Məhkəmə qərarları › İş №1(011)-259/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-259/2024

04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-259/2024 04.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Ermənistan Respublikası Stepanavan rayonunda anadan olmuş, Azərbaycan Respublkası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 120.2.4, 120.2.10, 228.2.1, 29,234.1-ci maddələri ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarına əsasən cəzası 15 il müddətinə endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 11 il 09 ay müddətinə endirilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-.2.1-ci maddəsilə 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Məhkum Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya gəzdirməklə istifadə etmişdir. Belə ki, o, Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən “Cəzaçəkmə müəssisələrinin X4” ilə qadağan edilmiş əşya sayılan 1 ədəd «Samsung Qalaxy A03» mrakal, «SM-A035F/DS» modelli, «**********17110,**********17113» İMEİ kodlu mobil smartfonu, eklektik qidalandırıcını və qulaqcığı istintaqa məlum ojnmaa mənbədən və vaxtda əldə edərək özündə saxlamış, gəzdirmiş, telefona qoşulmuş 055 ******* nömrəli danışıq kartları vasitəsi “WhatsApp” proqramını tətbiq etməldə 06.06. 2023-cü il tarixdən 055 ******* nömrəli telefona zənglər etməklə tanışı Şahid7 və digər şəxslərlə əlaqə saxlamaqla istifadə etmiş və xx.xx.2023-cü il tarixdə saat 22-00 radələrində həmin smartfon daxilində danışıq kartı, elektrik qidaiandma və qulaqcıqla ilə birlikdə müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarışbaxış zaman müəssisədə məhkumların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş otağa baxış keçirilərkən həmin otaqda elektrik yuvacığına qoşulu vəziyyətdə aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 317-2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2,1, 120.2.4, 120.2.10, 228.2.1, 29,234.1-ci maddələri ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzsı 15 il müddətinə endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 11 il 09 ay müddətinə endirilmişdir. Cəza çəkdiyi zaman Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317- .2.1-ci maddəsilə təqsirli bilinib 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hazırda Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkir, bundan əvvəl isə Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində xx.xx.2022-ci il tarixdən cəza çəkmişdir, oraya Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsindən gətirilmiş, sonra isə Qobustan Həbsxanasında cəza çəkmişdir. xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən məhkumlara «yat» göstərişi verilən zaman təxminən saat 22:00 radələrində məhkumların əşya saxlama otağında ona məxsus daxilində "xxxx" danışıq kartı olan «Samsung» markalı mobil telefon elektrik cərəyana qoşulu vəziyyətdə, həmin telefona aid elektrik qidalandıncı və qulaqcıq əməkdaşlar tərəfindən aşkar olunaraq götürülmüşdür. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Əməliyyat Şöbəsinin rəisi Şahid1 onu xidməti otağına çağırmış, orada müəsisənin digər əməkdaşları və hal şahidi qismində dəvət olunmuş iki nəfər məhkum olmuşdur. Orada Şahid1 onun və digər şəxslərin iştirakı ilə məhkumların əşya saxlama otağına baxış keçirəcəyi barədə bildirmişdir. Daha sonra müəssisə əməkdaşları, o və hal şahidləri birlikdə əşyalar saxlama otağına getmişlər, içəri daxil olanda əməkdaşlar və az əvvəl onun orada elektrik cərəyanına qoşduğu «Samsung» markalı mobil telefonu və ona aid elektrik qidalandırıcını, eləcə də qulaqcığı aşkar etmişlər. Bu zaman o, daxilində bilmədiyi "xxxx" mobil operatoruna aid nömrə olan həmin telefonun, elektrik qidalandırıcının və qulaqcığın ona məxsus olduğunu etiraf etmişdir. Daha sonra əməkdaşlar mobil telefonu daxilində danışıq kartı ilə birlikdə və elektrik qidalandırıcını və qulaqcığı birlikdə zərfə qoyaraq qablaşdırmışlar. Bu barədə müvafiq protokol tərtib edilmiş və onun doğruluğunu imzası ilə təsdiq etmişdir. Həmin mobil telefonu daxilində danışıq kartı, elektrik qidalandırıcını və qulaqcıqla birlikdə təxminən 4-5 gün əvvəl axşam saatlarında yaşayış sahəsində olan məscid tərəfdə nəzarət iç zolağının dibində polietilen bağlamanın içərisində tapmışdır. Düşünmüşdür ki, kimsə bu əşyaları bayırdan iplə içəri atmışdır. Bu telefondan istifadə edərək dostu Şahid7la sonuncunun 055 ******* nömrəli telefonla «WhatsApp” vasitəsilə, habelə adi qaydada da başqa yaxınları və tanışları ilə əlaqə saxlamışdır. Həmçinin telefondan istifadə etməklə sosial şəbəkədə müxtəlif şeylərə baxmışdır. Ona məlumdur ki, cəzaçəkmə müəssisələrində mobil telefon məhkumlar üçün qadağan olunmuş əşyadır və istifadə etməsinə görə məsuliyyət vardır. Ona müstəntiq tərəfindən ekspertiza rəyinə əlavə edilmiş diskdə olan məlumatlar kompyuter vasitəsilə təqdim edilmiş və görmüşdür ki, Şahid7la və digərləri ilə olan telefon danışıqları qeydiyyata alınmışdır. Bu telefondan ancaq özü istifadə etmiş, başqa məhkumların bu telefondan istifadə etmələrini görməmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Penitensiar Xidmətin 7 saylı X1 Şöbəsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023- cü il tarixdə saat 22:00 radələrində müəssisədə cəza çəkən məhkum Təqsirləndirilən şəxs məhkumların əşya saxlama otağında bir ədəd mobil telefonun cərəyan yığması üçün elektrik yuvacığına qoşması barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal məhkum Təqsirləndirilən şəxs xidməti otağına dəvət edilməsi üçün müəssisə əməkdaşlarına göstəriş vermiş, həmçinin müəyyən axtarış-baxış tədbirlərin keçirilməsi üçün məhkumlardan iki nəfəri hal şahidi qismində iştirakı üçün dəvət etmişdir. Hal şahidlərinə hüquq və vəzifələri tərəfindən izah edilmişdir. Bundan sonra məhkum Təqsirləndirilən şəxs, müəssisə əməkdaşları və hal şahidlərinin iştirakı ilə birlikdə məhkumların əşyaların saxlama otağına getmişlər, otağa daxil olduqda orada 1 ədəd «Samsung» markalı mobil telefonun elektrik qidalandıncı ilə elektrik yuvasına qoşulmuş vəziyyətdə olduğunu görmüşlər. Eyni zamanda telefonun yanında 1 ədəd qulaqcıq var idi. Telefona baxış keçirilərkən daxilində 055 ******* nömrəli telefon danışıq kartının olduğunu müəyyən etmişlər. Məhkum Təqsirləndirilən şəxs aşkar edilmiş daxilində danışıq kartı ilə olan mobil telefonun, elektrik qidalandırıcısı və qulaqcıq ilə birlikdə ona məxsus olduğunu etiraf etmişdir. Fakt barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən, o cümlədən məhkum Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, mobil telefon, elektrik qidalandıncı və qulaqcıq müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Tədbir zamanı iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamış, izahatı alınmış Təqsirləndirilən şəxs həmin telefondan istifadə etdiyini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəisin növbətçi köməkçisi Şahid2, nəzarətçiləri Şahid3 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadələri vermişdir. Məhkəmə istintaqı zamanı videokonfrans vasitəsilə şahid qismində dindirilmiş 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Şahid6 məhkəməyə vermiş olduğu ifadəsində bildirmişdir ki, 11 iyun 2023-cü il tarixində 7 saylı Cəzaçəkmə Müəssisəsinin məhkumların şəxsi əşyaların saxlandığı otaqda axtarış-baxış tədbirləri keçirilməsi üçün hal şahidi qismində iştirakı üçün dəvət olundularını, həmin otağa məhkum Təqsirləndirilən şəxs və müəssisə əməkdaşları ilə birlikdə daxil olaraq keçirilmiş baxış-axtarış zamanı “Samsunq” markalı mobil telefonun elektrik qidalandırıcı vasitəsilə elektrik yuvacığına qoşulu vəziyyətdə və yanında qulaqcıq gördüklərini, müəssisə əməkdaşlarının həmin mobil telefonunu götürərək daxilində "xxxx" operatoruna məxsus ***-***-**-** nömrəli danışıq kartının olduğu müəyyən edildiyini, məhkum Təqsirləndirilən şəxs həmin telefon, elektrik qidalandırıcının ona məxsus olmasını etiraf etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 01); baxış və götürmə haqqında 11 iyun 2023-cü il tarixli protokoldan görünür ki, 7 saylı cəzaçəkmə müəssisəsinin böyük inspektoru (RNK) Ədliyyə mayoru Şahid2, RNŞ-nin böyük nəzarətçisi ədliyyə baş giziri Şahid3, həmin şöbənin nəzarətçisi ədliyyə kiçik giziri Şahid4, müəssisədə cəza çəkən məhkum Təqsirləndirilən şəxs, hal şahidləri müəssisədə cəza çəkən məhkum Şahid6 və məhkum Şahid5 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında, qeyd olunan tarixdə müəssisədə məhkumların şəxsi əşyalarının saxlanması üçün nəzərdə tutulmuş otağa baxış keçirilmişdir. Nəticədə, həmin otaqda elektrik yuvacığına qoşulu vəziyyətdə, daxilində “Bakcell" operatoruna məxsus ***-***-**-** nömrə olan, 01 (bir) ədəd işlək vəziyyətdə "Samsung duos" markalı mobil telefon aparatı, həmin telefona məxsus 01 (bir) ədəd elektrik qidalandırıcısı və 01 (bir) ədəd qulaqcıq aşkar edərək götürülmüşdür.(i.v.7-8) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli,7N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X2” 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefon, radioelektron cihazlar və elementlər məhkumlar üçün saxlanılması və istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir (i.v 30-31) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyul 2023-cü il tarixli, 5/881 nömrəli ekspert rəyindən görünür ki, aşkar edilmiş bir ədəd sensor ekranlı və «Android 11» əməliyyat sistemi ilə təhciz olunmuş 1 ədəd «Samsung Qalaxy A03» markalı «SM-A035F/DS» modelli, «**********17110, **********17113», imei kodlu mobil smartfon hal hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Təqdim olunan «Samsung Qalaxy A03» markalı «SM-A035F/DS» modelli mobil smartfonun yaddaşında (kontaktlar, «SMS» mesajlar, foto, audio, video fayllar, «WhatsApp» proqram təminatı vasitəsilə aparılmış məlumat mübadilələri və sairə fayllar) mövcud olan məlumatlar müəyyən olunmuşdur. (ekspertiza xərci 80 manat). (i.v.36-39) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhəhri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 03 ay 04 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmişdir, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 120.2.4, 120.2.10, 228.2.1, 29,234.1-ci maddələri ilə təqsirli bilinərək 16 il müddətinə azazdılqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzası 15 il müddətinə endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 11 il 09 ay müddətinə endirilmişdir, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317- .2.1-ci maddəsilə təqsirli bilinib 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. (i.v.45) Gəncər Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.10, 228.2.1 və 29,234.1-ci maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.10 maddələri ilə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 15 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 15 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ona Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli 1(044)-29/2019 saylı hökmünə əsasən təyin edilmiş 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin başlanğıcı 27 oktyabr 2017-ci il tarixdən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm olunmuşdur.(i.v 80-129) Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2019-cu il tarixli qərarından görünür ki, Gəncə Ağır Cinayətlər MƏhkəməsinin 08 aprel 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.10 maddələri ilə təyin edilmiş 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 14 il 06 aya endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona Cinayət Məcəlləsinin 228.2.1 və 29,234.1-ci maddələri ilə təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.10 maddələri ilə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 14 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 14 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 15 il müddətinə azadlıqdan məhrumetə cəzası təyin edilməsi qərara alınmışdır. (i.v 130-149) Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 23 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmiş, qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.4 və 29,120.2.10-cu maddələri ilə təyin e lilmiş 14 (on dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 11 (on bir il 3 (üç) aya endirilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29.120.2. 29,120.2.4 və 29,120.2.10-cu maddələri və Azərbaycan Respublikası CM-in 228.2 1, 29,234.1-ci maddələri ilə təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 11 (on bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki qərarla Təqsirləndirilən şəxs təyin edilmiş 11 (on bir) il 8 səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 3 (üç) ay müdətinə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi qərara alınmışdır. (i.v 151-165) Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-29/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317- .2.1-ci maddəsilə təqsirli bilinib 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.(i.v.166-169) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-371/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs 01 (bir) il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsindən həbsxanaya keçirilmişdir. (i.v.170-171) "xxxx" MMC-dən daxil olmuş 1 ədəd diskdə olan məlumatlara baxışla müəyyən edilmişdir ki, məhkum Təqsirləndirilən şəxs qeyd edilən mobil smartfondan əsasən internet vasitəsilə istifadə etmişdir. Məlumatlar məhkəmə qərarı əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək götürülmüşdür.(i.v 184, 195-196, 211) Baxış keçirilməsi haqqında 04 aprel 2024-cü il tarixli protokoldan görünür ki, tətqiq olunan “Samsung Galaxy A03” markalı “SM-A035F/DS” modelli mobil smartfonun yaddaşında kontaktlar, SMS mesajlar, foto, audio, video fayllar, “WhatsApp” proqram təminatı vasitəsilə aparılmış məlumat mübadiləsi və sairə fayllar mövcud olan məlumatlar müəyyən olunmuşdur. Həmin rəyin zənglərin qeydiyyatı bölməsini açdıqda müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarix daxil olmaqla 26 zəng qeydə alınmış, onlardan məhkum Təqsirləndirilən şəxs göstərdiyi tanışı Şahid7 istifadəsində olan 055 ******* nömrəli telefonla xx.xx.2023-cü il tarixdə saat 18:07:29-dan saat 20:29:06-dək 4 dəfə telefon zəngi qeydiyyata alınmışdır. (i.v.209-210) Maddi sübut kimi tanınma və işə əlavə edilməsi haqqında 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, aşkar edilmiş 1 ədəd mobil smartfon daxilində danışıq kartı və qulaqcıq ilə birlikdə, habelə ekspertiza rəyinə əlavə edilmiş bir ədəd DVD-R disk, "xxxx", “Azercell-Telekom” və "xxxx" MMC-dən kağız daşıyıcıda telefon danışıqlarına dair və "xxxx" MMC-dən diskdə olan məlumatlar maddi sübut kimi tanınması və işə əlavə edilməsi qərara alınmışdır.(i.v.212) 05 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə ittiham elan edilməsi, onun cəzaçəkmə yerində saxlanılması nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməməsi, iş üzrə şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyi, rəyə əlavə edilmiş diskdə olan məlumatlar, mobil operatorun diskdə və kağız daşıyıcısı formasında olan məlumatların sübut kimi tanınması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. (i.v 213-218) təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 228-229); Umbakı Penitensiar Müəssisəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə həvəsləndirmə tədbiri tədbiq edilməyib. Cəzaçəkmə məüddəti ərzində daxili-intizam qaydalarını pozduğu üçün məhkum barəsində dəfələrlə tənbeh tədbirləri tədbiq edilmişdir.Məhkum Təqsirləndirilən şəxs islah yoluna qədəm qoymamışdır. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2017-ci il, cəzaçəkmə müddətinin sonu xx.xx.2029-cu il tarixdir.(i.v 240-241) Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə məhkum olunaraq cəza çəksədə onun hazırki ittiham olunduğu cinayət əməli böyük ictima təhlükə törətməyən cinayət olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residiv nəzərə alınmamlıdır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzaçəkdiyi müddət ərzində yenidən cinayət törətməsi onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halın olması və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də eyni məzmunlu cinayət əməlini törətməsini, həmin cinayətə görə barəsində əməlin sanksiyasında nəzərdə tutulan daha ağır cəza olan azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən və götürülmədən yenidən eyni məzmunlu cinayət əməlini törətdiyini, hal-hazırda azadlıdan məhrumetə cəzasını çəkməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırllaşdıran halların müəyyən edilməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Ali Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 11 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 05(beş) il 23(iyirmi üç) gün hissəsi(hökmün elan olunduğu tarixdən cəzasının sonuna qədər olan müddət) hazırki hökümlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq azadlıqdan məhrumemtə cəzasına məhkum edilməli, hal-hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), maddi sübut qismində tanınmış və iş materiallarında saxlanılan ekspertiza rəyinə əlavə edilmiş bir ədəd DVD-R disk, "xxxx" MMC-dən diskdə olan məlumatlar, "xxxx", “Azercell-Telekom” və "xxxx" MMC-dən kağız daşıyıcıda telefon danışıqlarına dair məlumatlar cinayət işi materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, (CPM-198.1.), höküm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan 1 ədəd “Samsunq Qalaxy A03” markalı “SM-A035F/DS” modelli “**********17110, **********17113” “imei” kodlu mobil smartfon telefon, elektrik qidalandırıcı və qulaqcıq müsadirə edilməklə dövlət nəfinə keçirilməlidir(CPM- 132.1.1) İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 11 (on bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetə cəzasının çəkilməmiş 05 (beş) il 23 (iyirmi üç) gün hissəsi hazırki hökmlə təyin edilmiş 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 04 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzası cəza çəkməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Höküm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan 1 ədəd “Samsunq Qalaxy A03” markalı “SM-A035F/DS” modelli “**********17110, **********17113” “imei” kodlu mobil smartfon telefon, elektrik qidalandırıcı və qulaqcıq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1 müsadirə edilməklə dövlət nəfinə keçirilsin. Maddi sübut qismində tanınmış və iş materiallarıda saxlanılan ekspertiza rəyinə əlavə edilmiş bir ədəd DVD-R disk, "xxxx" MMC-dən diskdə olan məlumatlar, "xxxx", “Azercell- Telekom” və "xxxx" MMC-dən kağız daşıyıcıda telefon danışıqlarına dair məlumatlar cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar