Məhkəmə qərarları › İş №1(011)-266/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-266/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-266/2021 07.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 22 yanvar 2020-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanına gələrək sonuncuya özünü usta kimi təqdim edib istilik sistemini təmir etmək adı ilə ev sahibinin icazəsi əsasında mənzilə daxil olaraq yataq otağına keçmiş və Zərərçəkmiş şəxs1 mənzilin qonaq otağında olmasından istifadə edib yataq otağındakı qapının dəstəyindən asılmış əl çantasından içərisində 200 (iki yüz) manat nəğd pul olan 100 (bir yüz) manat qiymətindəki pul kisəsini, daha sonra saxlanc yeri olan dolabın üzərində olan taxta sandıqçanın içərisindən 3.500 (üç min beş yüz) manat qiymətində bir cüt ətrafında brilliant qaşlar olan zümrüd qaşlı qızıl sırğanı və 3.400 (üç min dörd yüz) manat qiymətində bir cüt brilliant qaşlı qızıl sırğanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 7.200 (yeddi min iki yüz) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 04 fevral 2021-ci il tarixdə saat 13 radələrində vət.Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanına mənzilin qapısının açarının kilidin üzərində qalması və qapının açıq olmasından istifadə edərək qanunsuz daxil olub mənzilin yataq otağındakı paltar dolabının üst gözündəki dəsmalların arasında saxlanılan 2.160 (iki min yüz altmış) manat məbləğində nəğd pulu və dolabdakı dəsmalların yanında olan qızıl mücrüsünün içərisindən 6.000 (altı min) manat qiymətində bir ədəd 750 qramlıq ağ qızıldan olan boyunbağını, 5.000 (beş min) manat qiymətində bir ədəd qızıl kişi qol saatını, 1.500 (min beş yüz) manat qiymətində bir ədəd brilliant qaşlı qızıl kişi üzüyünü, 4.500 (dörd min beş yüz) manat qiymətində 50 qramlıq İtaliya istehsalı olan bir ədəd qızıl boyunbağını, 1.000 (bir min) manat qiymətində bir cüt brilliant qaşlı sırğanı, 2.000 (iki min) manat qiymətində bir ədəd brilliant qaşlı qızıl kişi nişan üzüyünü, 800 (səkkiz yüz) manat qiymətində bir ədəd İtaliya istehsalı olan brilliant qaşlı qızıl üzüyü, 5.000 (beş min) manat qiymətində qızıl qolbaq, qızıl üzük, bir cüt sırğa və kolyedən ibarət dəsti, 1.000 (bir min) manat qiymətində bir ədəd mirvaridən ibarət qızıl toplu boyunbağını, 2.000 (iki min) manat qiymətində bir ədəd İtaliya istehsalı olan klonlu qızıl boyunbağını, 250 (iki yüz əlli) manat qiymətində uşaq üçün nəzərdə tutulmuş bir ədəd qızıl qolbağı və 2.000 (iki min) manat qiymətində bir ədəd brilliant qaşlı qızıl qadın nişan üzüyünü gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 33.210 (otuz üç min iki yüz on) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 19 fevral 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 4 ünvanına giriş qapının kilinidi açarseçmə yolu ilə açaraq qanunsuz daxil olub, yataq otağındakı güzgülü kamotda saxlanılan 6.500 (altı min beş yüz) manat qiymətində bir cüt qızıl sırğa, üzük və qolbaqdan ibarət komplekt qızıl dəstini, bir ədəd 1.600 (min altı yüz) manat qiymətində qızıl qadın nişan üzüyünü, bir ədəd 1.000 (bir min) manat qiymətində qızıl kişi nişan üzüyünü, bir ədəd 700 (yeddi yüz) manat qiymətində tək brilliant qaşlı qızıl qadın üzüyünü, bir ədəd 1.000 (bir min) manat qiymətində üzərində ürək formalı klonu olan qızıl qadın boyunbağısını, bir ədəd 800 (səkkiz yüz) manat qiymətində üzərində göz formalı klonu olan tros formalı qızıl qadın boyunbağısını, bir ədəd 1.800 (min səkkiz yüz) manat qiymətində İtaliya istehsalı olan qızıl qadın boyunbağısını, bir ədəd 500 (beş yüz) manat qiymətində üzərində 5-lik klonu olan qızıl qadın boyunbağısını, bir ədəd 400 (dörd yüz) manat qiymətində qızıl qadın qolbağısını, bir ədəd 300 (üç yüz) manat qiymətində kişi üçün qol saatını, bir ədəd 150 (yüz əlli) manat qiymətində qadın üçün qol saatını, bir ədəd 40 (qırx) manat qiymətində gümüş qadın qolbağını, 01 ədəd 05 (beş) manat qiymətində üzərində heç bir markalanma göstəriciləri olmayan qəhvəyi rəngli gün eynəyini və 100 (bir yüz) manat məbləğində nəğd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 14.895 (on dörd min səkkiz yüz doxsan beş) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 22 fevral 2021-ci il tarixdə, saat 11 radələrində vət.Zərərçəkmiş şəxs4 məxsus ünvan 5 ünvanına giriş qapının kilinidi açarseçmə yolu ilə açaraq qanunsuz daxil olub, uşaq otağındakı paltar dolabında saxlanılan həmin vaxta Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta məzənnəsi ilə 38.420 (otuz səkkiz min dörd yüz iyirmi) manat dəyərində 22.600 (iyirmi ik min altı yüz) ABŞ dollarını, 600 (altı yüz) manat məbləğində nəğd pulu, yataq otağından isə bir ədəd 09 (doqquz) manat dəyərində «Gucci» markalı qadın kəmərini, bir ədəd 08 (səkkiz) manat dəyərində kişi kəmərini, bir ədəd 20 (iyirmi) manat dəyərində feni, 200 (iki yüz) manat dəyərində üzərində üç ədəd «Swarovski» qaşları olan bir ədəd qızıl qadın qızıl üzüyünü gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 39.257 (otuz doqquz min iki yüz əlli yeddi) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayında Xətai metrosu yaxınlığında yaşlı qadının piyada yeridiyini görmüşdür. Qadının tək yaşadığını düşünüb mənzilindən oğurluq etmək qərarına gəlmiş və onu izləməyə başlamışdır. Qadını bir qədər izlədikdən sonra onun Xətai metrosunun yaxınlığındakı həyətlərdən birinə daxil olduğunu görmüş və arxasınca həyətə girmişdir. Qadın məhəllədəki binalardan birinin blokuna daxil olmuş, o da həmin bloka daxil olub onu izləməyə davam etmişdir. Bloka daxil olan qadın üçüncü mərtəbəyə çıxaraq pilləkənlə üzbəüz yerləşən mənzilin qapısını açıb mənzilə daxil olmuşdur. Həmin qadının mənzildə tək yaşadığını başa düşüb mənzildən rahatlıqla oğurluq edə biləcəyini düşünmüşdür. Blokdan çıxaraq məhəllədəki uşaqlardan bloka daxil olan qadının adını soruşmuş, uşaqlar isə ona qadının adının Sofiya olduğunu söyləmişlər. O, bu məlumatı öyrəndikdən sonra çıxıb getmişdir. Bir neçə gündən sonra həmin binaya gələrək Sofiyanın mənzilinin qapısını döymüş, lakin içəridən bir nəfər qadın mənzil sahibinin məşğul olduğunu, qapını aça bilməyəcəyini bildirmişdir. O, aşağıya düşərək blokun qarşısında dayanmış və təxminən 15-20 dəqiqədən sonra yenidən yuxarıya çıxaraq mənzilin qapısını döymüşdür. Bu zaman mənzilin qapısını həmin yaşlı qadın açmışdır. O, qadınla salamlaşıb onun Sofiya olubolmadığını soruşmuş, o isə ona Sofiya olduğunu bildirmişdir. Bu zaman o, Sofiyaya yalandan mənzilə istilik sistemi quraşdırmaq adı ilə gəldiyini söyləmiş və bu sözdən sonra Sofiya onu mənzilə dəvət etmişdir. O, mənzilə daxil olduqdan sonra giriş qapısı ilə üzbəüz yerləşən yataq otağına daxil olmuşdur. O, otağa daxil olduqda Sofiya digər otağa keçərək mənzildə olan digər bir şəxsə çay gətirməsini söyləmişdir. O, tez bir zamanda yataq otağına diqqət yetirib orada hər hansı bir qiymətli əşya və ya pul axtarmağa başlamışdır. Bu zaman gözü otaqdakı kiçik ölçülü dolabın üzərində olan taxta sandıqcaya sataşmışdır. O, sandıqcada qiymətli əşyalar olduğunu düşünüb açmış və orada olan iki cüt qızıl sırğanı götürmüşdür. Bundan sonra yataq otağının qapısının dəstəyindən əl çantası asıldığını görmüşdür. O, həmin əl çantasını açdıqda orada pul kisəsi olduğunu görmüş və həmin pul kisəsini də götürmüşdür. O, götürdüyü qızılları və pul kisəsini gödəkçəsinin cibinə qoyaraq otaqdan dəhlizə çıxmışdır və heç kimin onu görmədiyindən əmin olub tez qaçaraq mənzili tərk etmişdir. Mənzildən çıxıb bir qədər uzaqlaşdıqdan sonra oğurladığı pul kisəsini açıb içərisində 200 manat pul olduğunu görmüşdür. Oğurladığı qızılları 8-ci kilometr bazarı adlanan yerdə 500 manat qarşılığında tanımadığı şəxsə satmış, daha sonra həmin pulları xərcləmişdir. Bundan başqa 04 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən binaların birinə gəlmiş, binanın içərisinə girib ən sonuncu mərtəbəyə qalxmışdır. Məqsədi yuxarı mərtəbədən aşağıya düşə düşə bir-bir evlərin qapısını yoxlayıb içəridə adam olub-olmamasını müəyyənləşdirmək olmuşdur. Adam olmayacağı təqdirdə evlərin birinə girib oğurluq edəcəyini fikirləşmişdir. Binanın neçə mərtəbəli olması dəqiq yadında qalmamışdır. Aşağı düşə-düşə gəlib orta mərtəbələrin birinə çatmış, saat təxminən 13 radələrində mənzillərin qapısının birinin üzərində açar olduğunu görmüşdür. Əvvəlcə yaxınlaşmağa tərəddüd etmiş, lakin daha sonra yaxınlaşıb əli ilə qapını döymüşdür. İçəridən heçkəs səs verməmişdir. Daha sonra əli ilə qapını açmış, ev yiyəsi qapını bağlamadan açarı qapının üzərində unudub getmişdir. O da bunu fürsət bilib içəri daxil olmuş və evi axtarmağa başlamışdır. Qonaq otağı və digər otaqları axtardıqdan sonra bir nəticə əldə etməmişdir. Daha sonra yataq otağına girmiş, yataq otağında olan paltar dolabını axtarmağa başlamışdır. Mənzilin yataq otağındakı dolabın üst gözündə dəsmalların arasına baxan zaman orada 2.160 manat pulun olduğunu aşkar etmişdir. Pulu dərhal götürüb cibinə qoymuşdur. Daha sonra dolabda dəsmalların yanında olan qızıl mücrüsünü açan zaman mücrünün içərisində çoxlu sayda qızıl-zinət əşyalarının olduğunu görmüşdür. O qızılları bir-bir mücrüdən çıxarıb əynindəki gödəkçənin ciblərinə yığmışdır. Ona lazım olan qızıl və pul olmuşdur. Onları götürdükdən sonra artıq orada bir işinin olmadığını düşünüb mənzilin qapısından bayıra çıxmışdır. Qapının üzərində olan açara dəyməmişdir. Qapını astaca örtüb oradan uzaqlaşmışdır. Daha sonra yaşadığı ünvana gəlmiş, 2.160 manat pulu bir neçə gün ərzində öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Qızıl zinət əşyalarını isə müxtəlif vaxtlarda tanımadığı adamlara müxtəlif qiymətlərə satmış və əldə etdiyi gəliri də öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 19 fevral 2021-ci il tarixdə gecə saat 23 radələrində Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsində yerləşən 9 mərtəbəli binaya gəlmişdir. Liftlə binanın 9-cu mərtəbəsinə qalxmışdır. Məqsədi mərtəbələrədə evlərin qapısını dinləyib evdə heç kəsin olmadığını yəqin etdikdən sonra evə girmək olmuşdur. Bu məqsədlə 9-cu mərtəbənin sol tərəfində yerləşən mənzilin qapısına qulağını dayayıb səs gəlib-gəlmədiyini yoxlamışdır. Mənzildən səs gəlmədiyini görüb evdə heç kəsin olmadığına əmin olduqdan sonra üzərində gəzdirdiyi 5 ədəd açarlardan birini çıxarıb mənzilin qapısının kilidini açaraq içəri daxil olmuşdur. İçəridə giriş qapısının sağ tərəfində mühafizə siqnalizasiyasının aparatı olmuşdur. Həmin aparatı üzərindəki dırnaq tutanla kəsmişdir ki, siqnalizasiya işə düşməsin. Bundan sonra mənzilin yataq otağına daxil olmuşdur. Yataq otağının sol tərəfində yerləşən kamotun siyirmələrini bir-bir çəkib axtarmağa başlamışdır. Kamotun ikinci siyirməsini açan zaman orada olan qızıl-zinət əşyalarını, pulu, saatları və qadın eynəyi görmüşdür. Həmin qızıl-zinət əşyalarını, saatları, 01 ədəd qadın eynəyini və 100 manat pulu götürüb əynindəki gödəkçənin ciblərinə qoymuşdur. Daha sonra içəri girdiyi qapıdan bayıra çıxmış və qapını da açdığı açarla bağlamışdır. Yenidən liftlə aşağı düşüb taksi ilə yaşadığı ünvana gəlmişdir. Oğurladığı qızıl-zinət əşyalarını da bir neçə gün ərzində tanımadığı şəxslərə müxtəlif qiymətlərə satmışdır. Bu satışdan təxminən ümumilikdə 7.000 (yeddi min) manat pul əldə etmişdir. Həmin pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 22 fevral 2021-ci il tarixdə səhər saatlarında oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonunun ərazisinə gəlmişdir. Təxminən saat 11 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 58 ünvanına gəlmiş və yaşayış olmayan mənzil axtarmışdır. Bu məqsədlə bloka daxil olaraq doqquzuncu mərtəbədən birinci mərtəbəyə doğru mənzildə adam olub olmamasına baxmışdır. Bu minvalla ikinci mərtəbəyə tərəf düşdükdə ikinci mərtəbədə bir kişi və bir qadının mənzilin qapısını açarla bağlayaraq çıxdıqlarını görmüşdür. Bundan sonra həmin şəxslərin getdiklərinə tam əmin olduqdan sonra özündə olan açar vasitəsi ilə mənzilin giriş qapısını açmağa cəhd göstərmişdir. Bir neçə cəhddən sonra mənzilin giriş qapısını açaraq içəri daxil olmuş və girişdən soldakı birinci otağa daxil olaraq paltar dolabını axtaran zaman həmin dolabın yuxarı hissəsində olan karton qutunun içərisindən 20.000 (iyirmi min) ABŞ dolları və 1.000 (bir min) manat məbləğində pul oğurlamışdır. Daha sonra həmin mənzildən iki ədəd kəmər və bir ədəd fen oğurlayaraq mənzildən çıxıb getmişdir. Yolda olan zaman həmin kəmərlər və fenin qiymətsiz olduqlarını düşündüyü üçün onları yaxınlıqdakı zibillik sahəyə atmışdır. Bundan sonra yaşadığı ünvana getmiş, həmin mənzildən oğurladığı pulun bir hissəsini borclarına və şəxsi ehtiyaclarına xərcləmişdir. Qalan hissəsini isə, yəni 12.500 (on iki min beş yüz) ABŞ dollarını isə yaşadığı ünvanın həyətyanı sahəsində, torpağı qazaraq orada gizlətmişdir ki, sonra götürüb xərcləyər. Bundan sonra 26 fevral 2021-ci il tarixdə polis əməkdaşları onu saxlayaraq Xətai RPİ-yə gətirmiş və o, törətdiyi cinayət əməlini etiraf etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, yaşlı olduğundan və gündəlik tələbatlarını ödəmək üçün ona kömək lazım olduğundan Gülya adı ilə tanıdığı qadın bəzən yaşadığı mənzilə gəlib ev işlərində ona köməklik edir və hər dəfə gələndə o, sonuncuya 15-20 manat pul verir. 22 yanvar 2020-ci il tarixdə saat 13 radələrində Gülya ilə birlikdə evdə olan zaman mənzilin qapısı döyülmüş, Gülya qapıya yaxınlaşaraq kimin olduğunu soruşduqda, qapının arxasındakı şəxs istilik sistemi düzəltmək üçün gəldiyini bildirmiş, lakin həmin ərəfədə o, hamam otağında olduğundan Gülya qapını aça bilməyəcəyini söyləmiş və bu zaman həmin şəxs çıxıb getmişdir. Təxminən 20 dəqiqədən sonra yenidən qapı döyülmüşdür. Bu zaman özü mənzilin qapısını açmış və tanımadığı kişi cinsindən olan bir nəfər şəxslə qarşılaşmışdır. Həmin şəxs onunla salamlaşıb, onun Sofiya olub-olmadığını soruşmuş, o da Sofiya olduğunu təsdiqləmişdir. Bundan sonra həmin şəxs mənzilə daxil olub dəhlizdə onunla söhbət etməyə davam etmişdir. O da sonuncudan kim olduğunu və nə üçün gəldiyini soruşduqda həmin şəxs ona bildirmişdir ki, mənzilinə istilik sistemi quraşdırmaq üçün gəlmiş və mənzildə istədiyi yerə istilik sistemi quraşdıra bilər. O, həmin şəxsin təklifini qəbul etməsə də, sonuncu təkidlə onun yataq otağına keçmişdir. Bu zaman o, qonaq otağına keçərək Gülyaya çay gətirməsini söyləmiş, Gülya da çay gətirmək üçün mətbəxə getmişdir. Qonaq otağında olan zaman həmin şəxs kiminləsə mobil telefon vasitəsilə əlaqə saxladığını və “Mən burdayam” dediyini eşitmişdir. Bir neçə dəqiqədən sonra o, yataq otağına getdikdə orada heç kimin olmadığını, mənzilin giriş qapısının isə açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, yataq otağındakı dolabın üzərində olan taxta sandıqcaya baxan zaman həmin sandıqcadakı özünə məxsus bir cüt zümrüd qaşlı və ətrafında brilliantlar olan qızıl sırğanın, bir cüt brilliant qaşlı qızıl sırğanın və yataq otağının dəstəyindən asdığı əl çantasındakı içərisində 200 manat pul olan pul kisəsinin oğurlandığını aşkar etmişdir. Ona məxsus bir cüt zümrüd qaşlı və ətrafında brilliantlar olan qızıl sırğanın qiyməti 3.500 manat, bir cüt brilliant qaşlı qızıl sırğanın qiyməti 3.400 manat, oğurlanmış pul kisəsinin qiyməti isə 100 manatdır, bununla da pul kisəsindəki 200 manat pulla birlikdə hadisə nəticəsində ona ümumilikdə 7.200 manat məbləğində maddi ziyan dəymişdir. 14 aprel 2020-ci il tarixdə təxminən saat 15 radələrində yaşadığı mənzildə olmuşdur. Bu vaxt polis əməkdaşları müstəntiqlə birlikdə onun mənzilinə gəlmiş və bildirmişlər ki, mənzildən 22.01.2020-ci il tarixdə qızıl-zinət əşyalarını oğurlayan şəxsi gətirmişlər. O da polis əməkdaşlarına icazə vermişdir ki, həmin şəxslə birlikdə mənzilə daxil olsunlar. Orada bilmişdir ki, həmin şəxsin adı Rəhmandır. O, diqqətlə həmin adama baxanda görmüşdür ki, həqiqətən də Rəhman 22.01.2020-ci il tarixdə onun mənzilindən oğurluq edən şəxsdir. Belə ki, Rəhmanı boyuna, sifət cizgilərinə görə görən kimi tanımışdır. Rəhmanla danışarkən, bir daha da səsindən tanımışdır. Rəhman ona məxsus mənzildən necə oğurluq etməsini dəqiqliklə göstərmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, əvvəllər yaşıllaşdırma idarəsində işləmişdir. Lakin sonradan atası xəstə olduğu üçün yaşıllaşdırma idarəsindən ayrılmışdır. Belə ki, həmin idarədə iş saatı müddətində o, oranı tərk edə bilməmiş və bu ona sərf etməmişdir. Çünki atası ağır xəstə olmuş və sonuncunu həkimə aparmaq lazım olmuşdur. Buna görə də o, işdən ayrılıb bacısı Könülə məxsus «Ləman» gözəllik salonunda saç ustası kimi işləməyə başlamışdır. Salonda işləyərkən çox vaxtı olmuş və atasını rahat şəkildə xəstəxanaya aparıb gətirə bilmişdir. Sonuncu dəfə 04.02.2021-ci il tarixdə günorta saatlarında o, yenə də atasını xətəxanaya aparmalı olmuşdur. Həmin gün saat 11 radələrində o, qızı ilə Xətai rayonu ərazisində yerləşən «Məktəbli» mağazasına gəlib qızı Nəzrin üçün lazım olan məktəb ləvazimatları almışlar. Daha sonra yaşadıqları ünvana gəlmişlər. Qızı evdəki məktəb ləvazimatlarını götürüb dayısıgilə, oradan da hazırlığa getməli idi. O da qızını dayısıgilə qoyub oradan da Sabunçu xəstəxanasına gedib atasına dializ şlanqı almalı, daha sonra Ramanı qəsəbəsindən atasını götürüb Xətai rayonu ərazisində yerləşən «Mediland» klinikasına getməli idi. Lakin Sabunçu xəstəxanası saat 13:00-a qədər işlədiyi üçün o, çatdıra bilməyəcəyini anlayıb qızı Nəzrinə demişdir ki, o, xəstəxanaya gedəcək, qızı da işlərini bitirdikdən sonra qapını bağlayıb dayısıgilə, oradan dayısıqızı ilə hazırlığa getsin. Daha sonra o, saat 12 radələrində evdən çıxıb getmişdir. O, Sabunçu xəstəxanasına gedib dializ şlanqı almış, daha sonra oradan da Ramanı qəsəbəsinə atasının yanına yollanmışdır. Atasının yanında olarkən bacısı Könül saat 14 radələrində ona zəng edərək evlərindən oğurluq olduğunu bildirmişdir. O, bunu eşidən zaman cəld şəkildə yaşadığı ünvan 6 ünvanına gəlmişdir. O, oraya gələrkən orada bacısı oğlu Sənan, bacısı Könül, qardaşının qızı Yağmur və qızı Nəzrin olmuşlar. Gəlib evə baxış keçirən zaman mənzilin dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, qızı Nəzrindən hadisənin necə olduğu barədə məlumat aldıqda, qızı bildirmişdir ki, o gedəndən sonra saat 13:00-da evdən çıxarkən qapını bağlamaq üçün açarı kilidə salmış, lakin test kitabı yaddan çıxdığı üçün yenidən qapını açıb içəri daxil olmuş, kitabı götürdükdən sonra qapıdan bayıra çıxarkən blokda səs eşidib qorxmuş və bu qorxunun təsiri altında qapını bağlamağı unutmuş, açarı da qapının kilidinin üzərində unutmuşdur. Daha sonra dayısıgilə gedərkən inşa dəftərini unutduğu üçün saat 14:20-də dayısı qızı Yağmurla birlikdə qayıdarkən açarın qapının üzərində olduğunu görmüşlər. Daha sonra içəri girərkən mənzilin dağınıq vəziyyətdə olduğunu görmüş və qızı Nəzrin dərhal həyəcan içində xalası Könülə zəng etmişdir. Könül də ona məlumat vermişdir. Qızından məlumat aldıqdan sonra içəri baxış keçirmiş və baxış zamanı mənzilin bütün otaqlarının dağınıq vəziyyətdə olduğunu görmüşdür. İçəri baxış zamanı mənzilin yataq otağındakı dolabın üst gözündə dəsmalların arasına qoyduğu 2.160 manat pulun olmadığını aşkar etmişdir. Daha sonra dolabda dəsmalların yanında olan qızıl mücrüsünü açan zaman mücrünün içərisinə qoyduğu və ona məxsus olan 6.000 manat qiymətində 1 ədəd 750 qramlıq ağ qızıl boyunbağının, 5.000 manat qiymətində 01 ədəd kişi qızıl qol saatının, 1.500 manat qiymətində 01 ədəd brilliant qaşlı kişi qızıl üzüyünün, 4.500 manat qiymətində 50 qramlıq İtaliya istehsalı olan 01 ədəd qızıl boyunbağının, 1.000 manat qiymətində 01 cüt brilliant sırğanın, 2.000 manat qiymətində 01 ədəd brillinat qaşlı kişi nişan üzüyünün, 800 manat qiymətində 01 dəst İtaliya istehsalı olan brilliant qaşlı qızıl üzüyün, 5.000 manat qiymətində içərisində qolbağı, üzüyü, sırğası olan 01 dəst kolye dəstinin, 1.000 manat qiymətində 01 ədəd mirvari qızıl toplu boyunbağının, 2.000 manat qiymətində 01 ədəd klonlu İtaliya istehsalı olan qızıl boyunbağının, 250 manat qiymətində uşaq üçün nəzərdə tutulmuş 01 ədəd qızıl qolbağın və 2.000 manat qiymətində 01 ədəd brilliant qaşlı qadın nişan üzüyünün olmadığını aşkar etmişdir. Daha sonra bacısının yoldaşı Vahid də hadisə yerinə gələrək dərhal DİN-nin 102 xidmətinə zəng edib polis çağırmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 11 yanvar 2021-ci il tarixdə atası Lerik rayonundan onların yaşadığı mənzilə qonaq gəlmişdir. 16 fevral 2021-ci il tarixdə azyaşlı uşağı xəstələnmişdir. Atası ona və yoldaşına məsləhət bilmişdir ki, o, yoldaşı ilə birlikdə qaynanasıgilə getsinlər. Bir neçə gün orada qalıb istirahət etsinlər. 16 fevral 2021-ci il tarixdə təxminən günorta saatlarında o, yoldaşı və uşağı ilə evdən çıxmışdır. 16.02.2021-ci il tarixdə o, yoldaşı ilə Bilgəhdə olarkən axşam vaxtı atasına zəng etmişdir. Atası hələ də onlarda olduğunu bildirmişdir. Atasının 19.02.2021-ci il tarixdə səhər saat 11 radələrində evlərini tərk edib rayona getmişdir. Açarın bir nüsxəsi də atasında olmuşdur. Atası qapını bağlayıb Lerik rayonuna getmişdir. 20.02.2021-ci il tarixdə o, Xətai Rayon Mühafizə İdarəsində növbədə olmuşdur. Səhər saat 09:00-da işinə gəlmiş və 21.02.2021-ci il tarixdə növbəni təhvil verib işdən çıxıb birbaşa Bilgəhə getmək istəmişdir. Lakin yoldaşı ona uşağın evlərində bir neçə əşyası olduğunu demişdir. Bu səbəbdən də iş yeri evlərinə yaxın olduğu üçün o, həm evə baş çəkmək, həm də uşağın əşyalarını götürmək üçün yaşadığı ünvana gəlmişdir. Binanın 9-cu mərtəbəsinə qalxıb mənzilinə daxil olan zaman açarı çıxarıb qapını açmaq istəmişdir. Qapı əvvəlki kimi rahat açılmamışdır. O, açarı ilə birtəhər qapını açıb içəri girəndə qapının içəri tərəfdən kilidinin yarı bağlı vəziyyətdə olduğunu görüb təəccüblənmişdir. O, içəri girəndə bütün otaqların qapılarının açıq olduğunu görmüşdür. Yataq otağına yaxınlaşıb içəri daxil olmuşdur. Yataq otağının sol hissəsində yerləşən güzgülü kamodun siyirmələrinin açıq olduğunu görmüşdür. Siyirmələrin içərisinin qarışdırılmış və səliqəsiz olduğunu görüb heç nəyə əl vurmadan DİN-nin 102 xidmətinə zəng edib mənzilindən oğurluq olması barədə məlumat vermişdir. Hadisə yerinə dərhal polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Ona məxsus qızıl-zinət əşyaları həmin güzgülü kamodun içərisində olmuşdur. Kamodun içərisinə baxan zaman qızıl-zinət əşyalarının oğurlandığını görmüşdür. Ona məxsus mənzildən 6.500 (altı min beş yüz) manat qiymətində bir cüt qızıl sırğa, üzük və qolbaqdan ibarət komplekt qızıl dəsti, bir ədəd 1.600 (min altı yüz) manat qiymətində qızıl qadın nişan üzüyü, bir ədəd 1.000 (bir min) manat qiymətində qızıl kişi nişan üzüyü, bir ədəd 700 (yeddi yüz) manat qiymətində tək brilyant qaşlı qızıl qadın üzüyü, bir ədəd 1.000 (bir min) manat qiymətində üzərində ürək formalı klonu olan qızıl qadın boyunbağısı, bir ədəd 800 (səkkiz yüz) manat qiymətində üzərində göz formalı klonu olan tros formalı qızıl qadın boyunbağısı, bir ədəd 1.800 (min səkkiz yüz) manat qiymətində İtaliya istehsalı olan qızıl qadın boyunbağısı, bir ədəd 500 (beş yüz) manat qiymətində üzərində 5-lik klonu olan qızıl qadın boyunbağısı, bir ədəd 400 (dörd yüz) manat qiymətində qızıl qadın qolbağısı, bir ədəd 300 (üç yüz) manat qiymətində kişi üçün qol saatı, bir ədəd 150 (yüz əlli) manat qiymətində qadın üçün qol saatı, bir ədəd 40 (qırx) manat qiymətində gümüş qadın qolbağı, 01 ədəd 30 (otuz) manat qiymətində qadın üçün gün eynəyi və 100 (bir yüz) manat məbləğində nəğd pulun olmadığını aşkar etmişdir. Beləliklə də, oğurluq nəticəsində ona ümumilikdə 14.920 (on dörd min doqquz yüz iyirmi) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, yaşadıqları mənzil üç otaqdan, yəni yataq, qonaq və uşaq otaqlarından ibarətdir. 22 fevral 2021-ci il tarixdə səhər saat 11 radələrində o, arvadı X2 ilə birlikdə yaşadıqları mənzilin giriş qapısını bağlayaraq getmişlər. Bir qədər alış-veriş etdikdən sonra arvadı Ayseli atasının evinə yola salmış, özü isə şəxsi işləri ilə məşğul olmuşdur. Axşam saat təxminən 23:30 radələrində o, arvadı Aysellə birlikdə yaşadıqları mənzilə qayıdan zaman mənzilin qapısını açarla açmaq istədikdə mənzilin qapısının açıq vəziyyətdə olmasını aşkar etmişdir. Onlar mənzilə daxil olaraq işıqları yandıran zaman görmüşlər ki, yataq otağının əşyaları dağınıq, uşaq otağında isə paltarlar döşəmənin üstündədir. Bundan sonra onlar oğurluq hadisəsi ola biləcəyindən şübhələnmiş və o, uşaq otağında saxladığı pulun yerində olub-olmamasına baxan zaman müəyyən etmişdir ki, uşaq otağında dolabın yuxarı hissəsində olan karton qutunun içərisində saxladığı 22.600 (iyirmi iki min altı yüz) ABŞ dolları, 600 (altı yüz) manat məbləğində nəğd pul, yataq otağından isə bir ədəd 09 (doqquz) manat dəyərində «Gucci» markalı qadın kəməri, bir ədəd 08 (səkkiz) manat dəyərində kişi kəməri, bir ədəd 20 (iyirmi) manat dəyərində fen, 200 (iki yüz) manat dəyərində üzərində üç ədəd «Swarovski» qaşları olan bir ədəd qızıl qadın qızıl üzüyü oğurlanmışdır. Bundan sonra baş vermiş hadisə barədə DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermiş və ərizə ilə Xətai RPİ-nin 36-cı PB-yə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 24 fevral 2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işinin başlanılmış və icraata qəbul edilmişdir (cild 1,i.v. 01); baxış keçirilmə haqqında 23 fevral 2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 7 ünvanda yerləşən mənzilə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir (cild 1, i.v. 08-14); zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 fevral 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 17); ifadənin yerində yoxlanması haqqında 26.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanına daxil olmasını əyani şəkildə göstərmişdir(cild 1, i.v.33); götürmə aparılması və baxış keçirilməsi haqqında 26.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində torpağın altında basdıraraq gizlətdiyi 125 (yüz iyirmi beş) ədəd 100 ABŞ dollarlıq əskinaslardan ibarət 12.500 (on iki min beş yüz) ABŞ dolları və bir ədəd üzərində heç bir markalanma göstəriciləri olmayan qəhvəyi rəngli gün eynəyi, bir ədəd ətçəkən maşın və bir ədəd fen götürülmüşdür.(cild 1, i.v.38-76); şübhəli şəxsin tutulması haqqında 26 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 84); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 28 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham ona elan edilmişdir (cild 1, i.v. 94-95); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28.02.2021-ci il tarixli, 4(011)-69/2021 saylı qərarından görünür ki, CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir(cild 1, i.v.115-118); zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 03.03.2021-ci il tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır(cild 1, i.v.156); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamə, hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayonu xalq məhkəməsinin 14.09.1992-ci il tarixli hökmü ilə CM-nin 143-cü maddəsinin 4-cü hissəsi və 220-ci maddəsinin1-ci hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə edilməklə 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, AR Milli Məclisinin 15.07.1992-ci il tarixli Amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 1/3 qədər azaldılmışdır. Bundan başqa, Bakı şəhər Xətai rayon xalq məhkəməsinin 09.03.1994-cü il tarixli hökmü ilə CM-nin 185-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11.12.1999-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, ACDİÜ AR Məhkəməsinin 05.12.2005-ci il tarixli hökmü ilə CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 17.03.2016-cı ildə Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, 24.05.2016-cı ildə cəzasını çəkib qurtarmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 07.06.2018-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununun tətbiqinə dair ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami rayon məhkəməsinin 07.06.2018-ci il tarixli qərarı dəyişdirilmiş və Təqsirləndirilən şəxs təyin edilmiş 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 03 il 09 ay müddətinə endirilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 30 dekabr 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 05 ay 20 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur.(cild 1, i.v.169-172, 176-186); Məhkəmə-trasoloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 09 mart 2021-ci il tarixli, 3/405 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silindrik mexanizm təyinatı üzrə istifadəyə yararlıdır və onun səthində, açar yuvasının kənarlarında və daxili detalları üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Bununla belə silindrik mexanizmin ştat açarı və ya ştat açarına uyğunlaşdırılmış açarla açılması mümkündür(cild 1, i.v.191-194); məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 05 aprel 2021-ci il tarixli 9/1322 №-li rəyindən müəyyən edilmişdir ki, vət.Zərərçəkmiş şəxs3 qızına məxsus üzərində heç bir markalanma göstəriciləri olmayan qəhvəyi rəngli gün eynəyinin qiyməti 05 (beş) manat müəyyən edilmişdir(cild 1, i.v.195- 198); zərərçəkmiş şəxs qismində tanınma haqqında 27.10.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır(cild 1, i.v.242-243); ifadənin yerində yoxlanması haqqında 14.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, ünvan 8 ünvanına daxil olmasını əyani şəkildə göstərmişdir(cild 2, i.v.27-30); ifadənin yerində yoxlanması haqqında 15.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanına daxil olmasını əyani şəkildə göstərmişdir(cild 2, i.v.39-45); hadisə yerinə baxış keçirilmə haqqında 04 fevral 2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 10 ünvanda yerləşən mənzilə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir (cild 2, i.v. 57-60); zərərçəkmiş şəxs qismində tanınma haqqında 18.02.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır(cild 2, i.v.64); ifadənin yerində yoxlanması haqqında 15.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən mənzilə daxil olmasını əyani şəkildə göstərmişdir(cild 2, i.v.114-120); əşyanın tanınmaya təqdim edilməsi haqqında 17.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş qəhvəyi rəngli gün eynəyi Zərərçəkmiş şəxs3 təqdim edilərkən onu tanımışdır(cild 2, i.v.139-140); Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 23.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrinə tövsif edilərək ona yenidən ittiham elan edilmiş, 125 (yüz iyirmi beş) ədəd 100 ABŞ dollarlıq əskinaslardan ibarət 12.500 (on iki min beş yüz) ABŞ dolları və bir ədəd üzərində heç bir markalanma göstəriciləri olmayan qəhvəyi rəngli gün eynəyi, eyni zamanda Zərərçəkmiş şəxs4 məxsus mənzilin giriş qapısının bir ədəd silindirik mexanizm və iki ədəd açar maddi sübut qismində tanınmış, həmin əşyaların müvafiq olaraq sahiblərinə qaytarılması qərara alınmışdır (cild 2, i.v.141-154); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərəb alır. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhər Binəqədi rayonu xalq məhkəməsinin 14.09.1992-ci il tarixli hökmü üzrə və Bakı şəhər Xətai rayon xalq məhkəməsinin 09.03.1994-cü il tarixli hökmü üzrə olan məhkumluqları ödənildiyindən CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı hüquqi heç bir hüquqi nəticə yaratmır. Lakin Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin 05.12.2005-ci il tarixli hökmü ilə özgənin küllü miqdarda – 41.200.000 manat(köhnə) pulunu , 49.528.000 manat(köhnə) pulunu və 94.131.000 manat(köhnə) pulunu gizli olaraq talamaqda təqsirli bilinərək CM-nin 177.3.2-ci maddəsi ilə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 7 fevral 2005-ci il tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına uyğun olaraq 01 yanvar 2006-cı ildən etibarən 1 yeni manat 5000 manata bərabər tutulmaqla denominasiya həyata keçirilmiş, tədavülə yeni pul nişanları (AZN) buraxılmışdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinə dəyişiklik edilmiş və həmin Qanunun 1.61.7-ci bəndində göstərilmişdir ki, “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Qeyd” hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 8-ci bəndinə əsasən, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunun qəbulundan sonra Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 05.12.2005-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl üzrə ziyanın miqdarı 50000 manatdan yuxarı olmadığından (Azərbaycan Respublikasının Prezidentinin 7 fevral 2005-ci il tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanı nəzərə alınmaqla) həmin əməl Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə tövsif edilməkdədir. Təqsirləndirilən şəxs qeyd edilən Qanunun tətbiqi barədə ərizə verməməsi və həmin Qanunun onun barəsində tətbiq edilməməsi təqsirləndirilən şəxsin ziyanına şərh edilməməli, bu səbəbdən Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 05.12.2005-ci il tarixli hökmü üzrə təqsirli bilindiyi əməli hazırda Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə tövsif edildiyindən, məhkum olunduğu maddə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi kimi, yəni az ağır cinayət kimi nəzərə alınmalıdır. Göstərilən hökm üzrə cəzanı çəkib qurtardığı gündən 2 il müddət keçdiyindən CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluq ödənilmiş hesab olunur və residivin müəyyən olunması zamanı nəzərə alınmır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 03 il 09 ay müddətinə endirilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 05 ay 20 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmin dövrdə hazırki cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq yenidən qəsdən cinayət törətməsini nəzərə alır və cinayətlərin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhəri Nizami rayon məhkəməsinin 30 dekabr 2019-cu il tarixli qərarı CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli hökmü üzrə çəkilməmiş 05 ay 20 gün azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirməklə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübutlar- 125 (bir yüz iyirmi beş) ədəd 100 ABŞ dolları əskinaslarından ibarət 12500 (on iki min beş yüz) ABŞ dolları və bir ədəd üzərində heç bir markalanma göstəriciləri olmayan qəhvəyi rəngli gün eynəyi, eyni zamanda Zərərçəkmiş şəxs4 məxsus mənzilin giriş qapısının bir ədəd silindirik mexanizmi və iki ədəd açarın sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Nizami rayon məhkəməsinin 30 dekabr 2019-cu il tarixli qərarı CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli hökmü üzrə çəkilməmiş 05 ay 20 gün azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirməklə qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 26 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübutlar 125 (bir yüz iyirmi beş) ədəd 100 ABŞ dolları əskinaslarından ibarət 12500 (on iki min beş yüz) ABŞ dolları və bir ədəd üzərində heç bir markalanma göstəriciləri olmayan qəhvəyi rəngli gün eynəyi, eyni zamanda Zərərçəkmiş şəxs4 məxsus mənzilin giriş qapısının bir ədəd silindirik mexanizmi və iki ədəd açarın sahiblərinə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar