Məhkəmə qərarları › İş №1(011)-27/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-27/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-27/2023 13.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X6, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin direktoru Nümayəndə1 və etibarnamə üzrə nümayəndələri X4, X1, X2, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin (indiki adı-"xxxx" MMC) etibarnamə üzrə nümayəndələri 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə3 və Nümayəndə2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Nümayəndə2 küçəsi, ev 4A, mənzil 21 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1 və 306.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, qardaşı X5 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru arasında bağlanmış xx.xx.2021-ci il tarixində bağlanmış öhdəliyin ötürülməsi haqqında daxili lizinq müqaviləsinə əlavə razılaşma əsasında həmin tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru ilə “Zaminlik” müqaviləsi bağlayaraq ona sonuncu dəfə xx.xx.2021-ci il tarixli etibarnamə ilə ancaq idarə etmək üçün etibar edilmiş həmin MMC-yə məxsus **-PU-*** dövlət qeydiyyat nişanlı “X17” modelli avtomobili qəbul edib təxminən 2021-ci ilin may ayının əvvəllərində özgə əmlakı olan "xxxx" MMC-yə məxsus **-PU-*** dövlət qeydiyyat nişanlı “X17” modelli avtomobilin yararsız hala düşmüş mühərrikini ünvan 3 ünvanında yerləşən “BMW garage” adlanan avtotəmir servisində təmir etdirmək adı ilə çıxardaraq israf etmə yolu ilə əmlak sahibi "xxxx" MMC-yə 2000 (iki min) manat məbləğində ziyan vurmaqla talamışdır. Bundan başqa, o, 144066,29 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-nin (indiki adı-"xxxx" MMC) xeyrinə ödənilməsinə dair Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2-2(1130- 1848/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahat alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021-ci il və təqdimat verilən xx.xx.2022-ci il tarixədək tələbkarın xeyrinə heç bir məbləğdə pul vəsaiti ödəməmiş və ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayında “X17” markalı avtomobili öz şəxsi istifadəsi üçün lizinq müqaviləsi bağlamaqla almış və aylıq ödənişlərin bir neçəsini etmişdir. 2021-ci ilin aprel ayında maşının mühərrikində müəyyən nasazlıq yaranması səbəbi ilə həmin nəqliyyat vasitəsini “BMW Garage” avtotəmir servisinə aparmış, orada olan usta avtomobili diaqnostika etdikdən sonra mühərrikdən səs gəldiyini və həmin mühərrikin xarab olduğunu bildirmişdir. Daha sonra sığorta şirkəti ilə bağlanmış müqavilə əsasında bu məbləği qarşılayacağını düşünmüş, lakin onun lizinq şirkətinə sığorta ödənişi qismində ödədiyi məbləğin "xxxx" MMC tərəfindən sığorta üçün xərclənilmədiyini müəyyən etmişdir. Bununla da "xxxx" MMC-nin ona qarşı dələduzluq əməli törətməsi qənaətinə gəlmişdir. Əlavə olaraq, may ayı üçün etdiyi ödəniş də onların öz ciblərinə getmişdir. Müqavilə şərtlərinə əsasən ard-arda iki ayın ödənişi edilmədiyi təqdirdə, lizinq şirkəti həmin müqaviləyə xitam verməli idi. Lakin onlar müqaviləyə xitam verməmiş və dekabr ayına qədər onun ödəniş etməsini gözləmişlər. O da öz növbəsində onlardan avtomobili təmir etmələrini tələb etmişdir. Şirkətin işçiləri özləri də avtomobilə baxış keçirmiş və mühərrikin hansı vəziyyətdə olduğunu görmüşlərdir. Təmir edilməli olan mühərrikin təmir xərclərinin Azərbaycan Respublikasında baha başa gələcəyini başa düşdüyündən onu daha ucuz qiymətə təmir etdirmək məqsədi ilə Gürcüstan Respublikasına göndərmiş, şirkətə 18000 manata yaxın ödəniş etməsinə baxmayaraq, ona gözlə görülə bilməyən çatışmazlıqları olan avtomobili satmışlar və sonraki təmir məsələsini həll etməkdən boyun qaçırmışlar. O isə avtomobilin mühərrikinin düzəlməsinin çətin olacağını və buna görə xərc tələb olunacağını başa düşmüş, şirkət isə avtomobilin mühərrikinin düzəlməsinin mümkün olmayacağını yalnız dekabr ayında başa düşmüş, bundan sonra onun avtomobili talan etdiyini iddia etməyə başlamışlar. Bununla bağlı şirkət prokurorluğa müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsində bu işə baxılmışdır. Onun avtomobili talan etmək kimi bir məqsədi olmamışdır. "xxxx" MMC (indiki adı-"xxxx" MMC) ilə bağlı o qeyd etmişdir ki, məhkəmə tərəfindən 144066,29 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun həmin şirkətə ödənilməsi barədə qərar qəbul edilmişdir. Həmin məsələ ilə bağlı inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin borcu ödəməmə səbəbi özünü təqsirli bilməməyi və maddi vəziyyətinin pis olması ilə bağlıdır. Verilən suallara cavab olaraq o, bildirmişdir ki, o, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olduğundan, müqaviləyə görə avtomobili qardaşı Pərviz Hüseynovun adına almış, lakin faktiki avtomobili o əldə etmişdir. Övladının xəstəliyi 2021-ci ilin aprel ayında kəskinləşməyə başlamış, ondan əvvəl maddi vəziyyəti pis olmadığından ödənişləri edə biləcəyini düşünmüş, lakin iki ayın ödənişini etdikdən sonra maddi vəziyyəti yaxşı olmadığından sonraki aylar üçün ödəniş edə bilməmişdir. Dəfələrlə şirkətdə çalışan Ehtiram adlı şəxsə avtomobilin mühərrikinin xarab olduğu barədə məlumat vermiş, Anar adlı şəxs özü avtomobilin mühərrikinə baxış keçirərək onun xarab olduğunu bildirmişdir, bundan sonra təmir məqsədilə avtomobilin detalını Gürcüstan Respublikasına göndərmişdir. Detalın qiyməti Azərbaycan Respublikasında bahalı olduğundan, təmir üçün Gürcüstan Respublikasında göndərmişdir. Detalı Gürcüstan Respublikasına aparmasını İpək Yolunda tır şoferi kimi fəaliyyət göstərən Ramil adlı şəxsdən xahiş etmişdir. 2021-ci ilin iyun-iyul aylarında, o, avtoservisə gələrək detalı oradan götürmüş, həmin detalı Ramilin Gürcüstan Respublikasında təmir etmək üçün kimə verməsi ilə bağlı məlumatı yoxdur, köhnə telefonu qırıldığından, həmin şəxsin nömrəsini itirmişdir. Motoru mənimsəmək və ya israf etmək kimi bir fikri olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmış Nümayəndə1 ifadəsində göstərmişdir ki, "xxxx" MMC 2014-cü ildə təsis edilmiş və elə həmin ildən o, bu MMC-nin direktoru vəzifəsinə təyin olunaraq işləyir. Rəhbəri olduğu MMC daşınar və daşınmaz hüquqi və fiziki şəxslər tərəfindən keçirilən alqı-satqı əməliyyatlarının maliyyələşdirməsi ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə X5 "xxxx" MMCyə müraciət edərək xx.xx.2021-ci il tarixdə müqavilə bağlamaqla “X17” modelli **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilini istifadəyə qəbul etmişdir. Sənədləşmə işində problem olduğundan müqavilə Pərviz ilə bağlansa da faktiki olaraq həmin avtomobil Təqsirləndirilən şəxs verilmişdir. Sonraki dövrdə aylıq ödənişlər edilməmiş, eləcə də aparılan araşdırmalar nəticəsində avtomobilin yararsız vəziyyətdə olması aşkar olunmuşdur. Avtomobilin mühərrikinin və onun bəzi hissələrənin olmaması faktı da ortaya çıxmışdır. Həmin müqaviləyə əsasən zamin qismində Şahid1 çıxış edirdi. Bütün bunlar müəyyən edildikdən sonra biz Anarla danışandan, o, avtomobili təmir etməyə razılaşdı. Lakin daha sonra onun da fəaliyyəti nəticəsiz qaldı. Biz də bu işlə bağlı prokurorluğa müraciət etdik. Verilmiş suallara cavab olaraq o bildirmişdir ki, onların sənədlərlə birlikdə təqdim etdikləri qiymətləndirmə aktında avtomobi vasitəsinin mühərrikinin qiyməti müstəqil qiymətləndirmə aparan şəxs tərəfindən təxminən 20000 manat olaraq müəyyən edilmişdir. İttiham aktında qeyd edilmiş 2000 manat məbləği absurd və reallığı əks etdirməyən hesab edir. Şirkətin nümayəndəsi ilə bərabər zamin olan Şahid1 avtomobil servisdə olarkən ona baxış keçiriblər. Lakin həmin vaxt avtomobilin mühərriki avtomobildən kənarda olub. Avtomobili servisdən götürmək istədikdə orada işləyən ustalardan biri buna şərait yaratmamış, avtomobili Təqsirləndirilən şəxs təhvil veriyi üçün, yalnız onun iştirakı ilə aparmağa icazə verəcəyini demişdir. Şirkətləri avtomobili yararsız vəziyyətdə olan mühərriki ilə bərabər götürmək istəyirdi. Hal-hazırda həmin avtomobil başqa şəxsə satılmışdır. Avtomobil lizinq müqaviləsi əsasında yanvar ayında satılarkən saz vəziyyətdə olmuşdur. Avtomobildə yaranan nasazlıq ilə bağlı məlumatı təxminən aprel ayında əldə etmişdirlər. Yəni yanvar ayından aprel ayına qədər avtomobili normal şəkildə istifadə edilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmış Nümayəndə2 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin (indiki adı-"xxxx" MMC) direktoru vəzifəsində çalışır. Təqsirləndirilən şəxs ilə 2021-ci ilin yanvar ayında tanış olmuşdur. Təqsirləndirilən şəxs 144066,29 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə ödənilməsinə dair Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2-2(113)-1848/2021 saylı qətnaməsi çıxarılmışdır. Sözügedən qətnamə icra edilməsi üçün Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsuliyyəti izah edilməsinə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 gün müddətinə inzibati qaydada həbs edilməyinə, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs təqdimat verilən xx.xx.2022-ci il tarixədək onun xeyrinə qərəzli olaraq heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2-2(113)- 1848/2021 saylı qətnaməsi üzrə ona olan borcunu kifayət qədər qazancı olmasına baxmayaraq qərəzli olaraq ödəməmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs tərəfindən borcun ödənilməsini, əks halda sonuncunun məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" MMC 2014-cü ildə təsis edilmiş, 2017-ci ildən isə o fərdi sahibkar kimi həmin lizinq şirkəti ilə avtomobillərin alqı-satqısı ilə məşğul olur. Lizinq müqaviləsinə əsasən avtomobil satılarkən bankda zamin qismində çıxış etmişdir. Müqavilə üzrə avtomobil satıldıqdan bir neçə ay sonra aylıq ödənişlərin edilmədiyini öyrənmişdir. Servisə getdiyi zaman orada çalışan usta, yəni Rauf avtomobilin mühərrikinin xarab olduğunu və Mətin tərəfindən düzəldildiyini bildirmişdir. Əvvəlcə avtomobil onun adına olmuş, daha sonra isə onu Ceyhun adlı tanışına satmışdır. Ceyhun daha sonra avtomobili satanda Təqsirləndirilən şəxs zamin durmağını xahiş etmişdir. Avtomobilin aylıq ödənişlərində gecikmə olduğu hallarda Təqsirləndirilən şəxs zəng edib, müqavilə üzrə məsuliyyət daşıdığını və ondan ödəniş etməsini istəmişdir. Servisə getdiyi gün yağışlı gün olmuşdur. Həmin vaxt orada işləyən usta ilə təxminən 8-9 ildir ki tanışdır və bu səbəbdən də ona etibar etmişdir. Mühərrikin özünü görməsə də, onun detallarının orada olduğunu görmüşdür. Ustaya avtomobili aparmağı təklif etmişdir. Usta ilə Mətin telefon vasitəsi ilə danışan zaman, Mətin ona mühərriki təmir edəcəklərini və avtomobili aparmamağı demişdir. Zamin qismində çıxış etməsinə səbəb avtomobilin Təqsirləndirilən şəxs satmaqda problemin yaranması ilə əlaqədar olmuşdur. İlkin olaraq avtomobil Təqsirləndirilən şəxs qardaşı Pərviz Hüseynova satılmışdır, lakin faktiki olaraq Mətinə satılmışdır. O Mətinlə telefon vasitəsi ilə əlaqə saxlayarkən, ona avtomobili təhvil verməsini demişdir. Mətin mühərriki xaricdə təmir edtikdən sonra təhvil verəcəyini demişdir. Avtomobilə baxış keçirmık üçün servisə gedəndə yanında şirkətin işçisi Turqut adlı şəxs də olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Hafiz oğlu ifadəsində göstərmişdir ki, "xxxx" MMC 2014-cü ildə təsis edilmişdir. 2018-ci ildən həmin MMC-də lizinq mütəxəssisi vəzifəsində işləyir. Onun işi müştəri ilə avtomobil və mənzillərin alqısatqısı zamanı sənədlərin rəsmiləşdirilməsindən ibarətdir. xx.xx.2021-ci il tarixdə X5 "xxxx" MMC-ə müraciət edərək xx.xx.2021 -ci il tarixdə müqavilə bağlamaqla “X17” modelli 90- PL-102 dövlət qeydiyyat nişanlı avtomobilini istifadəyə qəbul etmişdir. Müqavilə onunla bağlansa da faktiki avtomobili alan şəxs Mətin olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilin aylıq ödənişini gecikdirdiyi üçün onlar Mətinlə əlaqə saxladılar və Mətin onlara maşında problem olduğunu və təmirdə olduğunu bildirdi. 2021-ci ilin may ayında mühərrikin söküldüyü servisə MMC-in əməkdaşı Anar ilə getmişdir. Həmin servisdə avtomobilin mühərrikinin içində olmadığını görmüşdür. Usta, yəni Raufdan bu barədə soruşduqda həmin maşının mühərrikini yoxladığını və mühərrikin yararsız olduğunu bildirdi. Raufa yararsız mühərriki verməsini və avtomobili aparmaq istədiyini dedikdə, həmin vaxt Rauf Anara servisin həyətində mühərrikə aid olan detalları göstərdi. Bundan sonra yenə də Raufa yararsız mühərriki maşının içinə qoyub onlara təhvil verməsini dedikdə, Rauf maşını gətirənin Mətin olduğunu və onun iştirakı olmadan maşını verə bilməyəcəyini bildirdi. Rauf onunla əlaqə saxladı və Mətinə avtomobili yararsız mühərriklə birgə aparmaq istədiklərini bildirdi. Mətin mühərriki təmir etdirəcəyini və ödənişləri edəcəyini bildirdiyinə görə servisdən uzaqlaşmışdırlar. Mətin zənglərə cavab vermədiyindən təxminən bir həftə sonra yenidən servisə getdikdə artıq mühərrikin orada olmadığını görmüşdür. Rauf onlara Mətinin onlar servisdən getdikdən sonra təxminən 3-4 gün keçdikdən sonra mühərriki təmir etmək üçün götürüb apardığını dedi. 2021-ci ilin oktyabr ayında avtomobil mühərriksiz vəziyyətdə servisdə aktlaşdırılaraq götürüldü. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Rafiq oğlu ifadəsində göstərmişdir ki, 30 ildən çoxdur ki avtomobil ustası işləyir. xx.xx.2021-ci il tarixindən Xətai rayonunda yerləşən “BMW” qaraj adlı avtotəmir müəssəsində kirayəyə yer götürərək işlətmişdir. Hazırda Mobil yağlama mərkəzində işləyir. Təqsirləndirilən şəxs onun daimi müştərilərindəndir. 2021-ci ilin aprel ayının əvvəlində Mətin ona zəng edərək Sumqayıt yolunda olduğunu, idarə etdiyi X17 avtomobilinin söndüyünü və yenidən işə düşmədiyini bildirmiş, o isə Mətinə saat gec olduğu üçün sabah işlədiyi servisə gəlməsini bildirmişdir. Mətin onun yanına “X17” avtomobili evakuator vasitəsilə gətirmiş və həmin avtomobili lizinq yolu ilə aldığını bildirmişdir. O, maşını işlək vəziyyətə gətirmək üçün açarı fırlatmış, akkumlyator işləsə də, mühərrik işə düşməmişdir. Bundan sonra mühərrikin işləməməsinin dəqiq səbəbini öyrənmək üçün mühərrikin valını fırlatmaq üçün dəmir açarla mexanik vəziyyətə gətirmək üçün açarı fırlatsa da valın ilişdiyini və heç bir yerə fırlanmadığını görmüş, mühərrikin karterini çıxaran zaman mühərrikdə qalan yağ çıxandan sonra vizual olaraq vala baxmış və mühərrikin səkkiz şatunundan altısının yararsız olduğunu görmüşdür. Bundan sonra o, Mətini servisə çağırmış və Mətinə mühərrikin nə vəziyyətdə olduğunu, lizinqə bu barədə məlumat verməsini bildirmişdir. Mətinə mühərrikin dəyişilməli olduğunu, yenidən təmir edilməsinin həm maddi cəhətdən həm də vaxt baxımından sərfəli olmadığını və yararsız mühərrikin yenisi ilə əvəzlənməsinin məsləhət olduğunu bildirmişdir. Mətin ona hazırda yeni mühərrikin alınması üçün pulunun olmadığını demiş, o isə nə vaxt pulu olarsa onda gəlməsini demişdir. Bundan sonra 5-6 gün sonra lizinqin əməkdaşları gələrək yerdə sökülü vəziyyətdə olan mühərriki görmüş, o işçilərə mühərrikin yararsız vəziyyətdə olduğunu göstərərək, dəyişilməli olduğunu bildirmişdir. Bundan sonra, o Təqsirləndirilən şəxs zəng edərək lizinq əməkdaşlarının servisə gəldiyini və maşını yararsız mühərriklə birgə aparmaq istədiklərini demişdir. Mətin isə təxminən bir həftəyə ödəniş edəcəyini bildirmiş və lizinqin əməkdaşları razılaşaraq getmişdirlər. 2021-ci ilin may ayında isə Mətin onun iş yerinə gəlmiş, üzərində olan mühərriki aparacağını və düzəltdirib gətirəcəyini demiş, bundan sonra Mətin həmin mühərriki götürüb avtomobilə yerləşdirmiş və oradan uzaqlaşmışdır. Mühərriki Mətinin gətirdiyi avtomobilə o, Əziz, Soltan və Nurlan adlı servis işçilər yükləmişlər. Mətin mühərriki apardıqdan bir neçə gün sonra lizinqin əməkdaşları həmin servisə yenidən gəlmiş, Mətinin mühərriki apardığını bildirmiş və bundan sonra onlar getmişlər. Onun Mətinlə nə danışıb-danışmamaqları barədə məlumatı yoxdur. O, Mətinə dəfələrlə zəng edərək, yeni mühərrik gətirərək avtomobili servisdən aparmasını desə də Təqsirləndirilən şəxs dediklərini etməmiş, 2021-ci ilin oktyabr ayında lizinqin əməkdaşları gələrək akt tərtib etmiş və avtomobili götürmüşlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2020-ci il tarixindən NZS qəsəbəsində yerləşən “BMW Garage” avtomobil servisində avotomobil ustası kimi işləyir. Təxminən 2021-ci ilin aprel ayının əvvəllərində adını bilmədiyi şəxs X17 avtomobilini evakuatorla gətirərək onun yanında işləyən Rauf ustaya yaxınlaşmış və avtomobilin işə düşmədiyini bildirmişdir. Bundan sonra Raufla birgə mühərriki çıxartmış və karterini sökmüş, mühərriki diaqnostika etmiş, valını yoxladıqda valın şatunlarının tutulduğunu və valın fırlanmadığını müəyyən etmişlər. Avtomobil və yararsız mühərriki bir müddət servisdə qalmış, təxminən may ayının əvvəllərində onun adlarını bilmədiyi, özlərini lizinq işçiləri kimi təqdim edən iki nəfər servisə gələrək avtomobili və yararsız mühərriki aparmaq istədiyini demişlər. Rauf usta maşının sahibindən xəbərsiz maşını verə bilməyəcəyini demiş, bundan sonra həmin işçilər maşının sahibiylə danışmış, razılaşaraq avtomobili və yararsız mühərriki götürmədən çıxıb getmişlər. Bundan sonra o, rayona getmiş və təxminən 7-8 gün sonra servisə qayıdanda avtomobil orda olsa da, mühərrik orada olmamışdır. O, Raufdan bu barədə soruşduqda Rauf avtomobilin sahibinin yararsız mühərriki apardığını bildirmişdir. Amma nə vaxt və kiminlə aparması barədə onun məlumatı yoxdur. Lizinqin əməkdaşları servisə gəlib avtomobili və yararsız mühərriki aparmaq istəyən zaman orada olduğunu və həmin vaxt yararsız mühərrikin də servisdə olduğunu, lakin lizinqin işçilərinin maşının sahibi ilə telefonda danışdıqdan sonra avtomobili və yararsız mühərriki götürmədən getdiklərini göstərmişdir Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2-2(113)- 1848/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 144066,29 manat məbləğində pul vəsaitini və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunu "xxxx" MMC-nin (indiki adı-"xxxx" MMC) xeyrinə ödəməlidir. Sözügedən qətnamə icra edilməsi üçün Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, tərəflərindən qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsuliyyəti izah edilməsinə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 gün müddətinə inzibati qaydada həbs edilməyinə, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, Təqsirləndirilən şəxs təqdimat verilən xx.xx.2022-ci il tarixədək tələbkarın xeyrinə heç bir məbləğdə ödəniş etməmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədi ilə zəruri icra hərəkətləri həyata keçirilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Tələbkar "xxxx" MMC-nin (indiki adı-"xxxx" MMC) direktoru Nümayəndə2 şöbəyə ərizə ilə müraciət edərək, borclu Təqsirləndirilən şəxs tərəfindən borcun onun xeyrinə ödənilməsini, əks halda Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Abdullayev X9 ifadəsində göstərmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2-2(113)- 1848/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 144066,29 manat məbləğində pul vəsaitini və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunu "xxxx" MMC-nin (indiki adı-"xxxx" MMC) xeyrinə ödəməlidir. Sözügedən qətnamə icra edilməsi üçün Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, tərəflərindən qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsuliyyəti izah edilməsinə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 gün müddətinə inzibati qaydada həbs edilməyinə, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, Təqsirləndirilən şəxs təqdimat verilən xx.xx.2022-ci il tarixədək tələbkarın xeyrinə heç bir məbləğdə ödəniş etməmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədi ilə zəruri icra hərəkətləri həyata keçirilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Tələbkar "xxxx" MMC-nin (indiki adı-"xxxx" MMC) direktoru Nümayəndə2 şöbəyə ərizə ilə müraciət edərək, borclu Təqsirləndirilən şəxs tərəfindən borcun onun xeyrinə ödənilməsini, əks halda Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, evdə olan vaxt Təqsirləndirilən şəxs ona zəng edərək, avtomobilin motorunun “stuk” verdiyini, yəni xarab olduğunu, bu səbəbdən də həmin motoru başqa yerə düzəltmək üçün göndərəcəyini bildirmiş və onun da onunla birlikdə motorun olduğu yerə getməsini istəmişdir. O da onunla razılaşmış və onlar Ukrayna dairəsinin yaxınlığında görüşmüşlər. Maşının motoru NZS qəsəbəsi ərazisində yerləşən “BMW” qarajında idi. Oraya getdikdə Təqsirləndirilən şəxs Rauf adlı usta ilə danışdıqdan sonra çölə çıxmış və onlar birlikdə maşının motoruna baxmışlar. Daha sonra qazel tipli nəqliyyat vasitəsini taparaq həmin motoru iki fəhləyə yükləmələri üçün ödəniş etməklə nəqliyyat vasitəsinə yükləmələrini istəmişlər. Sonra onun maşını irəlidə olmaqla və həmin qazel də onun arxasınca gəlməklə Şıxov tərəfə “İpək Yolu” gömrük terminalına yollanmışlar. O, Ramin adlı şəxsi həmin ana qədər tanımamış, yol əsnasında onun adının Ramin olduğunu və onun onlara motorun göndəriləcəyi tırı göstərəcəyini öyrənmişdir. Onlar ora çatdıqda Ramin çıxmış və Mətin onunla görüşmüşdür. Qazel onun arxasında olmuşdur. Ramin tırı göstərərək, həmin tır vasitəsilə motoru düzəltmək üçün aparacağını bildirmişdir. Qazel də tıra yaxınlaşmış və motor tıra yüklənmişdir. Onlar da oranı tərk etmişlər. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, o, bu tip işlərdə daha öncədən iştirak etmədiyindən, hansı qaydalar əsasında həyata keçirildiyi barədə məlumatlı deyil. O, sadəcə Təqsirləndirilən şəxs kömək etmək məqsədi ilə onunla birlikdə həmin yerə yollanmışdır. “Range Rover” markalı avtomobilin motoru açıq vəziyyətdə olmuşdur. Onun gözünün qarşısında qarajdan iki fəhlənin köməyi ilə motor qazel tipli nəqliyyat vasitəsinə yüklənmişdir. Motorun qazeldən tıra yüklənməsi orada olanların xırda maşınları vasitəsilə həyata keçirilmişdir. Həmin xırda maşınlarda biri qazelə yaxınlaşmış və onlar yaxınlıqda olan bir fəhləyə ödəniş etməklə ondan həmin motoru tıra yükləməsini istəmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında 08 fevral 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır (cild 1, i.v. 01); 15 dekabr 2020-ci il tarixli, AB527 nömrəli lizinq müqaviləsindən görünür ki, “36 ay müddətinə Faktor Lizinq MMC tərəfindən X3 verilmişdir, həmin müqavilənin 4.2.3-cü bəndinə əsasən lizinq obyektini saz vəziyyətdə saxlamaq lizinq alanın vəzifəsi kimi nəzərdə tutulmuşdur (cild 1, i.v.7); 13 yanvar 2021-ci il tarixli A527 saylı zaminlik müqaviləsindən görünür ki, lizinq verən "xxxx" MMC ilə zamin Təqsirləndirilən şəxs arasında zaminlik müqaviləsi imzalanmışdır (cild 1, i.v.9-10); xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli etibarnamələrdən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus olan Range Rover-Sport, Tip-minik, Rəngi-qara, Buraxılış ili-2010, BAN-SALSH2E44AA238642, dövlət qeydiyyat nömrəsi 90PU102 olan nəqliyyat vasitəsini Azərbaycan Respublikası ərazisində idarə edə bilmək səlahiyyəti verilmişdir (cild 1, i.v.18-21); 11 oktyabr 2021-ci il tarixli 111012 nömrəli qiymətləndirmə aktından görünür ki, etibar edilmiş “X17” modelli mink avtomobilinin mühərrik hissəsi istismar zamanı sıradan çıxmış, istismarçı təmir məqsədilə avtomobilin üzərindəki mühərriki sökdürmüş, mühərrikin yerdə qalan ehtiyyat hissələri isə yararsız vəziyyətə düşmüş, avtomobilin tam sökülüb yığılmasına, təmir və bərpasına sərf olunan işlərin ümumi dəyəri 20605 manat təşkil etmişdir (cild 1, i.v. 22-37); zərərçəkmiş şəxs qismində tanınma haqqında 18 fevral 2022-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC ********* saylı cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır (cild 1, i.v. 51a); zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında 18 fevral 2022ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin direktoru Nümayəndə1 ********* saylı cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır (cild 1, i.v. 53); axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır (cild 1, i.v.109); cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 31 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:15-də şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 113-114); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, i.v. 140-141); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(011)-302/2022 saylı qərarından görünür ki, toplanmış ilkin sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə ittiham verilməsi üçün kifayət etmədiyindən, Təqsirləndirilən şəxs ilə "xxxx" MMC arasında olan mübahisə mülki mübahisə olduğundan barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək məhkəmə iclas zalından həbsdən azad edilmişdir (cild 1, i.v. 163-166); təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin seçilməsi barədə 02 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 167-168); Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(103)-363/2022 saylı qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(011)-302/2022 saylı qərarında gəlinmiş nəticə ilə razılaşaraq həmin qərarı dəyişdirilmədən saxlamışdır (cild 1, i.v. 179-182); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 aprel 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır (cild 1, i.v. 184); Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1848/2021 nömrəli qətnaməsindən görünür ki, 144066,29 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir (cild 1, i.v. 191-195); icraata başlamaq haqqında 04 avqust 2021-ci il tarixli qərardan görünür ki, Xətai rayon İcra şöbəsinin icra məmuru tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1848/2021 nömrəli icra sənədi üzrə icraat başlanılmışdır (cild 1, i.v. 198); xx.xx.2021-ci il tarixli Xətai rayon İcra şöbəsi tərəfindən vətəndaş Təqsirləndirilən şəxs ünvanlanmış bildirişdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1848/2021 nömrəli icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi, bu müddət ərzində tələbi üzrsüz səbəbdən icra etmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi və qanunvericiliyə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin borcludan tutulacağı Təqsirləndirilən şəxs bildirilmişdir (cild 1. i.v.199); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3264/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir (cild 1, i.v. 220-222); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-770/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır (cild 1, i.v. 226-228); cinayət məsuliyyətinə cəlb olunması haqqında xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1848/2021 saylı icra vərəqəsi üzrə tələbin 10 gün müddətində icra edilməsi bildirilmiş, əks təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət olunacağı barədə xəbərdarlıq edilmiş və borclu tərəfindən bildiriş imza edilməklə qəbul olunmuşdur (cild 1, i.v. 239); cinayət məsuliyyətinə cəlb olunması haqqında xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1848/2021 saylı icra vərəqəsi üzrə tələbin 10 gün müddətində icra edilməsi bildirilmiş, əks təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət olunacağı barədə xəbərdarlıq edilmiş və borclu tərəfindən bildiriş imza edilməklə qəbul olunmuşdur (cild 2, i.v. 2); zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında 08 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Nümayəndə2 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır (cild 2, i.v. 36); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2022-cİ il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (cild 2, i.v. 54); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 2, i.v. 57-58); cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında 17 iyun 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi icraatda olan ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrəsi ilə davam etdirilmişdir (cild 2, i.v. 19, 71-72); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin xx.xx.2022-ci il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, i.v. 84-85); Xətai rayon Mənzil kommunal Təsərrüfat Birliyinin 100 Saylı Mənzil Kommunal İstismar sahəsindən verilmiş 04 noyabr 2021 və 21 iyul 2022-ci il tarixli xasiyyətnamələrindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur (cild 2, i.v. 133); üzləşdirmənin aparılması haqqında 25 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 Rafiq oğlu ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, onlar ifadələrində göstərilən xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər (cild 2, i.v. 147-148); üzləşdirmənin aparılması haqqında 25 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 Rafiq oğlu ilə Şahid2 Hafiz oğlu arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, onlar ifadələrində göstərilən xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər (cild 2, i.v. 149-150); 01 avqust 2022-ci il tarixli telefon məlumatları olan CD diskinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** nömrəsi ilə 2021-ci ilin may ayında qeydə alınmış telefon nömrələri ilə əlaqə saxlanılmış və iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat müəyyən edilməmişdir. Bundan əlavə baxış zamanı Təqsirləndirilən şəxs avtomobili apardığı və sonra da təmir adı ilə mühərriki çıxartdığı “BMW Garage” avtomobil təmir servisinin Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşməsi müəyyən edilmişdir (cild 2, i.v. 164); Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-dən daxil olmuş 10 avqust 2022-ci il tarixli 8789 nömrəli məktubdan görünür ki, “BMW Garage” avtomobil servisi ünvan 3 ünvanında yerləşir (cild 2, i.v. 177); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi”nin əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 avqust 2022-ci il tarixli 9/5765 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 2010-cu il buraxılışlı 08 silindrli və 05 litr həcmli “X17” modelli **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız vəziyyətdə olan mühərrikinin ehtiyyat hissəsi kimi orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 2000,00 manat müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus “X17” modelli **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız vəziyyətdə olan mühərrikini israf etmə yolu ilə talaması nəticəsində həmin MMC-yə vurduğu ziyan 2000 manat məbləğində müəyyən edilir (cild 2, i.v. 181-183); sübutların qiymətləndirilməsi haqqında 05 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə törədilmiş cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 179.2.4 və 306.1-ci maddəsindən həmin Məcəllənin 179.1 və 306.1-ci maddələrinə tövsif edilmiş, ona yenidən ittiham elan edilərək barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsi, maddi sübutlar, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, üzləşdirmə protokolları, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi və işdə olan digər istintaq materialları iş üzrə sübut növü kimi qəbul edilmişdir (cild 2, i.v. 192-204); təqsirləndirilən şəxsə elan olunmuş ittihama əlavələrin edilməsi və yenidən ittiham olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 179.1 və 306.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur (cild 2, i.v. 205-206); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-27/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbirinin seçilməsi, olduğu yer müəyyən olunanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 02 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına gətirilmişdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixindən etibarən "xxxx" MMC adı altında fəaliyyət göstərir; Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndələri və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə irəli sürülmüş ittiham sadəcə zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinə əsaslandığından, təqsirləndirilən şəxsin mənimsəmə cinayətini törətməsi, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamasını sübut edən heç bir digər sübut əldə edilmədiyindən ona irəli sürülmüş ittiham əsaslı hesab edilə bilməz. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, qardaşı X5 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru arasında bağlanmış xx.xx.2021-ci il tarixində bağlanmış öhdəliyin ötürülməsi haqqında daxili lizinq müqaviləsinə əlavə razılaşma əsasında həmin tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru ilə “Zaminlik” müqaviləsi bağlayaraq ona sonuncu dəfə xx.xx.2021-ci il tarixli etibarnamə ilə ancaq idarə etmək üçün etibar edilmiş həmin MMC-yə məxsus **-PU-*** dövlət qeydiyyat nişanlı “X17” modelli avtomobili qəbul edib təxminən 2021-ci ilin may ayının əvvəllərində özgə əmlakı olan "xxxx" MMC-yə məxsus **-PU-*** dövlət qeydiyyat nişanlı “X17” modelli avtomobilin yararsız hala düşmüş mühərrikini ünvan 3 ünvanında yerləşən “BMW garage” adlanan avtotəmir servisində təmir etdirmək adı ilə çıxardaraq israf etmə yolu ilə əmlak sahibi "xxxx" MMC-ə 2000 (iki min) manat məbləğində ziyan vurmaqla talamışdır. Məhkəmə istintaqı zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs qardaşı X5 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru arasında 15 dekabr 2020-ci il tarixdə lizinq müqaviləsi, 13 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə "xxxx" MMC arasında zaminlik müqaviləsi bağlanılaraq **-PU-*** dövlət qeydiyyat nişanlı “X17” modelli avtomobil faktiki olaraq Təqsirləndirilən şəxs lizinqə verilmişdir. Bu hal təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, həmçinin şahidlərin ifadəsi, eləcə də iş materiallarında olan 15 dekabr 2020-ci il tarixdə lizinq müqaviləsi, 13 yanvar 2021-ci il tarixli zaminlik müqaviləsi, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli etibarnamələrlə öz təsdiqini tapmışdır. İşin mübahisəsiz hallarından görünür ki, **-PU-*** dövlət qeydiyyat nişanlı “X17” modelli avtomobil Təqsirləndirilən şəxs tərəfindən istifadə edilərkən mühərriki yararsız vəziyyətə düşmüşdür. Göstərilən xüsusatlar təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Belə ki, Şahid3 Rafiq oğlu ifadəsində 30 ildən çoxdur ki avtomobil ustası işlədiyini, xx.xx.2021-ci il tarixindən Xətai rayonunda yerləşən “BMW” qaraj adlı avtotəmir müəssəsində kirayəyə yer götürərək işlətdiyini, hazırda Mobil yağlama mərkəzində işlədiyini, Təqsirləndirilən şəxs onun daimi müştərilərindən olduğunu, 2021-ci ilin aprel ayının əvvəlində Mətin ona zəng edərək Sumqayıt yolunda olduğunu, idarə etdiyi X17 avtomobilinin söndüyünü və yenidən işə düşmədiyini bildirdiyini, o isə Mətinə saat gec olduğu üçün sabah işlədiyi servisə gəlməsini bildirdiyini, Mətin onun yanına “X17” avtomobili evakuator vasitəsilə gətirdiyini və həmin avtomobili lizinq yolu ilə aldığını bildirdiyini, o, maşını işlək vəziyyətə gətirmək üçün açarı fırlatdığını, akkumlyator işləsə də, mühərrik işə düşmədiyini, bundan sonra mühərrikin işləməməsinin dəqiq səbəbini öyrənmək üçün mühərrikin valını fırlatmaq üçün dəmir açarla mexanik vəziyyətə gətirmək üçün açarı fırlatsa da valın ilişdiyini və heç bir yerə fırlanmadığını gördüyünü, mühərrikin karterini çıxaran zaman mühərrikdə qalan yağ çıxandan sonra vizual olaraq vala baxdığını və mühərrikin səkkiz şatunundan altısının yararsız olduğunu gördüyünü, bundan sonra o, Mətini servisə çağırdığını və Mətinə mühərrikin nə vəziyyətdə olduğunu, lizinqə bu barədə məlumat verməsini bildirdiyini, Mətinə mühərrikin dəyişilməli olduğunu, yenidən təmir edilməsinin həm maddi cəhətdən həm də vaxt baxımından sərfəli olmadığını və yararsız mühərrikin yenisi ilə əvəzlənməsinin məsləhət olduğunu bildirdiyini, Mətin ona hazırda yeni mühərrikin alınması üçün pulunun olmadığını dediyini, o isə nə vaxt pulu olarsa onda gəlməsini dediyini, bundan sonra 5-6 gün sonra lizinqin əməkdaşları gələrək yerdə sökülü vəziyyətdə olan mühərriki gördüyünü, o işçilərə mühərrikin yararsız vəziyyətdə olduğunu göstərərək, dəyişilməli olduğunu bildirdiyini, bundan sonra, o Təqsirləndirilən şəxs zəng edərək lizinq əməkdaşlarının servisə gəldiyini və maşını yararsız mühərriklə birgə aparmaq istədiklərini dediyini, Mətin isə təxminən bir həftəyə ödəniş edəcəyini bildirdiyini və lizinqin əməkdaşları razılaşaraq getdiklərini, 2021-ci ilin may ayında isə Mətin onun iş yerinə gəldiyini, üzərində olan mühərriki aparacağını və düzəltdirib gətirəcəyini dediyini, bundan sonra Mətin həmin mühərriki götürüb avtomobilə yerləşdirdiyini və oradan uzaqlaşdığını, mühərriki Mətinin gətirdiyi avtomobilə o, Əziz, Soltan və Nurlan adlı servis işçilər yüklədiyini, Mətin mühərriki apardıqdan bir neçə gün sonra lizinqin əməkdaşları həmin servisə yenidən gəldiyini, Mətinin mühərriki apardığını bildirdiyini və bundan sonra onların getdiyini, onun Mətinlə nə danışıb-danışmamaqları barədə məlumatı olmadığını, o, Mətinə dəfələrlə zəng edərək, yeni mühərrik gətirərək avtomobili servisdən aparmasını desə də Təqsirləndirilən şəxs dediklərini etmədiyini, 2021-ci ilin oktyabr ayında lizinqin əməkdaşları gələrək akt tərtib edərək avtomobili götürdüyünü göstərmişlər. Həmçinin, şahid qismində dindirilmiş Şahid4 həmin xüsusatları öz ifadəsində bir daha təsdiq etmişdir. Bundan başqa Şahid1 ifadəsində "xxxx" MMC 2014-cü ildə təsis edilmiş, 2017-ci ildən isə o fərdi sahibkar kimi həmin lizinq şirkəti ilə avtomobillərin alqı-satqısı ilə məşğul olduğunu, lizinq müqaviləsinə əsasən avtomobil satılarkən bankda zamin qismində çıxış etdiyini, müqavilə üzrə avtomobil satıldıqdan bir neçə ay sonra aylıq ödənişlərin edilmədiyini öyrəndiyini, servisə getdiyi zaman orada çalışan usta, yəni Rauf avtomobilin mühərrikinin xarab olduğunu və Mətin tərəfindən düzəldildiyini bildirdiyini, əvvəlcə avtomobilin onun adına olduğunu, daha sonra isə onu Ceyhun adlı tanışına satdığını, Ceyhun daha sonra avtomobili satanda Təqsirləndirilən şəxs zamin durmağını xahiş etdiyini, Avtomobilin aylıq ödənişlərində gecikmə olduğu hallarda Təqsirləndirilən şəxs zəng edib, müqavilə üzrə məsuliyyət daşıdığını və ondan ödəniş etməsini istədiyini, servisə getdiyi gün yağışlı gün olduğunu, həmin vaxt orada işləyən usta ilə təxminən 8-9 ildir ki tanış olduğunu və bu səbəbdən də ona etibar etdiyini, mühərrikin özünü görməsə də, onun detallarının orada olduğunu gördüyünü, ustaya avtomobili aparmağı təklif etdiyini, usta ilə Mətin telefon vasitəsi ilə danışan zaman, Mətin ona mühərriki təmir edəcəklərini və avtomobili aparmamağı dediyini, zamin qismində çıxış etməsinə səbəb avtomobilin Təqsirləndirilən şəxs satmaqda problemin yaranması ilə əlaqədar olduğunu, İlkin olaraq avtomobili Təqsirləndirilən şəxs qardaşı Pərviz Hüseynova satıldığını, lakin faktiki olaraq Mətinə satıldığını, o Mətinlə telefon vasitəsi ilə əlaqə saxlayarkən, ona avtomobili təhvil verməsini dediyini, Mətin mühərriki xaricdə təmir edtikdən sonra təhvil verəcəyini dediyini. Avtomobilə baxış keçirmək üçün servisə gedəndə yanında şirkətin işçisi Turqut adlı şəxs olduğunu göstərmişdir. Yuxarıda qeyd olunan işin hallarından belə nəticəyə gəlmək olur ki, "xxxx" MMC lizinq müqaviləsi əsasında Təqsirləndirilən şəxs **-PU-*** dövlət qeydiyyat nişanlı “X17” modelli avtomobili lizinqə vermişdir. 15 dekabr 2020-ci il tarixli, AB527 nömrəli lizinq müqaviləsindən 4.2.3-cü bəndinə əsasən lizinq obyektini saz vəziyyətdə saxlamaq lizinq alanın vəzifəsi kimi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs müqavilənin şərtinin yerinə yetirilməsi ilə əlaqədar “X17” modelli avtomobilin yararsız vəziyyətə düşmüş mühərrikinin təmir edilməsi üçün mühərriki Gürcüstana göndərmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərilən bu xüsusatlar şahid qismində dindirilmiş X7 ifadəsi ilə təsdiq olunmuşdur. Belə ki, X13 ifadəsində onun, evdə olan vaxt Təqsirləndirilən şəxs ona zəng edərək, avtomobilin motorunun “stuk” verdiyini, yəni xarab olduğunu, bu səbəbdən də həmin motoru başqa yerə düzəltmək üçün göndərəcəyini bildirdiyini və onun da onunla birlikdə motorun olduğu yerə getməsini istədiyini, o, da onunla razılaşdığını və onlar Ukrayna dairəsinin yaxınlığında görüşdüklərini, maşının motoru NZS qəsəbəsi ərazisində yerləşən “BMW” qarajında olduğunu, oraya getdikdə Təqsirləndirilən şəxs Rauf adlı usta ilə danışdıqdan sonra çölə çıxdığını və onlar birlikdə maşının motoruna baxdıqlarını, daha sonra qazel tipli nəqliyyat vasitəsini taparaq həmin motoru iki fəhləyə yükləmələri üçün ödəniş etməklə nəqliyyat vasitəsinə yükləmələrini istədiklərini, sonra onun maşını irəlidə olmaqla və həmin qazel də onun arxasınca gəlməklə Şıxov tərəfə “İpək Yolu” gömrük terminalına yollandıqlarını, o, Ramin adlı şəxsi həmin ana qədər tanımadığını, yol əsnasında onun adının Ramin olduğunu və onun onlara motorun göndəriləcəyi tırı göstərəcəyini öyrəndiyini, onlar ora çatdıqda Raminin çıxdığını və Mətinin onunla görüşdüyünü, qazelin onun arxasında olduğunu, Raminin tırı göstərərək, həmin tır vasitəsilə motoru düzəltmək üçün aparacağını bildirdiyini, qazelin də tıra yaxınlaşdığını və motorun tıra yükləndiyini və onların da oranı tərk etdiyini, bundan əlavə onun, bu tip işlərdə daha öncədən iştirak etmədiyindən, hansı qaydalar əsasında həyata keçirildiyi barədə məlumatlı olmadığını, o, sadəcə Təqsirləndirilən şəxs kömək etmək məqsədi ilə onunla birlikdə həmin yerə yollandığını, “Range Rover” markalı avtomobilin motoru açıq vəziyyətdə olduğunu, onun gözünün qarşısında qarajdan iki fəhlənin köməyi ilə motorun qazel tipli nəqliyyat vasitəsinə yükləndiyini, motorun qazeldən tıra yüklənməsi orada olanların xırda maşınları vasitəsilə həyata keçirildiyini, həmin xırda maşınlardan birinin qazelə yaxınlaşdığını və onlar yaxınlıqda olan bir fəhləyə ödəniş etməklə ondan həmin motoru tıra yükləməsini istədiklərini göstərmişdir. Həmçinin məhkəmə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, Təqsirləndirilən şəxs idarə etdiyi **-PU-*** dövlət qeydiyyat nişanlı “X17” modelli avtomobilin mühərrikini təmir etmək məqsədilə həmin avtomobili “BMW” servisə qoymuşdur. Bu hal özlüyündə onu təsdiq edir ki, Təqsirləndirilən şəxs niyyəti ona etibar edilmiş əmlakın israf edilməsi deyil, onun təmir edilməsi olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-ə məxsus **-PU-*** dövlət qeydiyyat nişanlı “X17” modelli avtomobilin yararsız hala düşmüş mühərrikini israf etmə yolu ilə talamaq niyyətinin olması öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsində nəzərdə tutulmuş israf etmə cinayətini törətməsi sübuta yetirilməmiş, ona zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinə əsaslanmaqla qanunsuz və əsassız olaraq ittiham elan edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsinin dispozisiyasına görə mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamada ifadə olunur. İsraf etmə dedikdə, təqsirkara müəyyən səlahiyyətləri həyata keçirmək üçün etibar edilmiş əmlakın sərf edilməsi, satılması, istehlak edilməsi, müxtəlif formalarda özgəninkiləşdirilməsi başa düşülür. Göründüyü kimi Təqsirləndirilən şəxs ona etibar edilmiş “X17” modelli avtomobilin yararsız hala düşmüş mühərrikini hər hansı üsulla israf etməsi məhkəmə istintaq zamanı öz təsdiqini tapmamışdır. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayətprosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X10 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndələrinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində yetkinilik yaşına çatmayan övladının olmasını, ilk dəfə məsuliyyətə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 31 may 2022-ci il tarixdən 02 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-69.3), cəzasının əvvəli 31 may 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ona narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-nin 93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə verilmiş ittiham üzrə keçirildiyindən, həmin ittiham üzrə təqsirləndirilən şəxsə bəraət verildiyindən iş üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1 və 306.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdən 02 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 31 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs təqdim olunduğu) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar