Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-267/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs ağayev Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1969-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə halhazırda Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək aldatma yolu ilə faktiki olaraq sonuncuya məxsus olan 2012-ci il buraxılışlı CHRYSLER 200 minik markalı 99- EM-307 dövlət qeydiyyat nişanlı avtomobili tez bir zamanda satıb avtomobilə görə ona 19000 manat pul ödəyəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi əmlakı qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə xx.xx.2018-ci ildə Zərərçəkmiş şəxs razılığı ilə həmin avtomobili saxlanıldığı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1106 ünvanda yerləşən “Avtosalon cars” adlı avtomobil salonundan götürüb ələ keçirdikdən sonra cinayətkar niyyətindən xəbərsiz olan bacısı oğlu Şahid4run vasitəsilə bazar dəyərindən ucuz qiymətə xx.xx.2018-ci ildə Şahid2 sataraq Zərərçəkmiş şəxs icmayıl oğluna 19000 (on doqquz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respbulikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş zərərin tam olaraq ödənildiyini, həmçinin verilmiş ittiham üzrə vurulmuş zərərin 25%-ni dövlət büdcəsinə ödəməsinin nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmşdir. Məhkəmə iclasında videokonfrans zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, ona vurulmuş zərərin tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış şahidlər məhkəmə iclasına gəlməmiş, şahidlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın ləğv edilib cinayət işi başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* cinayət işi başlanmışdır (i.v. 1); Zərərçəkmiş şəxs tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iyul ayının 27-də Babək prospekti 1106 ünvanında yerləşən “Avtosalon cars” salonunda özünəməxsus “Craysler 200” markalı avtomobili tanışı Təqsirləndirilən şəxs 19.000 manata satmaq şərti ilə həmin avtomobili ona versə də, Elxan həmin avtomobili sataraq pulu geri qaytarmamış, ona qarşı dələduzluq etmiş, qanuni tədbir görülməsini xahiş etmişdir.(i.v 5) 09 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir( i.v 19-21) 08 yanvar 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir.(i.v 25) 10 yanvar 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.( i.v 29) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış 24 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. (i.v. 49-50); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(001)-69/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona, 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 noyabr 2021-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 03 ay 05 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 ay 10 gün azadlığın məhdudlaşdırılması ona təyin edilmiş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində 01 il 11 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır( i.v 51-59) 27 fevral 2024-cü il tarixli 2-3038/2024 nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində və ya istifadəsində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. ( i.v 75) 19 mart 2024-cü il axtarışda olan şəxsin yaxalanması protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə 14:30 radələrində Xətai RPİ-nin 37-ci PŞ-də keçirilən əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Xətai rayonu, Gəncə prospektində saxlanılaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. ( i.v 81) 21 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. ( i.v 97-98) 21 mart 2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v 104-105) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-10/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Xətai Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 1(011)-69/2022 nömrəli hökmü ilə Aərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs 05 il azadlığın məhdudlaşdırılması təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1(011)-69/2022 saylı hökmü ilə müəyyən edilmiş 03 ay 05 gün həbsdə saxlanılma müddəti, hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 11 ay 29 gün müddət, ümumilikdə 01 il 03 ay 04 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 1(011)-69/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 11 ay 11 gün hissəsi hazırkı hökmlə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası müddətinə hesablanması, üzərində qəti olaraq 01 il 06 ay 11 gün (bir il altı ay on bir gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Təqsirləndirilən şəxs hazırda ayağında elektron nəzarət vasitəsinin olması nəzərə alınmaqla cəzaçəkmə müddətinin əvvəli hökm çıxarıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanması hökm edilmişdir.( i.v 110-126) 01 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanması, 21 mart 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilməsi, Şahid4 əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin tərkibləri olmadığı üçün barəsində həmin maddələrlə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2, Şahid3. Şahid4 ifadələri və Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır ( i.v 127-131) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-10/2024 saylı, 14 mart 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə cəza təyini hissəsində dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-69/2022 saylı, 17 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı qərarla təyin edilmiş 02 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 69/2022 saylı, 17 fevral 2022-ci il tarixli hökmü ilə müəyyən edilmiş Təqsirləndirilən şəxs 03 (üç) ay 05 (beş) gün həbsdə saxlanılma müddəti, hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) ay 23 (iyirmi üç) gün müddət, ümumilikdə 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) 09 (doqquz) ay 26 (iyirmi altı) gün və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-69/2022 saylı, 17 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 (bir) il 10 (on) ay 22 (iyirmi iki) gün hissəsi hazırkı qərarla ona qəti olaraq təyin olunmuş 3 (üç) il azadlığın məhdudlaşdırılması cəzasından çıxılması, üzərində qəti olaraq 03 (üç) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın, hökmdən barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməsi və Təqsirləndirilən şəxs hazırda ayağında elektron nəzarət vasitəsinin olması nəzərə alınmaqla cəzaçəkmə müddətinin əvvəlinin hökm çıxarıldığı vaxtdan, yəni 14 mart 2024-cü il tarixdən hesablansın müddəaları xaric edilməsi,cəzasının əvvəli Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan (bu qərarla təyin edilmiş cəzanın çəkilmiş hissələri nəzərə alınmaqla) hesablanması qərara alınmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs axtarışı elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 2-5168 nömrəli məktubundan görünür ki, Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli axtarış qərarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xətai RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 18 aprel 2024-cü il tarixli, **********369 saylı notarial ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 3502 saylı ödəniş qəbzinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında – 4750 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir. Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıb ona dəymiş zərəri ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-267/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-267/2024
21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver