Məhkəmə qərarları › İş №1(011)-265/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-265/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-265/2021 04.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Birinci Şıxlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində ünvansız tikilidə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 sentyabr 2020-ci il tarixdə saat 18:30 radələrində idarə etdiyi “Mercedes Benz E 270” QQ235JJ Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə A.Cəlilov küçəsi ilə istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 6-cı hissəsinin 18-ci bəndinin “1.18 nişanlama xətti yolayrıcında hərəkət zolaqları üzrə icazə verilmiş istiqaməti göstərir” kimi tələblərini pozub hərəkətdə olduğu zolaqda düzünə məcburi hərəkət istiqamətini göstərən nişanlama xəttinin olmasını nəzərə alaraq idarə etdiyi avtomobilin düz istiqamətdə hərəkətini davam etdirməli olduğu halda qadağan olunmuş istiqamətə sağa, yəni Nəcəfqulu Rəfiyev küçəsi istiqamətinə dönmə əməliyyatını apararaq hərəkətədə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Nama” markalı mopedlə toqquşmuş və nəticədə sonuncunun sol göz yuvası ətrafı nahiyəsinin yumşaq toxumasının hematoması və bayır səthinin sıyrığı, burun belinin, hər iki əlin arxa sətirinin və sol qaiça darağı nahiyəsinin sıyrıqlan ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan ehiyatsızlıqdan sağlamlığa yüngül zərərvurmaya aid, mopeddə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 isə sol orbitanın aşağı divarının qapalı sınığı, sol qaş qovsü nahiyəsinin əzilmiş-cırılmış yarası və sol göz yuvası ətrafı nahiyəsinin yumşaq toxumasının hematoması, hər iki əlin arxa səthinin və sol qalça darağı nahiyəsinin yumşaq toxumasının sıyrıqları ilə müşayət olunan ehtiyatsızlıqdan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərin vurulmasına səbəb olmuş, həmçinin törətdiyi nəqliyyal hadisəsindən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin “nəqliyyat vasitəsini yerindən tərpətməməli, zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı” kimi tələblərini pozaraq yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidin ifadəsi, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 avqust 2018-ci il tarixdə Gürcüstan Respublikasında tanışından QQ 235 JJ Gürcüstan dövlət qediyyat nişanlı “Mercedes Benz E270 CDİ” markalı avtomobili texniki şəhadətnamə əsasında almışdır. Həmin avtomobili adına olan AB №759712 nömrəli sürücülük vəsiqəsi əsasında idarə edir. Bakı şəhərində yaşadığı müddətdə tanışları ilə Nərimanov rayonu, Montin qəsəbəsində kirayə mənzil tutmaqla orda kirayədə yaşamışdır. 20 sentyabr 2020-ci il tarixdə saat 18 radələlərində əmisinin Bakı şəhəri, Nobel prospektində olan evindən çıxıb Nobel prospektinə çıxmaqla şəhər istiqamətində A.Cəlilov küçəsi istiqamətində saatda 40-50 km surətlə hərəkət edib «Amay» ticarət mərkəzini keçib sağ dönmə əməliyyatı apararaq N.Rəfiyev küçəsinə dönən zaman idarə etdiyi avtomobilin sağ arxa tərəfi ilə sağında olan mopedlə toqquşmuş və həmin zərbənin təsirindən moped aşmışdır. Bundan sonra idarə etdiyi avtomobili saxlamış və yerdə uzanmış Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 köməklik edərək su vermişdir. Onlar ona heçnə baş vermədiyini bildirmişlər və o, təxminən 20 dəqiqədən sonra həmin ünvandan uzaqlaşmışdır. O, həmin şəxslərin elə də ciddi xəsarət almadığını zənn edib həmin ünvandan uzaqlaşmışdır. Həmin şəxslərə istifadəsində olan mobil telefonu, özünün anket məlumatlarını verməmiş və hadisə yerinə gəlməli olan polis əməkdaşlarını gözləməli olduğu halda kirayə yaşadığı evə getmişdir. O cümlədən həmin xəsarət almış şəxslərdən hər hansı birinin istifadəsində olan mobil nömrəni də götürməmişdir. Həmin vaxtı onun üzərində ***-***-**-** nömrə olmuşdur. Həmin nömrə adına olmaqla təxminən 2 ilə yaxın müddət olar ki, istifadəsində olmuşdur. O, hadisə yerində olduğu müddət ərzində həmin ünvana hər hansı polis əməkdaşı və TTY avtomobili yaxınlaşmamışdır. Mopedi yalnız vuran anda görüb bilmişdir. Özü barədə hər hansı anket məlumatı verməmiş və xəsarət alan şəxslərin onun barəsində hər hansı məlumatı olmamışdır. Sonradan o polisdə izahat və ifadə verən zaman yalandan həmin xəsarət alan şəxslərə anket məlumatları barədə məlumat verməsi kimi yalan məlumat vermişdir. Faktiki olaraq hadisə yerində dayanmış olsa belə özü barədə hər hansı məlumat vermədən həmin ünvandan uzaqlaşmışdır. Ona görə hadisə yerinə baxışda iştirak etməmiş, sərxoşluq və digər testlərdən həmin gün keçməmişdir. Həmin gün kirayə yaşadığı evə getmiş və 3-4 gündən sonra ona Xətai Rayon Polis İdarəsindən təhqiqatçı zəng etmiş və onu Xətai Rayon Polis İdarəsinə dəvət etmiş və ona telefonda hər hansı məlumat verməmişlər. O, səhəri günü Xətai RPİ-nə getmiş və orda ona təhqiqatçı bildirmişdir ki, bəs hadisənin kamera görüntüləri var və onun avtomobilini həmin kamera görüntüləri ilə müəyyən edib daha sonra onun şəxsiyyətini müəyyənləşdirmişlər. O, etmiş olduğu əmələ görə səmimi peşmançılığını bildirmişdir. Sonra xəsarət almış şəxsləri RPİ-nə dəvət etmişlər və həmin şəxslər ona orda bildirmişlər ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onu ilk dəfə həmin ünvanda gördüklərini bildirmişlər. O, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bütün tibbi xərclərini qarşılayacaqların bildirmiş və onlara 500 manat pul təklif etmiş və onlara həmin pul verildikdən sonra onun barəsində şikayətçi olmayacaqlarını bildirmişlər. O, hadisə yerində sürücü olaraq baş vermiş yol nəqliyyat hadisəsindən sonra etməli olduğu hərəkətləri yerinə yetirmədən hadisə yerindən getmişdir. O, hadisə zamanı yol nəqliyyat hadisəsinin təsiri altında olmuşdur. Ona görə həmin ünvanda gözləmədən, etməli olduğu hərəkətləri etmədən həmin ünvandan uzaqlaşmışdır. Bundan başqa əməlindən peşman olduğunu, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslərlə barışdığını, ilk məhkumluğunu ,xəstə atasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Bakı şəhərində müxtəlif tikinti şirkətlərində qəlibçi işləyir və 2 il müddət olar ki, Zərərçəkmiş şəxs2 ilə «xxxx» MTK-da qəlibçi olaraq işləyir. Onlar birlikdə tikintiyə gedib gəlmələri üçün Zərərçəkmiş şəxs2la benzinlə çalışan moped almış və həmin mopedin mühərrik həcmi 49 kubdan aşağı olmasına görə həmin vasitələrin hər hansı sənədi olmamışdır. 20 sentyabr 2020-ci il tarixdə işlədikləri «xxxx» MTK-da iş olmadığına görə Ağ şəhərdə 2 günlük kamera quraşdırılması üçün divar deşmə işləri olmuşdur ki, həmin işlə bağlı təklif almış və ona görə həmin günü səhər saatlarında o, Zərərçəkmiş şəxs2la birlikdə həmin tikintiyə getmiş və gün boyu tikintidə işlədikdən sonra axşam saat 18 radələrində o, Zərərçəkmiş şəxs2 ilə Ağ şəhərdə olan tikintidə işlərini başa vurduqdan sonra hər ikisi onun idarə etdiyi mopedə əyləşmişlər ki, bəs kirayə yaşadıqları evə getsinlər. Belə ki, mopeddə rol arxasında Zərərçəkmiş şəxs2, onun arxasında isə yük yerində o əyləşmişdir. Onlar 20 sentyabr 2020-ci il tarixdə saat 18:30 radələrində Zərərçəkmiş şəxs2 idarə etdiyi mopedlə Nobel prospektinə çıxmaqla şəhər istiqamətində A.Cəlilov küçəsi istiqamətində saatda 20- 30 km surətlə hərəkətə başlamış və «Amay» ticarət mərkəzini keçib sağ dönmə əməliyyatı apararaq N.Rəfiyev küçəsinə dönən zaman onların hərəkətdə olduqları avtomobilin arxa tərəfindən hər hansı nəqliyyat vasitəsi dəymiş və həmin zərbədən 2 təkərli moped dərhal sürüşmüş və aşmışdır. Zərərçəkmiş şəxs2 və o, yerə yıxılmışdır. Bu zaman görmüşdür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ilə N.Rəfiyev küçəsinə onlarla eyni istiqamətdə dönmə əməliyyatı həyata keçirən “Mercedes Benz E270 CDİ” markalı QQ 235 JJ Gürcüstan dövlət qediyyat nişanlı avtomobilin sürücüsü sağ hissəsi ilə onların hərkətdə olduğu, yəni Zərərçəkmiş şəxs2 idarə etdiyi mopedin arxa tərəfindən sağa dönmə aparan zaman sıxıb vurması nəticəsində toqquşma baş vermişdir. “Mercedes Benz E270 CDİ” markalı QQ 235 JJ Gürcüstan qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobillə mopedi vurmasına baxmayaraq hadisə yerində dayanmadan durmadan dərhal həmin ünvandan uzaqlaşmışdır. O, həmin zərbədən Zərərçəkmiş şəxs2 nisbətən daha ağır xəsarət almış və hadisə nəticəsində onun sifət nahiyəsi yerə dəymiş və sınıq əmələ gəlmişdir. Zərərçəkmiş şəxs2 onun kimi sifətinin sol tərəfi ilə mopedin zərbədən aşması nəticəsində yerə yıxılmış və onun sifətində sıyrıq əmələ gəlmişdir. Həmin vaxt hadisə yerinə “Amay” ticarət mərkəzinin yanında xidmət aparan polis əməkdaşları gəlmiş və onlarda “Mercedes Benz E270 CDİ” markalı QQ 235 JJ Gürcüstan qeydiyyat nişanlı avtomobilin sürücüsünün hadisə yerindən qaçmasını və onlara hər hansı yardım etmədiyini görmüşlər. Hadisə yerinə polis əməkdaşları da gəlmiş və artıq Xətai Rayon Polis İdarəsinin əməkdaşları baş vermiş hadisə barəsində məlumatlı olmuşlar. Belə ki, bir neçə dəqiqədən sonra hadisə yerinə TTY avtomobili gəlmiş və onlara hadisə yerində ilkin tibbi yardım göstərmişlər. Xəstəxanada onun sifətində sınığı olmasına görə ona tibbi yardım etmişlər. Həmin vaxtı xəstəxanadan baş vermiş hadisə barəsində Xətai Rayon Polis İdarəsinə məlumat vermişlər. Sonra onlar evə getmiş və “Mercedes Benz E270 CDİ” markalı QQ 235 JJ Gürcüstan qeydiyyat nişanlı avtomobilin sürücüsündən hələ xəbər olmamış. Hadisədən 3-4 gün sonra onun istifadəsində olan mobil telefona Xətai Rayon Polis İdarəsinin Təhqiqat şöbəsindən zəng gəlmiş, onu və Zərərçəkmiş şəxs1 Xətai RPİnə dəvət etmişlər. Onlar hadisə barəsində olduğu kimi ifadə vermişlər. Yenə “Mercedes Benz E270 CDİ” markalı QQ 235 JJ Gürcüstan qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə onlara hər hansı məlumat verməmişlər və həmin avtomobilin sürücüsünü axtardıqlarını bildirmişlər. Onlar həmin şəxs barəsində şikayətçi olduqlarını bildirmişlər. Həmin izahatı yazmalarında bir həftə sonra təhqiqatçı onlara zəng etmiş və həmin yol nəqliyyat hadisəsini törətmiş “Mercedes Benz E270 CDİ” markalı QQ 235 JJ Gürcüstan qeydiyyat nişanlı avtomobilin sürücüsünü tapdıqlarını bildirmiş və onları təkrar olaraq RPİnə dəvət etmişlər. Hamin vaxtı təhqiqatçı onlardan həmin şəxslə bağlı fikirlərini xəbər almış və yol nəqliyyat hadisəsi törətmiş sonradan adını bildiyi X1 barəsində ilk dəfə onlara məlumat verib onun sürücülük vəsiqəsini onlara göstərmişdir. Onlar isə həmin şəxsi tanımadığını bildirmişlər. O, təhqiqatçıya həmin şəxs ziyanlarını ödəmiş olduğu halda hər hansı şikayət və tələbi olmayacağını bildirmişlər. Həmin görüşdən 2 gün sonra təhqiqatçı ona yenə Rayon Polis İdarəsinə dəvət etmişdir. O və Zərərçəkmiş şəxs2 ilk dəfə orda özünü “Mercedes Benz E270 CDİ” markalı QQ 235 JJ Gürcüstan qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi təqdim edən X3 görmüş və o, onlarla söhbət edib peşmançılığını bildirmiş və qorxub hadisə yerindən qaçdığını və ona görə avtomobili hadisə yerində saxlmadığını onlara yardım etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onların bütün tibbi xərclərini qarşılayacağını bildirmişdir. İlk dəfə Təqsirləndirilən şəxs Rayon Polis İdarəsində görmüş və həmin vaxta kimi onu barəsində hər hansı məlumatı olmamış və o hadisə yerində dayanmamış, avtomobilindən düşmədən, onlara özü barəsində hər hansı məlumat vermədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Sonra Təqsirləndirilən şəxs onlara 500 manat pul vermişdir. Ona görə onun barəsində şikaytəçi olmadığı barədə təhqiqatda ərizə yazmışdar. Sonradan onlardan istintaqda alınmış ifadədə ola bilsin ki, onların fikirləri düzgün anlaşılmamış, həmin ifadəni oxumamışdır. Əsl həqiqətdə “Mercedes Benz E270 CDİ” markalı QQ 235 JJ Gürcüstan qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan adını bildiyi X4 hadisə yerində dayanmamış, onlara özü barədə hər hansı məlumat verməmişdir. Həmin şəxsin o, hər hansı anket məlumatını bilməmiş və sonradan belə unutmamışdır. Təqsirləndirilən şəxslə barışmasını, ona qarşı tələb və şikayətinin olmamasını cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, müxtəlif ünvanlarda olan tikililərdə qəlibçi olaraq işləmiş, 2 il müddət olar ki, Zərərçəkmiş şəxs1 ilə tikintidə işləyir və birlikdə Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində kirayə mənzil tutmaqla orda yaşayırlar. Tikintilərə gedib gəlmək üçün rahatçılıq məqsədi ilə benzinlə çalışan moped almış, həmin mopedin mühərrik həcmi 49 kubdan aşağı olmasına görə həmin vasitələrin hər hansı sənədi olmamışdır. Həmin Çin istehsallı «Nama» markalı mopedi 800 manata internet üzərindən Mərdəkan qəsəbəsində yaşayan tanımadığı şəxsdən 2019-cu ilin iyun ayında almışdır. Həmin moped ilə xalası oğlu Zərərçəkmiş şəxs1 ilə birlikdə işə gedib gəlmişdir. Qeyd edilən mopedi idarə etmək üçün sürücülük vəsiqəsinə ehtiyac olmamışdır. 20 sentyabr 2020-ci il tarixdə işlədiyi «xxxx» MTK-da iş olmadığına görə «Ağ şəhər»də 2 günlük kamera quraşdırılması üçün divar deşmə işləri olmuşdur ki, həmin işlə bağlı təklif almış və ona görə həmin günü səhər saatlarında Zərərçəkmiş şəxs1 ilə birlikdə hamin tikintiyə getmiş və gün boyu tikintidə işlədikdən sonra axşam saat 18 radələrində Zərərçəkmiş şəxs1 ilə Ağ şəhərdə olan tikintidə işlərini başa vurduqdan sonra hər ikisi onun idarə etdiyi mopedə əyləşmişlər ki, bəs kirayə yaşadıqları evə getsinlər Belə ki, mopeddə rol arxasında özü, onun arxasında isə Zərərçəkmiş şəxs1 əyləşmişdir. Onlar 20 sentyabr 2020-ci il tarixdə saat 18:30 radələrində onun idarə etdiyi mopedlə Nobel prospektinə çıxmaqla şəhər istiqamətində A.Cəlilov küçəsi istiqamətində saatda 20-30 km surətlə hərəkətə başlamış və «Amay» ticarət mərkəzini keçib sağ dönmə əməliyyatı apararaq N.Rəfiyev küçəsinə dönən zaman onun idarə etdiyi mopedin arxa tərəfindən hər hansı nəqliyyat vasitəsi dəymiş və həmin zərbədən 2 təkərli moped dərhal sürüşərək aşmışdır. Zərərçəkmiş şəxs1 və o, yerə yıxılmışdır. Bu zaman görmüşdür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ilə N.Rəfiyev küçəsinə onlarla eyni istiqamətdə dönmə əməliyyatı həyata keçirən “Mercedes Benz E270 CDİ” markalı QQ 235 JJ Gürcüstan dövlət qediyyat nişanlı avtomobilin sürücüsü sağ hissəsi ilə onun idarə etdiyi mopedin arxa tərəfindən sağ dönmə aparan zaman sıxıb vurması nəticəsində toqquşma baş vermişdir. “Mercedes Benz E270 CDİ” markalı QQ 235 JJ Gürcüstan qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobillə onun idarə etdiyi mopedi vurmasına baxmayaraq hadisə yerində dayanmadan durmadan dərhal həmin ünvandan uzaqlaşmışdır. Həmin zərbədən Zərərçəkmiş şəxs1 ona nisbətən daha yüngül xəsarət almış və hadisə nəticəsində onun sifət nahiyəsi yerə dəyərək sıyrılmışdır. Zərərçəkmiş şəxs1 onun kimi sifətinin sol tərəfi ilə mopedin zərbədən aşması nəticəsində yerə yıxılmış və onun sifətində sınıq əməl gəlmişdir. Həmin vaxtı hadisə yerinə “Amay” ticarət mərkəzinin yanında xidmət aparan polis əməkdaşları gəlmiş və onlarda “Mercedes Benz E270 CDİ” markalı QQ 235 JJ Gürcüstan qeydiyyat nişanlı avtomobilin sürücüsünün hadisə yerindən qaçmasını və onlara hər hansı yardım etmədiyini görmüşlər. Hadisə yerinə polis əməkdaşları da gəlmiş və artıq Xətai RPİ-in əməkdaşları baş vermiş hadisə barəsində məlumatlı olmuşlar. Belə ki, bir neçə dəqiqədən sonra hadisə yerinə TTY avtomobili gəlmiş və onlara hadisə yerində ilkin tibbi yardım göstərmişlər. Hadisədən sonra o, istifadəsində olan ***-***-**-** nömrəsindən Zərərçəkmiş şəxs1 qardaşı Şahid2 istifadəsində olan ***-***-**-** nömrəyə zəng etmiş və baş vermiş hadisə barəsində məlumat vermişdir. O da bir neçə dəqiqədən sonra hadisə yerinə gəlmiş və onları özünə məxsus olan “Toyota Prius” markalı avtomobilə qoymaqla Xətai rayonu, R.Quliyev küçəsində olan Neyrocərrahiyə xəstəxanasına aparmışdır. Xəstəxanada Zərərçəkmiş şəxs1 sifətində sınığı olmasına görə ona tibbi yardım etmişlər. Həmin vaxtı xəstəxanadan baş vermiş hadisə barəsində Xətai RPİ-nə məlumat vermişlər. Sonra onlar evə getmiş və “Mercedes Benz E270 CDİ” markalı QQ 235 JJ Gürcüstan qeydiyyat nişanlı avtomobilin sürücüsündən hələ xəbər olmamışdır. Hadisədən 3-4 gün sonra onun istifadəsində olan mobil telefona Xətai RPİ-in Təhqiqat şöbəsindən zəng gəlmiş, onu və Zərərçəkmiş şəxs1 Xətai Rayon Polis İdarəsinə dəvət etdilər və onlar hadisə barəsində olduğu kimi ifadə vermişlər. Yenə “Mercedes Benz E270 CDİ” markalı QQ 235 JJ Gürcüstan qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə onlara hər hansı məlumat verməmişlər və həmin avtomobilin sürücüsünü axtardıqlarını bildirmişlər. Onlar həmin şəxs barəsində şikayətçi olduqlarını bildirmişlər. Həmin izahatı yazmalarından bir həftə sonra təhqiqatçı onlara zəng etmiş və həmin yol nəqliyyat hadisəsini törətmiş “Mercedes Benz E270 CDİ” markalı QQ 235 JJ Gürcüstan qeydiyyat nişanlı avtomobilin sürücüsünü tapdıqlarını bildirmiş və onları təkrar olaraq Rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxtı təhqiqatçı onlardan həmin şəxslə bağlı fikirlərini xəbər almış və yol nəqliyyat hadisəsi törətmiş sonradan adını bildiyi X1 barəsində ilk dəfə onlara məlumat verib onun sürücülük vəsiqəsini onlara göstərmişdir. Onlar isə həmin şəxsi tanımadığını bildirmişlər. Təhqiqatçıya həmin şəxs ziyanları ödənmiş olduğu halda hər hansı şikayət və tələbi olmayacağını bildirmişdir. Həmin görüşdən 2 gün sonra təhqiqatçı ona yenə Rayon Polis İdarəsinə dəvət etmişdir. O və Zərərçəkmiş şəxs1 ilk dəfə orda özünü “Mercedes Benz E270 CDİ” markalı QQ 235 JJ Gürcüstan qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi təqdim edən X3 görmüş və o, onlarla söhbət edib peşmançılığını bildirmiş və qorxub hadisə yerindən qaçdığını, ona görə avtomobili hadisə yerində saxlmadığını, onlara yardım etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onların bütün tibbi xərclərini qarşılayacağını bildirmişdir. İlk dəfə Təqsirləndirilən şəxs orda görmüş və həmin vaxta kimi onu barəsində hər hansı məlumatı olmamış və o hadisə yerində dayanmamış, avtomobilindən düşməmiş, onlara özü barədə hər hansı məlumat vermədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Sonra Təqsirləndirilən şəxs onlara 500 manat pul vemişdir. Ona görə onun barəsində şikayətçi olmadığı barədə təhqiqatda ərizə yazmışdır. Təqsirləndirilən şəxslə barışmasını, ona qarşı tələb və şikayətinin olmamasını cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 və Şahid2 ibtidai istintaqda verdiyi ifadələri elan edilərək tədqiq edilmiş, zərərçəkmiş şəxslərin ifadələrinə oxşar ifadə vermişlər. İş materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs idarə etdiyi QQ 235 JJ Gürcüstan dövlət qediyyat nişanlı “Mercedes Benz E270 CDİ” markalı avtomobil onun adına olmaqla qeydiyyat şəhadətnaməsi verilmişdir. İş materiallarında olan sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs 02.08.2012-ci il tarixdə AB seriyalı 759712 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Vəsiqə 02.08.2022-ci il tarixədək etibarlıdır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X6 1043 nömrəli 26.09.2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol orbitanın aşağı divarının qapalı sınığı, sol qaş qovsü nahiyəsinin əzilmiş-cırılmış yarası və sol göz yuvası ətrafı nahiyəsinin yumşaq toxumasının hematoması, hər iki əlin arxa səthinin və sol qalça darağı nahiyəsinin yumşaq toxumasının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş 20.09.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu mopedlə avtomaşının toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X6 1044 nömrəli 26.09.2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol gözyuvası ətrafı nahiyəsinin yumşaq toxumasının hematoması və bayır səthinin sıyrığı, burun belinin, hər iki əlin arxa səthinin və sol qalça darağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş 20.09.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu mopedlə avtomaşının toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2020-ci il tarixli 8/1655 №-li rəyindən müəyyən olunur ki, təhqiqat tərəfindən təqdim edilən məlumatlara əsasən Mercedes Benz E270 markalı QQ235JJ dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 6-ci hissəsinin 18-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə hərəkət üçün təhlükə yaranan anda Nama markalı mopedin toqquşma yerindən 9,7-16,8 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda Nama markalı mopedin toqquşma yerindən 9,7-16,8 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Bakı şəhəri BPİ İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Raciv Almazovun 26 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tam ödədiyindən cinayət işi üzrə icraata CM-nin 263.1-ci maddəsi ilə olan hissədə cinayət təqibinə hissəsi xitam verilmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin 25 dekabr 2020-ci il tarixli 016- 118764-1220 №-li məktubundan məlum olunur ki, xx xxxx 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs verilmiş sürücülük vəsiqəsi (AB 759712) qüvvədədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 02.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 26 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizəsindən məlum olur ki, təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı heç bir tələb və şikayətləri yoxdur. İş materiallarında olan 2 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 03 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda qeydiyyatsız yaşayır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, bu şərt nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsi törətmiş şəxsin hadisə yerində şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər şəkildə çatdırmaq öhdəliyini yerinə yetirməsidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda rəsmən belə təfsir vermişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz”. Göründüyü kimi, yol nəqliyyat hadisəsinin iştirakçısı olan nəqliyyat vasitəsinin sürücüsü hər hansı məqsədlə hadisə yerini tərk etməzdən əvvəl öz şəxsiyyətini bəlli etməlidir. Bundan başqa, istər Konstitusiya Məhkəməsi Plenumunun qərarında, istərsə də CM-nin 264-cü maddəsinin “Qeyd” hissəsində cinayət məsuliyyətini aradan qaldıran hal kimi istənilən şəxsə deyil, məhz yol nəqliyyat hadiəsindən zərər çəkmiş şəxsə köməklik göstərilməsindən, bu məqsədlə hadisə yerinin tərk edilməsindən bəhs olunur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs ilk məhkumluğunu, zərərçəkmiş şəxslərlə barışmasını cəzanı yüngülləşdirici hal kimi nəzərə almışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar