Məhkəmə qərarları › İş №1(011)-257/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-257/2025

05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-257/2025 05.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllə məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncunun qızı Şahid1 kəsrlərini sildirəcəyini və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul edilməsinə köməklik edəcəyi adı ilə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs tərəfindən ünvan 2 ünvanında mobil tətbiq vasitəsilə 03 iyul 2024-cü il tarixdə saat 05:35-də 200 manat, 04 iyul 2024-cü il tarixdə saat 10:11-də 500 manat, 28 iyul 2024-cü il tarixdə saat 19:31-də 600 manat, 05 avqust 2024-cü il tarixdə saat 21:21-də 200 manat, 06 avqust 2024-cü il tarixdə saat 21:05-də isə 800 manat olmaqla, ümumilikdə 2300 manat pul vəsaitini adına olan “Leobank”a məxsus 4098-5844-5844-9558 nömrəli plastik kart hesabına göndərilməsinə nail olub vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 2300 (iki min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ildə Bakı Avrasiya Universitetinin TGT üzvü olmuşdur. Həmin ərəfədə Orxan adlı şəxslə tanış olmuşdur. Orxan ona bildirmişdir ki, o, kəsrləri həll edə bilir, ona kəsiri olan tələbə gətirsə ona öz kəsrləri ilə bağlı köməklik edəcəkdir. O, Orxana kəsiri olan tanış tələbə yoldaşlarını yönləndirmişdir. Universiteti bitirdikdən sonra kəsrləri olduğundan diplom ala bilməmişdir. O, bu barədə Orxana deyib sonuncudan köməklik istəmiş, Orxan kəsrlərini 1600 manata həll edə biləcəyini bildirdikdə etiraz etməyib həmin məbləğdə pulu sonuncuya vermişdir. Bundan sonra, tanımadığı nömrədən ona zəng gəlmiş, zəng edən şəxs özünü Ruhiyə kimi təqdim edib qızı Fatimənin kəsrlərini həll edə bilib-bilməyəcəyini ondan soruşmuşdur. O, Ruhiyə ilə danışıb xəbər verəcəyini bildirmişdir. Bu barədə Orxana zəng edib bildirdikdə isə sonuncu ondan 1500 manat pul istəmişdir. Ruhiyə razılaşmış və hissə-hissə 1500 manat pulu vermişdir. Bir müddətdən sonra, Ruhiyə xanım qızını İqtisadiyyat Universitetinə köçürmək istədiyini, bu işə görə 800 manat pul verə biləcəyini, qalan pulu isə qızı universitetə qəbul olanda ödəyə biləcəyini bildirmişdir. Orxana bu barədə dedikdə razılaşmış və ona pulu götürməsini bildirmişdir. Ruhiyə xanımla danışıb Orxanın dediklərini çatdırmışdır. Ruhiyə həmin pulu istifadəsində olan “Leo bank”a məxsus karta göndərmişdir. Həmin vaxtdan 1-2 ay keçdikdən sonra, Orxan zəng vursa da telefona cavab verməmişdir. Bir müddətdən sonra isə ümumiyyətlə onun telefonuna zəng çatmamışdır. Ruhiyə xanım ona zəng vuranda ona işinin alınmadığını pulunu özünün geri qaytaracağını bildirmişdir. Bir müddət keçdikdən sonra Ruhiyə xanımın yoldaşı ilə görüşüb vaxt istəmiş, sonuncu da pulu geri qaytarması üçün vaxt vermişdir. Lakin, maddi vəziyyəti ilə bağlı pulu geri qaytara bilməmişdir. Eyni zamanda Orxanla əlaqə saxlaya bilmədiyinə görə aldığı məbləği də geri qaytara bilməmişdir. Bu səbəbdən, Ruhiyə barəsində polisə şikayət etmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyandan 700 manat ödəniş ödədiyini bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Orxan adlı şəxsin anket məlumatların bilmir. Orxanın mobil nömrəsi onun telefonundadır, lakin telegonu xarab olub. Orxan barədə hər hansı məlumatı məhkəməyə verə bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 onun doğma qızıdır. Fatimə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində oxumuşdur. Qızı Fatimənin kollecdə bəzi imtahanlardan kəsildiyi üçün kəsrləri olmuşdur. O, qızı Şahid1 Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrostansiyanın yaxınlığında yerləşən İqtisad Universitetinə qəbul olaraq təhsil almasını istəmişdir. Buna görə də qızının kəsrlərini sildirmək və ali məktəbə qəbul edilməsində köməklik etməsi üçün tanışlarından maraqlanan zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Saheh onlara Fatimənin kollecdə olan kəsrlərini yazdırıb İqtisad Universitetinə qəbul edilməsində köməklik edə biləcəyini, tanışları vasitəsi ilə əvvəllər də başqa şəxsləri universitetə qəbul edilməsində köməklik etdiyini, bunun üçün 2300 manat pul verməli olduğunu bildirmişdir. Salehin onlarla bu sahədə əminliklə danışması onda sonuncuya qarşı inam yaratmışdır. Buna görə də, Salehin qızı Şahid1 universitetə qəbul edilməsində köməklik göstərmək məqsədi ilə istəmiş olduğu 2300 manat pulu verməyə razılıq vermişdir. Lakin, Salehə istəmiş olduğu 2300 manat pulu bir dəfəyə deyil, hissə-hissə verəcəyini bildirmişdir. Saleh də etiraz etməmiş və pulu göndərməyi üçün istifadə etdiyi 4098-5844-5844-9558 nömrəli kart hesabını ona göndərmişdir ki, pulu həmin kart hesabına göndərsin. Buna görə də, o, yaşadığı ünvan 2 ünvanında mobil tətbiq vasitəsilə ilə xx.xx.2024-cü il tarixdə 5335-73**- *****353 nömrəli kart hesabından 200 manat, xx.xx.2024-cü il tarixdə 4127-2044-4302- 9606 nömrəli kart hesabından 500 manat, xx.xx.2024-cü il tarixdə 4169-7388-6921-4233 nömrəli kart hesabından 600 manat, xx.xx.2024-cü il tarixdə 4169-7388-9521-5469 nömrəli kart hesabından 200 manat, xx.xx.2024-cü il tarixdə 4169-7388-9521-5469 nömrəli kart hesabından 800 manat olmaqla, ümumilikdə 2300 manat pulu vəsaitini Salehin onlara göndərmiş olduğu 4098-5844-5844-9558 nömrəli kart hesabına göndərmişdir. Salehlə hər dəfə qızı Fatimənin universitetə qəbul edilməsi işi ilə əlaqədar maraqlanan zaman sonuncu hər bir işin qaydasında olduğunu və cavab gözlədiyini bildirsə də, heç bir nəticə olmamışdır. Salehlə əlaqə saxlayan zaman isə hər dəfə müxtəlif bəhanələr gətirib vaxtı uzatmağa başlamışdır. Artıq Salehin onları aldatmasını başa düşüb sonuncuya vermiş olduğu 2300 manat pulu geri qaytarmasını tələb etməyə başlamışdır. Saleh də hər dəfə pulu qaytaracağını bildirsə də heç bir notico olmamışdır. Buna görə də, Salehin barəsində ərizə ilə Xətai RPİ-nin 34-cü PŞ-nə şikayət etmişdir. Təqsirləndirilən şəxs göndərmiş olduğu kart hesabına göndərdiyi 2300 manat pul onun şəxsi vəsaiti hesabına topladığı pul olmuşdur. Həmin pul ona məxsusdur. Hadisə nəticəsində ona 2300 manat maddi ziyan dəymişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan 700 manat ödəniş edildiyini və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma anasıdır. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsil alır. Onun oxuduğu kollecdə bəzi imtahanlardan kəsildiyi üçün kəsrləri olmuşdur. Anası onun Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrostansiyasının yaxınlığında yerləşən İqtisad Universitetinə qəbul olaraq təhsil almağını istəmişdir. Buna görə də onun kəsrlərini sildirmək və ali məktəbə qəbul edilməsində köməklik etməsi üçün maraqlanan zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Saheh onlara onun kollecdə olan kəsrlərini yazdırıb İqtisad Universitetinə qəbul edilməsində köməklik edə biləcəyini, tanışları vasitəsi ilə əvvəllər də başqa şəxslərin universitetə qəbul edilməsində köməklik etdiyini, bunun üçün 2300 manat pul verməli olduğunu bildirmişdir. Salehin onlara bu sahədə əminliklə danışması Salehə qarşı inam yaratmışdır. Buna görə də, anası onun universitetə qəbul edilməsində köməklik göstərmək məqsədi ilə Salehin istəmiş olduğu 2300 manat pulu verməyə razılıq vermişdir. Lakin, Salehə istəmiş olduğu 2300 manat pulu bir dəfəyə deyil, hissə-hissə verəcəyini bildirmişdir. Saleh də etiraz etməmiş və pulu göndərməyi üçün istifadə etdiyi 4098-5844- 5844-9558 nömrəli kart hesabını anasına göndərmişdir ki, pulu həmin kart hesabına göndərsin. Buna görə də, anası yaşadığı ünvan 2 ünvanında olan zaman mobil tətbiq vasitəsilə ilə xx.xx.2024-cü il tarixdə 5335-73**-*****353 nömrəli kart hesabından 200 manat, xx.xx.2024-cü il tarixdə 4127-2044-4302-9606 nömrəli kart hesabından 500 manat, xx.xx.2024-cü il tarixdə 4169-7388-6921-4233 nömrəli kart hesabından 600 manat, xx.xx.2024-cü il tarixdə 4169-7388-9521-5469 nömrəli kart hesabından 200 manat, xx.xx.2024-cü il tarixdə 4169-7388-9521-5469 nömrəli kart hesabından 800 manat olmaqla, ümumilikdə 2300 manat pulu vəsaitini Salehin göndərmiş olduğu 4098-5844- 5844-9558 nömrəli kart hesabına göndərmişdir. Salehlə hər dəfə onun universitetə qəbul edilmə işi ilə əlaqədar maraqlanan zaman sonuncu hər bir işin qaydasında olduğunu və cavab gözlədiyini bildirsə də, heç bir nəticə olmamışdır. Salehlə əlaqə saxlayan zaman isə hər dəfə müxtəlif bəhanələr gətirib vaxtı uzatmağa başlamışdır. Artıq Salehin onları aldatmasını başa düşüb anası vermiş olduğu 2300 manat pulu geri qaytarmasını tələb etməyə başlamışdır. Saleh də hər dəfə pulu qaytaracağını bildirsə də heç bir nəticə olmamışdır. Buna görə də, anası Ruhiyə Salehin barəsində ərizə ilə Xətai RPİ-nin 34-cü PŞ-nə şikayət etmişdir. Təqsirləndirilən şəxs göndərmiş olduğu kart hesabına göndərdikləri 2300 manat pul anası Ruhiyənin şəxsi vəsaiti hesabına topladığı pul olmuşdur. Həmin pul anasına məxsusdur. Həmin hadisə nəticəsində onlara 2300 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı Avrasiya Universitetinin 2-ci kurs tələbəsidir. Təqsirləndirilən şəxs tanımamış, heç bir münasibəti, düşmənçilik və ya ədavəti olmamışdır. Təhsil aldığı kollecdən tanıdığı tələbə yoldaşı Aysu Təqsirləndirilən şəxs imtahan kəsrlərini həll edə biləcəyini demişdir. Lakin, o, Salehə imtahan kəsrlərimi həll etməsi üçün zəng etməmiş və hər hansı məbləğdə pul verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Saleh Ruhiyəni aldadaraq pulunu ələ keçirmiş və Ruhiyə Salehin barəsində ərizə ilə polisə müraciət etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. O, tələbə yoldaşı Şahid5 Saleh adlı şəxsin imtahan kəsrlərini həll edə bildiyini eşitmişdir. Zərərçəkmiş şəxs Şahid1 imtahan kəsrlərini həll etmək istədikdə isə Fidanın məsləhəti ilə Salehin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Sonradan ona məlum olmuşdur ki, Saleh Ruhiyəni aldadaraq pulunu ələ keçirmiş və Ruhiyə Salehin barəsində ərizə ilə müraciət etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı Avrasiya Universitetinin 2-ci kurs tələbəsidir. Təqsirləndirilən şəxs tanımamış, heç bir münasibəti, düşmənçilik və ya ədavəti olmamışdır. Təhsil aldığı kollecdən tanıdığı tələbə yoldaşları Təqsirləndirilən şəxs imtahan kəsrlərini həll edə biləcəyini demiş və o, Salehin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni öyrənmişdir. Salehlə əlaqə saxladıqda sonuncu ona imtahan kəsrlərimlə bağlı köməklik edə biləcəyinə söz vermiş, lakin sonradan o, Salehlə əlaqə saxlamamışdır. Eləcə də, Salehə imtahan kəsrlərini həll etməsi üçün hər hansı məbləğdə pul verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Saleh Ruhiyəni aldadaraq pulunu ələ keçirmiş və Ruhiyə Salehin barəsində ərizə ilə polisə müraciət etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Avrasiya Universitetinin 2-ci kurs tələbəsidir. Təqsirləndirilən şəxs tələbə yoldaşı Elnarə Şirinovanın vasitəsilə tanımış, həmin şəxsin imtahan kəsrlərini həll edə bildiyini Elnarə ona demişdir. Ruhiyə xanım ona zəng edib Salehin onu aldatdığını bildirdikdə o, Elnarəyə bu barədə demiş və Salehi kimin vasitəsilə tanıdığını soruşmuşdur. Elnarə ona Şəbnəm adlı xanımın vasitəsilə Salehi tanıdığını demiş və Şəbnəmin nömrəsini vermişdir. O, Şəbnəmə zəng edib Salehdən şikayət etmək istədiyini demişdir. Şəbnəm isə ona şikayətçi olmamağı, Salehin məsələni həll edəcəyini demişdir. Sonradan ona məlum olmuşdur ki, Saleh Ruhiyəni aldadaraq pulunu ələ keçirmiş və Ruhiyə Salehin barəsində ərizə ilə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin İŞdə toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün aidiyyəti üzrə RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 1); "xxxx" QSC, “Birbank” və “ABB” tətbiqlərindən əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 800 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs hesabına ödənilmişdir (i.v. 17-21, 52-56); cinayət işinin icraata qəbul edilməsi haqqında 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi istintaqı aparılması üçün icraatına qəbul edilmişdir (i.v. 35); zərərçəkmiş şəxs qismində tanınma haqqında 18 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 38-39); təqdim etmə və götürmə barədə 18 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs adına olan “Leobank”a məxsus 4098-5844-5844-9558 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 800 manat pulun göndərilməsi əks olunmuş 05 ədəd “A4” formatlı kağız üzərində olan qəbzin surətini istintaqa təqdim etmişdir (i.v. 51); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinin icraatına xx.xx.2022-ci il tarixdə CPM-nin 40.3-cü və CM-nin 73-1.1-ci maddələrinə əsasən xitam verilmişdir; Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına CM-nin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına görə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmiş; Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən hökm ləğv edilmiş və barəsində CM-nin 73-1.1-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmişdir (i.v. 75-77); axtarışda olan şəxsin tutulması barədə 17 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:35-də tutulmuşdur (i.v. 104); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 123-124); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 19 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 141-143); Tərtər şəhər İƏD üzrə nümayəndə tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 163); sübutların qiymətləndirilməsi haqqında 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi 05 ədəd “A4” formatlı kağız üzərində olan qəbzlər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 164-172); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan 700 manat ödəniş edildiyini, hazırkı mərhələdə onunla barışmadığını qeyd etmiş və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2300 (iki min üç yüz) manat məbləğində pul vəsaitini alması, lakin həmin pulu Orxan adlı şəxsə verməsi və etibarından sui-istifadə edərək onu aldatmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək, sonuncunun qızı Şahid1 kəsrlərini sildirəcəyini və onun Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul edilməsinə köməklik edəcəyinə dair vəd verməsini, lakin sonuncu tərəfindən verilən vədlərə əməl edilmədiyini və pullarının geri qaytarılmadığını qeyd edərək, Təqsirləndirilən şəxs bu minvalla onun etibarından sui-istifadə etdiyini və ona maddi ziyan vurmaqla pulunu ələ keçirdiyini bildirmişdir. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 məhkəmə iclasında tədqiq edilmiş ifadələri ilə də Təqsirləndirilən şəxs pul müqabilində tələbələrin kəsrlərinin silinməsi işi ilə məşğul olması və dələduzluq əməli törədərək zərərçəkmiş şəxsə maddi ziyan vurması sübuta yetirilmiş və bununla da zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini bir daha tapmışdır. Bundan əlavə o ifadəsində əldə etdiyi pulları Orxan adlı şəxsə verdiyini qeyd etsə də, həmin şəxsin anket məlumatlarını və mobil nömrəsini məhkəməyə bildirməmiş, həmçinin həmin şəxsin mövcudluğunu təsdiq edən hər hanı bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, yuxarıda qeyd olunan xüsusatlardan, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək ona maddi ziyan vurması, bununla da əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin mövcud olması tam olaraq sübuta yetirilmişdir. Məhkəmə, zərərçəkmiş şəxsə və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmələrini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələr iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət etdiyini hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini (CM-59.1.14), yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, onun 17 mart 2025-ci il tarixdən 19 mart 2025-ci il tarixədək 02 (iki) gün tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ümumilikdə 04 (dörd) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, iş üzrə maddi sübut Zərərçəkmiş şəxs təqdim etdiyi 05 ədəd “A4” formatlı kağız üzərində olan qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın ödənilməmiş qalan hissəsinin ödənilməsi məqsədilə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdən 19 mart 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs təqdim etdiyi 05 ədəd “A4” formatlı kağız üzərində olan qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın ödənilməmiş qalan hissəsinin ödənilməsi məqsədilə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar