Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-259/2021 10.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, X5, Zərərçəkmiş şəxs11, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X6, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Yevlax rayonunda anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs informasiya texnologiyalarından istifadə edərək özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədilə Gəncə şəhər sakini azyaşlı X3 xəstəliyi ilə bağlı sonuncuya yardım edilməsi üçün nənəsi Zərərçəkmiş şəxs1 məxsus "xxxx”a aid 5243-7544-1075-4517 nömrəli plastik ödəniş kartının fotoşəkilini və sosial şəbəkədə yerləşdirilmiş elanı görüb, guya həmin hesaba uşağın müalicəsi üçün 2500 (iki min beş yüz) manat pul yardım edəcəyini vəd edib, Zərərçəkmiş şəxs1 ilə danışaraq həmin hesab kartının fərdi məlumatlar olan hissəsinin fotoşəkilini sonuncudan aldıqdan sonra 28.02.2020-ci il tarixdə saat 13:40-da həmin hesabda olan 2300 (iki min üç yüz) manat pul vəsaitini "CİB" proqramı vasitəsilə informasiya texnologiyalarından istifadə etməklə, özünə məxsus “xxxx”a aid kart hesabına köçürməklə gizli olaraq talayıb, həmin pul vəsaitini Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisindəki bankomatdan çıxarmaqla Zərərçəkmiş şəxs1 cəmi 2300 (iki min üç yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə Qaradağ rayonu Qobu qəsəbəsi sakini Zərərçəkmiş şəxs3 xəstəliyi ilə bağlı yardım edilməsi üçün sosial şəbəkədə yerləşdirilmiş elanı görərək sonuncuya yardım edəcəyini vəd edib danışaraq Zərərçəkmiş şəxs3 məxsus "xxxx”a aid 4169-7413-0552-2805 nömrəli hesab kartının fərdi məlumatlar olan hissəsinin fotoşəkilini sonuncudan aldıqdan sonra 03.06.2020-ci il tarixdə saat 00:36-da həmin hesabda olan 1000 (min) manat pul vəsaitini "CİB" proqramı vasitəsilə informasiya texnologiyalarından istifadə etməklə, öz istifadəsindəki “Rabitəbank”a aid hesab kartına köçürməklə gizli olaraq talayıb, həmin pul vəsaitini Bakı şəhəri Nərimanov rayonu ərazisindəki bankomatdan çıxarmaqla, Zərərçəkmiş şəxs3 cəmi 1000 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə azyaşlı Hacıqabul rayon sakini X12 xəstəliyi ilə bağlı yardım üçün sosial şəbəkədə yerləşdirilmiş elanı görüb, guya həmin hesaba pul göndərəcəyini vəd edib İlkin Qasımovun anası Zərərçəkmiş şəxs4 məxsus "xxxx” aid 4169-7413-9803-6226 nömrəli hesab kartının fərdi məlumatlar olan hissəsinin fotoşəkilini sonuncudan aldıqdan sonra 14 iyul 2020-ci il tarixdə saat 17:29-da həmin hesabda olan 425 (dörd yüz iyirmi beş) manat məbləğdə nəğd pul vəsaitini "CİB" proqramı vasitəsilə informasiya texnologiyalarından istifadə etməklə, öz istifadəsindəki "xxxx'a aid 4169-7377-2538-2747 nömrəli hesab kartına köçürməklə gizli olaraq talayıb həmin pul vəsaitini Bakı şəhəri Yasamal rayonu ərazisindəki bankomatdan çıxarmaqla, Zərərçəkmiş şəxs4 425 (dörd yüz iyirmi beş) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə Masallı rayonu Ərkivan qəsəbə sakini 2016-cı il təvəllüdlü X8 müalicəsi üçün sosial şəbəkədə yerləşdirilmiş elanı görüb sonuncunun atası Zərərçəkmiş şəxs5 ilə danışaraq uşağa yardım edəcəyini vəd edib İsmayıl Ariflinin anası X31 məxsus “xxxx”a aid 5243-7544-1066-1548 nömrəli hesab kartının fərdi məlumatlar olan hissəsinin fotoşəkilini sonuncudan aldıqdan sonra 22.07.2020-ci il tarixdə saat 16:20-də həmin hesabda olan cəmi 1026,50 (min iyirmi altı manat əlli qəpik) pul vəsaitini "CİB" proqramı vasitəsilə informasiya texnologiyalarından istifadə etməklə, öz istifadəsindəki hesaba köçürməklə gizli olaraq talayıb, həmin pul vəsaitini Bakı şəhəri Yasamal rayonu ərazisindəki bankomatdan çıxarmaqla, zərərçəkmişə cəmi 1026,50 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə Sumqayıt şəhər sakini, ağır ürək çatışmazlığından əziyyət çəkən X2 müalicəsi üçün sosial şəbəkədə yerləşdirilmiş elanı görüb ona 10000 manat pul yardım edəcəyini vəd edib Ənvər Şahmuradova məxsus “xxxx”a aid 5103-0714-6128-6318 nömrəli hesab kartının fərdi məlumatlar olan hissəsinin fotoşəkilini sonuncudan aldıqdan sonra 11 sentyabr 2020-ci il tarixdə saat 23:00-da həmin hesabda olan cəmi 2800 (iki min səkkiz yüz manat) pul vəsaitini vahid niyyətlə iki dəfəyə "CİB" proqramı vasitəsilə informasiya texnologiyalarından istifadə etməklə, öz istifadəsindəki hesaba köçürməklə gizli olaraq talayıb, həmin pul vəsaitini Bakı şəhəri Yasamal rayonu ərazisindəki bankomatdan çıxarmaqla, Ənvər Şahmuradova cəmi 2800 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə Gəncə şəhər sakini X13 xəstəliyi ilə bağlı sosial şəbəkədə yerləşdirilmiş elanı görüb sonuncunun anası Zərərçəkmiş şəxs2 ilə danışaraq qızına yardım edəcəyini vəd edib Zərərçəkmiş şəxs2 məxsus "xxxx”a aid 4169-7413-4244-6208 nömrəli hesab kartının fərdi məlumatlar olan hissəsinin fotoşəkilini sonuncudan aldıqdan sonra 17.09.2020-ci il tarixdə saat 23:45-də həmin hesabda olan cəmi 718.52 (yeddi yüz on səkkiz manat 52 qəpik) pul vəsaitini "CİB" proqramı vasitəsilə informasiya texnologiyalarından istifadə etməklə, öz istifadəsindəki “xxxx”a aid 5243- 75***4165 nömrəli hesaba köçürərək gizli olaraq talayıb, həmin pul vəsaitini Xırdalan şəhəri ərazisindəki bankomatdan çıxarmaqla Zərərçəkmiş şəxs2 cəmi 718.52 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə Bakı şəhəri Xətai rayonu sakini Şahid4 müalicəsi ilə bağlı sosial şəbəkədə yerləşdirilmiş elanı görüb ona yardım edəcəyini vəd edib Şahid4 bacısı Zərərçəkmiş şəxs6 məxsus “xxxxa” aid 4169-7413- 2789-5890 nömrəli hesab kartının fərdi məlumatlar olan hissəsinin fotoşəkilini sonuncudan aldıqdan sonra 29.09.2020-ci il tarixdə saat 12:10-da həmin hesabda olan cəmi 1816.36 (min səkkiz yüz on altı manat otuz altı qəpik) pul vəsaitini vahid niyyətlə iki dəfəyə "CİB" proqramı vasitəsilə informasiya texnologiyalarından istifadə etməklə, öz istifadəsindəki “xxxxa” aid 5103-07***9172 nömrəli hesaba köçürərək gizli olaraq talayıb, həmin pul vəsaitini Xırdalan şəhəri ərazisindəki bankomatdan çıxarmaqla, Zərərçəkmiş şəxs6 cəmi 1816.36 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə Neftçala şəhər sakini Zərərçəkmiş şəxs7 azyaşlı oğlu Loğman Bədəlovun xəstəliyi ilə bağlı ona yardım məqsədi ilə sosial şəbəkədə yerləşdirilmiş elanı görüb oğluna yardım edəcəyini vəd edib Zərərçəkmiş şəxs7 atası X7 məxsus “xxxx”a aid 6768-6753-2946-4950 nömrəli hesab kartının fərdi məlumatlar olan hissəsinin fotoşəkilini aldıqdan sonra 02.11.2020-ci il tarixdə saat 12:48-də həmin hesabda olan cəmi 590 (beş yüz doxsan) manat pul vəsaitini "CİB" proqramı vasitəsilə informasiya texnologiyalarından istifadə etməklə, öz istifadəsindəki hesab kartına köçürərək gizli olaraq talayıb həmin pul vəsaitini Bakı şəhəri Xətai rayonu ərazisindəki ərazisindəki bankomatdan çıxarmaqla, Zərərçəkmiş şəxs7 cəmi 590 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə Balakən rayon sakini Zərərçəkmiş şəxs8 müalicəsi üçün sosial şəbəkədə yerləşdirilmiş elanı görüb ona 3000 manat yardım edəcəyini vəd edib Zərərçəkmiş şəxs8 məxsus “xxxx”a aid 4169-74***7087 nömrəli hesab kartının fərdi məlumatlar olan hissəsinin fotoşəkilini sonuncudan aldıqdan sonra 13.11.2020-ci il tarixdə saat 14:40-da həmin hesabda olan cəmi 528 (beş yüz iyirmi səkkiz) manat pul vəsaitini "CİB" proqramı vasitəsilə informasiya texnologiyalarından istifadə etməklə, öz istifadəsindəki hesab kartına köçürərək gizli olaraq talayıb, həmin pul vəsaitini Bakı şəhəri Xətai rayonu ərazisindəki ərazisindəki bankomatdan çıxarmaqla Zərərçəkmiş şəxs8 cəmi 528 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə Qaradağ rayonu Lökbatan qəsəbə sakini X5 azyaşlı uşağının müalicəsi üçün sosial şəbəkədə yerləşdirilmiş elanı görüb ona yardım edəcəyi bəhanəsi ilə Toğrul Əlilliyə məxsus “xxxx”ASC-ə aid 4169- 74***4883 nömrəli hesab kartının fərdi məlumatlar olan hissəsinin fotoşəkilini sonuncudan aldıqdan sonra 17.11.2020-ci il tarixdə saat 22:26-da həmin hesabda olan 677 (altı yüz yetmiş yeddi) manat pul vəsaitini "CİB" proqramı vasitəsilə informasiya texnologiyalarından istifadə etməklə, öz istifadəsindəki hesaba köçürərək gizli olaraq talayıb, həmin pul vəsaitini Gəncə şəhəri ərazisindəki ərazisindəki bankomatdan çıxarmaqla,Toğrul Əlilliyə cəmi 677 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə Qəbələ rayon sakini müharibədə iştirakı zamanı yaralanmış X16 müalicəsi üçün “Facebook” sosial şəbəkəsində yerləşdirilmiş elanı görüb ona yardım edəcəyini vəd edib Zərərçəkmiş şəxs10 məxsus “xxxxa” aid hesab kartının fərdi məlumatlar olan hissəsinin fotoşəkilini sonuncudan aldıqdan sonra 26.11.2020-ci il tarixdə 15:00-da həmin hesabda olan cəmi 268 (iki yüz altımış səkkiz) manat pul vəsaitini "CİB" proqramı vasitəsilə informasiya texnologiyalarından istifadə etməklə, öz istifadəsindəki “xxxx” aid 4169-7413-3821- 3927 saylı hesaba köçürərək gizli olaraq talayıb Gəncə şəhəri ərazisindəki ərazisindəki bankomatdan çıxarmaqla Zaur İsrafılova cəmi 268 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə müharibədə iştirakı zamanı yaralanmış Bakı şəhəri Nəsimi rayon sakini Zərərçəkmiş şəxs11 müalicəsi üçün “Facebook” sosial şəbəkəsində yerləşdirilmiş elanı görüb ona yardım edəcəyini vəd edib Zərərçəkmiş şəxs11 məxsus “xxxx’a aid 4169-7385-3057-6481 saylı hesab kartının fərdi məlumatlar olan hissəsinin fotoşəkilini sonuncudan aldıqdan sonra 01.12.2020-ci il tarixdə saat 12:46-da həmin hesabda olan cəmi 1012 (min on 'iki) manat pul vəsaitini "CİB" proqramı vasitəsilə informasiya texnologiyalarından istifadə etməklə, öz istifadəsindəki “xxxx”a aid 4169-7413-3821-3927 saylı hesaba köçürərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs11 cəmi 1012 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə müharibədə iştirakı zamanı yaralanmış Göyçay rayon sakini X32 müalicəsi üçün “Facebook” sosial şəbəkəsində yerləşdirilmiş elanı görüb ona yardım edəcəyini vəd edib Ümid Azadova məxsus “Beynəlxalq bank’a aid 4127-2081-2464-6976 saylı hesab kartının fərdi məlumatlar olan hissəsinin fotoşəkilini sonuncudan aldıqdan sonra 03.12.2020-ci il tarixdə saat 11:00-da həmin hesabda olan cəmi 139 (yüz otuz doqquz) manat vəsaitini "CİB" proqramı vasitəsilə informasiya texnologiyalarından istifadə etməklə, öz istifadəsindəki “xxxx”a aid 4169-7413-3821-3927 saylı hesaba köçürməklə gizli olaraq talayıb, həmin pul vəsaitini 03 dekabr 2020-ci il tarixdə saat 17:54-də ünvan 3 ünvanında yerləşən “Üç Qardaşlar” marketi yaxınlığındakı bankomatdan çıxarmaqla Ümid Azadova cəmi 139 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3- 1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünün mobil telefonuna CİB proqramı yükləməklə ayrı-ayrı şəxslərin sosial şəbəkələrdə pul yardımı ilə bağlı müraciətlərini görüb həmin şəxslərə zənglər edib aldadaraq kartının hər iki tərəfinin şəklini çəkib göndərməsini deməklə, sonra isə həmin kartdan özünün və tanışlarının kart hesabına onlayn köçürmə etməklə müxtəlif məbləğlərdə əmlaklarını ələ keçirmişdir. Bu minvalla ilk dəfə 28.02.2020-ci il tarixdə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 adlı qadını aldatmış və ona məxsus kart hesabından 2300 manat pulu öz hesabına köçürmüşdür. Belə ki, həmin tarixdə sosial şəbəkələrin birində Gəncə şəhər sakini azyaşlı X3 xəstəliyi ilə bağlı ona yardım üçün başladılan elanı görüb, elanda olan mobil nömrəyə zəng etmişdir. Uşağın atası ilə telefonla danışdıqdan sonra ona uşağın müalicəsi məqsədi ilə 2500 manat pul yardım edəcəyi vəd edib inandırmış, daha sonra pulu yükləmək üçün bank hesab kartının hər iki tərəfinin şəklini çəkib ona “whatsapp” vasitəsi ilə göndərməsini istəmişdir. Şahid1 də öz anasının adına olan, üzərində Zərərçəkmiş şəxs1 yazılmış “xxxx” aid 5243-7544-1075- 4517 nömrəli hesabın fotoşəkilini ona göndərmişdir. Sonra telefonuna yüklədiyi CİB mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs1 məxsus “xxxx” bank hesabında olan 2300 (iki min üç yüz) manat pul vəsaitini öz istifadəsindəki “xxxx”a aid hesaba köçürərək həmin pulu hələ keçirmiş və öz şəxsi məsrəfləri üçün xərcləmişdir. Bundan sonra o, 03.06.2020-ci il tarixdə Qaradağ rayonu Qobu qəsəbəsi sakini Zərərçəkmiş şəxs3 xəstəliyi ilə bağlı ona yardım üçün sosial şəbəkədə yerləşdirilmiş elanı görüb, həmin elanda yerləşdirilmiş mobil nömrəyə zəng edərək ona yardım edəcəyini vəd edib danışmış və pulu yükləməsi məqsədi ilə bank hesab kartının hər iki tərəfinin şəklini çəkib ona “whatsapp” vasitəsi ilə göndərməsini istəmişdir. Zərərçəkmiş şəxs3 özünə məxsus “xxxx”a aid 4169-7413-0552-2805 nömrəli hesab kartının hər iki üzünün fotoşəkilini ona göndərmişdir. Bundan sonra o, hesabda olan 1000 manat pul vəsaitini öz istifadəsində olan “Rabitəbank”a aid hesab kartına köçürmüşdür. Bundan başqa o, 14 iyul 2020-ci il tarixdə sosial şəbəkələrin birində Hacıqabul rayon sakini azyaşlı X12 xəstəliyi ilə bağlı ona yardım üçün açılmış elanı görüb, həmin elanda yerləşdirilmiş mobil nömrəyə zəng edərək uşağa yardım edəcəyini vəd edib danışmış və pulu yükləməsi məqsədi ilə bank hesab kartının hər iki tərəfinin şəklini çəkib ona “whatsapp” vasitəsi ilə göndərməsini istəmişdir. İlkin Qasımovun anası Zərərçəkmiş şəxs4 məxsus “xxxx” aid 4169-7413-9803- 6226 nömrəli hesab kartının hər iki üzünün fotoşəkilinin “whatsapp” hesabına əldə etdikdən sonra, həmin hesabda olan 425 manat pulu öz istifadəsindəki “xxxx”a aid 4169-7377-2538- 2747 nömrəli hesaba köçürmüşdür. Bundan başqa o, 22.07.2020-ci il tarixdə sosial şəbəkələrin birində Masallı rayonu Ərkivan qəsəbə sakini 2016-cı il təvəllüdlü X8 müalicəsi üçün yardım elanını görüb, həmin elanda yerləşdirilmiş mobil nömrəyə zəng edərək uşağa yardım edəcəyini vəd edib uşağın atası Zərərçəkmiş şəxs5 ilə danışmışdır. Daha sonra pul vəsaitini köçürmək üçün ondan bank hesab kartının hər iki üzünü istəmişdir. Zərərçəkmiş şəxs5 həyat yoldaşı X31 məxsus “xxxx”a aid 5243-7544-1066-1548 nömrəli hesab kartının hər iki tərəfinin fotoşəkilini ona göndərmişdir. Kart hesabının fotoşəkillərini aldıqdan sonra o, 22.07.2020-ci il tarixdə həmin hesabda olan cəmi 1026,50 manat pul vəsaitini öz istifadəsindəki hesaba köçürmüşdür. Bundan başqa o, 11 sentyabr 2020-ci il tarixdə sosial şəbəkələrin birində Sumqayıt şəhər sakini X2 ürək əməliyyatı ilə bağlı ona yardım məqsədi ilə yerləşdirilmiş elanı görüb həmin elandakı mobil nömrəyə zəng edərək Ənvər Şahmuradovla danışmış, ona 10000 manat pul yardım edəcəyini vəd edərək ondan bank hesab kartının hər iki tərəfinin şəklini çəkib ona “whatsapp” vasitəsi ilə göndərməsini istəmişdir. Ənvər Şahmuradov özünə məxsus “xxxxda aid 5103-0714-6128-6318 nömrəli hesab kartının hər iki tərəfinin fotoşəkilini aldıqdan sonra 11 sentyabr 2020-ci il tarixdə həmin hesabda olan 2800 manat puli iki dəfəyə öz istifadəsindəki hesaba köçürmüşdür. Bundan başqa o, 17.09.2020-ci il tarixdə Gəncə şəhər sakini X13 xəstəliyi ilə bağlı sosial şəbəkədə yerləşdirilmiş elanı görüb, həmin elanda yerləşdirilmiş mobil nömrəyə zəng edərək Vüsalə Hüseynovanın anası Zərərçəkmiş şəxs2 ilə danışmışdır. Qızının müalicəsi üçün ona yardım edəcəyini deyib bank hesab kartının hər iki tərəfinin şəklini çəkib “whatsapp” vasitəsi ilə ona göndərməsini istəmişdir. Beləcə üzərində Zərərçəkmiş şəxs2 yazılmış “xxxx”a aid 4169- 7413-4244-6208 nömrəli hesab kartının hər iki tərəfinin fotoşəkilini aldıqdan sonra həmin hesabda olan 718.52 manat pul vəsaitini öz istifadəsindəki “xxxx”a aid 5243-75***4165 nömrəli hesaba köçürmüşdür. Bundan başqa o, 29.09.2020-ci il tarixdə sosial şəbəkələrin birində Bakı şəhəri Xətai rayonu sakini Şahid4 müalicəsi ilə bağlı yerləşdirilmiş elanı görüb həmin elandakı mobil nömrəyə zəng edərək Əhədin bacısı Zərərçəkmiş şəxs6 ilə danışaraq Şahid4 pul yardım edəcəyini vəd etmiş və ondan bank hesab kartının hər iki tərəfinin şəklini çəkib ona “whatsapp” vasitəsi ilə göndərməsini istəmişdir. 29.09.2020-ci il tarixdə üzərində Zərərçəkmiş şəxs6 yazılmış “xxxxa” aid 4169- 7413-2789-5890 nömrəli hesab kartının hər iki tərəfinin fotoşəkilini aldıqdan sonra, həmin hesabda olan 1816.36 manat pul vəsaitini iki dəfəyə öz istifadəsindəki “xxxxa” aid 5103-07***9172 nömrəli hesaba köçürmüşdür. Bundan başqa o, 02.11.2020-ci il tarixdə Nefçala şəhər sakini Zərərçəkmiş şəxs7 azyaşlı oğlu Loğman Bədəlovun xəstəliyi ilə bağlı ona yardım məqsədi ilə sosial şəbəkədə yerləşdirilmiş elanı görüb, həmin elandakı mobil nömrəyə zəng edərək Zərərçəkmiş şəxs7 ilə danışmış və pul vəsaitini göndərmək üçün bank hesab kartının hər iki tərəfinin şəklini çəkib ona “whatsapp” vasitəsi ilə göndərməsini istəmişdir. X39 yazılmış –“xxxxa” aid 6768-6753-2946- 4950 nömrəli hesab kartının hər iki tərəfinin fotoşəkilini aldıqdan sonra, həmin hesabda olan 590 manat pul vəsaitini mobil tətbiq vasitəsi ilə öz istifadəsindəki hesaba köçürmüşdür. Bundan başqa o, 13.11.2020-ci il tarixdə sosial şəbəkələrin birində Balakən rayon sakini Zərərçəkmiş şəxs8 müalicəsi ilə bağlı yerləşdirilmiş elanı görüb həmin elandakı mobil nömrəyə zəng edərək Zərərçəkmiş şəxs8 ilə danışmış və ona 3000 manat yardım edəcəyini vəd edib pul vəsaitini köçürmək üçün bank hesab kartının hər iki tərəfinin şəklini çəkib ona “whatsapp” vasitəsi ilə göndərməsini istəmişdir. Üzərində Zərərçəkmiş şəxs8 yazılmış “xxxx”a aid 4169-74***7087 nömrəli hesab kartının hər iki tərəfinin fotoşəkilini aldıqdan sonra həmin hesabda olan 528 manat pul vəsaitini mobil tətbiq vasitəsi ilə öz istifadəsindəki hesaba köçürmüşdür. Bundan başqa o, 17.11.2020-ci il tarixdə Qaradağ rayonu Lökbatan qəsəbə sakini X5 azyaşlı uşağının müalicəsi üçün sosial şəbəkədə yerləşdirilmiş elanı görüb həmin elandakı mobil nömrəyə zəng edərək Toğrul Əlilli ilə danışmış və ona pul vəsaitini köçürmək üçün bank hesab kartının hər iki tərəfinin şəklini çəkib “whatsapp” vasitəsi ilə göndərməsini istəmişdir. Toğrul Əlilliyə məxsus “xxxx”ASC-də 4169- 74***4883 nömrəli hesab kartının fotoşəkilini sonuncudan aldıqdan sonra həmin hesabda olan 677 manat pul vəsaitini öz istifadəsindəki hesaba köçürmüşdür. Bundan sonra o, 26.11.2020-ci il tarixdə Qəbələ rayon sakini, müharibədə iştirakı zamanı yaralanmış qazi Zərərçəkmiş şəxs10 müalicəsi üçün “Facebook” sosial şəbəkəsində yerləşdirilmiş elanı görüb həmin elandakı mobil nömrəyə zəng edərək, pul vəsaitini köçürmək üçün bank hesab kartının hər iki tərəfinin şəklini çəkib “whatsapp” vasitəsi ilə göndərməsini istəmişdir. Üzərində Zərərçəkmiş şəxs10 yazılmış “xxxxa” aid hesab kartının hər iki tərəfinin fotoşəkilini aldıqdan sonra, həmin hesabda olan 268 manat pul vəsaitini mobil proqram tətbiqi vasitəsi ilə öz istifadəsindəki “xxxx” aid 4169- 7413-3821-3927 saylı hesaba köçürmüşdür. Bundan sonra o, 01.12,2020-ci il tarixdə müharibədə iştirakı zamanı yaralanmış Bakı şəhəri Nəsimi rayon sakini Zərərçəkmiş şəxs11 müalicəsi üçün “Facebook” sosial şəbəkəsində yerləşdirilmiş elanı görüb həmin elandakı mobil nömrəyə zəng edərək, pul vəsaitini köçürmək üçün bank hesab kartının hər iki tərəfinin şəklini çəkib “whatsapp” vasitəsi ilə göndərməsini istəmişdir. Beləcə üzərində Zərərçəkmiş şəxs11 yazılmış “xxxx”a aid 4169-7385-3057-6481 saylı hesab kartının hər iki tərəfinin fotoşəkilini aldıqdan sonra, həmin hesabda olan 1012 manat pul vəsaitini elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə, mobil proqram tətbiqi vasitəsi ilə öz istifadəsindəki “xxxx”a aid 4169-7413-3821-3927 saylı hesaba köçürmüşdür. Bundan sonra o, 03.12.2020-ci il tarixdə “Facebook” sosial şəbəkəsində müharibədə iştirakı zamanı yaralanmış Göyçay rayon sakini Zərərçəkmiş şəxs12 müalicəsi üçün yerləşdirilmiş elanı görüb həmin elandakı mobil nömrəyə zəng edərək, pul vəsaitini köçürmək üçün bank hesab kartının hər iki tərəfinin şəklini çəkib “whatsapp” vasitəsi ilə göndərməsini istəmişdir. “Beynəlxalq bank”a aid 4127-2081-2464-6976 saylı hesab kartının hər iki tərəfinin fotoşəkilini aldıqdan sonra, həmin hesabda olan 139 manat vəsaitini mobil proqram tətbiqi vasitəsi ilə öz istifadəsindəki “xxxx"a aid 4169-7413-3821-3927 saylı hesaba köçürmüşdür. Zərərçəkmiş şəxs12 hesab kartından öz istifadəsindəki karta köçürdüyü həmin pul vəsaitini 03 dekabr 2020-ci il tarixdə saat 17:54-də ünvan 3 ünvanında yerləşən “Üç Qardaşlar” marketi yaxınlığındakı bankomatdan çıxartmaqla, pulu öz şəxsi məsrəflərinə xərcləmişdir. Sosial şəbəkələrdə rastlaşdığı yardım elanlarındakı mobil nömrələrə özünün adına məxsus olan mobil nömrələrdən zəng etməklə həmin şəxsləri aldadıb kart hesab nömrələrinin fərdi məlumatlarının əks olunduğu hissələrinin fotoşəkillərini aldıqdan sonra CİB mobil proqram təminatı vasitəsi ilə ələ keçirdiyi kart hesablarındakı pul vəsaitlərini həm özünün, həm də tanışları Şahid5, Şahid2, Şahid3 və X14 adına olan, lakin özünün istifadəsindəki hesab kartlarına köçürdükdən sonra pul vəsaitlərini bankomatlardan özü şəxsən çıxarmış və pulları təkbaşına özü xərcləmişdir. Adlarına olan kart hesablarına pul köçürdüyü şəxslər onun cinayət əməllərindən xəbərsiz olmuş, həmin şəxslərlə hər hansı cinayət əlaqəsinə girməmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadələri, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxslərin və şahid ifadələri, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, iki ildir ki, “Kubital Tunel” və “Karbel tunel” xəstəliyindən əziyyət çəkir. Həmin xəstəlik sinir sistemi ilə əlaqadar olduğudan o, sinir əməliyyatı olunmalıdır. Əməliyyat üçün isə təxminən 10000 manat pul lazımdır. Onun və valideyinlərinin həmin məbləğdə pulu olmadığı üçün "İnstagram" sosial şəbəkəsində, ona yardım etmələri üçün insanlara müraciət etməyə başlamışdır. Bu məqsədlə 2020-ci ilin aprel ayında öz adına "xxxx"da **********522805 nömrəli kart hesabı açdırmışdır. Səxavətli insanlar həmin karta müəyyən məbləğlərdə pul yükləmiş və kartda qısa müddət ərzində təxminən 2660 manat pul yığılmışdır. 02.06.2020-ci il tarixda saat 23:29-da anası Şəlalə Nəsibovanın istifadəsində olan 070 *** ** ** saylı nömrəsinə əvvəllər tanımadıqları şəxs +7776787 53 15 nömrə ilə "Whatsapp” sosial şəbəkəsi vasitəsilə zəng edərək guya onun əməliyyatı üçün pul köçürmək istədiyini bildirmiş, buna görə də hesab kartının hər iki üzünün şəklini çəkib ona göndərməsini bildirmişdir. O və anası həmin şəxsə inanaraq kartın hər iki üz şəklini çəkib həmin şəxsə göndərmişdir. Lakin bir neçə dəqiqədən sonra ona gələn mesajla hesabındakı 1000 manat pulun çıxarıldığını öyrənmişdir. Həmin şəxsin sonradan nömrəsinə zəng çatmamışdır. Buna görə də anası Şəlalə Nəsibova DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, daha sonra özü faktla bağlı şikayət ərizəsi yazmışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəyən zərər ödənilməmişdir. Şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, qardaşı Şahid4 uzun müddətdir ki, dialez xəstəsidir. Onu müalicə etdirməkdə ailəsinin maddi vəziyyəti aşağıdır. Buna görə də, insanlardan gələn xeyriyyə məqsədilə toplanılan yardımı qəbul etmək üçün “xxxx”ASC-ə məxsus hesab kartı açdırmışlar. Həmin hesab kartı sosial şəbəkələrdə paylaşılmış və insanlardan qardaşı dialez xəstəsi olan Şahid4 müalicə üçün yardım istənilmişdir. 29.09.2020-ci il tarixdə qardaşının istifadəsində olan 055-913-96- 29 mobil nömrəsinə ***-***-**-** və ***-***-**-** mobil nömrələrindən zəng gələrək bildirilmişdir ki, guya qardaşına yardım etmək istəyir, sadəcə adının açıqlanmasını istəmir. Həmin şəxsin səxavətli və yardımsevər vətəndaş olduğuna inandıqları üçün qardaşı ona məxsus bank kartının hər iki tərəfinin fotoşəklini çəkərək ona atmışdır. Bir müddət sonra öyrənmişlər ki, kart hesabında olan 1816 manat pul qanunsuz olaraq çıxarılmışdır. Onlar həmin şəxslə yenidən əlaqə qurmağa cəhd etsələr də, o, whatsapda onların nömrəsin blok etmiş və telefonunu söndürmüşdür. Buna görə də o, həmin şəxsin məsuliyyətə cəlb olunması üçün barəsində polisə şikayət ərizəsi yazmışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəyən zərər ödənilməmişdir. Şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 4 yaşlı oğlu X33 2020-ci ilin sentyabr ayından böyrək çatışmazlığından əziyyət çəkir. Oğlunun müalicəsi üçün yetərli imkan olmadığından 2020-ci ilin oktyabr ayından sosial şəbəkələrdə yardım aksiyası başlatmışlar. Müalicə üçün yardım edənlər atası X7 məxsus 6768 6753 2946 4950 nömrəli “xxxx”ASC-ə məxsus hesab kartına yükləmişlər. Kart hesabında ümumi məbləğdə 590 manat 70 qəpik pul vəsaiti olmuşdur. 02.11.2020-ci il tarixdə saat 12:37-də tanımadığı bir nəfər şəxs ***-***-**-** saylı mobil nömrədən zəng gələrək, guya kartın sahibini dəqiqləşdirmək üçün, hesab kartın son 4 rəqəmini onlardan soruşmuşdur.Onun nə dediyini başa düşmədiyindən, hesab kartının son 4 rəqəmini ona demişdir. O, hesab kartını öz istifadəsində olan ***-***-**-** mobil nömrəsinə yönləndirdiyi üçün həmin zəng gəldikdən bir müddət sonra əvvəlcə 5 manat, sonra 586 manat, bir müddət sonra isə geridə qalan 3 manat hesab kartından çəkilməsi barədə mesaj gəlmişdir. Həmin vaxt o, Bakı şəhəri Qaradağ rayonundan taksi ilə Neftçala rayonuna gedirmiş. O,13.11.2020-ci il tarixdə xxxxa gedərək hesab kartın mədaxil-məxaric hesablarını öyrənmişdir. 19.11.2020-ci il tarixdə Reyesterdə 7E-1287 nömrə ilə qeydiyyatda olan etibarnamə ilə atası X1 Bank 6768 6753 2946 4950 nömrəli kart hesabını ona etibar etmişdir. Ona görə də Neftçala RPŞ-ə ərizə ilə müraciət edərək onun hesab kartından oğurlanmış pulun geri qaytarılması və həmin şəxsin məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəyən zərər ödənilməmişdir. Şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, oğlu X44 12.06.2020-ci ildə Bakı şəhərində anadan olmuşdur. Anadangəlmə qüsurlu olan oğlu Zeyd Əlili doğulduğu gündən 1-ci dərəcəli ürək çatışmazlığından əziyyət çəkir. “xxxx”ASC-ə məxsus hesab kartı arvadı X18 adınadır. Sentyabr ayının əvvəllərində müalicə məqsədilə maddi imkanın çatışmazlığı və dolanışıq üçün həmin hesab kartını və ***- ***-**-** mobil nömrəsini sosial şəbəkələrdə paylaşmışlar. Noyabr ayının 6-da onlara ***-***- **-** mobil nömrəsindən mesaj gələrək, yardım etmək istədiyini bildirmişdir. O, yalan vədlər ilə kartın hər iki tərəfinin şəklini istəmişdir. Onlar əvvəlcə kartın ön tərəfinin şəklini atan zaman, o, yalan söyləyərək bildirmişdir ki, 4300 manat pul vəsaitini 1000 azn olmaqla 4 dəfə, 300 manatı isə bir dəfə olmaqla göndərəcək. Onun yalan vədlərinə inanaraq kartın arxa tərəfinin şəklini çəkib ona göndərmişlər. O, bir müddət kartda pul məbləğinin artmasını gözləmişdir. 17 noyabr 2020-ci il tarixdə o, kart hesabından 677 manat pul oğurlandığını aşkar etmişdir. Buna görə də, polisə gedib onu aldadıb kart hesabındakı pulları çıxaran şəxsin barəsində şikayət ərizəsi yazmışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəyən zərər ödənilməmişdir. Şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, 13.07.2020-ci ildə hərbi xidmətə yollanmışdır. İİ Qarabağ Müharibəsi iştirakçısıdır. Qarabağ uğrunda, Ağdərə istiqamətində gedən döyüşlərdə ağır yaralanmışdır. Bir müddət müalicə aldıqdan sonra həm müalicə, həm də dolanışıq üçün sosial şəbəkələrdə “xxxx”ASC-ə məxsus bank hesabı açdırmışlar. Bir müddət sonra qaziyə kömək məqsədilə dost tanışları sosial şəbəkələrdə kart hesabını paylaşaraq xeyriyyə kompaniyası başlatmışlar. Vətəndaşların yardımı ilə özünə məxsus hesab kartına ümumillikdə 1012 manat pul vəsaiti köçürülmüşdür. Hesab kartı sosial şəbəkələrdə ***-***-**- ** mobil nömrəsilə paylaşılmışdır. 01.12.2020-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə əvvəllər tanımadığı ***-***-**-** mobil nömrəsindən vhatsapp vasitəsilə mesaj gələrək bildirilmişdir ki, yardım etmək üçün hesab kartına özü tərəfindən 2 dəfə olmaqla min manat, dostu tərəfindən isə bir dəfə olmaqla 500 azn pul köçürüləcəkdir. O, yalan vədlərə inanmış və ona zəng edən şəxsin istədiyi kimi kart hesabının hər iki tərəfinin foto şəklini çəkib ona atmışdır. Bir müddət keçdikdən sonra kartda olan 1012 manat pul vəsaitinin kartdan oğurlandığını müəyyən etmişdir. Həmin şəxsin müəyyən edilib məsuliyətə cəlb olunması üçün hüquq mühafızə orqanlarına müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəyən zərər ödənilməmişdir. Şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X2 hüquqi varisi qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, atası Ənvər Şahmuradov 19.09.2020-ci il tarixdə əməliyyat olunduğu xəstəxanada vəfat etmişdir. Atası 8 ilə yaxın idi ki, ürək çatışmazlığından əziyyət çəkirdi. Onun əməliyyat xərclərinə yardım üçün “Facebook” sosial şəbəkəsində elan yerləşdirilmişdir. Onda olan məlumata görə əvvəllər atası Ənvərin işlədiyi Mühəndislik Universitetində onunla birlikdə müəllimə işləmiş Nuranə adlı xanım atasına zəng edərək bir nəfər şəxsin onun müalicəsi üçün 10000 manat pul yardım etmək istədiyini deyib, atasının mobil nömrəsini ona vermişdir. Həmin şəxs 050 ***-**-** nömrəsindən atasına “whatsapp” vasitəsi ilə zəng edərək 10000 manat pul vəsaitini köçürmək üçün bank kartının hər iki tərəfinin fotoşəklini atmasını ondan istəmişdir. Mərhum atası Ənvər də buna inanmış və öz maaş kartı olan “xxxxa” aid kartın hər iki üzünün fotoşəklini həmin şəxsə göndərmişdir. Lakin sonradan bilmişdir ki, həmin hesabda yığılmış 2800 manat pul vəsaiti internet vasitəsi ilə başqa hesaba köçürülmüşdür. Buna görə də mərhum atası Ənvər hələ sağlığında Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək şikayətçi olmuşdur. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəyən zərər ödənilməmişdir. Şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram ünvanlayaraq səhhətilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, şikayətçi olduğunu və pununun ödənilməsini bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs1 həmin ifadəsində göstərmişdir ki, oğlu Şahid1 ailəsi ilə onunla birgə qeyd etdiyi ünvanda yaşayır. Onun 8 yaşlı nəvəsi Elman anadan gəlmə ayağında sümük əyriliyi xəstəliyindən əziyyət çəkir. Bir neçə dəfə müalicə etdirsələr də tam effekti olmamışdır. O, nəvəsi Elmanın xəstəliyinə kömək məqsədilə 2020-ci ilin yanvar ayında dəqiq tarixini xatırlamadığı tarixdə Space televiziyasında Elvin Baskallının verilişinə çıxaraq, nəvəsi Elmanın müalicəsi üçün yardım istəmişdir. Sonra həmin verilişdən ona bildirmişlər ki, öz adına hesab kartı açılsın, insanlardan gələn maddi yardımı kart vasitəsinə köçürülsün. Beləcə o, öz adına "xxxx” ASC-dən Albalı kart hesabı açdırmışdır. Təxminən bir ay müddətinə həmin karta 2393 manat pul toplanmışdır. Nəvəsinin müalicəsinə təxminən 6000 manat pul lazım olmuşdur. Nəvəsinin müalicəsi ilə bağlı yardım elanına özünün mobil nömrəsini də yerləşdirmişdir. 27 fevral 2020-ci il tarixdə günorta saatlarında onun mobil nömrəsinin “whatsapp” şəbəkəsinə 007-770-751-6047 və 007-777- ***-**-** mobil nömrələrindən zəng gəlmişdir. Zəng edən şəxs sosial şəbəkədə nəvəsinin xəstəliyi ilə bağlı olan elan gördüyünü və uşağın müalicəsi üçün 2500 manat pul köçürmək istədiyini demiş, bu məqsədlə ondan şəxsiyyət vəsiqəsinin və hesab kartının iki üzünün fotoşəklini çəkib ona göndərməsini istəmişdir. Zəng edən şəxsin səxavətli və yardımsevər vətəndaş olduğunu güman edib ona inanmış və dediyi kimi vəsiqəsinin, eləcə də hesab kartın hər iki tərəfinin fotoşəklini çəkib ona “whatsapp” şəbəkəsi vasitəsi ilə göndərmişdir. Lakin bir müddət sonra həmin şəxsdən cavab gəlmədiyini görüb şübhələnmiş və bank hesabını yoxlamaq üçün “xxxx”a gedəndə hesabından təxminən 2323 manat pulun başqa şəxsin kart hesabına köçürüldüyünü öyrənmişdir. Beləcə DİN-nin 102 Xidmətinə zəng edib məsələ barədə məlumat vermiş, daha sonra isə Kəpəz rayon Polis idarəsinə gedib şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram ünvanlayaraq 18.09.2020-ci il tarixdə 718.00 manat pulunun oğurlandığını, dəymiş zərərin hələ də ödənilmədiyini, xəstə olduğu üçün məhkəmə iclasına gələ bilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs2 həmin ifadəsində göstərmişdir ki, qızı Vüsalə Hüseynova xəstə olduğu üçün onu müalicə etdirmək məqsədilə ianə toplanılması üçün xxxxda öz adına 4169 7413 4244 6208 seriya nömrəli bank kartı ilə hesab açdırmışdır. Həmin kart hesabına ayrı-ayrı şəxslər tərəfindən 17.09.2020-ci il tarixədək ümumillikdə 722 manat ianə pul yığılmışdır. 17.09.2020-ci il tarixdə tanımadığı 1 nəfər şəxs ***-***-**-** saylı mobil nömrənin “whatsapp” proqramı vasitəsilə qızına məxsus mobil nömrənin “whatsapp” proqramına mesaj yazaraq yardım etmək istədiyini bildirmişdir. O, kartın ön və arxa tərəfinin foto şəkilini istəmişdir. Onlar həmin şəxsin səxavətli və yardımsevər vətəndaş olduğuna inanmış və beləcə qızı Vüsalə Hüseynova onun adına olan hesab kartının ön və arxa tərəfinin foto şəkilini çəkərək həmin şəxsə yollamışdır. O, kart hesabını telefonuna yönəltdiyi üçün pulun məxaric olunması barədə ona mesaj gəlmişdir. Beləcə, əvvəllər tanımadığı naməlum şəxs kartın hesabında olan 722 manat pulun 718 manatını onlayn şəkildə digər kart hesabına köçürərək yığılmış pulu oğurlamışdır. Buna görə də, o, dərhal 102 xidmətinə və sonradan isə Kəpəz RPİ-nə rəsmi olaraq müraciət etmişdir. Zərərçəkmiş şəxs X23 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilməsini qeyd etmişdir. Zərərçəkmiş şəxs X9 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. X23 həmin ifadəsində göstərmişdir ki, "vaskulit veginer" xəstəliyindən əziyyət çəkir və ölkə daxilində müalicəsi riskli olacağı üçün həkimlər ona Türkiyə və ya Almaniyada müalicə olunmağını tövsiyə etmişlər. Türkiyədə müalicə olunmaq üçün 5000 manat maliyyə vəsaiti tələb olunduğundan və həmin pulu maddi vəziyyəti ilə əlaqədar ödəyə bilməyəcəyi üçün öz adına “xxxx"da **********067087 nömrəli hesab kartı açdırmış və müalicəsinə köməklik etmələri üçün sosial şəbəkələrdə elan yerləşdirmişdir. 13.11.2020-ci il tarixdə saat 14:06-da tanımadığıqları şəxs ***-***-**-** nömrəsi ilə anasına zəng edən şəxs ona yardım etmək istədiyini bildirmiş, tələb olunan məbləği soruşduqda anası ona 2000 manat pulun toplandığını, 3000 manat tələb olunduğunu bildirmişdir. Daha sonra həmin şəxs onunla danışıb “whatsapp” vasitəsilə ona yazaraq, pul köçürmək üçün 3 dəfəyə hər dəfə 1000 manat olmaqla ümumilikdə 3000 manat pul göndərəcəyini demişdir. Bunun üçün ona hesab kartının hər iki üzünün fotoşəkillərini göndərməsini istəmişdir. Həmin şəxsə inanaraq, istifadəsində olan xxxxa aid **********067087 nömrəli hesab kartının fotoşəkillərini ona göndərmişdir. Lakin qısa müddət sonra hesabında olan 528 manat pulun "CİB" köçürmə sistemi vasitəsi ilə başqa hesaba köçürüldüyünü bilmişdir. Ona görə də bu barədə şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilməsini qeyd etmişdir. Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs5 həmin ifadəsində göstərmişdir ki, 2016-cı il təvəllüdlü oğlu İsmayılın müalicəsi ilə bağlı ona yardım üçün sosial şəbəkələrdə elan yerləşdirmişlər. 22.07.2020-ci il tarixdə onun istifadəsində olan mobil nömrəyə +**********9 nömrəsindən zəng gəlmiş, zəng edən şəxs uşağın müalicəsi üçün pul köçürmək istədiyini deyib bank hesab kartının hər iki tərəfinin fotoşəklini ona göndərməsini istəmişdir. O da arvadı Ayşən Ariflinin adına olan “xxxx”a aid kart hesabının hər iki tərəfinin fotoşəklini çəkib göndərmişdir. Bir qədər sonra onun mobil nömrəsinə həmin kişi 050437-26-12 nömrədən zəng edərək onun telefonuna bank tərəfindən göndərilən kodu istəmiş, o da həmin şəxsə dediyi kodu bildirmişdir. Lakin səhərisi gün həyat yoldaşı Ayşən banka gedib kartdan pul çəkmək istəyəndə, hesabda olan təxminən 1000 manat pulun başqa hesaba köçürüldüyünü bilmişdir. Buna görə də onlar Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişlər. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs2 həmin ifadəsində göstərmişdir ki, qızı Vüsalə Hüseynova xəstə olduğu üçün onu müalicə etdirmək məqsədilə ianə toplanılması üçün xxxxda öz adına 4169 7413 4244 6208 seriya nömrəli bank kartı ilə hesab açdırmışdır. Həmin kart hesabına ayrı-ayrı şəxslər tərəfindən 17.09.2020-ci il tarixədək ümumillikdə 722 manat ianə pul yığılmışdır. 17.09.2020-ci il tarixdə tanımadığı 1 nəfər şəxs ***-***-**-** saylı mobil nömrənin “whatsapp” proqramı vasitəsilə qızına məxsus mobil nömrənin “whatsapp” proqramına mesaj yazaraq yardım etmək istədiyini bildirmişdir. O, kartın ön və arxa tərəfinin foto şəklini istəmişdir. Onlar həmin şəxsin səxavətli və yardımsevər vətəndaş olduğuna inanmış və beləcə qızı Vüsalə Hüseynova onun adına olan hesab kartının ön və arxa tərəfinin foto şəklini çəkərək həmin şəxsə yollamışdır. O kart hesabını telefonuna yönəltdiyi üçün pulun məxaric olunması barədə ona mesaj gəlmişdir. Beləcə, əvvəllər tanımadığı naməlum şəxs kartın hesabında olan 722 manat pulun 718 manatını onlayn şəkildə digər kart hesabına köçürərək yığılmış pulu oğurlamışdır. Buna görə də, o, dərhal 102 xidmətinə və sonradan isə Kəpəz RPİ-nə rəsmi olaraq müraciət etmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs4 həmin ifadəsində göstərmişdir ki, 2012-ci il təvəllüdlü oğlu İlkin Qasımov bir neçə aydır ki, beyin xərçəngindən əziyyət çəkdiyi üçün ona cərrahi əməliyyat lazım olduğundan onun adına “xxxx” ASC-yə aid bank hesabı açılmışdır. Bu niyyətlə sosial şəbəkədə bu barədə məlumat yerləşdirilmiş və həmin kart hesabına 2200 manat pul yığılmışdır. Onlar həmin pulun bir qismini müalicə məqsədi ilə xərcləsələr də, həmin kart hesabında 425 manat nəğd pul vəsaiti qalmışdır. 14 iyul 2020-ci il tarixdə tanımadıqları bir nəfər şəxsə onlara +7***-***-**-** saylı nömrə ilə zəng vuraraq İlkinin vəziyyəti ilə maraqlanmış, kart hesabına 5000 manat nəğd pul köçürəcəyini bildirərək kartın nömrəsini və fotoşəklini istəmişdir. Onlar da həmin şəxsin deməsindən sonra kartın nömrəsini yəni, 4169-7413-9803-6226 saylı “xxxx” ASC-yə məxsus kartın nömrəsini həmin şəxsin nömrəsinə göndərmiş, sonra isə həmin şəxsin kartda olan 425 manat nəğd pulu gizli olaraq oğurlamasını aşkar etmişdir. Zərərçəkmiş şəxs10 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Zərərçəkmiş şəxs10 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs10 həmin ifadəsində göstərmişdir ki, o, İİ Qarabağ Müharibəsi iştirakçısıdır. Qarabağ uğrunda Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanmışdır. Bir müddət müalicə aldıqdan sonra, həm müalicə, həm də dolanışıq üçün dostlarının təkidi ilə sosial şəbəkələrdə yardım üçün elan yerləşdirmişlər. 27.11.2020-ci il tarixdə istifadəsində olan 055 ***-**-** mobil nömrəsinə, əvvəllər tanımadığı ***-***-**-** mobil nömrəsindən whatsapp vasitəsilə zəng edərək, ona yardım etmək istədiyini, bunun üçün kartın hər iki tərəfinin fotoşəklini ona yollamağı bildirmişdir. O, həmin şəxsin yalan vədlərinə inanmış və atası Yaşar İsrafılova məxsus maaş kartının hər iki üzünün fotoşəklini ona göndərmişdir. Lakin qısa müddət sonra həmin hesabda olan 268 manat pul vəsaitinin kartdan oğurlandığını müəyyən etmişdir. Həmin şəxsin müəyyən edilib məsuliyətə cəlb olunması üçün atası hüquqmühafızə orqanlarına müraciət etmişdir. Zərərçəkmiş şəxs12 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Zərərçəkmiş şəxs12 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs12 həmin ifadəsində göstərmişdir ki, İİ Qarabağ Müharibəsinin iştirakçısıdır. Müharibə zamanı aldığı xəsarətlərə görə Silahlı Qüvvələrin hərbi hospitalında müalicəsi davam etdirən ərəfədə, qohum-tanışları tərəfindən onun müalicəsi üçün ona maddi yardım məqsədi ilə sosial şəbəkələrdə elan yerləşdirmişlər. Ona yardım edən vətəndaşlar istifadəsində olan Beynəlxalq banka aid 4127-2081-2464-6976 nömrəli kart hesabına pul köçürmüşlər. 03 dekabr 2020-ci il tarixdə saat təxminən 21 radələrində o, hərbi hospitalda müalicə alarkən ***-***-**-** saylı nömrədən onun mobil nömrəsinə bir nəfər kişi zəng edərək onun hesab kartına 2500 manat məbləğində pul köçürmək istədiyini deyib, kartın hər iki tərəfdən yəni ön və arxa tərəfdən şəklini çəkib onun nömrəsinin whatsapp adresinə yollamağını istəmişdir. O, həmin şəxsin dediklərinə inanmış və kartın hər iki tərəfdən fotoşəklini çəkib ona göndərmişdir. Bir neçə dəqiqədən sonra kartından 139 manat pul çıxarıldığını müəyyən etmişdir. Həmin şəxs tərəfindən aldadıldığını başa düşüb bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermiş, sonra isə şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, dialez xəstəliyindən əziyyət çəkir, lakin maddi imkanın çatışmazlığı səbəbindən müalicəsini davam etdirə bilməmişdir. Maddi cəhətdən çətinlik çəkdiyi üçün bacısı Gültəkin "xxxx”ASC-ə məxsus kart hesabı açdıraraq, sosial şəbəkələrdə paylaşmış, insanlardan gələn yardımları qəbul etmişdir. 29.09.2020-ci il tarixdə günorta saatlarında istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə ***-***-**-** və ***-***-**-** mobil nömrələrindən adını təqdim etməyən bir nəfər şəxs bildirmişdir ki, guya onun müalicəsinə kömək edəcəkdir. O, ödəmə üçün bacısının adına olan kartın hər iki tərəfinin şəkilini ondan istədikdə,onun yalan vədlərinə inanaraq ona kartın hər iki tərəfinin şəkilini çəkərək whatsapp şəbəkəsi vasitəsi ilə göndərmişdir. Bir müddət sonra ondan xəbər çıxmadıqda onlar şübhələnərək, kart hesabını yoxlayan zaman məlum olmuşdur ki, kartda olan 1816 manat pul vəsaiti oğurlanmışdır. Ona görə də, bacısı Zərərçəkmiş şəxs6 polisə bu barədə şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 tanımır. Özünə məxsus “xxxx” ASC-ə məxsus 5354********2925 nömrəli hesab kartını 2020-ci ilin aprel ayında əldə etmişdir. Həmin kartı daimi maaş nəzərdə tutulan kart deyil, sadəcə olaraq işlədiyi pulu nağdlaşdırmaq üçün həmin hesab kartını açdırmışdır. 2020-ci ilin may ayında dəqiq vaxtını xatırlamadığı tarixdə “Tap.az” internet portalında iş axtaran zaman, günlük 20 manat məbləğində ev təmizliyi elanı görmüşdür. Həmin elanın sahibi ***-***-**-** mobil nömrəsini yerləşdirərək, adını Uğur deyə qeyd etmişdir. Onunla əlaqə saxlayan zaman o bildirmişdir ki, onun yaşadığı ünvan Nizami metrosu ilə İçərişəhər arasında 1 otaqlı fərdi yaşayış evidir və o, kirayədə qalır. Həmin gün onun dediyi evə gedərək razılaşmışlar ki, sabahdan işə başlasın. Bir az söhbət etdikdən sonra həmin şəxs telefon alveri ilə məşğul olduğunu bildirmişdir. Onun dediyi vaxtdan o, işə başlamış və ilk iş günündə 20 manat pul götürmüşdür. 14 gün ərzində o, 2 dəfə onun evini təmizləmiş və pulu nağd almışdır. Sonuncu dəfə isə pulu vermək üçün onu Nərimanov rayonu Montin deyilən yerdə Araz marketin yaxınlığına çağırmışdır. Uğur ona bildirmişdir ki, axırıncı zəhmət haqqısı olan pulu ona kart vasitəsilə köçürtsün. O, Uğurla razılaşaraq bildirmişdir ki, istəyən zaman ona kartının rəqəmini bildirəcəkdir. Uğur ona olan 30 manat borcunu ödəmək üçün ondan kartının son 4 rəqəmini istəmişdir. O, kartının son 4 rəqəmi olan 2925 nömrəsini ona bildirmişdir. 03 iyun 2020-ci il tarixdə saat 02 radələrində Uğur ona zəng edərək bildirmişdir ki, 30 manat pulu montində yerləşən Araz marketin qarşısına gələrək götürsün. Həmin vaxt Uğur ondan plastik kartını istəmiş və o bildirmişdir ki, kartı evdə qalmışdır. O, yenidən evə gedərək kartı götürüb Araz marketin qarşısına qayıtmışdır. Həmin vaxt Uğur ona bildirmişdir ki, o, telefonunu satmışdır və onun pulunu ona məxsus olan hesab kartına göndəriləcəkdir. Uğur kartı ondan alaraq Araz marketin qarşısında quraşdırılmış “xxxx” ASC-ə məxsus bankomatdan 200 manat pul çıxartmışdır. Bankomatda pulun olmadığını bildirərək, Nərimanov məhkəməsinin qarşısında yerləşən “xxxx”ASC-ə məxsus bankamatdan pulun çıxardacağını bildirmişdir. Uğur adlı şəxs onun zəhmət haqqısı olan 30 manatını verən zaman bildirmişdir ki, 800 manat pulu həmin o bankamatdan çıxartmışdır. O,həmin vaxtdan sonra Uğurla sağollaşmış və bir daha görməmişdir. Sonradan bilmişdir ki, ona özünü Uğur kimi təqdim edən şəxs Zərərçəkmiş şəxs3 adlı şəxsi aldadaraq onun kart hesabındakı pulu ona məxsus bank hesab kartına köçürmüşdür. Şahid Məmmədxanova (Alquliyeva) Sevil Ələkbər qızı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq hal-hazırda Naxçıvan şəhərində olduğundan və ailə vəziyyətinə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid Məmmədxanova (Alquliyeva) Sevil Ələkbər qızının məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. O, həmin ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2020-ci ilin oktyabr ayında “instagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş, bir həftə yazışdıqdan sonra bir yerdə yaşamağı, daha sonra nikaha girməyi qərara almışlar. Beləcə Ramillə görüşdükdən sonra onun təklifi ilə Gəncə şəhərinə gedib orada kirayədə yaşamağa başlamışlar. Ramilin deməyinə görə, o, elektrik məişət avadanlıqlarının satışı ilə məşğul olur. Gəncə kirayədə yaşadıqları zaman Ramil ona elektrik məişət əşyalarının satışında pul köçürmələri ilə əlaqədar zərurət olduğundan onun bank kartını istəmişdir. O da əvvəlki həyat yoldaşından boşandıqdan sonra aliment borcunun yüklənməsi üçün öz adına Kapita Bank-da kart hesabı aşdırdığı üçün həmin kartı Ramilə vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Ramil ona məxsus kart hesabına ayrı-ayrı şəxsləri aldadıb kart hesablarından ələ keçirdiyi pul vəsaitlərini köçürmüşdür. Ancaq onun Ramilin həmin əməlləri ilə heç bir əlaqəsi olmamış, Ramil bu işləri özü təkbaşına görmüşdür. Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o bildirmişdir ki, anası X4 və öz ailəsi ilə birlikdə yaşayır. Rəsmi qaydada heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. 8 yaşlı oğlu Elman anadan gəlmə sol ayağında sümük əyriliyi xəstəliyi var. Bir neçə dəfə müalicə etdirsə də, effekti olmamışdır. X54 kömək məqsədilə 2020-ci ilin yanvar ayında dəqiq tarixini xatırlamadığı vaxtda “SPACE” tv-də yayımlanan Elvin Baskallının xəbərlər verilişinə çıxaraq, Elman üçün imkanlı şəxslərdən yardım istəmişdir. Onlar yardımları qəbul etmək üçün Anası Zərərçəkmiş şəxs1 adına bank hesabı kartı açdırmışlar. Yardımları toplamaq məqsədilə hesab kartını televiziyaya vermişlər. Həmin karta təxminən 1 ay müddətində 2293 manat pul vəsaiti yığılmışdır. Həmin karta pul köçürən şəxslər anası Gülpəriyə whatsapp vasitəsilə köçürmə sənədinin şəklini atırmışlar. Oğlu Elmanın tam şəkildə müalicəsinə 6000 manat pul məbləğinə ehtiyac var imiş. Yığılan puldan başqa müalicə üçün onlar kredit götürmək qərarına gəliblər. 25.02.2020-ci il tarixdə “xxxx”ASC-dən 2700 manat kredit götürərək, Elmanı həkimə aparmağa hazırlaşırmışlar. 27.02.2020-ci il tarixdə anasının istifadəsində olan ***-***-**-** mobil nömrəsinə whatsapp vasitəsilə 007-770-751-6047 və 007-***-***-**-** mobil nömrələrindən zəng gələrək guya Elman üçün yardım etmək istədiyini bildirmişdir. O, anasından Elmanın müalicəsi üçün nə qədər pula ehtiyac olduğunu soruşduqda, anası bildirmişdir ki, 2400 manat pul yığılıb 2700 manat kredit götürülüb, 1000 manat pul isə çatışmır. O, yalançı vədlər ilə ailəni inandıraraq guya 2500 manat pul verəcəyini, lakin köçürmə edə bilmədiyi üçün, kartın hər iki tərəfinin foto şəkilini onlardan istəmişdir. Onlar həmin şəxsin yalan vədlərinə inanaraq, kartın hər iki tərəfinin foto şəklini çəkib onlara atmışdır. Ondan bir müddət xəbər çıxmadıqda artıq ondan şübhələnməyə başlamışlar. Sonra banka gedib kartı yoxlayan zaman, məlum olmuşdur ki, kartda olan 2323 manat pul vəsaitini başqa bir karta köçürülmüşdür. Buna görə də əvvəlcə “102”çağrı mərkəzinə sonra isə Kəpəz rayon polis idarəsinə şikayətlərini bildirmişlər. Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o bildirmişdir ki, 2020-ci ilin yay aylarında Təqsirləndirilən şəxs ilə tanış olmuş və aralarında sevgi münasibətləri yaranmışdır. Ramil özünü ona elektron əşyaların alqı-satqısı və xeyirxahlıq işləri ilə məşğul olan bir şəxs kimi təqdim etmişdir. 2020-ci ilin avqust ayında, dəqiq xatırlamadığı gündə Ramil ona məxsus bank hesab kartı olub-olmadığını soruşmuşdur. O “xxxxda” öz adına açdırdığı hesab kartı olduğunu bildirdikdə Ramil satdığı elektron əşyanın pulunu həmin hesaba göndəriləcəyini deyib kartının fərdi məlumatlarını istəmişdir. Ona inandığı üçü həmin məlumatları vermiş, daha sonra Ramil karta pulun köçürüldüyünü deyib birgə gedib hesabdan pulu çıxartmağı təklif etmişdir. Elə Ramillə birgə getmiş və öz hesab kartını Ramilə vermişdir. Bankomatdan pulu çıxardandan sonra Ramil kartı özündə saxlamışdır. Sonra kartını Ramildən geri istəsə də o verməmiş, hətta onun zənglərinə cavab verməmişdir. Bundan sonra o, Ramildə olan bank kartını bağlatmaq üçün banka müraciət etmişdir. Polisə çağırılanda, Ramilin ona məxsus bank hesabına başqa şəxsin kartında olan pulu köçürdüyünü bilmişdir. Ramilin cinayət əməllərindən xəbərsiz olmuş, onunla heç bir cinayət əlaqəsinə girməmiş və onun hesab kartına Zərərçəkmiş şəxs2 adı şəxsin bank hesabından köçürülmüş puldan heç nə çatmamış, pulu Ramil özü çıxartmışdır. Şahid Zərərçəkmiş şəxs13 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Şahid Zərərçəkmiş şəxs13 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o bildirmişdir ki, oğlu Zərərçəkmiş şəxs12 İİ Qarabağ müharibəsində iştirakı zamanı yaralanmış və uzun müddət hərbi hospitalda müalicə olunmuşdur. Maddi vəziyyətləri yaxşı olmadığı üçün oğlunun müalicəsinə yardım məqsədi ilə sosial şəbəkələrdə elan yerləşdirilmişdir. 02 dekabr 2020-ci il tarixdə onun istifadəsində olan mobil nömrəyə 070 ***-**-** saylı nömrədən zəng gəlmiş, özünü Ramil kimi təqdim edən şəxs oğlunun müalicəsi üçün kart hesabına pul köçürəcəyini deyib, kartın məlumatlarını istəmişdir. Onun bu cür işlərdən anlayışı olmadığı üçün oğlu Ümüdin mobil nömrəsini deyib ona zəng etməsini xahiş etmişdir. Bildiyinə görə, oğlu Ümüd də özünün adına olan kartın hər iki tərəfinin fotoşəkillərini çəkib Ramil adlı şəxsin whatsapp hesabına göndərmişdir. Lakin, bir qədər sonra oğlu kart hesabındakı 139 manat pul vəsaitinin başqa hesaba köçürüldüyünü müəyyən etmişdir. Bundan sonra o da öz növbəsində Ramil adlı şəxsə zəng etsə də ona zəng çatmamışdır. Şahid X34 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Şahid X20 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o bildirmişdir ki, oğlu Zaur İsrafılov İİ Qarabağ müharibəsi zamanı aldığı xəsarətlərdən yaralanmışdır. Onun müalicəsi və sosial vəziyyətləri ilə bağlı qohum və tanışları tərəfindən “Facebook” sosial şəbəkəsində xeyriyyə üçün elan yerləşdirilmişdir. 27.11.2020-ci il tarixdə oğlu Zərərçəkmiş şəxs10 mobil nömrəsinə zəng edən 050 ***-**-** mobil nömrənin sahibi ona kömək edəcəyini vəd edib, ona məxsus maaş kartının hər iki üzünün oğlu Zaur tərəfindən ona göndərilməsinə nail olmuşdur. Nəticədə ona məxsus kart hesabından 268 manat pul çıxarılmışdır. Buna görə də həmin şəxsin müəyyən edilməsi üçün hüquqmühafizə orqanlarına müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 18 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul olunmuşdur ( İ cild, i.v. 1); Xətai RPİ-nin 36-cı PB-nin rəisi polis polkovnik leytenantı Rza Əliyevə ünvanlanan 29.09.2020-ci il tarixli, HK-1 1488 nömrəli raportdan görünür ki, 29.09.2020-ci il tarixdə, saat 13:03 radələrində DİN-in 102 xidmətindən ********* nömrəli məlumat daxil olub. Məlumatda 050 437 26 12 nömrəsindən zəng olunduğu, ona yardım edilməsi məqsədilə ondan kartının şəklini istəməsi, kartda olan 1825 manatın çıxarılması bildirilmişdir ( İ cild, i.v. 5); zərərçəkmiş şəxs qismində tanınma haqqında 18 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs kimi tanınmışdır ( İ cild, i.v. 35); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 09.11.2020-ci il tarixli tələbnamədən görünür ki, Rüstəmov X29 Rayon Məhkəməsinin 24.10.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə qazancından dövlət nəfinə iyirmi faizədək məbləğdə pul tutulmaqla islah işləri cəzasına məhkum edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 06.03.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək AR CM-in 73.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir ( İ cild, i.v. 42-43); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 07 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə ittiham elan edilmişdir ( İ cild, i.v. 61-62); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 yanvar 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir ( İ cild, i.v. 70); zərərçəkmiş şəxs kimi tanınma haqqında 05 fevral 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İ cild, i.v. 98); cinayət işinin başlanması haqqında 05 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində vətəndaşlara məxsus pul vəsaitlərini elektron daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə təkrarən gizli olaraq talamaqla ələ keçirərək oğurluq etməsi faktlarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə cinayət işi başlanılmışdır ( İ cild, i.v. 112- 113); cinayət işinin icraata qəbul edilməsi haqqında 05 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilərək dərhal ibtidai istintaq başlanılmışdır ( İ cild, i.v. 114); 05 dekabr 2020-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:30-da Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur ( İ cild, i.v. 156); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 07 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə ittiham elan edilmişdir ( İ cild, i.v. 173-174); Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-606/2020 saylı, 07.12.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu andan, yəni 05 dekabr 2020-ci il tarixdən hesablanmışdır ( İ cild, i.v. 197-200); cinayət işini icraata qəbul etmək haqqında 28 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DTX-nin İstintaq Baş idarəsindən göndərilmiş CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ********* nömrəli cinayət işi ibtidai istintaqının aparılması üçün icraata qəbul edilmişdir ( İİ cild, i.v. 3-4); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 aprel 2020-ci il tarixli qərardan görünür ki, HK-1/543 nömrəli materialda Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin tərkibi olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanılmışdır ( İİ cild, i.v. 33); zərərçəkmiş şəxs kimi tanıma haqqında 15 may 2020-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır ( İİ cild, i.v. 65); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 27 iyun 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsindən həmin məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir ( İİ cild, i.v. 89-90); cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə 07 noyabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır ( İİ cild, i.v. 135); Kəpəz RPİ-nin rəisi VMİE polis polkovnik-leytenantı cənab Adil Əliyevə ünvanlanan 18.09.2020-ci il tarixli raportdan görünür ki, vətəndaşa 055 732 45 15 nömrədən zəng edən və maddi yardım təklif edən şəxsin ondan kartın məlumatı əldə edərək hesabdan 718 manat nəğd pulu çıxartması barədə məlumat vermişdir ( İİ cild, i.v. 140); zərərçəkmiş şəxs qismində tanınma haqqında 07 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İİ cild, i.v. 162); cinayət işinin icraata qəbul edilməsi haqqında 11 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat idarəsində aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir ( İİ cild, i.v. 189-190); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 12 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.2.3-1-co maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir ( İİ cild, i.v. 206-209); təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında 12 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir ( İİ cild, i.v. 211-212); zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 fevral 2021-ci il tarixli qərardan görünür ki, X24 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İİ cild, i.v. 235); cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 24 fevral 2021-ci il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, ********* nömrəli cinayət işi icraatda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işinə birləşdirilərək ********* nömrə altında cinayət işinin istintaqı davam etdirilmişdir ( İİİ cild, i.v. 2); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 iyun 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul olunmuşdur (İİİ cild, i.v. 5); zərərçəkmiş şəxs qismində tanınma haqqında 23.07.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İİİ cild, i.v. 51); şübhəli şəxsin tutulması haqqında 09 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət işini törətməkdə şübhəli şəxs qismində 09 noyabr 2020-ci il tarixdə, saat 15:25-də tutulmuşdur ( İİİ cild, i.v. 146); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 11 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur ( İİİ cild, i.v. 163); polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 11 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ( İİİ cild, i.v. 179-180); zərərçəkmiş şəxs kimi tanınma haqqında 28 fevral 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İV cild, i.v. 40-41); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir ( İV cild, i.v. 48); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 aprel 2020-ci il tarixli qərardan görünür ki, HK-1/543 nömrəli materialda Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin tərkibi olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanılmışdır ( İV cild, i.v. 90); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 mart 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir ( İV cild, i.v. 98-100); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-72/2021 saylı, 02.03.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1ci maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 (iki) ay olmaqla, ümumilikdə 5 (beş) ay müddətinə, yəni 05 may 2021-ci il tarixə kimi uzadılmışdır ( İV cild, i.v. 119-124); zərərçəkmiş şəxs kimi tanınma haqqında 05 mart 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İV cild, i.v. 126); cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 06 mart 2021-ci il tarixli qərardan görünür ki, Nəsimi RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, ********* nömrəli cinayət işi icraatda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işinə birləşdirilərək ********* nömrə altında cinayət işinin istintaqı davam etdirilmişdir ( İV cild, i.v. 133-134); cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 05 dekabr 2020-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul olunaraq istintaq aparılmışdır ( İV cild, i.v. 139); Nəsimi RPİ-nin 20-ci PB-nin rəisi polis mayoru cənab Vüqar Abdullayevə ünvanlanan 04.12.2020-ci il tarixli, HK-1 N-1886 nömrəli raportdan görünür ki, 04.12.2020-ci il tarixdə, saat 09:41-də DİN-in “102” Xidməti-Zəng mərkəzindən daxil olmuş ********* saylı məlumatda, vətəndaş X45, Nəsimi rayonu Hərbi Hospitalda olarkən 070 810 92 93 nömrəli telefonla zəng edərək ona maddi maddi yardım göstərəcəyini və onun kart məlumatlarını göndərməsini və onun kartından 140 manatını çıxarmasını bildirmişdir (İV cild, i.v. 177); CD diskə baxış keçirilməsi və götürülməsi barədə 08.12.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs dindirilməsi zamanı çəkiliş xəbər portalına yerləşdirildiyindən həmin görüntülər əldə olunaraq 01 ədəd CD diskə köçürülmüş və həmin görüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs etdiyi əməli səmimi etiraf etmişdir (İV cild, i.v. 185); cinayət işinin birləşdirilməsi və tövsif edilməsi haqqında 26 yanvar 2021-ci il tarixli qərardan görünür ki, 20070308 nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddələrinə tövsif edilmiş və ********* nömrəsi altında cinayət işi üzrə ibtidai istintaq davam etdirilmişdir (İV cild, i.v. 210); cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 04 avqust 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır ( İV cild, i.v. 212); Nəsimi RPİ-nin 20-ci PB-nin rəisi polis mayoru cənab Vüqar Abdullayevə ünvanlanan 14.07.2020-ci il tarixli, HK-1 N-1019 nömrəli raportdan görünür ki, 14.07.2020-ci il tarixdə, saat 18:30-da DİN-in “102” Xidməti-Zəng mərkəzindən daxil olmuş ********* saylı məlumatda qeyd olunmuşdur ki, vətəndaş X27 bildirdi ki, uşağın əməliyyat olunmasl ilə əlaqədar ona köməklik göstərilməsi, naməlum şəxsin ona zəng edərək (xarici nömrə) ona köməklik edəcəyini bildirərək bank kartının və şəxsiyyət vəsiqəsinin şəkillərini istəməsi, lakin onu aldadaraq hesabından 425 manat pulun çıxarılması barədə məlumat vermişdir (İV cild, i.v. 221); zərərçəkmiş şəxs qismində tanınma haqqında 29.01.2021-ci il tarixli qərardan görünür ki, fiziki şəxs X45 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır ( V cild, i.v. 17); zərərçəkmiş şəxs qismində tanınma haqqında 02.02.2021-ci il tarixli qərardan görünür ki, fiziki şəxs X24 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır ( V cild, i.v. 25); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CMin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir ( V cild, i.v. 50-51); qətimkan tədbirinin nəzərə alınması haqqında 25 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 dekabr 2020-ci il tarixdə Səbail Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır (V cild, i.v. 70-71); zərərçəkmiş şəxs kimi tanınma haqqında 10 mart 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs kimi tanınmışdır ( V cild, i.v. 79); cinayət işinin icraata qəbul edilməsi və cinayət işərinin bir icraatda birləşdirilməsi haqqında 11 mart 2021-ci il tarixli qərardan görünür ki, Yasamal RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, ********* nömrəli cinayət işi icraatda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işinə birləşdirilərək ********* nömrə altında cinayət işinin istintaqı davam etdirilmişdir ( V cild, i.v. 86-87); Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin rəisi, polis polkovnik-leytenantı cənab Azər Əhmədova ünvanlanan 11.09.2020-ci il tarixli, 102 nömrəli raportdan görünür ki, 11.09.2020ci il tarixdə, saat 00:08-də Azərbaycan Respublikası Dİn-in “102” xidməti mərkəzi zəng sistemindən daxil olmuş məlumatda Sumqayıt şəhər 12-ci mkr ev 27 mənzil 18-də yaşayan X10 zəng edərək bir nəfər şəxsin ona 050 437 26 12 nömrəli telefonla zəng edib maddi köməklik məqsədi ilə ona 10000 manat yükləməsini bildirmiş və ondan kartının şifrəsini istəməsini, şifrəni bildirdikdən sonra isə həmin şəxsin kartdan 2900 manat pul çıxarması barədə məlumat vermişdir ( V cild, i.v. 99); ölmüş zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varis qismində tanınması haqqında 28 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X19 məhrum atası Ənvər Şahmuradovun hüquqi varisi qismində tanınmışdır ( V cild, i.v. 114); Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 sentyabr 2020-ci il tarixli, AZ-İİ 115210 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 19 sentyabr 2020-ci il tarixdə ölmüşdür ( V cild, i.v. 125); Yasamal Rayon Polis İdarəsinin 08.01.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs DTX İstintaq Baş İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə AR CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilərək 22.12.2020-ci il tarixdə həbs edilmişdir ( V cild, i.v. 203); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir ( V cild, i.v. 236-237); cinayət işinin icraata qəbul edilməsi və cinayət işərinin bir icraatda birləşdirilməsi haqqında 15 mart 2021-ci il tarixli qərardan görünür ki, Masallı RPŞ-in İstintaq Bölməsində Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, ********* nömrəli cinayət işi icraatda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işinə birləşdirilərək ********* nömrə altında cinayət işinin istintaqı davam etdirilmişdir ( Vİ cild, i.v. 6-7); Masallı RPŞ-in rəisi polis polkovniki cənab Habil Əmiraslanova ünvanlanan 22.07.2020ci il tarixli raportdan görünür ki, 22.07.2020-ci il tarixdə, saat 16:46-da Azərbaycan Respublikası Dİn-in 102 zəng xidməti mərkəzinə ********* nömrəli məlumat verilərək bildirildi ki, Masallı rayon Ərkivan qəsəbə sakini X40 zəng edərək, 994-50-437-26-12 nömrədən vətəndaşla əlaqə saxlayan naməlum şəxs vətəndaşın övladına müalicə ilə bağlı açdığı yardım kartına 1000 manat pul köçürəcəyini, vətəndaşın və ərinin şəxsiyyət vəsiqələrinin şəklini istəməsi, daha sonra vətəndaş kartda olan 1000 manat pulun həmin şəxs tərəfindən çıxarılmasını aşkar etməsi barədə məlumat vermişdir (Vİ cild, i.v. 18); zərərçəkmiş şəxs qismində tanınma haqqında 15.12.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır ( Vİ cild, i.v. 51-52); baxış keçirilməsi haqqında 02.02.2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı RPŞ-in İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X46 RPŞ-in inzibati binasında, xidməti otaqda Masallı RPŞ-in İB-in rəisi, polis baş leytenantı Hadiyev Ülvi oğlunun iştirakı ilə ********* nömrəli cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edə biləcək, üzərində cinayət hadisəsinin törədilmə şəraitini, mexanizmini və səbəbini, cinayətin izlərini, habelə cinayətlə bağlı əhəmiyyətli olan başqa məlumatları əks etdirə biləcək, 29 yanvar 2021-ci il tarixli, 1888 nömrəli, Azercell Telecom MMC tərəfindən göndərilən “CD-R” formatlı diskə baxış keçirmişdir. Baxış zamanı aşkar edilən sms mətn nümunələrindən Təqsirləndirilən şəxs vətəndaşlara məxsus kart hesablarından qanunsuz olaraq pulları çıxarıb oğurlaması faktı müəyyən edilir ( Vİ cild, i.v. 111); diskin maddi sübut hesab edilməsi haqqında 02.02.2021-ci il tarixli qərardan görünür ki, Azercell Telecom MMC tərəfindən daxil olmuş 29 yanvar 2021-ci il tarixli, 1888 nömrəli Azercell Telecom MMC tərəfindən göndərilən “CD-R” formatlı disk maddi sübut kimi tanınmışdır (( Vİ cild, i.v. 112-113); baxış keçirilməsi haqqında 08.02.2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı RPŞ-in İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X46 RPŞ-in inzibati binasında, xidməti otaqda Masallı RPŞ-in İB-in rəisi, polis baş leytenantı Hadiyev Ülvi oğlunun iştirakı ilə ********* nömrəli cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edə biləcək, üzərində cinayət hadisəsinin törədilmə şəraitini, mexanizmini və səbəbini, cinayətin izlərini, habelə cinayətlə bağlı əhəmiyyətli olan başqa məlumatları əks etdirə biləcək, xxxx-dan daxil olmuş HD/475 nömrəli 29.01.2021-ci il tarixli sənədə baxış keçirmişdir. Baxış zamanı 20.07.2020-ci il tarixdə X31 məxsus 5243 7544 1066 1548 nömrəli plastik kart hesabında 1001,66 manat pulun olması müəyyən edilmişdir. 22.07.2020-ci il tarixdə həmin kart hesabından beş dəfəyə ümumilikdə 996,50 manat pulun çıxarılması müəyyən edilmişdir. Bundan başqa sənədə baxış keçirilən zaman 23.07.2020-ci il tarixdə Ayşən Ariflinin adına olan plastik kart hesabına 25 manat pulun köçürülməsi müəyyən edildi. Bundan əlavə baxış zamanı 23.07.2020-ci il tarixdə X31 məxsus 5143 7544 1066 1548 nömrəli plastik kart hesabından ayrı-ayrı vaxtlarda səkkiz dəfəyə ümumilikdə 30 manat pulun çıxarılması müəyyən edilmişdir. Beləliklə sənədə baxış keçirilməsi nəticəsində X28 plastik kart hesabından 22.07.2020-ci il və 23.07.2020-ci il tarixlərdə ümumilikdə 1026,50 manat pulun çıxarılması müəyyən edilmişdir ( Vİ cild, i.v. 118); cinayət işinin icraata qəbul edilməsi haqqında 01 mart 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir ( Vİ cild, i.v. 121-122); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 mart 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir ( Vİ cild, i.v. 135); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir ( Vİ cild, i.v. 136); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 13 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ( Vİ cild, i.v. 143); zərərçəkmiş şəxs kimi tanınma haqqında 07 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs10 zərərçəkmiş şəxs qismində tanınmışdır ( Vİ cild, i.v. 166); sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunmuş, Təqsirləndirilən şəxs elan edilmiş ittihama dəyişikliklər edilməklə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd olunması nəzərə alınmış, Şahid3, Şahid2, Şahid5 və X14, X21 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə cinayət işinin başlanması rədd olunması nəzərə alınmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DTX-nin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra xəbər portalında yayımlanan müsahibənin köçürüldüyü 1 ədəd CD diski iş üzrə maddi sübut hesab edilərək istintaq materiallarına əlavə edilməsi nəzərə alınmış, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə göndərilən yazışmaların mətnləri, bank hesablarındakı əməliyyatların əks olunduğu çıxarışlar iş üzrə maddi sübut hesab edilməsi və istintaq materiallarına əlavə edilməsi nəzərə alınmış, Nəsimi RPİ-də İstintaq şöbəsi tərəfindən 20007051 nömrəli cinayət işinin istintaqı zamanı “xxxx”ASC-yə aid bankomatlardan götürülmüş Təqsirləndirilən şəxs pul vəsaitlərini məxaric edərkən görüntülərinin əks olunduğu 2 ədəd DVD disklər iş üzrə maddi sübut hesab edilməsi və istintaq materiallarına əlavə edilməsi nəzərə alınmış, Nəsimi RPİ-də İstintaq şöbəsi tərəfindən ********* nömrəli cinayət işinin istintaqı zamanı “xxxx”ASC-yə aid bankomatlardan götürülmüş Təqsirləndirilən şəxs pul vəsaitlərini məxaric edərkən görüntülərinin əks olunduğu 1 ədəd DVD disk iş üzrə maddi sübut hesab edilməsi, istintaq materiallarına əlavə edilməsi nəzərə alınmış, Masallı RPŞ-nin İstintaq bölməsi tərəfindən ********* nömrəli cinayət işinin istintaqı zamanı “xxxx”ASC-dən götürülmüş telefon nömrələrinin anket məlumatarının əks olunduğu 1 ədəd DVD disk iş üzrə maddi sübut hesab edilməsi istintaq materiallarına əlavə edilməsi nəzərə alınmış, Nəsimi RPİ-də İstintaq şöbəsi tərəfindən istintaqı aparılmış ********* nömrəli cinayət işinin materiallarında Zərərçəkmiş şəxs11 məxsus bank hesabından Təqsirləndirilən şəxs tərəfindən çıxarılmış pul vəsaitinin texniki yalnışlıq səbəbindən yazılmış “1072 manat” ifadəsi “1012 manat” kimi oxunması, Azərbaycan Respublikası Baş prokurorunun "İşin təşkili qaydalarının" 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materiallar cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi qərara alınmışdır ( Vİ cild, i.v. 173-193); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 16 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Rüstəmov X26 Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur ( Vİ cild, i.v. 177.2.3-1); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-175/2021 saylı, 03.05.2021-ci il tarixli qərarından görünür ki, X25 həbsdə saxlama müddəti 15 (on beş) gün olmaqla, 05 (beş) ay 15 (on beş) günədək, yəni 20 may 2021-ci il tarixədək uzadılmışdır. Zərərçəkmiş şəxs5 Tarif oğlunun iş materiallarında olan ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, ona dəymiş ziyan ödənilməyib, təqsirləndirilən şəxslə barışmamışdır, ona qarşı şikayətçidir və ağır cəza veriilməsini məhkəmədən xahiş edir. Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinin 28-2017/5 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin 24.10.2017-ci il tarixli, 1(041)- 102/2017 saylı hökmü ilə ona təyin edilmiş cəzanı icra etmədiyi üçün məhkumun çəkilməmiş cəzası aylıq qazancının 10%-i dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri təşkil edir. 20.12.2018-ci il tarixdən məhkum Təqsirləndirilən şəxs barəsində 600215 saylı axtarış işi açılmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə təkrar törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər tutulur. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 80.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən aşağıdakı müddətlərdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur: 80.1.1. böyük ictimai təhlükə törətməyən cinayətə görə məhkum edilərkən iki il keçdikdə; 80.2-ci maddəsinə əsasən məhkum edilmiş şəxs cəzanı çəkməkdən boyun qaçırdıqda, icra müddətinin axımı dayanır. Bu halda icra müddətinin axımı həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində bir azyaşlı uşağının olmasını (CM-59.1.4.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir (CM- 61.1.1). Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, zərərçəkmiş şəxslərə vurmuş olduğu zərəri ödəməməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Rüstəmov X29 Rayon Məhkəməsinin 24.10.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə on faiz pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Kürdəmir rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən cəzanı icra etməmiş, cəzanı çəkməkdən boyun qaçırdığından 20.12.2018-ci il tarixdən barəsində axtarış işi açılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin 24.10.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş qazancından dövlət nəfinə on faiz pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasını çəkməkdən boyun qaçırdığını nəzərə alaraq hesab edir ki, qeyd edilən hökmün icrası müddətinin axımı dayanmış, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmənin tətbiqi üçün əsaslar yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırllaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ona CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DTX-nin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra xəbər portalında yayımlanan müsahibənin köçürüldüyü 1 ədəd CD disk, Təqsirləndirilən şəxs pul vəsaitlərini məxaric edərkən görüntülərinin əks olunduğu 3 ədəd DVD disklər, “xxxx” ASC-dən götürülmüş telefon nömrələrinin anket məlumatarının əks olunduğu 1 ədəd DVD disk, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə göndərilən yazışmaların mətnləri, bank hesablarmdakı əməliyyatların əks olunduğu çıxarışlar iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 noyabr 2020-ci il tarixdən 11 noyabr 2020-ci il tarixdək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 03 (üç) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin 1(041)-102/2017 saylı 24 oktyabr 2017-ci il il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş aylıq qazancından 10 (on) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası islah işlərinin dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 05 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DTX-nin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra xəbər portalında yayımlanan müsahibənin köçürüldüyü 1 ədəd CD disk, Təqsirləndirilən şəxs pul vəsaitlərini məxaric edərkən görüntülərinin əks olunduğu 3 ədəd DVD disklər, “xxxx” ASC-dən götürülmüş telefon nömrələrinin anket məlumatarının əks olunduğu 1 ədəd DVD disk, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə göndərilən yazışmaların mətnləri, bank hesablarındakı əməliyyatların əks olunduğu çıxarışlar iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-259/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-259/2021
10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver