Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-258/2021 30.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 17 avqust 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzaibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür ondan ötəri ki, o, özgənin əmlakını talamaq məqsədi ilə 06 fevral 2021-ci il tarixdə saat 16:50-də ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə giriş qapısının açıq olmasından istifadə edib qanunsuz daxil olaraq həyətdən Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 500 (beş yüz) manat dəyərində “Salcano” markalı velosipedi gizli talamaqla Zərərçəkmiş şəxs2 500 (beş yüz) manat məbləğində ziyan vurub oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 10 fevral 2021-ci il tarixdə saat 22 radələrində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə giriş qapısının açıq olmasından istifadə edərək qanunsuz daxil olub həyətdən Zərərçəkmiş şəxs3 məxsus 100 (bir yüz) manat dəyərində velosipedi gizli talamaqla Zərərçəkmiş şəxs3 100 (bir yüz) manat məbləğində ziyan vurub oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 17 fevral 2021-ci il tarixdə saat 09 radələrində ünvan 5ndə yerləşən “Araz” marketin qarşısından Zərərçəkmiş şəxs1 idarə etməsi üçün azyaşlı övladı Şahid1 aldığı 220 manat dəyərində “Stel Sport” markalı velosipedi gizli talayıb oradan uzaqlaşmaq istəmiş, bu vaxt marketin girişindəki ödəmə terminalında ödəniş etmək istəyən azyaşlı Şahid1 velosipedinin oğurlanmasını görüb onun arxasınca qaçaraq velosipedini geri almaq istəsə də, o, insan sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək əli ilə azyaşlı Şahid1 vurub kənara itələyərək hərəkətinə davam etməklə özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 17 fevral 2021-ci il tarixdə təxminən saat 09 radələrində NZS qəsəbəsinə getmiş, R.Bağırov küçəsində yerləşən “Araz” marketin qarşısında olan zaman təxminən 12-13 yaşlarında oğlan uşağı velosipedlə “Araz” marketin qarşısına gəlmiş, idarə etdiyi velosipedi marketin qarşısında saxlayaraq marketə daxil olmuş, həmin vaxt maddi vəziyyəti çətin olduğu üçün velosipedi oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə marketin qarşısına yaxınlaşaraq velosipedin oturacağına əyləşmiş, həmin vaxt velosipedi idarə edən oğlan marketdən çıxaraq iti addımlarla ona tərəf qaçmağa başlamışdır. O, sonuncunun gəldiyini görərək velosipedi hərəkətə gətirmiş, velosipedi idarə edən zaman uşaq da onun arxasınca qaçaraq ondan dayanmağı və velosipedi qaytarmağı ucadan deyərək tələb etmişdir. O, uşağa məhəl qoymayaraq oradan uzaqlaşmışdır. Velosiped ilə fırlanmış və tanımadığı şəxslərə oğurladığı velosipedi təklif etsə də, velosipedi almaq istəyən olmamışdır. Həmin gün saat 20 radələrində velosiped ilə NZS qəsəbəsində olan zaman bir neçə müki geyimli şəxs ona yaxınlşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər, söhbət zamanı velosipedi haradan əldə etdiyini soruşduqlarında səmimi olaraq həmin velosipedi hansı formada əldə etdiyini polis əməkdaşlarına etiraf etmişdir. Bundan sonra onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər və o, polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Oğurluq hadisəsini törətdiyi zaman onun tərəfindən adını sonradan bildiyi Şahid1 qarşı heç bir xəsarət, fiziki zor tətbiq edilməmişdir. Bundan başqa, Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən evlərin həyətlərindən velosipedləri oğurlaması ilə bağlı ona qarşı ittiham elan edilsə də, o, həmin oğurluq hadisələrini törətməmiş, Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı zor tətbiq edilmiş, həmin oğurluq hadisələrini etiraf etməsi tələb edilmişdir. O, Nizami rayonu ərazisində heç bir evin həyətinə girməmiş, velosiped oğurlamamışdır. Həmçinin ibtidai istintaq zamanı Şahid2 adlı bir nəfər şəxs Neftçilər metrostansiyasının yaxınlığına ondan 150 manat müqabilində velosiped aldığını bildirmiş, lakin o, həmin şəxsi tanımır, ona velosiped satmamışdır. Əlavə olaraq törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, oğurladığı bir ədəd velosipedin zərərçəkmiş şəxsə qaytarıldığını, həmçinin digər oğurluq hadisələri üzrə özünü təqsirli bilmədiyini bildirərək əldalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 06 fevral 2021-ci il tarixdə evə gəlmiş həmin vaxt azyaşlı oğlu ona həyətdə saxladığı velosipedin oğurlandığını bildirmiş, bu səbəbdən həyətin giriş qapısının üzərində olan kameranın görüntülərinə baxmış, bu zaman 06 mart 2021-ci il tarixdə saat 17:00 radələrində daha əvvəllər tanımadığı bir nəfər şəxsin həyətin giriş qapısının açıq olmasından istifadə edərək həyətə daxil olduğunu və həyətdə olan velosipedi götürərək həyətdən çıxdığını, daha sonra sürərək oradan uzaqlaşdığını görmüşdür. Bu səbəbdən o, hadisəni gördükdən sonra DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Oğurlanan “Solcano” markalı velosipedi 2 il bundan əvvəl 500 manata almış, hadisə nəticəsində ona 500 manat maddi ziyan dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsə cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayında 400 manat dəyərində velosiped almış və həmin velosipedi şəxsi işləri ilə əlaqədar yaxın məsafəyə getdikdə istifadə etmişdir. 10 fevral 2021-ci il tarixdə saat 18:30 radələrində həmin velosipedlə yaşadığı evə gedib evin həyətində, küçə qapısının yanında saxlayıb mənzilə daxil olmuşdur. Daha sonra saat 23 radələrində yaşadığı evin həyətinə çıxdıqda küçə qapısının cəftəsi naməlum şəxs tərəfindən açılaraq velosipedin oğurlandığını müəyyən etmişdir. Bu səbəbdən şikayət ərizəsi ilə polis bölməsinə müraciət etmiş, müraciətindən yeddi gün sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən oğurluq hadisəsinin baş verdiyi ünvana gətirilmiş, həmin vaxt sonuncu oğurladığı velosipedin harada olduğunu göstərmiş, bu zaman fotoşəkillər çəkilmişdir. Oğurlanan velosipedin 500 manata almış, hadisə nəticəsində ona 500 manat maddi ziyan dəymişdir. Əlavə olaraq hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsə cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 hazırlıq iclasında iştirak etməsi lakin məhkəmə baxış iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs1 həmin ifadəsində göstərmişdir ki, azyaşlı Şahid1 onun oğludur, halhazırda 6-cı sınıf şagirdidir. O, özü Rusiya Federasiyasında işləyir və ailəsini dolandırmaq üçün oradan pul göndərir. 2021-ci ilin yanvar ayının əvvəlində göndərdiyi pul ilə yoldaşı Məhbubə oğlu Əliyə sürməsi üçün velosiped almışdır. 17 fevral 2021-ci il tarixdə, səhər saat 08:30 radələrində oğlu Əli Xətai rayonu, B.Bağırov küçəsində yerləşən “Araz” marketdə yerləşən terminaldan pul ödəmək üçün ora daxil olanda velosipedini market qapısını girişində saxlayaraq marketə daxil olmuşdur. Həmin vaxt naməlum şəxs oğlunun velosipedinə əyləşib oradan uzaqlaşarkən Əli həmin şəxsi görüb mağazadan çıxaraq velosipedi qaytarmasını bildirsə də, həmin şəxs oğluna məhəl qoymayaraq oradan uzaqlaşmışdır. Bundan sonra oğlu evə gedərək bu barədə anası Məhbubə Məmmədovaya bildirmiş və yoldaşı baş vermiş hadisə barədə polisə müraciət etmişdir. O, həmin hadisədən sonra, yəni 25 mart 2021-ci il tarixdə ölkəyə qayıtmışdır. Oğlu azyaşlı olduğundan həmin velosipedi onun qazanaraq göndərdiyi pul ilə yoldaşı Məhbubə almışdır. Verilən suallara cavab olaraq göstərmişdir ki, həmin velosiped məlum hadisə baş verməmişdən bir ay əvvəl 240 manata alınmışdır və işlənməyini də nəzərə alınsa, həmin velosipedin dəyəri təxminən 220 manat olmuşdur. Baş vermiş hadisə nəticəsində ona 220 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X2 və müəllim X3 iştirakı ilə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 fevral 2021-ci il tarixdə səhər saat 08:30 radələrində o, valideynləri tərəfindən onun üçün alınmış velosiped ilə Xətai rayonu B.Bağırov küçəsində yerləşən “Araz” marketə getmiş, marketin daxilində yerləşən terminaldan pul ödəmək üçün velosipedini marketin giriş qapısında saxlayaraq marketə daxil olmuşdur. Marketdə olduğu zaman təxminən 30-35 yaşlı üzü tüklü bir kişinin ona məxsus olan velosipedə əyləşib sürərək oradan uzaqlaşdığını görmüş, dərhal marketdən bayıra çıxıb həmin şəxsə qışqıraraq velosipedini qaytarmasını tələb etmiş, həmin şəxs ona baxsa da, buna məhəl qoymayıb velosipedini sürərək hərəkətinə davam etmiş, velosipedini geri almaq məqsədi ilə həmin şəxsin arxası ilə qaçmış, lakin həmin şəxsə çatdıqda sonuncu ona ucadan qışqırmış, o qorxaraq geri çəkilmiş, həmin şəxs ona heç bir fiziki zor tətbiq etməmiş, itələməmiş, vurmamışdır. Bundan sonra həmin şəxs velosipedini sürüb oradan uzaqlaşmışdır. O, evə gedərək bu barədə anası Məhbubə Məmmədovaya bildirmiş, anası baş vermiş hadisə barədə polisə müraciət etmişdir. Həmin gün aşxam vaxtı polis əməkdaşları anası ilə əlaqə saxlayıb velosipedini və onu oğurlayan şəxsi tapdıqlarını bildirmişlər, o, anası ilə birlikdə polis şöbəsinə getmiş, orada velosipedini görüb tanımış və qara rəngli mavi zolaqlı velosipedin onun olduğunu təsdiq etmişdir. Baş vermiş hadisə zamanı o heç bir xəsarət almamışdır. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 həmin ifadəsində göstərmişdir ki, təxminən 12-13 fevral 2021-ci il tarixdə günorta saatlarında o, Neftçilər metrostansiyasının yaxınlığında olan zaman bir nəfər şəxsin ucuz velosiped satdığını görüb həmin velosipedlə maraqlanmış, oturub sürərək velosipedin saz vəziyyətdə olduğunu görüb ucuz qiymətə də satıldığını nəzərə alaraq 150 manata həmin velosipedi almış, yaxın ərazilərə gedən zaman piyada getməmək üçün istifadə etməyə başlamışdır. O, tanımadığı şəxsdən aldığı velosipedin cinayət yolu ilə əldə edildiyini bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işinin başlanılmış və icraata qəbul edilmişdir (i.v. 01); X2 Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nə ünvanladığı 17 fevral 2021-ci il tarixli ərizəsindən görünür ki, 17.02.2021-ci il tarixdə naməlum şəxs soyğunçuluq edərək azyaşlı oğlu Şahid1 vurub itələmiş və velosipedini götürüb qaçmışdır, bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir (i.v. 04); 17 fevral 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 5 ünvanında yerləşən “Araz” adlı ərzaq mağazasına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri protokola əlavə edilmişdir (i.v. 8- 10); şübhəli şəxsin tutulması haqqında 17 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 25); şübhəli şəxs Təqsirləndirilən şəxs dindirmə protokolundan görünür ki, o, 17 fevral 2021-ci il tarixdə saat 09:00 radələrində NZS qəsəbəsi, R.Bağırov küçəsi ünvanında yerləşən “Araz” marketin qarşısında olarkən təxminən 12-13 yaşlarında bir nəfər oğlan velosipedlə oraya gəlmiş, idarə etdiyi velosipedi saxlayaraq marketə daxil olmuş, onun maddi vəziyyəti çətin olduğundan həmin velosipedi oğurlayaraq pul əldə edəcəyini fikirləşib bu məqsədlə marketin qarşısına gedərək velosipedin oturacağına əyləşmiş, həmin vaxt velosipedin sahibi marketdən çıxaraq iti addımlarla ona tərəf qaçmağa başlayanda velosipedi hərəkətə gətirərək oradan uzaqlaşmış, uşaq onun arxasınca qaçaraq dayanmağını və velosipedi qaytarmağı qışqırsa da, məhəl qoymayaraq oradan uzaqlaşmış, həmin gün velosipedi tanımadığı şəxslərə satmaq istəsə də, buna nail ola bilməmiş, axşam saat 20:00 radələrində mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılanda törətdiyi əməli etiraf etdiyini bildirmişdir (i.v. 34-36); ifadənin yerində yoxlanılması haqqında 19 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən “Araz” market qarşısında olan velosipedi talaması ilə bağlı xüsusatları yerində göstərmiş, fotoşəkillər protokola əlavə edilmişdir (i.v.59); cinayət işi üzrə yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsinin tanınması haqqında qərardan görünür ki, X4 cinayət işi üzrə yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsi qismində tanınmışdır (i.v. 40); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 19 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 45-46); təqsirləndirilən şəxsin dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilən zaman verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir (i.v. 36-38); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli 4(011)-53/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 fevral 2021-ci il tarixdən hesablanmışdır (i.v. 68-70); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi 02 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 71-72); zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 80); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11.12.2019-cu il tarixli 1(011)-394/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir (i.v. 73-77); 07 fevral 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 6 ünvanında yerləşən həyət evinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri protokola əlavə edilmişdir (i.v. 97-102); zərərçəkmiş şəxs qismində tanınma haqqında Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rəşad Məmmədov tərəfindən qəbul edilmiş 06 mart 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 110); “DVD-R” diskə baxış keçirilməsi haqqında 10 mart 2021-ci il tarixli protokoldan görünür ki, 06 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsi, 16 saylı evin giriş qapısında olan müşahidə kamerasının görüntülərindən Təqsirləndirilən şəxs 06 fevral 2021-ci il tarixdə saat 16:50-ci dəqiqə 20ci saniyədə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsi, 16 saylı evin qapısından içəri daxil olması və 06 fevral 2021-ci il tarixdə saat 16:51-ci dəqiqə 08-ci saniyədə velosipedlə birlikdə velosipedi sürərək həyətdən çıxması müəyyən olunmuş, diskə baxış Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş, tərtib olunan protokola Təqsirləndirilən şəxs tərəfindən heç bir təklif və irad daxil olmamışdır (i.v. 123); ifadənin yerində yoxlanılması haqqında 10 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında evin qapısından içəri daxil olaraq velosiped oğurlaması ilə bağlı xüsusatları yerində göstərmiş, fotoşəkillər protokola əlavə edilmişdir (i.v.124); zərərçəkmiş şəxs qismində tanınma haqqında Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X6 tərəfindən qəbul edilmiş 25 fevral 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 172); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X7 tərəfindən qəbul edilmiş 19 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 145); götürmə haqqında Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X6 tərəfindən tərtib edilmiş 09 mart 2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Şahid2 01 ədəd ağ-qara rəngli velosiped götürülmüşdür (i.v. 184); şəxsin tanınması haqqında 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs göstərərək 12-13 fevral 2021-ci il tarixdə sonuncudan 150 (bir yüz əlli) manat qarşılığında velosiped aldığını bildirmiş, tanınan şəxs Şahid2 tərəfindən göstərilən xüsusatları təsdiqləmiş, fotoşəkillər protokola əlavə edilmişdir (i.v 198-199) ifadənin yerində yoxlanılması haqqında 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2021-ci il tarixdə ünvan 7 ünvanında yerləşən evin qapısından içəri daxil olması və velosipedlə oğurlaması ilə bağlı xüsusatları yerində göstərmiş, fotoşəkillər protokola əlavə edilmişdir (i.v. 205-211); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.03.2021-ci il tarixli, 9/1072 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd yeniyetmələr üçün nəzərdə tutulmuş “Stel Sport” markalı, “ZV 100” modelli, dəyişən sürətli, tam komplektli velosipedin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 220,00 (iki yüz iyirmi) manat müəyyən olunur (i.v. 227-229); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.04.2021-ci il tarixli, 9/1724 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd ağ-çəhrayı-qara rəngli üzərində markalanmasına dair heç bir məlumat olmayan 24 ölçülü dəyişən sürətli velosipedin istifadə olunması nəzərə alınmaqla 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 100,00 (bir yüz) manat müəyyən olunur (i.v. 230-231); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.2; 177.2.3; 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulan yeni ittiham elan olunmuşdur (i.v. 252-254); qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 ona məxsus olan 01 ədəd velosipedi təhvil almışdır (i.v. 280); 30 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 ona məxsus olan “Stel Sport” markalı, ZV 100 modelli velosipedi təhvil almışdır (i.v. 281); 16 may 2021-ci il tarixli sorğu məktubuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 26 may 2021-ci il tarixli 21- 1001/3 nömrəli mətubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 394/2019 nömrəli, 11 dekabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkum Təqsirləndirilən şəxs cəzasının əvvəli 16 yanvar 2020-ci il tarixdən hesablanmış, 17 fevral 2021-ci il tarixədək 01 (bir) il 01 (bir) ay 01 (bir) gün cəzası çəkilmiş və 04 (dörd) ay 25 (iyirmi beş) gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, və 180.2.4-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinə qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ittiham edildiyi, 10 fevral 2021-ci il tarixdə saat 22 radələrində ünvan 3-də yerləşən fərdi yaşayış evinin həyətinə giriş qapısının açıq olmasından istifadə edərək qanunsuz daxil olub, həyətdən Zərərçəkmiş şəxs3 məxsus velosipedi gizli olaraq talama əməli nəticəsində vurulan zərər yüz manatdan yuxarı məbləğ təşkil etmir. Bu baxımdan Təqsirləndirilən şəxs qeyd olunan əməli təkrar oğurluq kimi tövsif edilə bilməzdi. Dövlət ittihamçısı çıxışında ittihamın təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə başlanılmış cinayət təqibindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2 və 41.3-cü maddələrinə əsasən imtina edərək həmin maddə ilə cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. 32.1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. 32.2. Bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə: …32.2.8. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir. 38.4-cü maddəsində qeyd edilmişdir ki, cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. 43.1.1-ci maddəsinin müddəalarına görə məhkəmə baxışının gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. «Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, ictimai ittiham üzrə məhkəmə baxışında dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi məhkəmənin cinayət təqibinə şərtsiz xitam verməsi ilə nəticələnməlidir. Dövlət ittihamçısı ittihamın müdafiəsindən (cinayət təqibindən) tam imtina etdikdə (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə CPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə bütövlükdə xitam verilməsi barədə qərar çıxarmalı, qismən imtina etdikdə isə onun imtina olunmuş hissəsinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 314.2-ci maddəsinin müddəalarına əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Məhkəmə qanunun yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq dövlət ittihamçısının təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə başlanılmış cinayət təqibindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2 və 41.3-cü maddələrinə əsasən imtina etdiyindən hesab edir ki, həmin maddə ilə cinayət işi üzrə icraata xitam verilməlidir. Bundan əlavə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin izahat və ifadələrinin, ekspertiza rəyinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 23-cü bəndinə əsasən həyat və ya sağlamlığ üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etməsi təsdiq edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 17 fevral 2021-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, baş vermiş hadisənin yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm təhqiqat, həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Əliyev X1 Əli Bağış oğluna qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Hadisə ilə bağlı məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 17 fevral 2021-ci il tarixdə saat 09 radələrində ünvan 5ndə yerləşən “Araz” marketin qarşısından Zərərçəkmiş şəxs1 idarə etməsi üçün azyaşlı övladı Şahid1 aldığı 220 manat dəyərində “Stel Sport” markalı velosipedi gizli talayıb oradan uzaqlaşmaq istəmiş, bu vaxt marketin girişindəki ödəmə terminalında ödəniş etmək istəyən azyaşlı Şahid1 velosipedinin oğurlanmasını görüb onun arxasınca qaçaraq velosipedini geri almaq istəmiş, təqsirləndirilən şəxs Şahid1 qışqıraraq hərəkətinə davam etməklə özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 17 fevral 2021-ci il tarixdə saat 09 radələrində baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, təqsirləndirilən şəxs döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etməmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, şahidin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM- 126.6-ci maddəsi). Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlər olmamış, Təqsirləndirilən şəxs əməlini əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Ziddiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Müdafiə hüquqununun təməl insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 180.2.4-cü maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, hətta belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin şahidə həqiqəti danışmaq vəzifəsi izah edilmiş, şahid qismində dindirilmiş B.Şahid1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə Təqsirləndirilən şəxs CMnin 180.2.4-cü maddəsi ilə elan olunmuş ittiham təkzib olmaqla təqsirləndirilən şəxsin ifadəsi şahid ifadəsi ilə tam təsdiq olunur və üst-üstə düşür. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid B.Şahid1 marketdə olduğu zaman təxminən 30-35 yaşlı üzü tüklü bir kişinin ona məxsus olan velosipedə əyləşib sürərək oradan uzaqlaşdığını gördüyünü, dərhal marketdən bayıra çıxıb həmin şəxsə qışqıraraq velosipedini qaytarmasını tələb etdiyini, həmin şəxs ona baxsa da buna məhəl qoymayıb velosipedini sürərək hərəkətinə davam etdiyini, velosipedini geri almaq məqsədi ilə həmin şəxsin arxası ilə qaçdığını, lakin həmin şəxsə çatdıqda sonuncunun ona ucadan qışqırdığını, qorxaraq geri çəkildiyini, həmin şəxsin ona heç bir fiziki zor tətbiq etmədiyini, itələmədiyini və vurmadığını göstərmişdir. Halbuki istintaq zamanı B.Şahid1 ifadəsi fərqli olmuş, B.Şahid1 istintaq zamanı ifadə verərək ifadəsinin polisin ona dediyi formada yazıldığını və imza etdiyini, ona görə də həmin ifadədə olmayan halların yazıldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, B.Şahid1 istintaq zamanı ifadəsinin düzgün yazılmaması barədə dedikləri inandırıcıdır. Həmçinin ilkin ərizə yetkinlik yaşına çatmamış şahid B.Şahid1 anası X4 tərəfindən yazılmışdır. B.Şahid1 14 yaşına çatmamış şəxs olmuş, şahid qismində dindirilərkən müəllim iştirakı təmin edilməmişdir. Bu səbəbdən məhkəmə, B.Şahid1 istintaq zamanı ifadəsinin düzgün yazılmaması barədə dediklərini inandırıcı hesab edir və məhkəmə istintaqı zamanı verdiyi ifadəni daha mötəbər və işin hallarına uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Ona görə də belə bir vəziyyətdə istintaq orqanı tərəfindən “alınmış”, məhkəmə istintaq zamanı isə elə həmin şəxsin özü tərəfindən təkzib edilmiş ifadələr ittihamın əsasını təşkil edə bilməz və bu ifadə digər sübutlarla təsdiq edilməyərək tamamlanmır Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən Təqsirləndirilən şəxs əməlini əsassız olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə də tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs soyğunçuluğa münasibətdə Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələri ilə tövsif edilən əməlləri Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə tövsif edilməli, həmin maddə ilə təqsili bilinərək barəsində cəza təyin edilməli, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan “insan sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək əli ilə azyaşlı Əli Məmmədolini vurub kənara itələyərək” bəndi və Cinayət Məcəlləsinin 180.2.4cü maddəsi xaric edilməlidir (çıxarılmalıdır). Bundan əlavə, məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 500 (beş yüz) manat dəyərində “Salcano” markalı velosipedi oğurlamaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs qeyd edilən epizod üzrə dəfələrlə ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs həmin epizod üzrə özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Bundan əlavə, məhkəmə istintaqı zamanı hadisə yerindən götürülmüş videogörüntüyə baxış keçirilmiş, videogörüntüdə Zərərçəkmiş şəxs2 məxsus velosipedi oğurlayan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, həmçinin ibtidai istintaq zamanı diskə baxış Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş, diskə baxış keçirilməsi haqqında protokol tərtib olunarkən Təqsirləndirilən şəxs tərəfindən heç bir təklif və irad daxil olmamışdır Həmçinin, qeyd edilən epizod üzrə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs həmin əməli törətməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama təkrar törədildikdə – üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə barışıq əldə edilməsini (CM- 59.1.12-ci maddəsi) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlığın məhdudlaşdırılması etmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, hökmlərin məcmusu üzrə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut – velosipedlərin sahibləri zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı, bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 314, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət işi üzrə dövlət ittihamçısı məhkəmə baxışında Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət təqibindən imtina etdiyinə görə Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan “insan sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək əli ilə azyaşlı Şahid1 vurub kənara itələyərək” bəndi və Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi xaric edilsin (çıxarılsın). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaqla ona 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 (dörd) ay 25 (iyirmi beş) gün hissəsi iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 02 (iki) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 04 (dörd) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı 17 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət təqibinə xitam verildiyi hissədə Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokurorluğuna göndərilsin. Ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – velosipedlərin sahibləri zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev
Məhkəmə qərarları › İş №1(011)-258/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-258/2021
30.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver