Məhkəmə qərarları › İş №1(011)-260/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-260/2025

07.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-260/2025 07.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Mustafayev İlkin Nizami oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 müdafiəçisi – Zəfər Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxsvə müdafiəçisi – 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsili, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə məhkəməyə verilmişdir. Belə ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun atası Şahid təsisçi olduğu faktiki Famil Mürsəlovun idarə etdiyi kənd təsərrüfatı məhsullarının alqı-satqısı, daşınması ilə məşğul olan "xxxx" MMC-dən məhsulların Belarus Respublikasına daşınaraq guya orada satılmasını təşkil edib birgə qazanc əldə edəcəkləri barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 26 oktyabr 2017-ci ildə Bakı şəhəri, Binəqədi rayonu 9-cu Mikrorayon Mir Cəlal 121 ünvanında MMC-nin saxlanc yerindən 16.560 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 28.152 manat dəyərində 18 ton 400 ki.oqram nar və 15.689 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 26.671,3 manat dəyərində 15 ton 689 kiloqram pomidor məhsullarını Belarus Respublikasına çatdırılıb satılmasından əldə edilmiş pul vəsaitini ələ keçirməklə sonradan həmin məbləğin 25.700 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 43.690 manat olan hissəsini nağd formada qaytararaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 6.549 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 11.133,30 (on bir min yüz otuz üç manat otuz qəpik) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək guya qardaşı X1 Belarus Respublikasında hüquq mühafizə orqanları tərəfindən tutulması və sonuncunun həbsdən azad edilməsi üçün 5.000 ABŞ dollarını borc kimi istəyib qısa müddətdə qaytaracağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2017-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu 69 ünvanında yerləşən “İSR Plaza” yaxınlığındakı bankomat vasitəsi ilə Zərərçəkmiş şəxs1 tərəfindən köçürülmüş 5.000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 8.500 manat pul vəsaitini alıb ələ keçirməklə sonradan həmin məbləğin 2.000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 3.400 manat olan hissəsini nağd formada qaytararaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 3.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 5.100 (beş min yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək guya sonuncu üçün avibiletlərin ucuz qiymətə alınmasını təmin edən “Amadeus” internet proqramının üzvlüyünə qəbul edilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2018-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Neftçilər prospektində yerləşən “Port Baku” yaxınlığında 10.000 manat və 2018-ci ilin yanvar ayının sonlarında ünvan 4 ünvanının yaxınlığında Zərərçəkmiş şəxs1 atası X2 vasitəsi ilə göndərilmiş 10.000 manat, cəmi 20.000 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə sonradan həmin məbləğin 8.000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 13.600 manat olan hissəsini nağd formada qaytararaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 20.000 (iyirmi min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək borc adı altında qısa müddətdə qaytarmaq şərti ilə vəd verib aldadaraq 30.000 ABŞ dolları istəmiş, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 23 sentyabr 2018-ci il tarixdə saat 11 radələrində ünvan 5 ünvanında yerləşən “Deluxe” adlı kafedə Zərərçəkmiş şəxs2 30.000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 51.000 manat pul vəsaitini alıb ələ keçirdikdcn sonra 29.800 manat qaytarmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 21.200 (iyirmi bir min iki yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədib. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ona bəraət verilməsini məhkəmədən xahiş edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zaurdan pulu borc almış və hamsını ona geri qaytarmışdır. Famildən o heç vaxt pul almamış, tam əksinə sonuncuya o pul vermiş və pulunu qaytarmadığı üçün Famili dəfələrlə şikayət etmişdir, ümumən o turizm proqramının nə olduğunu bilmir, xaricə gedəndə başqalarına həll etdirir, Famil ona ümumən pul verməmişdir. Göndərilən mallar başqa bir şirkətə göndərilib. Malları göndərən şirkət Familin atasınındır. O Familə müxtəlif səbəblərdən pul vermişdir, sonuncu bir dəfə demişdir ki, parnik edir, depozitə 10 min lazımdır, o isə vermişdir, bir dəfə başqa şeyə görə istəmiş, hər dəfə başqa şeylərə görə sonuncu ondan pul istəmiş o da vermişdir, lakin Famil ona pul verməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, münasibətləri işlə bağlı başlamışdır. Həmin vaxt subay vaxtları olmuş, ailə həyatı qurmaq niyətində olmuşdur. Həmin vaxt Rusiya Federasiyasına ixrac ilə məşğul olurmuş. İranə xanım ondan Belarusiyaya mal göndərə biləcəyini soruşduqda, o, mal göndərə biləcəyini bildirmişdir. O, bir maşın pomidor, bir maşın nar olmaqla, ümumilikdə 2 maşın göndərmişdir. Mal gedib çatmış, heç bir problem olmamışdır. Lakin uzun bir müddət sonra İranə xanım ona malların hamsının xarab olduğunu bildirmişdir. Lakin belə bir şey mümkün deyildir, mal xarab olsa belə, ən çox 1 tona qədər xarab ola bilər, 15-16 ton malın xarab olması qeyri-mümkündür. Daha sonra İranə xanım ona bildirmişdir ki, onda proqram vardır ki, oradan ucuz biletlər əldə etmək olar. O isə çox səyahət etdiyindən proqramı istəmişdir, İranə xanım ondan 20 000 manat qarşılığında proqramı verəcəyini bildirmişdir, o isə ilk olaraq 10 000 manat, daha sonra isə qalan 10.000 manat olmaqla, ümumilikdə 20 000 manatı ona vermişdir. Həmin vaxta kimi sonuncu onun üçün 2-3 dəfə ucuz qiymətə biletlər almışdır. Daha sonra axşam tərəfi İranə xanım ona zəng edərək qardaşının Belarusiyada tutulduğunu bildirmiş və 25 000 dollar pul istəmişdir, lakin o, 5 000 dollar göndərə biləcəyini demiş və 5 000 dollar göndərmişdir. Daha sonra Rusiya ilə yanaşı İranla da ixraca başlamışdır, lakin fars dilini bilmədiyindən onlara inglis dilində əlaqə saxlamaq məcburiyətində qalmışdır, bu zaman İranə xanım ona kömək edəcəyini bildirmişdir. Aralarında razılaşma olmuş, həmin razılaşmaya əsasən, əgər mal xarab olsa, pul yenədə ödəniləcək, mal xarab oldu, 27 000 dolardan 15 000 dolar qaytardılar, İranə xanım həmin 15.000 dollar pulu ona vermişdir. Daha sonra məlum olmuşdur ki, yerdə qalan 12 000 dolarda qaytarılmış lakin İranə xanım bunu ona verməmişdir. Daha sonra o pulunu tələb etdikdə İranə xanım onu şərləməyə, onu şikayət etməyə başlamışdır. Lakin şikayət əsassız olduğundan cinayət işi üzrə icraata xitam verilmişdir. Sonra xəstəsi olduğundan şikayət edə bilməmişdir. Bir müddət sonra qərara gəlmişdir ki, qalan pulunu da İranədən alsın. Məhkəmə istitnaqı zamanı videokofrans vasitəsi ilə dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, hadisə 2018-2019-cu illərdə baş verdiyindən, tam xatırlamır. Bircə onu bilir ki, Təqsirləndirilən şəxs 30 000 dollar, yəni 50 000 manat pul vermişdir. İranə bu puldan ona 27 500 və ya 28 000 manat qaytarmışdır. Həmin illərdə təkcə ona yox, bir çox insana İranənin borcları olmuş, bir çox adam sonuncu ilə pul problemləri yaşamışdır. O, İranəyə kömək məqsədilə həmin pulu vermişdir. Sonuncu ona 10-14 günə pulu qaytaracağını bildirmişdir. O, İranə ilə tədbirdə tanış olmuşdur. Həmin ərəfələrdə İranə tədbir təşkil etmək istəyirdi, hətta anonslarda olmuşdu, bir çox xalq artistləri dəvət olunacaqdı, dostluqları oradan yaranmışdır. Lakin sonradan bir-bir tədbirlər baş tutmamışdır. Sonuncu dəfə polis bölməsində olarkən, İranə onun üzünə duraraq, ona bütün pulu qaytardığını bildirmiş, o isə, övladının canına and içsə, ondan şikayətçi olmayacağını bildirmişdir, lakin iranə bunu etməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, pulu İranəyə borc olaraq vermişdir, sonuncu ona hər hansı bir vəd verməmişdir. Sonuncu dəfə aralarında üzləşmə olmuşdur, bunu təsdiq edir. O, pulu İranəyə verəndə, sonuncu, onun qardaşı, Rəmzi adlı bir nəfər olmuşdur, İranə ona bildirmişdir ki, Azər adlı birinə borcu var, əgər verməsə, onu polisə verəcəkdir, sonuncuya pulu verdikdə, Azər bəyin sürücüsü kimi tanıdığım şəxs pulu götürüb getmişdir. Aradan uzun bir müddət keçdiyindən dəqiq xatırlamır, amma ilk olaraq verdiyi ifadəsini təsdiq edir, 21 200 manat borc qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlanıdırılmış şahid məhkəmə iclasına gəlməmiş, həmin şahidin ifadəsi elan edilmiş hesab edilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş materiallarını nəzərdən keçirib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 fevral 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 01); Sadıq-zadə İranə Şirzad qızı tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinə ünvanlanmış 25 noyabr 2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmişdir. Bu səbəbdən həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir ( i.v. 4-5); Borcun olmaması barədə arayışdan görünür ki, Sadıq-zadə X15 Transport MMC tərəfindən Azərbaycan- Bakı - Belarusiya - Minsk marşrutu üzrə Vorld Transport MMC-nin sərəncamında olan 99LD495/99ZD495 və 99JN558/10ZJ124 dövlət qeydiyyat nişanlı yük avtomobilləri ilə həyata keçirilən beynəlxalq yükdaşıma fəaliyyətinə görə Vorld Transport MMC-yə çatası 3600 (üç min altı yüz) ABŞ dolları məbləğində vəsaiti 17 sentyabr 2018-ci il tarixdə ödəmişdir. Sözügedən daşımalara görə hər hansı bir maliyyə borcu bu arayış verilmə tarixinə mövcud deyildir. ( i.v. 6); Sadıq-zadə İranə Şirzad qızı tərəfindən Bakı şəhər prokuroru İlqar Abbasova ünvanlanmış 21 oktyabr 2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmişdir. Bu səbəbdən həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir ( i.v. 4-5); 11 mart 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs Sadıq-zadə İranə Şirzad qızının ifadələrində göstərdiyi özünümüdafiə xarakterli xüsusatlar sübut kimi qəbul olunmadan rədd edilməsi, təqsirləndirilən şəxs Sadıq-zadə İranə Şirzad qızına elan olunmuş ittihama əlavələr edilməklə ona Azərbaycan Respublikası CM-in 178.3.2 və 310-cu maddələri ilə yenidən ittiham elan edilməsi, Sadıqzadə İranə Şirzad qızı tərəfindən X8 qarşı dələduzluq cinayətinin törədilməsində X1 iştirakı müəyyən edilmədiyindən sonuncu barəsində cinayət işinin başlanması rədd edilməsi, Sadıq-zadə İranə Şirzad qızı tərəfindən X8 qarşı dələduzluq cinayətinin törədilməsində X9 iştirakı iştirakı müəyyən edilmədiyindən sonuncu barəsində cinayət işinin başlanması rədd edilməsi, Sadıq-zadə İranə Şirzad qızının əməlində rüşvət verməyə təhrik etmə cinayətinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən barəsində həmin hissədə cinayət işinin başlanması rədd edilməsi, Sadıq-zadə İranə Şirzad qızı tərəfindən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, X10, X11 və X7 məxsus əmlakların ələ keçirilməklə, dələduzluq cinayətinin törədilməsi müəyyən edilmədiyindən, həmin hissədə Sadıq-zadə İranə Şirzad qızı barəsində cinayət işinin başlanması rədd edilməsi və həmin şəxslərə borcla bağlı mülki-mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməsi, Sadıq-zadə İranə Şirzad qızı tərəfindən X4 məxsus əmlakı ələ keçirməklə dələduzluq cinayətinin törədilməsi müəyyən edilmədiyindən, həmin hissədə Sadıq- zadə İranə Şirzad qızı barəsində cinayət işinin başlanması rədd edilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxs Sadıq-zadə İranə Şirzad qızı tərəfindən təqdim edilmiş ona məxsus 01 ədəd "X23 7" markalı mobil telefon cinayət təqibi üçün əhəmiyyət kəsb etmədiyindən, maddi sübut kimi tanınmasın və Sadıq-zadə İranə Şirzad qızına qaytarılması, cinayət işi üzrə zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmələr, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları, istintaq hərəkətinin protokollarına əlavələr, arayışlar, telefon danışıqları və telefonla ötürülən məlumatların əks olunduğu disklər və cinayət işinin materiallarında olan digər sənədlər sübut kimi qəbul edilməsi, Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2006-cı il tarixli 09/84 saylı əmrinə uyğun olaraq cinayət işinin başlanması rədd edilmiş epizodlarla bağlı material cinayət işindən ayrılıb müəyyən edilmiş qaydada qeydiyyata alınaraq saxlanılması üçün Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin dəftərxanasına təhvil verilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. (i.v 46-76) 12 fevral 2021-ci il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Sadıq-zadə İranə Şirzad qızı zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 78) 02 iyun 2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən xitam verilmişdir. (i.v. 136-143) 24 iyun 2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə istintaq olunaraq icraatına xitam verilmiş ********* nömrəli cinayət işi üzrə Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Mehman Ələsgərov tərəfindən qəbul edilmiş 02 iyun 2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar əsassız olduğundan ləğv edilmiş, cinayət işi tam, hərtərəfli və obyektiv olaraq əlavə istintaq aparılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nə qaytarılmışdır. (i.v. 146-151) 16 avqust 2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 əməlində cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilmişdir. (i.v. 184-191) 09 sentyabr 2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin əlavə istintaqa qaytarılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Ruslan Sadıqov tərəfindən qəbul edilmiş 16 avqust 2021-ci il tarixli "cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı əsassız olduğundan ləğv edilmiş. cinayət işi üzrə icraat təzələnmiş, cinayət işi davam etdirilməsindən ötrü Xətai RPİ-nin İŞ-yə göndərilmişdir. (i.v. 195-196) 10 sentyabr 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi başlanmış ********* nömrəli cinayət icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. (i.v. 197); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli hökmü çıxarılaraq Azərbaycan Respublikası CM-nin 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinib 04 il 09 ay 14 gün müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və həmin cəza 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərarı ilə şərti məhkum etmə ləğv edilmiş və məhkumluğu üzərindən götürülmüşdür. (i.v. 213-214) Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinib 04 il 09 ay 14 gün müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və həmin cəza 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir. (cild 2. i.v. 107-130) 11 dekabr 2024-cü il tarixli ********* saylı cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarın hissəvi olaraq ləğv edilməsi barədə qərardan görünür ki, Bakı şəhər prokurorluğunun ləğv edilmiş İstintaq idarəsinin sabiq böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X5 icraatında olmuş ********* nömrəli cinayət işi üzrə 11 mart 2020-ci il tarixli "sübutların qiymətləndirilməsi haqqında” qərarın nəticəvi hissəsinin 6-cı bəndi ləğv edilmiş, Sadıq-zadə İranə Şirzad qızı tərəfindən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, X10, X11 və X6 əmlaklarının dələduzluq yolu ilə ələ keçirilməsi xüsusatları üzrə yenidən istintaq aparılmaqla hüquqi qiymət verilməsi üçün qəbul edilmiş qərarın surəti Bakı şəhəri, Xətai rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işinə əlavə edilməsi üçün Xətai rayon prokurorluğuna göndərilmişdir. (cild 2. i.v. 134-136) 25 dekabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 2. i.v. 140) 25 dekabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 2. i.v. 150) 26 dekabr 2024-cü il tarixli cinayət işinin tövsif edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (cild

2. i.v. 162-164) 26 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona ittiham elan edilməsi qərara alınmışdır. (cild 2. i.v. 181-183) 26 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 2. i.v. 204-206) 07 aprel 2025-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamın və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsinə zərurət olmadığından qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs tərəfindən X10, X11 və X7 məxsus əmlakların ələ keçirməklə dələduzluq cinayətinin törədilməsi müəyyən edilmədiyindən, həmin hissədə Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanması rədd edilməsi, cinayət işinin bütün materiallarında Təqsirləndirilən şəxs soyadı «Abadieva» kimi oxunması, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon pokuroruna göndərilməsi qərara alınmışdır. (cild 2. i.v. 255-266) Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların məcmusu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə hər epizod üzrə ayrıca hüquqi qiymət verməyi məqsədə müvafiq hesab edir. İlkin olaraq Zərərçəkmiş şəxs2 ilə bağlı epizod üzrə həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində İ.Abadiyevaya borc vermiş olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 İranənin ona olan borcunu tam qaytarmadığını, Təqsirləndirilən şəxs isə Zaura olan borcunu tam qaytardığını bildirmişdir. Həmin xüsusat üzrə borcun tam olaraq qaytarılıb-qaytarılmaması isə tədqiq edilən sübutların məcmusu ilə müəyyən olunmadığından, həmin xüsusat mülki qaydada araşdırılması diqqətə çatıdırlmalıdır. Famil Mürsəlovun etibarından sui-istifadə edərək guya qardaşı X1 Belarus Respublikasında hüquq mühafizə orqanları tərəfindən tutulması və sonuncunun həbsdən azad edilməsi üçün 5.000 ABŞ dollarını borc kimi istəyib qısa müddətdə qaytaracağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2017-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu 69 ünvanında yerləşən “İSR Plaza” yaxınlığındakı bankomat vasitəsi ilə Zərərçəkmiş şəxs1 tərəfindən köçürülmüş 5.000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 8.500 manat pul vəsaitini alıb ələ keçirməklə sonradan həmin məbləğin 2.000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 3.400 manat olan hissəsini nağd formada qaytararaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 3.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 5.100 (beş min yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etməsi epizodu üzrə Təqsirləndirilən şəxs təqsiri sübut olunmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 həmin faktı təsdiq edəcək hər hansısa bir yazışma və ya s. sübut olması ilə bağlı verilmiş suallara cavab olaraq sadəcə Təqsirləndirilən şəxs ilə aralarında telefon danışığı olmasını, zərərçəkmiş şəxsin kartına göndərməsini bildirmişdir. Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək guya sonuncu üçün avibiletlərin ucuz qiymətə alınmasını təmin edən “Amadeus” internet proqramının üzvlüyünə qəbul edilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2018-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Neftçilər prospektində yerləşən “Port Baku” yaxınləğında 10.000 manat və 2018-ci ilin yanvar ayının sonlarında ünvan 4 ünvanının yaxınlığında Zərərçəkmiş şəxs1 atası X2 vasitəsi ilə göndərilmiş 10.000 manat, cəmi 20.000 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə sonradan həmin məbləğin 8.000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 13.600 manat olan hissəsini nağd formada qaytararaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 6.400 (iyirmi min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etməsi ilə bağlı məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs1 özü məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində hər il dəfələrlə xarici ölkələrə səyahət etdiyini bildirmiş, Təqsirləndirilən şəxs isə ona ucuz bilet adı ilə həmin məbləği verməsini bildirsə də, zərərçəkmiş şəxsin həmin ifadəsini təsdiq edəcək başqa sübut müəyyən olunmamış, Təqsirləndirilən şəxs isə həmin xüsusatı təkzib edərək, heç bir bilet satışı ilə bağlı razılaşmalarının olmadığı bildirmişdir. Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun atası Şahid təsisçi olduğu faktiki Famil Mürsəlovun idarə etdiyi kənd təsərrüfatı məhsullarının alqı-satqısı, daşınması ilə məşğul olan "xxxx" MMC-dən məhsulların Belarus Respublikasına daşınaraq guya orada satılmasını təşkil edib birgə qazanc əldə edəcəkləri barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 26 oktyabr 2017-ci ildə Bakı şəhəri, Binəqədi rayonu 9cu Mikrorayon Mir Cəlal 121 ünvanında MMC-nin saxlanc yerindən 16.560 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 28.152 manat dəyərində 18 ton 400 ki.oqram nar və 15.689 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 26.671,3 manat dəyərində 15 ton 689 kiloqram pomidor məhsullarını Belarus Respublikasına çatdırılıb satılmasından əldə edilmiş pul vəsaitini ələ keçirməklə sonradan həmin məbləğin 25.700 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 43.690 manat olan hissəsini nağd formada qaytararaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 6.549 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 11.133,3 (on bir min yüz otuz üç) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etməsi epizodu ilə bağlı qeyd oolunmalıdır ki, Belərusiya respublikasında qeydiyyatdan keçən hüquqi şəxsin Təqsirləndirilən şəxs aidiyyatı sübut olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır”, “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən “Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır”. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayəti obyektiv cəhətdən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmədə və ya əmlak hüquqlarını əldə etmədə ifadə olunur. Dələduzluq talamanın bir formasıdır. Lakin, talamanın digər formalarından fərqli olaraq dələduzluq cinayəti obyektiv cəhətdən onun törədilməsi üsullarının özünəməxsusluğu ilə seçilir. Belə ki, qüvvədə olan cinayət qanununda dələduzluq cinayəti üzrə özgənin əmlakının ələ keçirilməsi və ya əmlak hüquqlarının əldə olunması aldatma və etibardan sui-istifadə etmə üsulu ilə həyata keçirilir. Niyyətin müəyyən edilməsi də əməldə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayətinin olması halının müəyyən edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında əks olunmuş hüquqi mövqeyə görə «Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqlarını əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun». Məhkəmə işin faktiki hallarına məcmu şəkildə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində yuxarıda təsvir olunmuş niyyət mövcud deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi halı işin məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir. Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxsin niyyəti zərərçəkmiş şəxsin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə, yaxud da əmlak hüquqlarını əldə eməyə yönəlməmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1.1-ci maddəsinə əsasən “cinayət hadisəsi olmadıqda” məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Ona görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə bəraət hökmü çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42, 344 – 350, 352, 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri Azərbaycan Respublikası CPM-nin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar