Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-266/2025 18.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Lənkəran rayonu, Kərgəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Lənkəran rayonu, Kərgəlan Ərazi Dairəsi, Kərgəlan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə halhazırda Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə, xx xxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 2 ünvanında qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.4 və 264-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 05 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı “Əfv” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzası 09 il 06 aya endirilmiş və məhkumluğu ödənilməmiş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 xalası oğlu Şahid1 Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən fərdi yaşayış evindən özünə və Şahid1 ailə üzvlərinə məxsus 4.000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli hesab etdikləri, Zərərçəkmiş şəxs Şahid1la danışıb razılaşdığı pulu ödəməkdən yayındığı üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə olunmuş ümumi razılaşmaya əsasən taksi sürücüsü olaraq fəaliyyət göstərən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 vasitəsilə yük götürmək adı ilə sifariş verib 08 fevral 2025-ci il tarixdə saat 20 radələrində ünvan 4 ünvanda yerləşən «Şəbəkə» çay evinə dəvət etdirərək orada yerləşən kabinetlərin birinə keçdikdən sonra özünü Zərərçəkmiş şəxs təqdim edərək Şahid1 verməli olduğu 4.000 manat məbləğində pulun bir hissəsinin onun ailə üzvlərinə çatacağını bildirməklə həmin məbləğdə pulun qaytarılması ilə bağlı söhbət edib müsbət nəticə əldə etmədikdən sonra qanunla müəyyən edilmiş qaydada pul tələbi ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməli olduğu halda buna zidd olaraq davranıb əli ilə sonuncunun sifət nahiyəsindən bir neçə dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs burun nahiyəsinin şişkinliyi halında əzilməsi, cüzi tənəffüs pozulması ilə nəticələnən dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək birlikdə kabineti tərk edib çay evinin qarşısına çıxaraq bir daha Zərərçəkmiş şəxs ona və Şahid1 verməli olduğu 4.000 manat məbləğində pulun qaytarılması ilə bağlı danışıqlar aparıb nəticədə Zərərçəkmiş şəxs xahişi əsasında həmin məbləğdə pulun 300 manat olan hissəsini növbəti gün ərzində axşam saatlarına qədər ona çatdırılmasına razılaşıb Zərərçəkmiş şəxs məxsus 1 ədəd gümüşü rəngli, 256 GB yaddaşlı, istifadədə olmuş, normal vəziyyətdə 235 manat dəyərində olan «Xiaomi 12 Lite» markalı mobil telefon aparatını, içərisində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 1 ədəd 10 manatlıq kağız pul əskinası, AA ******* seriyalı şəxsiyyət vəsiqəsi, BD 426219 seriyalı sürücülük vəsiqəsi olan, üzərində «Armani» sözləri yazılmış, istifadədə olmuş, 11,5 x 9,5 ölçülü 1 ədəd qara rəngli pul kisəsini Zərərçəkmiş şəxs ona verməli olduğu 300 manat məbləğində pulun qaytarılmasını təmin etmək tədbiri olaraq sonradan qaytarmaq niyyəti ilə götürüb özündə saxlayaraq özbaşınalıq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 xalası oğlu Şahid1 Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən fərdi yaşayış evindən özünə və Şahid1 ailə üzvlərinə məxsus 4.000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli hesab etdikləri, Zərərçəkmiş şəxs Şahid1la danışıb razılaşdığı pulu ödəməkdən yayındığı üçün Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə olunmuş ümumi razılaşmaya əsasən taksi sürücüsü olaraq fəaliyyət göstərən Zərərçəkmiş şəxs yük götürmək adı ilə sifariş verib 08 fevral 2025-ci il tarixdə saat 20 radələrində ünvan 4 ünvanda yerləşən «Şəbəkə» çay evinə dəvət etdirərək orada yerləşən kabinetlərin birinə keçdikdən sonra Təqsirləndirilən şəxs1 özünü Zərərçəkmiş şəxs təqdim edərək Şahid1 verməli olduğu 4.000 manat məbləğində pulun bir hissəsinin onun ailə üzvlərinə çatacağını bildirməklə həmin məbləğdə pulun qaytarılması ilə bağlı söhbət edib müsbət nəticə əldə etmədikdən sonra qanunla müəyyən edilmiş qaydada pul tələbi ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməli olduğu halda buna zidd olaraq davranıb əli ilə sonuncunun sifət nahiyəsindən bir neçə dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs burun nahiyəsinin şişkinliyi halında əzilməsi, cüzi tənəffüs pozulması ilə nəticələnən dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək birlikdə kabineti tərk edib çay evinin qarşısına çıxaraq bir daha Zərərçəkmiş şəxs ona və Şahid1 verməli olduğu 4.000 manat məbləğində pulun qaytarılması ilə bağlı danışıqlar aparıb nəticədə Zərərçəkmiş şəxs xahişi əsasında həmin məbləğdə pulun 300 manat olan hissəsini növbəti gün ərzində axşam saatlarına qədər ona çatdırılmasına razılaşıb Zərərçəkmiş şəxs məxsus 1 ədəd gümüşü rəngli, 256 GB yaddaşlı, istifadədə olmuş, normal vəziyyətdə 235 manat dəyərində olan «Xiaomi 12 Lite» markalı mobil telefon aparatını, içərisində Zərərçəkmiş şəxs məxsus 1 ədəd 10 manatlıq kağız pul əskinası, AA ******* seriyalı şəxsiyyət vəsiqəsi, BD 426219 seriyalı sürücülük vəsiqəsi olan, üzərində «Armani» sözləri yazılmış, istifadədə olmuş, 11,5 x 9,5 ölçülü 1 ədəd qara rəngli pul kisəsini Zərərçəkmiş şəxs ona verməli olduğu 300 manat məbləğində pulun qaytarılmasını təmin etmək tədbiri olaraq sonradan qaytarmaq niyyəti ilə götürüb özündə saxlayaraq özbaşınalıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 322.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 fevral 2025-ci il tarixdə saat 20 radələrində dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən «Karnaval» şadlıq sarayının qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs və Şahid1 Camaladdin oğlu arasında baş verən hadisələr barədə ətraflı danışmış, o da bu proseslərdən məlumatlı olmuşdur. Nurlanın istifadəsində olan mobil nömrəni Elmirə vermiş və ona Nurlanı Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən “Karnaval” şadlıq sarayının qarşısına gəlməli olmasını deməyi bildirmişdir. Elmirə Nurlanın istifadəsində olan mobil nömrə ilə əlaqə saxlayıb onu həmin ərazidən yük götürüb Füzuli rayonuna aparmaq adı ilə sifariş verməsini izah etmiş, Elmir də etiraz etmədən razılaşmışdır. Elmir aralarında olan razılaşmaya əsasən Nurlanın onu görüb tanıya biləcəyi ehtimalına qarşı Nurlanı Elmir qarşılamalı, şadlıq sarayının 1-ci mərtəbəsində yerləşən «Şəbəkə» çay evinin içərisinə, daha sonra onu bir qədər yubatmaq məqsədilə çay evinin içərisində boş kabinetə keçirməli idi. Elmir də dediklərini qəbul edib onunla razılaşmışdır. Çay evində də əvvəlcədən boş kabinet rezerv etdirmişdir. Bundan sonra Elmir çay evinin qarşısında, o isə çay evinin içərisində gözləməyə başlamışdır. Nurlanın fotoşəklini bir neçə dəfə Şahinin mobil telefonunda gördüyündən xarici görünüşü xatirində qalmışdır. Təxminən saat 20:30 radələrində Elmir Nurlanla birlikdə çay evinin içərisinə daxil olmuşdur. O da onların arxası ilə kabinetə keçmişdir. Kabinetə daxil olan kimi Nurlanın qolundan tutub onu tanıyıb-tanımadığını soruşmuşdur. Nurlan ilk əvvəl onu tanımadığını bildirmişdir. O da Nurlana Şahinin evindən oğurlanmış qızıl-zinət əşyaları ilə bağlı bir neçə dəfə mobil telefonda danışdığı Rövşən adlı şəxs olduğunu demişdir. Nurlan onun adını eşidən kimi həyəcanlanmışdır. Bundan sonra Nurlanın üzərini və əynində olan geyim paltarlarını yoxlamağa başlamışdır. Nurlanın üzərindən 1 ədəd «Xiaomi» markalı mobil telefon, 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan və 1 ədəd avtomobil açarı çıxmışdır. Həmin əşyaların hamısını masanın üzərinə qoymuşdur. Daha sonra Nurlana masa arxasında əyləşməyi təklif etmiş, Nurlan da onunla razılaşmışdır. O və Elmir də masa arxasında əyləşmişlər. İlk əvvəl özü söhbətə başlayıb Nurlandan hansı səbəbdən Şahinə qaytarmalı olduğu pulu bu günədək verməməsinin səbəbini soruşmuşdur. Nurlan maddi imkanı olmadığını, pulu qaytarmaq məqsədilə bir neçə günlük Bakı şəhərinə gəlib taksi fəaliyyəti ilə məşğul olmağa başladığını, işləyib pul qazandıqca günlük 50 manat olmaqla Şahinə verməli olduğu pulu hissə-hissə qaytaracağını bildirmişdir. O, X2 birlikdə evlərindən oğurladıqları qızıl-zinət əşyalarının bir hissəsinin anasına məxsus olmasını, buna görə də Şahinə verməli olduğu pulun bir hissəsinin ona aid olduğunu, eləcə də taksi fəaliyyəti ilə məşğul olmaqla gündəlik 50 manat məbləğində pul qazanmağın mümkün olmadığını demişdir. Həmçinin Nurlandan niyə ortalıqdan itməsini və telefon zənglərinə cavab verməməsinin səbəbini soruşanda Nurlan heç bir cavab vermədikdə əsəbindən əli ilə onun sifət nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Nurlan dərhal əlləri ilə üzünü tutmuş və başını üzü aşağı salmışdır. Bunun ardınca əlləri ilə onun başının arxa tərəfindən 2 dəfə ardıcıl zərbə vurmuşdur. Bundan sonra çay evində işləyən şəxs əyləşdikləri kabinetə daxil olmuşdur. Həmin şəxs nə baş verməsini soruşduqda ona aralarında borc məsələsi ilə bağlı anlaşılmazlıq olduğunu, lakin daha məsələnin həll olunduğunu demişdir. Çay evini işlədən şəxs isə sakitçiliyə riayət etmələrini, əks halda çay evini tərk etmələrini tələb etmişdir. O, həmin şəxsə vəziyyəti izah edib hər şeyin qaydasında olduğunu demişdir. Bundan sonra həmin şəxs kabinetdən çıxmışdır. Daha sonra əyləşib mehriban qaydada Nurlanla danışmağa başlamışlar. Həmin vaxt Nurlan yenə də pulu qaytarmağa söz verib ona vaxt vermələrini xahiş etmiş və gündəlik olaraq ona 50 manat məbləğində pul verəcəyini bildirmişdir. O isə Nurlana dediklərinə inanmadığını və bu məsələ ilə bağlı bu gün yekun qərar veriləcəyini demişdir. Bundan sonra istifadəsində olan mobil telefonla «Whatsapp» mesaj mübadilə sistemi vasitəsilə Şahinə videogörüntü formatında zəng etmişdir. Şahin zəngə cavab verdikdən sonra Nurlanı göstərib onu tapdıqlarını, lakin aralarında olan danışıqlar nəticəsində bir qərara gələ bilməmələri barədə məlumat vermişdir. Şahin özünün də Nurlanla danışmaq istəməsini bildirmişdir. O da mobil telefonu Nurlana təqdim etmişdir. Nurlan Şahinlə videogörüntü formatında danışmağa başlamışdır. Danışıq zamanı Şahin Nurlandan niyə ortalıqda olmadığına və onunla əlaqəyə çıxmaqdan yayınmasına görə iradını bildirmişdir. Nurlan ondan xahiş etdiklərini eyni qaydada Şahindən də xahiş etmişdir. Həmin vaxt internet şəbəkəsində problem olduğundan mobil telefonla danışıqda problem yaranmışdır. Buna görə də nəticədə videozənglə danışıq baş tutmamışdır. Bundan sonra Elmirə Nurlanı da götürüb kabinetdən çıxmağı tapşırmışdır. Nurlan 1 ədəd alışqan və 1 ədəd siqaret qutusunu özü götürmüşdür. Nurlanın «Xiaomi» markalı mobil telefonunu və idarə etdiyi avtomobilin açarını isə masanın üzərindən o, götürmüşdür. Birlikdə kabinetdən çıxıb çay evinin qarşısına gəlmişlər. Nurlanın idarə etdiyi avtomobilin açarını ona verib avtomobilin içərisində olan pul, sənəd və ya qiymətli əşyaları ona verməyini tələb etmişdir. Nurlan da avtomobilə daxil olub avtomobildə saxladığı 1 ədəd qara rəngli pul kisəsini götürərək ona vermişdir. Pul kisəsinin içərisində Nurlana məxsus şəxsiyyət və sürücülük vəsiqəsi və 1 ədəd 10 manatlıq kağız pul əskinası var imiş. Nurlandan Şahinin və onun pulunun qaytarılması ilə bağlı son fikrinin nə olduğunu soruşmuşdur. Nurlan da sabah ona müəyyən məbləğdə pul tapıb verəcəyini demişdir. Nurlanın cavabı onu qane etmədiyinə görə idarə etdiyi avtomobilin açarını ona qaytarıb mobil telefonun və pul kisəsinin onda qalacağını və növbəti gün günorta saatlarına qədər Şahinə verməli olduğu puldan ən azı 500 manat məbləğində pul tapıb çatdırmasını tələb etmişdir. Nurlana yalnız 500 manat məbləğində pul verəcəyi təqdirdə mobil telefonunu və pul kisəsini ona qaytaracağını izah etmişdir. Nurlan 1 gün ərzində 500 manat məbləğində pul tapmağının mümkün olmadığını bildirib heç olmasa ona 2-3 gün vaxt verməyini xahiş etmişdir. Nurlanın yalvarmağına yazığı gəlmiş və onunla razılaşmışdır. Nurlan səhərisi gün üçün 300 manat məbləğində pul tapmağa çalışacağını, sonrakı günlərdə də hər gün üçün 50 manat məbləğində pul verə biləcəyini demişdir. Pulun konkret məbləği ilə bağlı Nurlana qarşı sonradan hər hansı bir tələbi olmamış, 300 manat məbləğini Nurlan özü təyin etmişdir. Hətta Nurlan istədikləri təqdirdə avtomobilin də onda qala biləcəyini demişdir. O isə avtomobilin mülkiyyətçisinin digər şəxs olmasına görə razılaşmamışdır. Nurlanın onsuz da öz maddi durumunun pis vəziyyətdə olmasına əmin olduqdan sonra pulun qaytarılması xatirinə onunla razılaşmışdır. Lakin ona mobil telefonunun və sənədlərinin sabah pulu qaytarana qədər onda qalacağını demişdir. Nurlan da onunla razılaşmışdır. Mobil telefonun üzərində olan nömrələri çıxarması üçün mobil telefonu Nurlana vermişdir. Nurlan mobil nömrələri avtomobilin içərisindən götürdüyü kiçik ölçülü iynə ilə telefonun üzərindən çıxarmışdır. Nurlan mobil nömrələri götürüb telefonu ona qaytarmışdır. Daha sonra Nurlana özünün və Elmirin müvafiq olaraq ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrini öz xətti ilə kağız parçasına yazıb Nurlana vermiş və həmin kağız parçasında qeyd edilən nömrələrin ona və Elmirə məxsus olmasını bildirib sabah 300 manat məbləğində pulu tapdıqdan sonra həmin mobil nömrələrlə onlarla əlaqə saxlamağını, yalnız 300 manat məbləğində pulu çatdırdıqdan sonra mobil telefon və pul kisəsini ona qaytaracağını bildirmişdir. Nurlan da sabah axşam saatlarına qədər 300 manat məbləğində pulu tapıb təqdim etdiyi kağız parçasındakı mobil nömrə ilə əlaqə saxlayıb pulu çatdıracağını, növbəti günlərdə hər gün üçün 50 manat məbləğində ödəniş edəcəyinə söz vermişdir. Bundan sonra o və Elmir restoranın qarşısına gəldikləri avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır və sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 322.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 fevral 2025-ci il tarixdə təxminən saat 19 radələrində Rövşən onunla telefon əlaqəsi saxlayaraq görüşmək istədiyini demişdir. O da etiraz etməmişdir. Bir neçə dəqiqə sonra Rövşənlə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, İ.Həbibov küçəsində yerləşən «Şəbəkə» çay evində görüşmüşlər. Görüş zamanı Rövşən ona təxminən 6-7 ay bundan əvvəl Lənkəran rayonunda yaşayan xalası oğlu Şahid1 Camal oğlunun Lənkəran rayonu, Kərgəlan kəndində yaşadığı fərdi yaşayış evindən qızıl-zinət əşyalarının oğurlanması, hadisə ilə bağlı xalası oğlu Şahid1 Lənkəran RPŞ-yə müraciət etməsini, oğurlanmış qızıl-zinət əşyalarının bir qisminin anası X4 məxsus olması, Lənkəran RPŞ-də aparılmış araşdırma zamanı qızıl-zinət əşyalarının Şahid1 13-14 yaşlarında olan övladı Sadiq tərəfindən oğurlanmasının müəyyən edilməsi, onların Sadiq tərəfindən tanımadığı Nurlan adlı şəxsə verilməsi, Sadiqin Nurlanla birlikdə qızıl-zinət əşyalarını Lənkəran şəhərində qızıl-zinət əşyalarının alqı-satqısı mağazasına həddindən artıq dəfələrlə ucuz qiymətə satılması barədə məlumat vermişdir. Daha sonra xalası oğlu Şahinin Nurlan adlı şəxslə görüşərək qızıl-zinət əşyalarının onun təkidi ilə Sadiq tərəfindən satılmasına görə qızıl-zinət əşyalarının ümumi dəyəri olan 4.000 manat məbləğində pulun onun tərəfindən ödənilməsini tələb etməsini, danışıqlardan sonra Nurlanın özünün də günahını etiraf edərək həmin məbləği hissə-hissə verməyə razılaşmasını, buna baxmayaraq Nurlanın həmin vaxtdan sonra qızıl-zinət əşyalarının ümumi dəyəri ilə bağlı razılaşdırılmış ümumi məbləğdən ona hər hansı bir məbləğ ödəmədiyini bildirmişdir. Rövşən özünün də əvvəllər bir neçə dəfə Nurlanla telefon əlaqəsi saxlamasını, telefon danışığı zamanı Nurlana Sadiqin oğurladığı qızıl-zinət əşyalarının yarısının anasına məxsus olmasını bildirib Şahinə söz vermiş olduğu qızıl-zinət əşyaları ilə bağlı 4.000 manat məbləğində pulun yarısının ona çatmalı olmasını izah etməsini, Nurlanın da hər dəfəsində ayda gücü çatdığı qədər pul verməyə razılaşmasına baxmayaraq son vaxtlar Nurlanın mobil telefonuna ümumiyyətlə zəng çatmaması barədə danışmasını bildirmişdir. Buna görə də Rövşən Nurlanın istifadəsində olan mobil nömrənin telefon zənginə cavab vermədiyinə görə Lənkəran rayonunda yaşayan tanışları vasitəsilə onun hazırda istifadə etdiyi mobil nömrəni öyrəndiyini və həmin mobil nömrəyə tərəfindən zəng vurulub rayonlardan birinə yük çatdırılması ilə bağlı sifariş verməyini xahiş etmişdir. Rövşənin təqdim etdiyi xatırlamadığı mobil nömrəyə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng vurub Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsindən Füzuli rayonuna yük aparmaq lazım olmasını, hal-hazırda da NZS qəsəbəsində yerləşən «Karnaval» şadlıq sarayının qarşısında olduğunu demişdir. Nurlan adlı şəxs də təxminən 10-15 dəqiqəyə həmin ərazidə olacağını demişdir. Rövşənlə aralarında olan razılaşmaya əsasən Nurlanın Rövşəni görməməsi üçün o, Nurlanı qarşılamalı və bir qədər yubatmaq məqsədilə çay evində əyləşdikləri kabinetə keçirməli idi. Bundan sonra o, çay evinin qarşısında, Rövşən isə çay evinin içərisində gözləməyə başlamışdır. Çay evinin qarşısında gözlədiyi vaxt Rövşənin təqdim etdiyi xatırlamadığı mobil nömrədən «Whatsapp» mesaj mübadilə sistemi vasitəsilə zəng gəlmişdir. Telefon zəngini açdıqda danışan şəxs «Karnaval» şadlıq sarayının qarşısında olmasını bildirmişdir. O da həmin şəxsə şadlıq sarayının 1-ci mərtəbəsindəki çay evinin qarşısında olduğunu demişdir. Bir neçə dəqiqə sonra əvvəllər tanımadığı və görmədiyi, təxminən 28-30 yaşlarında olan cavan oğlan çay evinin qarşısına yaxınlaşmışdır. O həmin şəxsi qarşılayıb Nurlan adlı taksi sürücüsü olub-olmamasını soruşmuşdur. Nurlan da həmin şəxs olmasını bildirmişdir. O da yükün çay evinin içərisində olmasını bildirib içəridə əyləşib bir qədər istilənməyi təklif etmişdir. Nurlan adlı şəxs etiraz etməyib onunla birlikdə çay evinə daxil olmuşdur. Nurlanla birlikdə bir qədər əvvəl əyləşdikləri kabinetə keçmişlər. Kabinetə daxil olan kimi Rövşən içəri girib Nurlandan onu tanıyıb-tanımadığını soruşmuşdur. Nurlan isə ilk əvvəl Rövşəni tanımadığını bildirmişdir. Rövşən də Nurlana Şahinin evindən oğurlanmış qızıl-zinət əşyaları ilə bağlı bir neçə dəfə mobil telefonda danışdığı şəxs olduğunu demişdir. Nurlan Rövşənin adını eşidən kimi həyəcanlanmışdır. Bundan sonra Rövşən Nurlanın üzərini və əynində olan geyim paltarlarını yoxlamağa başlamışdır. Nurlanın üzərindən 1 ədəd «Xiaomi» markalı mobil telefon, 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan və 1 ədəd avtomobil açarı çıxmışdır. Rövşən həmin əşyalarının hamısını masanın üzərinə qoymuşdur. Daha sonra Nurlana masa arxasında əyləşməyi təklif etmişdir. O, Rövşən və Nurlan masa arxasında əyləşmişlər. Rövşən söhbətə başlayıb Şahinin oğlu Sadiqlə birlikdə evdən oğurladıqları qızıl-zinət əşyalarının bir hissəsinin anasına məxsus olmasını, buna görə də Şahinə verməli olduğu pulun bir hissəsinin ona aid olmasını, pulu qaytaracağına söz verməsinə baxmayaraq bu günədək hər hansı bir məbləğdə pul qaytarmamasını, hətta onun telefon zənglərinə cavab verməməsinin və onunla əlaqəyə çıxmaqdan yayınmasının və Şahinə verməli olduğu pulu bu günədək qaytarmamasının səbəblərini soruşmuşdur. Nurlan da pul tapa bilmədiyinə görə qorxudan onun telefon zənglərinə cavab vermədiyini, maddi durumunun pis vəziyyətdə olmasını, pul qazanmaq üçün bir neçə gündür ki, Bakı şəhərinə gəlib taksi fəaliyyəti ilə məşğul olmasını, işləyib pul qazandıqca Şahinə verməli olduğu pulu hissə-hissə qaytaracağını bildirmişdir. Rövşən Nurlana yalan danışdığını və dediklərinin heç birini etməyəcəyini bildirmişdir. X9 yenə də onu aldatmağına görə danışıqlarından əsəbləşib əlinin içərisi ilə Nurlanın sifət və baş nahiyəsindən 2-3 dəfə ardıcıl zərbə vurmuşdur. Bundan sonra çay evini işlədən şəxs əyləşdikləri kabinetə daxil olmuşdur. Həmin şəxs içəridə nə baş verməsini soruşduqda Rövşən ona Nurlanla aralarında borc məsələsi ilə bağlı anlaşılmazlıq olduğunu, lakin daha məsələnin həll olunduğunu demişdir. Çay evini işlədən şəxs isə sakitçiliyə riayət etmələrini, əks halda çay evini tərk etmələrini tələb etmişdir. O və Rövşən də ona vəziyyəti izah edib hər şeyin qaydasında olduğunu demişlər. Bundan sonra həmin şəxs kabinetdən çıxmışdır. Daha sonra əyləşib mehriban qaydada Nurlanla danışmağa başlamışlar. Həmin vaxt Nurlan yenə də söz verib Rövşəndən ona vaxt verməsini xahiş edərək Rövşənə gündəlik olaraq 50 manat məbləğində pul verəcəyini bildirmişdir. Rövşən isə onun dediklərinə inanmadığını və bu məsələ ilə bağlı bu gün yekun qərar verilməli olmasını demişdir. Bundan sonra Rövşən istifadəsində olan mobil telefonla «Whatsapp» mesaj mübadilə sistemi vasitəsilə Şahinə videogörüntü formatında zəng etmişdir. Şahin zəngə cavab verdikdən sonra Rövşən Nurlanı göstərib onu tapdıqlarını, lakin aralarında olan danışıqlar nəticəsində bir qərara gələ bilməmələri barədə məlumat vermişdir. Şahin özünün də Nurlanla danışmaq istədiyini demişdir. Rövşən də mobil telefonu Nurlana təqdim etmiş, Nurlan Şahinlə videogörüntü formatında danışmağa başlamışdır. Danışıq zamanı Şahin Nurlana ortalıqda olmadığına və onunla əlaqəyə çıxmaqdan yayınmasına görə iradını bildirmişdir. Nurlan Rövşəndən xahiş etdiklərini eyni qaydada Şahindən də xahiş etmişdir. Həmin vaxt internet şəbəkəsində problem olduğundan mobil telefonla danışıqda durğunluq yaranmışdır. Buna görə də nəticədə videozənglə danışıq baş tutmamışdır. Bundan sonra Rövşən ona Nurlanı da götürüb kabinetdən çıxmağı tələb etmişdir. Nurlan 1 ədəd alışqan və 1 ədəd siqaret qutusunu özü götürmüşdür. Nurlanın «Xiaomi» markalı mobil telefonunu və idarə etdiyi avtomobilin açarını isə masanın üzərindən Rövşən götürmüşdür. Üçü birlikdə kabinetdən çıxıb çay evinin qarşısına gəlmişlər. Rövşən Nurlanın idarə etdiyi avtomobilin açarını ona verib avtomobilin içərisində olan pul, sənəd və ya qiymətli əşyaları ona verməyi tələb etmişdir. Nurlan da avtomobilə daxil olub avtomobildə saxladığı 1 ədəd qara rəngli pul kisəsini götürərək Rövşənə vermişdir. Pul kisəsinin içərisində Nurlana məxsus şəxsiyyət və sürücülük vəsiqəsi və 1 ədəd 10 manatlıq kağız pul əskinası var idi. X6 və onun pulunun qaytarılması ilə bağlı son fikrinin nə olduğunu soruşmuşdur. Nurlan da sabah müəyyən məbləğdə pul tapıb ona verəcəyini demişdir. Nurlanın cavabından sonra Rövşən onun idarə etdiyi avtomobilin açarını qaytarıb mobil telefonun və pul kisəsinin onda qalacağını və növbəti gün günorta saatlarına qədər Şahinə verməli olduğu puldan ən azı 500 manat məbləğində pul tapıb çatdırmasını tələb etmiş, 500 manat məbləğində pul tapıb verəcəyi təqdirdə mobil telefonunu və pul kisəsini ona qaytaracağını bildirmişdir. Nurlan 1 gün ərzində 500 manat məbləğində pul tapmağının mümkün olmadığını bildirib heç olmasa ona 2-3 gün vaxt verməyi xahiş etmişdir. Rövşən də düşünüb Nurlanla razılaşmışdır. Bununla belə Nurlan səhərisi gün üçün 300 manat məbləğində pul tapmağa çalışacağını, sonrakı günlərdə də hər gün üçün 50 manat məbləğində pul verə biləcəyini demişdir. Hətta Nurlan istədikləri təqdirdə avtomobilin də onlarda qala biləcəyini demişdir. Rövşən isə avtomobilin mülkiyyətçisinin digər şəxs olmasına görə Nurlanın təklifi ilə razılaşmamışdır. Sonda Rövşənin də Nurlanın yalvarmalarına yazığı gəlmiş və onunla razılaşmışdır. Lakin Nurlana mobil telefonunun və sənədlərinin sabah pulu qaytarana qədər onda qalacağını demişdir. Nurlan da Rövşənlə razılaşmışdır. Daha sonra Rövşən mobil telefonun üzərində olan nömrələri çıxarması üçün mobil telefonu Nurlana vermişdir. Nurlan mobil nömrələri avtomobilin içərisindən götürdüyü kiçik ölçülü iynə ilə telefonun üzərindən çıxarmışdır. Nurlan mobil nömrələri götürüb telefonu Rövşənə qaytarmışdır. Daha sonra Rövşən Nurlana özünün və onun müvafiq olaraq ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrini öz xətti ilə kağız parçasına yazıb Nurlana vermiş və həmin kağız parçasında qeyd edilən nömrələrin özünə və ona məxsus olmasını bildirib sabah 300 manat məbləğində pulu tapdıqdan sonra həmin mobil nömrələrlə onlarla əlaqə saxlamağını, yalnız 300 manat məbləğində pulu çatdırdıqdan sonra mobil telefon və pul kisəsini ona qaytaracağını bildirmişdir. Nurlan da sabah axşam saatlarına qədər 300 manat məbləğində pulu tapıb Rövşənin təqdim etdiyi kağız parçasındakı mobil nömrə ilə əlaqə saxlayıb pulu çatdıracağını, növbəti günlərdə hər gün üçün 50 manat məbləğində ödəniş edəcəyinə söz vermişdir. Bundan sonra o və Rövşən restoranın qarşısına gəldikləri avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır və sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 08 fevral 2025-ci il tarixdə təxminən saat 20 radələrində idarə etdiyi «Toyota Prius» markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi ilə hərəkətdə olarkən «Azercell» mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi «Xiaomi 12 Lite» markalı mobil telefonun «Whatsapp» mesaj mübadilə sisteminə xatırlamadığı mobil nömrədən mesaj yazılmışdır. Həmin mesajı açdıqda Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Karnaval» şadlıq sarayının qarşısından Füzuli rayonuna yük aparmaq lazım olması göstərilmişdir. O da həmin mesaja cavab olaraq yükü Füzuli rayonuna aparmağa razılıq məzmunlu cavab göndərmişdir. Həmin şəxs də ona konkret olaraq olduğu ərazinin məkan koordinatını göndərmişdir. Bundan sonra idarə etdiyi avtomobillə həmin məkan koordinatı üzrə hərəkət etməyə başlamışdır. Təxminən 20 dəqiqədən sonra idarə etdiyi avtomobillə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Karnaval» şadlıq sarayının qarşısına çatmışdır. Daha sonra ona yüklə bağlı mesaj yazmış mobil nömrə ilə telefon əlaqəsi saxlamışdır. Telefon zənginə cavab verən şəxs restoranın qarşısında olmasını bildirmişdir. Avtomobildən düşdükdən sonra mobil telefonla danışarkən həmin restoranın qarşısında dayanmış şəxs əl işarəsi edib onu çağırmışdır. O da həmin şəxsə yaxınlaşmışdır. Həmin şəxs əvvəllər tanımadığı və görmədiyi, təxminən 30-32 yaşlarında olan, hündür boylu, arıq bədən quruluşlu şəxs idi. Həmin şəxs ona çatdırılmalı olan yükün restoranın birinci mərtəbəsində yerləşən çay evində kabinetin içərisində olmasını bildirərək onunla əyləşib çay içməyi təklif etmişdir. O da həmin şəxsin xoş niyyətli olmasını düşünüb qəbul etmiş və həmin şəxslə birlikdə çay evinin içərisinə keçmişlər. Çay evinə daxil olduqdan sonra həmin şəxsin təklifi ilə boş kabinetə keçmişlər. Kabinetə daxil olub əyləşmək istəyirmiş ki, əvvəllər tanımadığı və görmədiyi, təxminən 25-28 yaşlarında olan, orta boylu, orta bədən quruluşlu olan şəxs içəri daxil olub adının Rövşən olmasını bildirərək onu tanıyıb-tanımadığını soruşmuşdur. O da həmin şəxsə onu tanımadığını bildirmişdir. Həmin şəxs isə ona Lənkəran rayonundan tanıdığı Şahinin qohumu olduğunu demişdir. O, Şahini tanıdığını dedikdə həmin şəxs gözlənilmədən ani bir anda əli ilə burun nahiyəsindən, sonra isə əlləri ilə sifət və baş nahiyələrindən ardıcıl bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Bundan sonra Rövşən ondan üzərində olan əşyaları təqdim etməyini tələb etmişdir. O da əynindəki gödəkçəsinin cibində olan «Xiaomi 12 Lite» markalı mobil telefonunu, idarə etdiyi avtomobilin açarını və 1 ədəd siqaret qutusunu masanın üzərinə qoymuşdur. Rövşən onun təqdim etdiyi əşyaları masanın özünə aid hissəsində qarşısına keçirmişdir. Bundan sonra Rövşən adlı şəxs sərt formada ondan masa arxasında əyləşməyini tələb etmişdir. Hər üçü masa arxasında əyləşmişlər. Rövşən onunla Şahinin evindən oğurlanmış qızıl-zinət əşyalarının razılaşdırılmış ümumi məbləğinin qaytarılması ilə bağlı söhbət etməyə başlamışdır. O da həmin məsələ ilə bağlı Şahinlə görüşüb danışdığını, 4.000 manat məbləğində pulu qaytarmağa razılaşdığını və pulu müəyyən müddət ərzində hissə-hissə olmaqla qaytaracağını bildirməsi barədə Rövşənə məlumat vermişdir. Rövşən də məsələni aydınlaşdırmaq üçün istifadəsində olan mobil telefonla Şahinə «Whatsapp» mesaj mübadilə sistemi vasitəsilə videogörüntü formatında zəng etmişdir. Şahin zəngə cavab verdikdən sonra Rövşən mobil telefonun ekranında onu göstərmiş, Şahin də onu görüb tanımışdır. Təxminən 5-6 ay bundan əvvəl Lənkəran rayonunda Şahinin yaşadığı evdən öz oğlu yetkinlik yaşına çatmayan Sadiq adlı şəxs 4.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamışdır. Sadiq həmin qızıl-zinət əşyalarının oğurluq yolu ilə əldə olunmasını ona bildirmədən onları onlayn ticarət yolu ilə əldə etməsini demişdir. O da Sadiqin sözlərinə inanıb onunla birlikdə həmin qızıl-zinət əşyalarını Lənkəran rayonunda qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olan bir neçə mağazaya satmışdırlar. Bunun müqabilində də Sadiq ona xatırladığı qədəri ilə cəmi 75 manat məbləğində pul vermişdir. Bir neçə gün sonra əslində Sadiqin qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olan mağazaya satdığı qızıl-zinət əşyalarını yaşadığı evdən ailə üzvlərinin məlumatı olmadan oğurlaması müəyyən edilmişdir. Bununla bağlı Sadiqin atası Lənkəran Rayon Polis Şöbəsinə müraciət etmiş və araşdırma başlamışdır. Həmin araşdırma zamanı o da izahat verərək Sadiqin satdığı qızıl-zinət əşyalarını yaşadığı evdən oğurlamasından məlumatının olmadığını bildirmişdir. Lakin Sadiqin atası Şahin bununla razılaşmayaraq Sadiqin həmin qızıl-zinət əşyalarını onun təkidi ilə evdən oğurlamasını və daha sonra satmasını əsas gətirərək qızıl-zinət əşyalarının ümumi dəyəri olan 4.000 manat məbləğində pulu ondan tələb etmişdir. Hətta bununla bağlı Lənkəran rayonunda Şahinlə bir neçə dəfə üzbəüz görüşüb danışmışlar. Həmin görüşlər zamanı da Şahin ondan pulu hissə-hissə olsa da müəyyən müddət ərzində qaytarmağını tələb etmişdir. Nəticədə o, Şahinlə 4.000 manat məbləğində pulu hər ay müəyyən məbləğ olmaqla qaytarmağa razılaşmışdır. Bununla belə son 1 ay ərzində Şahin onunla telefon əlaqəsi saxlayarkən artıq pulun tələb olunması ilə bağlı aqressiv formada danışmağa başlamışdır. Hətta Rövşən adlı şəxs də onunla telefon əlaqəsi saxlayıb pulu qaytarmağını tələb etmişdir. O da onlara işləmək üçün Bakı şəhərinə gəldiyini və imkan daxilində pul düzəldib həmin 4.000 manat məbləğində pulu hissə-hissə olmaqla ödəməyə başlayacağını demişdir. Lakin son 10 gün ərzində artıq Şahinin mobil telefon zənglərinə cavab verməməyə başlamışdır. Hətta bəzi vaxtlarda Şahinin bildiyi mobil nömrəni sönülü vəziyyətdə saxlamışdır. Özünə yeni mobil nömrə alıb həmin mobil nömrəni istifadə etmişdir. Buna görə də həmin məsələ ilə bağlı Şahinlə aralarında narazılıq yaranmışdır. Videozəng zamanı Rövşən Şahindən ona nə etmək lazım olmasını soruşmuşdur. Şahin də ondan pulu nə vaxt qaytaracağını xəbər almışdır. O yenə də Şahinə işləmək üçün Bakı şəhərinə gəldiyini, mümkün qədər qısa müddətdə pulun bir hissəsini qaytaracağını bildirmişdir. Həmin an internet şəbəkəsində problem olduğundan Şahinlə videogörüntü formatında olan zəngdə durğunluq yaranmışdır. Bir neçə saniyə sonra isə videozənglə danışıq sonlanmışdır. Bundan sonra hər üçü birlikdə əyləşdikləri kabinetdən çıxıb restoranın qarşısına gəlmişlər. Rövşən və tanımadığı şəxs idarə etdiyi avtomobilə tərəf yaxınlaşmışlar. Rövşən avtomobilin açarını ona verib avtomobildə olan pul, qiymətli əşya və ya sənədləri ona verməyini tələb etmişdir. O da avtomobilin qabaq sol qapısını açıb salonda qoltuqaltı saxlanc yerində saxladığı özünə məxsus qara rəngli pul kisəsini götürüb Rövşənə vermişdir. Pul kisəsinin içərisində özünə məxsus şəxsiyyət və sürücülük vəsiqəsi və 1 ədəd 10 manatlıq kağız pul əskinası var idi. Daha sonra Rövşən ondan mobil telefonun üzərində olan mobil nömrələri çıxarmağını tələb etmişdir. O da Rövşənin dediyi kimi günlükdən götürdüyü kiçik ölçülü iynə ilə mobil telefonun üzərində olan «Azercell» mobil operatoruna məxsus ***-***-**-** və «Bakcell» mobil operatoruna məxsus ***-***-**- ** saylı mobil nömrələri telefonun üzərindən çıxarmışdır. Daha sonra Rövşən mobil telefonu özü götürmüşdür. Bundan sonra Rövşən və digər cavan oğlan o və avtomobildən bir qədər kənara gedib öz aralarında nəsə danışmışlar. Təxminən 1-2 dəqiqədən sonra yenidən avtomobilin yanına qayıtmışlar. Rövşən idarə etdiyi avtomobilin açarını ona qaytaracağını, mobil telefonu və pul kisəsinin onlarda qalacağını və növbəti gün günorta saatlarına qədər Şahinə verməli olduğu puldan on azı 500 manat məbləğində pul tapıb qaytarmağını tələb etmiş, yalnız 500 manat məbləğində pulu qaytaracağı təqdirdə mobil telefonu və pul kisəsini ona qaytaracağını demişdir. O, bir daha onlara Bakı şəhərində yaxınının olmadığını və ümumiyyətlə 500 manat məbləğində pul tapmağının mümkün olmadığını bildirib onlardan səhərisi günü heç olmasa 300 manat məbləğində pul tapıb verməyi, növbəti günlərdə işləri yaxşı alındığı təqdirdə gün ərzində 50 manat verə biləcəyini deyərək onunla razılaşmaqlarını xahiş etmişdir. Rövşən də onunla razılaşmış, lakin mobil telefonu və sənədlərinin sabaha qədər onda qalacağını bildirmişdir. O, məcbur qalıb Rövşənlə razılaşmışdır. Rövşən ona əlyazma ilə yazılmış kağız parçasını vermiş, həmin kağız parçasında özünün və yanında olan cavan oğlanın mobil nömrələri olduğunu və sabah 300 manat məbləğində pulu tapdıqdan sonra həmin mobil nömrələrlə onlarla əlaqə saxlamağını, yalnız 300 manat məbləğində pulu ona çatdıracağı təqdirdə mobil telefon və pul kisəsini ona qaytaracağını bildirmişdir. O da sabah 300 manat məbləğində pulu tapıb təqdim etdiyi kağız parçasındakı mobil nömrə ilə əlaqə saxlayıb Rövşənə çatdıracağını, növbəti günlərdə hər gün üçün 50 manat məbləğində pulu ona verəcəyinə söz vermişdir. Bundan sonra Rövşən və digər şəxs gəldikləri markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilə əyləşib oradan uzaqlaşmışlar. O da idarə etdiyi avtomobilə əyləşib həmin ərazidən uzaqlaşmışdır. Rövşənin təqdim etdiyi kağız parçasında ***-***-**-** və 055-561- 21-81 saylı mobil nömrələr qeyd edilmişdi. Həmin günü xəsarət aldığına, narahat vəziyyətdə olduğuna və üzərində mobil telefon olmadığına görə hadisə barədə polis orqanına məlumat verə bilməmişdir. Lakin bu gün əvvəllər tanıdığı bir nəfər şəxsdən xahiş edib adına olan mobil nömrəni onun mobil telefonuna taxmış və hadisə barədə DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hadisə nəticəsində sifət və burun nahiyələrindən xəsarətlər almışdır. Almış olduğu xəsarətlərlə bağlı hər hansı bir tibb müəssisəsinə müraciət etməmişdir. Mobil telefonunu təxminən 2 il bundan əvvəl kredit yolu ilə almışdır. Mobil telefonunun təxmini bazar qiyməti 400 manat təşkil etmişdir. Mobil telefonun üzərində digər aksessuar və ya avadanlıq olmamışdır. Qara rəngli pul kisəsinin təxmini bazar qiyməti isə 5 manat təşkil etmişdir. Rövşən və onun yanında olan tanımadığı şəxs Şahinə verməli olduğu puldan başqa ondan əlavə hər hansı bir pul məbləği və ya əmlak tələb etməmişdirlər. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bidirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2024-cü ilin avqust ayında dəqiq xatırlamadığı tarixdə ailə üzvləri ilə birlikdə yaşadığı Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən fərdi yaşayış evindən qızıl-zinət əşyalarının oğurlanmasını aşkar etmişlər. Həmin vaxt ailə üzvləri arasında sorğu-sual etdikdə 14 yaşlı oğlu Sadiq Həsənov qızıl-zinət əşyalarını qonşu kənddə yaşayan Nurlan adlı şəxsin təkidi ilə evdən götürməsini, daha sonra həmin qızıl-zinət əşyalarını Nurlanla birlikdə Lənkəran şəhərində qızıl-zinət əşyalarının alqı-satqısı mağazasına satmasını bildirmişdir. Nurlan adlı şəxs Kərgəlan kəndi ilə qonşuluqda yerləşən Lüvəsər kəndində yaşayır. Nurlan onunla həmyaşıd olmadığından onu qiyabi olaraq tanımışdır. Bir neçə il əvvəl də Nurlan yaşadıqları evin sanitar qovşağında kafel və metlax vurulması ilə bağlı təmir işləri görmüşdür. Həmin ərəfələrdə Nurlan yaşadığı evə tez-tez gəlib-getdiyindən oğlu Sadiqlə də arasında münasibət yaranmışdır. Oğlu Sadiqin ona danışdıqlarından sonra Nurlanla əlaqə saxlayıb görüşmək istədiyini bildirmişdir. Nurlan yaşadıqları evə gəldikdə ona oğlu Sadiqin danışdıqları barədə məlumat vermişdir. Nurlan ilk əvvəl bunu qəbul etməsə də sonradan onu oğlu Sadiqlə üzləşdirdikdə Nurlan hər şeyi etiraf etmişdir. Lakin Nurlan qızılzinət əşyalarını oğlu ilə birlikdə mağazaya satdıqlarına görə onları geri qaytarmağın mümkün olmadığını bildirmişdir. O da Nurlandan qızıl-zinət əşyalarının ümumi dəyərini təşkil edən 4.000 manat məbləğində pulu qaytarmasını tələb etmişdir. Nurlan da bu təklifi qəbul edib anasının xəstə olmasını, ailə vəziyyətinin və maddi durumunun ağır olmasını bildirərək az məbləğ olsa da gücü çatdığı qədər hissə-hissə olmaqla 4.000 manat məbləğində pulu qaytarmağa razılaşmışdır. O, Nurlana pulu qaytarmaq üçün hər hansı bir vaxt məhdudiyyəti qoymamışdır. Lakin razılaşdıqları 4.000 manat məbləğində pulu qaytarmaq üçün hissə-hissə olsa da mütəmadi olaraq ödəniş etməsini izah etmişdir. Nurlan da ailə üzvlərinin yanında onunla razılaşmış və 4.000 manat məbləğində pulu çalışıb müəyyən müddət ərzində qaytaracağına dair söz vermişdir. Sonrakı müddətdə bir neçə gün Nurlanla aralarında razılaşdıqları pulun qaytarılması ilə bağlı hər hansı bir danışıq olmamışdır. Nurlanın qızıl-zinət əşyalarını satdığı Lənkəran şəhərində yerləşən mağazanı müəyyən etmişdir. Mağazanı işlədən şəxsə hadisə barədə məlumat verdikdə o, Nurlanı tanımış və onun bir neçə gün əvvəl yanında olan azyaşlı uşaqla birlikdə mağazaya gəlib qızıl-zinət əşyaları satmasını təsdiqləmişdir. Mağazanı işlədən şəxsin dedikləri əsasında Nurlanın qızıl-zinət əşyalarını mağazaya real bazar qiymətindən təxminən 2-3 dəfə ucuza satmasını müəyyən etmişdir. Qızıl-zinət əşyaları sonradan əridilmə prosesinə məruz qaldığından onları bərpa etmək və geri qaytarmaq mümkün olmamışdır. Təxminən 10-15 gün sonra Nurlanla telefon əlaqəsi saxlayıb görüşmək istədiyini demişdir. Nurlanla kənd ərazisində xatırlamadığı yerdə ikilikdə görüşmüşlər. Nurlana keçən 10-15 gün ərzində qızıl-zinət əşyalarının pulundan ona hər hansı bir məbləğdə pul qaytarmadığına görə pulun qaytarılması ilə bağlı nə fikirləşdiyini soruşmuşdur. Nurlan da taksi fəaliyyəti ilə məşğul olmaq üçün avtomobil icarəyə götürdüyünü, artıq taksi fəaliyyəti ilə məşğul olduğunu, yaxın zamanda ona müəyyən məbləğdə pul verəcəyini bildirmişdir. O da etiraz etmədən Nurlanla razılaşmışdır. Bu söhbətdən təxminən 10 gün sonra yenidən Nurlanla kənd ərazisində təsadüfən görüşdükdə ondan pulla bağlı soruşmuşdur. Nurlan isə pulu qaytarmaq üçün yenə də ondan vaxt istəmişdir. Nurlana onu sonuncu dəfə gözlədiyini, bir neçə gündən sonra 4.000 manat məbləğində pulun müəyyən hissəsini çatdırmasını tələb etmişdir. Nurlan da onunla razılaşmışdır. Təxminən 1 həftədən sonra vəziyyəti öyrənmək üçün Nurlanla telefon əlaqəsi saxladıqda o, artıq zənglərinə cavab verməmişdir. Bundan sonra ailə üzvlərinin ortaq məsləhəti ilə evdən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polis orqanına şikayət etmək qərarına gəlmişdirlər. Hadisə barədə həyat yoldaşı Lənkəran RPŞ-nə ərizə ilə müraciət etmişdir. Polis orqanında aparılmış araşdırma zamanı da təxminən 1 ay müddətində Nurlanı gözləsələr də o, razılaşdıqları 4.000 manat məbləğində puldan hər hansı bir məbləğdə pul qaytarmamışdır. Buna görə də məsələni özü həll etmək üçün Nurlanla telefon əlaqəsi saxlayıb görüşə dəvət etsə də o, artıq onunla görüşməkdən yayınmağa başlamışdır. Nurlanın evdən oğlu Sadiq vasitəsilə götürdüyü qızıl-zinət əşyalarının bir qismi xalası Almaz Şahmarovaya məxsus olması barədə anası və həyat yoldaşı sonradan ona məlumat vermişlər. Bir neçə gün sonra xalası oğlu Rövşən onunla telefon əlaqəsi saxlayıb Nurlanın evdən götürdüyü qızıl-zinət əşyaları ilə bağlı maraqlanmışdır. O da Rövşənə Nurlanın qızıl-zinət əşyalarının ümumi dəyərini təşkil edən 4.000 manat məbləğində pulu qaytarması ilə bağlı aralarında danışıq olmasını, Nurlanın həmin məbləğdə pulu qaytarmağa razılaşmasını, lakin son 1 aydır ki, Nurlana zəng çatmaması barədə məlumat vermişdir. Rövşən ondan Nurlanın istifadəsində olan mobil nömrəni soruşmuş, o da Nurlanın istifadəsində olan mobil nömrəni Rövşənə vermişdir. Sonradan Rövşənin deməsindən onun özünün də Nurlanla qızıl-zinət əşyalarının pulunun qaytarılması ilə bağlı danışmasını, Nurlanın Rövşənə də pulu hissə-hissə olmaqla qaytaracağına dair söz verməsini öyrənmişdir. Təxminən 1 aydan sonra isə Nurlanın istifadəsində olan mobil nömrəyə yenə zəng çatmamışdır. Rövşənlə əlaqə saxladıqda o da Nurlanın istifadəsində olan mobil nömrəyə zəng çatmadığını bildirmişdir. Nurlanın harada olmasını maraqlandıqda kənd camaatından onun taksi fəaliyyəti ilə məşğul olmaq üçün Bakı şəhərinə getməsini öyrənmişdir. Nurlanın istifadəsində olan mobil telefona zəng çatmadığına və onun olduğu yeri müəyyən edə bilmədiyinə görə bir müddət bu məsələ ilə maraqlanmamışdır. 2025-ci ilin yanvar ayının sonlarında işi ilə bağlı içərisi yüklə dolu yük avtomobili ilə Rusiya Federasiyasına getmişdir. 08 fevral 2025-ci il tarixdə axşam saat 22- 23 radələrində idarə etdiyi yük avtomobili ilə Rusiya Federasiyasının Dərbənd şəhərindən Quba şəhəri istiqamətində hərəkət edərkən anidən istifadəsində olan mobil telefona Rövşəndən «Whatsapp» mesaj mübadilə sistemi vasitəsilə videogörüntü formatında zəng gəlmişdir. Zəngi açdıqda mobil telefonun ekranında Rövşəni görmüş və onunla salamlaşıb hal-əhval tutmuşdur. Rövşən mobil telefonun ekranını yan tərəfə çevirdikdə Nurlanı görmüşdür. Rövşən Nurlanı aldadıb Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində bir çay evinə müştəri olaraq çağırdığını və onunla çay evində kabinetdə əyləşdiklərini bildirmişdir. Mobil telefonun ekranında Nurlanın bədəninin yuxarı hissəsini və başı aşağı vəziyyətdə dayanmasını görmüşdür. Nurlanın sifət və üz nahiyəsində hər hansı bir gözlə görünən xəsarət və ya xəsarət izi yox imiş. Rövşən ondan Nurlana nə etmək lazım olduğunu soruşduqda Rövşənin xasiyyətini bildiyindən ondan Nurlana qarşı hər hansı bir fiziki zorakılıq tətbiq etməməsini xahiş etmişdir. Lakin yük avtomobili ilə hərəkətdə olduğundan internet şəbəkəsində zəiflik olduğuna görə telefon danışığında gözləmə baş vermişdir. Bir neçə dəfə cəhd edib yenidən əlaqə saxlamağa çalışsa da telefon əlaqəsi yarada bilməmişdir. Daha sonra isə idarə etdiyi yük avtomobili ilə hərəkətini davam etdirmişdir. Bundan sonra Rövşən və Nurlan arasında əyləşdikləri çay evində nə baş verməsindən məlumatı olmamışdır. Təxminən 2 gün sonra ailə üzvlərinin deməsindən Rövşənin yanında olan tanımadığı bir nəfər şəxslə birlikdə Nurlanı aldadıb çay evinə çağırmalarını, həmin çay evində əyləşdikləri kabinetdə Nurlanla yaşadığı evdən oğurlanmış qızıl-zinət əşyalarının razılaşdıqları dəyəri olan 4.000 manat məbləğində pulun qaytarılması ilə bağlı danışıqlar aparılmasını, Rövşən və yanında olan tanımadığı şəxsin Nurlandan həmin 4.000 manat məbləğində pulu dərhal qaytarmasını tələb etməsini, Nurlanın yenə də pulu qaytarmaq üçün vaxt istəməsinə görə onu döyərək mobil telefonunu və pul kisəsini almalarını, Nurlanın hadisə barədə polis orqanına məlumat verməsindən sonra Rövşən və yanında olan tanımadığı şəxsin polis əməkdaşlan tərəfindən saxlanılmasını öyrənmişdir. Həmin günü Rövşən və yanında olan tanımadığı şəxsin Nurlanı aldadıb onu görüşə dəvət etmələrindən ümumiyyətlə məlumatı olmamış, Rövşən bu barədə əvvəlcədən ona hər hansı bir məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, təxminən 6 il müddət olar ki, ünvan 4 ünvanda yerləşən «Şəbəkə» çay evini icarə əsasında işlədir. Çay evində ondan başqa 2 nəfər ofisiant və 1 nəfər aşbaz işləyir. O özü də günün əksər saatlarında çay evində olub obyektin fəaliyyətinə nəzarət edir. Obyekt hər gün səhər saat 11 radələrində açılır və gecə saat 00:00 radələrinə qədər fəaliyyət göstərir. 08 fevral 2025-ci il tarixdə axşam saat 20 radələrində obyektin içərisində oturub obyektin fəaliyyətinə nəzarət edirdi. Mətbəxin fəaliyyətinə nəzarət etmək üçün bir neçə dəqiqəlik mətbəxə keçmişdir. Mətbəxdə olduğu vaxt anidən çay evində ofisiant işləyən Fuad adlı işçi həyəcanlı halda mətbəxə gəlib kabinetlərin birində dava-dalaş olması barədə məlumat vermişdir. Dərhal Fuadın göstərdiyi kabinetə tərəf getmişdir. Kabinetin girişindəki tülü aralayıb kabinetə daxil olmuşdur. Həmin vaxt kabinetdə 3 nəfər şəxsin əyləşməsini görmüşdür. Onların hər üçü cavan oğlanlar olmuşlar. Onlardan yalnız biri obyektin daimi müştərisi olduğundan onu tanımış, lakin adını bilməmişdir. Digər iki nəfər şəxsi isə ilk dəfə görmüşdür. Həmin şəxslər yalnız 1 çaynik çay sifariş vermişlər. Kabinetdə olan masanın əyilməsindən və masanın üzərində olan səliqəsizlikdən kabinetin içərisində mübahisə olmasını anlamışdır. Buna görə də onlara obyektin içərisində bir daha mübahisə olmaması barədə xəbərdarlıq etmişdir. Onlardan biri də ona söz verərək bir daha hər haıısı bir mübahisə olmayacağını bildirmişdir. Bundan sonra kabinetdən çıxmışdır. Təxminən 10-15 dəqiqədən sonra onların üçü də kabinetdən çıxmışlar. Bir nəfər hesabı ödədikdən sonra isə çay evini tərk etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 08 fevral 2025-ci il tarixdə axşam saat 20 radələrində çay evinin içərisində müştərilərə xidmət göstərilməsi ilə məşğul olmuşdur. Həmin vaxt anidən kabinetlərin birindən səs-küy gəlməsini eşitmişdir. Lakin çay evinin icarədarı Heybət müəllim özü dərhal həmin kabinetə yaxınlaşdığından o, həmin kabinetdə nə baş verməsi ilə maraqlanmamışdır. Heybət müəllim həmin kabinetə yaxınlaşdıqdan sonra mübahisə sonlanmış və bir daha həmin kabinetlə bağlı hər hansı bir neqativ hal baş verməmişdir. Təxminən 10-15 dəqiqədən sonra isə həmin kabinetdən 3 nəfər cavan oğlan çıxmış və onlardan dəqiq xatırlamadığı biri hesabı ödəyərək çay evini tərk etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 fevral 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 1); zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 14); şübhəli şəxsin tutulması haqqında 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 00:20 radələrində Azərbaycan Respublikası CMnin 182.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 41-42); əşyanın təqdim edilməsi, baxış keçirilməsi və götürülməsi haqqında 10 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs və çay evinin qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildən götürüb ona verdiyi müvafiq olaraq 1 ədəd «Xiaomi Redmi» markalı mobil telefon aparatını və 1 ədəd qara rəngli pul kisəsini istintaqa təqdim etmiş, mobil telefon aparatı və pul kisəsinə baxış keçirilmiş, pul kisəsi açıldıqda içərisindən 1 ədəd 10 manatlıq kağız pul əskinası, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələri aşkar olunmuş, həmin əşya və sənədlər maddi sübut əhəmiyyəti kəsb etdiyinə görə istintaq orqanı tərəfindən götürülmüşdür (i.v. 56-63); şübhəli şəxsin tutulması haqqında 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 03:35 radələrində Azərbaycan Respublikası CMnin 182.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 73-74); ifadənin yerində yoxlanılması haqqında 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisənin təfərruatlarını yerində göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 87-88); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsindən həmin Məcəllənin 180.2.1 və 180.2.4-cü maddələrinə tövsif edilmişdir (i.v. 92); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 94-95); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 108-109); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-74/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (i.v. 137-140); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-73/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (i.v. 141-145); Zərərçəkmiş şəxs tərəfindən 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təqdim edilmiş **********336 saylı ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur (i.v. 152); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilərək cəza 05 il 07 ay 15 günə endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 il 03 ay 04 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (i.v. 168-169); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.4 və 264-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 05 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı “Əfv” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzası 09 il 06 aya endirilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarına əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir (i.v. 170-171); Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)-224/2015 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəlinin xx.xx.2014-cü il tarixdən hesablanması hökm edilmişdir (i.v. 174-181); Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(103)-523/2015 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkum Təqsirləndirilən şəxs2 barəsində olan 10 fevral 2015-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 11 (on bir) ildən 9 (doqquz) il 6 (altı) ay müddətinə endirilmiş, həmin Məcəllənin 56.3-cü maddəsinə əsasən, ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 05 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (i.v. 183-184); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X8 xx.xx.2025-ci il tarixli, 136 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun nahiyəsinin şişkinliyi halında əzilməsi, cüzi tənəffüs pozulması müəyyən edilmişdir. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Vət. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 206-207); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2025-ci il tarixli, 3-16-16/2-9/1632/2025 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2025-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1.1. ədəd üzərində “Armani” sözləri olan 11,5 x 9,5 ölçülü istifadədə olmuş pul kisəsi - 5,0 manat;
2. 01 ədəd “Xiaomi 12 Lite” markalı 256 GB yaddaşlı mobil telefon istifadədə olmuş, normal vəziyyətdə - 235,0 manat. Təqdim edilmiş 01 ədəd “Xiaomi 12 Lite” markalı 256 GB yaddaşlı mobil telefonun arxa korpusun aşağı hissəsi çatlamış vəziyyətdə satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır (i.v. 208-211); maddi sübut kimi tanımaq haqqında 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, 1 ədəd «Xiaomi 12 Lite» markalı mobil telefon aparatı, 1 ədəd 10 manatlıq kağız pul əskinası, Zərərçəkmiş şəxs məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsi, BD 426219 seriyalı sürücülük vəsiqəsi, üzərində «Armani» sözləri yazılmış, istifadədə olmuş, 11,5 x 9,5 ölçülü 1 ədəd qara rəngli pul kisəsi iş üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən olunmasına kömək etdiyindən maddi sübut kimi tanınmışdır (i.v. 213-214); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 19 aprel 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrindən həmin Məcəllənin 322.2-ci maddəsinə tövsif edilmiş və onlara yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CMnin 182.1, 221.1, 144, 145 və 326.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi, əşyanın təqdim edilməsi, baxış keçirilməsi və götürülməsi, ifadənin yerində yoxlanılması haqqında protokollar, maddi sübut kimi tanımaq haqqında qərar, məhkəmətibbi və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v. 231-253); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 322.2-ci maddəai ilə yenidən ittiham elan olunmuşdur (i.v. 267-269); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 322.2-ci maddəai ilə yenidən ittiham elan olunmuşdur (i.v. 281-283); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-234/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün olmaqla, ümumilikdə 03 ay 19 gün müddətinə, yəni 29 may 2025-ci il tarixədək uzadılmışdır (i.v. 336-341); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-235/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün olmaqla, yəni 29 may 2025-ci il tarixədək uzadılmışdır (i.v. 342-346); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-266/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti məhkəmə hazırlıq iclası keçirilənədək uzadılmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-266/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti məhkəmə hazırlıq iclası keçirilənədək uzadılmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2-162156 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının müddəti Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2545 nömrəli əfv sərəcamına əsasən, yəni xx.xx.2021-ci il tarixdən əsas cəza bitdikdən sonra hesablanmağa başlamış və əlavə cəzanın müddəti xx.xx.2026-cı il tarixdə bitəcəkdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinə əsasən özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 322.2-ci maddəsinə əsasən eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə—üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ona dəymiş ziyanı ödəməsini (CM-59.1.12-59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Belə ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29, 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətdiyindən və buna uyğun olaraq Azərbaycan Respublikası CMnin 92.0.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 92.0.3-cü maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmçinin məhkəmə qeyd edir ki, hazırki cinayət işi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü üzrə məhkumluq ödənilməsə idi belə, həmin məhkumluq Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən cinayətlərin residivinin müəyyən edilməsi zamanı nəzərə alına bilməzdi. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ona dəymiş ziyanı ödəməsini (CM-59.1.12-59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.4 və 264cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 05 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı “Əfv” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsinin yarıyadək azaldılmasına, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzasının 09 il 06 aya endirilməsinə, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarına əsasən xx.xx.2021-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasından azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi halda hazırki cinayət əməlini törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Lakin hazırki cinayət işi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü üzrə məhkumluğun ödənilməməsi Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən cinayətlərin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünün 03 mart 2015-ci il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-nin 322.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini 08 fevral 2025-ci il tarixdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 üzərində çəkilməmiş nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti 01 il 10 ay müəyyən edilməlidir. Belə ki, iş materillarından da müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 əvvəlki hökmü üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad olunmuş və 10 fevral 2025-ci il tarixdə yenidən tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2n təyin edilmiş 05 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüuqundan məhrum etmə cəzasının axımı, cəza çəkməkdən azad olunduğu 11 dekab 2021-ci il tarixdən başlanmış, tutulduğu 10 fevral 2025-ci il tarixdən isə dayanmış hesab olunmalıdır. Bundan əlavə məhkəmə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, zərərçəkmiş şəxslə barış əldə edilməsi və ona dəymiş ziyanın ödənilməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.), həmçinin CM-nin 60-cı maddəsinin müddəaları nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, zərərçəkmiş şəxslə barış əldə edilməsi və ona dəymiş ziyanın ödənilməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.), həmçinin CM-nin 60-cı maddəsinin müddəaları nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)-224/2015 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 10 (on) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına birləşdirilməli (CM-67.5), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), əsas cəzanın çəkilmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan 1 ədəd «Xiaomi 12 Lite» markalı mobil telefon aparatı, 1 ədəd 10 manatlıq kağız pul əskinası, Zərərçəkmiş şəxs məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsi, BD 426219 seriyalı sürücülük vəsiqəsi, üzərində «Armani» sözləri yazılmış, istifadədə olmuş 11,5 x 9,5 ölçülü 1 ədəd qara rəngli pul kisəsi hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs geri qaytarılmalı və ibtidai istintaq zamanı həmin əşyaların zərərçəkmiş şəxsə saxlanılması üçün təhvil verilməsi nəzərə alınmalıdır (CPM-132). İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti bölünməklə 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs1, 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 322.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 322.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 10 (on) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına birləşdirilsin və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Əsas cəzanın çəkilmə müddətinin əvvəli 10 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınan 1 ədəd «Xiaomi 12 Lite» markalı mobil telefon aparatı, 1 ədəd 10 manatlıq kağız pul əskinası, Zərərçəkmiş şəxs məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsi, BD 426219 seriyalı sürücülük vəsiqəsi, üzərində «Armani» sözləri yazılmış, istifadədə olmuş 11,5 x 9,5 ölçülü 1 ədəd qara rəngli pul kisəsi hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs geri qaytarılsın və ibtidai istintaq zamanı həmin əşyaların zərərçəkmiş şəxsə saxlanılması üçün təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti bölünməklə 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs1, 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Fuad Axundov