Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-27/2022 26.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, 27 avqust 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədilə, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 31 may 2021-ci il tarixdə, saat 00 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus «Toyota Prado» markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqdan sonra, qrup üzvü Təqsirləndirilən şəxs2 kənardan dayanıb ətrafı nəzarətə götürmüş, o isə, avtomobilin alt hissəsindən hadisə yerinə gətirdiyi açarla həmin vaxta Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta məzənnəsi ilə 2.550 (iki min beş yüz əlli) manat, yəni 1.500 (bir min beş yüz) ABŞ dolları dəyərində səsboğucunu açıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs3 2.550 (iki min beş yüz əlli) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədilə, 29 iyun 2021-ci il tarixdə, saat 01:10-da Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944-cü məhəllə, 20 nömrəli evin qarşısında saxlanılmış X3 məxsus «X6 Prado» markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqdan sonra, avtomobilin alt hissəsindən hadisə yerinə gətirdiyi açarla 1.500 (bir min beş yüz) manat dəyərində səsboğucunu açıb gizli olaraq talamaqla, zərərçəkmiş şəxs Ramin Qəhrəmanova 1.500 (bir min beş yüz) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə, 29 iyun 2021-ci il tarixdə, saat 01:20-də ünvan 4 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus «X6 Prado» markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqdan sonra, avtomobilin alt hissəsindən hadisə yerinə gətirdiyi açarla 1.400 (bir min dörd yüz) manat dəyərində səsboğucunu açıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 1.400 (bir min dörd yüz) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədilə, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 31 may 2021-ci il tarixdə, saat 00 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus «Toyota Prado» markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqdan sonra, o, kənardan dayanıb ətrafı nəzarətə götürmüş, qrup üzvü Təqsirləndirilən şəxs1 isə avtomobilin alt hissəsindən hadisə yerinə gətirdiyi açarla həmin vaxta Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta məzənnəsi ilə 2.550 (iki min beş yüz əlli) manat, yəni 1.500 (bir min beş yüz) ABŞ dolları dəyərində səsboğucunu açıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs3 2.550 (iki min beş yüz əlli) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Hövsan qəsəbəsində yerləşən avtomobil təmiri emalatxanasında rəngsaz işləyir. Boyaları Şahid1 adlı tanışından alır. Vaqif onun işlədiyi emalatxanada olan zaman, o, özünə məxsus bir ədəd katalizatorunun olduğunu və onu satmaq fikrində olduğunu Vaqifə demişdir. Həmin vaxt Vaqif ona bildirmişdir ki, özü katalizatoru ondan ala bilər. O, Vaqiflə razılaşmış və sonuncu ona 600 manat verməklə, katalizatoru ondan almışdır. Həmin vaxt bilmişdir ki, Vaqif katalizatorların alışı və satışı ilə də məşğul olur. Həmin ərəfələrdə onun borcu olduğu üçün düşünmüşdür ki, katalizator əldə etsə, satıb yaxşı pul qazana bilər. Lakin, işlədiyi dövr ərzində müştərilərdən heç kimdən katalizator əldə edə bilmədiyi üçün, maddi sıxıntıları olduğundan, katalizatoru oğurlamaq və Vaqifə satmaq qərarına gəlmişdir. Daha sonra Vaqifə zəng edərək, daha iki ədəd katalizator olduğunu bildirmiş və Vaqif ona hər katalizatora görə 550 manat məbləğində pul verə biləcəyini demişdir. Lakin, onda hər hansı katalizator olmadığından, katalizatorları oğurlamaq qərarına gəlmiş, amma bu barədə Vaqifə heçnə deməmişdir. Bu səbəbdən o, işlədiyi emalatxanaya gedərək, bir ədəd açar və bir ədəd qayçı götürmüşdür ki, qarşına çıxan «Toyota Prado» markalı avtomobildən səsboğucunu söküb çıxarar və içərisindəki katalizatoru Vaqifə satmaqla, pul əldə edib, borclarını ödəyər. O, Vaqiflə danışmış və 29 iyun 2021-ci il tarixdə, gecə saat təxminən 01 radələrində Vaqiflə Xətai rayonu, «Nargilə Kafesi» deyilən yerdə görüşmüşlər. Vaqif onunla görüşə sonradan adını bildiyi dostu Elşənin idarə etdiyi «Toyota Camry» markalı avtomobillə gəlmişdir. Bundan sonra, onlar Elşənin idarə etdiyi avtomobillə «H.Aslanov» metrostansiyasının yaxınlığında hərəkətdə olduğu zaman o, iki ədəd «Toyota Prado» markalı avtomobillər görmüşdür. Həmin yerin yaxınlığıda, iki binanın arasında Elşəndən avtomobili saxlamasını və gedib katalizatorları gətirəcəyini demişdir. Elşən də, avtomobili onun dediyi yerdə saxladıqdan sonra, o, avtomobildən düşmüş, Vaqiflə Elşən isə avtomobildə qalmışlar. O, ilk olaraq ağ rəngli, «Toyota Prado» markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış və kənarda kimsənin olmadığına əmin olduqdan sonra, avtomobilin alt hissəsinə keçərək, özündə olan açar və qayçı vasitəsi ilə həmin avtomobilin səsboğucusunu söküb, Elşənin idarə etdiyi avtomobilə yaxınlaşmış və oğurladığı katalizatoru arxa oturacağa qoyub, digər qara rəngli «Toyota Prado» markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış və kənarda kimsənin olmadığına əmin olduqdan sonra, avtomobilin alt hissəsinə keçərək, özündə olan açar və qayçı vasitəsi ilə həmin avtomobilin katalizatorunu sökərək, yenidən Elşənin idarə etdiyi avtomobilə yaxınlaşıb, oğurladığı həmin katalizatoru da arxa oturacağa qoymuşdur. Həmin zaman, Vaqif ondan katalizatorları oğurluq yolu ilə əldə edib-etmədiyini soruşmuş və o, həmin vaxt Vaqiflə Elşənə katalizatorları oğurladığını bildirmişdir. Buna baxmayaraq, Vaqif və Elşən ona bir söz deməmiş və Vaqif katalizatorları ondan almağa razılaşmışdır. Daha sonra, Elşən idarə etdiyi avtomobillə onu yaşadığı Hövsan qəsəbəsinə aparmış və yolda olan zaman, Vaqif söz verdiyi 1.100 manat məbləğində pulu ona vermişdir. O, yaşadığı Hövsan qəsəbəsində avtomobildən düşdükdən sonra, Vaqif və Elşən birlikdə oradan çıxıb getmişlər. Əldə etdiyi 1.100 manat məbləğində pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. O, ilk əvvəl Vaqiflə danışan zaman, iki ədəd katalizatorun olduğunu demiş, lakin həmin katalizatorları oğurlayacağı barədə Vaqifə hər hansı söz deməmişdir. O, ikinci oğurladığı katalizatoru Elşənin idarə etdiyi avtomobilə gətirən zaman, Vaqif həmin katalizatorların kəsildiyini bildirdikdə, o, katalizatorların oğurladığını demişdir. Lakin buna baxmayaraq, Vaqif həmin katalizatorları almaqdan imtina etməmiş və əvvəlcədən söz verdiyi 1.100 manat məbləğində pulu ona vermişdir. Təqsirləndirilən şəxs2 ilə aralarında uzun illərdir ki, dostluq münasibəti mövcuddur. Rafaillə yaşadıqları Hövsan qəsəbəsində qonşudurlar. 28 may 2021-ci il tarixdə dostu Rafaillə Hövsan qəsəbəsində yerləşən evinin yanında görüşmüşdür. Rafail icarəyə avtomobil götürüb idarə etmişdir. Rafail tez-tez belə icarə müqaviləsi əsasında avtomobilləri tanışlarından götürür, müvəqqəti idarə edir, sonra isə geri qaytarmışdır. Rafail bu avtomobillərlə müxtəlif taksi sifarişləri qəbul edir və gündəlik xərclərini qarşılayır, ailəsini dolandırmışdır. Onun da, maddi cəhətdən Rafail kimi sıxıntıları olmuşdur. Rafaillə belə qərara gəlmişdirlər ki, birlikdə maşın katalizatoru oğurlayıb satmaqla, nağd pul əldə etsinlər. Onun özü maşın rənglənməsi və təmiri ustası olduğu üçün, katalizator sökülməsindən başı çıxmışdır. Rafailin isə idarə edə bildiyi avtomobili olduğu üçün, onlar rahat hərəkət edərək, oğurluq edə biləcəklərini planlaşdırmışlar. Bundan sonra, onlar internet saytlarına daxil olaraq, oğurlayacaqları katalizatorları kimlərə sata biləcəkləri ilə bağlı maraqlanmağa başlamışlar. Onlar internet saytında Vüqar adlı şəxsin əlaqə nömrəsini tapmış və həmin şəxslə əlaqə saxlamışlar. Vüqar Rafailə telefonda demişdir ki, Sumqayıt şəhərində, avtovağzalın yanında sexi var, həmçinin katalizator alqı-satqısı ilə məşğuldur. Rafail bundan sonra demişdir ki, əlində katalizator var satmaq istəyir. Vüqar da, problem olmadığını katalizatoru özləri ilə birlikdə Sumqayıta gətirmələrini demişdir. Onlar da, Vüqarla razılaşmışlar. Bundan sonra o, Rafaillə 30 may 2021-ci il tarixdə, saat təxminən 20 radələrində yaşadıqları ünvanın yaxınlığında görüşüb, söhbət edərək, oğurluq edəcəklərini qərarlaşmışlar. Onlar 31 may 2021-ci il tarixdə, saat 00 radələrində Rafailin idarə etdiyi «Hyundai Elantra» markalı avtomobil ilə hərəkət edərək, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsinə gəlib çıxmışlar. O, maşından düşüb cərgə ilə saxlanmış maşınlara yaxınlaşmışdır. O, ağ rəngli «Toyota Prado» markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin altına əyilmiş və təxminən 15-20 dəqiqə ərzində həmin maşının katalizatorunu çıxarmışdır. Həmin zaman, Rafail kənardan dayanıb gəlib-gedən kiminsə olmasına nəzarət etmişdir. Bundan sonra, onlar maşına oturub evə qayıtmışdırlar. Həmin gecə katalizator Rafailin maşınında qalmışdır. O isə, yaşadığı ünvanda gecələmək üçün getmişdir. Ertəsi gün isə Rafaillə yenidən yaşadığı evin yaxınlığında görüşmüşdür. Bundan sonra, avtomobilə əyləşib Sumqayıt şəhərinə getmişlər. Burada avtovağzalın yanında yerləşən Vüqarın işlədiyi sexi tapmışlar. Vüqar katalizatorun üzərində yazılmış koda baxıb onun 650 manat qiymətinin olmasını bildirmişdir. Bundan sonra, onlar Vüqarla razılaşmış və katalizatoru satmışlar. Vüqar onlardan heç bir sənəd tələb etməmişdir. Bundan sonra, onlar birlikdə Bakı şəhərinə qayıtmışlar. Pulu Rafaillə aralarında bölərək, ona 325 manat, Rafailə də həmçinin 325 manat pul çatmışdır. Pulu öz maddi ehtiyaclarına xərcləmişdir. 02 iyun 2021-ci il tarixdə isə yaşadığı ünvanın yaxınlığında yerləşən avtotəmir sexinə getmişdir. Lakin, orada polis əməkdaşları onu saxlayıb, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə aparmışlar. Rafail də polis əməkdaşları tərəfindən saxlanılmışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, tanışı Emin adlı şəxsin maşın icarəsi obyektindən «Hyundai Elantra» markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil götürmüşdür. Məqsədi sifariş əsasında maşın sürüb, pul qazanmaq olmuşdur. Belə ki, pula çox ehtiyacı olmuşdur. 28 may 2021-ci il tarixdə dostu Təqsirləndirilən şəxs1lə birlikdə Hövsan qəsəbəsində görüşmüşdür. O, qonşusu olan Orxanı 10 ildən artıq müddətdir ki, tanıyır. Orxanla görüşüb söhbət edərək, belə qərara gəlmişlər ki, birlikdə maşın katalizatoru oğurlayıb satmaqla, qazanc əldə etsinlər. Orxan özü maşın rənglənməsi ustası olduğu üçün, katalizator sökülməsindən başı çıxmışdır. Bundan sonra, onlar internet saytlara daxil olaraq, katalizatoru kimlərin ala biləcəyini maraqlanmağa başlamışlar. Bundan sonra, onlar internet saytından Vüqar adlı şəxsin əlaqə nömrəsini tapmış və əlaqə saxlamışlar. Vüqar telefonda ona demişdir ki, Sumqayıt şəhərində, avtovağzalın yanında sexi var, həmçinin katalizator alqı-satqısı ilə məşğuldur. O, bundan sonra Vüqara demişdir ki, əlində katalizator var satmaq istəyir, Vüqar isə problem olmadığını və katalizatorla birlikdə Sumqayıt şəhərinə gəlməyini bildirmişdir. O da, Vüqarla razılaşmış və Orxanla 30 may 2021-ci il tarixdə, saat təxminən 20 radələrində yaşadığı ünvanın yaxınlığında görüşmüşdür. Orxanla söhbət edib, oğurluq edəcəklərini qərarlaşmışlar. Onlar 31 may 2021-ci il tarixdə, gecə saatlarında avtomobillə hərəkət edib, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsinə gəlib çıxmışlar. Orxan maşından düşüb, cərgə ilə saxlanmış maşınlara yaxınlaşmış və ağ rəngli “Toyota Prado” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb, altına əyilmişdir. Həmin zaman, o, ətrafda kiminsə gəlibgəlməyəcəyinə baxmışdır. Təxminən 15-20 dəqiqə ərzində Orxan həmin maşının katalizatorunu çıxardıb gəlmiş və onlar maşına oturub evə qayıtmışlar. Həmin gecə katalizator onun maşınında qalmışdır. Orxan isə yaşadığı ünvana getmişdir. Ertəsi gün isə Orxanla yenidən yaşadığı evin yaxınlığında görüşüb, Sumqayıt şəhərinə getmişlər. Orada avtovağzalın yanında yerləşən Vüqarın işlədiyi sexi tapmışlar. Vüqar katalizatorun üzərində yazılmış koda baxıb, onun 650 manat qiymətinin olmasını bildirmişdir. Bundan sonra, onlar Vüqarla razılaşmış və katalizatoru satmışlar. Vüqar onlardan heç bir sənəd tələb etməmişdir. Onlar birlikdə Bakı şəhərinə qayıdıb, pulu Orxanla aralarında yarı-yarıya bölmüşlər. Pulu öz maddi ehtiyaclarına xərcləmişdir. 02 iyun 2021-ci il tarixdə o, «Hyundai Elantra» markalı avtomobili tanışı Emin adlı şəxsin işlədiyi maşın icarə obyektinə qaytarmaq üçün getmişdir. Lakin, orada polis əməkdaşları onu saxlayıb, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə aparmışlar. Bundan sonra o, törətdiyi oğurluq əməlini səmimi etiraf etmişdir. Polis əməkdaşları ondan oğurluq əməlini kiminlə birlikdə törətdiyini soruşmuş, o da, bildirmişdir ki, qeyd olunan hadisəni dostu Təqsirləndirilən şəxs1lə birlikdə törətmişdir. Bundan sonra polis əməkdaşları Orxanı da Hövsan qəsəbəsində saxlayaraq, polis şöbəsinə gətirmişlər. Bundan sonra, onlardan katalizatorları kimə satmaları soruşulmuş, onlar da, polislərə Vüqarın işlədiyi yeri demişlər. Bundan sonra, polis əməkdaşları Vüqarı da, oğurladıqları katalizatoru da polis şöbəsinə gətirmişlər. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X4 göstərmişdir ki, «X6 Prado» markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil anasına məxsus olsa da, anası bütün əmlakları ilə bağlı ona baş etibarnamə vermiş və o, həmin avtomobili qeyd olunan etibarnamə əsasında idarə edir. 28 iyun 2021-ci il tarixdə, təxminən saat 21 radələrində idarə etdiyi avtomobillə yaşadığı ünvan 5 ünvanına gəlmiş və avtomobili binanın qarşısında saxlayaraq, yaşadığı mənzilə getmişdir. 29 iyun 2021-ci il tarixdə, təxminən saat 08:30 radələrində yaşadığı mənzildən çıxaraq, idarə etdiyi «X6 Prado» markalı avtomobilə əyləşmiş və mühərriki işə salan zaman, nasazlıq aşkar etmişdir. Bundan sonra, avtomobilin alt hissəsinə baxdıqda, avtomobilin səsboğucusunun yerində olmadığını aşkar etmişdir. Səsboğucunun oğurlandığına əmin olub, DİN-nin 102 Xidmətinə zəng edərək, məlumat vermiş, daha sonra isə ərizə ilə Xətai RPİ-nin 36-cı Polis Bölməsinə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1.500 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, idarə etdiyi avtomobilin səsboğucusunu Təqsirləndirilən şəxs1 adlı şəxs oğurlamışdır. Hazırda isə ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Bu səbəbdən, iş üzrə Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayətinin olmadığını bildirərək, həmin şəxsə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, «X6 Prado» markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur və özü idarə edir. 28 iyun 2021-ci il tarixdə, təxminən saat 19 radələrində idarə etdiyi avtomobillə yaşadığı Xətai rayonu, Ç.Kərimov küçəsi 8 ünvanına gəlmiş və avtomobili binanın qarşısında saxlayaraq, yaşadığı mənzilə getmişdir. 29 iyun 2021-ci il tarixdə, təxminən saat 11:30 radələrində yaşadığı mənzildən çıxaraq, idarə etdiyi «X6 Prado» markalı avtomobilə əyləşmiş və mühərriki işə salan zaman, nasazlıq aşkar etmişdir. Bundan sonra avtomobilin alt hissəsinə baxdıqda, avtomobilin səsboğucusunun yerində olmadığını aşkar etmişdir. Səsboğucunun oğurlandığına əmin olub, ərizə ilə Xətai RPİ-nin 36-cı Polis Bölməsinə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1.400 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, idarə etdiyi avtomobilin səsboğucusunu Təqsirləndirilən şəxs1 adlı şəxs oğurlamışdır. Hazırda isə onun iş üzrə Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Qeyd olunanları əsas tutaraq, həmin şəxsə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, 30 may 2021-ci il tarixdə, saat 16 radələrində özünə məxsus «Toyota Prado» markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvanın yaxınlığında, yəni Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində yolun kənarında saxlayıb, yaşadığı evə getmişdir. Ertəsi gün, yəni 31 may 2021-ci il tarixdə, saat 13 radələrində avtomobilinə yaxınlaşıb onu işə salmaq istəmişdir. Bu zaman, avtomobildən boğunuq səs gəlməyə başlamışdır. Həmin vaxt ətrafda olan insanlar avtomobilin katalizatorundan belə səs gəlməsini ona bildirmişlər. Bundan sonra ona aydın olmuşdur ki, avtomobilin katalizatoru yerində yoxdur. Belə ki, ətrafda olan şəxslərin köməkliyi ilə avtomobilə baxmış və bu zaman ona aydın olmuşdur ki, avtomobilinin katalizatorunu naməlum şəxs və ya şəxslər oğurlamışdır. Daha sonra o, bu barədə DİN-nin 102 xidmətinə zəng edib, məlumat vermişdir. Qeyd olunan hadisə nəticəsində ona 1.500 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, idarə etdiyi avtomobilin səsboğucusunu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslər oğurlamışdırlar. Hazırda isə ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş və o, həmin şəxslərlə barışmışdır. Göstərilənlərə əsasən, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir tələb və şikayətinin olmadığını bildirərək, həmin şəxslərə yüngül cəza təyin olunmasını xahiş etmişdir. İş üzrə şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid3 məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 bildirmişdir ki, təxminən beş ildir ki, Neapol dairəsinin yaxınlığındakı mağazada avtomobil boyalarının satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, Orxan rəngsaz işlədiyi üçün, boyaları ondan alır. Təxminən bir ay əvvəl o, Orxanın işlədiyi emalatxanada olan zaman, Orxan özünə məxsus bir ədəd katalizatorunun olduğunu və onu kimə sata biləcəyi barədə onunla söhbəti olmuşdur. Həmin vaxt o, Orxana bildirmişdir ki, o, özü katalizatoru ala bilər. Bununla da, Orxan onunla razılaşmış və o, Orxana 600 manat verməklə, sonuncuya məxsus katalizatoru almışdır. Təxminən bir həftə əvvəl Orxan ona zəng edərək, iki ədəd katalizator olduğunu bildirmiş və o, Orxana hər katalizatora görə 550 manat məbləğində pul verə biləcəyini demişdir. Lakin, bir neçə gün Orxandan xəbər çıxmamışdır. 28 iyun 2021-ci il tarixdə, təxminən saat 22 radələrində Orxan ona zəng edərək bildirmişdir ki, iki ədəd katalizator var və onları götürmək mümkündür. O, maşınsız olduğu üçün, dostu Şahid2 zəng etmişdir ki, avtomobillə gəlib onu yaşadığı evdən götürsün və Orxanla görüşərək, katalizatorları sonuncudan alsın. Elşən onunla razılaşmış və o, Orxana zəng edərək, ümumi razılıq əsasında «Nargilə Kafesi» adlanan yerdə görüşmək qərarına gəlmişlər. Elşən 29 iyun 2021-ci il tarixdə, təxminən saat 00:30 radələrində idarə etdiyi «Toyota Camry» markalı avtomobillə gəlib, onu yaşadığı evdən götürmüş və onlar birlikdə «Nargilə Kafesi» adlanan yerə gedərək, Orxanla görüşmüşlər. Orxan avtomobilə əyləşdikdən sonra «H.Aslanov» metrostansiyasının yaxınlığına tərəf hərəkət etmişlər. Həmin ərazidə olan zaman, Orxan Elşənə bildirmişdir ki, avtomobili iki binanın arasında saxlasın. Elşən də Orxanın sözü ilə avtomobili həmin iki binanın arasında saxlamışdır. Bundan sonra, Orxan avtomobildən düşərək, getmiş və təxminən 15 dəqiqədən sonra Orxan qayıdaraq, bir ədəd avtomobil səsboğucusu gətirib, Elşənin idarə etdiyi avtomobilə qoyduqdan sonra, yenidən getmişdir. Bir neçə dəqiqədən sonra, Orxan yenidən ikinci avtomobil səsboğucusu ilə qayıtmış və həmin vaxt o, Orxandan səsboğucuların oğurluq olub-olmaması barədə soruşmuşdur. Orxan həmin vaxt bildirmişdir ki, gətirdiyi səsboğucular bir neçə gün əvvəl barəsində danışdığı katalizatorlardır, tanışına məxsusdur, həmin şəxsdən hər birini 500 manat müqabilində alıb, Vaqifə hər birini 550 manatdan olmaqla, satıb özü də pul qazanır. Bundan sonra, Elşənin idarə etdiyi avtomobillə Orxanı yaşadığı Hövsan qəsəbəsinə aparan zaman o, Orxana səsboğuculara görə hər birinə 550 manat olmaqla, ümumilikdə 1.100 manat məbləğində pul vermişdir. Bundan sonra, Elşən onu yaşadığı evə düşürdükdən sonra, öz yaşadığı evə getmişdir. Səhər saat 11 radələrində Elşən onun iş yerinə gəlmiş və Orxandan aldıqları səsboğucuları ona təhvil verib getmişdir. O da, «Tap.az» internet səhifəsində katalizator alan şəxslərlə maraqlanmışdır. Həmin şəxslərdən, adı sonradan ona məlum olan Xəlil adlı şəxslə əlaqə saxlayıb, katalizator satdığını bildirmişdir. Həmin şəxs də onunla razılaşıb, iş yerinə gəlmiş və katalizatora baxdıqdan sonra, ikisinə 1.500 manat məbləğində pul verəcəyini bildirmişdir. O, razılaşdıqdan sonra həmin katalizatorları Xəlilə satmışdır. Bundan sonra, gəlir kimi qalmış 400 manatı Elşənlə aralarında bərabər sayda, yəni hərəyə 200 manat olmaqla bölmüşlər. Təqsirləndirilən şəxs1 ilə görüşən zaman, sonuncunun həmin katalizatorları oğurluq cinayəti yolu ilə əldə edəcəyindən məlumatları olmamışdır. O, Orxandan bu barədə soruşduqda, sonuncu onlara bildirmişdir ki, həmin səsboğucular tanışına məxsusdur və hər birini 500 manata alıb, 550 manata satır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid4 bildirmişdir ki, özü fotoqraf işləyərək pul qazanır, lakin bundan başqa, avtomobillərin səsboğucularının daxilindəki kömürün alqı-satqısı ilə məşğul olur. Belə ki, həmin katalizatorları ucuz qiymətə alıb bir qədər baha qiymətə satır. Şahid1 təxminən iki aydır ki, tanıyır. Belə ki, Vaqif Neapol dairəsinin yaxınlığındakı mağazada avtomobil boyalarının satışı ilə məşğul olur. O, Vaqifi tanıyan ərəfədə, sonuncunun da avtomobillərin səsboğucularının daxilindəki kömürün alqı-satqısı ilə məşğul olduğunu bilmiş və Vaqifə demişdir ki, əgər katalizator olsa ona da bu barədə məlumat versin. Vaqif onunla razılaşdıqdan sonra, 29 iyun 2021-ci il tarixdə, təxminən saat 14 radələrində ona zəng edərək, iki ədəd «Toyota Prado» markalı avtomobilə məxsus katalizator olduğunu bildirmişdir. O, Vaqifdən katalizatorların qiyməti barədə maraqlandıqda, Vaqif həmin katalizatorları ondan başqa bir şəxsin 1.400-1.450 manata ala biləcəyini bildirmişdir. O isə, qiymət barədə maraqlandıqdan sonra, həmin katalizatorları 1.500 manata ala biləcəyini demişdir. Vaqif onunla razılaşdıqdan sonra, tanışı Elşən adlı şəxslə birlikdə sonuncunun idarə etdiyi avtomobillə yaşadığı məhəlləyə gəlmiş və o, Vaqiflə görüşdükdən sonra, 1.500 manat pul verib, həmin katalizatorları Vaqifdən almışdır. Daha sonra «Tap.Az» interten portalından həmin katalizatorların alışı ilə məşğul olan şəxslərlə əlaqə saxlamış, daha sonra başqa bir şəxslə Vaqifin ona satdığı katalizatorları 1.600 manata razılaşıb, həmin şəxsə satmışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid3 bildirmişdir ki, özü bir müddətdir ki, Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən avtomobil təmiri sexində avtomobil təmiri ilə məşğuldur. Həmçinin, bu sexdə müxtəlif avtomobillərin katalizatorlarının alqı-satqısı ilə məşğuldur. 28 may 2021-ci il tarixdə Rafail adlı şəxs onunla telefon əlaqəsi saxlayaraq, katalizator satmaq istədiyini ona bildirmişdir. Bundan sonra o, Rafailə demişdir ki, katalizatorun koduna baxmamış qiymətini deyə bilməyəcəkdir. Rafail də onunla razılaşmışdır. Belə ki, onun internet saytlarında elanı olmuşdur. Bu elanda o, katalizator ala biləcəyini bildirmişdir. Daha sonra, 01 iyun 2021-ci il tarixdə, saat 12 radələrində Rafail və Orxan adlı şəxslər birlikdə Sumqayıt şəhərində yerləşən sexə, yəni onun yanına gəlib, katalizatoru təqdim etmişlər. Rafail ona demişdir ki, katalizator özünün idarə etdiyi «Toyota Prado» markalı avtomobilə məxsusdur. Rafail həmçinin ona demişdir ki, idarə etdiyi “Toyota Prado” markalı avtomobilin motoru vurmuş və təmir etməlidir, lakin əlində pulu azdır. Bu səbəbdən, qeyd olunan avtomobilin katalizatorunu satmaq istəyir. O, bundan sonra avtomobilin sənədinə baxmaq istədiyini demişdir. Lakin, Rafail və Orxan ona bildirmişlər ki, avtomobilin sənədi avtomobilin içərisində qalmış, avtomobil isə Bakı şəhərindədir. Bundan sonra, o, sonuncularla razılaşmışdır. Daha sonra isə, katalizatorun koduna baxmışdır. O, katalizatorun kodunu istifadəsində olan mobil telefonun «ekokart» adlı proqramına yazmışdır. Burada katalizatorun qiyməti görsənmişdir. Katalizatorun qiyməti 350 manat idi. Bundan sonra o, 350 manat pulu Rafailə vermiş və katalizatoru qəbul etmişdir. Daha sonra isə həmin şəxslər çıxıb getmişlər. 02 iyun 2021-ci il tarixdə polis əməkdaşları işlədiyi avtomobil sexinə yaxınlaşıb bildirmişlər ki, Rafail və Orxandan aldığı katalizator oğurlanmış əşyadır. O, bundan sonra katalizatoru polis əməkdaşlarına könüllü olaraq təhvil vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri etirafedici ifadələri ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin 36-cı Polis Bölməsinin məsul növbətçisinin raportundan görünür ki, ünvan 7 ünvanında yaşayan X2 DİN-nin 102 xidmətinə verdiyi məlumata əsasən, yaşadığı evin qarşısında saxladığı «X6 Prado» markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin katalizatorunun oğurlanmasını bildirmişdir. İş materiallarında olan Xətai RPİ-nin 36-cı Polis Bölməsinin təhqiqatçısının raportundan görünür ki, ünvan 8 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 36-cı Polis Bölməsinə verdiyi məlumata əsasən, yaşadığı evin qarşısında saxladığı «X6 Prado» markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin katalizatorunun oğurlanmasını bildirmişdir. İş materiallarında olan Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin məsul növbətçisinin raportundan görünür ki, Zərərçəkmiş şəxs3 DİN-nin 102 xidmətinə verdiyi məlumata əsasən, ünvan 9 ünvanının qarşısında saxladığı «Toyota Prado» markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin katalizatorunun oğurlanmasını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2021-ci il tarixli, 9/3861 nömrəli ekspert rəyindən görünür ki, 2014-cü il buraxılışlı, mühərrik həcmi 2700 sm/kub «Toyota Prado» markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alt hissəsində yerləşən katalizatorun orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 600 manat müəyyən edilir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs3 məxsus «Toyota Prado» markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin katalizatoru iş üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün sahibinə təhvil verilmişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 02 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdurlar. İş materiallarından görünür ki, 04 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş və onlar, saxlandığı Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 01 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 03 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Xətai RPİ-nin MSY-dən azad edilmişdir. Eyni zamanda, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmədən gizləndiyindən, seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Həmçinin, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 noyabr 2021-ci il tarixli qərarı ilə Xətai RPİ-nin İstintaq Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Eyni zamanda, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmədən gizləndiyindən, seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs1 29 iyun 2022-ci il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq, istintaq təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla, 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.5-ci bəndinə əsasən, 21 iyun 2016-cı il tarixdə cəzadan azad olunaraq, qeydiyyatdan çıxarılmışdır. Eyni zamanda, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini və iş üzrə digər zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Təqsirləndirilən şəxs1 xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə və xx.xx.2022-ci il tarixdən hal-hazıradək, Təqsirləndirilən şəxs2 isə xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 162.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilməli, seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə hazırda həbsdə olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs3 məxsus «Toyota Prado» markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin katalizatorunun sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə onun 62 (altmış iki) gün həbsdə saxlanıldığı müddət 124 (bir yüz iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə onun 2 (iki) gün həbsdə saxlanıldığı müddət 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə hazırda həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs3 məxsus «Toyota Prado» markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin katalizatorunun sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-27/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-27/2022
26.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver