Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-261/2025 19.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs –Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında 20 avqust 1983-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 14, mənzil 15-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun Azərbaycan Texniki Universitetini bitirən oğlu Şahid2 imtahanlardan almış olduğu qeyri-kafi qiymətlərinin guya müsbətə doğru dəyişdirilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 2020-ci ilin dekabr ayının ortalarında ünvan 2 ünvanında metronun Əhmədli stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs üç dəfəyə, hər dəfə 3.000 manat olmaqla cəmi 9.000 manat nağd pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə zərərçəkmiş şəxs Soltiyev ləbriz Şukürulla oğluna ümumilikdə 9.000 (doqquz min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən beş ildir taksi sürücüsü kimi tanıyır, taksi sürücüsü kimi münasibəti normal olmuş və xidmətindən istifadə etdikdə yaxın münasibəti yaranmış, söhbət zamanı Zərərçəkmiş şəxs Azərbaycan Texniki Universitetində ali təhsil alan oğlu Anarın 22 ədəd kəsiri olduğuna görə universitetdən xaric olunmasını bildirmiş və ona köməklik göstərməsini xahiş etmiş, sonra Təbrizdən 3.000 manat alaraq oğlunun kəsirlərini verməkdə köməklik göstərəcəyinə söz vermişdir. Daha sonra universitetlə maraqlanmış və tələbə kəsirlərini verməsi üçün kredit pulu ödədikdən sonra imtahanlara təkrar buraxılacağı bildirilmiş, bu barədə Təbrizə demiş, lakin Təbriz kredit pulunu ödəmək istəməmişdir. Ona görə də oğlunun işi alınmamış, belə olan halda Zərərçəkmiş şəxslə metronun “H.Aslanov” stansiyasının yaxınlığında görüşərək aldığı 3.000 manat pulu geri qaytarmış, lakin Təbriz işini düzəltmədiyi üçün ondan 10.000 manat pul tələb etmiş, əks halda polisə şikayət edəcəyini bildirmişdir. Əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödəmiş, onunla barışıq əldə etmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid2 oğludur. Anar Texniki Universiteti bitirmişdir. Təqsirləndirilən şəxs Hacımməmməd oğlunu isə 2020ci ildən tanıyır, onunla əvvəllər münasibəti və ya heç bir düşmənçiliyi olmamışdır. 2020-ci ilin dekabr ayında Texniki Universitetdə təhsil alan oğlu Anarın imtahan kəsrləri olmuş, həmin kəsrləri düzəltmək üçün tanışı olan Oruc Həmidovla bu barədə söhbət edən zaman Oruc bir nəfər tanıdığını, bu məsələlərdə onun köməklik edə biləcəyini demiş, sonra Oruc adlı tanışına həmin şəxsin kim olduğunu və tanış etməsini xahiş etmiş, bundan sonra tanışı Oruc Həmidov 2020-ci ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs Hacımməmməd oğluna zəng vuraraq Xətai rayonu, Əhmədli metrosunun yanına çağırmış və orada Səbuhi ilə görüşmüş, söhbət zamanı Səbuhi adlı şəxsə oğlunun imtahan kəsirləri olmasını, həmin kəsirləri düzəltmək istədiyini bildirdikdə bu işdə köməklik edə biləcəyini, tanışlarının çox olduğunu demiş və 22 imtahanın düzəlməsi üçün 9.000 manat pul lazım olmasını bildirmiş, Səbuhi ilə razılaşmış və ilkin olaraq X9 yanında 3.000 manat vermiş, bundan bir neçə gün sonra tarixi dəqiq yadında qalmasa da yenidən Səbuhi ilə Əhmədli metrosunun yanında görüşmüş və ikinci dəfə də ona 3.000 manat vermiş, sonuncu dəfə yenə də Orucla birlikdə Təqsirləndirilən şəxsla “Əhmədli” metrosunun yaxınlığında görüşərək əlavə olaraq 3.000 manat vermiş, bununla da tanışı Orucun iştirakı ilə Təqsirləndirilən şəxs ümumulikdə 9.000 manat vermişdir. Həmin vaxt Səbuhi yaxın günlərdə oğlu Anarın 22 imtahanını danışıb həll edəcəyini, kəsirlərinin olmayacağını bildirmiş, bir ay sonra Səbuhiyə məxsus ***-***-**-** nömrəsinə zəng vuraraq işin gedişatı ilə maraqlanmış, bu zaman Səbuhinin müxtəlif bəhanələr gətirdiyini görüb işin alınmadığını başa düşmüş, sonra oğlu Anar pandemiya dövründə özü hazırlaşaraq imtahanlarının hamısını vermiş, ona görə Səbuhiyə zəng vuraraq verdiyi 9.000 manat pulu qaytarmasını tələb etmişdir. Lakin hazırda ona vurulmuş zərər tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, hazırki cinayət işi üzrə ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi yoxdur və olmayacaqdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 20 ildir tanyır, dostluq edir və yaxın münasibətləri vardır, Təqsirləndirilən şəxs Hacımməmməd oğlunu isə təxminən 4 ildir tanışının vasitəsilə tanımış, Təqsirləndirilən şəxs özünü Texniki Universitetdə işlədiyini bildirmiş və tələbələrlə bağlı bütün problemləri həll edə biləcəyini demiş, ancaq X4 hansı vəzifədə işlədiyini bildirməmiş, dediyinə görə tələbələrin kəsirlərini müəyyən məbləğ pul qarşılığında yazdıra bilirmiş. 2020-ci ilin dekabr ayında söhbət zamanı dostu Zərərçəkmiş şəxs Texniki Universitetdə oxuyan oğlu Anarın 22 kəsri olmasını bildirmiş və bunun həll yolları ilə maraqlanıb ona köməklik göstərməsi üçün adam axtardığını bildirmiş, Təbrizə qulaq asıb Texniki Universitetdə işləyən Təqsirləndirilən şəxs Hacımməmməd oğlu adlı tanışı olmasını və ona müraciət edib kömək istəyə biləcəyini demişdir. 2020-ci ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs Hacımməmməd oğluna zəng vuraraq Xətai rayonu “Əhmədli” metrosunun yanına çağırmış, həmin vaxt dostu Təbrizlə bir yerdə Səbuhi ilə görüşüb söhbət etmiş və Səbuhiyə Təbrizin oğu barədə məlumat verib 22 kəsri verməkdə köməklik göstərməsini xahiş etmiş, sonra Təqsirləndirilən şəxs bu işdə köməklik edə biləcəyini, tanışlarının çox olduğunu bildirmiş və 22 imtahanın düzəlməsi üçün Təbrizdən 9.000 manat pul istəmiş, həmin vaxt onların söhbətlərinə müdaxilə etməmiş və dostu Təbriz Səbuhinin dediyi məbləğlə razılaşaraq elə orada Səbuhiyə işə başlaması üçün ilkin 3.000 manat vermiş, bundan bir neçə gün sonra isə tarixi yadında qalmsa da yenidən Təqsirləndirilən şəxsla “Əhmədli” metrosunun yanında üçlükdə görüşmüş, həmin vaxt Təbriz onun yanında Səbuhiyə əlavə olaraq 3.000 manat da vermiş, sonuncu dəfə isə dostu Təbriz yenə onun iştirakı ilə Təqsirləndirilən şəxsla Əhmədli metrosunun yaxınlığında görüşərək ona yerdə qalan 3.000 manat da vermiş, bununla da dostu Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs ümumulikdə 9.000 manat vermiş, Təqsirləndirilən şəxs sonuncu 3.000 manatı götürdükdə Təbrizə «kəsirlərə görə narahat olmayın, yaxın günlərdə Anarın 22 imtahanlarını danışıb həll edəcəyəm və kəsirləri olmayacaqdır» demişdir. Səbuhinin dediyi müddət tamam olduqda Təbriz Səbuhinin ***-***-**-** nömrəsinə zəng vuraraq işin gedişatı ilə maraqlanmış, bu zaman Səbuhi müxtəlif bəhanələr gətirərək vaxtı uzatmış, bu səbəbdən dostu Təbriz Səbuhinin heç bir iş görmədiyini görüb pulunu qaytarmasın tələb etmiş, sonradan Təbrizin oğlu Anar pandemiya dövründə özü hazırlaşaraq imtahanlarının hamısını vermişdir. 9.000 manat pul dostu Təbrizə məxsus olmuş, Təbriz pulun hamısını onun iştirakı ilə vermişdir. Məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi ev 11, mənzil 24-də qeydiyyatda olmaqla valideynləri ilə birlikdə həmin ünvanda yaşayır. «Rebers» taksi parkında dispetçer işləyir, əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs doğma atasıdır, hazırda onunla bir yerdə yaşayır, məlum olmayan səbəblərə görə atası doğum haqqında şəhadətnaməsində öz soyadını və adını verməmiş, lakin bunun səbəblərini dəqiq bilməmiş, anası da atasının dediklərini təsdiq edərək ailənin həqiqi oğlu olmağını bildirmişdir. 2012-ci ildən 2016-cı ilə kimi Azərbaycan Texniki Universitetində ali təhsil almış, lakin 22 kəsri olduğu üçün diplomunu vaxtında ala bilməmiş, sonra hazırlaşaraq kəsirlərini verib 2023-cü ildə diplomunu almışdır. Təqsirləndirilən şəxs Hacımməmməd oğlunu tanımamış, onunla heç bir əlaqəsi və münasibəti olmamış, 2016-cı ildə universiteti bitirərək diplom ala bilmədikdə atası Zərərçəkmiş şəxs tanımadığı Təqsirləndirilən şəxs adlı şəxslə danışaraq 22 imtahan kəsrinin verilməsi üçün kömək istəmiş yə sonradan bildiyinə görə atası kəsilərinin verilməsi üçün 2020-ci ilin dekabr ayının ortalarında Səbuhi adlı şəxsə 9.000 manat pul verməsini bilmiş, ancaq həmin danışıqlarda və proseslərdə iştirak etməmişdir. Təqsirləndirilən şəxs atasını aldadaraq verdiyi vədə əməl etməyib aldığı 9.000 manatı dələduzluq yolu ilə ələ keçirmiş, belə olan halda özü hazırlaşaraq imtahanlarının hamısını vermiş və 2023-cü ildə diplomunu almış, Təqsirləndirilən şəxs heç bir köməkliyi dəyməmiş, yəni imtahanlarını onun köməkliyi olmadan vermiş, 22 kəsri olsa da Universitetə kredit borcu olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılmasını rədd edilməsinə dair qərarın ləğv olunaraq cinayət işinin başlanılıb aidiyyəti üzrə göndərilməsi haqqında 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında RPİ-nin 34-cü PŞ-də toplanmış 2543/22 nömrəli material üzrə şöbənin baş təhqiqatçısı, polis kapitanı Fərid Abbasovun qəbul etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi 22 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmişdir. Fakta görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (i.v.1-2) - cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (i.v.13-14) - cinayət işinin icraata qəbul edilməsi barədə 09 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. (i.v.29) - zərərçəkmiş şəxs qismində tanımaq haqqında 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.32-33) - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən alınmış 22 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə 4000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 il 09 ay müəddətə azadlıqdan məhrumetmə və 4000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə cəriməni tam şəkildə ödəyərək şöbədən qeydiyyatdan çıxarılmışdır. xx.xx.2018-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə AR CM-nin 67.1-ci maddəsi hökmdən xaric edilmişdir. AR CM-nin 66.5, 66.7-ci maddələri ilə 5000 manat cərimə cəzası ilə azad edilmişdir. Nəsimi Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinə xx.xx.2023-cü il tarixdə AR CPM 40.3 - AR CM-nin 73-1.1-ci maddəsi ilə xitam verilmişdir. (hazırkı əməlin törədilməsindən sonra) (i.v.54-56) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-67/2018 saylı, 09 mart 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2., 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə müvafiq olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-331/2016 saylı, 14 iyul 2016-cı il tarixli hökmü ilə ona təyin olunmuş və icra olunmamış 4.000 (dörd min) manat min manat cərimə cəzaları təyin cərimə cəzası tam birləşdirilməklə ona qəti olaraq, 2 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə və 4.000 (dörd min) manat cərimə cəzaları təyin edilmişdir. (i.v.57-69) - Bakı Apellyasiya Məhkəməsinin 1(103)-594/2018 saylı, 18 may 2018-ci il tarixli qərarı ilə məhkumun müdafiəçinin apellyasiya şikayəti qismən təmin olunmuşdur. Bakı şəhəri Xətai rayon məhkəməsinin Təqsirləndirilən şəxs haqqındakı 9 mart 2018-ci il tarixli hökmü məhkumun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmişdir. Zərər çəkmiş X5 ziyan vurulmasına dair epizod üzrə hökm ləğv edilərək həmin hissədə əməlində cinayət tərkibi olmadığına görə cinayət təqibinə xitam verilmişdir. Hökmdən Təqsirləndirilən şəxs CM-nin 178.2.2 maddəsilə təqsirli bilinməsi və 67.1 maddəsinin tətbiqi xaric olunmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin 9 mart 2018-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası dörd min beş yüz manat məbləğində cərimə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə hökm çıxarılanadək həbsdə və ev dustaqlığında saxlanıldığı üç ay və hökm çıxarıldıqdan sonra həbsdə olduğu iki ay doqquz gün, ümumilikdə beş ay doqquz gün nəzərə alınmaqla həmin cərimənin məbləği azaldılaraq iki min manat müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 iyul 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş dörd min manat cərimə cəzası hazırkı iş üzrə üzərində saxlanılan iki min manat cərimə cəzası ilə CM-nin 66.5 və 66.2 maddələrinə əsasən qismən toplanılaraq ona cinayətlərinin məcmusu üzrə qəti olaraq beş min manat cərimə cəzası təyin edilmişdir. (i.v.70-73) - İş materiallarında olan ali təhsil haqqında C № 199924 bakalavr diplomundan görünür ki, Şahid2 05 iyul 2023-cü il tarixdə Azərbaycan Texniki Universitetinin “metallurgiya mühəndisliyi” ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir. (i.v.84) - ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilib tutularaq cinayət təqibini həyata keçirən orqanın sərəncamına verilməsi məqsədi ilə barəsində axtarış elan olunmuşdur. (i.v.86) - cinayət işi üzrə icraatın dayandırılması haqqında 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v.89) - axtarışda olan şəxsin tutulması haqqında 08 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 19:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək barəsində Xətai RPİ tərəfindən axtarış elan olunduğu üçün saxlanılmışdır. (i.v.95) - cinayət işi üzrə icraatın təzələnməsi haqqında 08 noyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası CMin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (i.v.96) - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 09 noyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i.v.117-118) - təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında 09 noyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad edilmişdir. (i.v.132-134) - vəsatətin təmin edilməməsi barədə 10 noyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi və ifadəsi özünü müdafiə xarakteri daşıdığından vəsatət kimi qəbul edilmiş və əsassız olduğuna görə təmin edilmədən rədd edilmişdir. (i.v.138-139) - Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs 7 nömrəli şəhər poliklinikasının 18 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 7 nömrəli şəhər poliklinikasında psixiatr müşahidəsində deyil. (i.v.144-145) - təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında 18 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularaq cinayət təqibini həyata keçirən orqanın sərəncamına verilməsi məqsədilə barəsində axtarış elan olunmuşdur. (i.v.147- 148) - cinayət işi üzrə icraatın dayandırılması haqqında 18 noyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v.150-151) - doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs bir uşağı var: xx.xx.2020-ci il təvəllüdlü X8. (i.v.157-158) - cinayət işi üzrə icraatın təzələnməsi haqqında 21 aprel 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası CMin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (i.v.163-164) -- toplanmış sübutların qiymətləndirilməsi barədə 21 aprel 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi və onun əməlində cinayətlərin resedivi olmadığı nəzərə alınması, Təqsirləndirilən şəxs məsuliyyətini Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran halların müəyyən edilmədiyi nəzərə alınması, Təqsirləndirilən şəxs məsuliyyətini Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı övladı xx.xx.2020-ci il təvəllüdlü X6 olması və Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən yüngülləşdirən hal kimi cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsinin müəyyən edilməsi nəzərə alınması qərara alınmışdır. (i.v.172-178) - Zərərçəkmiş şəxs 19 avqust 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq. - "xxxx" ASC-nin 01 avqust 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş 9.000 (doqquz min) manat məbləğində zərərin iyirmi beş faizi yəni, 2250 (iki min iki yüz əlli) manat dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında vəsaiti dövlət büdcəsinə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, hazırkı əməl törədilənə qədər Təqsirləndirilən şəxs oxşar şəkildə cinayət məsuliyyətindən azad edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı (28 aprel 2025-ci il tarixli dəyişikliklə) ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. İş üzrə məhkəmə xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 275 (iki yüz yetmiş beş) manat pul ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-261/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-261/2025
19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver