Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-259/2025 26.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 və onun nümayəndəsi Müdafiəçi1 Barəsində xüsusi ittiham qaydasında ittiham olunan şəxs X5 və müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Aytac Vidadi qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X5 04 fevral 2025-ci il saat 17:14 radələrində özunə məxsus, rəsmi qaydada təsdiq olunmuş instagram səhifəsində (https://www.instagram.com/aytac.vidadiqizi/) video müraciət hazırlayaraq bildirmişdir ki: "Əvvəla salam. Bir sənətçi mənim haqqımda bəzi mənfi rəylər yazıb. İstəyərdim ona cavab verim burdan. Soruşmusunuz ki, siz kimsiz? Mən bu elin qızıyam. Ürəyi sevgi ilə, söz ilə, bəstələrlə dolu olan, genetik kodlarını Qarabağın Laçın oylağından alan aşıq Əhmədin nəticəsi və sənətkar Vidadi Bərdəlinin övladıyam. Siz isə o insansınız, o sənətçisiniz ki, ilk dəfə elə erməni mahnısı ilə tanındız. Erməni mahnısını təbliğ elədiz. Ermənilərin ən sevdiyi mahnıları oxuyursuz. Bilirsiz indi eləbir zəmanəyə gəlib çıxmışıq ki, hamının hərşeydən çox yaxşı xəbəri var. Mənim Anarla da çox yaxşı dostluğum var Anar Mədətovu burdan salamlayıram. Ona zəng vurdum telefonumu açmadı ama bir çoxlarına zəng vurdum. (2) Sənin haqqında elə şeylər bilirəmki, danışaram və səndə çox peşman olarsan bu yazını yazdığın üçün. Sən mənim sənətim haqqımda danışacaq ən axırıncı bir insansan və mən bir şeyidə deyimki, mən yaxşı bilirəmki sənin feyk (saxta) hesabların var. Yəqin unutmusan orda tələm-tələsik yazmısan, unutmusan feyk hesabından mənə yazmağa, girib pryamoy risk eliyib mənə öz səhifəndən yazmısan. Əzizim sən mənim haqqımda danışa bilməzsən. Sənin ixtiyarın buna yoxdur. Çünki mənim sənətim, yetəri qədər praktikam var. Mən 18 ildir bu sənətdəyəm. Mən öz sözümü, öz səviyyəmi, öz mahnılarıma diqqət eliyən sənətçiyəm. Bunu hərkəs bilir. Musiqiçilərimizdə bilir. Mən ömür boyu, məndə atamda toylara gedəndə, konsertlərə gedəndə hər zaman yanımızda gedən musiqiçilərə... (3) mənim qanımda dolaşır. Onu ürəydən milli ruhda təqdim edirəm və bununlada fəxr edirəm. Sizin bunu anlamağınız üçün ilk öncə öz dilini, öz millətini və musiqisini xalis halda sevmək, onu elə təqdim etmək lazımdır ki, sonra içinizdə baş verən o paxıllıq tüğyanıki vare onu yatızdırmaq lazımıydı. Yadıvızda saxlıyın onu boş yerə deməyiblər sel qayadan ancaq çör-çöpü aparar. Həmçinin qeyd edilen video müraciətin şərh hissəsinə mənə (X8na) məxsus rəsmi təsdiq edilmiş instagram səhifəsini (https://www.instagram.com/sabirlive/) işarələyərək: "@sabirlive Aç gözlərini və qulaqlarını qulaq as!! Mən sizi başa duşürəm. Bu qəzəbin və dəliliyin hansı psixoloji durumunuzla bağlı olduğunu anlayıram. Sizə səbr, təmkin və ruzi arzulayıram. Bəzən arzuladıqlarınızı, çata bilməyəcəklərinizi başqalarında görmək insanı, bax beləcə, artıq rəy yazmaqla hörmətdən saldığını özünüz də başa düşürsüz, əslində. Mən bu elin qızıyam. Ürəyi sevgi ilə, söz ilə, bəstələrlə dolu olan, genetik kodlarını Qarabağın Laçın oylağından alan aşıq Əhmədin nəticəsi, Vidadi Bərdəlinin qızıyam. Vətənimi, onun dilini, millətimi, dövlətimi hər şeydən üstün tuturam. Bu millətin musiqisi mənim qanımda dolaşır, onu ürəkdən, milli ruhda təqdim edirəm və bununla da da fəxr edirəm. Sizin bunu anlamağınız üçün ilk öncə öz dilini, öz millətini və musiqisini xalis halda sevmək, onu elə təqdim etmək, sonra içinizdə baş verən paxıllıq tüğyanını yatızdırmaq lazım idi. SEL QAYADAN ANCAQ ÇÖR-ÇÖP APARAR. Görünən kəndə bələdçi lazım deyil!!!" Bu müraciətin dahada çox yayılması məqsədi ilə həmin müraciətin şərh hissəsində instagramda xəbər səhifələri olan @show news @xebershow @xeberci az official @xeber com @azxeber @show kulis səhifələrini işarələyərək (tag edərək) bu videoyazıya həmin səhifələrin diqqətini cəlb etmişdir. (https://www.instagram.com/p/DFpfz8SsYYX/?img_index=1) Bundan sonra instagramda "show_news" xəbər saytında 04 fevral 2025-ci il tarixdə (https://www.instagram.com/show news/) həmin video müraciət paylaşılmış ve A. Vəliyeva söyləmişdir aşağıdakıları (https://www.instagram.com/p/DFppzy-tRuc/?img index=1): (1) Bir sənətçi mənim haqqımda bəzi mənfi rəylər yazıb. İstəyərdim ona cavab verim burdan. Soruşmusunuz ki, siz kimsiz? Mən bu elin qızıyam. Ürəyi sevgi ilə, söz ilə, bəstələrlə dolu olan, genetik kodlarını Qarabağın Laçın oylağından alan aşıq Əhmədin nəticəsi və sənətkar Vidadi Bərdəlinin övladıyam. Siz isə o insansınız, o sənətçisiniz ki, ilk dəfə elə erməni mahnısı ilə tanındız. Erməni mahnısını təbliğ elədiz. Ermənilərin ən sevdiyi mahnıları oxuyursuz. Bilirsiz indi eləbir zəmanəyə gəlib çıxmışıq ki, hamının hərşeydən çox yaxşı xəbəri var. Mənim Anarlada çox yaxşı dostluğum var. Anar Mədətovu burdan salamlayıram. Ona zəng vurdum telefonumu açmadı ama bir çoxlarına zəng vurdum. (2) "Bir çoxlarına zəng vurdum və sənin haqqında bəzi şeyləri öyrəndim. Məyərsə sən, sənin haqqında çox heyiflər olsunki heçbir kəsdən yaxşı bir rəy ala bilmədim. Heçbir kəs sənin haqqında mübət birşey danışmadı mənə və yerində qulağı var. Onu unutmaki Moskvada toyları aparırsan, bizim Azərbaycan toylarını aparırsan orda və azərbaycanlılarımız bizim həmyerlilərimiz orda sənə müəyyən məbləğ verirlər ama sən orda bizim musiqiçilərimizə heç xeyir vermirsən. Sən orda özün bilirsəndə erməni musiqiçilərini çağırırsan, salırsan bizim toylara. Bu nəqədər düzgündür? Qolubka oxumusan, Qolubka birincisi erməni mahnısıdır. Ay millət, ay mənim əziz xalqım belə insanları toyunuza çağırmaqnan heçdə yaxşı eləmirsiz. Çünki niyə? Bir insanki öz dilində normal danışa bilmir. Öz dilində gözəl mahnıları oxuya bilmir. Bir dənə mahnı oxuyub, burdan elə deyirəm hamısı Qolubka və sairə bu tərzdə erməni mahnıları oxuyub. Bir dənə mahnı oxuyub oda məni bəyənmir ama o özü bilirki, o mahnını ilk dəfə mənim atam Vidadi Bərdəli oxuyub "Gülüm sənin qucağında" sayılır. Girib baxa bilərsizi yutuba. O ilk dəfə mənim atam oxuyub onu. Sənin bəyənmədiyin Aytac Vidadiqızı bax o qızdır. Sənətkar övladıyam mən. Birinci insan baxar bir özünə, bir əməllərinə. Bir insanki, bir musiqiçiki onu həryerdə onun haqqında yaxşı şeylər danışılmır. Çox, çox pis oldum əslində. Niyə? Çünki zəng vurursan hərkəs mənfi rəylər bildirir. Hərkəs sənin haqqında nələrsə danışır. Yenədə deyirəm mən heçkəsin heçnəyini burda belə açıb danışmaq istəmirəm. Ama lazım gələrsə sənin haqqında elə şeylər bilirəmki, danışaram səndə çox peşiman olarsan. Bu yazını yazdığın üçün. Sən mənim sənətim haqqımda danışacaq ən axırıncı bir insansan və mən birşeyidə deyimki, mən yaxşı bilirəmki sənin feyk (saxta) hesabların var. Yəqin unutmusan orda tələm-tələsik yazmısan, unutmusan feyk hesabından mənə yazmağa, (5) girib pryamoy risk eliyib mənə öz səhifəndən yazmısan. Əzizim sən mənim haqqımda danışa bilməzsən. Sənin ixtiyarın buna yoxdur. Çünki mənim sənətim, yetəri qədər praktikam var. Mən 18 ildir bu sənətdəyəm. Mən öz sözümü, öz səviyyəmi, öz mahnılarıma diqqət eliyən sənətçiyəm. Bunu hərkəs bilir. Musiqiçilərimizdə bilir. Mən ömür boyu, məndə atamda toylara gedəndə, konsertlərə gedəndə hər zaman yanımızda gedən musiqiçilərə belə dəyər vermişik. Biz heçvaxt onları incitməmişik. (6) Bir şeyki Moskvaya gedirsən o instrumentalistlər heçdə yaxşı danışmır. Musiqiçilərimiz var giley-güzar eliyir səndən. Sən niyə öz musiqiçilərinə, azərbaycanlımıza xeyir vermiyibdə erməni musiqiçilərini azərbaycan toylarına salırsan. Bu nə deməkdi? Ay millət sizin xəbəriniz var heç bundan? Hə? Erməniləri, ermənilərin mahnılarını danışanda, bir çox yerdə danışmısanki erməni musiqiçilərindən yoxdu. Niyə buqədər sevirsənsə onda get. Get onda düşmən ölkəyədə! Biz bu boyda 30 il əziyyət çəkdik. 30 il onlardan, o düşmənlərimizdən nələr çəkdik. Bu gün nə səbəbə? Hansısa bir musiqiçi Azərbaycan musiqisini təbliğ edən bir insan, gəlsin Azərbaycan toylarında hansısa bir instrumentalistləri, erməni.., erməni instrumentalistləri çağırsın onlara xeyir versin. (7) Sən eləbilirsən heçkəsin, heçnədən xəbəri yoxdur? Mən sənin haqqında hələ eləbirşey bilirəmki, mən təhdid eləmirəm qətiyyən. Ama insan bir danışanda bilər kimə söz atır, kimə nə deyir. Yerində qulağı var. Ona görə belə danışmağa heçdə ehtiyyac yoxdu. Sən unutmaki bir qadına orda yazmısan. Mən bir qadınam. Özüdə Azərbaycanda yetəri qədər gənclər arasında sözümü demiş sənətçiyəm. Hardan desən oxuyaram. Sənin o şanson tərzində oxumağından tutmuş muğama kimi. Say görüm heç muğamları bilirsən? Ancaq toylarda mən fikir verirəm səncaq erməni ritmiynən toyları aparırsan. O musiqiçilərki, arxada oturanlar ermənilərdi - düşmənlərimizdi bizim. Siz heç bilirsiz əzizlərim kimi toya çağırırsız? (8) Mənə deyirsən sən kimsən? Bu millətin musiqisi mənim qanımda dolaşır. Onu ürəydən, milli ruhda təqdim edirəm və bununlada fəxr edirəm. Sizin bunu anlamağınız üçün ilk öncə öz dilini, öz millətini və musiqisini xalis halda sevmək və onu elə təqdim etmək lazımdır ki, sonra içinizdə baş verən o paxıllıq tüğyanıki vare onu yatızdırmaq lazımıydı. Yadıvızda saxlıyın onu boş yerə deməyiblər sel ancaq qayadan çörçöpü aparar. (https://www.instagram.com/p/DFppzy-tRuc/?img_index=1) İşin faktiki hallarından göründüyü kimi, barəsində şikayət verilən şəxs X5 İntagram sosial şəbəkəsində paylaşdığı videomüraciətdə mənim haqqında:
1. Siz isə o insansınız, o sənətçisiniz ki, ilk dəfə elə erməni mahnısı ilə tanındız. Erməni mahnısını təbliğ elədiz. Ermənilərin ən sevdiyi mahnıları oxuyursuz.
2. Sənin haqqında elə şeylər bilirəmki, danışaram və səndə çox peşman olarsan bu yazını yazdığın üçün. Sən mənim sənətim haqqımda danışacaq ən axırıncı bir insansan və mən bir şeyidə deyimki, mən yaxşı bilirəmki sənin feyk (saxta) hesabların var. Yəqin unutmusan orda tələm-tələsik yazmısan, unutmusan feyk hesabından mənə yazmağa, girib pryamoy risk eliyib mənə öz səhifəndən yazmısan.
3. Sizin bunu anlamağınız üçün ilk öncə öz dilini, öz millətini və musiqisini xalis halda sevmək, onu elə təqdim etmək lazımdır ki, sonra içinizdə baş verən o paxıllıq tüğyanıki vare onu yatızdırmaq lazımıydı. Bu qəzəbin və dəliliyin hansı psixoloji durumunuzla bağlı olduğunu anlayıram.
4. Bəzən arzuladıqlarınızı, çata bilməyəcəklərinizi başqalarında görmək insanı, bax beləcə, artıq rəy yazmaqla hörmətdən saldığını özünüz də başa düşürsüz, əslində.
5. Sizin bunu anlamağınız üçün ilk öncə öz dilini, öz millətini və musiqisini xalis halda sevmək, onu elə təqdim etmək, sonra içinizdə baş verən paxıllıq tüğyanını yatızdırmaq lazım idi. SEL QAYADAN, ANCAQ ÇÖR-ÇÖP APARAR. Görünən kəndə bələdçi lazım deyil!!!"
6. Siz ise o insansınız, o sənətçisiniz ki, İlk dəfə elə erməni mahnısı ile tanındız. Erməni mahnısını təbliğ elədiz. Ermənilərin ən sevdiyi mahnıları oxuyursuz.
7. "Bir çoxlarına zəng vurdum və sənin haqqında bəzi şeyləri öyrəndim. Məyərsə sən, sənin haqqında çox heyiflər olsunki heçbir kəsdən yaxşı bir rəy ala bilmədim. Heçbir kəs sənin haqqında mübət birşey danışmadı mənə və yerində qulağı var.
8. Moskvada toyları aparırsan, bizim Azərbaycan toylarını aparırsan orda və azərbaycanlılarımız bizim həmyerlilərimiz orda sənə müəyyən məbləğ verirlər ama sən orda bizim musiqiçilərimizə heç xeyir vermirsən. Sən orda özün bilirsəndə erməni musiqiçilərini çağırırsan, salırsan bizim toylara. Bu nəqədər düzgündür?
9. Qolubka oxumusan, Qolubka birincisi erməni mahnısıdır. Ay millət, ay mənim əziz xalqım belə insanları toyunuza çağırmaqnan heçdə yaxşı eləmirsiz. Çünki niyə? Bir insanki öz dilində normal danışa bilmir. Öz dilində gözəl mahnıları oxuya bilmir. Bir dənə mahnı oxuyub, burdan elə deyirəm hamısı Qolubka və sairə bu tərzdə erməni mahnıları oxuyub.
10. Birinci insan baxar bir özünə, bir əməllərinə. Bir insanki, bir musiqiçiki onu həryerdə onun haqqında yaxşı şeylər danışılmır.
11. Çox, çox pis oldum əslində. Niyə? Çünki zəng vurursan hərkəs mənfi rəylər bildirir. Hərkəs sənin haqqında nələrsə danışır. Yenədə deyirəm mən heçkəsin heçnəyini burda belə açıb danışmaq istəmirəm. Ama lazım gələrsə sənin haqqında elə şeylər bilirəmki, danışaram səndə çox peşiman olarsan. Bu yazını yazdığın üçün.
12. Sən mənim sənətim haqqımda danışacaq ən axırıncı bir insansan və mən birşeyidə deyimki, mən yaxşı bilirəmki sənin feyk (saxta) hesabların var. Yəqin unutmusan orda tələm-tələsik yazmısan, unutmusan feyk hesabından mənə yazmağa, (5) girib pryamoy risk eliyib mənə öz səhifəndən yazmısan.
13. Bir şeyki Moskvaya gedirsən o instrumentalistlər heçdə yaxşı danışmır. Musiqiçilərimiz var giley-güzar eliyir səndən. Sən niyə öz musiqiçilərinə, azərbaycanlımıza xeyir vermiyibdə erməni musiqiçilərini azərbaycan toylarına salırsan. Bu nə deməkdi? Ay millət sizin xəbəriniz var heç bundan? Hə? Erməniləri, ermənilərin mahnılarını danışanda, bir çox yerdə danışmısanki erməni musiqiçilərindən yoxdu. Niyə buqədər sevirsənsə onda get. Get onda düşmən ölkəyədə! Biz bu boyda 30 il əziyyət çəkdik. 30 il onlardan, o düşmənlərimizdən nələr çəkdik. Bu gün nə səbəbə? Hansısa bir musiqiçi Azərbaycan musiqisini təbliğ edən bir insan, gəlsin Azərbaycan toylarında hansısa bir instrumentalistləri, erməni.., erməni instrumentalistləri çağırsın onlara xeyir versin.
14. Sən eləbilirsən heçkəsin, heçnədən xəbəri yoxdur? Mən sənin haqqında hələ eləbirşey bilirəmki, mən təhdid eləmirəm qətiyyən. Ama insan bir danışanda bilər kimə söz atır, kimə nə deyir.
15. Sənin o şanson tərzində oxumağından tutmuş muğama kimi. Say görüm heç muğamları bilirsən? Ancaq toylarda mən fikir verirəm səncaq erməni ritmiynən toyları aparırsan. O musiqiçilərki, arxada oturanlar ermənilərdi düşmənlərimizdi bizim. Siz heç bilirsiz əzizlərim kimi toya çağırırsız?
16. Sizin bunu anlamağınız üçün ilk öncə öz dilini, öz millətini və musiqisini xalis halda sevmək və onu elə təqdim etmək lazımdır ki, sonra içinizdə baş verən o paxıllıq tüğyanıki vare onu yatızdırmaq lazımıydı. Yadıvızda saxlıyın onu boş yerə deməyiblər sel qayadan ancaq çör-çöpü aparar. Sair təhqir və böhtan xarakterli ifadələr işlətmişdir. Bununla da, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs A. Vəliyeva məni milli ləyaqətin alçaldılmasında, düşmən ölkənin nümayəndələri ilə əməkdaşlıq etməkdə, erməni əsilli şəxslərin azərbaycanlılardan üstün tutmaqda ittiham etməklə mənə qəsdən böhtan atmış, şərəf və ləyaqətimi ləkələyən və məni nüfuzdan salan məlumat yaymış və şərəf və ləyaqətimi nalayiq formada alçaltmaqla məni təhqir etmişdır. Həmçinin A. Vəliyeva tərəfindən yuxarıda deyilən ifadələrdə xüsusilə qeyd edilən: "erməni mahnısı ilə tanındız. Erməni mahnısını təbliğ elədiz. Ermənilərin ən sevdiyi mahnıları oxuyursuz." "Bu qəzəbin və dəliliyin hansı psixoloji durumunuzla bağlı olduğunu anlayıram." "Sən orda özün bilirsəndə erməni musiqiçilərini çağırırsan, salırsan bizim toylara. Bu nəqədər düzgündür? Qolubka oxumusan, Qolubka birincisi erməni mahnısıdır. Ay millət, ay mənim əziz xalqım belə insanları toyunuza çağırmaqnan heçdə yaxşı eləmirsiz." "Bir insanki öz dilində normal danışa bilmir. Öz dilində gözəl mahnıları oxuya bilmir. Bir dənə mahnı oxuyub, burdan elə deyirəm hamısı Qolubka və sairə bu tərzdə erməni mahnıları oxuyub." "Sən niyə öz musiqiçilərinə, azərbaycanlımıza xeyir vermiyibdə erməni musiqiçilərini azərbaycan toylarına salırsan. Bu nə deməkdi? Ay millət sizin xəbəriniz var heç bundan? Hə? Erməniləri, ermənilərin mahnılarını danışanda, bir çox yerdə danışmısanki erməni musiqiçilərindən yoxdu. Niyə buqədər sevirsənsə onda get. Get onda düşmən ölkəyədə!" "Say görüm heç muğamları bilirsən? Ancaq toylarda mən fikir verirəm səncaq erməni ritmiynən toyları aparırsan. O musiqiçilərki, arxada oturanlar ermənilərdi - düşmənlərimizdi bizim. Siz heç bilirsiz əzizlərim kimi toya çağırırsız?" kimi ifadələrlə mənim işgüzar nüfuzuma və ləyaqətimə ziyan vurmuşdur. Qeyd edilənlərin açıq şəkildə və geniş kütlə qarşısında yayılması həmçinin mənim əsəb, stres, mənəvi iztirablar keçirməyimə səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqdı və bu əməl cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Cinayət-Prosssessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 88.1.3-ci maddəsinə əsasən cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs - xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı qismində tanınır. Göstərilənlərə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməklə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs bildirmişdir ki, Vəliyev Aytac açıq efirdə çıxıb paltarlarından danışıb, o da fikrini bildirmişdir. O da, vermiş olduğu şərhdə bildirmişdir ki, sənətdən danışmaq lazımdır. Belə şeylər xoş deyil. Mən təhqir etməmişəm. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, dəlilik və qəzəb əlmati sözünü işlətmişəm. Sadəcə olaraq o sözü işlətməkdə məqsədi o olmuşdur ki, sənəti təmsil edən şəxsin bu mövzulardan danışması ilə bağlı insanların gözündə dəlilik kimi görünür.Siz kimsiniz sualını verdikdə isə demək istəmişdir ki, müğənnisən sənətivi göstər. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək şikayətin icraata qəbul edilərək məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, X5 barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətin birinci səhifəsinin birinci cümləsində : X5 04 fevral 2025-ci il saat 14:58 əvəzinə 17:14 göstərilmişdir. Həmin cümlədə X5 04 fevral 2025-ci il saat 17:14 əvəzinə 14:58 kimi qəbul edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, X10 Əhmədovun erməni mahnılarını oxumağını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs bildirmişdir ki, özünü təqsirli bilmir. O kimisə təhqir və böhtan atmamışdır. Erməni mahnılarını plagiat edib oxuyub. İlkin olaraq Sabir Əhmədov ona dəlilik və qəzəb kommenti yazıb. Erməni mahnıları ilə bağlı isə bildirmək istəyir ki, Sabir Əhmədov youtubda paylaşdığı mahnılarında GOR music-ə istinad edb. Həmin GOR music-də isə erməni mahnıları paylaşılıb. X7 oxuduğu mahnılar erməni musiqiçilər tərəfindən səslənmişdir. Sabir Əhmədova dediyi sözlər ona atılan atamacaya cavab olaraq verilmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi bildirmişdir ki, Sabir Əhmədovun youtube səhifəsində paylaşdığı mahnılara nəzər saldıqda GOR music-ə istinadlar olması müəyyən edilmişdir. GOR music-də isə əsasən erməni mahnıları paylaşılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim edilmiş xüsusi ittiham qaydasında şikayətdə törədilməsi ehtimal edilən cinayətlər sadalanarkən yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulan böhtan cinayətinin tərkib əlamətlərinə uyğun hallar sadalanmışdır. Lakin, qeyd edilən şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri bildirilmiş, həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə də cinayət məsuliyyətinə cəlb edilmələri xahiş olunsa da, təhqir cinayətinin hansı nalayiq ifadələrdən istifadə olunaraq törədilməsi göstərilməmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 məhkəməyə təqdim etmiş olduğu şəkillərdən müəyyən edilmişdir ki, X4 youtube səhifəsində paylaşdığı mahnılarda GOR music- istinad edilmiş, həmçinin GOR music səhifəsində olan mahnılarda erməni mahnılarının paylaşılmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. Bundan əlavə olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin məcəllənin 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansi əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanin məbləği əks olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); sübutlarla təsdiq edildiyi göstərilir. Sözü gedən məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Sülhanə Hacıyeva