Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-260/2022 16.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1988-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Qaradağlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış Şahid1 vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən istifadə etməklə, ünvan 2 ünvanında “Ucuzluq geyim mağazası”nın fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərək, işəgötürən kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni 15 nəfər işçini müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Belə ki, o, əmək müqaviləsi bağlamadan, haqqı ödənilməklə, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs6 “malların çeşidləyicisi” vəzifəsində, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs7 “malların çeşidləyicisi” vəzifəsində, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs14 “satıcı” vəzifəsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs2 “vitrin təmizləyicisi” vəzifəsində, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs3 “aşbaz” vəzifəsində, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs1 “vitrin təmizləyicisi” vəzifəsində, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs15 “vitrin təmizləyicisi” vəzifəsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs5 “xadimə” vəzifəsində, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs13 “kompüterçi” vəzifəsində, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs8 “reklamçı” vəzifəsində, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs9 “malların çeşidləyicisi” vəzifəsində, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs10 “malların çeşidləyicisi” vəzifəsində, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs11 “satıcı” vəzifəsində, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs4 “satıcı” vəzifəsində, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs12 “vitrin təmizləyicisi” və “barkod vuran” vəzifələrində işlətməklə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni 15 nəfər işçini müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Rusiyada ticarətlə məşğul olmuş və 2017-ci ildən Şahid1 adlı uzaq qohumu ilə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Vergi orqanında qeydiyyat Eldarın adına aparılmış və Eldar ona etibarnamə vermişdir. İşlərə faktiki olaraq özü rəhbərlik etmiş, vergiləri və digər kommunal xidmətləri özü ödəmişdir. Fəaliyyət göstərdiyi müddətdə, vergi orqanı əməkdaşları onlara məxsus ticarət obyektində xidməti müqavilə əsasında xidmət göstərən 15 nəfər şəxsin izahatını alınmış, izahatlar nəticəsində müvafiq sənədləşmələr aparılmış və 30.000 manat maliyyə sanksiyası hesablanmışdır. Xidməti müqavilə bağladığı şəxslərin xidmətləri əşyaların çeşidlənməsi, əşyaların reklamı və s. fəaliyyətlərdən ibarət olmuşdur. Həmin şəxslərin xidmət haqqları gündəlik 10-15 manat olmaqla, nağd qaydada özü tərəfindən ödənilirdi. Xidmət haqqı onun tərəfindən ödənilsə də, ödədiyi xidmət haqqına görə vergi və digər məcburi ödənişlərin tutularaq, dövlət büdcəsinə köçürülməsi barədə məlumatı olmamışdır. Yoxlama zamanı obyektdə aşkar edilmiş 21 nəfərdən 6 nəfərlə əmək müqaviləsi mövcud olmuş, onların vergisi və məcburi dövlət sosial sığorta haqları özü tərəfindən ödənilmişdir. Şahid1 orada olan işçilərdən heç birini tanımamış, işçilərin işə qəbulu və işdən çıxarılması ilə özü məşğul olurdur. Bütün işlərə rəhbərliyi və nəzarəti faktiki olaraq özü həyata keçirmişdir. Eldarın adına olan asan imza, adı və VÖEN-i əks olunan möhürü Eldar tərəfindən ona verilmişdir. Müqavilələr özü tərəfindən hazırlanmış və Eldarın ona verdiyi möhürlə təsdiq olunmuşdur. Eldarın “Asan imza”sı onda olduğundan, həmin VÖEN-dən bəyannamələrin verilməsi, vergilərin və sosial-sığorta haqlarının ödənilməsi, o cümlədən işçilərin elektron qaydada işə götürülüb işdən azad edilməsi özü tərəfindən həyata keçirilmiş, obyektdəki işçilər onun göstərişi və tapşırığı ilə müqavilədə hansı işlərin görülməsinin əks olunmasından asılı olmayaraq, obyektin fəaliyyəti ilə bağlı digər işləri də görmüşlər. Hazırda isə həmin 15 nəfər işçilər ilə qanunla müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlamış və eyni zamanda, bütün vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödəmişdir. Törətdiyi əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs11 məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə zərərçəkmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslərin məhkəməyə ünvanladıqları və notarial qaydada təsdiq olunmuş ərizələrində qeyd olunmuşdur ki, onlar iş üzrə Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs məxsus Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən “Ucuzluq Geyim” mağazasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi olmadan, lakin xidməti müqavilə ilə, vitrin təmizləyicisi vəzifəsində işlədiyini, işə ayda 5-6 dəfə gəldiyini, işinə görə Pərvizdən nağd qaydada gündəlik 10-15 manat pul aldığını, onu işə Pərvizin götürdüyünü, iş vaxtının 10:00-dan 17:00-a qədər olduğunu, işlədiyi obyektdə xx.xx.2021-ci il tarixdə operativ vergi tədbiri keçirildiyini, həmin tədbirin keçirilməsində şəxsən iştirak etdiyini və tədbir zamanı izahat yazdığını, lakin həmin izahatı vergi orqanı əməkdaşının təzyiqi ilə yazdığını, onu işə Təqsirləndirilən şəxs götürdüyü halda, izahatında Şahid1 adını qeyd etdiyini, Şahid1 tanımadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs məxsus Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən “Ucuzluq Geyim” mağazasında xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi olmadan, lakin xidməti müqavilə ilə vitrin təmizləyicisi vəzifəsində işlədiyini, işə ayda 3-4 dəfə gəldiyini, işinə görə Pərvizdən nağd qaydada gündəlik 10-15 manat pul aldığını, onu işə Pərviz götürdüyünü, iş vaxtının 14:00-dan 16:00-a qədər olduğunu, işlədiyi obyektdə xx.xx.2021-ci il tarixdə operativ vergi tədbiri keçirildiyini, həmin tədbirin keçirilməsində şəxsən iştirak etdiyini və tədbir zamanı izahat yazdığını, lakin həmin izahatı vergi orqanı əməkdaşının təzyiqi ilə yazdığını, onu işə Təqsirləndirilən şəxs götürdüyü halda, izahatında Şahid1 adını qeyd etdiyini, Şahid1 tanımadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs məxsus Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən “Ucuzluq Geyim” mağazasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi və xidməti müqavilə olmadan aşbaz vəzifəsində işlədiyini, işinə görə Pərvizdən nağd qaydada 10 manat pul aldığını, Pərvizin əvvəlcədən ona ramazan ayı olduğu üçün arada gəlib iftar süfrəsi hazırlayacağını bildirdiyini, iş vaxtının 14:00-dan 20:00-a qədər olduğunu, işlədiyi obyektdə xx.xx.2021-ci il tarixdə operativ vergi tədbiri keçirildiyini, həmin tədbirin keçirilməsində şəxsən iştirak etdiyini və tədbir zamanı izahat yazdığını, onu işə Pərvizin götürdüyünü, işə tədbir keçirilməmişdən 1 gün əvvəl başladığı üçün, əmək müqaviləsi və ya xidməti müqaviləsi olmadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs məxsus Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən “Ucuzluq Geyim” mağazasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi olmadan, lakin xidmət müqaviləsi ilə, malların çeşidləyicisi vəzifəsində işlədiyini, işə həmin müddətdə həftədə 2-3 dəfə gəldiyini, işinə görə Pərvizdən nağd qaydada aylıq 250 manat pul aldığını, onu işə Pərvizin götürdüyünü, iş vaxtının 09:00-dan 15:00-a qədər olduğunu, iş yoldaşlarından Təranəni tanıdığını, işlədiyi obyektdə xx.xx.2021-ci il tarixdə operativ vergi tədbiri keçirildiyini, həmin tədbirin keçirilməsində şəxsən iştirak etdiyini və tədbir zamanı izahat yazdığını, lakin həmin izahatı vergi orqanı əməkdaşının təzyiqi ilə yazdığını, onu işə Təqsirləndirilən şəxs götürdüyü halda, izahatında Şahid1 adını qeyd etdiyini, Şahid1 tanımadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs məxsus Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən “Ucuzluq Geyim” mağazasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi olmadan, lakin xidmət müqaviləsi ilə, malların çeşidləyicisi vəzifəsində işlədiyini, işə həmin müddətdə həftədə 2-3 dəfə gəldiyini, işinə görə Pərvizdən nağd qaydada gündəlik 15-20 manat pul aldığını, onu işə Pərvizin götürdüyünü, iş vaxtının 10:00-dan 17:00-a qədər olduğunu, iş yoldaşlarından Təranəni tanıdığını, işlədiyi obyektdə xx.xx.2021-ci il tarixdə operativ vergi tədbiri keçirildiyini, həmin tədbirin keçirilməsində şəxsən iştirak etdiyini və tədbir zamanı izahat yazdığını, lakin həmin izahatı vergi orqanı əməkdaşının təzyiqi ilə yazdığını, onu işə Təqsirləndirilən şəxs götürdüyü halda, izahatında Şahid1 adını qeyd etdiyini, Şahid1 tanımadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs13 Təqsirləndirilən şəxs məxsus Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən “Ucuzluq Geyim” mağazasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi olmadan, lakin xidmət müqaviləsi ilə kompüterçi vəzifəsində işlədiyini, işə həmin müddətdə cəmi 1 dəfə gəldiyini, işinə görə Pərvizdən nağd qaydada 20 manat pul aldığını, xidməti müqaviləsinin olduğunu, onu işə Pərvizin götürdüyünü, iş vaxtının 10:00-dan 15:00-a qədər olduğunu, işlədiyi obyektdə xx.xx.2021-ci il tarixdə operativ vergi tədbiri keçirildiyini, həmin tədbirin keçirilməsində şəxsən iştirak etdiyini, lakin izahat yazmaqdan imtina etdiyini, Şahid1 tanımadığını, “Ucuzluq geyim” mağazasının müdiri kimi Pərvizi tanıdığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs məxsus Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən “Ucuzluq Geyim” mağazasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi olmadan, lakin xidmət müqaviləsi ilə, malların çeşidləyicisi vəzifəsində işlədiyini, işə həmin müddətdə həftədə 1-2 dəfə gəldiyini, işinə görə Pərvizdən nağd qaydada gündəlik 15-20 manat pul aldığını, onu işə Pərvizin götürdüyünü, iş vaxtının 10:00-dan 17:00-a qədər olduğunu, işlədiyi obyektdə xx.xx.2021-ci il tarixdə operativ vergi tədbiri keçirildiyini, həmin tədbirin keçirilməsində şəxsən iştirak etdiyini və tədbir zamanı izahat yazdığını, lakin həmin izahatı vergi orqanı əməkdaşının təzyiqi ilə yazdığını, onu işə Təqsirləndirilən şəxs götürdüyü halda, izahatında Şahid1 adını qeyd etdiyini, Şahid1 tanımadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs12 Təqsirləndirilən şəxs məxsus Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən “Ucuzluq Geyim” mağazasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi olmadan mallara barkod vurulması və vitrin təmizləyicisi vəzifəsində işlədiyini, ay ərzində 4-5 dəfə işə gəldiyini, işinə görə Pərvizdən nağd qaydada gündəlik 20 manat pul aldığını, onu işə Pərvizin götürdüyünü, iş vaxtının gün ərzində 2-3 saat olduğunu, iş yoldaşlarından Hülyanı, Xəyyamı, Nərgizi tanıdığını, işlədiyi obyektdə xx.xx.2021-ci il tarixdə operativ vergi tədbiri keçirildiyini, həmin tədbirin keçirilməsində şəxsən iştirak etdiyini və tədbir zamanı izahat yazdığını, lakin izahatında nə yazdığını xatırlmadığını, rəhbərliyin məlumatına görə onun əmək müqaviləsi əsasında fəaliyyət göstərdiyini, lakin yoxlama zamanı əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyinin müəyyən olunduğunu, Şahid1 adını ümumiyyətlə eşitmədiyini bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs14 Təqsirləndirilən şəxs məxsus Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən “Ucuzluq Geyim” mağazasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi və xidmət müqaviləsi olmadan, satıcı vəzifəsində işlədiyini, işə həmin müddətdə 3-4 dəfə gəldiyini, işinə görə Pərvizdən nağd qaydada gündəlik 10-12 manat pul aldığını, onu işə Pərvizin götürdüyünü, iş vaxtının 10:00-dan 17:00-a qədər olduğunu, işlədiyi obyektdə xx.xx.2021-ci il tarixdə operativ vergi tədbiri keçirildiyini, həmin tədbirin keçirilməsində şəxsən iştirak etdiyini və tədbir zamanı izahat yazdığını, lakin həmin izahatı vergi orqanı əməkdaşının təzyiqi ilə yazdığını, onu işə Təqsirləndirilən şəxs götürdüyü halda izahatında Şahid1 adını qeyd etdiyini, Şahid1 tanımadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs15 Təqsirləndirilən şəxs məxsus Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən “Ucuzluq Geyim” mağazasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi və xidməti müqavilə olmadan, vitrin təmizləyicisi vəzifəsində işlədiyini, işə ayda 5-6 dəfə gəldiyini, işinə görə Pərvizdən nağd qaydada gündəlik 10-15 manat pul aldığını, onu işə Pərvizin götürdüyünü, iş vaxtının 11:00-dan 17:00-a qədər olduğunu, işlədiyi obyektdə xx.xx.2021-ci il tarixdə operativ vergi tədbiri keçirildiyini, həmin tədbirin keçirilməsində şəxsən iştirak etdiyini və tədbir zamanı izahat yazdığını, lakin həmin izahatı vergi orqanı əməkdaşının təzyiqi ilə yazdığını, onu işə Təqsirləndirilən şəxs götürdüyü halda izahatında Şahid1 adını qeyd etdiyini, Şahid1 tanımadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs məxsus Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən “Ucuzluq Geyim” mağazasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi olmadan, lakin xidmət müqaviləsi ilə, malların çeşidləyicisi vəzifəsində işlədiyini, cəmi 5 gün işlədiyini, işinə görə Pərvizdən nağd qaydada gündəlik 15 manat pul aldığını, onu işə Pərvizin götürdüyünü, iş vaxtının gün ərzində 2-3 saat olduğunu, iş yoldaşlarından Hülyanı tanıdığını, işlədiyi obyektdə xx.xx.2021-ci il tarixdə operativ vergi tədbiri keçirildiyini, həmin tədbirin keçirilməsində şəxsən iştirak etdiyini və tədbir zamanı izahat yazdığını, lakin orada ümumi anlaşılmazlıq olduğundan izahatında xidmət müqaviləsi olmadan işlərə cəlb edildiyini, həmin müddətdə xidməti müqaviləsinin olduğunu, müqaviləni ona Pərvizin təqdim etdiyini, həmin obyektdə əsas rəhbər kimi Təqsirləndirilən şəxs tanıdığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs məxsus Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən “Ucuzluq Geyim” mağazasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi olmadan satıcı vəzifəsində işlədiyini, işinə görə Pərvizdən nağd qaydada aylıq 250 manat pul aldığını, onu işə Pərvizin götürdüyünü, iş vaxtının gündəlik 8 saat olduğunu, iş yoldaşlarından Nərgizi, Xəyyamı tanıdığını, işlədiyi obyektdə xx.xx.2021-ci il tarixdə operativ vergi tədbiri keçirildiyini, həmin tədbirin keçirilməsində şəxsən iştirak etdiyini və tədbir zamanı izahat yazdığını, rəhbərliyin məlumatına görə onun əmək müqaviləsi əsasında fəaliyyət göstərdiyini, lakin yoxlama zamanı əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyinin müəyyən olunduğunu, Şahid1 adını eşitdiyini, lakin əsas rəhbər kimi Pərvizi tanıdığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs məxsus Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən “Ucuzluq Geyim” mağazasında xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi olmadan, lakin xidməti müqavilə ilə xadimə vəzifəsində işlədiyini, işə ayda 2-3 dəfə gəldiyini, işinə görə Pərvizdən nağd qaydada gündəlik 10 manat pul aldığını, onu işə Pərvizin götürdüyünü, iş vaxtının 09:00-dan 14:00-a qədər olduğunu, işlədiyi obyektdə xx.xx.2021-ci il tarixdə operativ vergi tədbiri keçirildiyini, həmin tədbirin keçirilməsində şəxsən iştirak etdiyini və tədbir zamanı izahatı onun əvəzindən başqasının yazdığını, buna səbəb onun yazı yaza bilmədiyini, onu işə Təqsirləndirilən şəxs götürdüyü halda, izahatında Şahid1 adının qeyd edildiyini, Şahid1 tanımadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs məxsus Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən “Ucuzluq Geyim” mağazasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi olmadan, lakin xidmət müqaviləsi ilə reklamçı vəzifəsində işlədiyini, işə həmin müddətdə cəmi 1 dəfə gəldiyini, işinə görə Pərvizdən nağd qaydada gündəlik 10 manat pul aldığını, onu işə Pərvizin götürdüyünü, iş vaxtının 10:00-dan 14:00-a qədər olduğunu, işlədiyi obyektdə xx.xx.2021-ci il tarixdə operativ vergi tədbiri keçirildiyini, həmin tədbirin keçirilməsində şəxsən iştirak etdiyini, lakin izahat yazmaqdan imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs məxsus Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən “Ucuzluq Geyim” mağazasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi olmadan satıcı vəzifəsində işlədiyini, işinə görə Pərvizdən nağd qaydada gündəlik 15 manat pul aldığını, onu işə Pərvizin götürdüyünü, iş vaxtının gün ərzində 8 saat olduğunu, iş yoldaşlarından Türkanı, Xəyyamı, Nərgizi tanıdığını, işlədiyi obyektdə xx.xx.2021-ci il tarixdə operativ vergi tədbiri keçirildiyini, həmin tədbirin keçirilməsində şəxsən iştirak etdiyini və tədbir zamanı izahat yazdığını, rəhbərliyin məlumatına görə onun əmək müqaviləsi əsasında fəaliyyət göstərdiyini, lakin yoxlama zamanı əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyinin müəyyən olunduğunu, Şahid1 adını eşitdiyini, lakin əsas rəhbər kimi Pərvizi tanıdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli avtomatlaşdırılmış vergi informasiya sistemi (AVİS) proqram təminatına baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2019-cu ildə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmış, xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən fəaliyyəti dayandırılmış, şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə heç bir ödənişi olmamış, Zərərçəkmiş şəxs1 xx.xx.2019-cu il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmış, xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən fəaliyyəti dayandırılmış, şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə heç bir ödənişi olmamış, Zərərçəkmiş şəxs6 xx.xx.2017 il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmış, xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən fəaliyyəti dayandırılmış, şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə heç bir ödənişi olmamış, Zərərçəkmiş şəxs7 xx.xx.2017-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmış, xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən fəaliyyəti dayandırılmış, şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə heç bir ödənişi olmamış, Zərərçəkmiş şəxs11 xx.xx.2018-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmış, xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən fəaliyyəti dayandırılmış, şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə heç bir ödənişi olmamış, Zərərçəkmiş şəxs9 xx.xx.2015-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmış, xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən fəaliyyəti dayandırılmış, şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə heç bir ödənişi olmamış, Zərərçəkmiş şəxs12 xx.xx.2017-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmış, xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən fəaliyyəti dayandırılmış, şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə heç bir ödənişi olmamış, Zərərçəkmiş şəxs14 xx.xx.2019-cu il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmış, xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən fəaliyyəti dayandırılmış, şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə heç bir ödənişi olmamış, Zərərçəkmiş şəxs15 xx.xx.2019-cu il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmış, xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən fəaliyyəti dayandırılmış, şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə heç bir ödənişi olmamış, Zərərçəkmiş şəxs10 xx.xx.2021-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmış, xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən fəaliyyəti dayandırılmış, şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə heç bir ödənişi olmamış, Zərərçəkmiş şəxs3 xx.xx.2019-cu il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmış, xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən fəaliyyəti dayandırılmış, şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə heç bir ödənişi olmamış, Zərərçəkmiş şəxs8 xx.xx.2019-cu il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmış, xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən fəaliyyəti dayandırılmış, xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən fəaliyyəti bərpa edilmiş, xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən fəaliyyəti dayandırılmış, şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə heç bir ödənişi olmamış, Zərərçəkmiş şəxs13 xx.xx.2019-cu il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmış, xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən fəaliyyəti dayandırılmış, xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən fəaliyyəti bərpa edilmiş, şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə heç bir ödənişi olmamış, Zərərçəkmiş şəxs4 xx.xx.2018-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmış, xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən fəaliyyəti dayandırılmış, şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə ümumilikdə 80,0 manat maliyyə sanksiyası ödənilmiş, Zərərçəkmiş şəxs5 xx.xx.2020-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmış, xx.xx.2021-ci il tarixdə vergi uçotu ləğv edilmiş, uçotu ləğv edildiyi üçün şəxsi hesab vərəqəsinə baxmaq mümkün olmamışdır. İş materiallarından görünür ki, 20 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadəsi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, Təqsirləndirilən şəxs hazırda qanunla müəyyən edilmiş qaydada iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs11 ilə əmək müqaviləsi bağlamışdır. Həmçinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanladığı arayışından görünür ki, vergi ödəyicisi Şahid1 tərəfindən ödənilmiş vəsaitlər vergi orqanına daxil olmuş və aidiyyəti üzrə şəxsi hesab vərəqəsində nəzərə alınmışdır. Şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən, vergi ödəyicisinin məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları və icbari tibbi sığorta haqları üzrə ödənilməmiş borcu mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda, həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu Məcəllənin 162- 1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs səmimi peşmançılığını, ilk dəfə cinayət əməli törətməsini, qanunla müəyyən edilmiş qaydada iş üzrə zərərçəkmiş şəxslərlə əmək müqaviləsi bağladığını, ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.11, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-260/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-260/2022
16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver