Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-258/2025 17.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2002-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-159/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 0,775 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən 07 mart 2025-ci il tarixdə saat 22:14-də keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 4 ünvanın yaxınlığında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli idman şalvarının sol yan cibindən siqaret qutusunda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,775 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir ildir narkotik vasitə alıb istifadə etmişdir. 07 mart 2025-ci il tarixdə günorta metronun “Əhmədli” stansiyasının yaxınlığında 20 manat nağd pul müqabilində “kakos” kimi tanıdığı narkotik vasitə almışdır. Bir qədər getdikdən sonra aptekdən 03 ədəd insulin şprisi almışdır ki, münasib yerdə həmin narkotik vasitəni qəbul etsin. 07 mart 2025-ci il tarixdə saat 22:14-də S.Ə.Şirvani küçəsi 7 ünvanının yaxınlığında piyada hərəkət edən zaman yaxınlaşan üç nəfər şəxsin polis olmalarından şübhələndiyi üçün qaçmaq istədikdə ayağı büdrəmiş, yerə yıxılaraq sağ diz nahiyəsindən xəsarət almışdır. Həmin şəxslər yaxınlaşıb onu yerdən qaldırıb polis əməkdaşları olduqlarını bildirib telefonla videoçəkiliş edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etməsini bildirdikdə əynindəki qara rəngli idman şalvarın sağ arxa cibindən üzərində ***-***-**-** nömrə olan “Redmi” markalı mobil telefonu, qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Prima” siqaret qutusunu, həmin cibindən bir alışqanı, 03 ədəd insulin şprisini, şalvarın sol yan cibindən bir ədəd “Palİ Mail” siqaret qutusunu çıxarıb təqdim edərək “Palİ Mail” siqaret qutusunun içərisində bir ədəd şəffaf sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Üzərində şəxsi axtarış keçirildikdə şalvarın sağ arxa cibindən 20 qəpik dəmir pul aşkar edilib götürülmüşdür. Qeyd olunanlardan başqa üzərindən heç bir əşya aşkar edilməmişdir. Videoçəkilişin davamı olaraq onu ünvan 5 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət edərək gətirib şöbənin dəhlizində üzərindən aşkar edilmiş “kakos” kimi tandığı narkotik vasitə elektron tərəzidə çəkildikdə 1.01 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalanmışdır. Bundan sonra onu şöbənin xidməti otaqlarının birinə aparıb təhqiqatçıya üzərindən aşkar edilmiş əşyalarla birlikdə təqdim etmişlər. Təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən videogörüntüyə bir ədəd mobil telefonda baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən üzərindən verilmiş suallara cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Videoçəkiliş bitdikdən sonra polis şöbəsinə hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmağı barədə protokol tərtib olunub Xətai RPİ-nin X2 təhvil verilmişdir. Üzərindən aşkar edilmiş “kakos” adlandırdığı kütlənin narkotik vasitə heroin olmasını və həmin narkotik vasitə heroin el arasında “kakos” adlandırıldığından saxlanılarkən təqdim etdikdə narkotik vasitə heroini kakos adı ilə təqdim etmişdir. Ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, əvvəlki məhkəmə iclaslarında cinayət məsuliyyətindən yayınmaq və özünü müdafiə etmək üçün üzərindən aşkar olunmuş maddənin ona məxsus olmadığını bildirərək təqsirini etiraf etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 07 mart 2025-ci il tarixdə saat 22:14-də Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 və polis baş leytenantı Şahid3 ilə birlikdə Xətai rayonu, S.Ə.Şirvani küçəsi 7 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs görüb yaxınlaşan zaman sonuncu qaçmaq istədikdə ayağı büdrəyib yerə yıxılmışdır. Ona yaxınlaşıb yerdən qaldırıb videoçəkilişdən istifadə etməklə özlərini təqdim edib, saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sağ arxa cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Prima” siqaret qutusu, həmin cibindən bir ədəd alışqanı, üç ədəd insulin şprisini, şalvarın sol yan cibindən bir ədəd əzilmiş siqaret qutusunu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi əzilmiş siqaret qutusunda olan bir ədəd şəffaf sellofanın içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildikdə şalvarının sağ arxa cibindən dəmir pul aşkar edilib götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bir ildir narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Qeyd olunanlardan başqa üzərindən heç bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı əməliyyat müvəkkili Şahid2 tərəfindən axsamasının səbəbi soruşulduqda Təqsirləndirilən şəxs yıxıldığını, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dəvət edərək üzərindən aşkar edilmiş əşyalarla birlikdə ünvan 7 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirmişlər. Polis Şöbəsinin inzibati binasına daxil olduqda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “kakos” kimi tanıdığı narkotik vasitə heroin elektron tərəzidə çəkildikdə 1.01 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs və üzərindən aşkar edilmiş əşyaları şöbənin baş təhqiqatçısı, polis mayoru Şahid4 təqdim etmişlər. Təhqiqatçı Şahid4 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmənin videogörüntüsünə bir ədəd mobil telefonda baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Videoçəkiliş bitdikdən sonra polis şöbəsinə dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, xidməti vəzifəsini yerinə yetirərkən ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 07 mart 2025-ci il tarixdə saat 22:14-də Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri, polis leytenantı Şahid1 və polis baş leytenantı Şahid3 ilə birlikdə Xətai rayonu, S.Ə.Şirvani küçəsi 7 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs görüb yaxınlaşan zaman sonuncu qaçmaq istədikdə ayağı büdrəyib yerə yıxılmışdır. Ona yaxınlaşıb yerdən qaldırıb videoçəkilişdən istifadə etməklə özlərini təqdim edib, saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sağ arxa cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Prima” siqaret qutusu, həmin cibindən bir ədəd alışqanı, üç ədəd insulin şprisini, şalvarın sol yan cibindən bir ədəd əzilmiş siqaret qutusunu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi əzilmiş siqaret qutusunda olan bir ədəd şəffaf sellofanın içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildikdə şalvarının sağ arxa cibindən dəmir pul aşkar edilib götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bir ildir narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Qeyd olunanlardan başqa üzərindən heç bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı əməliyyat müvəkkili Şahid2 tərəfindən axsamasının səbəbi soruşulduqda Təqsirləndirilən şəxs yıxıldığını, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dəvət edərək üzərindən aşkar edilmiş əşyalarla birlikdə ünvan 7 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirmişlər. Polis Şöbəsinin inzibati binasına daxil olduqda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “kakos” kimi tanıdığı narkotik vasitə heroin elektron tərəzidə çəkildikdə 1.01 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs və üzərindən aşkar edilmiş əşyaları şöbənin baş təhqiqatçısı, polis mayoru Şahid4 təqdim etmişlər. Təhqiqatçı Şahid4 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmənin videogörüntüsünə bir ədəd mobil telefonda baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Videoçəkiliş bitdikdən sonra polis şöbəsinə dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Şahid4 ifadəsində bildirmişdir ki, 07 mart 2025-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkiləri, polis leytenantı Şahid1, polis baş leytenantı Şahid2, polis baş leytenantı Şahid3 şübhəli şəxs qismində saxladıqları Təqsirləndirilən şəxs xidməti otağına gətirib videoçəkilişlə üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş əşyalarla birlikdə təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış götürmənin görüntüsünə bir ədəd mobil telefonda baxarkən sonuncunun 07 mart 2025-ci il tarixdə saat 22:14 -də Xətai rayonu, S.Ə.Şirvani küçəsi 7 ünvanının yaxınlığında saxlanılmasını və əynindəki qara rəngli idman şalvarının sağ arxa cibindən bir ədəd “Redmi” markalı mobil telefon, qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Prima” siqaret qutusu, həmin cibindən bir ədəd alışqan, 03 ədəd insulin şprisi, şalvarın sol yan cibindən əzilmiş siqaret qutusunda bir ədəd şəffaf sellofan bükümdə heroinə oxşar narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdə olan maddə “kakos” kimi narkotik vasitə heroindir. Toplanmış material üzrə tərəfindən məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş və 08 mart 2025-ci il tarixli 3-16- 16/2-6/1021/2025 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş maddə təmiz çəkisi 0,775 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən həqiqətən əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüş üç ədəd şpris yeni olduğu üçün və daxilində eləcə də səthində hər hansı mayenin və maddənin qalığı olmadığından ekspertizaya təqdim edilmədən əhəmiyyət kəsb etmədikləri üçün onları atmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 08 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 07 mart 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ arxa cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Prima” siqaret qutusunu, həmin cibindən bir ədəd alışqanı, 03 ədəd işlənməmiş zavod qablaşdırılmasında insulin şprisləri, şalvarın sol yan cibindən bir ədəd əzilmiş siqaret qutusunu çıxarıb təqdim etmişdir. Təqdim edilmiş əzilmiş siqaret qutusunun içərisindən bir ədəd şəffaf sellofan bükümdə heroinə oxşar qəhvəyi rəngli toz şəkilli narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanıldıqda qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Havanın qaranlıq və əlverişsiz olması səbəbi ilə Xətai RPİ-nin 34-cü PŞ-nə daxil olduqda Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində toz şəkilli narkotik vasitəyə bənzəyən kütlə elektron tərəzidə çəkildikdə 1.01 qram olması müəyyən edilib həmin maddə qablaşdırılıb möhürlənərək üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş heroinə oxşar narkotik vasitəni tanımadığı şəxsdən əldə etdiyini və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üstünü yoxlama Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən «İphone 14 Pro Max» markalı mobil telefon vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 7 ünvanının yaxınlığında video çəkiliş edilərək keçirilmişdir (i.v. 12-14); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 07 mart 2025-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşları tərəfindən mobil telefonda təqdim edilmiş görüntülərdə Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 07 mart 2025-ci il tarixdə, saat 22:14-də ünvan 10 ünvanın yaxınlığında olan zaman saxlanılması, bu zaman onun əynindəki qara rəngli idman şalvarın sağ arxa cibindən bir ədəd “Redmi” markalı mobil telefon, qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Prima” siqaret qutusu, həmin cibindən bir ədəd alışqan, 03 ədəd işlənməmiş zavod qablaşdırılmasında insulin şprisləri, şalvarın sol yan cibindən bir ədəd əzilmiş siqaret qutusunu təqdim edir. Təqdim edilmiş əzilmiş siqaret qutusunun içərisindən bir ədəd şəffaf sellofan bükümdə heroinə oxşar qəhvəyi rəngli toz şəkilli narkotik vasitəyə bənzər kütlə aşkar edilir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını bildirir. Daha sonra Ramil Şəfızadənin üzəri yoxlanıldıqda qanunla qadağan edilmiş heç bir əşya aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində toz şəkilli narkotik vasitəyə bənzəyən kütlə elektron tərəzidə çəkildikdə 1.01 qram olması müəyyən edilib qablaşdırılıb möhürlənərək üzəri imzalanmışdır. Verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisində olan narkotik vasitəyə bənzər maddənin ona məxsus olmasını bildirmişdir (i.v. 19-20); şübhəli şəxsin tutulması haqqında 07 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:14 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 mart 2025-ci il tarixli, 3-16/16/2-6/1021/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.775 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (i.v. 42-45); diskdə olan videoyazıya baxış keçirilməsi haqqında 08 mart 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 07 mart 2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v. 55-56); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 09 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 62-63); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-127/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (i.v. 99-102); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 135- 136); Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-159/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v. 137-143); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X3 xx.xx.2025-ci il tarixli, 1426 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Mingəçevir ND-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v. 150-151); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 xx.xx.2025-ci il tarixli, 787 saylı kompleks ambulator məhkəmə-psxiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda öz hərəkətlərini ölçüb-biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək imkanında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli- intellektual imkanlarında dəyişiklik baş verməmişdir. Öz hərəkətlərini ölçübbiçmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları norma daxilindədir. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, nümayişkaranəlik elementləri və s. aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Fərdi xüsusiyyətlərində özündən uydurmağa və başqalannın təsiri altında hərəkət etməyə meyillilik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hazırda baş verənləri düzgün qavrayıb təsvir etmək və ifadə vermək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda göstərilən cinayəti törədən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman şüuruna və fəaliyyətinə təsir göstərən psixi-emosional vəziyyətdə olmamışdır (i.v. 152-155); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə fizikikimyəvi ekspertizasının 08 mart 2025-ci il tarixli, 3-16/16/2-6/1021/2025 saylı, məhkəmənarkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1426 nömrəli və kompleks psxiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1556 nömrəli rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.775 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.575 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində CMnin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, 02 ədəd “DVD-R” disk maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır (i.v. 171-177); Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-16-21-1/2-32056/2025 saylı sorğuya cavab məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-159/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs Bakı Şəhər Probasiya İdarəsinin qeydiyyata düşməmiş və cəzasının heç bir hissəsini çəkməmişdir. Məhkəmə istintaqı zamanı birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ arxa cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Prima” siqaret qutusunu, həmin cibindən bir ədəd alışqanı, 03 ədəd işlənməmiş zavod qablaşdırılmasında insulin şprisləri, şalvarın sol yan cibindən bir ədəd əzilmiş siqaret qutusunu çıxarıb təqdim edir. Təqdim edilmiş əzilmiş siqaret qutusunun içərisindən bir ədəd şəffaf sellofan bükümdə heroinə oxşar qəhvəyi rəngli toz şəkilli narkotik vasitəyə bənzər kütlə aşkar edilir. Sorğu zamanı həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını, üzərindən aşkar olumuş heroinə oxşar narkotik vasitəni tanımadığı şəxsdən əldə etdiyini və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirir. Məhkəmə istintaqı zamanı ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, polis əməkdaşları tərəfindən mobil telefonda təqdim edilmiş görüntülərdə Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 07 mart 2025-ci il tarixdə, saat 22:14-də ünvan 10 ünvanın yaxınlığında olan zaman saxlanılması, bu zaman onun əynindəki qara rəngli idman şalvarın sağ arxa cibindən bir ədəd “Redmi” markalı mobil telefon, qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Prima” siqaret qutusu, həmin cibindən bir ədəd alışqan, 03 ədəd işlənməmiş zavod qablaşdırılmasında insulin şprisləri, şalvarın sol yan cibindən bir ədəd əzilmiş siqaret qutusunu təqdim edir. Təqdim edilmiş əzilmiş siqaret qutusunun içərisindən bir ədəd şəffaf sellofan bükümdə heroinə oxşar qəhvəyi rəngli toz şəkilli narkotik vasitəyə bənzər kütlə aşkar edilir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində toz şəkilli narkotik vasitəyə bənzəyən kütlə elektron tərəzidə çəkildikdə 1.01 qram olması müəyyən edilib qablaşdırılıb möhürlənərək üzəri imzalanır. Verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisində olan narkotik vasitəyə bənzər maddənin ona məxsus olmasını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.775 qram olan narkotik vasitə - heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-159/2024 saylı, xx.xx.2024-cü tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmiş, lakin həmin məhkumluq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan məlumatlara əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-159/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün 14 may 2024-cü il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini 07 mart 2025-ci il tarixdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunmasına baxmayaraq yenidən cinayət törətməsini, azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin ona yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, üzərindən aşkar olunmuş qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroinin miqdarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.), ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə yenidən qəsdən cinayət törətməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, hazırki hökm üzrə təyin edilmiş cəza Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-159/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla (CM 68.1.1-1) 1 (bir) il 1 (bir) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli (CM 67.1), cəzaçəkmə müddətinin başlanğıcı 07 mart 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), xx.xx.2024-cü il tarixdən Mingəçevir narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.775 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.575 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-159/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 1 (bir) il 1 (bir) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumii rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 07 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və xx.xx.2024-cü il tarixdən Mingəçevir narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.775 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.575 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-258/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-258/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver