Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-258/2020 31.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1990-ci ildə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, “Socar” neft emalı zavodunda çilingər işləyən, məhkumluğu olmayan, ünvan 1 mənzil 35 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixə keçən gecə saat 01 radələrində ünvan 1 mənzil 29 ünvanında yerləşən «Dublin Pub» adlı kafenin arxa giriş qapısının kilidini sındırma yolu ilə həmin kafeyə qanunsuz daxil olub oradan hər birinin qiyməti 450 manat olmaqla 900 manat qiymətində 2 ədəd “Samsung” markalı televizorları, 400 manat qiymətində 1 ədəd “LG” markalı televizoru, hər birinin qiyməti 350 manat olmaqla 700 manat qiymətində 2 ədəd “Hoffman” markalı televizorları, 120 manat qiymətində 1 ədəd «LG» markalı prosessoru, 80 manat qiymətində 1 ədəd “LG” markalı monitoru, 10 manat qiymətində 1 ədəd (Jedel) markalı klaviaturanı, 60 manat qiymətində 1 ədəd “Digiturk LİG TV” markalı aparatı, hər birinin qiyməti 10 manat olmaqla 30 manat qiymətində 3 ədəd “Badamlı” markalı 1000 mAh poverbankı, 130 manat qiymətində 2 ədəd EZ markalı səsgücləndiricisi ilə birlikdə “SHURE” markalı kinoteatr dəstini, 300 manat qiymətində 1 ədəd Sony HBD-TZ 715 markalı səsgücləndirici aparatını, hər birinin qiyməti 300 manat olmaqla 600 manat qiymətində 2 ədəd Sony SS- TS 103 markalı səsgücləndiricini, 150 manat qiymətində 1 ədəd “Redbull” soyuducusunu, 120 manat dəyərində 1 ədəd DYR Hikvision aparatını, 200 manat qiymətində 1 ədəd proyektoru, 5 manat qiymətində 1 ədəd LG mausdan ibarət əşya və avadanlıqları gizli olaraq talayıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs 3805 (üç min səkkiz yüz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə saat 01 radələrində yaşadığı ünvan 4 saylı binanın blokundan siqaret çəkmək məqsədi ilə çıxarkən binanın birinci mərtəbəsində yerləşən “Dublin PUB” adlı kafenin mətbəxtindən çölə açılan arxa qapısının kilidinin yararsız vəziyyətdə olmasını və kilidin doğru düzgün bağlanmamasını görmüş, anasının əməliyyat və müalicəsinə pul lazım olduğu üçün həmin kafeyə daxil olub oradakı dəyərli əşyaları oğurlayıb satmaqla pul əldə etmək qərarına gəlmişdir. Kafenin bir müddətdir ki, işləmədiyini bildiyi üçün içəridə hər hansı şəxsin olmadığına və oğurlamaq üçün dəyərli əşyaların ola biləcəyinə əmin olaraq oğurluq niyyətilə kafenin arxa qapısına yaxınlaşaraq əli ilə qapının tutacağından tutub qapının kilid üçün çərçivə hissəsindəki yuvadan çıxarmağa cəhd etmiş, bunun üçün bir neçə dəfə güc tətbiq etməklə özünə tərəf dartmış və nəhayət qapını açaraq içəri daxil olmuşdur. Kafedə kimsənin olmadığına əmin olduqdan sonra otaqları gəzib oğurluq üçün dəyərli əşyalar seçməyə başlamış, divardan asılmış müxtəlif növ markalı 5 ədəd televizorları, 1 ədəd DYR, 1 ədəd LG markalı kompüter, 1 ədəd klaviatura, maus, 1 ədəd LİG TV, 3 ədəd poverbank, 2 ədəd ev kinoteatrı səsgücləndiricisi ilə birlikdə, 1 ədəd səsgücləndirici aparat, 1 ədəd proyektor və 1 ədəd redbull soyuducusunu oğurlayaraq kafedən çıxarıb hissə-hissə daşımaqla yaşadığı evin çardağına yığıb orada gizlətmişdir. xx xxxx 2020-ci il tarixdə Xətai RPİ-nin 37-ci polis şöbəsinin əməkdaşları onu şöbəyə dəvət edərək həmin binanın sakini kimi dindirdikdə onlara oğurluq barədə səmimi olaraq etiraf etmiş, həmin əşyaları anasının müalicə xərclərini ödəmək məqsədi ilə oğurladığını və saxladığı yeri göstərə, könüllü olaraq təqdim edə biləcəyini söyləmişdir. Bundan sonra, polis əməkdaşları onu Xətai RPİ-nə gətirmiş və o, həmin əşyaları oğurladığı şəraiti, yerini göstərmək üçün polis əməkdaşları ilə birlikdə ünvan 4 saylı binanın, yaşadığı 35 saylı mənzilinin yerləşdiyi çardaq hissəsinə qalxaraq yığmış olduğu əşyaları könüllü olaraq polis əməkdaşına təqdim etmişdir. Cinayəti təkbaşına törətmiş, ona bu işdə yardım edən, şərait yaradan, yol göstərən və ümumiyyətlə törətdiyi oğurluq barədə məlumatı olan olmamışdır. Əməlindən səmimi peşmandır, oğurladığı əşyaların əksər hissəsini könüllü təqdim etmiş, itirmiş olduğu bir neçə adda əşyaların nağd pul formasında dəyərini zərərçəkmiş şəxsə ödəmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır, sonuncunun ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs məhkəməyə gəlməmiş, məhkəməyə ünvanladığı ərizəsində, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, ona məxsus ünvan 1 mənzil 29 ünvanında yerləşən 57.4 m2-lıq sahədən ibarət mənzil sahəsini 10 ilə yaxın müddətdir ki, qanuni qaydada kafe kimi özü və son iki il ərzində isə həmin sahəni başqalarına icarəyə verməklə işlətmişdir. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə tanıdığı Şahid1 ilə müqavilə bağlayaraq kafeni ona icarəyə vermiş, lakin kafedə müəyyən avadanlıqların çatışmaması səbəbindən fəaliyyətə başlaya bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Şahid1 onun mobil telefonuna zəng edərək kafedə oğurluq hadisəsi baş verdiyi barədə məlumat verdiyindən Xətai rayon polis idarəsinə gedərək ərizə ilə müraciət etmiş və sonra hadisə yerinə getmişdir. Polis əməkdaşları ilə hadisə yerinə baxış keçirdikdə məlum olmuşdur ki, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə, istintaq zamanı adı ona məlum olan, kafenin yerləşdiyi bina sakini Təqsirləndirilən şəxs ünvan 3 mənzil 29 ünvanda kafenin arxa qapı kilidinə güc tətbiq etməklə qapını açaraq kafeyə qanunsuz daxil olmaqla oradan 2 ədəd “Samsung” markalı UA 48HA4200Ak modelli, 1 ədəd “LG” markalı 43LK6000PLF modelli, 2 ədəd “Hoffman” markalı 43E3300 modelli televizorlar, 1 ədəd «LG» markalı prosessor, 1 ədəd LG markalı monitor, 1 ədəd (Jedel) markalı klaviatura, 1 ədəd Digiturk LİG TV markalı DCR DT 9104HD model aparat, 3 ədəd Badamlı markalı 10000 mAh poverbank, 2 ədəd EZ markalı səsgücləndiricisi ilə birlikdə SHURE markalı kinoteatr, 1 ədəd Sony HBD-TZ 715 markalı səsgücləndirici aparatı, 2 ədəd Sony SS-TS 103 markalı səsgücləndirici, 1 ədəd redbull soyuducu aparatı, 1 ədəd DVR Hikvision, 1 ədəd proyektor, 1 ədəd “LG” markalı siçandan (maus) ibarət əşyaları oğurlayaraq ümumilikdə ona 3805 manat məbləğində maddi ziyan vurmuşdur. İstintaq müddətində müəyyən olunan əksər əşyalarının özləri və tapılmayan bir neçə adda əşyalarının nağd pul formasında dəyəri Təqsirləndirilən şəxs tərəfindən ona ödənildiyindən sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 1 mənzil 29 saylı ünvanda yerləşən mənzil tanışı Zərərçəkmiş şəxs məxsusdur. 10 ilə yaxındır ki, həmin mənzili kafe kimi inşa etdirərək fəaliyyət göstərmiş və iki ilə yaxın müddətdə isə həmin kafeni icarəyə verməklə işlətmişdir. Sonuncu dəfə Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə tanışı Şahid1 ilə müqavilə bağlayaraq kafeni onlara icarəyə vermişdir. Kafe dostu Şahid1 tərəfindən onunla bir şərik olaraq işlədilməsi üçün icarəyə götürülsə də, müəyyən avadanlıqların çatışmaması səbəbindən fəaliyyətə başlaya bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə çatışmayan avadanlıqların siyahısını çıxarmaq məqsədilə kafeyə getmiş və saat 21 radələrində orada olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində yenidən kafeyə gedər ön giriş qapıdan içəri daxil olduqda kafedə oğurluq hadisəsinin baş verdiyini aşkar etmişdir. Oğurluğun baş verdiyini bildikdə bu barədə Şahid1 məlumat vermiş və onun məsləhətindən sonra saat 17:44-də DİN-nin 102 zəng mərkəzi xidmətinə zəng edərək məlumat vermişdir. Şahid1 öz növbəsində kafenin sahibi Zərərçəkmiş şəxs məlumat vermiş və sonuncu Xətai RPİ-nə ərizə ilə müraciət edib hadisə yerinə gəlmişdir. Hadisə yerinin müayinəsi zamanı məlum olmuşdur ki, xx xxxxxx 2020-ci il tarixə keçən gecə, istintaq zamanı adı ona məlum olan, kafenin yerləşdiyi binanın sakini olan Təqsirləndirilən şəxs ünvan 1 mənzil 29 saylı ünvanında yerləşən "'Dubl PUB” kafesinin arxa qapısının kilidini güc tətbiq etmə yolu ilə açaraq qanunsuz yolla içəri daxil olmaqla kafedən Zərərçəkmiş şəxs məxsus 2 ədəd “Samsung” markalı U48HA4200Ak modelli, 1 ədəd “LG” markalı 43LK6000PLF modelli, 2 ədəd “Hoffman” markalı 43E3300 modelli televizorlar, 1 ədəd «LG» markalı prosessor, ədəd LG markalı monitor, 1 ədəd (Jedel) markalı klaviatura, 1 ədəd Digiturk LİG T markalı DCR DT 9104HD model aparat, 3 ədəd Badamlı markalı 10000 m/ poverbank, 2 ədəd EZ markalı səsgücləndiricisi ilə birlikdə SHURE markalı kinoteatr, 1 ədəd Sony HBD-TZ 715 markalı səsgücləndirici aparatı, 2 ədəd Sony SS-TS 103 markalı səsgücləndirici, 1 ədəd redbull soyuducu aparatı, 1 ədəd DVR Hikvision, 1 ədəd proyektor, 1 ədəd “LG” markalı siçandan (maus) ibarət əşyalarını oğurlamaqla Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 1 mənzil 29 ünvanında yerləşən “Dublin PUB” adı ilə kafeni xx xxxxxx 2020-ci il tarixdə tanışı Zərərçəkmiş şəxslə müqavilə bağlayaraq icarəyə götürmüş və Şahid2 adlı başqa bir yaxın dostu ilə şərik olaraq işlətmək qərarına gəlmişdir. Kafedə müəyyən avadanlıqların çatmaması səbəbindən fəaliyyətə başlaya bilməmiş və onlar vaxtaşırı həmin çatışmazlıqların aradan qaldırılması üçün kafeyə gedərək bu yöndə işlər görməli olmuşlar. xx xxxxxx 2020-ci il tarixdə Şahid2 çatışmayan əşyaları siyahıya almaq məqsədilə kafeyə getmiş və saat 21 radələrinədək kafedə olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Şahid2 yenidən kafeyə gedərək giriş qapısından içəri daxil olarkən kafedə oğurluq hadisəsinin baş verdiyini aşkar etmişdir. Müşfiq bu barədə ona zəng edərək məlumat verdikdə dərhal hadisə barədə DİN-nin 102 xidmətinə zəng vurmasını məsləhət bilmişdir. Müşfiqin saat 17:44-də DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat verdiyini bildikdən sonra o, özü də kafenin sahibi, dostu Zərərçəkmiş şəxs mobil telefonuna zəng edərək kafedə oğurluq hadisəsi baş verməsinə dair məlumat vermişdir. Zərərçəkmiş şəxs Xətai RPİ-nə gedərək ərizə ilə müraciət etdikdən sonra hadisə yerinə gəlmiş və orada onlara məlum olmuşdur ki, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə, istintaq zamanı adı ona məlum olan, kafenin yerləşdiyi binanın sakini Təqsirləndirilən şəxs ünvan 4 mənzil 29 saylı ünvanında yerləşən “Dublin PUB” kafesinin arxa qapısının kilidini güc tətbiq etmə yolu ilə açaraq qanunsuz yolla içəri daxil olmaqla kafedən Zərərçəkmiş şəxs məxsus 2 ədəd “Samsung” markalı UA48HA4200Ak modelli, 1 ədəd “LG” markalı 43LK6000PLF modelli, 2 ədəd “Hoffman” markalı 43E3300 modelli televizorlar, 1 ədəd «LG» markalı prosessor, 1 ədəd LG markalı monitor, 1 ədəd (Jedel) markalı klaviatura, 1 ədəd Digiturk LİG TV markalı DCR DT 9104HD model aparat, 3 ədəd Badamlı markalı 10000 mAh poverbank, 2 ədəd EZ markalı səsgücləndiricisi ilə birlikdə SHURE markalı kinoteatr, 1 ədəd Sony HBD-TZ 715 markalı səsgücləndirici aparatı, 2 ədəd Sony SS-TS 103 markalı səsgücləndirici, 1 ədəd redbull soyuducu aparatı, 1 ədəd DVR Hikvision, 1 ədəd proyektor, 1 ədəd “LG” markalı siçandan (maus) ibarət əşyalarını oğurlamaqla Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, xx xxxxxx 2020-ci tarixə keçən gecə naməlum şəxs və ya şəxslər tərəfindən ünvan 5 mənzil 29 saylı ünvanında yerləşən “Dublin PUB” kafesinin arxa qapısının kilidinin güc tətbiq etmə yolu ilə açılaraq qanunsuz yolla kafeyə daxil olmaqla oradan vətəndaş Zərərçəkmiş şəxs məxsus 2 ədəd “Samsung” markalı U 48HA4200Ak modelli, 1 ədəd “LG” markalı 43LK6000PLF modelli, 2 ədəd “Hoffman” markalı 43E3300 modelli televizorlar, 1 ədəd «LG» markalı prosessor, ədəd LG markalı monitor, 1 ədəd (Jedel) markalı klaviatura, 1 ədəd Digiturk LİG T markalı DCR DT 9104HD model aparat, 3 ədəd Badamlı markalı 10000 mAh poverbank, 2 ədəd EZ markalı səsgücləndiricisi ilə birlikdə SHURE markalı kinoteatr 1 ədəd Sony HBD-TZ 715 markalı səsgücləndirici aparatı, 2 ədəd Sony SS-TS 1 markalı səsgücləndirici, 1 ədəd redbull soyuducu aparatı, 1 ədəd DVR Hikvision, 1 ədəd proyektor, 1 ədəd “LG” markalı siçandan (maus) ibarət əşyalarının gizli talanması faktı üzrə Xətai RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə fakta görə cinayət işi başlanılmışdır. Cinayət işi üzrə verilmiş əməliyyat tapşırığı əsasında əməliyyat tədbirləri keçirərkən həmin bina sakinlərindən biri olan Təqsirləndirilən şəxs PŞnə dəvət olunaraq oğurluq hadisəsi barədə onunla söhbətlər aparılarkən Təqsirləndirilən şəxs ağır xəstə olan anasının əməliyyatı və müalicəsi üçün pul əldə etmək məqsədilə həmin kafedən oğurluq etdiyini etiraf etmiş və oğurladığı əşyaların yerini göstərə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs səmimi etirafından sonra o, Xətai RPİ-nin istintaq şöbəsinə təqdim olunmuş və sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs kafedən oğurlayıb yaşadığı evin çardağına yığmış olduğu əşyaları könüllü olaraq istintaq orqanına göstərib təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs, Şahid2, hal şahidləri X4, X2 iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, oğurluq hadisəsinin ünvan 4 saylı binanın birinci mərtəbəsində 29 saylı mənzildə baş verməsi, mənzilin “Dublin Pub” adlı kafe kimi fəalliyyət göstərməsi, kafenin mətbəx hissəsində 12 saylı binanın blokuna doğru boz rəngli dəmir metaldan hazırlanmış üzəri boz rəngli taxtadan ibarət giriş qapısının açılması, qeyd olunan giriş qapısında sındırılma və qırılma izlərinin müşahidə olunması, qapının üzərində qıfıl olan yerdə əski parçası müşahidə oluması, otaqlarda divara bərkidilmiş televizorların mətbəx olan elektron avadanlıqların naməlum şəxs tərəfindən oğurlanması müəyyən olunmuşdur (i.v. 5-6); zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 23-24); xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid1 arasında ünvan 1 mənzil 29 ünvanında yerləşən ümumi sahəsi 57.4 kv/m, yaşayış sahəsi 35.8 kv/m, yardımçı sahəsi 21.6 kv/m olan 2 otaqlı mənzilin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır (i.v 36); ifadənin yerində yoxlanması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ünvan 1 mənzil 29 ünvanında oğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v. 51-52); baxış və götürmə haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, X5, X3, həmçinin Təqsirləndirilən şəxs iştirakları ilə ünvan 1 mənzil 35 ünvanının damında Zərərçəkmiş şəxs məxsus “Dublin Pub” adlı kafesindən Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyaların olduğu ehtimal edilərək həmin ünvanın damına baxış keçirilmiş, baxış keçirdikdə 2 ədəd “Samsung” markalı UA 48 HA4200Ak modelli, 1 ədəd “LG” markalı 43LK6000PLF modelli, 2 ədəd “Hoffman” markalı 43E3300 modelli televizorlar, 1 ədəd «LG» markalı prosessor , 1 ədəd LG markalı monitor, 1 ədəd (Jedel) markalı klaviatura, 1 ədəd Digiturk LİG TV markalı DCR DT 9104 HD model aparat, 1 ədəd Badamlı markalı 10000 mAh poverbank, 2 ədəd EZ markalı səsgücləndiricisi ilə birlikdə SHURE markalı kinoteatr, 1 ədəd Sony HBD-TZ 715 markalı səsgücləndirici aparat, 2 ədəd Sony SS-TS 103 markalı səsgücləndirici və 1 ədəd redbull soyuducusundan ibarət əşyalar aşkar edilərək götürülmüşdür (i.v. 60-61); şübhəli şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan həmin tarixdə, saat 18:05-də Xətai RPİ-də tutulmuşdur (i.v. 75); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 alınmış xx.xx.2020-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs X10 İşlər Üzrə Hərbi Məhkəmənin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 332.2.3-cü maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. (i.v. 88-89); əşyanın tanınmaya təqdim edilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, ünvan 1, mənzil 35 ünvanın yerləşdiyi yaşayış binasının damından götürülmüş E.Ə.Hacıyevə məxsus kafedən oğurlandığı iddia edilən 2 ədəd “Samsung” markalı UA 48HA4200Ak modelli, 1 ədəd “LG” markalı 43LK6000PLF modelli, 2 ədəd “Hoffman” markalı 43E3300 modelli televizorlar, 1 ədəd «LG» markalı prosessor, 1 ədəd LG markalı monitor, 1 ədəd (Jedel) markalı klaviatura, 1 ədəd Digiturk LİG TV markalı DCR DT 9104HD model aparat, 1 ədəd Badamlı markalı 10000 mAh poverbank, 2 ədəd EZ markalı səsgücləndiricisi ilə birlikdə SHURE markalı kinoteatr, 1 ədəd Sony HBD-TZ "15 markalı səsgücləndirici aparat, 2 ədəd Sony SS-TS 103 markalı səsgücləndirici və 1 ədəd Redbull soyuducusundan ibarət əşyalar tanınması üçün Zərərçəkmiş şəxs təqdim edilmiş, sonuncu həmin əşyaları tanıyaraq özünə məxsus olmasını bildirmişdir (i.v. 90-91); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CMnin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 92); təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerində azad edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs haqqında “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və dərhal Xətai RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir (i.v. 103-104); polisin nəzarəti altına vermə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs haqqında “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 105-106); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/375 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza mərkəzinə təqdim edilən malların hazırkı vəziyyətdə 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3460,00 (üç min dörd yüz altmış) manat, təqdim edilməyən 4 ada malların ümumi dəyəri nəzəri qaydada təxminən 345,00 (üç yüz qırx beş) manat müəyyən edilir (i.v. 135-138); cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş, ittihamın 177.2.4-cü maddəsinə aid hissəsi təsdiq edilmədiyindən ittihamın həmin hissəsində cinayət işi üzrə icraata xitam verilmiş, iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respubliaksı CM-nin 177.2.3-cü maddəsinə tövsif olunmaqla ona həmin maddə ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuş, iş üzrə Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixli qərarla seçilmiş “polisdin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə Zərərçəkmiş şəxs məxsus 2 ədəd “Samsung” markalı, 1 ədəd “LG” markalı, 2 ədəd “Hoffman” markalı televizorlar, 1 ədəd «LG» markalı prosessor, 1 ədəd “LG” markalı monitor, 1 ədəd (Jedel) markalı klaviatura, 1 ədəd “Digiturk LİG TV” markalı aparat, 1 ədəd “Badamlı” markalı 1000 mAh poverbank, 2 ədəd EZ markalı səsgücləndiricisi ilə birlikdə SHURE markalı kinoteatr dəsti, 1 ədəd Sony HBD- TZ 715 markalı səsgücləndirici aparatı, 2 ədəd Sony SS-TS 103 markalı səsgücləndirici, 1 ədəd “Redbull” soyuducusu öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən əşyalar olduğu nəzərə alınmaqla maddi sübut kimi tanınmaqla Zərərçəkmiş şəxs özünün məsul saxlancına verilmiş, iş üzrə şübhəli və təqsirləndirilən şəxsin, zərərçəkmiş və şahid ifadələri, ifadənin yerində yoxlanması, baxış və götürmə, əşyanın tanınması, hadisə yerinə baxış protokolları, ekspert rəyi, həmçinin əhəmiyyət kəsb edən digər sənədlər iş materialları ilə zidiyyət yaratmadığından sübut növü kimi qəbul edilmişdir (i.v. 147-155); iş üzrə Zərərçəkmiş şəxs Xətai RPİ-nə ünvanlanan xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, ona məxsus 2 ədəd “Samsung” markalı, 1 ədəd “LG” markalı, 2 ədəd “Hoffman” markalı televizorlar, 1 ədəd «LG» markalı prosessor, 1 ədəd “LG” markalı monitor, 1 ədəd (Jedel) markalı klaviatura, 1 ədəd “Digiturk LİG TV” markalı aparat, 1 ədəd “Badamlı” markalı 1000 mAh poverbank, 2 ədəd EZ markalı səsgücləndiricisi ilə birlikdə SHURE markalı kinoteatr dəsti, 1 ədəd Sony HBD- TZ 715 markalı səsgücləndirici aparatı, 2 ədəd Sony SS-TS 103 markalı səsgücləndirici, 1 ədəd “Redbull” soyuducusu onun özünə saxlanca verilmiş və 1 ədəd DVR Hikvision aparatı, 1 ədəd proyektoru, 5 manat dəyərində 1 ədəd LG mausdan ibarət əşyalarının dəyəri iş üzrə Təqsirləndirilən şəxs tərəfindən ona tam ödənilmişdir. Onun sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur (i.v. 157); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan yeni məzmunda ittiham elan edilmişdir (i.v. 159); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, binaya qanunsuz daxil olmaqla özgənin 3845 manat əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Lakin, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/375 nömrəli ekspertiza rəyində ekspertiza tədqiqatına təqdim edilmiş malların hazırkı vəziyyətdə 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 3460,00 (üç min dörd yüz altmış) manat, təqdim edilməyən 4 ada malların ümumi dəyərinin nəzəri qaydada təxminən 345,00 (üç yüz qırx beş) manat müəyyən olunduğu qeyd edilmişdir. İstintaq dəymiş zərəri 3845 manat məbləğində müəyyən edərkən zərərçəkmişin ifadəsinə istinad etmişdir. İstintaq orqanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/375 nömrəli rəyini toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən iş üzrə mötəbər sübut kimi qiymətləndirilmiş, lakin əsassız olaraq dəymiş zərərin məbləğini 3845 manat kimi qeyd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, oğurlanmış əmlakın dəyəri ilə bağlı ekspert rəyi olduğundan həmin rəy əsas götürülməli, verilmiş ittihamın həcmi 38xx xxxxxxxx 3805 manatadək azaldılmalı, həmin məbləğ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət tərkibi yarandığından cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə dügün tövsif edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında xx xxxx 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs gənc olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (59.1.12.), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (59.1.13.) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 mənzil 35 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut - 2 ədəd “Samsung” markalı, 1 ədəd “LG” markalı, 2 ədəd “Hoffman” markalı televizorların, 1 ədəd «LG» markalı prosessorun, 1 ədəd “LG” markalı monitorun, 1 ədəd (Jedel) markalı klaviaturanın, 1 ədəd “Digiturk LİG TV” markalı aparatın, 1 ədəd “Badamlı” markalı 1000 mAh poverbankın, 2 ədəd EZ markalı səsgücləndiricisi ilə birlikdə SHURE markalı kinoteatr dəstinin, 1 ədəd Sony HBD- TZ 715 markalı səsgücləndirici aparatın, 2 ədəd Sony SS-TS 103 markalı səsgücləndiricinin, 1 ədəd “Redbull” soyuducunun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün, təyin olunmuş 02 (iki) 06 (altı) müddətində azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 mənzil 35 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut – 2 ədəd “Samsung” markalı, 1 ədəd “LG” markalı, 2 ədəd “Hoffman” markalı televizorların, 1 ədəd «LG» markalı prosessorun, 1 ədəd “LG” markalı monitorun, 1 ədəd (Jedel) markalı klaviaturanın, 1 ədəd “Digiturk LİG TV” markalı aparatın, 1 ədəd “Badamlı” markalı 1000 mAh poverbankın, 2 ədəd EZ markalı səsgücləndiricisi ilə birlikdə SHURE markalı kinoteatr dəstinin, 1 ədəd Sony HBD- TZ 715 markalı səsgücləndirici aparatın, 2 ədəd Sony SS-TS 103 markalı səsgücləndiricinin, 1 ədəd “Redbull” soyuducunun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-258/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-258/2020
31.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver