbatı olan zaman yəni ağrıları olduqda özü istifadə etmək məqsədi ilə üzərində daşıdığını və heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Həmin narkotik vasitə olan büküm qeyd edilən ünvanda gözünün qarşısında açılıb baxıldıqdan sonra elektron tərəziyə qoymaqla çəkilmiş və qablaşdırılıb möhürlənmişdir. Hadisə yerində qeyd edilənləri sənədləşdirmək üçün əlverişli şərat olmadığına görə onlar onu Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə gətirmişlər. 37-ci Polis şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs Yurycviçə hüquq və vəzifələrini izah etmiş, həmin narkotik vasitənin ondan götürülməsi ilə bağlı biı an öncə videoçəkiliş ilə olan hallara dair protokol tərtib olunmuş, iştirakçılar və o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra toplanmış material üzərindən aşkar olunmuş bükümlə birlikdə 37-ci Polis şöbəsinin təhqiqatçısına təqdim olunmuş, təhqiqatçı tərəfindən onun hüquq və vəzifələrini izah olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofandakı büküm olan kütləyə onların və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, həmin kütlələnin narkotik vasitə olan heroin olması təxmin olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş küllənin ona məxsus olmasını və üzərindən aşkar olunmasını təsdiq etmişdir. Həmçinin ilkin saxlanan zaman göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofanda olan kütlə onların və bütün iştirakçıların gözü qarşısında zərfə qoyulmaqla qablaşdırılmış, möhürlədi, iştirakçılar zərfin üzərində imza edib orada olan kütlələrin məhz Təqsirləndirilən şəxs üzərinə baxışda aşkar edilib götürüldüyünü təsdiq etmişlər. Baxış zamanı tərəflərindən Təqsirləndirilən şəxs hər hansı formada təsir göstərilməmiş, ondan başqa qanunsuz əşya aşkar edilməmişdir. Baxışın nəticəsinə dair protokol tərtib etmiş, iştirakçılara ucadan oxunmuş, şikayət daxil olmadığı üçün protokol imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün təhqiqatçı tərəfindən vəkil dəvət edilmiş və hüquq və vəzifələrini izah edilmişdir. Videoçəkiliş başdan sona kimi əməliyyat tədbiri və baxışın qanunun tələbləri əsasında aparıldığını əks etdirmişdir. Sonra müvafiq sənədləşdirmə aparılmış, aşkar edilmiş kütlələr ekspertiza tədqiqatına göndərilmişdir. Təqsirləndirilən şəxs hər hans bir narkotik vasitənin satışı ilə məşğul olması, şərti alıcı iştirakı ilə hər hansı əməliyyat tədbiri keçirilməmiş, həmçinin tədbir zamanı onun üzərindən satışı təsdiq edəcək fakt aşkar olunmamışdır. “Əməliyyat axtarşı tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanmasına və baxış keçrilməsi haqqında” protokol və “təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında protkolda” olan narkotik vasitə və psixotrop maddənin çəkisi ilə bağlı yaranmış fərqlə əlaqədar göstərmişdir ki, onlar hadisə yerində və polis şöbəsində həmin kütlələri qablaşma ilə çəkdiklərinə görə həmin fərq yarana bilər odur ki, ekspertin rəyində göstərilən bükümlər cablaşmasız çəkildiyi üçün daha dəqiq qramlardır. Hadisə yerində o cümlədən polis şöbəsində Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq olmamışdır və o etmiş oduğu əməli etiraf etmişdir. O anoloji əmələ görə bir müddət öncə yenə saxlanmasını və barəsində Xətai RPİ-nin istintaq şöbəsində cinayət işinin olmasım bildirmişdir. Həmin hallar və onun üzərindən aşkar olunmuş kütlələrin çəkisi və sayı bir daha onun istifadəçi olması faktını təsdiq etmişdir. Məhkəmə istintaqında digər şahidlər Şahid2 və Şahid1 ifadələrində Şahid4 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, məruzə edilmiş, şöbə rəhbərliyinin göstərişindən sonra Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid5 və Şahid2 ilə birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə saat 13:36 radələrində ünvan 5 ünvanın qarşısına gəlmişlər. Həmin vaxtı onlar orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət etməsini görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxs özünü xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra onlar ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək saxlamışlar. Kamrana hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman pallarında əşyalarında və ya bədənində narkotik vasitənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə video çəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən 1 ədəd qızılı falqaya bükülmüş narkotik vasitəyə bənzər kütləni, 1 ədəd üzərində siliver yazılmış alışqan və 10 azn pul, sağ yan cibindən 1 ədəd ***-***-**-** nömrəsi əlan «Redmi markalı mobil telefonu çıxarıb onlara təqdim etmişdir. Narkotik maddəyə bənzər kütləni Çin istchsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilmiş və çəkisi 0.50 qram olması müəyyən edilmişdir. Sonra həmin kütləni qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs və tərəfindən imzalanmış və götürülmüşdür. Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. O, buna etiraz etmədikdən sonra onu Xətai RPİ-nin 37-ci PŞ-nə apararaq barəsində araşdırma aparılmış və təhqiqatçıya təhvil verilmişdir. Şahid5 təhvil vermiş, şöbədə olan zaman həmin şəxsin xx.xx.1969-cu ildə Bakı şəhərindən anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, A.Qurbanov küçəsi, ev 5, mənzil 15-də yaşayış evində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdirdi. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitəni əldə edib üzərində saxlaması ilə bağlı 07 yanvar 2025-ci il tarixdə A.Qurban küçəsində saxlanılaraq üstünün yoxlanılması ilə bağlı görüntülərə baxıldı. Bu barədə protokol tərtib olunmuş və iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun dobruluğu imzalarda təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxalan zaman, bundan sonra və polis şöbəsində ona qarşı hər hansı bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid5 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (Cild İ, i.v. 1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şubhəli bilinirək 10 fevral 2025-ci il tarixdə saat 19:18-də ünvan 6 ünvanında saxlanılmış Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılan zaman əynindəki idman gödəkcəsinin sol yan cibindən bir ədəd ağ rəngli şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik maddəyə bənzər kütləni, şalvarın arxa cibində bir ədəd açar, şalvarının sağ yan cibindən 1 (bir) ədəd üzərində Redmi markalı mobil telefonu, şəxsiyyət vəsiqəsi və metro kartı aşkar edilərək götürülmüş, sonra həmin kütlə elektron tərəzidə çəkilərək çəkisinin 0.53 qram olması müəyyən edilmiş, həmin kütlə zərfə qoyularaq qablaşdırılıb möhurlənmiş və götürülmüşdür.( Cild İ, i.v. 12-13) təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 10 fevral 2025-ci il tarixdə, saat 19:18-də ünvan 7 ünvanın qarşısında saxlanılaraq üstünün yoxlanılması və üzərində 1 ədəd sellofan bükümdə “heroin”-ə bənzər maddə bir ədəd Redmi markalı mobil telefon aşkar edilərək götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan zərfdə qablaşdırılmış 1 ədəd sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli “heroin”-ə bənzər maddə aşkar olundu və “Çin” istehsalı elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0,55 qram olduğu müəyyən edildi sonra həmin maddə yenidən qablaşdırılıb möhürləndi, daha sonra 1 ədəd DVD-yə “HP” markalı komputerdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitə “heroin”-ə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddə aşkar olunmasını bildirməsi əksini tapmışdır. (Cild İ, i.v. 18) şübhəli şəxsin tutulması haqqında 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə, saat 20:10-da tutulmuş, tutulmanın əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı 10 fevral 2025-ci il tarixdən, saat 19:18-dən hesablanmışdır. (Cild İ, i.v. 40); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 6/611 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “..2. Təqsirləndirilən şəxs..” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,342 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.(ekspertiza xərci 80 manat) (Cild İ, i.v 50-53) təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (Cild İ, i.v 64-65); cinayət işinin icraata qəbul edilməsi, birləşdirilməsi haqqında 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin ********* nömrəli cinayət işinə birləşdirilməsi və cinayət işinin ********* nömrə altında davam etdirilməsi qərara alınmışdır. (Cild İ, i.v 84-85); cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialdan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (Cild İ, i.v. 87); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair 07 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şubhəli bilinirək 07 yanvar 2025-ci il tarixdə saat 13:36-da ünvan 8 ünvanında saxlanılmış Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılan zaman əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən 1 (bir) ədəd qızılı falqaya bükülmüş içərisində 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli narkotik maddəyə bənzər kütlə, gödəkçənin sol cibindən 1 (bir) ədəd üzərində silverer yazılmış alışqan və 10 manat pul, gödəkçənin sağ yan cibindən 1 (bir) ***-***-**-** nömrəsi olan Redmi markalı mobil telefon aşkar edilərək götürülmüş, sonra həmin kütlə elektron tərəzidə çəkilərək çəkisinin 0.50 qram olması müəyyən edilmiş, həmin kütlə zərfə qoyularaq qablaşdırılıb möhurlənmiş və götürülmüşdür. (Cild İ, i.v. 96-97) təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 07 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 07 yanvar 2025-ci il tarixdə, saat 13:36-da ünvan 4 ünvanının qarşısında saxlanılaraq üstünün yoxlanılması və üzərində 1 ədəd qızılı falqaya bükülmüş içərisində 1 ədəd şəffaf sellofan bükümdə olan ağ rəngli narkotik maddəyə bənzər kütlə aşkar olundu və elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0,50 qram olduğu müəyyən edildi, sonra həmin maddə yenidən qablaşdırılıb möhürləndi, daha sonra 1 ədəd DVD-yə “Lenovo” markalı komputerdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan ağ rəngli narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapmışdır. (Cild İ, i.v. 103-104) şübhəli şəxsin tutulması haqqında 07 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2025-ci il tarixdə, saat 15:45-də tutulmuş, tutulmanın əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı 07 yanvar 2025-ci il tarixdən, saat 13:36-dan hesablanmışdır. (Cild İ, i.v. 123); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 6/611 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün № 153” dairəvi möhür əksi olan “Şahid5 “imza, Şahid2 “imza”, X21. (rus dilində), “imza”, Şahid3t “imza”, Rufullayev Neman “imza” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,438 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (ekspertiza xərci 89 manat) (Cild İ, i.v 135-138) təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan olunması qərara alınmışdır (Cild İ, i.v 149-150); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Xətai RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X3 xx.xx.2025-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. (Cild İ, i.v 170-171); polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 09 yanvar 2025- +ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. (Cild İ, i.v 172); Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 086671 nömrəli doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X4 xx.xx.2013-cü il Bakı şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X6r. (Cild İ, i.v 181); Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 941458 nömrəli doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X11 xx.xx.2003-cü il Xırdalan şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X6r. (Cild İ, i.v 182); Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 131696 nömrəli doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X5 xx.xx.2008-ci il Bakı şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X6r. (Cild İ, i.v 183); Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 016843 nömrəli doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X7 xx.xx.2017-ci il Bakı şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X6r. (Cild İ, i.v 184); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1994-cü il qərar ilə AR CPM-nin 7-1 mad əsasən cinayət işinin icraatına xitam verilib. (Cild İ, i.v 189-190); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli 255 №-li rəydən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə etmə halları olur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəsitəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. ( i.v.203-204); yenidən ittiham elan etmə barədə 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunması qərara alınmışdır (Cild İ, i.v 211- 212); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-76/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 fevral 2025-ci il tarixdən, saat 20:10-dan hesablanmışdır.(Cild İ, i.v 243-245) DVD kompakt diskə baxış keçirilməsi haqqında 05 aprel 2025-ci il tarixli protokoldan görünür ki, 07 yanvar 2025-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən Təqsirləndirilən şəxs barəsində “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanması və baxış keçirilməsinə haqqında” 07 yanvar 2025-ci il tarixli protokola əsasən aparılan əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zamanı qeydə alınmış videoçəklişə DVD diskdə olmaqla baxış keçirilmişdir. Cinayət işi üzrə DVD diskə baxış zamanı müəyyən olunmuşdur ki, 07 yanvar 2025-cü il tarixdə saat 17:36-da ünvan 9 ünvanında qeydə alınır. Videogörüntü Xətai RPİnin 37-ci PŞ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid5 və əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2, polis leytenantı Şahid3 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə aparılır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyaların olduğu təqdirdə təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkcənin sol yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin, gödəkcənin sol cibindən İ (bir) ədəd üzərində siliver yazılmış alışqan və 10 manat pul gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd Redmi markalı mobil telefon olması və bükümdə olan kütləni şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Təqdim olunan içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan büküm 0.50 qram olması müəyyən edilmişdir. Videoçəkiliş ümumi olaraq saat 13:36-dan saat 13:46dək olan müddət ərzində davam etmişdir. Həmin görüntü diskdə qeydə almaqla materialla əlavə olmaqla Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsinə təqdim olunmuşdur. İş üzrə əhəmiyyət kəsb etdiyindən DVD diskmaddi sübut kimi tanınmışdır. (Cild İİ, i.v 20) DVD kompakt diskə baxış keçirilməsi haqqında 09 aprel 2025-ci il tarixli protokoldan görünür ki, 10 fevral 2025-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin təhqiqatçısı, polis mayoru X9 tərəfindən Təqsirləndirilən şəxs barəsində “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanması və baxış keçirilməsinə haqqında” 10 fevral 2025-ci il tarixli protokola əsasən aparılan əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zamanı qeydə alınmış videoçəklişə DVD diskdə olmaqla baxış keçirilmişdir. cinayət işi üzrə DVD diskə baxış zamanı müəyyən olunmuşdur ki, cinayət işi üzrə DVD diskə baxış zamanı müəyyən olunmuşdur ki, DVD diskdə əks edilmiş görüntülər 10 fevral 2025-cü il tarixdə saat 19:18-də Xətai rayonu, M.Əmirxanov küçəsi 10 ünvanında qeydə alınır. Videogörüntü Xətai RPİ-nin 37-ci Polis şöbəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 və əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2, polis leytenantı Şahid4 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə aparılır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyaların olduğu təqdirdə təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki idman gödəkcənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik maddəyə bənzər kütləni və şalvarım sağ arxa cibindən bir ədəd açar, şalvarının sağ yan cibindən bir ədəd «Redmi» markalı mobil telefonumu, şəxsiyyət vəsiqəmi və metro karlının olması və bükümdə olan kütləni şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Təqdim olunan içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofan büküm 0.53 qram olması müəyyən edilmişdir. Videoçəkiliş ümumi olaraq saat 19:18-dən saat 19:26-dək olan müddət ərzində davam etmişdir. Həmin görüntü diskdə qeydə almaqla materialla əlavə olmaqla Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsinə təqdim olunmuşdur. İş üzrə əhəmiyyət kəsb etdiyindən DVD disk maddi sübut kimi tanınmışdır. (Cild İİ, i.v 21) CD diskə baxış keçirilməsi haqqında 13 aprel 2025-ci il tarixli protokoldan görünür ki, icraatda olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə 04 aprel 2025-ci il tarixli Azercell 6666 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı CD diskdə olan “antenna.xlsx” adlı fayla keçirilən baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:58:18-də “Baki şeh, Xetai ray, Süleyman Ehmedov küçəsi 6, Xezer tv” ünvanında olması müəyyən edilmişdir. (Cild İİ, i.v 25) Mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində üzərində 01 ədəd "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrə olan “Redmi” markalı mobil telefona baxış zamanı həmin mobil telefonda iş üçün sübut əhəmiyyətinə malik heç bir məlumat aşkar edilməmişdir. (Cild İİ, i.v 30) Sübutların qiymətləndirilməsi, müxtəlif xüsusalar üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında 14 aprel 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə 12 fevral 2025-ci il tarixdə yeni məzmunda ittiham elan olunması və barəsində Xətai rayon məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkib əlamətləri müəyyən olunmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd olunması və həmin epizodu üzrə material ayrılaraq Xətai rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkib əlamətləri müəyyən olunmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd olunması və həmin epizodu üzrə material ayrılaraq Xətai rayon prokurorulğuna göndərilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri müəyyən olunmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd olunması və həmin epizod üzrə material ayrılaraq Xətai rayon prokuroruluğuna göndərilməsi, Təqsirləndirilən şəxs oğlunun narkotik vasitənin satışı ilə məşğul olmamasına dair xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli Xətai RPİ-nin əməliyyat axtar axtarış tədbirlərinin keçirilməsi haqqında qərarında onun həmin narkotik vasitə psixotrop maddələrin satışı ilə məşğul olmaması ilə bağlı hallara dair qararlar nəzərə alınması, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təhvil verdiyi narotik vasitə və psixotrop maddə könüllü təhvil vermə kimi qiymətləndirilməməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş məhkəmə-kimyəvi ekspertizasının 08 yanvar 2025-ci il tarixli 3-16-16/2-6/47 saylı rəyi ilə tədqiqata təqdim edilmiş təmiz çəkisi 0,438 qram olan metamfetaminin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunması və qalıq qalan 0,388 qram metamfetamin Xətai RPİ-nin saxlancına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 11 fevral 2025-ci il tarixli 3-16-16/2-6/611/2025 saylı rəyi ilə tədqiqata təqdim edilmiş təmiz çəkisi 0,342 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən sübut hesab olunması və qalıq qalan 0,222 qram heroin Xətai RPİ-nin saxlancına təhvil verilməsi, istintaq zərurəti ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində 07 yanvar 2025-ci il tarixdə "əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanması və baxış keçirilməsinə haqqında" protokola əsasən aparılan əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zamanı qeydə alınmış videoçəklişə DVD disk maddi sübut hesab olunması və cinayət işinin materiallarına əlavə olunması, istintaq zərurəti ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində 10 fevral 2025-ci il tarixdə "əməliyyataxtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanması və baxış keçirilməsinə haqqında" protokola əsasən aparılan əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zamanı qeydə alınmış videoçəklişə DVD diskin maddi sübut hesab olunması və cinayət işinin materiallarına əlavə olunması, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək məqsədilə cinayət material ayrılıb ərazi adiyyəti üzrə araşdırma davam etdirilməsi üçün Xətai RPİ-in 37-ci Polis şöbəsinə göndərilməsi, ********* nömrəli cinayət işindən sənədlərin surəti ayrılmış materiala əlavə edilməsi, Təqsirləndirilən şəxs 07 yanvar 2025-ci il tarixdə əməliyyat-axtarış tədbiri zamanı saxlandığı yer Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurbanov küçəsi deyil adına olan portal sənədə əsasən aşkar olunma yeri Aşıq Qurban küçəsi olaraq qəbul olunması və oxunması, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunması və Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmaması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal olaraq cinayətlərin təkrar törədilməsi nəzərə alınması, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində uşağ olan xx.xx.2017-ci il təvəllüdülü X17, xx.xx.2013-ci il təvəllüdlü X2 olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal olaraq nəzərə alınması, xx.xx.2025-ci il tarixdə tarixdə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs saxlanaraq axtarış aparakən əynində olan tünd göy rəngli gödəkcənin sol cibindən təqdim etmiş olduğu 1 (bir) ədəd üzərində siliver yazılmış alışqan, 10 manat pul, gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd Redmi markalı mobil telefon və xx.xx.2025-ci il tarixdə tarixdə taqsiləndirilən şəxs Təqsirləndirilən şəxs saxlanaraq axtarış aparakən əynində olan salvarının sağ arxa cibindən bir ədəd açar, şalvarının sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsi və metro kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmaması və yaxın qohumlarına təhvil verilməsi, 04 aprel 2025-ci il tarixli «Azercell-dən 6666 mömrəli məktuba əlavə edilmiş və baxış keçrimiş CD diskə iş üzər əhəmiyyət kəsb edən hallar daşımadığından maddi sübut hesab olunmaması və cinayət işinin materiallarına əlavə olunması, Təqsirləndirilən şəxs öz müdafiəsinə dair dəlil gətirməmiş və törətmiş olduğu cinayət əməlini etiraf edərək qeyd edilən cinayət əməlinin törətməsini bildirib özünü Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilməsini göstərmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs gətirdiyi dəlilər toplanmış mötəbər yetərsay sübutların məcmusu ilə cinayət təqibi zamanı tam təsdiq olunaraq onun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, baxış protokolu, istintaqa təqdim olunmuş DVD disk və istintaq sənədləri və sübutları ilə tam təkzib edilməz qaydada sübuta yetirilmiş hesab olunması qərara alınmışdır. (İİ cild, i.v 34- 46) Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında protokol və təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokollarda qeyd olunan xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs məhəmə istintaqı zamanı 10 fevral 2025-ci il tarixdə üzərində narktoik vasitə olmaması, narkotik vasitənin yerdən tapılması, həmin narkotik vasitəni polis əməkdaşlarının təkidi ilə üzərinə götürməsini bildirməsi, bu səbəbdən ona verilən ittihamda qeyd olunan 10 fevral 2025-ci il tarixdə onun üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasını bildirməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə vermiş olduğu ifadələri ilə təkzib edlilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün— ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən metamfetaminin təmiz çəkisi 0,438 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinin ümumi təmiz çəkisi 0,342 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək birinci epizod üzrə səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan olmaqla dörd uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxsna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 07 yanvar 2025-ci il tarixdən 09 yanvar 2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 10 fevral 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin və narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). İş üzrə maddi sübut olan– 04 ədəd DVD formatlı disklər iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmək üçün cinayət işi materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 30 (otuz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 06 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07 yanvar 2025-ci il tarixdən 09 yanvar 2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 10 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,222 qram narkotik vasitə heroin və 0,388 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 169 (bir yüz altmış doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan – 04 ədəd DVD formatlı disklər iş materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan “Xiomi 6A” markalı mobil telefon höküm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs 30 (otuz) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-256/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-256/2025
01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver