Məhkəmə qərarları › İş №1(011)-263/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-263/2020

31.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-263/2020 31.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 21 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 mənzil 298 ünvanının qarşısında sonuncuya məxsus saxlanc yerinin plastik qapısının tutacağından tutub irəligeri itələyib açmaqla qanunsuz daxil olub, oradan 1 ədəd 100 manat dəyərində “Bosch” markalı dreli, 1 ədəd 400 manat dəyərində “Shimano” markalı balıq tutmaq üçün tilovu, 1 ədəd 150 manat dəyərində “Feniks” markalı böyük ölçülü əl fanarı, 2 ədəd 3000 manat dəyərində içərisində “Cetaform” və “Prokid” firmasına məxsus təmir alətləri olan çantaları, hər biri 250 manat olmaqla 500 manat dəyərində 2 ədəd baqaj çantalarını, 800 manat dəyərində 2 ədəd “Gucci” markalı qadın ayaqqabılarını gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 4950 (dörd min doqquz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, heç bir yerdə işləmədiyindən maddi cəhətdən sıxıntı çəkmiş, buna görə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Xətai rayonu Sabit Orucov küçəsində yerləşən “Allians” adlanan binaya daxil olmuş və binanın 1-ci mərtəbəsindən lift vasitəsilə binanın 13-cü mərtəbəsinə qalxmışdır. O, binanın 13-cü mərtəbəsində liftdən düşüb həmin mərtəbənin blokunda oğurlamaq üçün əşya axtarsa da heç bir əşya tapa bilməmişdir. Buna görə də, o, pilləkən ilə binanın 12-ci mərtəbəsinə düşüb blokda oğurlamaq üçün əşya axtarmağa başlamışdır. Həmin vaxt o, 12-ci mərtəbədə plasmas materialdan hazırlanmış əşyalar saxlamaq üçün saxlanc yeri olduğunu görmüş və o, həmin saxlanc yerindən oğurluq etmək qərarına gəlmişdir. Bir qədər ətrafa göz gəzdirmiş və ətrafda heç kimin onu görmədiyinə əmin olduqdan sonra saxlanc yerinə yaxınlaşmış, saxlanc yerinin qapısı bağlı olduğuna görə o, qapınının tutacağından tutub bir neçə dəfə irəli-geri itələyərək qapını açmışdır. Saxlanc yerində 2 ədəd qara rəngdə çamadan, təmir və digər məişət əşyaları olduğunu, 2 ədəd çamadanların içlərisinin boş olduğunu görmüşdür. Bundan sonra dolabda olan müxtəlif təmir alətlərini, balıq tutmaq üçün tilovu və əl fanarını götürüb çamadanları içərisinə yığmış və həmin çamadanlar ağır olduğu üçün binanın 12-ci mərtəbəsindən lift ilə binanın 2-ci mərtəbəsinə düşmüşdür. İlk öncə binanın giriş hissəsində kiminsə olub-olmamasını yoxlamaq üçün çamadanları ikinci mərtəbədə blokda qoyub birinci mərtəbəyə düşmüş və binanın qarşısında durub siqaret çəkib ətrafa göz gəzdirmişdir. Təxminən 2-3 dəqiqədən sonra ona bir nəfər yaxınlaşıb binanın sakini olmadığını, ondan şübhələndiyi üçün polisə zəng edəcəyini bildirmişdir. O da həmin şəxsə binanın sakini olduğunu bildirib binanın qarşısından bir qədər uzaqlaşmışdır. Bir az keçdikdən sonra o, həmin şəxsin binanın qarşısında olmadığını görüb yenidən həmin binanın blokuna daxil olmuş və ikinci mərtəbəyə qoyduğu 2 ədəd çamadanları götürüb oradan uzaqlaşıb yaşadığı məhəlləyə gedərək çamadanları yaşadığı məhəllədə gizlətmişdir. Səhəri gün, yəni xx xxxx 2020-ci il tarixdə o, oğurladığı iki ədəd çamadanlardan kiçik ölçülü olanını içərisində olan təmir alətləri ilə birlikdə götürüb Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr” adlı bazara aparmış və orada çamadanı 35 manata tanımadığı qadına, içərisində olan təmir alətlərini isə tanımadığı bir neçə şəxsə satmışdır. Bundan sonra o, saxlanc yerindən götürdüyü 1 ədəd balıq tutmaq üçün olan tilovu (spilniki) Bakı şəhəri Xətai rayonu “Qaqarin körpüsü” adlanan yerdə yerləşən ovçular mağazasında işləyən tanımadığı şəxsə 30 manata satmışdır. O, pul əldə etdiyinə görə qalan 1 ədəd çamadanı içərisində olan təmir alətlərini satmayaraq saxlamışdır. Daha sonra valideyinlərindən Xətai RPİ-nin 37-ci PB-nin əməkdaşlarının yaşadığı evə gələrək oğurluq etməkdə şübhəli olduğuna görə onu axtardıqlarnı öyrənmişdir. O, artıq yalan danışmağın və polis əməkdaşlarının artıq oğurluq etdiyini bildiklərini görüb saxlanc yerindən oğurladığı və içərisində müxtəlif məişət əşyaları olan 1 ədəd çamadanı götürüb polis bölməsinə getmiş və orada törətdiyi oğurluq əməlini səmimi olaraq etiraf etmişdir. O, Aqşini əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, əşyaları tanımadığı şəxslərə satan zaman əşyaların oğurluq olduğunu bildirməmişdir. Həmin şəxslərin onun oğurluq etməyi barədə heç bir məlumatları olmamışdır. O, bir müddət əvvəl həmin binanın qapısını açmaq üçün elektron açarı binanın həyətində olan zaman tapmışdır. Həmin açar vasitəsilə binaya daxil olmuşdur. 1 ədəd direl və 2 ədəd qadın ayaqabılarını oğurlamamışdır. Törətdiyi əməldən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır, sonuncunun ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 3 mənzil 298 ünvanında ailə üzvülərilə birlikdə yaşayır. Yaşadığı mənzilin qarşı hissəsində plasmas materialdan saxlanc yeri düzəltdirmiş və həmin saxlanc yerini məişət əşyalarının saxlanması üçün istifadə etmişdir. Saxlanc yerinin iki plastik materialdan hazırlanmış qapısı olmuş və o, qeyd olunan qapıları açarla bağlayaraq kənar şəxslərin ora daxil olmasından mühafizə etmişdir. xx xxxx 2020- ci il tarixdə saat təxminən 12 radələrində istifadəsində olan saxlanc yerinə yaxınlaşmış və açarla saxlanc yerinin qapısını açaraq oradan əşya götürmək istəyən zaman saxlanc yerinin içərisinə saxladığı ona məxsus 1 ədəd 100 manat dəyərində “Bosch” markalı drelin, 1 ədəd 400 manat dəyərində “Shimano” markalı balıq tutmaq üçün tilovun, 1 ədəd 150 manat dəyərində “Feniks” markalı böyük ölçülü əl fanarının, 2 ədəd 3000 manat dəyərində içərisində “Cetaform” və “Prokid” firmasına məxsus təmir alətləri olan çantaların, hər biri 250 manat olmaqla 500 manat dəyərində 2 ədəd baqaj çantaların, hər biri 400 manat olan 800 manat dəyərində 2 ədəd “Gucci” markalı qadın ayaqqabılarının yerində olmadığını aşkar etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər ona məxsus saxlanc yerinin qapısını açaraq orada olan məişət və təmir əşyalarını oğurlamışlar. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Bir qədər sonra 37-ci PŞ-nin əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər. Daha sonra 37-cü PŞ-nə gedərək orada baş vermiş hadisə barədə ərizə yazaraq izahat vermişdir. Ona məxsus saxlanc yerindən 1 ədəd 100 manat dəyərində “Bosch” markalı drel, 1 ədəd 400 manat dəyərində “Shimano” markalı balıq tutmaq üçün tilov, 1 ədəd 150 manat dəyərində “Feniks” markalı böyük ölçülü əl fanarı, 2 ədəd 3000 manat dəyərində içərisində “Cetaform” və “Prokid” firmasına məxsus təmir alətləri olan çantalar, hər biri 250 manat olmaqla 500 manat dəyərində 2 ədəd baqaj çantaları, 800 manat dəyərində 2 ədəd “Gucci” markalı qadın ayaqqabıları oğurlanmış və hadisə nəticəsində ona ümumilikdə 4950 manat maddi ziyan dəymişdir. Saxlanc yerindən oğurlanmış məişət əşyaları ona məxsus olmuşdur. Həmin əşyaları şəxsi vəsaiti hesabına almışdır. Əlavə olaraq, təqsirləndirilən şəxs tərəfindən ona dəyən zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, buna görə də ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid oğlu ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri Xətai rayonu Fəzail Bayramov 3 ünvanında yerləşən özünə məxsus “Ovçu” adlı mağazanı işlədir. xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində işlətdiyi “Ovçu” mağasında olan zaman adının sonradan Sabir olduğunu öyrəndiyi şəxs mağazaya gələrək əlində olan balıq tutmaq üçün tilovu ona göstərib satmaq istədiyini bildirmişdir. O da Sabirdən tilovun kimə məxsus olduğunu və haradan əldə etdiyini soruşan zaman Sabir həmin tilovun atasına məxsus olduğunu, atasının rəhmətə getdiyinə görə satmaq istədiyini bildirmişdir. Sabirə balıq tutmaq üçün olan tilovu 30 manata ala biləcəyini bildirmişdir. Sabir də onunla razılaşmışdır. Bundan sonra o, Sabirdən tilovu almaq üçün ilk öncə şəxsiyyətini təsdiq edən sənədin surətini götürmüş və həmin tilovu 30 manat pul verib Sabirdən almışdır. Sonra o, həmin tilovu mağazaya gələn tanımadığı müştərilərdən birinə satmışdır. Daha sonra isə polis əməkdaşları işlədiyi mağazaya gələrək Sabirin ona satmış olduğu tilovun oğurluq yolu ilə əldə etdiyini bildirmişlər. O, Sabiri əvvəllər tanımamışdır. O, Təqsirləndirilən şəxs ona satdığı balıq tutmaq üçün olan tilovun oğurluq yolu ilə əldə edildiyini bilməmiş, Sabir ona həmin tilovun rəhmətə gedən atasına məxsus olduğunu, istifadə etmədikləri üçün satmaq istədiyini bildirib satmışdır. O, balıq tutmaq üçün olan tilovu Sabirdən şəxsiyyət vəsiqəsini surəti ilə almış və həmin sənədin üzərində qeydiyyat aparıb almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 01); xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs, Xətai RPİ-nin ekspert-kriminalisti polis mayoru Mail Ağayevin, hal şahidləri X4 və X5 iştirakları ilə S.Orucov küçəsi ev 4/82 mənzil 298-in qarşısındakı hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri binanın 12-ci mərtəbəsində yerləşən məişət əşyalarının saxlanması üçün nəzərdə tutulmuş yerdir. Saxlanc yeri ağ plastikdən düzəldilmişdir.Saxlanc yerinin uzunluğu 2.5 metr, eni isə 2.30 metrdir. Saxlanc yerinin qapısı 2 ədəddir. Birinci qapısı 2 hissədən ibarətdir. 2-ci qapısı tək qapıdır. Qapıların hər ikisi açarla açılıb bağlanır. Qapıları açan zaman müxtəlif məişət əşyaları dağılmış vəziyətdə olması müşahidə edilmişdir. Hadisə yerini görüntüləyən videogörüntü aşkar olunmamış, hadisə yerindən ekspert-kriminalist qapıların tutulacaq hissəsindən əl-barmaq izləri götürmüşdür (i.v. 5); Daxili İşlər Nazirliyi X1 xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai rayonu S.Orucov küçəsi ev 4/82 mənzil 298-də baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş əl izindən 02 ədəd Təqsirləndirilən şəxs sol əlinin ovucu ilə eynilik təşkil etmişdir ( i.v. 10); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 13); təqdim etmə və götürmə barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hal şahidləri X2, X7, Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 08 radələrində ünvan 5 mənzil 298 ünvanın qarşısında yerləşən saxlanc yerindən oğurladığı əşyalardan Zərərçəkmiş şəxs məxsus 1 ədəd qara rəngli çamadanı, 01 ədəd fanarı, 2 ədəd çəkici, 3 ədəd kəlbətini, 2 ədəd açarı, 1 ədəd vintaçan dəstini, 1 ədəd kiçik ölçülü dəmirkəsən mişarı, 1 ədəd metrəni, 1 ədəd indiqatoru, 1 ədəd oboy bıçağını, 3 dəst divar deşmək üçün istifadə olunan başlıqları, 1 dəst şestokraynik dəsini, 1 ədəd başlıq hissəsi qırmızı rəngli olan alət dəstini, içərisində xırda tikinti və təmir materialları olan 1 ədəd sarlı rəngli alətlər qutusunu Xətai RPİ-nin İŞ-nə təqdim etmişdir. Buna görə də Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qara rəngli çamadanı, 01 ədəd fanarı, 2 ədəd çəkici, 3 ədəd kəlbətini, 2 ədəd açarı, 1 ədəd vintaçan dəstini, 1 ədəd kiçik ölçülü dəmirkəsən mişarı, 1 ədəd metrəni, 1 ədəd indiqatoru, 1 ədəd oboy bıçağını, 3 dəst divar deşmək üçün istifadə olunan başlıqları, 1 dəst şestokraynik dəsini, 1 ədəd başlıq hissəsi qırmızı rəngli olan alət dəstini, içərisində xırda tikinti və təmir materialları olan 1 ədəd sarı rəngli alətlər qutusunu Azərbaycan Respublikası CPM-nin 236 və 242-ci maddəsinin tələblərinə uyğun olaraq hal şahidlərinin iştirakı ilə götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qara rəngli çamadan, 01 ədəd fanar, 2 ədəd çəkic, 3 ədəd kəlbətin, 2 ədəd açar, 1 ədəd vintaçan dəsti, 1 ədəd kiçik ölçülü dəmirkəsən mişar, 1 ədəd metrə, 1 ədəd indiqator, 1 ədəd oboy bıçağı, 3 dəst divar deşmək üçün istifadə olunan başlıqlar, 1 dəst şestokraynik dəsti, 1 ədəd başlıq hissəsi qırmızı rəngli olan alət dəsti, içərisində xırda tikinti və təmir materialları olan 1 ədəd sarı rəngli alətlər qutusu sübut əhəmiyyət kəsb etdiyindən tərəflərindən götürülmüşdür (i.v. 24-25); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:30-da Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli olduğundan tutulmuşdur (i.v. 37-38); təqsirləndiririlən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 49); təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerində azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 65-66); ifadənin yerində yoxlanması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 mənzil 298 ünvanında oğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v.93-94); əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalar tanınmaya təqdim edilmiş, dir. Zərərçəkmiş şəxs 1 ədəd qara rəngli çamadanı, 01 ədəd “Fenix” markalı fanarı, 2 ədəd çəkici, 3 ədəd kəlbətini, 2 ədəd açarı, 1 ədəd vintaçan dəstini, 1 ədəd kiçik ölçülü dəmirkəsən mişarı, 1 ədəd metrəni, 1 ədəd indiqatoru, 1 ədəd oboy bıçağını, 3 dəst divar deşmək üçün istifadə olunan başlıqları, 1 dəst şestokraynik dəstini, 1 ədəd başlıq hissəsi qırmızı rəngli olan alət dəstini, içərisində xırda tikinti və təmir materialları olan 1 ədəd sarlı rəngli alətlər qutusunu markasından, rəngindən, ölçülərindən və işlənmə dərəcəsindən tanımışdır (i.v. 99-100); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 alınmış xx.xx.2020-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 108); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/1166 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 251,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir (i.v. 115- 118); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/1166 nömrəli rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, Şahid və naməlum şəxslərin barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə Zərərçəkmiş şəxs məxsus 1 ədəd qara rəngli çamadan, 01 ədəd “Fenix TK70” markalı fanar, 2 ədəd çəkic, 3 ədəd kəlbətin, 2 ədəd açar, 1 ədəd vintaçan dəsti, 1 ədəd kiçik ölçülü dəmirkəsən mişar, 1 ədəd metrə, 1 ədəd indiqator, 1 ədəd oboy bıçağıı, 3 dəst divar deşmək üçün istifadə olunan başlıqlar, 1 dəst şestokraynik dəsti, 1 ədəd başlıq hissəsi qırmızı rəngli olan alət dəsti, içərisində xırda tikinti və təmir materialları olan 1 ədəd sarlı rəngli alətlər qutusu sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılmış, iş üzrə Şahid təqdim etdiyi A4 farmatlı kağız üzərində olan Təqsirləndirilən şəxs məxsus AZE JNg-******** seriyalı şəxsiyyət vəsiqəsinin surəti sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 4950 manat hesab olunmuşdur (i.v. 122-130); Məhkəmə, Təqsirləndirilən şəxs 1 ədəd direl və 2 ədəd qadın ayaqabıları oğurlamaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə nəzərə alır ki, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, zərərçəkmiş şəxs bütün izahat və ifadələrində pul saxlanc yerində digər əşyalarla yanaşı 1 ədəd direl və 2 ədəd qadın ayaqabıların olmasını göstərmişdir. Zərərçəkmiş şəxsin cinayət işinin materiallarında olan izahat və ifadələri ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi eyni məzmunlu olmuş, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamışdır. Məhkəmə, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadə iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsini üçün kifayət hesab edir. Digər tərəfdən, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus saxlanc yerindən digər əşyaların götürməsini etiraf edir və məhz təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə məxsus saxlanc yerindən əşyaları götürməsi halı iş üzrə mübahisələndirilən hal deyildir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında xx xxxx 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs gənc olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (59.1.12.), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (59.1.13.) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 6 mənzil 21 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə maddi sübutlar – 1 ədəd qara rəngli çamadanın, 01 ədəd “Fenix TK70” markalı fanarın, 2 ədəd çəkicin, 3 ədəd kəlbətinin, 2 ədəd açarın, 1 ədəd vintaçan dəstin, 1 ədəd kiçik ölçülü dəmirkəsən mişarın, 1 ədəd metrənin, 1 ədəd indiqatorun, 1 ədəd oboy bıçağın, 3 dəst divar deşmək üçün istifadə olunan başlıqların, 1 dəst şestokraynik dəstin, 1 ədəd başlıq hissəsi qırmızı rəngli olan alət dəstinin, içərisində xırda tikinti və təmir materialları olan 1 ədəd sarı rəngli alətlər qutusunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, Şahid təqdim etdiyi A4 farmatlı kağız üzərində olan Təqsirləndirilən şəxs məxsus AZE №-******** seriyalı şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 mənzil 21 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübutlar – 1 ədəd qara rəngli çamadanın, 01 ədəd “Fenix TK70” markalı fanarın, 2 ədəd çəkicin, 3 ədəd kəlbətinin, 2 ədəd açarın, 1 ədəd vintaçan dəstin, 1 ədəd kiçik ölçülü dəmirkəsən mişarın, 1 ədəd metrənin, 1 ədəd indiqatorun, 1 ədəd oboy bıçağın, 3 dəst divar deşmək üçün istifadə olunan başlıqların, 1 dəst şestokraynik dəstin, 1 ədəd başlıq hissəsi qırmızı rəngli olan alət dəstinin, içərisində xırda tikinti və təmir materialları olan 1 ədəd sarı rəngli alətlər qutusunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, Şahid təqdim etdiyi A4 farmatlı kağız üzərində olan Təqsirləndirilən şəxs məxsus AZE №-******** seriyalı şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarına saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar