Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-267/2020 19.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, ali təhsilli, mühasib işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində şəxsiyyəti istintaqa məlum olmayan Emin və digər şəxlərlə bir qrup şəxs halında ictimai yerdə yəni, ünvan 2 saylı ünvanda yerləşən «Corona» adlı kafedə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs məxsus kafeni icarəyə verməməsi səbəbindən və buna görə onlara iradını bildirməsini cüzi səbəb kimi bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan onunla kafenin içərisində mübahisə edib həmin kafedə olan kənar şəxslərin gözləri qarşısında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol verməklə, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərindən üstün tutub gücünü nümayiş etməklə cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik göstərib sonuncunu təhqir edib ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol verməklə Zərərçəkmiş şəxs2 əlləri və ayaqları ilə qəsdən döyüb ona sağ bazu və sağ bud nahiyəsinin qançırları ilə müşaiət olunan sağlamlığına zərərvurmayan və dərəcələri təyin edilməyən bədən xəsarətlərini yetirmiş, eyni vaxtda Zərərçəkmiş şəxs1 əl və ayaq zərbələri ilə qəsdən döyməklə ona sol burun dəliyindən tənəffüsün pozulması ilə müşahidə edilən burunun şişkinliyi, qançırı və burun sümüyünün orta 1/3-nin yerdəyişməsiz sınığı, üst dodaqda sıyrıq, sol baldır nahiyəsində qançır, ümumilikdə sağlamlığın qısa müddətə (6 gündən çox, üç həftədən az) pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 bir neçə ildir ki, tanıyır, Elnarə ilə Bakı Metropoliteninin Elmlər Akademiyası metrostansiyası yaxınlığında yerləşən çay evini işlətmişlər. Həmin çay evinin icarə haqqı artırıldığı üçün oranı təhvil vermiş və şəhərdə işlətməyə çay evi axtarmağa başlamışlar. 2019-cu ili mart ayında Xətai rayonu ərazisində yerləşən Bakı Kinoteatrının yanında bir çay evi tapmış, həmin çay evinin sahibi Təqsirləndirilən şəxs ilə çay evini icarəyə götürmək barədə danışdıqda o, həmin çay evini hər ayı 1000 manata icarəyə onlara verə biləcəyini demişdir. Razılaşma əsasında o, 1000 manat pulu Eminə verdikdə sonuncu çay evini təmir etdirib yaxın vaxtlarda onlara təhvil verəcəyinə dair söz vermişdir. Bundan 1-2 ay keçsə də, Emin çay evini onlara vermədiyi üçün 1000 manat pulu ondan geri almışdır. Sonradan ona məlum olmuşdur ki, 2019-cu ilin iyul ayında Emin Elnarəni aldadıb inandırmaqla 10 gün ərzində çay evini onlara təhvil verəcəyi adı ilə aldadıb Bakı Kinoteatrının yanında 2000 manat pulu ondan xəbərsiz almışdır. Elnarə ona bu barədə bildirdikdə ona acığı tutmuşdur. O, Elnarə ilə birlikdə xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində Eminin Xətai rayonu Sarayevo küçəsi 19 saylı ünvanda yerləşən həmin çay evinə getmiş, çay evində Eminin özündən başqa dörd nəfər şəxs olmuşdur. Çay evinə keçib Eminə irad bildirməklə niyə onları aldatdığını, Elnarənin 2000 manat pulunu ələ keçirməsini, çay evini ona icarəyə vermədiyini, neçə ay onu aldatmasını bildirmiş, Emin onlara cavab verə bilməmişdir. Bu vaxt orada əyləşən Eminin tanışı olan makler Emin kimi tanıdığı şəxs məsələyə müdaxilə etməklə çayxananı özü kimə istəsə ona icarəyə verəcəyini demişdir. O, bir neçə dəfə onun sözlərinə məhəl qoymasa da həmin vaxt Emin bir taxta parçasını Elnarəyə doğru atmış, taxta Elnarənin sol qoluna dəyib ona xəsarət yetirmişdir. Bu vaxt makler Emin yerindən durub Elnarəni çölə doğru itələmiş, elə bu anda o, Eminə bu şəxslərin niyə onların söhbətinə müdaxilə etməsini soruşduqda, Təqsirləndirilən şəxs Elnarənin üstünə cumub ayaqlarına və əllərinə təpik zərbələri ilə vurmuş, o, bunu gördükdə Təqsirləndirilən şəxs irad bildirmiş, iradını bildirdikdə Eminin orada olan tanışları onun qolunu tutmuş və Təqsirləndirilən şəxs yumruq zərbələri ilə burnundan vurmuşdur. Eminin yanında olan digər şəxslər isə o, Eminə müqavimət göstərə bilməsin deyə onun qollarını tutub buraxmamışlar. Kafedən bayıra çıxmış, DİN-nin 102 xidmətinə zəng edib baş verənləri bildirmişdir. Az vaxtdan sonra hadisə yerinə post patrul xidmətinin əməkdaşları gəlmiş və onlara Xətai RPİ-nin 34-cü PŞ-nə getməyi təklif etmiş, sonra polis şöbəsinə gedib baş verənlərlə bağlı ərizə və izahat yazmışlar. Eminlə ədavəti və düşmənçiliyi yoxdur. Emin Elnarədən aldığı 2000 manatı qaytardığı halda ondan heç bir şikayəti və tələbi olmayacaqdır. Verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, Eminlə münasibəti yaxşı olmuş, Emin ondan aldığı pulu hadisədən əvvəl qaytarmış, Elnarədən pul aldığı üçün Eminin kafesinə getmiş, əziyyət çəkdiyindən kafeni icarəyə götürmək istəmiş, atası xəstə olduğu üçün Eminə verdiyi pulu geri istəmiş, kafedə Emin, makler Emin, taksi sürücüsü və ustalar olmuş, hadisə zamanı burnu sınmış, burnuna təqsirləndirilən şəxs yumruqla vurmuş, Elnarə Eminlə sözlə mübahisə etmiş, bundan sonra Emin Elnarənin üzərinə gəlmiş, Emin burnundan vurandan sonra burnundan qan axmış, Emin onları çıxardıqdan sonra qapını bağlamış, polis gəldikdən sonra Emin çıxmışdır. Məhkəmə iclasında zərər çəkmişşəxs Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 bir neçə ildir ki, tanıyır, onunla birgə Bakı Metropoliteninin Elmlər Akademiyası metrostansiyası yaxınlığında yerləşən çay evini işlətmişlər. Həmin çay evinin icarə haqqı artırıldığı üçün oranı təhvil vermiş və şəhərdə işlətməyə çay evi axtarmağa başlamışlar. 2019-cu ili mart ayında Xətai rayonu ərazisində yerləşən Bakı Kinoteatrının yanında bir çay evi tapmış, həmin çay evinin sahibi Təqsirləndirilən şəxs ilə çay evini icarəyə götürmək barədə danışılmış, Emin çay evini hər ay 1000 manata icarəyə verə biləcəyini demiş, razılaşma əsasında Təbriz Eminə 1000 manat beh vermiş, Emin çay evini təmir etdirib yaxın vaxtlarda onlara təhvil verəcəyinə söz vermişdir. Bundan 1-2 ay keçsə də, Emin çay evini onlara vermədiyi üçün Təbriz 1000 manat pulu ondan geri almışdır. 2019-cu ilin iyul ayında Emin müvəqqəti işlədiyi Bakı şəhəri Nizami rayonu 8-ci km bazarına gələrək obyektin təmir işlərinin başa çatdırılması üçün 2000 manat pul lazım olduğunu bildirmiş və onu inandıraraq pulu aldıqdan sonra 10 gün ərzində çay evini onlara təhvil verəcəyini bildirmişdir. Eminə inandığı üçün o, anasından 2000 manat pul alıb Təbrizdən xəbərsiz olaraq Bakı Kinoteatrının yanında Eminə vermişdir. Müddət tamam olandan sonra Emin telefon zənglərinə cavab verməməklə yanaşı, onun telefon nömrəsini özündə qara siyahıya atmışdır. Təbrizlə birgə xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində Eminin Xətai rayonu Sarayevo küçəsi 19 saylı ünvanda yerləşən həmin çay evinə getmiş, çay evində Eminin özündən başqa dörd nəfər şəxs olmuş, çay evinə keçib Eminə irad bildirməklə niyə onları aldatdığını, 2000 manat pulunu ələ keçirməsini, çay evini ona icarəyə vermədiyini, neçə ay onu aldatmasını bildirmiş, Emin onlara cavab verə bilməmişdir. Bu vaxt orada əyləşən Eminin tanışı olan makler Emin kimi tanıdığı şəxs məsələyə müdaxilə etməklə çayxananı özü kimə istəsə ona icarəyə verəcəyini demişdir. Emin onları söyüşlərlə təhqir edib orada olan bir taxta parçasını ilk olaraq ona doğru atmış, taxta onun sol qoluna dəymişdir. Bu vaxt makler Emin yerindən durub onu bayıra doğru itələmiş, elə bu anda o, Eminə bu şəxslərin niyə onların söhbətinə müdaxilə etməsini soruşduqda Təqsirləndirilən şəxs onun üstünə cumub ayaqlarına və əllərinə təpiklə vurub onu təhqir etmiş, Təbriz ona qarşı olanları görüb Təqsirləndirilən şəxs irad bildirdikdə Eminin tanışları Təbrizin qolunu tutmuş və Təqsirləndirilən şəxs yumruq zərbələri ilə Təbrizin burnundan vurmuşdur. Bayıra çıxarıldıqdan sonra DİN-nin 102 xidmətinə zəng edib baş verənlər barədə bildirmişlər. Az vaxtdan sonra hadisə yerinə post patrul xidmətinin əməkdaşları gəlib onlara Xətai RPİ-nin 34-cü PŞ-nə getmələrini təklif etmiş, polis şöbəsinə gedib baş verənlərlə bağlı ərizə və izahat yazmışlar. Emin ona məxsus 2000 manatı qaytardığı halda ondan şikayət və tələbi olmayacaqdır. Verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, obyektin icarə haqqını 900 manata razılaşmış, Emin pulu birinci Təbrizdən, sonra ondan almış, hər kəsə həmin kafeni işlədəcəklərini dediyindən həmin kafeni icarəyə götürmək istəmiş, Təbrizlə birlikdə kafeyə getmiş, kafeyə girərək birinci o, Eminə ağzına gələni demiş, Emin ona cavab qaytarmış və üzərinə taxta atmış, həmin taxta qoluna dəymiş, şüşəni Təbriz sındırmış, pəncərənin sındırılması davadan sonra olmuş, hadisə 10-15 dəqiqə çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, təmir-tikinti ustası işləyir, Təqsirləndirilən şəxs təxminən 15 il olar ki, tanıyır. xx.xx.2019-cu il tarixdə Emin ona özünə məxsus Xətai rayonu Sarayevo küçəsi 19 saylı ünvanda yerləşən obyektində təmir-tikinti işlərinin aparılmasının lazım olduğunu bildirmiş, o da razı olmuş və xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 11 radələrində tanışı Rüstəm və kafenin sahibi Eminlə birilkdə Eminə məxsus obyekdə təmir-tikinti işləri aparmağa başlamışlar. Axşam saat təxminən 9-10 radələrində işdə olan zaman kafeyə əvvəllər tanımadığı, ilk dəfə gördüyü, adlarını bilmədiyi iki nəfər, bir cavan oğlan və bir qız daxil olmuş, sonradan bilmişdir ki, həmin oğlanın adı Təbriz, qızın adı isə Elnarədir. Elnarə kafeyə girərək səs-küy salmış, ondan başqa heç kəsin kafeni icarəyə götürə bilməyəcəyini demiş, Emin mübahisə yaranmasın deyə ona cavab qaytarmamış və işini görməyə davam etmiş, Eminin cavab verməməsindən qadın və oğlan əsəbləşmiş, hər ikisi Emini küçə söyüşləri ilə təhqir etmiş, Eminin üzərinə gəlmiş, bundan sonra Emin əsəbləşərək onları bir təhər kafedən çıxarmış, qapını bağlamaq istəyərkən Elnarə obyektin qapısının şüşəsini ayağı ilə vurub sındırmış, qapının şüşəsi Eminin barmağanı kəsmiş və Eminin barmağından qan axmağa başlamışdır. Sonra Emin kafenin arxa qapısını açmış və onlar kafedən çıxıb getmişlər. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, ilk olaraq X9 küçə söyüşləri ilə təhqir etmiş, Emin mübahisə olmasın deyə cavab qaytarmamış, işini görməyə davam etmiş, Təbrizlə Elnarə sakitləşməmiş, Eminin üzərinə gəlmiş, Emin onları birtəhər bayıra çıxarmış, Eminin zərərçəkmiş şəxsləri vurduğunu, zərərçəkmiş şəxslərin üzərində xəsarət olmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 digər Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, mebel ustası işləyir, iş olmadıqda taksi sürücüsü kimi də işləyir və idarə etdiyi avtomobil «Opel Astra» markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlıdır. Təqsirləndirilən şəxs təxminən 2-3 il olar ki, tanıyır. xx.xx.2019-cu il tarixdə Emin ona, özünə məxsus olan Xətai rayonu Sarayevo küçəsi 19 saylı ünvanda yerləşən obyektində təmir-tikinti işlərini apardığını, həmin kafeyə mebel gətirib quraşdırmağın lazım olduğunu bildirmiş, o da Eminlə razılaşmış və xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 19 radələrində idarə etdiyi avtomobillə kafeyə gəlmişdir. Həmin vaxt kafeyə mebelləri gətirmiş, kafeyə gəlib Eminə, mebelləri gətirdiyini, gəlib həmin mebelləri boşaltmalarını demək istəmiş, həmin vaxt kafenin içərisində Hikmət və Rüstəm adlı ustaların Eminlə birlikdə kafedə təmir işləri apardığını görmüşdür. O, kafeyə daxil olan zaman kafenin içərisində əvvəllər tanımadığı, ilk dəfə gördüyü, adlarını bilmədiyi iki nəfər, bir nəfər cavan oğlan və bir nəfər cavan qızın kafedə olduğunu görmüş, sonradan həmin cavan oğlanın adının Təbriz, qızın adının isə Elnarə olduğunu bilmişdir. Elnarə Eminə, həmin kafeni icarəyə ona verməli olduğunu, başqa adama icarəyə verə bilməyəcəyini və kafeni onlar işlətməlidir sözlərini demiş, Emin ona cavab qaytarmamış və işini görməyə davam etmişdir. Elnarəyə “obyekti icarəyə mən götürürəm, nə edə bilərsən” sözlərini demiş, Elnarə isə cavabında ona, “onun işi yoxdur, onun işi Emin cındırladır” sözlərini demişdir. Eminin cavab verməməsindən qadın və oğlan əsəbləşmiş, hər ikisi Emini küçə söyüşləri ilə təhqir etmiş, Eminin üzərinə gəlmiş, Emin onları kafedən bayıra çıxartmaq istəyən zaman Elnarə adlı qadın obyektin qapısının şüşəsini ayağı ilə vurub sındırmış, qapının şüşəsi Eminin barmağanı kəsmiş və Eminin barmağından qan axmağa başlamışdır. Emin kafenin arxa qapısını açmış, onlar kafedən çıxıb getmişlər. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, mübahisəni Təbrizlə Elnarə başlamış, Eminə küçə söyüşləri söymüş, Emin onlara cavab qaytarmamış, işini görməyə davam etmiş, Təbrizlə Elnarə daha da əsəbləşmiş, Eminin üzərinə gəlmiş, Emin onları birtəhər bayıra çıxarmış, Eminin zərərçəkmiş şəxsləri vurduğunu, zərərçəkmiş şəxslərin üzərində xəsarət olmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Məzahir oğlu ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs1 Çingiz oğlunu təxminən dörd il olar ki, tanıyır və onunla dostluq münasibətləri vardır. Ona məlum olmuşdur ki, Təbriz icarəyə götürmək üçün 2019cu ilin yaz aylarında Xətai rayonu ərazisində yerləşən Bakı Kinoteatrının yanında çay evi tapmış, sahibi Emin adlı şəxslə həmin çay evini 1000 manata icarəyə götürmək barədə razılaşmışlar. Hətta o, özü də bir dəfə Təbrizlə birgə Eminlə görüşüb söhbət etmişlər. xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində Elnarə telefonla ona zəng edərək Təbrizi, Eminin çay evində bir neçə nəfər şəxsin döymələrini bildirmiş o, tez onların yanına gəlmiş, oraya çatanda həmin çay evinin qabağında Elnarə ilə Təbrizin dayanmasını görmüş, Təbrizin burnundan qan axmış, bunun səbəbini soruşduqda Təbriz Eminin yumruqla burnuna vurması nəticəsində burnunun qanamasını demişdir. O, ora çatan ərəfədə polis əməkdaşları da həmin ünvana gəlmişlər. Təbriz və Elnarə orada bildirmişlər ki, çay evini onlara icarəyə vermək adı ilə aldadan Emin və onun yanında olmuş dostları onları döyüb bədən xəsarətləri yetirmişlər. Sonra polis əməkdaşlarının göstərişi ilə Elnarə ilə Təbriz Xətai RPİ-nin 34-cü PŞ-nə getməklə başlarına gələnlər barədə ərizə və izahat yazmışlar. O, hadisə yerinə gələndə artıq dava başa çatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirmişdir ki, 2005-ci ilin mart ayından Azərbaycan Respublikası DİO-da, 2014-cü ilin noyabr ayından isə DİN-nin X11 Alayının 3-cü Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir. ünvan 2 saylı ünvanda yerləşən «Corona» adlı kafe xidmət etdiyi ərazidə yerləşir. xx xxxxxx 2019cu il tarixdə təxminən saat 22:20 radələrində postdakı yoldaşı Şahid6 Fizuli oğlu ilə inzibati ərazidə avtopatrul avtomobili ilə xidmət aparan zaman, Xətai rayonu Sarayevo küçəsi 19 saylı ünvanında yerləşən «Corona» adlı kafedə dava-dalaşın olması barədə məlumat daxil olmuş, dərhal həmin yerə yaxınlaşıb özlərini təqdim etdikdən sonra məlum olmuşdur ki, həmin kafedə bir neçə şəxs mübahisə etməklə dalaşmışlar. Həmkarı Farizlə hadisə yerinə yaxınlaşan zaman onlara bir nəfər qadın yaxınlaşıb kafedə onu bir neçə nəfərin döydüyünü demiş, dərhal Xətai RPİ-nin 34-cü PŞ-nin növbətçi hissəsinə zəng edib bu barədə məlumat vermiş, bir qədər sonra Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları hadisə yerinə gəlmiş, o, həmkarı ilə birlikdə xidməti əraziyə qayıtmışlar. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, zərərçəkmiş şəxslərin üzərində xəsarət olmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 digər Şahid5 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayının sonlarında ünvan 2 saylı ünvanda yerləşən obyektdə təmir işləri gördüyü zamanı Təbriz adlı şəxs obyektə gəlib icarəyə yer axtardığını bildirmişdir. Təxminən 2-3 ay sonra Təbriz makler vasitəsi ilə Xətai rayonu M.Rüstəmov küçəsindəki bir obyektə baxmış, bəyənməmiş, sonra yenə də onların obyektinə gəlmişdir. Həmin ərəfələrdə Təbriz obyektini icarəyə istəməklə ona 1000 manat beh vermiş, o, Təbrizə təmir işləri başa çatdıqdan sonra ona xəbər edəcəyini bildirmişdir. Lakin, təmir işləri uzandığı üçün Təbrizə pulunu geri götürməsini bildirmiş, lakin Təbriz ona gözləyəcəyini demişdir. Bundan bir müddət sonra Təbriz ona zəng edərək pulunu geri tələb etmiş, o, Təbrizlə görüşməklə pulunu geri qaytarmışdır. xx xxxxxx 2019-cu il tarixdə axşam saat 22 radələrində Təbriz Elnarə ilə onun obyektinə gəlmiş, həmin vaxt obyekti təmirə bağlı olmuş, obyektdə ustalar Hikmət, Rüstəm, taksi sürücüsü Səbuhi və tanışı makler Emin olmuşdur. Təbirzlə Elnarə obyektə girmiş, Elnarə obyektdə hay-küy salmaqla obyekti onların icarəyə götürəcəyini, onlardan başqa obyekti heç kimin götürə bilməyəcəyini demiş, Elnarə və Təbriz orada olan ustaların yanında onu söyüb-təhqir etmiş, Təbriz ona “kişi deyilsən, söz verib əməl etmirsən” sözlərini demiş, Elnarə isə ona küçə söyüşü söymüşdür. Elnarə “kafeni dağıdaram, tökərəm” deyə sözlər demiş, obyektə tikinti materialları gətirən taksi sürücüsü Səbuhi Elnarəyə, “obyekti icarəyə mən götürürəm, nə edə bilərsən” sözlərini demiş, Elnarə isə cavabında ona, “onun işi yoxdur, onun işi Emin cındırladır” sözlərini demişdir. Əvvəl mübahisə yaranmaması üçün Elnarə və Təbrizə cavab verməmiş, onlar susmaq əvəzinə təhqirlərinə davam etmişlər. Hirslənib Təbrizi və Elnarəni itələyib kafedən bayıra çıxartmış, obyektdə olan digər şəxslər onların arasında olan mübahisəyə heç bir formada qoşulmamışlar. Təbrizi və Elnarəni bayıra çıxartdıqdan sonra obyektin qapısını içəridən bağlamış, bu vaxt Elnarə bayırdan qapının şüşəsinə təpik zərbələri ilə vurmaqla qəsdən şüşəni sındırmış və onun əli qapının üstündə olduğundan barmağı kəsilmişdir. Bayırda Təbriz və Elnarə yenidən səs-küy yaratmağa başlamış, Təbriz onu bayıra doğru çağırmaqla onunla söhbət etmək istədiyni demiş, o isə DİN-nin 102 xidmətinə zəng edib baş verənlərlə bağlı məlumat vermiş, həmçinin ərazidə xidmət aparan X12 əməkdaşlarından tanışı olan Raminə obyektə gəlmələrini bildirmişdir. Təxminən 2-3 dəqiqə sonra ÇPA-nın polis nəfərlərindən ilk olaraq Məhərrəm adlı polis əməkdaşı yanında başqa bir polis əməkdaşı ilə obyektə gəlmiş, elə bu vaxt başqa Post Patrul Xidməti əməkdaşları da obyektə gəlmişlər. PPX-nin əməkdaşları Təbrizlə Elnarəni sakitləşdirib Xətai RPİ-nin 34-cü PŞ-nə aparmış, onu isə barmağı kəsildiyi üçün obyektlə üzbəüz olan «Diaqnoz» Tibb Mərkəzinə göndərmişlər. Ertəsi gün Xətai RPİ-nin 34-cü PŞnə gedib Elnarənin obyektin şüşəsini sındırması ilə bağlı ərizə yazıb vermiş və orada ona Təbrizlə Elnarənin özlərinin ondan şikayət etdiyi məlum olmuşdur. Təbrizi və Elnarəni söyməmiş, əksinə onlar kafedə səs-küy salmış, onu küçə söyüşləri ilə təhqir etmişlər. Təbrizi və Elnarəni vurmamış, sadəcə onları itələyib kafedən bayıra çıxarmışdır. Məhkəmədən ədalətli ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Verilən suallara cavab olaraq təqsirləndirlən şəxs bildirmişdir ki, Elnarədən obyekti ona icarəyə vermək adı ilə hər hansı pul almamış, Təbrizlə münasibəti əvvəllər normal olmuş, hadisə olan vaxt kafe təmirə bağlı olmuş, kafedə ustalar Hikmət, Rüstəm, taksi sürücüsü Səbuhi və tanışı makler Emin olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, fakta görə CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işinin ibtidai istintaqı aparılması üçün RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 01); Xətai RPİ-nin 34-cü PB-nin xx xxxxxx 2019-cu il tarixli raportundan görünür ki, Zərərçəkmiş şəxs1 DİN-nin 102 xidmətinə zəng edərək Emin adlı şəxs tərəfindən döyülməsi və xəsarət alması barədə məlumat vermişdir (i.v. 4); Xətai RPİ-nin 34-cü PB-nin xx xxxxxx 2019-cu il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs DİN-nin 102 xidmətinə zəng edərək naməlum qadının onun işlətdiyi kafeyə gəlib münaqişə edərək kafeni özü işlədəcəyini deyərək qəsdən şüşələri təpiklə vurub sındırması, sonuncunun onu təhqir etməsi, şüşənin sınması nəticəsində barmağından xəsarət alması barədə məlumat vermişdir (i.v. 5); Zərərçəkmiş şəxs1 Xətai RPİ-nin 34-cü PB-nə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli ərizəsindən görünür ki, o, Emin adlı şəxs tərəfindən döyüldüyünü, Eminə 4 nəfər şəxsin kömək etdiyini bildirmişdir (i.v. 6); Zərərçəkmiş şəxs1 Xətai RPİ-nin 34-cü PB-nə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli izahatından görünür ki, o, şəriki Elnarə ilə xx xxxxxx 2019-cu il tarixdə saat 22-00 radələrində Xətai rayonu 38 C ünvanında yerləşən kafeyə gəlmiş, bu zaman aralarında mübahisə olmuş, Emin və onun dostları onların üzərinə hücm çəkmiş, Emin onun sifətindən yumruqla vurmuş, əlavə Elnarəni də vurmuşlar (i.v. 7); Zərərçəkmiş şəxs2 Xətai RPİ-nin 34-cü PB-nə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli izahatından görünür ki, o, Təbrizlə xx xxxxxx 2019-cu il tarixdə Xətai rayonu Sarayev küçəsi 19 ünvanında yerləşən kafeyə gəlmiş, orada Emin və onun dostlarını görmüş, Emindən pulu tələb edəndə aralarında mübahisə yaranmış, Emin və dostu Emin Təbrizi və onu döymüşlər (i.v. 8); hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir (i.v. 13-15); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli, 723 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 sağ bazu və sağ bud nahiyəsinin qançırları müəyyən edilmiş, xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx xxxxxx 2019-cu il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməmişdir. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər lokalizasiyasına və xarakterinə görə qərarda və şəxsin göstərdiyi şəraitdə başqa şəxs (lər) tərəfindən yetirilməsinə xarakterikdir (i.v. 16-18); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli, 725 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 sol burun dəliyindən tənəffüsün pozulması ilə müşahidə edilən burunun şişkinliyi, qançırı və burun sümüyünün orta 1/3-nin yerdəyişməsiz sınığı, üst dodaqda sıyrıq, sol baldır nahiyəsində qançır, göstərilən xəsarətlər bərk küt əşyanın qüvvətli təsirindən törənmişdir, qərarda göstərilən tarixə xx xxxxxx 2019-cu il və şəraitə uyğundur. Kənar şəxs (şəxslər) tərəfindən yetirilməsi inkar olunmur. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərdən sıyrıq və qançır sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilməmiş, burun sümüyünün yerdəyişməsiz sınığı, sol burun dəliyindən tənəffüsün pozulması, burunun şişkinliyi və qançırı isə ümumilikdə sağlamlığın qısa müddətə (6 gündən çox, üç həftədən az) pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (i.v. 19-21); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (i.v. 62); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 69-70); qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v. 91-92); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə CM-nin 128, 331.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə şərti maliyyə vahidinin 300 mislində cərimə edilmişdir (i.v. 97-98); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınmışdır (i.v. 118); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs qismində tanınmışdır (i.v. 124); 94 saylı Mənzil Kommunal İstismar Sahəsinin xasiyyətnaməsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır, o, yaxşı ata, yaxşı qonşu və insani keyfiyyətlərinə görə həmişə qonşular arasında özünə hörmət qazandırmış, qonşular arasında özünə məxsus xüsusiyyətləri ilə seçilmiş, onun barəsində 94 saylı MKİS-nə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamış, bir sözlə müsbət xarakterizə olan bir vətəndaşdır (i.v. 133); xx xxx 2020-ci il tarixli üzləşdirmə dindirmə haqqında protokoldan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti yerinə yetirilmiş, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini eynilə təsdiq etmişdir (i.v. 141-142); xx xxx 2020-ci il tarixli üzləşdirmə dindirmə haqqında protokoldan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti yerinə yetirilmiş, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini eynilə təsdiq etmişdir (i.v. 143-144); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsinin xx xxx 2020-ci il tarixli, 547 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarət - cərrahi işlənmə aparılmış sol əlin V barmağın kəsilmiş yarası kəsici kənarlı əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx xxxxxx 2019-cu il tarixdə və şəraitdə, yəni qapının pəncərəsinin şüşəsinin sındırılması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (i.v. 150-151); sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 221.2.1-ci maddəsi ilə yeni məzmunlu ittiham elan edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, şahidlər Şahid1, Şahid4, Şahid3 Məzahir oğlu və Şahid2 ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA» ETT Birliyinin Xətai rayon şöbəsinin verdiyi xx xxxxxx 2019-cu il tarixli, 723 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA» ETT Birliyinin Xətai rayon şöbəsinin verdiyi xx xxxxxx 2019-cu il tarixli, 725 nömrəli rəyi və digər sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs əməlində etibardan sui-istifadə etməklə dələduzluq cinayətinin əlamətləri müəyyən edilmədiyindən həmin hissədə barəsində CM-nin 178-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs iş üzrə dindirmə zamanı ifadələrində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə aralarında dava olmasını təsdiq etsə də bir qrup şəxs halında ictimai qaydanı pozub qəsdən onları döyməklə yüngül və dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmədiyini bildirməsi də toplanmış sübutların məcmusu ilə təkzib olunduğundan törətdiyi cinayət məsuliyyətindən yaxa qurtarmaq, özünü müdafiə kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs1 yüngül dərəcəli, Zərərçəkmiş şəxs2 isə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, yeri istintaqa məlum olmayan Emin adlı və digər şəxslərin müəyyən edilməsi məqsədi ilə ********* saylı cinayət işi materiallarından fakta görə CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və istintaq aparılması üçün icraata qəbul edilmiş, ********* nömrəli cinayət işində olan bütün sənədlərin kserosurətləri ayrılmış ********* nömrəli cinayət işinə əlavə olunmuş və ayrılmış sənədlərin siyahısı hər iki cinayət işinə əlavə edilmiş, ayrılmış ********* nömrəli cinayət işində hadisə vaxtı Təqsirləndirilən şəxs məxsus “Corona” adlı kafenin giriş qapısının pəncərəsinin şüşəsinin Zərərçəkmiş şəxs2 tərəfindən qəsdən sındırılması nəticəsində Təqsirləndirilən şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirilməsi faktı üzrə əlavə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilmişdir (i.v. 160-168); cinayət təqibi üzrə ayrıca cinayət işinin ayrılması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, icraatda CM-nin 221.2.1-ci maddəsi ilə istintaqı aparılan ********** nömrəli cinayət işindən şəxsə görə CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və cinayət işi icraata qəbul edilmiş, ********* nömrəli cinayət işində olan bütün sənədlərin surətləri ayrılmış ********* nömrəli cinayət işinə əlavə olunmuş və sənədlərin siyahısı hər iki cinayət işinə əlavə edilmişdir (i.v. 170-177); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək qərar ona elan edilmişdir (i.v. 182-183); qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v. 198-199); nikah haqqında və doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Həsənova (Şıxbalayeva) Könül Telman qızı ilə nikaha daxil olmuş və həmin nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü Şıxbalayeva Şölə Emin qızı və xx.xx.2019-cu il təvəllüdlü X1 adlı övladları olmuşdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai araşdırma, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm təhqiqat materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ilə birlikdə ünvan 3 C ünvanında yerləşən “Corona” adlı kafeyə gəlmiş, kafedə Təqsirləndirilən şəxs, ustalar Şahid1, Şahid4, taksi sürücüsü Şahid2 və Təqsirləndirilən şəxs tanışı Emin adlı şəxs olmuş, həmin vaxt kafe işləməmiş və təmirə bağlı olmuş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kafedə səs-küy salmaqla kafenin başqa şəxslərə icarəyə verilməyəcəyini demiş, sonuncular Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətmiş, Təqsirləndirilən şəxs mübahisə yaranmasın deyə onlara cavab verməmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sakitləşməmiş, bundan sonra tərəflər arasında mübahisə baş vermiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kafedən çıxarmış, mübahisənin nəticəsində Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri, Zərərçəkmiş şəxs2 dərəcəsi təyin edilməyən bədən xəsarətləri, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almışlar. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, təqsirləndirilən şəxsin hərəkətləri zərərçəkmiş şəxslərə cavab verməməklə baş vermiş hadisənin daha da böyüməsinin qarşısı almaq kimi təzahür etmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sakitləşməmiş, tərəflər aralarında mübahisə yaranmış, bu zaman ilk əvvəl Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs üzərinə getmiş, mübahisə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təşəbbüsü ilə başlamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Belə olan halda əvvəllər də bir-birini tanımış şəxslər arasında mövcud olan münasibətlərin pozulması nəticəsində baş verməsi hadisənin təşəbbüskarının kimliyi hadisəyə hüquqi qiymətin verilməsi və əməlin tövsifi üçün əhəmiyyət kəsb etməsə də, bilavasitə mübahisənin ilk olaraq zərər çəkmiş şəxslərin təşəbbüsü ilə başlaması və bunun nəticəsində təqsirləndirilən şəxsin özünün də xəsarət alması cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətinin təsiri altında törədildiyinə dəlalət edir. Bu baxımdan məhkəmə hesab edir, Təqsirləndirilən şəxs hərəkətləri, hətta onun gedişində Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri, Zərərçəkmiş şəxs2 dərəcəsi təyin edilməyən bədən xəsarətlər yetirilsə belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 istiqamətlənən və onların davam etməkdə olan davranış kimi qiymətləndirdiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. İş üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən tarixdə, saatda və yerdə hadisənin birbaşa görən şəxs kimi Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahidlər Şahid1, Şahid4, Şahid2dir. Müdafiə hüquqununun təməl insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 221.2.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, hətta belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin, şahidlər Şahid1, Şahid4, Şahid2 bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər dindirilmişdir. Şahidlər Şahid1, Şahid4, Şahid2 ilk olaraq X7 küçə söyüşləri ilə təhqir etməsini, Eminin mübahisə olmasın deyə cavab qaytarmamasını, işini görməyə davam etməsini, Təbrizlə Elnarənin sakitləşməməsini, Eminin üzərinə getməsini, bundan sonra Eminin onları birtəhər itələyərək bayıra çıxardığını bildirmişlər. Göründüyü kimi, hadisənin zərərçəkmiş şəxslərin təşəbbüsü ilə başlaması barədə Təqsirləndirilən şəxs ifadəsi şahidlər Şahid1, Şahid4, Şahid2 ifadələri ilə üst-üstə düşür və qeyd edilən şahidlərin ifadələri ilə zərər çəkmiş şəxslərin ifadələri istisna olunur. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslərin həmin ifadəsinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar bunlardır ki, həmin ifadəni verən şəxsin kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olub-olmaması aydınlaşdırılmalıdır. Zərərçəkmiş şəxslərin DİN-nin 102 xidmətinə məlumatdan, Xətai RPİ-nin 34-cü PBnə ünvanlanmış ərizə və izahatlardan görünür ki, həmin məlumatda, ərizə və izahatlarda zərərçəkmiş şəxslər ancaq döyülmələri barədə bildirməklə, onların Təqsirləndirilən şəxs tərəfindən söyülməsi barədə hər hansı xüsusat bildirməmişlər. Göründüyü kimi, zərərçəkmiş şəxslərin ilkin izahatları, istintaq zamanı və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri fərqli olmaqla ziddiyətlidir. İfadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərən daha yüksək olan bir sübut növüdür. Zərərçəkmişin bəzən özlərinin leyhinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimalları daha ağırlıqlıdır. Belə ki, zərərçəkmiş təqsirləndirilənlə prosesdə qarşı tərəf olması, aralarında mənafelər toqquşması olması tərəfsiz olması ehtimalını azaldır. Bu zaman zərərçəkmiş şəxsin intiqam hissi ilə hərəkət edə biləcəyi, həqiqətdə törədilməmiş əməli mənfəət təmini kimi səbəblərlə doğru olmayan ifadə verə biləcəyini göz önünə alaraq ifadəsi dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs xuliqanlıq cinayəti törətməsi barədə ifadələri artıq mövcud olan digər sübutlarla bağdaşmayana qədər həqiqətdən uzaq qəbul edilməlidir. Keçərliliyi mübahisələndirilən və ya təsdiq edilməmiş ifadələr varsa, ortada qaranlıq bir nöqtə olduğu söylənilə bilir. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən yararlanır qaydasına əsasən dəyərləndirilməsi aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilənin bir cinayətdən cəzalandırılmasının təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsidir. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq məhrumetmə hökmü qurula bilməz. Cəza məhkumiyyəti araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edilərək çatılan ehtimali qənatə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Yüksək də olsa ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə dayalı olan hökm vermək anlamına gələr. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Həmin qərarda qeyd edilir ki, “xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmiş, həmin şəxslər əvvəllər bir-birini tanımışdır. Həmçinin, istintaq orqanı Təqsirləndirilən şəxs əməlini xuliqanlıq kimi qiymətləndirərkən hadisənin ictimai yerdə, yəni kafedə baş verməsini göstərmişdir. Məhkəmə qeyd edir ki, hadisənin, ictimai yerdə, yəni kafedə baş verməsi hələ həmin əməlin xuliqanlıq kimi qiymətləndirilməsi üçün yetərli deyildir. Bunun üçün ictimai qaydanın kobud sürətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi kimi əlamətlərin mövcudluğu mütləqdir. Hazırkı iş üzrə, birincisi kafe həmin vaxt işləməmiş və təmirə bağlı olmuş, ikincisi hadisə zərərçəkmiş şəxslərin təşəbbüsü ilə başlamış, üçüncüsü məhkəmə iclasında tədqiq edilən sübutlarla Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanın kobud sürətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair xərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirməməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, şahidlər Şahid1, Şahid4, Şahid2 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirməsini görməməsi, həmi xəsarərtin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsini istisna etmir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 əli ilə itələyərək bayıra çıxardığını bildirmiş, ekspert rəyində Zərərçəkmiş şəxs1 xəsarətlərinin kənar şəxs tərəfindən yetirilməsi inkar edilməmişdir. Həm Zərərçəkmiş şəxs2, həm də Zərərçəkmiş şəxs1 sonuncudakı xəsarətin Təqsirləndirilən şəxs yumruqla burnuna vurması nəticəsində yaranmasını bildirmişlər. Bundan əlavə, Şahid3 də hadisə yerinə gələrkən Zərərçəkmiş şəxs1 burnundan qan axmasını, bunun səbəbini soruşduqda Təqsirləndirilən şəxs yumruqla burnuna vurması nəticəsində yaranmasını göstərmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221.2.1-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Bundan başqa, hadisənin gedişatında Təqsirləndirilən şəxs özünün yüngül dərəcəli xəsarət alması ilə bağlı təqsirləndirilən şəxsin həm ibtidai araşdırma, həm də məhkəmə araşdırması gedişatında verilmiş ifadələrlə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xəsarət alması ilə bağlı digər cinayət işi ayrıldığından, xüsusən də, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxıldığından Təqsirləndirilən şəxs xəsarət alması ilə bağlı xüsusata hazırkı cinayət işinə mahiyyəti üzrə məhkəmə tərəfindən baxılarkən qiymət verilməsi qeyri-mümkündür. Bundan əlavə, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221.2.1-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, yəni Təqsirləndirilən şəxs əməli xuliqanlıq kimi qiymətləndirilmədiyindən, Zərərçəkmiş şəxs2 xəsarətləri sağlamlığa zərərvurmayan xəsarətlər olmaqla cinayət tərkibi yaranmadığından, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Zərərçəkmiş şəxs2 münasibətdə “Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs məxsus kafeni icarəyə verməməsi səbəbindən və buna görə onlara iradını bildirməsini cüzi səbəb kimi bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan onunla kafenin içərisində mübahisə edib həmin kafedə olan kənar şəxslərin gözləri qarşısında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol verməklə, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərindən üstün tutub gücünü nümayiş etməklə cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik göstərib sonuncunu təhqir edib ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol verməklə Zərərçəkmiş şəxs2 əlləri və ayaqları ilə qəsdən döyüb ona sağ bazu və sağ bud nahiyəsinin qançırları ilə müşaiət olunan sağlamlığına zərərvurmayan və dərəcələri təyin edilməyən bədən xəsarətlərini yetirməsi” qeydi çıxarılmalı, həmin hissədə Təqsirləndirilən şəxs inzibati məsuliyyət məsələsini həll etmək məqsədi ilə hökm qanuni qüvvəyə mindikdən sonra materiallar ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurorluğa göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışmadığından onun cinayət məsuliyyətindən azad edilə bilməz. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Məhkəmə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Zərərçəkmiş şəxs2 münasibətdə “Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs məxsus kafeni icarəyə verməməsi səbəbindən və buna görə onlara iradını bildirməsini cüzi səbəb kimi bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan onunla kafenin içərisində mübahisə edib həmin kafedə olan kənar şəxslərin gözləri qarşısında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol verməklə, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərindən üstün tutub gücünü nümayiş etməklə cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik göstərib sonuncunu təhqir edib ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol verməklə Zərərçəkmiş şəxs2 əlləri və ayaqları ilə qəsdən döyüb ona sağ bazu və sağ bud nahiyəsinin qançırları ilə müşaiət olunan sağlamlığına zərərvurmayan və dərəcələri təyin edilməyən bədən xəsarətlərini yetirməsi” qeydi çıxarılsın. Həmin hissədə Təqsirləndirilən şəxs inzibati məsuliyyət məsələsini həll etmək məqsədi ilə hökm qanuni qüvvəyə mindikdən sonra materiallar ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurorluğa göndərilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-267/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-267/2020
19.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver