Məhkəmə qərarları › İş №1(011)-260/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-260/2021

21.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-260/2021 21.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1996-cı ildə Masallı rayonu, Səmidxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ətcələr kəndində qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1991-ci ildə Masallı rayonu, Səmidxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Masallı rayonu, Ətcələr kəndində qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, cinayətkar niyyətin həyata keçirilməsi üçün aralarında əldə edilmiş razılığa görə 21 fevral 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 1 ünvanında yerləşən evin həyətinə birlikdə hasardan aşaraq qanunsuz daxil olub evin giriş qapısının qarşısında tavandan asılı vəziyyətdə olan 1 metri 5 manat olmaqla cəmi 200 manat dəyərində 40 metr uzunluğunda elektrik kabelini kəsərək gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 200 (iki yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, cinayətkar niyyətin həyata keçirilməsi üçün aralarında əldə edilmiş razılığa görə 25 fevral 2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus içərisində yaşayış olmayan və təmir işləri gedən ünvan 6-nin həyətinə birlikdə hasardan aşaraq qanunsuz daxil olub, evin ikinci mərtəbəsinə həyətdən tapdıqları nərdivanla qalxaraq, eyvanın qapısının açıq olmasından istifadə etməklə evə daxil olub oradan 1 ədəd 15 manat dəyərində kiçik ölçülü dreli, 1 ədəd 25 manat dəyərində böyük ölçülü dreli, 1 ədədi 100 manat olmaqla cəmi 200 manat dəyərində 2 ədəd “Bosch” markalı preforatoru,1 ədəd 200 manat dəyərində 1 ədəd “Bosch” markalı preforatoru, 1 ədəd 40 manat dəyərində laqondanı, 1 ədəd 80 manat dəyərində qaynaq aparatını, 1 topu (rulon) 105 manat olmaqla cəmi 630 manat dəyərində 6 top 4 mm-lik elektrik kabelini, 1 topu (rulon) 45 manat olmaqla cəmi 270 manat 6 top 2,5 mm-lik elektrik kabelini, 1 ədəd 2 manatlıq oboy bıçağını, 1 ədəd 4 manatlıq kəlbətin və 1 ədədi 3 manat olmaqla cəmi 6 manat dəyərində 2 ədəd uzunluq ölçəni gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 1472 (bir min dörd yüz yetmiş iki) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, cinayətkar niyyətin həyata keçirilməsi üçün aralarında əldə edilmiş razılığa görə 25 fevral 2021-ci il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq etdikdən sonra həmin evin həyətindən Zərərçəkmiş şəxs2 məxsus içərisində yaşayış olmayan və təmir işləri gedən ünvan 2 ünvanına həmin həyətdə divardan açılan dəlikdən birlikdə qanunsuz daxil olub, oradan divarlara çəkilmiş cəmi 800 (səkkiz yüz) manat dəyərində 13 top 4 mm-lik elektrik kabelini gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 800 (səkkiz yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, cinayətkar niyyətin həyata keçirilməsi üçün aralarında əldə edilmiş razılığa görə 21 fevral 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 1 ünvanında yerləşən evin həyətinə birlikdə hasardan aşaraq qanunsuz daxil olub evin giriş qapısının qarşısında tavandan asılı vəziyyətdə olan 1 metri 5 manat olmaqla cəmi 200 manat dəyərində 40 metr uzunluğunda elektrik kabelini kəsərək gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 200 (iki yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, cinayətkar niyyətin həyata keçirilməsi üçün aralarında əldə edilmiş razılığa görə 25 fevral 2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus içərisində yaşayış olmayan və təmir işləri gedən ünvan 6-nin həyətinə birlikdə hasardan aşaraq qanunsuz daxil olub, evin ikinci mərtəbəsinə həyətdən tapdıqları nərdivanla qalxaraq, eyvanın qapısının açıq olmasından istifadə etməklə evə daxil olub oradan 1 ədəd 15 manat dəyərində kiçik ölçülü dreli, 1 ədəd 25 manat dəyərində böyük ölçülü dreli, 1 ədədi 100 manat olmaqla cəmi 200 manat dəyərində 2 ədəd “Bosch” markalı preforatoru,1 ədəd 200 manat dəyərində 1 ədəd “Bosch” markalı preforatoru, 1 ədəd 40 manat dəyərində laqondanı, 1 ədəd 80 manat dəyərində qaynaq aparatını, 1 topu (rulon) 105 manat olmaqla cəmi 630 manat dəyərində 6 top 4 mm-lik elektrik kabelini, 1 topu (rulon) 45 manat olmaqla cəmi 270 manat 6 top 2,5 mm-lik elektrik kabelini, 1 ədəd 2 manatlıq oboy bıçağını, 1 ədəd 4 manatlıq kəlbətin və 1 ədədi 3 manat olmaqla cəmi 6 manat dəyərində 2 ədəd uzunluq ölçəni gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 1472 (bir min dörd yüz yetmiş iki) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, cinayətkar niyyətin həyata keçirilməsi üçün aralarında əldə edilmiş razılığa görə 25 fevral 2021-ci il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq etdikdən sonra həmin evin həyətindən Zərərçəkmiş şəxs2 məxsus içərisində yaşayış olmayan və təmir işləri gedən ünvan 2 ünvanına həmin həyətdə divardan açılan dəlikdən birlikdə qanunsuz daxil olub, oradan divarlara çəkilmiş cəmi 800 (səkkiz yüz) manat dəyərində 13 top 4 mm-lik elektrik kabelini gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 800 (səkkiz yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, 2017-ci ildən yaşadığı Masallı rayonundan işləmək üçün Bakı şəhərinə gələrək müxtəlif ünvanlarda yerləşən tikinti şirkətlərində fəhlə kimi işləmişdir. Təqsirləndirilən şəxs2 onun həmkəndlisi və uzaq qohumudur. 2021-ci ilin yanvar ayının əvvəllərində Şikar da işləmək üçün Bakı şəhərinə gələrək onunla birlikdə kirayə yaşamağa başlamışdır. Onlar birlikdə işləmək üçün iş yeri axtarsalar da, “Covid 19” pandemiyası ilə əlaqədar olaraq Respublikada tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı işlər dayandırıldığı üçün özlərinə iş tapa bilməmiş və maddi cəhətdən sıxıntı çəkməyə başlamışlar. Buna görə də, Şikarla aralarında oğurluq etmək barədə razılaşmışlar və 21 fevral 2021-ci il tarixdə 23 radələrində oğurluq etmək üçün yaşadıqları Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən evlərdən birinin qarşısından keçən zaman evlərdən birində təmir işləri getdiyini görmüşlər və onlar oradan oğurluq etmək qərarına gəlmişlər. Onlar ətrafa bir qədər göz gəzdirmişlər və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra Şikarla birlikdə həmin evin hasarının üstünə çıxaraq həyətə düşmüşlər. Həyətə düşdükdən sonra onlar evin plastik pəncərəsini yerdən tapdıqları dəmir parçası ilə açıb içəri daxil olmuşlar. Həmin vaxt onlar evdə axtarış aparsalar da, heç nə tapa bilməmişlər. Bundan sonra onlar evin çöl tərəfdən giriş hissəsində bir top yarı işlənmiş vəziyyətdə elektrik naqili olduğunu görmüş və həmin naqili kəsərək özlərinə götürüb oradan uzaqlaşıb çıxıb getmişlər. Səhəri gün, yəni 22 fevral 2021-ci il tarixdə saat 11 radələrində Şikarla birlikdə oğurladıqları elektrik kabellərini yaxınlıqda yerləşən məişət tullantıları atılan yerdə yandırıb içərisində olan misi götürmüşlər və əldə etdikləri misi pərakəndə şəkildə avtomobilə gəzərək metal qəbul edən tanımadıqları şəxsə 20 manata satmışlar. Əldə etdikləri pula Şikarla birlikdə şəxsi işlərinə xərcləmişlər. Bundan başqa, 25 fevral 2021-ci il tarixdə saat 22 radələrində Şikarla birlikdə kirayə yaşadıqları evdən çıxaraq Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsinə gələrək oğurluq etmək üçün ev axtarmağa başlamışlar. Həmin vaxt onlar qeyd olunan ünvanda yerləşən evlərdən birinin qarşısından keçən zaman iki mərtəbəli həyət evinin birinin giriş darvazasının üzərində asma kilid olduğunu görmüşlər. Həmin vaxt onlara evdə heç kimin olmadığı məlum olmuşdur. Buna görə də, həmin evə daxil olaraq oradan oğurluq etməyi düşünmüşlər. Bundan sonra onlar ətrafa bir qədər göz gəzdirmiş və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra Şikarla birlikdə həmin evin hasarının üstünə çıxaraq həyətə düşmüşlər. Həyətə düşdükdən sonra evin ikinci mərtəbəsində olan eyvanın plastik qapısının açıq vəziyyətdə olduğunu görmüşlər. Şikarla birlikdə həyətdə olan nərdivanı eyvana söykəyib eyvana, oradan da evə daxil olmuşlar. Onlar evə daxil olan zaman orada təmir işləri getdiyini görmüşlər. Onlar evin otaqlarını axtaran zaman oradan 1 ədəd laqonda, 2 ədəd drel, 3 ədəd perforator, 1 ədəd qaynaq aparatını, 1 ədəd kəlbətin, 1 ədəd oboy bıçağını, 02 ədəd metrəni aşkar edərək götürmüşlər. Həmçinin onlar evin divarına çəkilmiş elektrik naqillərini də divardan sökərək özlərinə götürdükləri idman çantasına yığaraq evə daxil olduqları eyvandan həyətə düşürtmüşlər. Bundan sonra Şikarla birlikdə oğurluq etdikləri evin qonşuluğunda yerləşən evdə də təmir işləri getdiyini və həmin evin bir hissəsinin boşluq olduğunu görüb oradan da oğurluq etmək qərarına gəlmişlər. Buna görə də, Şikarla birlikdə həmin evə yaxınlaşıb boşluq hissədən evin zirzəmi hissəsinə, oradan da evin içərisinə daxil olmuşlar. Evdə təmir işləri getdiyi üçün evin döşəməsi vurulmamışdır. Şikarla birlikdə evin divarına çəkilmiş elektrik naqillərini yerindən sökərək götürüb yenidən birinci oğurluq etdikləri evinə həyətinə qayıtmışlar. Oğurladıqları elektrik kabellərini də, oğurladıqları digər əşyaları yığdıqları idman çantasının içərisinə qoymuşlar. Sonra onlar oğurladıqları əşyaları götürüb evin həyət darvazasını içəridən açaraq küçəyə çıxıb orada uzaqlaşmışlar. Bir qədər getdikdən sonra yoldan keçən taksi kimi fəaliyyət göstərən dövlət qeydiyyat nişanının xatırlamadığı “Mercedes-Benz” markalı avtomobili saxlayaraq oğurladıqları əşyaları avtomobilə qoyaraq yaşadıqları Naximov küçəsində yerləşən evə aparıb düşürtmüşlər. Səhəri gün, yəni 26 fevral 2021-ci il tarixdə saat 12 radələrində Şikarla birlikdə oğurladıqları elektrik kabellərini yaxınlıqda yerləşən məişət tullantıları atılan yerdə yandırıb içərisində olan misi götürmüşlər və əldə etdikləri misi həmin gün pərakəndə şəkildə avtomobilə gəzərək metal qəbul edən tanımadıqları şəxsə 70 manata satmışlar. Bundan sonra isə onlar oğurladıqları alətləri satmaq qərarına gəlmiş və o, tanışı Nicata zəng vuraraq satdıq təmir alətləri olduğunu bildirmişlər. Həmin gün, yəni 26 fevral 2021-ci il tarixdə saat 23 radələrində Nicat onların yaşadığı evə gəlmişdir. Onlar Nicata oğurladıqları alətlərdən 1 ədəd perforator və 2 ədəd dreli göstərib satmaq istədiklərini bildirmişlər. Nicat da həmin alətlərə görə onlara 35 manat verə biləcəyini bildirmişdir. Onlar da razılaşdıqdan sonra Nicat 35 manat pul verib 1 ədəd perforatoru və 2 ədəd dreli götürüb çıxıb getmişdir. Əldə etdikləri pula Şikarla birlikdə özlərinə yemək alaraq şəxsi işlərinə xərcləmişlər. 28.02.2021-ci il tarixdə onu 35-ci polis bölməsinə dəvət etmişlər və o, orada yalan danışmağın heç bir mənası olmadığını görüb törətdiyi cinayət əməlini etiraf etmiş və yaşadıqları evdə olan təmir alətlərini polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, əvvəllər oğurluq cinayəti törətdiyinə və narkotik vasitələr istifadə etdiyinə görə Azərbaycan Respublikası 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs1 onun həmkəndlisi və uzaq qohumudur. 2021-ci ilin yanvar ayının əvvəllərində o, işləmək üçün Bakı şəhərinə gələrək Şamo ilə birlikdə kirayə yaşamağa başlamışdır. Onlar birlikdə işləmək üçün iş yeri axtarsalar da, “Covid 19” pandemiyası ilə əlaqədar olaraq Respublikada tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı işlər dayandırıldığı üçün özlərinə iş tapa bilməyərək maddi cəhətdən sıxıntı çəkməyə başlamışlar. Buna görə də, Şamo ilə aralarında oğurluq etmək barədə razılaşmışlar və 21 fevral 2021-ci il tarixdə 23 radələrində oğurluq etmək üçün yaşadıqları Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən evlərdən birinin qarşısından keçən zaman evlərdən birində təmir işləri getdiyini görmüşlər və onlar oradan oğurluq etmək qərarına gəlmişlər. Onlar ətrafa bir qədər göz gəzdirmiş və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra Şamo ilə birlikdə həmin evin hasarının üstünə çıxaraq həyətə düşmüşlər. Həyətə düşdükdən sonra onlar evin plastik pəncərəsini yerdən tapdıqları dəmir parçası ilə açıb içəri daxil olmuşlar. Onlar evdə axtarış aparsalar da heç nə tapa bilməmişlər. Bundan sonra onlar evin çöl tərəfdən giriş hissəsində bir top yarı işlənmiş vəziyyətdə elektrik naqili olduğunu görmüşlər və həmin naqili kəsərək özləri ilə götürüb oradan uzaqlaşıb çıxıb getmişlər. Səhəri gün, yəni 22 fevral 2021-ci il tarixdə saat 11 radələrində Şamo ilə birlikdə oğurladıqları elektrik kabellərini yaxınlıqda yerləşən məişət tullantıları atılan yerdə yandırıb içərisində olan misi götürmüşlər və əldə etdikləri misi həmin gün pərakəndə şəkildə avtomobilə gəzərək metal qəbul edən tanımadığı şəxsə 20 manata satmışdır. Əldə etdikləri pula Şamo ilə birlikdə şəxsi işlərinə xərcləmişlər.Bundan başqa, 25 fevral 2021-ci il tarixdə saat 22 radələrində kirayə yaşadığımız evdən çıxaraq Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsinə gələrək oğurluq etmək üçün ev axtarmağa başlamışlar. Həmin vaxt onlar qeyd olunan ünvanda yerləşən evlərdən birinin qarşısından keçən zaman iki mərtəbəli həyət evinin birinin giriş darvazasının üzərində asma kilid olduğunu görmüşlər və onlar evdə heç kimin olmadığı məlum olmuşdur. Buna görə də, həmin evə daxil olaraq oradan oğurluq etməyi qətiləşdirmişlər. Bundan sonra onlar ətrafa bir qədər göz gəzdirmişlər və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra Şamo ilə birlikdə həmin evin hasarının üstünə çıxaraq həyətə düşmüşlər. Həyətə düşdükdən sonra evin ikinci mərtəbəsində olan eyvanın plastik qapısının açıq vəziyyətdə olduğunu görmüşlər. Şamo ilə birlikdə həyətdə olan nərdivanı eyvana söykəyib eyvana, oradan da evə daxil olmuşlar. Onlar evə daxil olan zaman orada təmir işləri getdiyini görmüşlər. Onlar evin otaqlarını axtaran zaman oradan 1 ədəd laqonda, 2 ədəd drel, 3 ədəd perforator, 1 ədəd qaynaq aparatını, 1 ədəd kəlbətin, 1 ədəd oboy bıçağını, 02 ədəd metrəni aşkar edərək götürmüşlər. Həmçinin onlar evin divarına çəkilmiş elektrik naqillərini də divardan sökərək özləri ilə götürdükləri idman çantasına yığaraq evə daxil olduqları eyvandan həyətə düşürtmüşlər. Bundan sonra Şamo ilə birlikdə oğurluq etdikləri evin qonşuluğunda yerləşən evdə də təmir işləri getdiyini və həmin evin bir hissəsinin boşluq olduğunu görüb oradan da oğurluq etmək qərarına gəlmişlər. Buna görə də, Şamo ilə birlikdə həmin evə yaxınlaşıb boşluq hissədən evin zirzəmi hissəsinə, oradan da evin içərisinə daxil olmuşlar. Evdə təmir işləri getdiyi üçün evin döşəməsi vurulmamışdır. Həmin vaxt Şamo ilə birlikdə evin divarına çəkilmiş elektrik naqillərini yerindən sökərək götürüb yenidən birinci oğurluq etdikləri evinə həyətinə qayıtmışlar. Oğurladıqları elektrik kabellərini də, oğurladıqları digər əşyaları yığdıqları idman çantasının içərisinə qoymuşlar. Sonra onlar oğurladıqları əşyaları götürüb evin həyət darvazasını içəridən açaraq küçəyə çıxıb orada uzaqlaşmışlar. Bir qədər getdikdən sonra yoldan keçən taksi kimi fəaliyyət göstərən dövlət qeydiyyat nişanının xatırlamadığı “Mercedes-Benz” markalı avtomobili saxladıb oğurladıqları əşyaları avtomobilə qoyaraq yaşadıqları Naximov küçəsində yerləşən evə aparıb düşürtmüşlər. Səhəri gün, yəni 26 fevral 2021-ci il tarixdə saat 12 radələrində Şamo ilə birlikdə oğurladıqları elektrik kabellərini yaxınlıqda yerləşən məişət tullantıları atılan yerdə yandırıb içərisində olan misi götürmüşlər və əldə etdikləri misi həmin gün pərakəndə şəkildə avtomobilə gəzərək metal qəbul edən tanımadığı şəxsə 70 manata satmışlar. Bundan sonra isə onlar oğurladıqları alətləri satmaq qərarına gəlmişlər və Şamo tanışı Nicata zəng vuraraq satdıq təmir alətləri olduğunu bildirmişdir. 26 fevral 2021-ci il tarixdə saat 23 radələrində Nicat yaşadıqları evə gəlmişdir. Onlar Nicata oğurladıqları alətlərdən 1 ədəd perforator və 2 ədəd dreli göstərib satmaq istədiklərini bildirmişlər. Nicat da həmin alətlərə görə onlara 35 manat verə biləcəyini bildirmişdir. Onlar da razılaşdıqdan sonra Nicat 35 manat pul verib 1 ədəd perforatoru və 2 ədəd dreli götürüb çıxıb getmişdir. Əldə etdikləri pula Şamo ilə birlikdə özlərinə yemək alaraq şəxsi işlərinə xərcləmişlər. 28.02.2021-ci il tarixdə məni 35-ci polis bölməsinə dəvət etmişlər və o, orada yalan danışmağın heç bir mənası olmadığını görüb törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ev mənzil 87-də 2 mərtəbəli evi vardır. Həmin evi 2020-ci ilin əvvəllərində almış və aldıqdan sonra da evdə təmir işlərinə başlamışdır. Onun özü təmir işlərini bildiyi üçün ustalar üçün nəzərdə tutulmuş alətləri alıb evə qoymuş və hərdən özü də işlətmişdir. Həmin evdə ustalar işlədiyi üçün o, hər gün gedib evə baş çəkib gəlmişdir. 25 fevral 2021-ci il tarixdə havalar soyuq olduğu üçün ustalar həmin gün işə getmədikləri üçün onun özü də evə gedib işləməmişdir. 26 fevral 2021-ci il tarixdə saat 08 radələrində o, evə gələn zaman evin pəncərəsinin açıq olmasını görmüş və evdə oğurluq olduğundan şübhələndiyi üçün evə baxmağa başlamışdır. O, evə baxan zaman evin birinci mərtəbəsində təmir gedən yerdən 1 ədəd 25 manat dəyərində kiçik ölçülü drel, 1 ədəd 45 manat dəyərində böyük ölçülü drel, 1 ədədi 200 manat olmaqla cəmi 600 manat dəyərində 3 ədəd bosh markalı perforator, 1 ədəd 150 manat dəyərində laqonda, 1 ədəd 200 manat dəyərində qaynaq aparatı, 1 topu (rulon) 105 manat olmaqla cəmi 630 manat dəyərində 6 top 4 mm-lik elektrik kabeli, 1 topu (rulon) 45 manat olmaqla cəmi 270 manat 6 top 2,5 mm-lik elektrik kabeli, 1 ədəd 2 manatlıq oboy bıçağı, 1 ədəd 4 manatlıq kəlbətin və 1 ədədi 3 manat olmaqla cəmi 6 manat dəyərində 2 ədəd uzunluq ölçənin oğurlanmasını aşkar etmişdir. Bundan sonra o, bu barədə Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra isə hadisə yerinə polis əməkdaşları gəlmiş və o, hadisə barədə Xətai RPİ-nin 35-ci PB-nə ərizə yazmışdır. Hadisə nəticəsində ona ümumilikdə 1932 manat məbləğində ziyan dəymişdir. Lakin hal-hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, təxminən 2021-ci ilin yanvar adından başlayaraq yaşadığı evin həyətində özünə iki mərtəbəli ev inşa etdirmiş və evdə təmir işləri görülmüşdür. Həmin evdə ustalar işlədiyi üçün o, hər gün gedib evə baş çəkib gəlmişdir. 25 fevral 2021-ci il tarixdə havalar soyuq olduğu üçün ustalar həmin gün işləmək üçün gəlməsə də, o, saat 18 radələrində evə gedərək baş çəkmiş və hər bir şeyin qaydasında olduğunu görüb yaşadığı evə getmişdir. İnşa etdiyi evin qarşı hissəsi hazırda yaşadığı köhnə evə çox yaxın olduğu üçün oradan evə girmək çətinlik yaratdığına görə evin arxa hissəsində ustalar işləmək üçün boşluq yer saxlamışlar. 26 fevral 2021-ci il tarixdə saat 11 radələrində o, inşa etdiyi evə baş çəkmək üçün gedən zaman evin içərisində divara çəkilmiş elektrik naqillərinin yerində olmadığını, divardan sökülərək oğurlandığını aşkar etmişdir. O, inşa etdiyi evin elektrik xətlərinin çəkilməsi üçün 800 manat pul verib 13 top 4-lük elektrik naqili almış və həmin elektrik naqilləri inşa etdiyi evin otaqlarına çəkilərək divara bərkidilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, naməlum şəxslər inşa etdiyi evin arxa hissəsində olan boşluqdan evə daxil olaraq evin divarlarına çəkilmiş 800 manat dəyərində elektrik naqillərini divardan sökərək oğurlamışlar. O, şəxsi işləri ilə əlaqədar olaraq vaxtı olmadığın üçün bu barədə polisə müraciət edərək məlumat verə bilməsə də, 28.02.2021-ci il tarixdə 35-ci PB-nə gedərək baş vermiş hadisə barədə ərizə ilə müraciət edib məlumat vermişdir. Həmin hadisə nəticəsində ona ümumilikdə 800 manat maddi ziyan dəymişdir. Lakin hal-hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, 3 ildir ki, yaşadığı evin həyətində 4 otaqdan ibarət 1 mərtəbəli yaşayış evi inşa etdirmişdir. Yeni inşa etdiyi evin tikinti işləri başa çatsa da, evdə bəzi təmir işləri görülərək elektrik xətləri çəkilmişdir. Evdə yaşayış olmasa da, o, evə baş çəkərək nəzarət etmişdir. O, hər gün saat 19 radələrində inşa etdiyi evə gedərək giriş qapısında çöl hissəsində olan işığı yandırmış, səhər isə gedərək işığı söndürmüşdür. 21.02.2021-ci il tarixdə həmişəki kimi saat 19 radələrində yeni inşa etdiyi evə gedərək giriş hissəsində olan işığı yandırmış və evdə hər bir şeyin yerində olduğunu görüb yaşadığı evə getmişdir. 22 fevral 2021-ci il tarixdə saat 08 radələrində inşa etdiyi evdə yandırdığı işığı söndürmək üçün gedən zaman evin çöl tərəfdən giriş hissəsində tavanda asılmış və bir hissəsinin istifadə olunmuş 1 top elektrik kabelinin yerində olmadığını aşkar etmişdir. Həmçinin o, həmin vaxt evin plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş və bundan şübhələnib evə daxil olsa da, evin içərisindən heç nə götürülmədiyini aşkar etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, naməlum şəxs 21.02.2021-ci i tarixdən 22.02.2021-ci il tarixə keçən gecə yeni inşa etdiyi evin həyətinə daxil olaraq evin giriş qapısının qarşısında, tavandan asılı vəziyyətdə olmuş 40 metr uzunluğunda elektrik kabelini kəsərək oğurlamışdır. O, elektrik kabelinin 1 metrini 5 manata almışdır. Bundan sonra 35-ci PB-nə gedərək baş vermiş hadisə barədə ərizə ilə müraciət edərək izahat vermişdir. Həmin hadisə nəticəsində ona ümumilikdə 200 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən “Göy Qurşağı” adlı kafedə musiqiçi kimi işləyərək, həmin kafedə sintezatorda çalmışdır. “Covid 19” pandemiyası ilə əlaqədar olaraq Respublikada tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı olaraq işlər dayandırıldığı üçün heç bir yerdə işləməmişdir. Təqsirləndirilən şəxs1 ortaq tanışları vasitəsi ilə 5 ay olar ki, tanımışdır. Təqsirləndirilən şəxs2 tanışı Şamonun yanında görüb tanımışdır. 26 fevral 2021-ci il tarixdə saat 22 radələrində tanışı Şamo istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq satdıq təmir alətləri olduğunu və tanışları ilə maraqlanaraq alətləri satmaqda ona köməklik etməyini xahiş etmişdir. O da heç bir yerdə işləməyi və pula ehtiyacı olduğu üçün düşünmüşdür ki, Nicatdan alətləri ucuz qiymətə alaraq bir az baha qiymətə satıb pul əldə etsinlər. Buna görə də həmin gün saat 23 radələrində Nicatın yaşadığı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yaşadığı evə getmişdir. Həmin vaxt Şamo Şikar ilə birlikdə kirayə olaraq yaşamışdır. Şikar və Şamo ona 1 ədəd perforator və 2 ədəd dreli göstərib satmaq istədiklərini demişlər. O alətlərin oğurluq olub-olmadığını soruşduqda Şikar və Şamo həmin alətlərin özlərinə məxsus olduqlarını demişlər. O da inandığı üçün alətləri onlardan 35 manata almağa razılaşmışdır. Bundan sonra Şamoya 35 manat pul verib 1 ədəd perforator və 2 ədəd dreli götürüb çıxıb getmişdir. Daha sonra onu 35-ci PB-nə dəvət etmişlər və o, orada Şamo və Şikarın ona satdıqları alətlərin oğurluq olduğunu öyrənmişdir. Buna görə də, 1 ədəd perforator və 2 ədəd dreli polis əməkdaşlarına təqdim etmişdir. O, Şamo və Şikarı təxminən 5 ay olar ki, tanımışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 1 ədəd perforator və 2 ədəd dreli ona satan zaman oğurluq yolu ilə əldə etdiklərini ona deməyib özlərinə məxsus olduğunu bildirmişlər(i.v.75-78); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 28 fevral 2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); Baxış keçirilməsi haqqında 26.02.2021-ci il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanında hadisə yerinə baxış keçirilərək bu barədə protokol tərtib edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir( i.v. 8-16); Zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, 28.02.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.20); Təqdim etmə və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25 fevral 2021-ci il tarixdə ünvan 6 ünvanından oğurladıqları 01 ədəd “Bosch” markalı perforatoru, 01 ədəd laqondanı və 01 ədəd qaynaq aparatını təhqiqata təqdim etmişdir(i.v.30-32); Şübhəli şəxsin tutulması haqqında 28.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur(i.v.42-43); Şübhəli şəxsin tutulması haqqında 28.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur(i.v.64-65); Təqdim etmə və götürmə barədə protokoldan görünür ki, Şahid 26 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona satdığı 01 ədəd “Bosch” markalı perforatoru və 02 ədəd dreli istintaqa təqdim etmişdir(i.v.79-80); Zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, 01.03.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.87); Baxış keçirilməsi haqqında 01.03.2021-ci il tarixli protokoldan görünür ki, ünvan 7 ünvanında hadisə yerinə baxış keçirilərək bu barədə protokol tərtib edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir( i.v. 96-102); Baxış keçirilməsi və götürülmə haqqında 22.02.2021-ci il tarixli protokoldan görünür ki, ünvan 8 ünvanında hadisə yerinə baxış keçirilərək bu barədə protokol tərtib edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir( i.v. 109-110); Zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, 01.03.2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.20); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutlmuş ittiham elan edilmişdir. (i.v. 126-128); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutlmuş ittiham elan edilmişdir. (i.v. 143-145); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli, 4(011)-75/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli 28 fevral 2021-ci il tarixdən hesablanmışdır (i.v. 174-177); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli, 4(011)-75/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli 28 fevral 2021-ci il tarixdən hesablanmışdır (i.v. 178-181); İfadənin yerində yoxlanması haqqında 02.03.2021-ci il tarixli protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanması zamanı istintaqa verdiyi ifadələrini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişlər(i.v. 182-197); Əşyanın tanınmaya təqdim edilməsi haqqında 02.03.2021-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış 02 ədəd “Bosch” markalı perforator, 01 ədəd laqonda, 01 ədəd qaynaq aparatı, 02 ədəd drel zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş və tanınma zamanı Zərərçəkmiş şəxs1 həmin alətləri firmasından, markasından, rəngindən, işlənmə dərəcəsindən tanıdığını bildirmişdir(i.v. 198-199); Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Quliyev X1 rayon məhkəməsinin 28.07.2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, 14.07.2017-ci il tarixdə Masallı rayon məhkəməsinin qərarı ilə təyin edilmiş cərimə cəzasının ödənilməmiş hissəsi 01 il 06 ay müddətə islah işləri cəzası ilə əvəz edilmiş, 10.08.2017-ci ildə qeydiyyatdan çıxarılmışdır. Masallı rayon məhkəməsinin 12.06.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 12.01.2021-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır(i.v.209-210, 214-219); Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (i.v.212); Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzinin 26.04.2021-ci il tarixli 9/2453 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 360,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir(i.v.223-225); Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 26.04.2021-ci il tarixli qərardan və qəbzdən görünür ki, 02 ədəd “Bosch” markalı perforator, 01 ədəd laqonda, 01 ədəd qaynaq aparatı və 02 ədəd drel maddi sübut kimi tanınmış, saxlanması üçün sahibinə geri qaytarılmışdır (i.v.234-247, 298); Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini CM-nin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini CM-nin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 Masallı Rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli hökmü ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivinin müəyyən edilməsi zamanı nəzərə almır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1.,158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübutlar –02 ədəd “Bosch” markalı perforator, 01 ədəd laqonda, 01 ədəd qaynaq aparatı və 02 ədəd drelin sahibinə qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs1, 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 28 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 28 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 02 ədəd “Bosch” markalı perforator, 01 ədəd laqonda, 01 ədəd qaynaq aparatı və 02 ədəd drelin sahibinə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs1, 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar