Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-258/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru X4, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin müdafiçisi – X2, təqsirləndirilən şəxs – Muradova (Mirzəzadə) Aydan Yalçın qızı, təqsirləndirilən şəxsin müdafiəçisi – Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1997-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanda faktiki yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Muradova (Mirzəzadə) Aydan Yalçın qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Muradova (Mirzəzadə) Aydan Yalçın qızına verilmiş ittihama əsasən, o, 03 dekabr 2022-ci il tarixdə, saat 14:30 radələrində, ünvan 1-də qızı Zərərçəkmiş şəxs Umud qızına keçmiş qayınanası Zərərçəkmiş şəxs yemək verməyindən narazı olaraq evə daxil olub qızını evdən götürmək istədikdə keçmiş baldızı Şahid2 Oqtay qızı ilə münaqişəsi yaranmış, münaqişə edənləri aralamaq istəyən Zərərçəkmiş şəxs aralarında olan şəxsi narazılıq zəminində əlləri ilə başına və kürəyinə vurmaqla sonuncuya qəsdən baş beyin silkələnməsi ilə qeyd olunan qapalı kəllə beyin travması, başın sol təpə nahiyəsində hematoma və döş qəfəsinin arxa səthi nahiyəsində qançır kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Muradova (Mirzəzadə) Aydan Yalçın qızı cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, həmin nikahdan onların iki qız övladları vardır. Onlar ünvan 3 ünvanında yaşayırdılar. Əvvəl Umudla münasibətləri yaxşı olsa da sonradan Umudun ona xəyanət etdiyindən pisləşmişdir. Keçmiş baldızı Sevda ilə münasibətləri lap pis olmuş, Sevda onların evinə qonaq gəldikdə onu insan yerinə qoymurmuş, keçmiş qayınanası isə onu yalançı adlandırırmış. Bu səbəbdən 2022-ci ilin iyul ayında anası gilə getmişdir. Xətai rayon Məhkəməsinin qətnaməsinə əsasən 2 uşağı onunla qalmış, Umuda aliment kəsilmiş, Umuda hər həftənin şənbə günü saat 10:00-dan 20:00-a kimi uşaqları ilə görüşmək hüququ verilmişdir. 03 dekabr 2023-cü il tarixdə o, uşaqları ilə Xətai rayon Probasiya şöbəsinə gəlmiş, Umudla orada görüşmüş və Umuddan tələb etmişdir ki, uşaqları ilə görüşəndə o, özü də uşaqlarının yanında olsun. Sonra onlar dördü şəhərdə gəzmiş, Umud onları anasıgilə aparmışdır. Umudla razılaşmışdır ki, Umudun anası uşaqlarla qapıda görüşəcək. Onlar keçmiş qayınanası Zərərçəkmiş şəxs gilə gəlmiş, lakin evdə olan Xədicə və qızı İradə uşaqlan evə aparmışlar. Umud böyük qızı ilə evdən çıxıb yaxındakı dükana getmişdir. Bu zaman evdə balaca qızının ağlamasını eşidib evə daxil olmuş və evdə keçmiş qayınanası Xədicənin qızına yemək verdiyini görmüş, yaxınlaşmışdır ki, övladını götürsün. Bu zaman evdə olan keçmiş baldızı Şahid2 onun üstünə hücum edərək onu döyməyə başlamışdır. Bu zaman Xədicə və digər keçmiş baldızı İradə də onun üstünə düşmüşlər, özünü mümkün qədər müdafiə edirmiş. Bu zaman Umud evə daxil olub onları ayırmış, uşaqları ilə Umudun avtomobilində çıxıb getmişlər. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, 2016-cı ildə oğlu Umud Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşlar. Sonra onların münasibətləri pozulmağa başlamış və orlar ayırılmışlar. Boşanma prosesi zamanı nə o, nə də oğlu Umud nəvələrini görə bilmirdilər. xx.xx.2022-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qətnaməsi əsasında onların boşanma faktı rəsmləşmiş, oğlu Umud öz övladlarını hər həftənin şənbə günü saat 10:00-dan 20:00-dək görmək hüququnu təsdiqləmişdir. xx.xx.2022-ci il tarixdə oğlu Umud, Aydan və uşaqlarla birlikdə şəhərdə olan gəzintidən sonra onu görməyə gəlmişlər. Elə həmin gündə qızı Sevda onlara gəlməli idi. Saat 14:30 radələrində Umud və uşaqlar Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi ev 3/3-də yerləşən evinə gəlmişlər. Aydan uşaqların və Umudun çıxmağını evin həyətində gözləyirmiş. Uşaqlarla görüşərək onlara yemək pişirdiyini bildirmiş və evlərinə ac getməsinlər deyə Umuddən bir az gözləməsini istəmişdir. Daha sonra Umud öz qızı ilə evdən çıxmışlar ki, yaxındaki dükandan nəsə alsınlar. Umudun çıxmasından 30 saniyə keçməmiş, Aydan evə daxil olmuş, qışqıraqışqıra onun üstünə getməyə başlamış və “sən mənim uşaqlarıma yemək vermə biz çıxıb gedirik” demişdir. X7 evə ayaqqabı ilə daxil olması ilə bağlı irad bildirmiş. Aydan isə onun üstünə cummuşdur. Onlar dalaşmağa başlamış, o isə Sevda ilə Aydanı aralamaq istəyərkən, Aydan onun da üstünə cummuşdur. Aydan əli ilə bir neçə dəfə onun başına zərbələr vurmuş. Elə həmin saniyədə Umud evə daxil olub Aydanı sakitləşdirmək məqsədilə çölə çıxartmışdır. Umud Aydanı səs-küylə avtomobilinə otuzduraraq, uşaqları ilə birlikdə evini tərk etmişlər. Burnundan qan gəlməsini görən Sevda təcili tibbi yardıma zəng etmişdir. Daha sonra 102 xidmətinə də müraciət etmişdir. Muradova (Mirzəzadə) Aydan Yalçın qızı barəsində qanuni və ədalətli cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qətnaməsi əsasında qardaşı Şahid3nın və keçmiş gəlini Təqsirləndirilən şəxs boşanması rəsmiləşmişdir. Məhkəmə qətnaməsinə əsasən qardaşı Umud öz övladlarını hər həftənin şənbə günü saat 10:00-dan 20:00-dək görmək hüququnu təsdiqləmişdir. xx.xx.2022-ci il tarixdə Umud, Aydan və uşaqlarla birlikdə şəhərdə olan gəzintidən sonra anası gilə gəlmişlər. Həmin gün o da Umudla danışaraq, 1-2 saatlıq anasıgilə gələcəyini və uşaqlar üçün darıxdığını demişdir. Saat 14:30 radələrində Umud və uşaqlar Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi ev 3/3-də yerləşən anasının evinə gəlmişlər. Umudla uşaqlar evə daxil olmuş, Aydan isə onların çıxmağını evin həyətində gözləyirmiş. Anası uşaqlarla görüşərək onlara yemək bişirdiyini bildirmiş və evlərinə ac getməsinlər deyə Umuddan biraz gözləməsini istəmişdir. Daha sonra Umud öz qızı ilə evdən çıxıb yaxındaki dükana getmişlər. Umudun çıxmasından 30 saniyə keçməmiş, Aydan evə daxil olmuş, qışqıra-qışqıra “səni çörək tapmayasan” deyərək, anasının üstünə getməyə başlamış, əli ilə onun başına vurmuşdur. Aydanın evə ayaqqabı ilə daxil olması ilə bağlı irad bildirmiş, Aydan isə onun üstünə cummuşdur. Onlar dalaşmış, anası Xədicə aralarına girmək istəyərək, aralamağa çalışırmış. Aydan öz hirsini keçmiş qayınanasının üstünə tökərək, əli ilə bir neçə dəfə onun başından vurmuşdur. Elə həmin saniyədə Umud evə daxil olmuş və Aydanı sakitləşdirmək məqsədilə onu çölə çıxartmışdır. Anasına yaxınlaşanda onun özünü pis hiss etdiyini görmüş və təcili tibbi yardım çağırmışdır. Umud Aydanı güclə avtomobilinə yerləşdirmiş və onlar uşaqlarla yola düşmüşlər. DİN-nin 102 xidmətinə də məlumat vermişdir. Hadisə yerinə gəlmiş polislər də xəsarətlərin şahidi olmuşdurlar. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə ilə hazırkı ifadəsi arasında ziddiyyət olması səbəbindən sonuncunun ibtidai istintaqa verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadəsində şahid təqsirləndirilən şəxsin öncə anasının üzərinə getdiyini, lakin sonra onunla dalaşmağa başladığını və anası onları ayırmağa gəldiyində ona xəsarətlər yetirildiyini bildirmişdir. Məhkəmə iclasında isə anasının üstünə gedib, anasını vurduğunu daha sonra isə onunla dalaşdığını bildirmişdir. Şahid2 ibtidai istintaqa verdiyi ifadənin doğru olduğunu bildirərək qeyd etmişdir ki, hazırkı ifadəsində “anamı vurdu” deyərkən Aydanın ümumi əməllərini təsvir etmişdir. Daha sonra bildirmişdir ki, Aydan hikkə ilə anamın üzərinə cumdu, mən də gəldim ayıram onda mənə cumdu, anam mənə kömək etmək istəyəndə Aydan ona xəsarətlər yetirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 analoji məzmunda ifadə verərək şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiklərini eynilə təsdiqləmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Muradova (Mirzəzadə) Aydan Yalçın qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan Cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan Xətai RPİ-nin 37-ci PŞ-nin məsul növbətçisi Rövşən Əkbərov tərəfindən 03 dekabr 2022-ci il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14:38 radələrində DİN-nin 102 XZMS-dən daxil olmuş məlumata əsasən, Xətai rayonu, UPD qəsəbəsi, N.Şükürov küçəsində yaşayan Şahid2 keçmiş gəlini Aydan onu və anası Xədicəni döyməsini bildirmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 09 dekabr 2022-ci il tarixli, 1382 saylı ekspert rəyində göstərilmişdir ki, Muradova (Mirzəzadə) Aydan Yalçın qızında aşkar olunan xəsarətlər – başın təpə nahiyəsinin sol yarasında tüklərin travmatik yonulması və tük diblərində qansızmalar, üst dodaq, alt çənə və sağ əlin İİİ barmağı nahiyələrində sıyrıqlar və sağ əlin arxa səthi nahiyəsində qançır küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xəsarətlər 03 dekabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 09 dekabr 2022-ci il tarixli, 1383 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs aşkar olunan xəsarətlər - baş beyin silkələnməsi ilə qeyd olunan qapalı kəllə beyin travması, başın sol təpə nahiyəsində hematoma və döş qəfəsinin arxa səthi travması, başın sol təpə nahiyəsində hematoma və döş qəfəsinin arxa səthi nahiyəsində qançır küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xəsarətlər 03.12. 2022-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi və ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 09 dekabr 2022-ci il tarixli, 1384 saylı ekspert rəyində göstərilmişdir ki, Şahid2 aşkar olunan xəsarətlər- burun beli nahiyəsinin sağ və sol yan səthi, sağ gözaltı, sağ almacıq, üst dodaq və hər iki said nahiyələrində sıyrıqlar, sağ almacıq nahiyəsində qançır küt əşyanın (əşyaların) təsirindən törətmişlər, xəsarətlər 03.12. 2022-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi və ümumilikdə dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs qismində cəlb etmə qərarından görünür ki, Muradova (Mirzəzadə) Aydan Yalçın qızı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Muradova (Mirzəzadə) Aydan Yalçın qızının barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 20 fevral 2022-ci il tarixli arayışdan görünür ki, Muradova (Mirzəzadə) Aydan Yalçın qızının məhkumluğu yoxdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5616/2022 saylı, 02 dekabr 2022-ci il tarixli qətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 04 yanvar 2016-cı il tarixli 63 nömrəli akt qeydinə əsasən bağlanılmış nikah pozulmuş və 04 yanvar 2017-ci il təvəllüdlü X3 və 30 may 2019-cu il təvəllüdlü Zərərçəkmiş şəxs Umud qızı saxlanılmaları və tərbiyə edilmələri üçün Təqsirləndirilən şəxs yanında qalmaları qət edilmişdir. Beləliklə, Muradova (Mirzəzadə) Aydan Yalçın qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs Muradova (Mirzəzadə) Aydan Yalçın qızına cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs (Mirzəzadə) şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs Muradova (Mirzəzadə) Aydan Yalçın qızına cəza təyin edərkən məhkəmə, qadın olmasını və himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Muradova (Mirzəzadə) Aydan Yalçın qızının təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmçinin məhkəmə hesab edir ki, Muradova (Mirzəzadə) Aydan Yalçın qızının barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Muradova (Mirzəzadə) Aydan Yalçın qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1000 (bir min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Muradova (Mirzəzadə) Aydan Yalçın qızı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya qaydasında hökmdən şikayət və ya protest verilmədiyi halda bu müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-258/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-258/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver