Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-264/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi, “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, N.Tusi adına ADPU-nun 2-ci kurs tələbəsi, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə 15:00 radələrində ünvan 3 ünvanamn qarşısında şəxsi münasibətlər zəmnində nişanlısı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə nəticəsində qəsdən bir neçə dəfə əl ilə başına və bədəninin müxtəlif yerlərinə vuraraq, sağ gözətrafı və burun nahiyələrinin dərialtı hematomaları, baş-beyin silkələnməsi, bədənin müxtəlif nahiyələrinin çoxsaylı sıyrıq və qançırları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilmiş bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 128-ci maddəsində əməli törətməkdə təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə aralarındakı şəxsi münasibətlər zəminində dəfələrlə problem yaşamışdırlar. Bu hadisəni törədən də fikirləşib ki belə etsə Leyli ilə aralarındakı problemlər həll olunacaq. Leyli ilə universitetdə tanış olmuşdurlar, öz istəkləri ilə 2023-cü ilin dekabr ayında nişanlanmışdırlar. Leyli ilə ailə qurmaq istəyir, belə ki Leyli onun yanında olarkən tamamilə başqa insan kimi davranır, ona ailəsi tərəfindən təzyiq olunur. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, məhkəməyə təqdim edilmiş fotoşəkillərdəki xəsarətləri Zərərçəkmiş şəxs o yetirmişdir. Beləliklə o, əməlindən peşmanlıq çəkdiyini, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hadisə günü İlkin onların evinə gəlmiş, o, evi tərk etmək istəməmiş, lakin İlkin onu məcbur evdən çıxarmışdır. Daha sonra İlkinin avtomobilinə əyləşmişlər, bu zaman İlkin avtomobilin qapılarını kilidləmiş, avtodayanacağa sürmüş, hadisə də orada baş vermişdir. Belə ki İlkin ilə aralarında anlaşmazlıq yaranmışdır və hadisənin səbəbi onun İlkinə verdiyi sözə əməl etməməsi olmuşdur. Dostuna yazdığı mesajı ucadan oxuması üçün İlkin telefonu ona verən zaman İlkinin atasına zəng etmiş, atası telefon zənginə cavab verməmiş, daha sonra isə İlkinin anası Gülnarə xanıma zəng etmişdir. Gülnarə xanım telefon zəngini cavablamış, nə baş verdiyini başa düşə bilməmiş, daha sonra İlkin telefonu onun əlindən alaraq avtomobildən düşmüşdür. Avtomobilin qapılarının kilidli olması səbəbindən avtomobildən düşə bilməmiş, sürücü tərəfə keçərək qapıları açaraq Gülnarə xanıma səslənmişdir. Daha sonra İlkin avtomobilə əyləşmiş, hadisə baş vermiş, hadisə bitəndən sonra avtomobildə söhbət edərək İlkini sakitləşməyə çalışmışdır. Məhəlləyə gəlmişlər, İlkini sakitləşdirdikdən sonra evə qalxmışdır. İlkin ilə nikaha da öz razılığı ilə girmişdir. Çünki inanmışdır ki, bir daha belə hallar baş verməyəcəkdir. Onu heç kim məcbur etməmişdir. Bu hadisədən də əvvəllər ona xəsarətlər yetirmiş, üzünə tüpürmüş, başından aşağı soyuq su tökmək kimi və s. hərəkətlərlə incitmişdir. İlkini sevir və onunla ailəsini gələcəkdə də davam etdirmək istəyir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır, hadisə baş verən günü evdə olmamışdır, evə daxil olanda Leylinin üzündə xəsarətlər olmasını və onun histerika vəziyyətində olmasını görmüşdür. Leylidən nə baş verməsini soruşduqda avtomobilin qapısının üzünə çırpıldığını demişdir. Daha sonra bacısıgilə getmiş, orda olarkən İlkinə mesaj yazaraq Leyliyə onun xəsarət yetirib-yetirməməsini soruşduqda İlkin özünün etdiyini bildirmişdir. Dərhal evə qayıtmış, Leyli o zaman İlkinin ona xəsarət yetirməsini və bu hadisədən əvvəl dəfələrlə onu döyməsini, təpiklə vurmasını, üzünə tüpürüb o vəziyyətdə saxlamağa məcbur etməsini və s. kimi hərəkətlər etməsini bildirmişdir. 4 aydır ki, Leylinin ruhi sağlamlığı getdikcə pisləşmiş, xasiyyəti dəyişmişdir. İlkin ona demişdir ki, Leyliyə hansı səbəbdən xəsarət yetirməsini bilsə, ona təşəkkür edəcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 15:00 radələrində yaşadığ ünvanın yaxınlığında nişanlısı Təqsirləndirilən şəxs ona əli ilə və təpiklə müxtəlif nahiyələrinə xəsarət yetirmişdir. (i.v.3) hadisə yerinə baxış keçirilməsi haqqında 04 aprel 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanına baş vermiş hadisə ilə əlaqədar olaraq baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 17-19); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 xx.xx.2024-cü il tarixli, 341 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sağ gözətrafı və burun nahiyələrinin dərialtı hematomaları, baş-beyin silkələnməsi, bədənin müxtəlif nahiyələrinin çoxsaylı sıyrıq və qançırları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə öz-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. (i.v. 22-24); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X2 xx.xx.2024-cü il tarixli, xx/xx-4037 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. (i.v. 41) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X2 xx.xx.2024-cü il tarixli, 4440 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (i.v.42) zərərçəkmiş qismində tanınma haqqında 06 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 46); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” X2 xx.xx.2024-cü il tarixli, 2628 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs posttravmatik stress pozuntusu (fiziki zorakılıq nəticəsində) diaqnozu qoyulmuşdur. (i.v.56) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 62); sübutların qiymətləndirilməsi haqqında 09 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 133-ci maddəsinin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 133-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilməsi, toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş hesab edilməsi, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsi toplanmış bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs ifadəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və X1 X3 Xətai rayon şöbəsinin 341 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyi məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə sübut növü kimi qiymətləndirilməsi, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır. (i.v.65-67) Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-264/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-264/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver