Məhkəmə qərarları › İş №1(011)-269/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-269/2025

18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-269/2025 18.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 22 fevral 2025-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi 35C ünvanında yaşayış binasının birinci mərtəbəsində, liftdə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması, eləcə də qısqanclıq zəminində baş vermiş mübahisə zamanı üzərində olan tiyəsinin uzunluğu 190 mm, dəstəyinin uzunluğu 130 mm olan kustar üsulla hazırlanmış, təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı və təpiklə Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrindən vuraraq ona döş qəfəsinin arxa səthi və sol bud nahiyələrində kəsilmiş yaralar, qarın nahiyəsində kəsilmiş səthi dəri yarası kimi ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər və sol böyrək travması, sol böyrəyin subkapsulyar hematoması, perirenal (böyrək ətrafı) sahədə ödem və maye, L2 (lİ bel) fəqərəsinin sol köndələn çıxıntısının sınığı, həmin proyeksiyada dəri və dərialtı yumşaq toxumanın tamlığının pozulması və dərialtı qabarcıq şəkilli qaz qovuqcuqları, ayrıca sol bel hissəsində dəri və dərialtı toxumanın tamlığının pozulması və dərialtı hematoma ilə müşayiət olunan ayrı-ayrılıqda sağlamlığın uzun müddət pozulmasına səbəb olan, lakin zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan xəsarətlər yetirməklə sağlamlığa qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs keçmiş arvadıdır. 21 fevral 2025-ci il tarixdə Ayselin və oğlunun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi 35C ünvanında yaşayış binasına gəlmiş və israr edərək çağırmış, həmin gün gecə saatlarında Aysel azyaşlı oğlu İlhamı da qucağına alıb birinci mərtəbəyə enib blokun giriş qapısını açmışdır. Bloka daxil olan kimi oğlunu Ayselin qucağında görüb Ayselə niyə oğlunu da gətirdiyini soruşmuşdur. Aysel uşağın tək qalarkən ağladığını demişdir. Ayseldən əvvəl liftə yaxınlaşaraq liftin düyməsini sıxmışdır. Lift birinci mərtəbəyə gəldikdən sonra qapılar açılmışdır. Ayseldən əvvəl liftə daxil olmuş və Aysel liftin qapısında olarkən əynində olan paltosundan tutub içəri dartaraq eyni zaman liftin 6-cı mərtəbəyə qalxan düyməsini sıxmışdır. 22 fevral 2025-ci il tarixdə saat 00:04-də Ayseli içəri dartdıqdan sonra liftin küncündə üzbə-üz dayandıqda əli ilə Ayselin sol gözünün üst nahiyəsindən vurmuşdur. Aysel nə səbəbə vurduğunu soruşduqda heç bir söz demədən gödəkçəsinin sol iç cibindən evdən götürdüyü, dəstəyi göy və boz rəngli mətbəx bıçağını çıxarıb Ayselin sol qabırğa nahiyəsinə qəsdən bir neçə dəfə bıçaqla vurmuşdur. Bundan sonra Aysel özünü müdafiə etmək üçün liftin içərisində oğlu qucağında yerə əyilmişdir. Ayselin əyildiyini və uşağı qucağına sıxdığını görüb kürək nahiyəsinə qəsdən bir neçə dəfə bıçaq zərbələri ilə xəsarət yetirmişdir. Hadisə zamanı bıçaq ehtiyatsızlıqdan oğluna dəymişdir. Əməlindən səmimi peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur, dəymiş maddi və mənəvi ziyanı tam ödəmişdir. Barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçmiş əridir. Nikah pozulduqdan sonra atasının yaşadığı ünvan 4 ünvanında az yaşlı övladı ilə birlikdə valideynləri ilə yaşamağa başlamışdır. Rauf mütamadi olaraq oğlu İlhamı görmək məqsədi ilə qeyd etdiyi ünvana gəlib-getmişdir. Hətta boşansalar da ara sıra onunla birlikdə yaşamışdır. 21 fevral 2025-ci il tarixdə Rauf binalarına gələrək görüşmək istəmiş, yox deməsinə baxmayaraq israrla davam etmişdir. Bu səbəbdən az yaşlı oğlu İlhamı da qucağına alıb yaşadığı evdən çıxaraq lift ilə birinci mərtəbəyə enib blokun giriş qapısını açmışdır. Rauf bloka daxil olan kimi liftə ondan əvvəl yaxınlaşaraq liftin düyməsini sıxmış, lift birinci mərtəbəyə gəldikdən sonra qapılar açılmışdır. Rauf ondan əvvəl liftə daxil olmuşdur. 22 fevral 2025-ci il tarixdə saat 00:04-də liftin qapısında olarkən əynində olan paltardan tutub içəri dartmışdır. İçəri dartdıqdan sonra üzbə-üz dayandıqda Rauf əli ilə sol gözünün üst nahiyəsinə yumruq ilə zərbə vurmuşdur. Raufdan nə səbəbə vurduğunu soruşduqda ona heç bir söz demədən gödəkçəsinin iç cibindən dəstəyi göy və boz rəngli mətbəx bıçağını çıxarıb sol bud nahiyəsinə, qarın nahiyəsinə bıçaqla vurmağa başlamışdır. Həmin an oğlu qucağında olduğuna görə bıçaq həm ona, həm də oğlunun sağ bud və sağ baldır nahiyəsinə dəymişdir. Oğlunun daha da ağır xəsarət almamasına görə onu bərk qucaqlayaraq liftin içərsində aşağı əyilmişdir. Rauf isə kürək nahiyələrinə necə gəldi bıçaq və bədən nahiyəsinə ləpik zərbələri vuraraq ona xəsarətlər yetirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur, dəymiş maddi və mənəvi ziyan ödənmişdir. Göstərilənlərə əsasən cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai rayonu, A.İsmayılov küçəsi 35c saylı binanın 48-ci mənzilində ailəsi ilə birlikdə yaşayır. 22 fevral 2025-ci il tarixdə saat 00:10-da yaşadığı mənzildə olarkən blokdan qışqırıq səsləri gəlməsini eşitmişdir. Dərhal mənzilin giriş qapısını açıb çölə çıxdıqda sonradan adını bildiyi Təqsirləndirilən şəxs əlində mətbəx bıçaqının olmasını və qaynatası Şahid4 ilə sözlə mübahisə etdiyini görmüşdür. Həmin vaxtı Zərərçəkmiş şəxs az yaşlı uşağı ilə birlikdə dəhlizdə dayanmasını görmüşdür. Rauf ilə Hüsaməddinin sinə nahiyəsindən kənara itələmişdir. Bundan sonra yerdə qan ləkələrinin olduğunu görüb evinə daxil olmuşdur. Həmin vaxtı Rauf ilə Hüsaməddin və Aysel arasında dava-dalaş olmadığını və bıçaqla xəsarət yetirmədiyini bildirmişdir. Aysel və atası mənzilə daxil olduqdan sonra Raufun girişi qapını döyməsini gözlükdən görmüşdür. Eyni zamanda iş materiallarına əlavə olunmuş Şahid1 tərəfindən məhkəməyə göndərilmiş ərizədə qeyd olunmuşdur ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İclasın iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, X6 ilə 1991-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahdan iki övladı dünyaya gəlmişdir. xx.xx.1994-cü ildə Təqsirləndirilən şəxs dünyaya gəlmişdir. Raufun 2018-ci ilə qədər heç bir psixi pozuntusu olmamışdır. Lakin 2018-ci ildən hazırkı dövrə qədər o, spirtli içkilər qəbul etməklə psixi durumu yaxşı deyildir. Hətta sonradan ona məlum olmuşdur ki, Rauf mütamadi olaraq narkotik vasitələrdən istifadə edir. 2020-ci ilin fevral ayında və 2022-ci ilin aprel ayında Bərpa reabilitasiya mərkəzində spirtli içki qəbul etdiyinə görə müalicə almışdır. Hətta Raufu 2022ci ilin iyul ayından dekabr ayınadək Gürcüstan Respublikasına müalicə olmaq məqsədi ilə göndərmişdir. 2019-cu ildə Əfəndiyeva (Babayeva) Aysel Hüsaməddin qızı ilə tanış olaraq evlənmək qərarına gəlmişdir. Onların böyük toy məclisi olmuşdur. xx.xx.2020-ci ildə isə onların bir oğlan övladları dünyaya gəlmişdir. Rauf ilə Aysel evləndikdən sonra mütamadi olaraq oğlu evə gələrək Aysel ilə dava-dalaş etdiklərini bildirib onlarla birlikdə qalmışdır. Onlar hətta mobil telefon vasitəsi ilə danışarkən də mübahisə etmişlər. 2023-cü ilin sentyabr ayında Rauf nikahın pozulması ilə bağlı rəsmi müraciət etmişdir. Aysel onunla boşanmaq istəməsə də, Nərimanov rayon məhkəməsi tərəfindən nikahın pozulması haqqında qərar qəbul edilmişdir. Bunlara baxmayaraq Rauf mütamadi olaraq Ayselin yaşadığı ünvanda gedib onunla qalmışdır. Onların arasında münaqişə olsa da, lakin arada barışmışlar. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya institutunda kiçik elmi işçi vəzifəsində işləyir. Hər gün saatda 09:00-da işi başlamış, 16:00-da isə iş vaxtı bitmişdir. 21 fevral 2025-ci i! tarixdə saat 18 radələrində işdən evə gəlib mətbəxtə daxil olduqda Raufun gözlərində spirtli içki qəbul etdiyini hiss etmişdir. Ondan şam yeməyi yedini soruşduqda Rauf heç nə yemədiyini bildirmişdir. O öz otağına gedib istirahət etmişdir. Rauf isə telefonla Aysel ilə danışmışdır. Bundan sonra Rauf siqaret almaq adı ilə evdən çıxıb getmişdir. Həmin günü saat 23:20-də Rauf evə daxil olmuş və dərhal da evdən çıxaraq getmişdir. Raufun hansı istiqamətə getdiyini bilməmişdir. 22 fevral 2025-ci il tarixdə saat 00:08 dəqiqədə Rauf onun mobil telefonuna zəng edərək az yaşlı oğlu İlhamdan müğayət olmağını deyib oğlunu ona tapşırmışdır. O Raufa nə baş verdiyini soruşduqda sonuncu ona Ayseli vurduğunu demişdir. O, Raufdan Ayseli öldürdüyünü soruşduqda sadəcə vurduğunu bildirmişdir. O, yenə Raufa inanmamışdır. Rauf Binəqədi RPİ-nin 4-cü PŞ-nə təslim olmaq məqsədi ilə yolda getdiyini demişdir. Bundan sonra Raufa zəng çatmamışdır. Sonradan polis əməkdaşları ona məlumat verərək bildirmişlər ki, Təqsirləndirilən şəxs həbs olunmuşdur. Hadisə günü hadisədən əvvəl Rauf evdə içkili olsa da, belə bir cinayət törədəcəyini bildirməmişdir. Raufun evdən bıçaq götürməsindən onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və oğlu İlhama xəsarət yetirdiyi bıçaq onların evinə aiddir. Rauf həmin bıçaqı onların xəbəri olmadan evdən götürmüşdür. Eyni zamanda iş materiallarına əlavə olunmuş Şahid2 tərəfindən məhkəməyə göndərilmiş teleqramda qeyd olunmuşdur ki, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcək. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İclasın iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v 1) -zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v 20) -qanuni nümayəndənin təyin edilməsi haqqında 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan X1 anası Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində təyin edilmişdir. (i.v 24) -şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2020-ci il təvəllüdlülür. (i.v 32) -zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X6 zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v 33) -şübhəli şəxsin tutulması haqqında 22 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2025-ci il tarixdə, saat 20:50-dən şübhəli şəxs qismində tutulmuşdur. (i.v 54) -“X12” X8 24 fevral 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X4 “budun açıq yarası, baldırın çox saylı açıq yaraları” diaqnozu, xx.xx.1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “döş qəfəsinin arxa divarının və budun açıq yarası, bel fəqərəsinin sınığı” diaqnozu qoyulmuşdur. (i.v 78) -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-98/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində “həbs” seçilməklə, prosessual məcburiyyət tədbiri tətbiq edilmişdir. Həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilmişdir. Həbsetmənin əvvəli 22 fevral 2025-ci il tarixdən hesablanmışdır. (i.v 84-87) -paltarların götürülməsi haqqında 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs və xx.xx.2020-ci il təvəllüdlü X1 hadisə zamanı üzərində olan paltarları 1 saylı X9 X7 götürülmüşdür. (i.v 89) -Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Gürcüstan Respublikasının Cinayət Məcəlləsinin 35.3-cü maddəsi ilə həbs olunmuşdur. (i.v 110-111) -Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ballistik-trasoloji ekspertizasının 18 mart 2025-ci il tarixli, 3/284: 3/293 saylı rəyindən görünür ki: tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar usulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. tədqiqata təqdim edilmiş bir ədəd şalvarın səthində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş "1" rəqəmi ilə işarələnmiş zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədəsidir. tədqiqata təqdim edilmiş şalvarın və köynəyin səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. ümumi əlamətlərinə əsasən köynəyin və şalvarın səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın, həmçinin tiyəsi həmin xassəyə malik hər hansı digər bıçağın da təsirindən yaranması mümkündür. Lakin həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin hər hansı konkret bir bıçaqla, o cümlədən tədqiqata təqdim edilmiş bir ədəd bıçaq ilə təsir nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. təqdim edilmiş bir ədəd köynəyin və bir ədəd şalvarın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərdə olmaqla yetirilmişdir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 125 (bir yüz iyirmi beş) manatdır. (i.v 170-173) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X8 28 fevral 2025-ci il tarixli, 197 nömrəli ekspert rəyindən görünür ki, İ.Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər- sağ bud və sağ baldır nahiyələrində kəsilmiş yaralar kəsici kənarlı əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən kəsici alətlə, ola bilsin bıçaqla yetirilə bilərdi, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. (i.v 174-175) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X8 28 fevral 2025-ci il tarixli, 198 nömrəli ekspert rəyindən görünür ki, A.H. Əfəndiyevanın məhkəmə tibbi ekspertizası zamanı bədənində aşağıdakı qrup xəsarətlər müəyyən edilmişdir - döş qəfəsinin arxa səthi və sol bud nahiyyələrində kəsilmiş yaralar, qarın nahiyyəsində kəsilmiş səthi dəri yarası, sol böyrək travması, sol böyrəyin subkapsulyar (kapsul üstü) hematoması, sol böyrəyin təqribən 9 mm ölçüsündə subkapsulyar (kapsul üstü) hematoması, perirenal (böyrək ətrafı) sahədə ödem və maye, L2 (İİ bel) fəqərəsinin sol köndələn çıxıntısının sınığı, həmin proyeksiyada dəri və dərialtı yumşaq toxumanın tamlığının pozulması və dərialtı qabarcıq şəkilli qaz qovuqcuqları, ayrıca sol bel hissəsində dəri və dərialtı toxumanın tamlığının pozulması və dərialtı hematoma. Qeyd olunan xəsarətlərdən kəsilmiş yaralar və kəsilmiş səthi dəri yarası kəsici kənarlı əşyanın (əşyaların) ola bilsin bıçağın (bıçaqların), digər xəsarətlər isə küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstrilən və xəstəli tarixində qeyd olunan xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdilər, ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. (i.v 176-178) -Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X8 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 712 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də R.İ.Təqsirləndirilən şəxsƏfəndiyev ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz hərəkətlərinə cavab vermək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşməmişdir. (i.v 185-187) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X8 21 aprel 2025-ci il tarixli, 13/197 nömrəli əlavə ekspert rəyindən görünür ki, azyaşlı İ.Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər nahiyələrində deşilmiş-kəsilmiş və kəsilmiş yaralar kəsici kənarlı əşyanın sağ bud və sağ baldır (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən kəsici alətlə, ola bilsin bıçaqla yetirilə bilərdi, ümumilikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. (i.v 186-191) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X8 15 aprel 2025-ci il tarixli, 12/198 nömrəli əlavə ekspert rəyindən görünür ki, A.H. Əfəndiyevanın məhkəmə tibbi ekspertizası zamanı bədənində aşağıdakı qrup xəsarətlər müəyyən edilmişdir - döş qəfəsinin arxa səthi və sol bud nahiyyələrində kəsilmiş yaralar, qarın nahiyyəsində kəsilmiş səthi dəri yarası, sol böyrək travması, sol böyrəyin subkapsulyar (kapsul üstü) hematoması, sol böyrəyin təqribən 9 mm ölçüsündə subkapsulyar (kapsul üstü) hematoması, perirenal (böyrək ətrafı) sahədə ödem və maye, L2 (İİ bel) fəqərəsinin sol köndələn çıxıntısının sınığı, həmin proyeksiyada dəri və dərialtı yumşaq toxumanın tamlığının pozulması və dərialtı qabarcıq şəkilli qaz qovuqcuqları, ayrıca sol bel hissəsində dəri və dərialtı toxumanın tamlığının pozulması və dərialtı hematoma. Qeyd olunan xəsarətlərdən kəsilmiş yaralar və kəsilmiş səthi dəri yarası kəsici kənarlı əşyanın (əşyaların) ola bilsin bıçağın (bıçaqların), digər xəsarətlər isə küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstrilən və xəstəli tarixində qeyd olunan xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdilər, dərəcələrinə görə sol böyrəyin travması, sol böyrəyin subkapsulyar hematoması, perirenal sahədə maye və ödem və L2 fəqərəsinin sol köndələn çıxıntısının sınığı ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR, digər xəsarətlər isə ayrı- ayrılıqda sağlamlığın qısa mğddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. (i.v 192- 196) -Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X8 məhkəmə-psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1528 saylı ekspert rəyindən görünür ki, aparılmış eksperimentalpsixoloji müayinə zamanı yoxlanılan şəxsin nitqinin olmaması, onunla verbal və qeyriverbal ünsiyət yaratmağın mümükünsüzlüyü, emosiyalarının adekvat olmaması, diqqətinin mərkəzləşdirməsi və paylanmasında, həmçinin davranışında spontanlıq, təffəkküründə autiklik, səslərə qarşı reaksiyasının adekvat olmaması və s. əsasən X2 insanlarla ünsiyyətin, hərəkət və davranışının kordinasiyasının pozulması, mator inkişafın və intellektin ləngiməsi, ətraf aləmi dərk etməməsi müəyyən edilir. Aparılmış eksperimentalpsixoloji müayinə zamanı X2 ünsiyyətin, hərəkət və davranışının kordinasiyasının pozulması, mator inkişafın və intellektin ləngiməsi, ətraf aləmi dərk etməməsi müəyyən edilir. Bununla əlaqədar İ.Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları qavramaq, təsvir etmək, bu barədə məlumat vermək, ona edilən hərəkətlərin xarakter və mənasını anlamaq, həmçinin psixi, yaş və fərdi- psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq, müqavimət göstərmək, yaranmış şəraitin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamışdır. (i.v 217-219) -sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 13 may 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən, həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi və hadisə yerinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş 01 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən və üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmiş mətbəx bıçağı və hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olan bir ədəd köynək və bir ədəd şalvar maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü X3 təhvil verilmişdir. (i.v 221-234) - təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması barədə 14 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan olunmuşdur. (i.v 235-236) -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-268/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün olmaqla, 03 ay 20 gün müddətinə, yəni 11 iyun 2025-ci il tarixədək uzadılmışdır. -İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, 22 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi 35C saylı binanın liftində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs və sonuncunun qucağında olan 2020-ci il təvəllüdlü oğlu İlham Əfəndiyevə bıçaqla xəsarət yetirmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödəmiş, əməlindən peşmandır. Barəsində məhkəmənin hakimi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə istintaq gedən cinayət işinə xitam verilməsini xahiş etmişdir. -İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, 22 fevral 2025-ci il tarixdə yaşadığı binanın liftində Təqsirləndirilən şəxs qəsdən oğlu İlham Əfəndiyevə ehtiyatsızlıqdan bədən xəsarəti yetirmişdir. Hazırda barışmışlar, heç bir şikayət və tələbi yoxdur, dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənmişdir. Cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs izahatını və ərizəsini, zərərçəkmiş şəxsin barışıq və dəymiş ziyanın ödənməsi barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. İş üzrə maddi sübut kimi tanınan X3 təhvil verilmiş 01 ədəd kustar üsulla hazırlanmış. bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatı, soyuq silah hesab edilməyən və üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmiş mətbəx bıçağı və hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olan bir ədəd köynək və bir ədəd şalvar qanuni sahiblərinə qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 125 (bir yüz iyirmi beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40.3, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 127.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut kimi tanınan X3 təhvil verilmiş 01 ədəd kustar üsulla hazırlanmış. bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatı, soyuq silah hesab edilməyən və üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmiş mətbəx bıçağı və hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olan bir ədəd köynək və bir ədəd şalvar qanuni sahiblərinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 125 (bir yüz iyirmi beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar