Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-26/2025 25.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9, X1, Zərərçəkmiş şəxs11, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1959-cu ildə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barədə verilmiş ittihama əsasən o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü Zərərçəkmiş şəxs7 vəkil kimi təqdim edib etibarından sui-istifadə edərək sonuncunun oğlu X40 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə yüngül cəza tətbiq edilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 15 sentyabr 2019cu il tarixdə saat 15 radələrində ünvan 3 ünvanında yerləşən icarəyə götürdüyü ofisdə Zərərçəkmiş şəxs7 8.000 manat, 14 dekabr 2020-ci il tarixdə saat 13 radələrində İfadə Məmmədovanın əri Şahid həmin ünvanda 5.000 manat, 02 fevral 2021-ci il tarixdə saat 15 radələrində həmin ünvanda Zərərçəkmiş şəxs7 4.500 manat, cəmi 17.500 manat nağd pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirmiş, 2023-cü ilin may-avqust ayları ərzində 2.500 manat nağd pulu qaytarmaqla Zərərçəkmiş şəxs7 ümumilikdə 15.000 (on beş min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü Zərərçəkmiş şəxs8 vəkil kimi təqdim edib etibarından sui-istifadə edərək sonuncunun 2011-ci ildə idarə etdiyi ağır tonajlı yük avtomobili ilə Goranboy rayonu ərazisində asfalt yola maddi ziyan vurması səbəbindən "xxxx" MMC-yə yaranmış borcunun silinməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 06 fevral 2022-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanında yerləşən icarəyə götürdüyü ofisdə Zərərçəkmiş şəxs8 500 manat, 25 may 2022-ci il tarixdə saat 16 radələrində həmin tarixli 47 saylı "Tapşırıq müqaviləsi" ilə 2.000 manat, cəmi 2.500 manat nağd pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs8 ümumilikdə 2.500 (iki min beş yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. (müddət keçib) Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü Zərərçəkmiş şəxs5 vəkil kimi təqdim edib etibarından sui-istifadə edərək təqaüd təyin edilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 26 avqust 2022-ci il tarixdə saat 15 radələrində ünvan 3 ünvanında yerləşən icarəyə götürdüyü ofisdə həmin tarixli 202 saylı "Tapşırıq müqaviləsi” ilə Zərərçəkmiş şəxs5 1000 manat nağd pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs5 1.000 (min) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. (müddət keçib) Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü Zərərçəkmiş şəxs9 vəkil kimi təqdim edib etibarından sui- istifadə edərək "Bakı Neftayırma” zavodunda zərərli işdə işləməsinə görə şirkətdən ödəniş almasına köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 27 oktyabr 2022-ci il tarixdə saat 10 radələrində ünvan 3 ünvanında yerləşən icarəyə götürdüyü ofisdə Zərərçəkmiş şəxs9 4.700 manat nağd pul vəsaitini ələ keçirib sonradan 400 manat nağd pulu qaytarmaqla Zərərçəkmiş şəxs9 4.300 (dörd min üç yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. (müddət keçib) Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü Zərərçəkmiş şəxs4 vəkil kimi təqdim edib etibarından sui-istifadə edərək sonuncunun oğlu X14 Respublikasının Kiyev şəhərində təhsil aldığı "X29" universiteti tərəfindən verilmiş diplomunun ölkə ərazisində tanınması üçün təsdiq etdirəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 01 noyabr 2022-ci il tarixdə saat 15 radələrində ünvan 3 ünvanında yerləşən icarəyə götürdüyü ofisdə həmin tarixli 301 saylı "Tapşırıq müqaviləsi” ilə Zərərçəkmiş şəxs4 5000 manat nağd pul vəsaitini alıb ələ keçirmiş, 2023-cü ilin iyul ayınadək həmin məbləğin 1.000 (min) manat nağd pulu qaytarmaqla Zərərçəkmiş şəxs4 4.000 (dörd min) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. (müddət keçib) Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü Zərərçəkmiş şəxs10 vəkil kimi təqdim edib etibarından sui-istifadə edərək təqaüd təyin edilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 30 noyabr 2022-ci il tarixdə saat 10 radələrində ünvan 3 ünvanında yerləşən icarəyə götürdüyü ofisdə həmin tarixli 217 saylı "Tapşırıq müqaviləsi” ilə Zərərçəkmiş şəxs10 700 manat nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs10 700 (yeddi yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. (müddət keçib) Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü Zərərçəkmiş şəxs11 vəkil kimi təqdim edib etibarından sui-istifadə edərək oğlu Rahib Məmmədovun müddətdən artıq hərbi xidmətə bərpa edilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 15 yanvar 2023-cü il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında yerləşən icarəyə götürdüyü ofisdə həmin tarixli 29 saylı "Tapşırıq müqaviləsi" ilə Zərərçəkmiş şəxs11 1.500 manat nağd pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs11 1.500 (min) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü Zərərçəkmiş şəxs10 vəkil kimi təqdim edib etibarından sui-istifadə edərək yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə çıxarış almasına köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 12 dekabr 2022-ci il tarixdə saat 15 radələrində ünvan 3 ünvanında yerləşən icarəyə götürdüyü ofisdə həmin tarixli 301 saylı "Tapşırıq müqaviləsi” ilə Zərərçəkmiş şəxs10 2.500 manat, 29 yanvar 2023-cü il tarixdə saat 14 radələrində eyni ünvanda həmin tarixli 77 nömrəli "Tapşırıq Müqaviləsi” ilə 2.200 manat, cəmi 4.700 manat nağd pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs10 ümumilikdə 4.700 (dörd min yeddi yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü Zərərçəkmiş şəxs2 vəkil kimi təqdim edib etibarından sui-istifadə edərək Rusiya Federasiyasının Sibir vilayətində işlədiyi üçün güzəştli təqaüd verilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 05 fevral 2023-cü il tarixdə 19 radələrində ünvan 3 ünvanında yerləşən icarəyə götürdüyü ofisdə həmin tarixli 87 saylı "Tapşırıq müqaviləsi" ilə Zərərçəkmiş şəxs2 5.000 manat pul vəsaitini alıb ələ keçirmiş, 2023-cü ilin sentyabr ayınadək 1.100 (min yüz) manat nağd pulu qaytarmaqla Zərərçəkmiş şəxs2 3.900 (üç min doqquz yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü Zərərçəkmiş şəxs12 vəkil kimi təqdim edərək etibarından sui-istifadə edib arvadı X7 məhkəmə yolu ilə boşanmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 15 noyabr 2022-ci il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında yerləşən icarəyə götürdüyü ofisdə həmin tarixli 217 saylı "Tapşırıq müqaviləsi” ilə Zərərçəkmiş şəxs12 400 manat, 22 noyabr 2022-ci il tarixdə saat 10 radələrində həmin ünvanda 100 manat, 08 fevral 2023-cü il tarixdə həmin tarixli 217 saylı "Tapşırıq müqaviləsi” ilə 350 manat, cəmi 850 manat nağd pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs12 ümumilikdə 850 (səkkiz yüz əlli) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü Zərərçəkmiş şəxs6 vəkil kimi təqdim edib etibarından sui-istifadə edərək oğlu X32 barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə yüngül cəza tətbiq edilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 09 mart 2023-cü il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında yerləşən icarəyə götürdüyü ofisdə Zərərçəkmiş şəxs6 7500 manat nağd pul vəsaitini ələ keçirmiş, 2023- cü ilin avqust ayınadək 4.000 manat nağd pulu qaytarmaqla Zərərçəkmiş şəxs6 3.500 (üç min beş yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü Zərərçəkmiş şəxs3 vəkil kimi təqdim edib etibarından sui-istifadə edərək sonuncunun arvadı X15 təqaüdün təyin edilməsində köməklik göstərəciyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 20 dekabr 2022-ci il tarixdə saat 13 radələrində ünvan 5 ünvanında yerləşən icarəyə götürdüyü ofisdə Zərərçəkmiş şəxs3 3.000 manat aldıqdan sonra guya həmin işin düzəlmədiyini bunun əvəzində sonuncunun qardaşı X12 "xxxx" şirkətinə işə düzəldəcəyini bəhanə edib əlavə olaraq 13 iyun 2023-cü il tarixdə saat 15 radələrində həmin ünvanda Zərərçəkmiş şəxs3 həmin tarixli 97 saylı "Tapşırıq müqaviləsi” ilə əlavə 2.450 manat, ümumilikdə 5.450 manat pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 5.450 (beş min dörd yüz əlli) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü məcburi köçkün olmuş X2 vəkil kimi təqdim edərək etibarından sui-istifadə edib "çörəkpulu” təqaüdünü bərpa etdirəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 05 may 2023-cü il tarixdə saat 10 radələrində ünvan 5 ünvanında yerləşən icarəyə götürdüyü ofisdə Sayalı Gülməmmədovadan 250 manat, 26 iyun 2023-cü il tarixdə saat 15 radələrində həmin ünvanda 350 manat, cəmi 600 manat nağd pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə zərərçəkmiş şəxs X2 ümumilikdə 600 (altı yüz ) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2013-cü ildən ünvan 3 ünvanında yerləşən ofisdə hüquq xidmətləri göstərmişdir. Belə ki, ali təhsillidir və Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmiş, lakin Vəkillər Kollegiyasının üzvü olmamışdır. 2019-cu ilin aprel ayında Zərərçəkmiş şəxs7 ofisimə gələrək oğlu Amil Piriyevin barəsində istintaq aparılmasını, barəsində olan cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini bildirmiş və kömək etməyini istədikdə sonuncuya oğlu Amil barəsində 7-8 il müddətinə azadlıqdan məhrum etmə cəzası tətbiq edilərək ardınca 1/3 hissəsindən azad edilməsinə köməklik göstərəcəyini bildirmiş və qarşılığında 8000 manat pul istəmişdir. 15 mart 2019-cu il tarixdə saat 15 radələrində İfadə ofisində 8.000 manat pul vermişdir. Ardınca guya Ədliyyə Nazirliyində olan tanışına pulun verilməsini deyərək həmin şəxsin yenidən pul istəməsini bildirmiş və 14 dekabr 2020-ci il tarixdə günorta saatlarında İfadənin əri Şahid ofisinə gələrək 5000 manat pulu vermişdir. Daha sonra 2021-ci ilin fevral ayının əvvəllərində İfadə ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq hökm çıxarılmamış təcili 5.000 manat lazım olmasını demişdir. Lakin İfadə həmin məbləğdə pulunun olmamasını demiş və 02 fevral 2021-ci il tarixdə ofisində 4.500 manat pul vermişdir. Ardınca Zərərçəkmiş şəxs7 oğlu barəsində aparılan araşdırma zamanı heç bir iş görmədiyini deyərək pulunu geri tələb etməyə başlamışdır. Sonradan İfadəyə 2.700 manat qaytarsa da qalan məbləği qaytara bilməmişdir. İfadənin verdiyi pulu isə digər borclarına vermişdir. Bundan başqa 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs8 ofisinə yaxınlaşaraq 2011-ci ildə Goranboy rayonu ərazisində yük maşını idarə edərkən yolu yararsız vəziyyətə salması ilə əlaqədar olaraq “A-Group" MMC şirkətində adına borc yaranmasını bildirib köməklik etməyin mümkün olmasını soruşduqda bu barədə məhkəmə yolu ilə ona köməklik göstərə biləcəyini demiş və qarşılığında ilkin olaraq 06 fevral 2022-ci il tarixdə sonuncudan 500 manat pul almışdır. Daha sonra məhkəmə üçün əlavə 2000 manat pul lazım olmasını demiş və 25 may 2022ci il tarixdə ofisində Zahiddən 2000 manat pul almışdır. Həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bir il müddət keçdikdə Zahid pulunu geri tələb etməyə başlamışdır. Müddəti uzatmaq üçün Bakı İnzibatı məhkəməsinə iddia ərizəsi hazırlayıb göndərmişdir. Lakin heç bir əhəmiyyəti olmadığından Zahid yenidən pulunu geri tələb etmişdir. Lakin Zahid pulunu qaytara bilməmişdir. Bundan başqa 2022-ci ilin avqust ayında ofisinə yaxınlaşan Zərərçəkmiş şəxs5 təqaüd alınmasının şərtləri ilə maraqlandıqda sonuncuya Sosial Müdafiə fondu vasitəsi ilə təqaüd düzəltdirə biləcəyini demiş və qarşılığında 1000 manat verməli olmasını bildirmişdir. 26 avqust 2022-cü il tarixdə saat 16 radələrində ofisində Zaur 1000 manat pul vermişdir. Bir-iki ay keçdikdən sonra Zaur dəfələrlə əlaqə saxlayaraq işin nə yerdə olmasını soruşduqda müxtəlif bəhanələrlə müddəti uzatmışdır. Daha sonra Zaur pulunu geri tələb etdikdə həmin 1000 manat məbləği şəxsi ehtiyacları üçün xərclədiyinə görə sonuncuya hər hansı ödənişi qaytara bilməmişdir. Sonradan isə Zaura 520 manat pul qaytarmışdır. Bundan başqa 2021-ci ilin yay aylarında Zərərçəkmiş şəxs9 ofisinə yaxınlaşaraq "Bakı Neftayırma” zavodunda işləyib təqaüdə çıxmasını, bəzi xidmət illəri hesablanmadığından təqaüdün səhv hesablanmasını bildirib məsləhət istədikdə sonuncuya məhkəmə yolu ilə şirkətdən əlavə pul almasına köməklik göstərə biləcəyini deyərək qarşılığında 6000 manat verməsini demişdir. 27 oktyabr 2022- ci il tarixdə səhər saatlarında Ataxan ofisində 4.700 manat pul verərək qalan məbləği isə iş alındıqda verəcəyini bildirmişdir. Lakin həmin pulu şəxsi ehtiyacları üçün xərcləmiş və sonradan Ataxan pulunu geri tələb etdikdə 400 manat qaytarsada qalan 4.300 manatı qaytara bilməmişdir. Bundan başqa 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs4 işlədiyi ofisə yaxınlaşaraq oğlu X5 2020-ci ildə Ukraynan Respublikasının Kiyev şəhərində “X29”nı bitirsə də diplomunun ölkə ərazisində təsdiqlənməməsi səbəbi ilə işə düzələ bilmədiyini deyərək bu barədə köməklik etməyin mümkün olub-olmamasını maraqlanmışdır. Yaşara məhkəmə yolu ilə diplomunu təsdiq etdirəcəyini deyərək qarşılığında 5000 manat pul istəmişdir. 01 noyabr 2022-ci il tarixdə ofisində Zərərçəkmiş şəxs4 5000 manat pul almışdır. Pulu aldıqdan sonra isə oğlunun işi ilə bağlı olmasını deyərək bu barədə tapşırıq müqaviləsi tərtib edərək Yaşarın adını qeyd etmiş və imzalamışdır. Daha sonra isə bu barədə hər hansı iş görə bilməmiş və pulu xərclədiyi üçün 2023-cü ilin sentyabr ayınadək Yaşara 1000 manat qaytarsa da qalan məbləği qaytara bilməmişdir. Bundan başqa 2022ci ilin noyabr ayında ofisinə yaxınlaşan Zərərçəkmiş şəxs10 ona təqaüd verilməsi üçün nə etməli olmasını soruşduqda köməklik göstərə biləcəyini demiş və qarşılığında 700 manat pul lazım olmasını bildirmişdir. Daha sonra Düriyyə 30 noyabr 2022-ci il tarixdə ofisində 700 manat pul vermişdir. Söhbət zamanı Düriyyə yaşadığı ünvanın çıxarışı olmadığını dediyi üçün sonuncuya çıxarış əldə edilməsinə də köməklik göstərəcəyini deyərək bunun üçün 12 dekabr 2022-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs10 2.500 manat, 29 yanvar 2023-cü il tarixdə günorta saatlarında isə 2.200 manat pul almışdır. Lakin verilən pulları şəxsi ehtiyacları üçün xərcləmiş və sonradan Düriyyə heç bir iş görmədiyini anlayaraq pulunu geri tələb etdikdə pulunu qaytara bilməmişdir. Bundan başqa 15 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs11 ofisimə yaxınlaşaraq oğlu Rahib Məmmədovun 2022-ci ilin iyul ayında hərbi xidmətdən təxris olunmasını deyib müddətdən artıq hərbi xidmətə bərpa edilməsinin mümkün olmasını soruşduqda sonuncuya Müdafiə Nazirliyində tanışı olmasını deyərək köməklik edə biləcəyini deyib qarşılığında 1.500 manat pul lazım olmasını bildirmişdir. Həmin tarixdə günorta saatlarında ofisində 1.500 manat pul vermişdir. Həmin pulu başqa borclarına vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs11 əlaqə saxlayaraq və ofisinə gələrək pulunu tələb etməyə başlamışdır. Lakin pulu xərclədiyi üçün qaytara bilməmişdir. Bundan başqa 2023-cü ilin fevral ayında Zərərçəkmiş şəxs2 işlədiyi ofisə yaxınlaşaraq əvvəllər Rusiya Federasiyasının Sibir vilayətində işləməyini bildirərək bununla bağlı güzəştli təqaüd düşüb-düşməməsini maraqlandıqda sonuncuya tanışının olmasını deyərək köməklik göstərə biləcəyini bildirmiş və qarşılığında 5000 manat pul istəmişdir. 05 fevral 2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs2 ofisində 5000 manat pul vermişdir. Bir-iki ay ərzində Eldar dəfələrlə əlaqə saxlayaraq işin nə yerdə olmasını soruşduqda müddəti uzatmışdır. Daha sonra isə Eldar aldatmağını anlayıb pulunu geri tələb etmişdir. 2023-cü ilin sentyabr ayınadək Zərərçəkmiş şəxs2 1100 manat pul qaytarsa da qalan məbləği qaytara bilməmişdir. Bundan başqa 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs12 işlədiyi ofisə gələrək arvadı Lalə Sultanova ilə rəsmi nikahlarının ləğv edilməsində köməklik göstərməyini xahiş etmişdir. Məhkəmə yolu ilə köməklik göstərəcəyini Cəlilə deyərək 15 noyabr 2022-ci il tarixdə saat 14 radələrində sonuncudan 400 manat pul almışdır. Bir həftə sonra Cəlilə yenidən pul lazım olmasını demiş və 22 noyabr 2022-ci il tarixdə saat 10 radələrindən yenidən ofisində Cəlildən 100 manat pul almışdır. Sonra Cəlil əlaqə saxlayaraq işin nə yerdə olmasını soruşduqda sonuncuya işin məhkəməyə verilməsini deyərək əlavə 350 manat pul lazım olmasını bildirmişdir. 08 fevral 2023-cü il tarixdə həmin ərəfədə istifadə etdiyi, nömrəsini və məxsus olduğu bankı xatırlamadığı hesab kartının üzərindəki rəqəmləri Cəlilə dedikdən sonra sonuncu 350 manat pul göndərmişdir. Ardınca Cəlil bir neçə dəfə əlaqə saxlayaraq işi maraqlandıqda müxtəlif bəhanələr gətirərək müddəti uzatmışdır. Həmin pulu isə öz ehtiyaclarım üçün xərcləmişdir. Bundan başqa 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs6 ofisinə yaxınlaşaraq oğlu X16 barəsində istintaq aparılmasını və Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsini deyərək köməklik göstərməyini istədikdə sonuncuya Lənkəran Ağır Cinayətlər Məhkəməsində olan tanışı vasitəsilə yüngül cəza təyin edilməsinə görə köməklik edəcəyi barədə yalan vəd vermiş və qarşılığında 7500 manat pul lazım olmasını demişdir. 09 mart 2023-cü il tarixdə ofisində Nərgiz 7500 manat pul vermişdir. Bir neçə ay keçdikdən sonra Nərgiz ofisinə gələrək onu aldatmağını deyib pulunu geri tələb etmişdir. 2023-cü ilin avqust ayınadək Nərgizə 4000 manat qaytarsa da qalan məbləği qaytara bilməmişdir. Bundan başqa 2022-ci ilin avqust ayında tanış olduğu Zərərçəkmiş şəxs3 2022-ci ilin əvvəllərində Ariflə təsadüfən Bakı Metropolitenin "Həzi Aslanov" stansiyası yaxınlığında rastlaşdıqda sonuncu arvadına təqaüd alınması ilə bağlı köməklik göstərib-göstərə bilməyəciyini soruşduqda tanışının olmasını və kömək edə biləcəyini deyərək qarşılığında 3000 manat pul istəmişdir. 20 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Ariflə ofisində görüşmüş və Arif 3.000 manat pul vermişdir. Bundan 2-3 ay keçdikdən sonra Arif əlaqə saxlayaraq məsələnin nə yerdə olmasını maraqlanmağa başlayaraq narazılıq etmişdir. Ardınca 2023-cü ilin ortalarında Arif pulunu geri tələb etdikdə pulu xərclədiyi üçün qaytara bilməmiş və qarşılığında tanışlarında işə düzəlmək istəyən varsa "Socar” şirkətinə işə düzəldə biləcəyini demişdir. Arif qardaşı oğlu X24 işə düzəltmək istədiyini bildirdikdə əlavə 2500 manat pul lazım olmasını demişdir. Daha sonra 13 iyun 2023-cü il tarixdə saat 15 radələrində ofisində Arifdən 1.500 manat pul almış, həmin tarixdə saat 22 radələrində isə yenidən ofisində sonuncudan 950 manat pul almışdır. Lakin yenidən heç bir iş görmədən pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 2023-cü ilin may ayında X6 işlədiyi ofisə yaxınlaşaraq dövlət tərəfindən verilən “çörək pulu" adlanan təqaüdün verilməsinin dayandırılmasını bildirib kömək istəmişdir. Sayalıya təqaüdün bərpa etdirilməsi üçün köməklik göstərə biləcəyini deyib qarşılığında 2000 manat verməli olmasını bildirmişdir. Sayalı isə etiraz edərək maddi vəziyyətinin pis olmasını bildirib 600 manat pul verə biləcəyini dedikdə sonuncu ilə razılaşmışdır. Daha sonra hissə-hissə olmaqla 05 may 2023-cü il tarixdə ofisində Sayalı Gülməmmədova 250 manat, 26 iyun 2023-cü il tarixdə saat 15 radələrində isə 350 manat pul vermişdir. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləyərək Sayalının işi ilə bağlı hər hansı bir iş görməmişdir. Törətdiyi əmələ görə səmimi olaraq peşmandır, dəymiş zərərin çox hissəsini zərərçəkmiş şəxslərə ödədiyini, qalan məbləğləri də qısa zamanda ödəyəcəyini bildirmiş və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında xatırlamadığı restoranda olarkən Təqsirləndirilən şəxs ilə tanış olmuş və sonuncu özünü vəkil kimi təqdim edərək hüquqi yardım göstərməsini bildirmişdir. 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla rastlaşıb söhbət edən zaman sonuncuya həyat yoldaşı X9 da təqaüd almaması barədə danışmış və Təqsirləndirilən şəxs mənə köməklik göstərə biləcəyini demişdir. 2022-ci ilin dekabr ayının ortalarında Bakı Metropolitenin "Həzi Aslanov" stansiyası yaxınlığında yerləşən ofisə gedərək Məhəmməd ilə orada görüşmüş və sonuncu təqaüdün düzəldilməsi qarşılığında 3000 manat pul istəyib pulu nazirlikdə olan tanışına verib təqaüd düzəldəcəyini demişdir. 20 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Məhəmmədin ofisində sonuncuya 3.000 manat pul vermişdir. Bundan 2-3 ay keçdikdən sonra Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq məsələnin nə yerdə olmasını soruşduqda sonuncu müxtəlif bəhanələr gətirərək müddəti uzatmışdır. Məhəmməddən pulunu geri tələb etsədə bir-iki ay ərzində pulunu geri ala bilməmiş və qarşılığında sonuncu təklif etmişdir ki, "xxxx" Neft şirkətinə istədiyi işə düzəldə bilər. Məhəmməd ilə razılaşmış və qardaşı oğlu X25 "xxxx" Neft Şirkətində işə düzəldə bilib-bilməyəcəyini soruşduqda Məhəmməd əlavə ödəniş etməli olmağını bildirib 2.500 manat ödəməli olmağını demişdir. 13 iyun 2023-cü il tarixdə saat 15 radələrində Məhəmmədin ofisində sonuncuya 1.500 manat pul vermiş, həmin gün axşam saatlarında sonuncu əlaqə saxlayıb qalan məbləği istədikdə üzərində 950 manat olmasını demiş və razılaşaraq təcili lazım olmasını bildirdiyindən yenidən saat 22 radələrində Məhəmmədin ofisində 950 manat pul vermişdir. Məhəmmədə 3000 manat pulu arvadı X15 təqaüd düzəldilməsi üçün 2.450 manat pulu isə qardaşı oğlu X25 "xxxx"-a işə düzəltməsi üçün vermişdir. Lakin Məhəmməd bu sahədə heç bir iş görməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayında Bakı Metropolitenin "Həzi Aslanov" stansiyası yaxınlığında olan zaman orada olan "Hüquqi yardım" adı altında olan ofisə daxil olmuş və ofisdə əyləşən Təqsirləndirilən şəxs yaxınlaşaraq oğlu Fizuli Həsənzadənin 2020-ci ildə Ukraynanın Kiyev şəhərində, "X29"-nı bitirərək diplomunu almasını, lakin ölkə ərazisində diplomun təsdiq olunması ilə bağlı çətinliklər yaranması səbəbindən köməklik göstərə bilib-bilməməsini soruşmuşdur. Təqsirləndirilən şəxs Bakı İnzibati Məhkəməsi vasitəsilə diplomu təsdiq etdirəcəyini bildirərək əvəzində 5000 manat pul istəmişdir. 01 noyabr 2022-ci il tarixdə saat 15 radələrində Məhəmmədin ofisində sonuncuya 5.000 manat pul vermişdir. Pulu oğlunun diplomunu təsdiq etdirmək üçün verdiyinə görə Təqsirləndirilən şəxs "Tapşırıq müqaviləsi" adlı sənəd tərtib edərək oğlu Fizuli Həsənzadənin adını həmin sənədə qeyd etmişdir. 4-5 ay keçdikdən sonra Məhəmməddən bu barədə maraqlandıqda sonuncu müxtəlif bəhanələr gətirərək müddəti uzatmağa başlamışdır. Belə ki, Məhəmməd Bakı İnzibati Məhkəməsinə ərizə ünvanlamasını deyərək gözləməyini bildirmişdir. Bundan sonra həmin məhkəmədən maraqlandıqda məsələ ilə bağlı hər hansı bir müraciətin daxil olmadığını öyrənmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayınadək 1000 manat qaytararaq 5000 manatdan 1000 manatı özünə götürməsini, ona görə də qaytarmasını, 4000 manat pulu isə bu işi həll etməyə söz vermiş məhkəmədə olan tanışına verməsini və qaytaracağını bildirmişdir. Lakin Məhəmməd pulunu qaytarmamışdır. Polis bölməsinə ərizə ünvanladıqdan sonra Məhəmməd 900 manat pul qaytarmışdır. Məhəmmədə 5000 manat pulu oğlu Fizuli Həsənzadənin diplomunun təsdiq edilməsi məqsədilə vermişdir. Məhəmməd isə bunun qarşılığında heç bir iş görməmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, ona qarşı, şikayət və tələbi yoxdur. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs ilə barışmışlar, ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Qərar qəbul edilərkən bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 etibarnamə üzrə nümayəndəsi X17 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayında Bakı Metropolitenin "Həzi Aslanov" stansiyası yaxınlığında olan zaman orada olan "Hüquqi yardım" adı altında olan ofisə daxil olmuş və ofisdə əyləşən Təqsirləndirilən şəxs yaxınlaşaraq oğlu Fizuli Həsənzadənin 2020-ci ildə Ukraynanın Kiyev şəhərində, "X29"-nı bitirərək diplomunu almasını, lakin ölkə ərazisində diplomun təsdiq olunması ilə bağlı çətinliklər yaranması səbəbindən köməklik göstərə bilib-bilməməsini soruşmuşdur. Təqsirləndirilən şəxs Bakı İnzibati Məhkəməsi vasitəsilə diplomu təsdiq etdirəcəyini bildirərək əvəzində 5000 manat pul istəmişdir. 01 noyabr 2022-ci il tarixdə saat 15 radələrində Məhəmmədin ofisində sonuncuya 5.000 manat pul vermişdir. Pulu oğlunun diplomunu təsdiq etdirmək üçün verdiyinə görə Təqsirləndirilən şəxs "Tapşırıq müqaviləsi" adlı sənəd tərtib edərək oğlu Fizuli Həsənzadənin adını həmin sənədə qeyd etmişdir. 4-5 ay keçdikdən sonra Məhəmməddən bu barədə maraqlandıqda sonuncu müxtəlif bəhanələr gətirərək müddəti uzatmağa başlamışdır. Belə ki, Məhəmməd Bakı İnzibati Məhkəməsinə ərizə ünvanlamasını deyərək gözləməyini bildirmişdir. Bundan sonra həmin məhkəmədən maraqlandıqda məsələ ilə bağlı hər hansı bir müraciətin daxil olmadığını öyrənmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayınadək 1000 manat qaytararaq 5000 manatdan 1000 manatı özünə götürməsini, ona görə də qaytarmasını, 4000 manat pulu isə bu işi həll etməyə söz vermiş məhkəmədə olan tanışına verməsini və qaytaracağını bildirmişdir. Lakin Məhəmməd pulunu qaytarmamışdır. Polis bölməsinə ərizə ünvanladıqdan sonra Məhəmməd 900 manat pul qaytarmışdır. Məhəmmədə 5000 manat pulu oğlu Fizuli Həsənzadənin diplomunun təsdiq edilməsi məqsədilə vermişdir. Məhəmməd isə bunun qarşılığında heç bir iş görməmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, ona qarşı, şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayında Bakı Metropolitenin "Həzi Aslanov" stansiyası yaxınlığında olarkən orada "hüquqi yardım" yazısı altında fəaliyyət göstərən ofisə daxil olmuş və ofisdə əyləşən, özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs əvvəllər Rusiya federasiyasının Sibir vilayətində işləməyini bildirərək bununla bağlı güzəştli təqaüd düşüb düşməməsini maraqlandıqda sonuncu tanışı olmasını deyərək köməklik göstərə biləcəyinə söz vermiş və qarşılığında 5.000 manat pul istəmişdir. 05 fevral 2023-cü il tarixdə saat 19 radələrində Məhəmmədin ofisə gedərək sonuncuya 5.000 manat pul vermişdir. Bir-iki ay keçməsinə baxmayaraq heç bir iş görülmədiyindən Məhəmmədin aldatmasını başa düşmüş və sonuncudan pulunu geri tələb etməyə başlamışdır. Lakin müxtəlif bəhanələr gətirərək müddəti uzatmağa başlamışdır. 2023-cü ilin sentyabr ayınadək Məgəmməd 1100 manat pul qaytarmış, lakin qalan 3900 manat pulunu qaytarmamışdır. Məhəmmədə 5000 manat pulu təqaüd verilməsinə köməklik göstərməsi üçün vermişdir. Lakin Məhəmməd bu istiqamətdə heç bir iş görməmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, ona qarşı, şikayət və tələbi yoxdur. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona dəymiş 3900 (üç min doqquz yüz) manat tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayınadək "Bakı Neftayırma Zavodu"-nda mühəndis olaraq işləmiş və sonra təqaüdə çıxmışdır. Təqaüdə çıxarkən işlədiyi bəzi müddətlərin sənədləri tapılmadığından həmin xidmət illəri hesablanmamış və qeyd olunan müddətin bərpa edilərək təqaüddə nəzərə alınması üçün Bakı Metropolitenin "Həzi Aslanov" stansiyası yaxınlığında fəaliyyət göstərən hüquqi yardım adlı ofisə yaxınlaşmışdır. Orada əyləşən Təqsirləndirilən şəxs bu sahədə köməklik göstərə biləcəyini bildirmiş və şirkətdən əlavə 25000-30000 manat gəlir əldə edə biləcəyini demişdir. Qarşılığında 6000 manat pul verməli olmağını bildirmişdir. 27 oktyabr 2022-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs ofisində 4700 manat pul vermişdir. Lakin bundan xeyli müddət keçməsinə baxmayaraq Məhəmməd aldığı pulun qarşılığında heç bir iş görməmişdir. Sonradan özü digər təqaüdə çıxan şəxslərdən maraqlandıqda Məhəmmədin bildirdiyinin qeyri-mümkün olmasını öyərnmiş və sonuncunun aldatmasını başa düşdüyü üçün pulunu geri tələb etmişdir. Həmin vaxtdan etibarən 2023-cü ilin avqust ayınadək Məhəmməd 400 manat pul qaytarsa da qalan 4.300 manat pulu qaytarmamışdır. Məhəmmədə 4.700 manat pulu "Bakı Neft Ayırma" zavodunda işlədiyi 1994-2006-cı illərdə olan iş stajının hesablanaraq təqaüddə nəzərə alınmasını məhkəmə yolu ilə bərpa etməsi üçün vermişdir. Lakin Məhəmməd bu istiqamətdə heç bir iş görməmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən 1570 manat ödənilmişdir, ona qarşı heç bir şikayətim və tələbim yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2019-cu ilin aprel ayında keçmiş əri X37 ilə nigahından olan oğlu X4 rayon prokurorluğunda araşdırılan cinayət işi üzrə təqsirləndirilən qismində cəlb edilmişdir. Həmin ərəfədə Bakı Metropolitenin "Həzi Aslanov" stansiyası yaxınlığında olan üzərində "hüquqi yardım" yazısı olan ofisə daxil olaraq özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuş və oğlu Amil Piriyevin tutulması ilə bağlı nə kimi köməklik göstərə biləcəyini soruşmuşdur. Məhəmməd tanışlarının olmasını deyərək Amil barəsində 7-8 il azadlıqdan məhrum etmə cəzası tətbiq ediləcəyinə köməklik edəcəyini bildirmiş və sonradan 1/3 hissəsindən azad etdirə biləcəyini bildirmişdir. Bunun qarşılığında ilkin olaraq Məhəmməd 8.000 manat pul istəmişdir. 2019-cu ilin sentyabr ayının 15-də saat 15 radələrində Təqsirləndirilən şəxs ofisində 8.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyində olan tanışının işin görülməsi üçün əlavə pul lazım olmasını deyərək yenidən 5.000 manat pul istəmişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində 2017- ci ildə evləndiyi əri Şahid 5.000 manat verərək aparıb Təqsirləndirilən şəxs verməsini bildirmişdir. Bundan sonra Məmməd həmin pulu Təqsirləndirilən şəxs ofisində vermişdir. 2021-ci ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs xatırlamadığı mobil nömrəsi ilə mənimlə əlaqə saxlayaraq məhkəmə prosesinin yekunlaşmasını və hökm çıxarılmamış təcili 5.000 manat pul lazım olmasını demişdir. Həmin məbləğin olmamasını deyərək 4.500 manat pulu olmasını demişdir. Təqsirləndirilən şəxs razılaşdıqdan sonra 02 fevral 2021-i il tarixdə saat 15 radələrində Məhəmmədin ofisində təklikdə 4.500 manat pul sonuncuya vermişdir. 15 fevral 2021-ci il tarixdə oğlu Amil Piriyev barəsində Bakı Ağır Cinayətlər məhkəməsi tərəfindən 18 il müddətinə azadlıqdan məhrum etmə cəzası tətbiq edilmişdir. Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq narazılığını bildirmiş və aldatmasına görə pulunu geri qaytarmasını tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs 2023-cü ilin may-avqust ayları ərzində hissəhissə olmaqla 2.500 manat pul qaytarmışdır. Polis bölməsinə ərizə ünvanladıqdan sonra isə 200 manat pul qaytarmışdır. Qalan 14.800 manat pulu isə qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən borcun bir qismi ödənilmiş, qalan borc 3500 manat təşkil edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, 15 yanvar 2023cü il tarixdə Bakı Metropolitenin “Həzi Aslanov" stansiyası yaxınlığında olan zaman orada olan "Hüquqi yardım" adı altında olan ofisə daxil olmuşdur. Ofisdə əyləşən Təqsirləndirilən şəxs yaxınlaşaraq oğlu X10 2022-ci ilin iyul ayında hərbi xidmətdən təxris olunmasını, müddətdən artıq həqiqi hərbi xidmətə bərpa edilməsinin mümkün olub- olmaması barədə maraqlandıqda Təqsirləndirilən şəxs Müdafiə Nazirliyində olan tanışı vasitəsilə xidmətə bərpa etdirəcəyinə dair vəd verərək qarşılığında 1.500 manat pul lazım olmasını bildirmişdir. Həmin tarixdə saat 14 radələrində Məhəmmədin ofisində sonuncuya təklikdə 1500 manat pul vermişdir. Bundan 2-3 ay keçdikdən sonra Məhəmməd ilə əlaqə saxlamış, lakin hər hansı bir irəlləyiş olmadığından pulunu geri tələb etməyə başlamışdır. Lakin Məhəmməd müxtəlif bəhanələr gətirərək müddəti uzatmağa başlamışdır. Sonradan isə Məhəmməd ilə əlaqə saxlaya bilməmişdir. Məhəmmədə 1.500 manat pulu oğlu Rahib Məmmədovu müddətdən artıq həqiqi hərbi xidmətə bərpa etdirmək məqsədilə vermişdir. Lakin Məhəmməd bunun qarşılığında heç bir iş görməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsində göstərilmişdir ki, 2023-cü ilin may ayında Bakı Metropolitenin "Həzi Aslanov" stansiyası yaxınlığında olarkən orada olan "Hüquqi yardım" yazısı altında fəaliyyət göstərən ofisə daxil olmuşdur. Ofisdə əyləşən Təqsirləndirilən şəxs dövlət tərəfindən verilən çörək pulunun kəsilməsi barədə məlumat verdikdə sonuncu köməklik göstərəcəyini bildirmiş və bunun üçün 2000 manat pul istəmişdir. Lakin həmin məbləğdə pulunun olmamasını demiş və 600 manat verə biləcəyini bildirmişdir. Məhəmməd razılaşaraq qalan məbləği də çörək pulunu aldıqda verə biləcəyini bildirmişdir. 05 may 2023-cü il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs ofisində 250 manat pul vermişdir. 26 iyun 2023-cü il tarixdə saat 15 radələrində yenidən Məhəmmədin ofisinə getmiş və sonuncuya 350 manat pul vermişdir. Bir müddət sonra Məhəmməddən işin nə yerdə olmasını soruşduqda sonuncu müxtəlif bəhanələr gətirərək müddəti uzatmağa başlamışdır. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bu barədə heç bir iş görməmiş və onu aldatmışdır. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, ona qarşı, şikayət və tələbi yoxdur. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmiş və onlar barışmışlar, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və iddiası yoxdur. Məhkəmə iclasında videokonfrans vasitəsi ilə dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Hazırda ölkə hüdudlarından kənarda yaşayır. 2022-ci ilin noyabr ayında arvadı X31 ilə rəsmi nikahının ləğv edilməsi üçün Bakı Metropolitenin "Həzi Aslanov" stansiyası yaxınlığında olarkən "hüquqi yardım" yazısı altında fəaliyyət göstərən ofisə daxil olmuşdur. Orada əyləşən Təqsirləndirilən şəxs bu barədə köməklik göstərə bilib-bilməyəcəyi ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs bu işi həll edə biləcəyini deyərək ilkin olaraq qarşılığında 400 manat pul istəmişdir. 15 noyabr 2022-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs ofisində 400 manat pul vermişdir. 1 həftə keçdikdən sonra Təqsirləndirilən şəxs əlaqə saxlayaraq 100 manat lazım olmasını demiş və 22 noyabr 2022-ci il tarixdə saat 10 radələrində sonuncuya 100 manat pul vermişdir. Bir ay keçdikdən sonra Təqsirləndirilən şəxs işin nə yerdə olmasını soruşduqda sonuncu güya ki, işin məhkəmə baxışına hazırlanmasını deyərək gözləməyini bildirmişdir. Ardınca 2023-cü ilin fevral ayında yenidən əlaqə saxlamış və əlavə 350 manat pul lazım olmasını demişdir. 08 fevral 2023-cü il tarixdə saat 10 radələrində mobil telefonunda olan tətbiq vasitəsilə Təqsirləndirilən şəxs göndərdiyi xatırlamadığı kart hesabına 350 manat pul göndərmişdir. Bundan sonra Məhəmmədin ofisinə gedərək işi maraqlanan zaman da bu barədə müqavilə tərtib etmişlər. Daha sonra mən ətrafdan maraqlanmış və işin bu qədər uzanmasının mənasız olduğunu bildiyi üçün Məhəmməddən pulunu geri tələb etməyə başlamışdır. Lakin Məhəmməd müxtəlif bəhanələr gətirərək müddəti uzatmış və pulunu geri qaytarmamışdır. Həmçinin bildirmişdir ki, Məhəmmədə 850 manat pulu arvadı X31 ilə rəsmi nikah qeydiyyatının ləğv edilməsi üçün vermişdir. Lakin Məhəmməd bu istiqamətdə heç bir iş görməmişdir. 15 noyabr 2022-ci il tarixli 217 nömrəli tapşırıq müqaviləsində 367 manat + 100 manat verilməsi, 08 fevral 2023-cü il tarixli 87 nömrəli tapşırıq müqaviləsində isə 367 manat pul ödənilməsi əks olunmuşdur. Həmin müqavilələri Təqsirləndirilən şəxs tərtib etmişdir və qeyd olunan məbləği sonuncu yazmışdır. İfadəsində qeyd etdiyi tarixlərdə və məbləğlərdə pulu Təqsirləndirilən şəxs vermişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilməmişdir, şikayətçidir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında Bakı Metropolitenin "Həzi Aslanov" stansiyası yaxınlığında olarkən orada olan üzərində hüquqi yardım yazısı olan ofisə daxil olmuş və orada əyləşən Təqsirləndirilən şəxs təqaüd verilibverilməməsi ilə bağlı köməklik göstərə bilib-bilməyəcəyini soruşduqda təqaüd verilməsini Sosial Müdafiə fondu vasitəsilə düzəltdirəcəyini bildirərək qarşılığında 26 avqust 2022-ci il tarixdə saat 16 radələrində ofisində 1000 manat pul almışdır. Lakin sonradan bu istiqamətdə heç bir iş görülmədiyindən, heç bir sənəd tələb olunmadığından Məhəmməddən pulunu geri tələb etməyə başlamışdır. Lakin Məhəmməd pulunu qaytarmaqdan imtina etmişdir. Hüquq mühafizə orqanına ərizə ünvanladıqdan sonra isə dəymiş maddi ziyanın 500 manatını ödəmişdir. Məhəmmədə 1000 manat pulu təqaüd verilməsinə köməklik göstərməsi üçün vermişdir. Lakin Məhəmməd bu istiqamətdə heç bir iş görməmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs5 məhkəməyə ünvanladığı ərizəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs hüquq xidmətləri və ərizələrin hazırlanması üçün 2022-ci ildə ona verdiyi 1000 (min) manat pulu tam almışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, şikayətçi deyil. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayında Bakı Metropolitenin "Həzi Aslanov" stansiyası yaxınlığında olarkən orada olan "Hüquqi yardım" yazısı altında fəaliyyət göstərən ofisə daxil olmuşdur. Ofisdə əyləşən Təqsirləndirilən şəxs oğlu Nicat Quliyevin barəsində istintaq getməsini və Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə təqsirləndirilməsini deyərək köməklik istədikdə Məhəmməd vəkil olmasını bildirib Lənkəran Ağır Cinayətlər məhkəməsində olan tanışı vasitəsilə oğlunun barəsində cəza tətbiq edilən zaman yüngül cəza tətbiq etdirəcəyini bildirmişdir. 09 mart 2023-cü il tarixdə Məhəmmədin ofisində sonuncuya 7.500 manat pulu vermişdir. 2023-cü il tarixdə oğlu Nicat barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası tətbiq edildikdə Məhəmməddən heç bir iş görülməməsi və aldatmasına görə pulunu geri tələb etmişdir. 2023-cü ilin avqust ayınadək Məhəmməd 4.000 manat qaytarsa da qalan 3.500 manat pulu qaytarmamışdır.Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, ona qarşı, şikayət və tələbi yoxdur. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs6 məhkəməyə ünvanladığı ərizəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Şikayətçi deyil, bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayında Bakı Metropolitenin "Həzi Aslanov" stansiyası yaxınlığında olan zaman orada olan "Hüquqi yardım" adı altında olan ofisə daxil olmuş və ofisdə əyləşən Təqsirləndirilən şəxs yaxınlaşaraq 2011-ci ildə Goranboy rayonu ərazisində yük avtomobili idarə edərkən avtomobilin təkərinin yararsız vəziyyətdə olmasına baxmayaraq idarə etdiyinə və asfalt yola maddi ziyan vurduğuna görə "xxxx" sığorta şirkətində adına olan borcla bağlı məlumat verərək bu barədə köməklik göstərməsini xahiş etmişdir. Məhəmməd vəkil olmasını bildirərək adına olan borcu məhkəmə yolu ilə sildirəcəyini vəd verərək qarşılığında 500 manat pul verməli olmağını bildirmişdir. 06 fevral 2022-ci il tarixdə saat 17 radələrində Məhəmmədin ofisində sonuncuya 500 manat pul vermişdir. 24 may 2022-ci il tarixdə Məhəmməd zəng edərək işin düzəlməsini bildirərək təcili olaraq 2000 manat pul lazım olmasını bildirmişdir. 25 may 2022-ci il tarixdə saat 16 radələrində Məhəmmədin ofisində təklikdə 2000 manat pul vermişdir. Daha sonra isə hər hansı bir irəliləyiş olmadığına görə 2023-cü ilin avqust ayından Məhəmməddən pulunu tələb etməyə başlamışdır. Məhəmməd isə həmin ərəfədə artıq pulunu tələb etməyini görərək adından iddia ərizəsi hazırlayaraq Bakı İnzibati Məhkəməsinə göndərmişdir. Məhkəməyə yaxınlaşdıqda isə qeyd olunan ərizənin əsassız yazılmasını bildirərək işinə baxılmadığı bildirilmişdir. Təqsirləndirilən şəxs isə yenidən müraciət edib məsələni həll edəcəyini bildirsə də hər hansı bir iş görməmişdir. Məhəmmədə 2500 manat pulu sığorta şirkətində adına yazılan borc pulun silinməsi məqsədilə vermişdir. Məhəmməd isə bunun qarşılığında heç bir iş görməmişdir. Bir ildən çox müddət keçdikdən sonra pulunu geri tələb etdikdə sadəcə olaraq bir dəfə iddia ərizəsi hazırlayaraq məhkəməyə göndərmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs8 məhkəməyə ünvanladığı ərizəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Şikayətçi deyil, bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayında Bakı Metropolitenin "Həzi Aslanov" stansiyası yaxınlığında olarkən orada yeləşən "hüquq məsləhətxanası” yazısı altında olan ofisə daxil olmuşdur. İçəridə əyləşmiş Təqsirləndirilən şəxs təqaüd verilib verilməməsinə köməklik göstərə biləcəyini soruşduqda sonuncu 700 manat qarşılığında bu işi həll edə biləcəyini demişdir. Həmçinin ünvan 4 ünvanına çıxarış almaq istədiyini dedikdə Məhəmməd əvvəllərdə bu sahədə işlər görməsini deyərək məhkəmə yolu ilə yaşadığı ünvana çıxarış almağa köməklik göstərəcəyini bildirmişdir. 30 noyabr 2022-ci il tarixdə saat 10 radələrində Məhəmmədin ofisində sonuncuya təqaüd almağına köməklik göstərməsi üçün təklikdə 700 manat pul vermişdir. Daha sonra isə Məhəmməd təqaüdün verilməsi istiqamətində işlər görülməsini bildirirək evə də çıxarış almağı ilə bağlı pul verməyini istəmişdir. 12 dekabr 2022-ci il tarixdə saat 15 radələrində 2500 manat, 29 yanvar 2023- cü il tarixdə saat 14 radələrində həmin ofisdə 2.200 manat pul vermişdir. Lakin Məhəmməd təqaüd düzəldilməsi və evə çıxarış əldə edilməsi istiqamətində heç bir iş görməmişdir. Təqsirləndirilən şəxs 700 manat pulu təqaüd düzəldilməsi üçün, 4.700 manat pulu isə yaşadığı evə çıxarış əldə edilməsi üçün vermişdir. Məhəmməd həmin işləri məhkəmə yolu ilə həll edəcəyini demiş, lakin məlum olmuşdur ki, sonuncu bu istiqamətdə heç bir iş görməmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X1 məhkəməyə ünvanladığı ərizəsində qeyd olunmuşdur ki, AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs ilə barışmışlar, ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Qərar qəbul edilərkən bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs7 ilə 2017-ci ildən birlikdə yaşayırlar. İfadənin oğlu X43 həbs olunmuş və barəsində istintaq aparılan zaman İfadə köməklik göstərməsi üçün Təqsirləndirilən şəxs adlı şəxsə müraciət edərək 8.000 manat pul vermişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində İfadə 5.000 manat pul verərək işdən icazə alıb çıxa bilmədiyini deyərək pulu Bakı Metropolitenin "Həzi Aslanov" stansiyası yaxınlığında aparıb Təqsirləndirilən şəxs verməyini istəmişdir. 14 dekabr 2020-ci il tarixdə saat 13 radələrində Məhəmmədin ofisində sonuncu ilə görüşmüş və 5.000 manatı təklikdə vermişdir. Daha sonra Amilin işini maraqlandıqda Məhəmməd narahat olmamağı və işi tez bir zamanda həll edəcəyinə söz vermişdir. Məhəmməd Amilin cəza müddətini azaldacağını və 7-8 il azadlıqdan məhrum etmə cəzası tətbiq edildikdən sonra da 1/3 hissəsindən azad etdirəcəyini bildirmişdir. Bundan sonra Məhəmməd ilə sağollaşmışdır. 2021-ci ilin fevral ayının əvvəllərində Məhəmməd İfadə ilə yenidən əlaqə saxlayaraq əlavə pul lazım olmasını demişdir. Buna görə də İfadə yenidən Məhəmmədə 4.500 manat pul vermişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs heç bir iş görməmiş və Amil Piriyevin barəsində 18 il müddətinə azadlıqdan məhrum etmə cəzası tətbiq edilmişdir. Daha sonra Məhəmməddən pulu geri tələb etməyə başlamışlar. Ümumi 17500 manat məbləğdən Təqsirləndirilən şəxs tərəfindən pulun bir qismi qaytarmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 16 yanvar 2024-cü il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* №-li cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində AR CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır; (cild 1, i.v. 1-2) - 18 yanvar 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; (cild 1, i.v. 173-174) - 18 yanvar 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs12 zərərçəkmiş şəxs qismində tanınmışdır; (cild 1, i.v. 187-188) - 20 yanvar 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; (cild 1, i.v. 241-242) - 05 fevral 2022-ci il tarixli 87 nömrəli tapşırıq müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 5000 manat pul ödəmişdir; (cild 1, i.v. 252-253) - 21 yanvar 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır; (cild 2, i.v. 1-2) - 13 iyun 2023-cü il tarixli 97 nömrəli tapşırıq müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs 5000 manat pul ödəmişdir; (cild 2, i.v. 11-12) - 22 yanvar 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır; (cild 2, i.v. 17-18) - 27 yanvar 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır; (cild 2, i.v. 42-43) - 26 avqust 2022-ci il tarixli 202 nömrəli tapşırıq müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs 1000 manat pul ödəmişdir; (cild 2, i.v. 52-53) - 03 fevral 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır; (cild 2, i.v. 80-81) - 04 fevral 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır; (cild 2, i.v. 93-94) - 01 oktyabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs 15000 (on beş) min manat Zərərçəkmiş şəxs7 hər ayın 15-dən etibarən 2000 (iki min) manat pul borcundan qaytaracağına dair qəbz vermişdir. Həmin qəbz Zərərçəkmiş şəxs7, Quliyev Bəhlul, Şahid, Abbasova Larisa, Əliyev Ülvi və Zərnigar Məmmədova tərəfindən imzalanmışdır; (cild 2, i.v. 106) - 05 fevral 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınmışdır; (cild 2, i.v. 120-121) - 25 may 2022-ci il tarixli 47 nömrəli tapşırıq müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs 2000 manat pul ödəmişdir; (cild 2, i.v. 131) - 07 mart 2024-cü il tarixli Zərərçəkmiş şəxs9 ərizəsindən görünür ki, 2022-ci ilin oktyabr ayında Bakı şəhəri, Xətai rayonu, "H.Aslanov" metrostansiyası yaxınlığında yerləşən "Hüquq xidməti" yazısı altında fəaliyyət göstərən ofisdə Təqsirləndirilən şəxs adlı şəxsə ona təqaüd düzəldilməsi üçün 4300 AZN pul vermiş, lakin o vədinə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. Odur ki, bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir; (cild 2, i.v. 139) - 07 mart 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs9 zərərçəkmiş şəxs qismində tanınmışdır; (cild 2, i.v. 141-142) - 07 mart 2024-cü il tarixli materialın cinayət işinə birləşdirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs10 ərizəsi əsasında toplanmış material ********* nömrəli cinayət işinə birləşdirilmiş və araşdırması davam etdirilmişdir; (cild 2, i.v. 151) - 07 mart 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs10 zərərçəkmiş şəxs qismində tanınmışdır; (cild 2, i.v. 157-158) - 30 noyabr 2022-ci il tarixli 217 nömrəli tapşırıq müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs 700 manat pul ödəmişdir; (cild 2, i.v. 168-169) - 12 dekabr 2022-ci il tarixli 301 nömrəli tapşırıq müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs 2500 manat pul ödəmişdir; (cild 2, i.v. 170-171) - 29 yanvar 2023-cü il tarixli 77 nömrəli tapşırıq müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs 2200 manat pul ödəmişdir; (cild 2, i.v. 172-173) - 04 aprel 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs11 zərərçəkmiş şəxs qismində tanınmışdır; (cild 2, i.v. 195-196) - 15 yanvar 2023-cü il tarixli 29 nömrəli tapşırıq müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs 1500 manat pul ödəmişdir; (cild 2, i.v. 205-206) - 16 mart 2024-cü il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır; (cild 2, i.v. 190) - 04 aprel 2024-cü il tarixli cinayət işinin icraatının təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir; (cild 2, i.v. 192) - 05 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; (cild 2, i.v. 221-225) - 05 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; (cild 2, i.v. 241-246) - 12 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, xx xxxxxx 1959-cu ildə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 7a yaşayan Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilib tutularaq cinayət təqibini həyata keçirən orqanın sərancamına verilməsi məqsədi ilə barəsində axtarışı elan olunmuşdur; (cild 3, i.v. 1-4) - 12 aprel 2024-cü il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır; (cild 3, i.v. 6-9) - 15 may 2024-cü il tarixli könüllü gəlmə barədə protokoldan görünür ki, 15 may 2024-cü il tarixdə saat 12:00-da Təqsirləndirilən şəxs könüllü olaraq Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinə gəlib özünü təqdim edib axtarışda olmasını bilmədiyini və problemləri ilə əlaqədar istintaqa gələ bilmədiyini göstərib özünün könüllü olaraq polis idarəsinə gəldiyini bildirmişdir; (cild 3, i.v. 11) - 15 may 2024-cü il tarixli cinayət işinin icraatının təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir; - 15 may 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqqında qərardan görünür ki, xx xxxxxx 1959-cu ildə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 7a yaşayan Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir; (cild 3, i.v. 19-23) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış 01 iyun 2024-cü il tarixli tələbnamə sənədindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin 26 aprel 2013-cü il tarixli, 1(007)-75/2013 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir, 18 may 2015-ci ildə cəzanı çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır, sonuncu dəfə 01 mart 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, 13 may 2024-cü il tarixdə cəriməni tam ödədiyindən qeydiyyatdan çıxarılmışdır; - 16 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihama əlavələr edilməsi zərurəti yaranmadığı üçün həmin dəyişdirilmədən qüvvəsində saxlanılmışdır, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, X18 və Zərərçəkmiş şəxs5 ifadələri, şahid qismində dindirilmiş Şahid ifadəsi sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin 26 aprel 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2000 manat miqdarında cərimə cəzasının məhkum olunduqdan sonra iki ildən artıq müddət keçmədiyindən məhkum edilmiş şəxs hesab edilsin və Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən əvvəlki cəzası residiv kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs tərəfindən hazırlanmış və cinayət işinin materiallarında tapşırıq müqavilələri, o cümlədən sonuncunun yazdığı qəbz maddi sübut kimi tanınmışdır. - X19 Təqsirləndirilən şəxs 10000 manat pul verməsinə görə sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, - X20, X26, X38, X27, X39 və X21 Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq pullarının ələ keçirilməsinə görə sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və qeyd olunan faktlarla bağlı inzibati icraat başlanması məsələsinə baxılması üçün materialların surəti Xətai rayon prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs X28, X8 və X11 aldadaraq pullarını ələ keçirilməsinə görə cinayətin törədildiyi vaxtdan 07 ildən artıq, yəni cəlb etmə müddəti keçdiyinə görə həmin hissədə barəsində cinayət təqibinə xitam verilmişdir; (cild 3, i.v. 61-84) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 1(011)-154/2024 saylı, 01 mart 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) ay 08 (səkkiz) gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 4000 (dörd min) manat cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 2000 (iki min) manat məbləğində cərimə cəzası saxlanılmışdır; (cild 2, i.v. 109-118) - Bakı Şəhər Probasiya İdarəsinin 18 fevral 2025-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin 1(011)-154/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinirək 2000 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs cəriməni tam şəkildə ödədiyi üçün xx.xx.2024cü il tarixdə Bakı şəhər probasiya idarəsinin qeydiyyatından çıxarılmışdır. - Zərərçəkmiş şəxs5 məhkəməyə təqdim etdiyi 24 iyun 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs hüquq xidmətləri və ərizələrin hazırlanması üçün 2022-ci ildə ona verdiyi 1000 (min) manat pulu tam almışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, şikayətçi deyil. - Zərərçəkmiş şəxs8 məhkəməyə təqdim etdiyi 04 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Şikayətçi deyil, bu halın nəzərə alınmasını xahiş etmişdir. - Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi 09 avqust 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmiş və onlar barışmışlar, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və iddiası yoxdur. - Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi 25 oktyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona dəymiş 3900 (üç min doqquz yüz) manat tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. - Zərərçəkmiş şəxs X1 məhkəməyə təqdim etdiyi 19 noyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs ilə barışmışlar, ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Qərar qəbul edilərkən bu halın nəzərə alınmasını xahiş etmişdir. - Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi 19 noyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs ilə barışmışlar, ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Qərar qəbul edilərkən bu halın nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri zərərçəkmiş şəxs, şahidin ifadəsi və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Bu səbəbdən məhkəmə müdafiə tərəfinində razı olmasını nəzərə alaraq hesab edir ki, Zərərçəkmiş şəxs8 2.500 manat, Zərərçəkmiş şəxs5 1.000 manat, Zərərçəkmiş şəxs9 4.300 manat, Zərərçəkmiş şəxs4 4.000 manat, Zərərçəkmiş şəxs10 700 manat miqdarda maddi ziyan vurmaqla törədilmiş epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizodlar üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs11 1500 manat maddi zərər vurulması ilə bağlı epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti hazırki hökm qanuni qüvvəyə minənədək cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçəcəyini nəzərə alaraq həmin epizod üzrə icraata xitam verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslərə dəyən zərəri çox hissəsini ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Xətai rayonu, M.Hadi küç., ev 75, mənzil 73 ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarı). O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 66.5 və 67.1-ci maddələrinin məzmunundan da görünür ki, şəxsin törətdiyi yeni cinayət üzrə işə baxan məhkəmənin səlahiyyəti əvvəlki hökmdə dəyişikliklərin edilməsini nəzərdə tutmur və ondan əvvəlki hökmlə təyin olunmuş cəzadan çıxış etməyi tələb edir. Beləliklə, yeni cinayət işi üzrə ittihama baxan məhkəmə başqa məhkəmənin hökmünə müdaxilə etmək, o cümlədən həmin şəxsin əvvəlki əməlinə görə cəzanı yenidən müəyyən etmək səlahiyyətinə malik deyil. Əvvəlki hökmü çıxarmış məhkəmə tərəfindən müəyyən edilmiş cəza nəzərə alınmaqla qəti cəza təyin edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 2021-ci il 8 dekabr tarixli Qərarı). Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasını çəkib qurtardıqdan sonra həmin hökm çıxarılmazdan əvvəl hazırki əməlləri törətməkdə təqsirli olması müəyyən edildiyindən ona CM-nin 66.5-ci maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Lakin cərimə cəzası CM-in 68.2-ci maddəsinə əsasən müstəqil hesablandığından həmin cəzanın ödənilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan – 11 ədəd tapşırıq müqavilələri və 01 ədəd qəbz cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 70 (yetmiş) saat iş saatına görə 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10 (700 manat maddi zərər olan epizod üzrə) maddi ziyan vurmaqla törədilmiş epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizodlar üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci və 66.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 4000 manat cərimə cəzası hazırki hökmlə təyin edilən 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə toplansın və ona qəti olaraq 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası və 4000 (dörd min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 ay 08 gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 4000 manat cərimə cəzası yüngülləşdirilərək üzərində 2000 (iki min) manat məbləğində cərimə cəzası saxlanılsın. CM-in 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun və həmin cəzanın çəkilib qurtarması (cərimənin ödənilməsi) nəzərə alınsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan – 11 ədəd tapşırıq müqavilələri və 01 ədəd qəbz cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-26/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-26/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver