Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-264/2025 24.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı Şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkumluğu olan, işsiz, ünvan 1i ünvanında qeydiyyatda olan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq, 01 ədəd bükümdə təmiz çəkisi 0,418 qram küstar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və 03 fevral 2025-ci il tarixdə saat 23:59-da Xətai RPİ-nin 35ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılıb videoçəkilişlə ilə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,418 qram olan açıq qəhvəyi rəngli eyn əlamətli hissəciklərdən ibarət maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, narkotik vasitələrin aludəçisidir. Belə ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Neftçilər metrosunun yaxınlığında səhər saat təqribən 10 radələrində əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı adını və anket məlumatlarını bilmədiyi şəxslə rastlaşmışdır. Həmin şəxsə verdiyi 35 manat pulun müqabilində anket məlumatlarını bilmədiyi şəxsdən 01 bükümdə narkotik vasitə olan heroin alaraq əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyaraq evə getmişdir. Evdə axşama kimi yatmış, təxminən saat 23 radələrində yuxudan oyanmış və səhər aldığı heroini istifadə etmək üçün paltarlarını geyinib evdən çıxmışdır. Narkotik vasitəni istifadə etmək üçün kənar yer axtaran zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və narkotik vasitələri üzərində daşımaqda şübhəli olduğunu demişlər. Polis əməkdaşları şübhəli şəxs kimi hüquqlarını izah etmiş və könüllü olaraq üzərində olan qanunsuz əşya və ya predmetləri təqdim etməyini demişdirlər. Həmin zaman polis əməkdaşları telefonla videoçəkiliş etməyə başlamışlar. Əynində olan qara rəngli şalvarın sağ yan cibindən səhər aldığı 01 ədəd qızılı kağızda olan bükümü təqdim etmiş, həmçinin üzərində olan bir ədəd "Redmi" markalı mobil telefonu və 3 ədəd birmanatlıq kağız əsginazları təqdim etmişdir. Saxlanıldığı vaxt saat 23:59 olmuşdur. Təqribi 10-11 dəqiqə baxış keçirildikdən sonra polis əməkdaşları onu Xətai RPİ-nin 35-ci PB-nə aparmışlar. Polis Bölməsinə gəldikdən sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiə olunması üçün dövlət hesabına vəkil təyin edilmiş, vəkilin yanında saxlanıldığı zaman üzərində olan 01 ədəd bükümdəki narkotik vasitə heroinə baxış keçirərək götürdükdə onun nə olduğunu soruşmuşlar və o da bükümdəkinin narkotik vasitə olduğunu, istifadə etmək üçün xx.xx.2025-ci il tarixdə səhər saatlarında Neftçilər metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 35 manata aldığını bildirmişdir. Bükümdəki narkotik vasitəni təhqiqatçı elektron tərəzidə ölçdükdən sonra həmin narkotik vasitənin 0,62 qram olması müəyyən edilmişir. Həmin narkotik vasitə kağız zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar və onun tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinə aparılan zaman ona qarşı heç bir zor tətbiq edilməmişdir. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə etimad doğuran, qərəzsiz, məlum mənbədən "Rəşad" adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Dərhal qeyd olunan məlumat barəsində raport yazaraq Xətai RPİ-nin 35-ci PB-nin rəisi, polis polkovnik-leytenantı cənab Rəşad Həsənova məlumat vermişdir. Elə qeyd olunan tarixdə də əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və həmin qərarı da bölmə rəisi təsdiq edərək əməliyyat qrupunun yaradılması barəsə əmr vermişdir. Əmrə əsasən qrup rəhbəri Xətai RPİ-nin 35ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1, qrupun üzvləri isə o və bölmənin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru X4 olmuşdur. Məlumat əsasında xx.xx.2025-ci il tarixdə saat 23:59-də ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılmış və saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri verilməsi təklif edilmişdir. R.Məhərrəmov əynində olan şalvarın sağ yan cibindən içərisində spesifik iyə malik, qəhvəyi rəngli, toz şəkilli maddələr olan 01 ədəd qızılı kağızda olan bükümü təqdim etmişdir. Daha sonra onun üzərinə baxış zamanı bir ədəd "Redmi" markalı mobil telefon və 3 ədəd bir manatlıq kağız nominal aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəkinin heroin olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Neftçilər adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 35 manata aldığını bildirmişdir. Qeyd olunanlar götürülmüşdür. Təqsirləndirilən şəxs şübhəli kimi saxlanılması və üzərinə şəxsi axtarış və götürmənin aparılması videoçəkilişlə həyata keçirilmiş, video çəkilişi iş yoldaşı Ayxan Abasov istifadəsində olan "İphone" markalı mobil telefonla çəkmişdir. Saxlanılan Təqsirləndirilən şəxs isə Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına aparılmışdır. Əməliyyat-axtarış tədbiri zamanı götürülmüş 01 ədəd büküm, "Redmi" markalı mobil telefon və üç ədəd bir manatlıq nominal olan kağız pul protokollaşdırılaraq bölmənin təhqiqatçısı, polis kapitanı Elxan Qəribova təhvil verilmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsi Şahid2 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; (i.v.1) - 04 fevral 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və üzərinə baxış keçirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlanıldı. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində spesifik iyə malik, qəhvəyi rəngli, toz şəkilli maddələr olan 01 ədəd qızılı kağızda olan bükümü təqdim etdi. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi üzərindən bir ədəd “Redmi" markalı mobil telefon və üç ədəd bir manatlıq kağız pul aşkar olundu. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi bükümün içərisindəkinin heroin olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Neftçilər adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 35 manata almışdır.Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkildi və çəkisinin 0,62 qram olması müəyyən edildi; (i.v.8-9) - İş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir; (i.v.10) - 04 fevral 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqdim olunan 01 ədəd qablaşdırılmış ağ rəngli zərfə və 01 ədəd "DVD" fotmatlı diskə baxış keçirildi. Baxış zamanı 01 ədəd qablaşdırılmış ağ rəngli zərfdən içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik olan maddə olan 01 ədəd qızılı kağız büküm aşkar olundu. Sonra həmin içərisində maddə olan büküm yenidən qablaşdırılıb möhürləndi. Daha sonra 01 ədəd "DVD" formatlı diskə HP-W2072a markalı komputerdə baxış keçirildi. "DVD" fortamlı diskdə olan görüntülərdə təhqiqətə təqdim olunan içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olan 01 ədəd qızılı kağız bükümün aşkar olunması, Təqsirləndirilən şəxs "heroin" aşkar olunması baradə bildirməsi əksini tapmışdır; (i.v.13-14) - İş üzrə Təqsirləndirilən şəxs təqdim olunan əşyaya baxış keçirilməsinin görüntüsü olan 01 ədəd disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir; (i.v.15) - 04 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixdə saat 23:59 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v.29-30) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/487 nömrəli 04 fevral 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №154" möhür əksi, "Təqsirləndirilən şəxs götürülmüş maddə..." və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,418 qram açıq qəhvəyi rəngli eyni əlamətli hissəciklərdən ibarət maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi – 0,418 qram, tədqiqata sərf edildi – 0,05 qr., qalıq – 0,368 qr; (i.v.42-46) - 04 fevral 2025-ci il tarixli videoyazıya baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, süni işıqlandırma ilə işıqlandırılmış otaq Xətai RPİ-nin 35-ci PB inzibati binasında bölmənin CA üzrə əməliyyat müvəkkilləri Şahid2, Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs bölmənin təhqiqatçısı, polis kapitanı Elxan Qəribovun xidməti otağına aparır. Video çəkilişin davamında əməliyyat müvəkilləri xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli şəxs qismində saxlayan zaman üzərindən aşkar edilərək götürülmüş 01 ədəd qızılı kağızda olan, tərəflərindən qablaşdırılmış bükümü, bir ədəd "Redmi" markalı mobil telefon və üç ədəd bir manatlıq kağız pulu təqdim etmişdir. Daha sonra təhqiqatçı Elxan Qəribov şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik olan 01 ədəd qızılı kağızda olan bükümə, bir ədəd "Redmi” markalı mobil telefona və üç ədəd bir manatlıq kağız pula baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əməliyyat müvəkkilləri tərəfindən saxlanılması zamanı əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qeyd alınmış video çəkilişə baxış keçirilmiş, saxlanılan şəxs ona qarşı heç bir qanunsuz fiziki və ya psixi təsirin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngli, toz şəkilli maddələr olan 01 ədəd qızılı kağızda olan əməliyyat müvəkilləri tərəfindən qablaşdırılaraq götürülmüş büküm, bir ədəd "Redmi" markalı mobil telefon və üç ədəd bir manatlıq kağız pul təhqiqatçı tərəfindən götürlmüşdür. Qeyd olunan büküm yenidən qablaşdırılmışdır. Eyni zamanda iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs görüntüdən göründüyü kimi ünvan 4 ünvanın qarşısında saxlanılan zaman əynində olan şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş qəhvəyi rəngli, toz şəkilli maddələr olan 01 ədəd qızılı kağızda olan bükümü özünə məxsus olmasını deyərək səmimi olaraq deməsi videogörüntüdə öz əksini təsdiqini tapmışdır; (i.v.51) - 04 fevral 2025-ci il tarixli videoyazıya baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təbii işıqlandırma şəraitində küçədə xx.xx.2025-ci il tarixdə saat 23:59-da videoya başlayan zaman Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkilli, polis baş leytenantı Şahid1, bölmənin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi 33 ünvanında piyada hərəkətdə olan şəxsi saxlamışlar və ona narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması və daşınmasında şübhəli olduğunu bildirirək hüquq və vəzifələri izah edilmişdir. Video çəkilişi isə bölmənin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru X4 "İphone 13 Pro Max" markalı mobil telefonla etmişdir. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs Məhərrəm oğlu kimi təqdim etmişdir. Əməliyyat müvəkkili Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və maddənin olubolmamamsını, müsbət halda təqdim etməsini bildirmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngli, toz şəkilli maddələr olan 01 ədəd qızılı kağızda olan bükümü təqdim etmişdir. Daha sonra isə saxlanılan şəxsin üzərinə baxış zamanı bir ədəd "Redmi" markalı mobil telefon və üç ədəd bir manatlıq kağız pul aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəkinin heroin olduğunu, həmin maddəni xx.xx.2025-ci tarixdə səhər saatlarında Neftçilər adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 35 manata almışdır. Daha sonra Təqsirləndirilən şəxs əməliyyat müvəkilləri Xətai RPİ-nin 35ci PB-nə aparmışlar. Eyni zamanda iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs görüntüdən göründüyü kimi yaşadığı Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi 33 ünvanının qarşısında saxlanılan zaman özü əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı kağızda olan bükümdəki heroinin ona məxsus olmasını deyərək özü könüllü surətdə səmimi olaraq təqdim etdiyi videogörüntüdə öz əksini təsdiqini tapmışdır; (i.v.52- 53) - 04 fevral 2025-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı qara rəngli “Redmi” markalı mobil telefonun kənar düyməsi sıxılaraq açılmış, telefonun “Whatsapp”, sms, zənglər, fotolar bölməsinə baxıldıqda orada iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir; (i.v.54) - 05 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v.59-60) - Şəxsiyyət vəsiqəsinin surətindən və elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, 28 mart 2007-ci il təvəllüdlü X5 və 23 sentyabr 2016-cı il təvəllüdlü X1 Rəşad Elşad oğlunun övladlarıdır; (i.v.71) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 4(011)-56/2025 saylı, 05 fevral 2025-ci il tarixli qərarından görünür ki, vəsatət və onun əsasında verilmiş təqdimat təmin edilmiş, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs – xx xxxx 1988-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 5i ünvanında pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində “həbs” seçilməklə, prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmişdir; (i.v.82-85) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 05 mart 2025-ci il tarixli tələbnamədən və Bakı şəhəri Xətai rayon məhkəməsinin 03 avqust 2022-ci il tarixli 1(011)- 288/2022 nömrəli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2018-cu il tarixdə Azərbaycan Respublikası 221.3-cü maddə təqsirləndirilməsinə dair Xətai rayon məhkəməsinin hökmü ilə 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Xətai rayon məhkəməsinin hökmü ilə 04 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir; (i.v.101-109) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin xx.xx.2025-ci il tarixli 1104 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür; (i.v.111-112) - "xxxx" MMC tərəfindən daxil olmuş 30 aprel 2025-ci il tarixli sorğuya cavabdan görünür ki, 1 ədəd CD disk iş materiallarına əlavə edilmişdir; (i.v.124) - 01 may 2025-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin DVD diskdə əks edilmiş Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin "mesajların detallaşdırılması" barədə olan sənədə baxış zamanı hər hansı bir sms mətni aşkar edilməmişdir. Eyni zamanda müştəri zənglərinin detallaşdırılması bölməsində həqiqətən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi onun saxlanıldığı ünvan 6 ünvanın yaxınlığı Xətai rayonu, Naximov küçəsi 6 saylı ünvanda xx.xx.2025-ci il saat 23.49.44 saniyədə olmuşdur. - 01 may 2025-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə toplanmış sübutların məcmusu əsasında Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və həmin tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, məhkəmə-kimyəvi ekspertizasının 04 fevral 2025-ci il tarixli, 6/487 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının 26 fevral 2025-ci il tarixli, 1104 saylı rəylər, ifadələr və protokollar sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. İş üzrə maddi sübut əhəmiyyəti kəsb edən 01 ədəd bükümdə təmiz çəkisi 0,418 qram narkotik vasitə heroin maddi sübut hesab edilmiş və qalıq qalmış 0,368 qram heroin saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Cinayət işi üzrə əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və evinə baxış keçirilməsini əks etdirən 01 ədəd CD disk və təqdim olunan əşyaya baxış keçirilməsi və götürməni əks etdirən 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir; (i.v.126-133) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 4(011)-229/2025 saylı, 03 may 2025-ci il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 (on beş) gün olmaqla 19 may 2025-ci il tarixədək uzadılmışdır. - Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Bakı şəhəri Əhaliyə Məişət Xidməti İdarəsinin 25 iyun 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs qaçqın statusu ilə 1993-cü ildən Xətai rayonunda bu vaxtadək birliyin yerləşdiyi Q.Məmmədov küç., keçid 1723, 2№-li yataqxanada, mənzil 51-də yaşayır. - 24 iyun 2025-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş qəbzdən görünür ki, ona məxsus Redmi markalı mobil telefonunu təhvil almışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,418 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan iki övladının olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 03 fevral 2025-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 162.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 8 ünvanında, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,368 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş üç ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs məxsus Redmi markalı mobil telefonunun sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 34 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saat iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 04 (dörd) ay 21 (iyirmi bir) gün həbsdə saxlama müddəti 09 (doqquz) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; yaşayış yeri üzrə inzibati ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,368 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş üç ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məxsus Redmi markalı mobil telefonunun sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 34 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (yüz altmış beş) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-264/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-264/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver