Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-266/2020 13.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri X1 və X4, Zərərçəkmiş şəxs , Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzabati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan qəsdən sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxx 2019-cu il tarixdə, saat 11:00 radələrində ünvan 3 ünvanında fəaliyyət göstərən «Toyota Servis» avtomobil təmiri emalatxanasında Zərərçəkmiş şəxs servisə yağını dəyişmək üçün gətirdiyi «X9» markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan dörd ədəd təkərin özünə məxsus olduğunu bildirib götürmək istəməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs vuraraq ona sol əlin beşinci barmağının dırnaq falanqasının oynaq hissəsinin qapalı yerdəyişən sınığı ilə müşayiət edilən, onun həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyi, habelə cinayət işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək bildirdi ki, bir ilə yaxın müddətdir ki, Bakı şəhəri, Xətai rayonu, S.Senyuşkin küçəsində yerləşən “Brent Rent-Car” şirkətində mütəxəssis vəzifəsində işləyir. xx xxxx 2019-cu il tarixdə saat təxminən 11:00 radələrində bir yerdə işlədiyi Vüqarla birlikdə şirkətə məxsus avtomobilin üzərində olan, onlara məxsus 04 (dörd) ədəd təkəri götürmək üçün Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində yerləşən “Toyoto Servis” mərkəzinə getmişlər. Servisdə həmin “Rent a Car”-ın icarəçisi olan Rafail Ağalarovun qardaşı Anarı görmüş və sonuncudan özlərinə məxsus 04 (dörd) ədəd təkəri istəmişdir. Anar onlara avtomobilin sahibi Elnur adlı səxsin icazəsi olmadan təkərləri avtomobilin üzərindən çıxartmayacağını bildirmişdir. Bu səbəbdən Anarla sözlü mübahisəsi başlamış və o, Anarı itələmişdir. Bu zaman Vüqar və ətrafda olan digər şəxslər onları aralamışlar. Sonradan ona məlum olmuşdur ki, aralarında olan mübahisə zamanı Anar xəsarət almış və onun barəsində polis bölməsinə şikayət etmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışlar. Zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmadığı nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qardaşı X3 təxminən 7 ildir ki, Bakı şəhəri, Yasamal rayonu, Bəsdi Bağırov küçəsində yerləşən “Azrent Rent a Car” şirkətinin təsisçisi kimi fəaliyyət göstərir. xx xxxx 2019-cu il tarixdə təxminən saat 10:00 radələrində qardaşı Rafaelin xahişi əsasında “Rent a Car”a məxsus olan “X10” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yağını dəyişmək məqsədilə Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində yerləşən “Toyoto-Servis”-ə aparmışdır. Sevisdə olan zaman təxminən saat 11:00 radələrində əvvəllər tanıdığı Vüqar və Fərid adlı şəxslər gəlmişlər. Vüqar avtomobilin təkərlərinin onlara məxsus olduğunu bildirərək avtomobilin təkərlərini çıxarmaq istəmiş, bu zaman onlara etirazını bildirib bu məsələni qardaşı Rafaellə danışıb aydınlaşdırmalarını demiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Həmin vaxt Fərid ona xəsarət yetirmişdir. Daha sonra mübahisə ətrafda olan servis işçilərinin müdaxiləsi ilə sona çatmışdır. Bundan sonra o, xx xxxx 2019cu il tarixində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə Şahid3 məhkəmə iclasında qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində yerləşən «Toyoto Servis»-də usta vəzifəsində çalışır. xx xxxx 2019cu il tarixdə saat 10:00 radələrində servisə müştəri qismində sonradan adının Anar olduğunu bildiyi şəxs «X10» markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilini gətirərək avromobilin yağını dəyişmək istədiyini bildirmişdir. Avtomobilin yağını dəyişmək üçün həmin avtomobili servisə qəbul etmiş, təxminən saat 11:00 radələrində sonradan adlarının Vüqar və Fərid olduğunu bildiyi şəxslər sevisə gələrək Anarla mübahisə etməyə başlamışlar və mübahisə zamanı Anarı itələdiklərini görmüşdür. Həmin vaxt servisdə çalışan digər əməkdaşlar onları aralamışlar. Həmin şəxslərin mübahisə etdiklərinin, Anarı itələdiklərinin şahidi olsa da, vuraraq xəsarət yetirdiklərini görməmişdir Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaq zamanı Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən 2019-cu ilin yanvar ayından 2019-cu ilin mart ayının ortalarınadək Bakı şəhəri, Xətai rayonu, Sergey Senyuşki 47 ünvanda yerləşən «Brent Rent a Car» da mütəxəsis vəzifəsində çalışmışdır. xx xxxx 2019-cu il tarixdə təxminən saat 11:00 radələrində bir yerdə işlədiyi tanışı Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində yerləşən «Toyoto-Servis» ilə birgə işləri olan «Rent a Car»a məxsus «X10» markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində özlərinə məxsus 04 ədəd təkəri götürmək məqsədi ilə getmişlər. Servisdə həmin «Renta Car» icarəçisi olan Rafail Ağalarovun qardaşı Anarı görmüş və Anardan özlərinə məxsus 04 ədəd təkəri istəmişlər. Anar isə cavab olaraq bildirmişdir ki, avtomobilin sahibi Elnur adlı şəxsin icazəsi olmadın təkərlər avtomobilin üzərindən çıxa bilməz. Bu zaman Fərid ilə Anar arasında sözlü mübahisə başlamış, daha sonru ətrafda olan digər şəxslərlə birlikdə Anar və Fəridi aralamışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, fakta görə CM-nin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 01); Zərərçəkmiş şəxs Bakı şəhər Xətai RPİ-nin 36-cı PB-nə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, o, şikayət ərizəsi ilə polis bölməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixində Fərid və Vüqar adlı şəxslər tərəfindən döyüldüyünü bildirmiş və qanuni tədbir görülməsini xahiş etmişdir (i.v. 05); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının xx.xx.2019-cu il tarixli 211 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol əlin beşinci barmağının dırnaq falanqasının oynaq hissəsinin qapalı yerdəyişən sınığı; sol bazunun, döz qəfəsinin sol yuxarı bayır səthinin və sağ dirsək oynağı nahiyəsinin arxa səthinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx xxxx 2019cu il tarixə uyğun gəlir, dərəcəsinə sol əlin beşinci barmağının dırnaq falanqasının oynaq hissəsinin qapalı yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməmişdir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcədə özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. (i.v.12-14); Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.36); Əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v.68-73); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.96); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartoçkasında heç bir məlumat tapılmamışdır (i.v.47); Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, əməlindən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmış, bu səbəbdən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev
Məhkəmə qərarları › İş №1(011)-266/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-266/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver