Məhkəmə qərarları › İş №1(011)-267/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-267/2021

10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-267/2021 10.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X5 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “xxxx” ASC-nin satışda nəzarətçi mühəndis vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan təbiri seçilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X8 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, o, 15.12.2020-ci il tarixdə yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla havadamcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» 19 noyabr 2020-ci il tarixli, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli 161 nömrəli Qərarların tələblərini pozaraq, yəni yoxluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs xəstəliyi yüngül formada keçirdiyi hallarda və onun xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, o, həkim rəyinə əsasən mənzili (evi) tərk etməməsinə riayət etməklə, yaşadığı və ya olduğu yerdə təcrid olunmalı olduğu halda, bu qaydalara riayət etməyərək, yaşayış yerini tərk edib, 15 dekabr 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Elçin Əliyev küçəsində, 16 dekabr 2020-ci il tarixdə Rahib Məmmədov, Məhəmməd Hadi, Sadıxcan küçələrində və Gəncə prospektində, 17 və 18 dekabr tarixində Bakı şəhəri Xətai rayonu Elçin Əliyev küçəsində vətəndaşların intensiv hərəkət etdiyi yerlərdə sərbəst hərəkət edib karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X10 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Hal-hazırda xxxx ASC-nin satışda nəzarətçi mühəndis vəzifəsində işləyir. 15.12.2020-ci il tarixdə profilaktika məqsədilə 38 nömrəli poliklinikaya gedib koronovirusa yoluxub-yoluxmadığını dəqiqləşdirmək üçün yaxma testi vermiş və 2020-ci ilin dekabr ayının 17-də istifadəsində olan ***-***-**-** nömrəsini istifadə etdiyi “İphone” 7 markalı mobil telefonun sms yerinə “Covid-19” virusuna yoluxması barədə ona mesaj gəlmiş, həmin sms-də yaşayış yerini tərk etməməsi onun və ailə üzvlərinin də özünütəcrid qaydalarına riayət etməyi barədə əks halda cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdar edilmişdir. Həmçinin, 17 dekabr 2020-ci il tarixdə 38 nömrəli poliklinikadan zəng edərək “Covid-19” virusuna yoluxması deyilmiş, yaşayış yerini tərk etməməsi onun və ailə üzvlərinin də özünütəcrid qaydalarına riayət etməyi, əks halda cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdar edilmişdir. O, bir neçə gün özünü təcrid etsə də, idarə etdiyi Nissan Sunny markalı avtomobilin akkumlyatoru xarab olmasın deyə, 2020-ci ilin dekabrın 18-də yaşadığı binanın həyətinə düşərək avtomobili işə salmış və səhəri gün yəni 19 dekabr 2020-ci il tarixdə polis əməkdaşları ona zəng edərək onun həyətə düşməyini dəqiqləşdirən zaman o, polis əməkdaşlarına həqiqətən həyətə düşdüyünü və avtomobili işə saldığını demişdir. Sonra polis əməkdaşları gələrək onun izahatını almış, o, xəbərdarlıq olunmağına baxmayaraq həyətə düşdüyünü etiraf etmişdir. Həyətə düşməkdən başqa heç bir yerə getməmiş və heç kimlə əlaqə qurmamışdır. 17 dekabr 2020-ci il tarixədək virusa yoluxmasını bilməmişdir. Əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı övladlarının olmasının nəzərə alınaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2007-ci ildən DİO-da xidmət edir və 2020-ci ildən isə hazırki vəzifəsi olan Xətai RPİ-nin 36-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 19.12.2020-ci il tarixdə 36-cı PB-nin inzibati ərazisində xidmət aparan zaman daxil olmuş məlumata əsasən 18.12.2020-ci il tarixdə ünvan 1-da yaşayan “Covid-19” xəstəsi olan X5 yaşayış evini tərk etməməsi barədə xəbərdar olunmasına baxmayaraq, özünütəcrid qaydalarını pozması barədə məlumat daxil olmuşdur. 19.12.2020-ci il tarixdə məlumata əsasən onun yaşadığı evə gedərək, sosial məsafəni gözləməklə, profilaktik söhbətlər aparılmış və məlumat dəqiqləşdirilmişdir. Bundan sonra 36-cı PB-nin təhqiqatçısı müvafiq sənədləşdirmələr aparılmışdır. Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatladırılmasına baxmayaraq, o, məhkəmənin baxış iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbi barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdir. Məhkəmə şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edərək tədqiq etmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, 1980-ci ildən tibb sahəsində çalışır. 1985-ci ildən isə Bakı şəhəri Xətai rayonu 38 N-li poliknikasında sahə həkimi vəzifəsində çalışır. X10 15.12.2020-ci il tarixdə poliknikaya müraciət edərək, ondan test götürülmüş, 17.12.2020-ci il tarixdə isə pozitiv cavabı çıxmışdır. Daim xəstə ilə əlaqə saxlayıb, özünü təcrid qaydasına əməl etməyi və yaşadığı ünvanı tərk etməməsini tapşırmışdır. Onun yaşadığı ünvanı tərk etməsi barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 dekabr 2020-ci il tarixli qərardan görünür ki, X10 barəsində Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir ( i.v. 1); Xətai RPİ-nin polis polkovniki cənab İlqar Məmmədova ünvanlanan 19.12.2020-ci il tarixli raportdan görünür ki, 19.12.2020-ci il tarixdə, saat 18:30 radələrində Xətai RPİ-nin 36-cı PB-nin inzibati ərazisində xidmətdə olarkən Covid-19 xəstəsi olan xx.xx.1981-ci il təvəllüdlü Bakı şəhəri Xətai rayonu Zığ yolu ev 7 mənzil 1-də yaşayan X5 18.12.2020-ci il tarixdə yaşadığı ünvanı tərk edərək küçədə gəzməsi müəyyən edilmişdir ( i.v. 4); baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı təqsirləndirilən şəxs X5 istifadəsində olmuş “İphone” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı X5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “İTS.GoV.AZ” saytından 17 dekabr 2020-ci il tarixdə saat 12:14-də “Hörmətli TALEH QULİYEV. Sizin 15.12.2020-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi POZİTİVDİR. Xahiş olunur, siz ve ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə Azerbaycan Respublikası İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilirsiniz. Tel:1542” sözləri yazılmış mesajın göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir. Baxışda iştirak edən X10 həmin mesajın COVİD-19 xəstəliyi ilə bağlı 15.12.2020-ci il tarixdə götürülmüş analizin cavabı olaraq “İTS.GOV.AZ” saytından göndərildiyini və həmin mesajla onun COVİD-19 xəstəsi olması qeyd edildiyini bildirmişdir ( i.v. 8-9); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 15.01.2021-ci il tarixli cavabından görünür ki, X1 Rayon Məhkəməsinin 01.02.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 221.1, 221.2.2-ci maddələri ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkm edilmişdir ( i.v. 14- 15); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 38 nömrəli Şəhər Poliklinikasının 10 nömrəli, 19.01.2021-ci il tarixli məktubundan görünür ki, X10 16.12.2020-ci il tarixdən “COVİD-19” diaqnozu ilə xəstədir ( i.v. 20); Xətai RETSİ tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X10 2005-ci ilin iyun ayından “xxxx” ASC-nin Xətai RETSİ-nin ESŞ-də nəzarətçi mühəndis vəzifəsində işləyir. Fəaliyyəti müddətində özünü nümunəvi, intizamlı, işinin öhdəsindən gələn, rəhbərliyin verdiyi tapşırıqları qeyri-şərtsiz yerinə yetirən işçi kimi göstərmişdir. X10 idarənin ictimai tədbirlərində mütəmadi iştirak etmişdir. İşlədiyi dövrdə rəhbərlik tərəfində şifahi təşəkkür almışdır ( i.v. 22); AZE seriyalı, 12413344 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 Rüqəyyə adlı, 03.08.2007-ci il təvəllüdlü qız; AZE seriyalı, 11904118 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 Nabat adlı, 27.11.2013-cü il təvəllüdlü qız; AZE seriyalı, 12413341 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 Valeh adlı, 20.08.2005-ci il təvəllüdlü oğul övladları var ( i.v. 23-24); Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 12 fevral 2021-ci il tarixli, 10/122 nömrəli məktubundan görünür ki, Nazirlər kabinetinin 377s nömrəli 21.07.2020-ci il tarixli protokolunun 1 nömrəli əlavəsinin 8.1-ci bəndinə əsasən yoluxma faktı təsdiq olunmuş şəxslərin yaşayış yerində və ya olduğu yerdə 14 (on dörd) gün müddətində təcrid olunması qərarı qəbul olunmuşdur. X2 və X4 və Profilaktikası Mərkəzinin tövsiyyələrinə əsasən xəstəliyin ağırlıq səviyyəsi yüksək olan şəxslər 10 gündən artıq müddətdə virus ifraz edə bilərlər. Bununla bağlı, təcrid müddəti və ehtiyyat tədbirləri 21 günədək uzadıla bilər. COVİD-19 virus infeksiyasına yoluxmuş və heç bir simptomu olmayan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcridolunma müddəti Nazirlər Kabinetinin 377s nömrəli 21.07.2020-ci il tarixli protokolunun 1 nömrəli əlavəsinin 9.3-cü bəndinə əsasən azı 7 (yeddi) gündən sonra 24 saat intervalla 2 (iki) ardıcıl keçirilən laboratoriya testinin nəticəsi neqativ olduqda bitə bilər (i.v. 40); CD diskə baxış keçirilməsi haqqında 02 aprel 2021-ci il taixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq hal şahidləri X6, X3 iştirakı ilə X15 ğlunun istifadəsində olmuş ***-***-**-** saylı «xxxx» MMC-yə məxsus kart nömrəsinə 15.12.2020-ci il tarixdən 20.12.2020-ci il tarixədək olan müddət ərzində anten dairəsi və mesajların mətinləri DİN-nin Baş İnformasiya-Kommunikasiya idarəsindən götürülmüş üzərində “Xətai 101-7937-1221” yazıları yazılmış 01 ədəd “CD” diskinə zərurətlə əlaqədar Xətai RPİ-nin 206 saylı xidməti otağında “HP” markalı komputerdə baxış keçirib protokol tərtib edilmişdir. Baxış keçirməzdən əvvəl hal şahidlərinə Azərbaycan Respublikası CPMin 94-cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Baxış zamanı bir ədəd “CD” fomatlı diskin üzərində qələmlə “Xətai 131-7937-1221 ” yazılmış yazılar müəyyən olunmuş, həmin disk Xətai RPİ-nin İŞ-nin 206 saylı xidməti otaqda oİan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 01 ədəd “67233_SMS X13)-**********37” adlı, 01 ədəd “67234_SMS Məzmun (Qarşı Abunə)-**********37” adlı və 01 ədəd “67235_B-S Yer Dəyişdirmə (Hamısı)-**********37” adlı “Excell” formatlı fayllar aşkar olundu. Excell formatlı 01 ədəd “67233_SMS Statistika (Qarşı Abunə)-**********37” adlı fayl açıldıqda ekranda X5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinin 15.12.2020-ci il tarixdən 20.12.2020-ci il tarixədək olan müddət ərzində anten dairəsi göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman Taleh Quliyevin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 15.12.2020-ci il tarixdən 20.12.2020-ci il tarixə kimi olan müddət ərzində müxtəlif anten dairəsində olması aşkar olundu. İkinci 01 ədəd “67234_SMS Məzmun (Qarşı Abunə)-**********37” adlı “Excell” formatlı fayl açıldıqda ekranda X5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinin 15.12.2020-ci il tarixdən 20.12.2020-ci il tarixədək olan anten dairəsi göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman Taleh Quliyevin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 15.12.2020-ci il tarixdən 20.12.2020-ci il tarixə kimi olan müddət ərzində müxtəlif anten dairəsində olması aşkar olundu. Üçüncü 01 ədəd “67235_B-S Yer Dəyişdirmə (Hamısı)- **********37” adlı “Excell” formatlı fayl açıldıqda ekranda X5 istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrəsinin 15.12.2020-ci il tarixdən 20.12.2020-ci il tarixədək olan anten dairəsi göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman Taleh Quliyevin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 15.12.2020-ci il tarixdən 20.12.2020-ci il tarixə kimi olan müddət ərzində anten dairəsində olması aşkar olundu ( i.v. 45-57); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 145/KEŞ nömrəli ekspert rəyindən görünür ki, X10 16.12.2020-ci il tarixdə karonavirus (COVİD-19) infeksiyası ilə əlaqədar laborator müayinədən keçirilmiş və onda müayinə nəticəsi pozitiv olmuşdur. X10 18.12.2020-ci il tarixdə karonavirus (COVİD-19) infeksiyasının daşıyıcısı olmuşdur. X10 18.12.2020-ci il tarixdə karonavirus (COVİD-19) infeksiyasının daşıyıcısı olmuş və sanitar-gigiyena qaydalarını pozmaqla onun digər şəxslərə həmin virusa yoluxdurulması istisna edilmir. Karonavirus (COVİD-19) infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətindən asılı olaraq sağalma müddəti müxtəlif olur ( i.v. 60-62); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 03 aprel 2021-ci il tarixli qərardan görünür ki, X10 Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir ( i.v. 63); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə 03 aprel 2021-ci il tarixli qərardan görünür ki, X10 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir ( i.v. 81-82); sübutların qiymətləndirilməsi haqqında 20 aprel 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-tibbi ekspertizasının 11.02.2021-ci il tarixli 145/KEŞ nömrəli rəyi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilməsi, iş üzrə X5 “İphone” markalı mobil telefona baxış keçirilməsi barədə protokol sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmiş, iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 38 nömrəli şəhər poliklinikasından alınmış 10 nömrəli məktub, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsdən alınmış 12.02.2021-ci il tarixli 10/122 nömrəli və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Bakı şəhər baş səhiyyə idarəsi “38” nömrəli şəhər poliklinikasından alınmış 19.01.2021-ci il tarixli 10 nömrəli sorğuya cavab məktubları sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmiş, iş üzrə Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya idarəsindən alınmış 01 ədəd “CD” formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, iş üzrə X5 18.12.2020-ci il tarixdə yaşadığı evi tərk etməsini bildirməsinin görüntüsü olan 01 ədəd CD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir ( i.v. 86-92). İttihama görə X10 15 dekabr 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Elçin Əliyev küçəsində, 16 dekabr 2020-ci il tarixdə Rahib Məmmədov, Məhəmməd Hadi, Sadıxcan küçələrində və Gəncə prospektində vətəndaşların intensiv hərəkət etdiyi yerlərdə sərbəst hərəkət edib karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Bu xüsusat nə şahid ifadələri, nə də ki, digər iş materialları ilə sübuta yetirilmir, əksinə məktublardan analizin cavabının pozitiv çıxması məhz 17 dekabr 2020-ci il tarixdə bilindiyi sübuta yetirilir. Baxış keçirilməsi haqqında protokoldan görünür ki, X5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “İTS.GoV.AZ” saytından 17 dekabr 2020-ci il tarixdə saat 12:14-də 15.12.2020-ci il tarixində COVİD-19 ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olması ilə bağlı sms gəlmişdir. Şahid2 istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində 17.12.2020-ci il tarixdə təqsirləndirilən şəxsin verdiyi testin nəticəsinin pozitiv çıxmasını təqsirləndirilən şəxsə bildirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs də ifadəsində 17.12.2020-ci il tarixdək virusa yoluxduğunu bilmədiyini qeyd etmişdir. Bundan başqa, istintaq orqanı həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nı nəzərə alıb təhlil etməmişdir. Belə ki, həmin qərarın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 25-ci maddələrinə və “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarına əsasən hazırlanmışdır və hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin (bundan sonra – yoluxucu xəstəlik) əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman yoluxma riski olan və ya yoluxduğu güman edilən şəxslərin və yoluxucu xəstəlik faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi, habelə yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərin təcrid olunma qaydalarını müəyyən edir. Həmin Qərarın 1.2-ci bəndinə əsasən hava-damcı yolu ilə keçən və karantin tədbirləri nəzərdə tutulan yoluxucu xəstəliklərin siyahısını X2 (ÜST) tövsiyələri, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – Nazirlik) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (bundan sonra – Agentlik) təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti (bundan sonra – Nazirlər Kabineti) müəyyən edir. 1.3. Bu Qaydalar aşağıdakı şəxslərə şamil olunur: 1.3.1. yoluxucu xəstəliklərin yayıldığı xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə gələn şəxslərə; 1.3.1-1. yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər; 1.3.2. yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərə. 1.4. Bu Qaydalar Nazirlər Kabinetinin müəyyən etdiyi xüsusi sanitar rejim müddətində tətbiq edilir. Həmin Qərarın 4-1.1-ci bəndinə əsasən aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər. 4-1.2. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4cü bəndinə uyğun olaraq tibbi müşahidə həyata keçirilir. 4-1.3. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 (iki) nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi yoluxucu xəstəliyə tutulma faktı təsdiq edilmiş şəxsə verilir, digər nüsxəsi tibb müəssisəsində qalır. 4-1.4. Bu Qaydaların 2.1.7-ci yarımbəndində nəzərdə tutulan şəxslərin yaşadıqları və ya olduqları yer üzrə təcrid olunması yoluxucu xəstəliklərin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir. Göründüyü kimi hazırkı cinayət işində təqsirləndirilən şəxsdə 17 dekabr 2020-ci il tarixədək heç bir yoluxma faktı təsdiq olunmamış və onun barəsində yaşayış yeri üzrə heç bir təcridolma tətbiq edilməmiş 17 dekabr 2020-ci il tarixədək təcridolunma barədə heç bir xəbərdarlıq və yaxud yazılı iltizam alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 28–ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24–cü maddəsində təqsirin formaları geniş izah edilmişdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Hazırki cinayət işində təqsirləndirilən şəxsin 17 dekabr 2020-ci il tarixdək “Covid-19” infeksiyası xəstəliyə yoluxduğunu bildiyi sübuta yetirilmir. Bu səbəbdən ibtidai istintaq orqanı 17 dekabr 2020-ci il tarixədək olan ittihama münasibətdə təqsirin formasını müəyyən edib sübuta yetirə bilməmişdir. İnfeksiyaya yoluxmanın təsdiqləndiyi və təqsirləndirilən şəxsə bildirildiyi tarixi 17 dekabr 2020-ci il tarix olduğundan yaşayış yeri üzrə təcridolma yalnız həmin tarixdən nəzərə alına bilərdi. Bu fakt təqsirləndirilən şəxsin həmin tarixədək yaşayış yeri üzrə təcrid olmadıqlarını və Konstitusion hüquqlarından istifadə edərək sərbəst hərəkət edə biləcəklərini təsdiq edir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, X8 elan olunmuş ittihamdan “15 dekabr 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Elçin Əliyev küçəsində, 16 dekabr 2020-ci il tarixdə Rahib Məmmədov, Məhəmməd Hadi, Sadıxcan küçələrində və Gəncə prospektində vətəndaşların intensiv hərəkət etdiyi yerlərdə sərbəst hərəkət edib karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır” bəndi xaric edilməlidir (çıxarılmaldır). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X10 tərəfindən ittihamda qeyd olunan (ittihamdan çıxarılan bənddən başqa) əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxs X5 əməlindən səmimi peşmançılıq çəkməsini (CM- 59.2.), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-59.1.4.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X5 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, X5 iş yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən, əvvəllər məhkum olunması onun şəxsiyyətini mənfi səciyyələndiriən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, X8 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X15 oğlu Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – 1 ədəd (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, X10 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli X15 oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində X8 elektron nəzarət vasitəsi tətbiq edilməli, X8 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, X15 oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X5 Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X8 elan olunmuş ittihamdan “15 dekabr 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Elçin Əliyev küçəsində, 16 dekabr 2020-ci il tarixdə Rahib Məmmədov, Məhəmməd Hadi, Sadıxcan küçələrində və Gəncə prospektində vətəndaşların intensiv hərəkət etdiyi yerlərdə sərbəst hərəkət edib karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır” bəndləri xaric edilsin (çıxarılsın). X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X15 oğlu yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. X15 oğlunun üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət X5 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. X15 oğlunun cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X15 oğlu barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar