Məhkəmə qərarları › İş №1(011)-27/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-27/2024

18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-27/2024 18.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Cəlilabad rayonu, Ləkin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin 1(012)-130/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Cəlilabad rayonu, Ləkin Ə/D, Musalı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, tanışı Nadir ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən daş karxanasının yaxınlığına gəlib oğurluq etmək üçün əlverişli şərait yaranmasını gözləmiş, daş karxanasının ərazisində fəhlələrin yaşayışı üçün quraşdırılmış, yaşayış sahəsi hesab edilən dəmir konstruksiyalı qurğuda olan fəhlələrin oradan çıxıb daş karxanasının ərazisinə getmələrindən istifadə edib həmin gün saat 21:30 radələrində Şahid6 ilə dəmir konstruksiyalı qurğunun qarşısına gəlmiş, sonuncu kiminsə gəlməsini görüb xəbər verməkdən ötrü kənarda dayanıb ətrafa nəzarət etmiş, o isə həmin dəmir konstruksiyalı qurğuya qanunsuz olaraq daxil olub pəncərənin kənarından Zərərçəkmiş şəxs6 məxsus üzərində 5 manat dəyərində ***-***-**-** CSM nömrəsi, 2 manat dəyərində ***-***-**-** CSM nömrəsi, ***-***-**-** CSM nömrəsinin balansında 2 manat, ***-***-**-** CSM nömrəsinin balansında 30 manatlıq internet paketi olan 200 manat dəyərində “Xiaomi” markalı, “Redmi Note-9” modelli, 867 118 056 851 019 və 867 118 056 851 027 imei kodlu mobil telefonu, Zərərçəkmiş şəxs3 idman çantasından sonuncuya məxsus üzərində 5 manat dəyərində ***-***-**-** CSM nömrəsi, balansında 5 manat olan 500 manat dəyərində “Samsung Galaxy” markalı, “A-22” modelli, 355 221 172 064 332 imei kodlu mobil telefonu, Zərərçəkmiş şəxs4 idman çantasından sonuncuya məxsus üzərində hər birinin dəyəri 8 manat olan ***-***-**-** və ***-***-**-** CSM nömrələri, hər bir nömrənin balansında 3 manat pul olan 640 manat dəyərində “Samsung Galaxy” markalı, “A-51” modelli, 350 678 892 997 858 imei kodlu mobil telefonu, Zərərçəkmiş şəxs5 idman çantasından sonuncuya məxsus üzərində 7 manat dəyərində ***-***-**-** CSM nömrəsi, 35 manat dəyərində 32 QB-lıq yaddaş kartı olan 361 manat dəyərində “Xiaomi” markalı, “Redmi-8” modelli, 860 068 040 515 658 və 860 068 040 515 666 imei kodlu mobil telefonu, Zərərçəkmiş şəxs2 idman çantasından sonuncuya məxsus üzərində hər birinin dəyəri 6 manat olan ***-***-**-** və ***-***-**-** CSM nömrələri, hər bir nömrənin balansında 3 manat pul olan 160 manat dəyərində “Samsung Galaxy” markalı, “A21S” modelli, 351 856 222 414 526 imei kodlu mobil telefonu və 400 manat pulu, eləcə də, həmin çantada olan Zərərçəkmiş şəxs6 məxsus 300 manat pulu, Zərərçəkmiş şəxs5 məxsus 130 manat pulu, Zərərçəkmiş şəxs4 məxsus 100 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 539 manat, Zərərçəkmiş şəxs3 510 manat, Zərərçəkmiş şəxs4 762 manat, Zərərçəkmiş şəxs5 533 manat, Zərərçəkmiş şəxs2 578 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 24 yanvar 2023-cü il tarixdə saat 21:30-da ünvan 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs1 yaxınlaşaraq üzərində 6 manat dəyərində "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd 150 manat dəyərində “Samsung Galaxy A03” markalı, “SM- A035F/DS” model mobil telefonu sonuncunun əlindən dartıb almaqla açıq yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 156 (bir yüz əlli altı) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 180.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Belə ki, ittiham aktında onun Şahid6lə birlikdə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən daş karxanasının ərazisində fəhlələrin yaşayışı üçün quraşdırılmış dəmir konstruksiyalı qurğudan fəhlələrə məxsus telefonları və müəyyən məbləğdə pulu oğurlaması göstərilsə də, o, qeyd olunan ərazidə oğurluq cinayətini törətməmişdir. O, sonuncu dəfə 01 may 2022-ci il tarixdə Şahid6lə Abşeron rayonu ərazisində fəaliyyət göstərən daş karxanasının ərazisində fəhlələrin qalması üçün nəzərdə tutulmuş yataqxanaya daxil olaraq fəhlələrə məxsus mobil telefonları və müəyyən qədər pul vəsaitini oğurlamışdır. Həmin hadisədən sonra isə o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur və Nadiri bir daha görməmişdir. Həmçinin, o, Zərərçəkmiş şəxs1 ilə təxminən 01 il əvvəl tanış olmuşdur. Daha sonra məhkəmənin qabağında olarkən söhbət əsnasında maddi vəziyyətinin aşağı olmasını və pula ehtiyacı olduğunu bildirdiyindən, Mənsurə özünə məxsus telefonu çıxardıb ona təqdim etmiş və satmasını istəmişdir. Lakin ona demişdir ki, evdə ailə üzvlərinin bundan xəbəri olmasın. Mənsurə evə getdikdə anası onun telefonunun olmadığını öyrənmiş, bu səbəbdən sonuncu məcbur qalıb telefonunun oğurlandığını demişdir. Bununlada onun barəsində polisə şikayət olunmuşdur. İbtidai istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərərə məruz qaldığı üçün məcbur qalıb törətmədiyi əməlləri etiraf etmiş və ona təqdim olunmuş sənədləri imzalamışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə axşam saatlarında həmkəndlisi Şahid6 ilə Qaradağ rayonu ərazisində yerləşən Lökbatan dairəsində rastlaşmışdır. Nadir ilə bir qədər söhbət edib Binə TM-nin ərazisində yerləşən otelə gedib gecələmişlər. İki nəfər üçün otelə 15 manat pul ödəmişlər. Həmin gün söhbət zamanı Nadir ona bildirmişdir ki, işsizdir. O da Nadirə heç bir yerdə iş tapa bilmədiyini demişdir. O, söhbət zamanı Nadirə Səngəçal qəsəbəsində yerləşən daş karxanasındakı vaqonlarda fəhlələrin qaldığını, həmin fəhlələr daş karxanasında işləyən zaman vaqona daxil olub oradan fəhlələrin mobil telefonlarını oğurlayıb qazanc əldə etmək olduğunu demişdir. Nadir onun bu təklifi ilə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında o, Nadir ilə birlikdə Lökbatan dairəsindən Səngəçal qəsəbəsinə gedən yol avtomobilinə əyləşmişlər, Səngəçal qəsəbəsi ərazisində isə avtomobildən düşüb piyada daş karxanası istiqamətində getmişlər. Nadir oğurluq edəcəkləri daş karxanasının yolunu tanımamış, Nadirə yolu o, göstərmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində onlar oğurluq etdikləri daş karxanasının ərazisinə çatmışlar. Onlar daş karxanasına çatanda hava qaralmamışdır. O, Nadirə demişdir ki, daş karxanasındakı vaqonda olan fəhlələr daş karxanasının ərazisinə işə gedəndə o, vaqona daxil olub fəhlələrin telefonlarını oğurlayacaq. Nadir isə kənarda dayanıb ətrafa nəzarət edəcək, gələn olsa ona xəbər edəcək, əldə etdikləri mobil telefonları satıb yarı böləcəklər. Onlar təxminən 3 saata yaxın daş karxanasının yaxınlığındakı qayanın üzərində oturub fəhlələrin vaqonu tərk edib daş karxanasının ərazisinə işə getmələrini gözləmişlər. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində vaqonda olan fəhlələr vaqondan çıxıb işləməyə getmişlər. Fəhlələr getdikdən təxminən 15-20 dəqiqə sonra o, Nadir ilə birlikdə daş karxanasının ərazisindəki vaqona yaxınlaşmış, danışdıqları kimi Nadir vaqonun yaxınlığında dayanıb ətrafa nəzarət etməyə başlamış, o isə oğurluq etmək üçün vaqona daxil olmuşdur. O, vaqona daxil olub vaqonun pəncərəsinin kənarından bir ədəd mobil telefonu oğurlayıb cibinə qoymuşdur. Bundan sonra vaqonda olan idman çantalarını axtarıb çantaların hər birindən 01 ədəd mobil telefonu oğurlamışdır. İdman çantalarının birində isə telefondan başqa 930 manat pul da olmuşdur. O, 930 manat pulu da oğurlayıb cibinə qoymuşdur. O, vaqondan ümumilikdə 05 ədəd mobil telefonu oğurlamışdır. Daha sonra o, vaqondan çölə çıxmış və Nadirə mobil telefonları oğurladığını demişdir. Lakin o, Nadirə pul oğurlamağını deməmişdir. Onlar sürətlə daş karxanasının ərazisini tərk etmişlər. Yolda olarkən o, Nadirə 05 ədəd mobil telefon oğurladığını demiş və telefonları Nadirə göstərmişdir. O, oğurladığı mobil telefonlardan “Samsung” markalı olanının bir ədədini Nadirə vermişdir. Onlar həmin gün yenə də Binə TM-nin ərazisində yerləşən oteldə gedib gecələmişlər. Oteldə olarkən Nadir ilə belə razılaşmışlar ki, səhər 28 May metrostansiyasının yaxınlığında yerləşən mobil telefon mağazalarına gedib telefonları satsınlar. xx.xx.2022-ci il tarixdə günorta saatlarında o, Nadir ilə 28 May metrostansiyasının yaxınlığına getmişdir. Nadir kənarda dayanıb onu gözləmiş, o, yaxınlıqdakı mobil telefon satılan mağazaya gedib 04 ədəd mobil telefonu salmışdır. Telefonları satdıqdan sonra telefonların pulu ilə dörd gün Nadir ilə bir yerdə yeyib-içib gəzmiş, sonra isə ayrılmışlar. Bundan başqa, maddi gəlir əldə etmək üçün həmin hadisədən sonra yenidən cinayət yolunu seçərək Xətai rayonu inzibati ərazisində soyğunçuluq etmişdir. Bakı şəhərində olduğu müddətdə təxminən 2022-ci ilin iyun ayından Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Təbrik şadlıq” sarayında ofisiant işləmişdir. Orada Şahid1 və Şahid2 ilə tanış olmuşdur. Hər iki şəxsin rayondan gəlib Bakı şəhərində işlədiyi ona məlum olmuşdur. Tanış olduqdan sonra həmin şəxslərlə Bakı şəhərində kirayə ev tutaraq birlikdə yaşamaq qərarına gəlmişdir. Həmin şəxslər ilə təxminən 2 ay olar ki, birlikdə Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində yaşamışdır. Orada ev tutmalarına səbəb həm iş yerinə yaxın ərazidə olması, həm də gündəlik daha az məbləğə kirayə ödəmələri olmuşdur. Təxminən 15 gün işsiz olmuşdur. Toyların baş tutmaması və az olması səbəbindən maddi gəlir əldə edə bilməmişdir. 24 yanvar 2023-cü il tarixdə səhər saatlarında kirayə evdə qaldığı şəxslərlə “Təbrik” şadlıq sarayına getmişlər. Zala baxdıqdan sonra onlara məlum olmuşdur toy olmayacaqdır. Daha sonra isə şadlıq sarayını tərk etmişlər. Bundan sonra onlar birlikdə Əhmədli metrostansiyası yaxınlığında yerləşən “Admiral” adlanan çay evinə gedərək orada Vüsal və Mürşüd ilə birlikdə çay içmişlər. Sonra Mürşüd ilə o, Əhmədli metrostansiyası yaxınlığına gedərək orada nisyə olmaqla dönər yemişlər. Bundan sonra axşam saatlarına qədər Əhmədli metrostansiyasının yaxınlığında Mürşüd ilə birlikdə olaraq vaxt keçirmişlər. Həmin tarixdə təxminən axşam saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində Mürşüdlə piyada gəzən zaman ünvanı dəqiq xatırlamadığı ünvanın həyətində təsadüfən qarşısında əvvəllər tanımadığı bir qadının piyada getməsini görmüşdür. Maddi problemləri ilə bağlı həmin vaxt hər hansı bir yolla pul əldə etmək barədə düşünmüşdür. Əvvəllər tanımadığı bir qadının piyada getməsini və həmin qadının əlində telefon olmasını görmüşdür. Pula ehtiyacı olduğundan o, mobil telefonu talamaq qərarına gəlmişdir. Bu məqsədlə o, sakitcə və qəflətən arxadan həmin qadının arxasınca düşmüşdür. Mürşüd də onun yanı ilə gəlmişdir. Hərəkətdə olan zaman həmin qızın hərəkətində anormallıq hiss olunmuş və ona məlum olmuşdur ki, qadın sərxoş haldadır. Bundan sonra həmin qadın “Al marketə” daxil olmuşdur. O, gözləmişdir ki, qadın bayıra çıxsın. Təxminən 2-3 dəqiqə sonra həmin şəxs marketdən bayıra çıxmışdır. Bundan sonra o, həmin qadına yaxınlaşmışdır. Əvvəlcə qadından saatın neçə olmasını soruşmuşdur. Həmin vaxt qadın gödəkcəsinin cibində olan telefonu çıxarıb saata baxmaq istəyən zaman o, telefonu sonuncunun əlindən alıb qaçmışdır. Mürşüd də həmin anda ondan təxminən 20-30 metr aralıda olmuş və o, soyğunçuluq etmək niyyətini Mürşüdə deməmişdir. Bundan sonra o, sürətlə qaçaraq hadisə yerindən uzaqlaşmışdır. Dərhal evə getmişdir. Soyğunçuluq yolu ilə telefon əldə etdiyini Mürşüd görmüşdür. Qorxusundan Mürşüd də onun nə etməyini başa düşməyib qaçıb oradan uzaqlaşmışdır. Əldə etdiyi telefonu cibinə qoyub qaçdığından yalnız evə gələn zaman ona məlum olmuşdur ki, həmin mobil telefon qırmızı rəngli “Samsung Galaxy A3” markalı telefondur. Baş verənlər barədə onlar Vüsala heç nə deməmişlər. 25 yanvar 2022-ci il tarixdə o, telefonu şəxsiyyət vəsiqəsi ilə satmaq qərarına gəlmişdir. Bu məqsədlə o, Xətai rayonu, Əhmədli metrostansiyasının yanında olan telefon mağazasına yaxınlaşmışdır. Mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Telefonu satmaq istədiyini bildirmişdir. Mağazanı işlədən şəxs telefonu 80 manata alacağını bildirmiş və o, razılaşmışdır. Telefonu satdıqdan sonra əldə etdiyi pula isə yaşadığı evə ərzaq almışdır. O, xx.xx.2022-ci il tarixdə 28 May metrostansiyasının yaxınlığında oğurladığı 04 ədəd mobil telefonları satdığı mağazanın yerini dəqiq xatırlamadığına görə həmin mağazanın yerini göstərə bilməmişdir. Oğurladığı telefonları neçəyə satdığını dəqiq xatırlamamışdır. O, xx.xx.2022-ci il tarixdə 28 May metrostansiyasının yaxınlığında yerləşən mağazaya oğurladığı 04 ədəd mobil telefonu salarkən həmin mobil telefonların oğurluq olmasını bildirməmiş, telefonların özünə məxsus olmasını demişdir. O, Səngəçal qəsəbəsindəki daş karxanasında yerləşən vaqona daxil olarkən qapının üzərində qıfıl olmamış, lakin qapı örtülü vəziyyətdə olmuşdur. xx.xx.2022-ci il tarixdə o, Səngəçal qəsəbəsində yerləşən daş karxanasının ərazisindəki vaqondan oğurluq edərkən onu, eləcə də Nadiri heç kim görməmişdir. O, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış və həmin şəxslə heç bir münasibəti olmamışdır. O, 24 yanvar 2023-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 51 ünvanının qarşısında, Zərərçəkmiş şəxs1 yaxınlaşaraq əlində olan “Samsung Galaxy A3” markalı mobil telefonu alaraq qaçmışdır. O, Zərərçəkmiş şəxs1 qarşı soyğunçuluq cinayətini tək olaraq törətmiş və həmin hadisə zamanı onun yanında Mürşüd olsa da sonuncunun onun niyyətindən əvvəlcədən məlumatı olmamışdır. Hadisə zamanı onun əlində heç bir əşya olmamış, heç bir əşyadan silah qismində istifadə etməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 24 yanvar 2023-cü il tarixdə saat 17 radələrində rəfiqəsi Aysel yaşadığı ünvana qonaq gəlmişdir. Birt müddət sonra Aysel ilə aşağı düşüb zibili atdıqdan sonra Əhmədli metrostansiyasının yaxınlığına kimi piyada getmişlər. İlk öncə metronun yaxınlığında olan “Boranı” restoranına daxil olmuşlar, lakin orada əyləşmək üçün yer olmaması səbəbindən həmin restorandan çıxmışlar. Daha sonra M.Hadi küçəsində ünvanı dəqiq xatırlamadığı məhəllədə əyləşərək təmiz hava almağa başlamışlar. Həmin vaxtı saat təxminən 21:10 radələri olmuşdur. O, həmin vaxt telefonda saata baxmış və artıq gec olduğunu görmüş, rəfiqəsi evə getməli olduğunu bildirmişdir. Məhəllədən çıxan zaman 2 nəfər gənc oğlanın orada olduğunu və onlardan arıq, uzun boy oğlanın ona baxıb güldüyünü hiss etmişdir. Bundan sonra onlar məhəllədən çıxmışlar, Aysel ilə sağollaşmış və sonuncu evə getmək üçün metrostansiya istiqamətinə yollanmışdır. O isə yaxınlıqda olan “Al Marketə” daxil olmuşdur. Marektdən çıxıb bir neçə metr irəlilədikdən sonra iki nəfər tanımadığı şəxs ona yaxınlaşmışdır. Onlardan biri ondan saatı soruşmuşdur. Həmin vaxt o, üzərində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən “Samsung Galaxy A3” markalı mobil telefonu çıxardan zaman həmin şəxslərdən biri onun əlindən mobil telefonu götürüb dərhal oradan qaçmışdır. Həmin vaxt o, şok vəziyyətinə düşmüşdür. Bundan sonra evə getmişdir. Evə gəldikdən sonra ailəsinə baş verənlər barədə məlumat vermişdir. Daha sonra DİN-nin 102 ZMX-nə müraciət edərək məlumat vermişdir. O, mobil telefonu hadisədən təxminən 2 ay öncə 300 manata almışdır. Verilmiş suallara cavab olaraq o, ekspert rəyində göstərilən kimi “Samsung Galaxy A03” markalı mobil telefonun 150 manat dəyərində hesablanması ilə razı olduğunu, həmin vaxt telefonunda öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə olduğunu, həmin nömrəni 6 manata aldığını, mobil nömrənin içərisində kontur olmadığını bildirmişdir. Həmçinin, o, təqsirləndirilən şəxsin onu tanıması barədə ifadəsi ilə razılaşmayaraq daha əvvəl onu tanımadığını, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun əlində olan “Samsung Galaxy A03” markalı telefonu alıb qaçıb getdiyini bildirmişdir. Daha sonra o, məhkəməyə ərizə təqdim edərək təqdirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini, sonuncuya qarşı şikayət və tələbinini olmadığını, barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, hadisədən təxminən 03 ay əvvəl olar ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən Səngəçal daş karxanasında fəhlə işləməyə başlamışdır. Həmin daş karxanasında onun həmkəndliləri Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 da fəhlə işləmişlər. Onlar həmin daş karxanasında fəhlə işləmişlər və daş karxanasının ərazisində olan vaqonda gecələri qalmışlar. Belə ki, onların əşyaları, geyimləri həmin vaqonda olmuşdur. O və qeyd olunan şəxslər daş karxanasında işləyib qazandıqları pulları onun idman çantasında saxlamışlar. Mobil telefonları isə özlərinə məxsus içərisində paltarları olan idman çantasında saxlamışlar. xx.xx.2022-ci il tarixdə saat 21:10-da o, həmkəndliləri Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ilə vaqondan çıxıb daş karxanasının ərazisində olan yük avtomobilinə mişar daşı yükləməyə getmişlər. Mişar daşı yüklədikləri avtomobil ilə vaqonun arasında təxminən 100 metr məsafə olsa da mişar daşı yüklədikləri yerdən vaqon görünməmişdir. Həmin gün o, həmkəndliləri Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 və Məhsər Hümmətov ilə yük avtomobilinə mişar daşlarını yüklədikdən sonra saat 22:30-da vaqona qayıtmışlar. Vaqona daxil olanda görmüşlər ki, vaqondan oğurluq olmuş, hər birinin mobil telefonu və pulları oğurlanmışdır. O, idman çantasından üzərində ***-***-**-** və ***-***-**- ** CSM nömrələri olan “Samsung Galaxy A-21S” markalı mobil telefonunun və 400 manat pulunun oğurlandığını aşkar elmişdir. Həmçinin Zərərçəkmiş şəxs5 onun idman çantasında saxladığı 130 manat, Zərərçəkmiş şəxs6 onun idman çantasında saxladığı 300 manat, Zərərçəkmiş şəxs4 onun idman çantasında saxladığı 100 manat pul da oğurlanmışdır. Buna görə dərhal onlar DİN-nin 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişlər. “Samsung Galaxy A-21” markalı mobil telefonunun imei kodu 351 856 222 414 526 olmuşdur. Həmin mobil telefonu 2021-ci ilin yay ayında 440 manata kredit yolu ilə almışdır. O, ***-***-**-** və ***-***-**-** CSM nömrələrinin hər birini 6 manata almış, hər bir nömrənin balansında 3 manat pul olmuşdur. Ona ümumilikdə 858 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, hadisədən təxminən 03 ay əvvəl olar ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən Səngəçal daş karxanasında fəhlə işləməyə başlamışdır. Həmin daş karxanasında onun həmkəndliləri Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 da fəhlə işləmişlər. Onlar həmin daş karxanasında fəhlə işləmişlər və daş karxanasının ərazisində olan vaqonda gecələri qalmışlar. Onların əşyaları, geyimləri həmin vaqonda olmuşdur. Onlar hər biri daş karxanasında işləyib qazandıqları pullarını Zərərçəkmiş şəxs2 idman çantasında saxlamışlar. Mobil telefonlarını isə özlərinə məxsus içərisində paltarları olan idman çantasında saxlamışlar. xx.xx.2022-ci il tarixdə saat 21:10-da o, həmkəndliləri Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ilə vaqondan çıxıb daş karxanasının ərazisində olan yük avtomobilinə mişar daşı yükləməyə getmişdir. Mişar daşı yüklədikləri avtomobil ilə vaqonun arasında təxminən 100 metr məsafə olsa da mişar daşı yüklədikləri yerdən vaqon görünməmişdir. Həmin gün o, həmkəndliləri Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ilə yük avtomobilinə mişar daşlarını yüklədikdən sonra saat 22:30-da vaqona qayıtmışlar. Vaqona daxil olanda görmüşlər ki, vaqondan oğurluq olmuş, hər birinin mobil telefonu və pulları oğurlanmışdır. O, idman çantasından üzərində ***-***-**-** CSM nömrəsi olan “Samsung Galaxy A-22” markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 idman çantasının içərisinə baxmış və məlum olmuşdur ki, idman çantasının içərisində olan pullar da oğurlanmışdır. Buna görə dərhal onlar DİN-nin 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişlər. “Samsung Galaxy A-22” markalı mobil telefonunun imei kodu 355 221 172 064 332 olmuşdur. Həmin mobil telefonu o, 2021-ci ilin oktyabr ayında 500 manata kredit yolu ilə almışdır. O, ***-***-**-** CSM nömrəsini 5 manata almış, nömrənin balansında 5 manat pul olmuşdur. Ona ümumilikdə 510 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, hadisədən təxminən 03 ay əvvəl olar ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən Səngəçal daş karxanasında fəhlə işləməyə başlamışdır. Həmin daş karxanasında onun həmkəndliləri Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 da fəhlə işləmişlər . Onlar həmin daş karxanasında fəhlə işləmişlər və daş karxanasının ərazisində olan vaqonda gecələri qalmışlar. Belə ki, onların əşyaları, geyimləri həmin vaqonda olmuşdur. Onlar hər biri daş karxanasında işləyib qazandıqları pullarını Zərərçəkmiş şəxs2 idman çantasında saxlamışlar. Mobil telefonlarını isə özlərinə məxsus içərisində paltarları olan idman çantasında saxlamışlar. xx.xx.2022-ci il tarixdə saat 21:10-da o, həmkəndliləri Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə vaqondan çıxıb daş karxanasının ərazisində olan yük avtomobilinə mişar daşı yükləməyə getmişdir. Mişar daşı yüklədikləri avtomobil ilə vaqonun arasında təxminən 100 metr məsafə olmuş, lakin mişar daşı yüklədikləri yerdən vaqon görünməmişdir. Həmin gün o, həmkəndliləri Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə yük avtomobilinə mişar daşlarını yüklədikdən sonra saat 22:30-da vaqona qayıtmışlar. Vaqona daxil olanda görmüşlər ki, vaqondan oğurluq olmuş, hər birinin mobil telefonu və pulları oğurlanmışdır. Belə ki, o, idman çantasından üzərində ***-***-**-** və ***-***-**-** CSM nömrələri olan “Samsung Galaxy A-51” markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 idman çantasının içərisinə baxmış və məlum olmuşdur ki, hər birinə məxsus pullar, həmçinin onun 100 manat pulu oğurlanmışdır. Buna görə dərhal onlar DİN-nin 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişlər. “Samsung Galaxy A-51” markalı mobil telefonunun imei kodu 350 678 892 997 858 olmuşdur. Həmin mobil telefonu 2021-ci ilin yay ayında 640 manata kredit yolu ilə almışdır. O, ***-***-**-** və ***-***-**-** CSM nömrələrinin hər birini 8 manata almış, hər bir nömrənin balansında 3 manat pul olmuşdur. Ona ümumilikdə 762 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, hadisədən təxminən 03 ay əvvəl olar ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən Səngəçal daş karxanasında fəhlə işləməyə başlamışdır. Həmin daş karxanasında onun həmkəndliləri Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və qardaşı Zərərçəkmiş şəxs6 da fəhlə işləmişlər. Onlar həmin daş karxanasında fəhlə işləmişlər və daş karxanasının ərazisində olan vaqonda gecələri qalmışlar. Belə ki, onların əşyaları, geyimləri həmin vaqonda olmuşdur. Onlar hər biri daş karxanasında işləyib qazandıqları pullarını Zərərçəkmiş şəxs2 idman çantasında, mobil telefonlarını isə özlərinə məxsus içərisində paltarları olan idman çantasında saxlamışlar. xx.xx.2022-ci il tarixdə saat 21:10-da o, həmkəndliləri Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və qardaşı Zərərçəkmiş şəxs6 ilə vaqondan çıxıb daş karxanasının ərazisində olan yük avtomobilinə mişar daşı yükləməyə getmişdir. Mişar daşı yüklədikləri avtomobil ilə vaqonun arasında təxminən 100 metr məsafə olmuş, lakin mişar daşı yüklədikləri yerdən vaqon görünməmişdir. Həmin gün o, həmkəndliləri Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və qardaşı Zərərçəkmiş şəxs6 ilə yük avtomobilinə mişar daşlarını yüklədikdən sonra saat 22:30-da vaqona qayıtmışlar. Vaqona daxil olanda görmüşlər ki, vaqondan oğurluq olmuş, hər birinin mobil telefonu və pulları oğurlanmışdır. Belə ki, o, idman çantasından üzərində ***-***-**-** CSM nömrəsi və 32 QB-lıq yaddaş kartı olan “Xiaomi Redmi-8” markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 idman çantasının içərisinə baxmış və məlum olmuşdur ki, hər birinə məxsus pullar, həmçinin onun 130 manat pulu oğurlanmışdır. Buna görə dərhal onlar DİN-nin 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişlər. “Xiaomi Redmi-8” markalı mobil telefonunun imei kodu 860 068 040 515 658 və 860 068 040 515 666 olmuşdur. Həmin mobil telefonu 2020-ci ildə o, 361 manata kredit yolu ilə almışdır. O, ***-***-**-** CSM nömrəsini 7 manata, yaddaş kartını 35 manata almış, nömrənin balansında pul olmamışdır. Ona ümumilikdə 533 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, hadisədən təxminən 03 ay əvvəl olar ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən Səngəçal daş karxanasında fəhlə işləməyə başlamışdır. Həmin daş karxanasında onun həmkəndliləri Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və qardaşı Zərərçəkmiş şəxs5 da fəhlə işləmişlər. Onlar həmin daş karxanasında fəhlə işləmişlər və daş karxanasının ərazisində olan vaqonda gecələri qalmışlar. Onların əşyaları, geyimləri həmin vaqonda olmuşdur. Onlar hər biri daş karxanasında işləyib qazandıqları pullarını Zərərçəkmiş şəxs2 idman çantasında saxlamışlar. Mobil telefonlarını isə özlərinə məxsus içərisində paltarları olan idman çantasında saxlamışlar. xx.xx.2022-ci il tarixdə saat 21:10-da o, həmkəndliləri Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və qardaşı Zərərçəkmiş şəxs5 ilə vaqondan çıxıb daş karxanasının ərazisində olan yük avtomobilinə mişar daşı yükləməyə getmişlər. Mişar daşı yüklədikləri avtomobil ilə vaqonun arasında təxminən 100 metr məsafə olsa da, mişar daşı yüklədikləri yerdən vaqon görünməmişdir. Həmin gün o, həmkəndliləri Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və qardaşı Zərərçəkmiş şəxs5 ilə yük avtomobilinə mişar daşlarını yüklədikdən sonra saat 22:30-da vaqona qayıtmışlar. Vaqona daxil olanda görmüşlər ki, vaqondan oğurluq olmuş, hər birinin mobil telefonu və pulları oğurlanmışdır. O, vaqonda pəncərənin kənarına qoyduğu üzərində ***-***-**-** və ***-***-**-** CSM nömrələri olan “X14-9” markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 idman çantasının içərisinə baxmış və məlum olmuşdur ki, hər birinə məxsus pullar, həmçinin onun 300 manat pulu oğurlanmışdır. Buna görə dərhal onlar DİN-nin 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişlər. “X14-9” markalı mobil telefonunun imei kodu 867 118 056 851 019 və 867 118 056 851 027 olmuş, həmin mobil telefonu 2021-ci ilin oktyabr ayında işlənmiş vəziyyətdə 200 manata almışdır. O, ***-***-**-** nömrəsini 5 manata, ***-***-**-** CSM nömrəsini 2 manata almış, ***-***-**-** CSM nömrəsinin balansında 2 manat, ***-***-**-** CSM nömrəsinin balansında 30 manatlıq internet paketi olmuşdur. Ona ümumilikdə 539 manat maddi ziyan dəymişdir. ***-***-**-** və ***-***-**-** CSM nömrələrinin dublikatını çıxartdırmış, hazırda həmin nömrələr işlək vəziyyətdədir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Zülfüqar oğlu ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində nömrəsiz evdə Təqsirləndirilən şəxs və Şahid2 ilə eyni evdə yaşamışdır. Bir müddətdir ki, “Təbrik şadlıq” sarayında ofisiant kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs və Şahid2 da onunla birlikdə eyni restoranda işləmiş və orada tanış olmuşlar. Hər iki şəxslə normal münasibəti olmuşdur, bir evdə yaşamışlar. 24 yanvar 2023-cü il tarixdə axşam saatlarında “Əhmədli metrostansiyası” yaxınlığında olan çayxananın qarşısında olan zaman Təqsirləndirilən şəxs və Şahid2 birlikdə onun olduğu yerə gəlmişlər. Onlar orada bir neçə dəqiqə söhbət etdikdən sonra Sahil və Mürşüd ona işlərinin olduğunu bildirərək oradan uzaqlaşmışlar. 26 yanvar 2023-cü il tarixdə polis əməkdaşları onu saxlayaraq 34-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 əlindən telefonu talayaraq qaçması barədə məlumatı polis əməkdaşları onu polis şöbəsinə dəvət edən zaman öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ittiham aktında xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən daş karxanasının ərazisində fəhlələrin yaşayışı üçün quraşdırılmış dəmir konstruksiyalı qurğudan fəhlələrə məxsus telefonların və müəyyən məbləğdə pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlanması göstərilsə də, həmin məlumatlar həqiqəti əks etdirmir. Belə ki, həmin tarixdə daş karxanasında baş vermiş oğurluğu o, özü törətmiş və Təqsirləndirilən şəxs ümumiyyətlə orada olmamışdır. Təqsirləndirilən şəxs sonuncu dəfə 01 may 2022-ci il tarixdə onunla birlikdə Abşeron rayonu ərazisində fəaliyyət göstərən daş karxanasının ərazisində fəhlələrin qalması üçün nəzərdə tutulmuş yataqxanaya daxil olaraq fəhlələrə məxsus mobil telefonları və müəyyən qədər pul vəsaitini oğurlamışdır. Bundan sonra isə hər ikisinin barəsində cinayət işi başlanmış və onlar məsuliyyətə cəlb edilmişlər. Hazırki iş üzrə ifadə verən zaman o, Abşeron rayonu ərazisində baş vermiş oğurluq hadisəsi ilə bu işi səhv salaraq yalnış ifadə vermişdir. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən daş karxanasının ərazisində fəhlələrin yaşayışı üçün quraşdırılmış dəmir konstruksiyalı qurğudan o, 05 ədəd mobil telefon oğurlamış, daha sonra isə Salyan rayonunda satmışdır. Buna baxmayaraq istintaq orqanı tərəfindən mobil telefonların 28 May və 20 Yanvar metrostansiyalarının yaxınlığında yerləşən mağazalara satması, həmçinin telefondan əlavə pul vəsaitinin də oğurlanması göstərilmişdir. Sahil ona satmaq üçün telefon verməmişdir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid X3 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında o, həmkəndlisi Təqsirləndirilən şəxs ilə Qaradağ rayonu ərazisində yerləşən Lökbatan dairəsində rastlaşmışdır. Sahil ilə bir qədər söhbət edib Binə TM-nin ərazisində yerləşən oteldə gedib gecələmişlər, iki nəfər üçün otelə 15 manat pul ödəmişlər. Həmin gün söhbət zamanı o, Sahilə bildirmişdir ki, işsizdir. Sahil də ona demişdir ki, heç bir yerdə iş tapa bilmir. Sahil söhbət zamanı ona demişdir ki, Səngəçal qəsəbəsində yerləşən daş karxanasındakı vaqonlarda fəhlələr qalır, həmin fəhlələr daş karxanasında işləyən zaman vaqona daxil olub oradan fəhlələrin mobil telefonunu oğurlayıb qazanc əldə etmək olar. Sahilin bu təklifi ilə o, razılaşmışdır. Beləliklə xx.xx.2022ci il tarixdə axşam saatlarında o, Sahil ilə birlikdə Lökbatan dairəsindən Səngəçal qəsəbəsinə gedən yol avtomobilinə əyləşmiş, Səngəçal qəsəbəsi ərazisində isə avtomobildən düşüb piyada daş karxanası istiqamətində getmişlər. O, oğurluq edəcəyi daş karxanasının yolunu tanımadığından Sahil ona yolu göstərmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində onlar oğurluq etdikləri daş karxanasının ərazisinə çatmışlar. Onlar daş karxanasına çatanda hava qaralmamışdır. Sahil ona demişdir ki, o, daş karxanasında əvvəllər fəhlə işləyib, daş karxanasındakı vaqonda olan fəhlələr daş karxanasının ərazisinə işə gedəndə o, özü vaqona daxil olub fəhlələrin telefonlarını oğurlayacaq, o, isə kənarda dayanıb ətrafa nəzarət etsin, gələn olsa ona xəbər etsin, əldə etdikləri mobil telefonları satıb pulunu yarı böləcəklər. Beləliklə onlar təxminən 1 saata yaxın daş karxanasının yaxınlığındakı qayanın üzərində oturub fəhlələrin vaqonu tərk edib daş karxanasının ərazisinə işə getməklərini gözləmişlər. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində vaqonda olan fəhlələr vaqondan çıxıb işləməyə getmişlər, fəhlələr getdikdən təxminən 15-20 dəqiqə sonra o, Sahil ilə birlikdə daş karxanasının ərazisindəki vaqona yaxınlaşmış, danışdıqları kimi vaqonun yaxınlığında dayanıb ətrafa nəzarət etməyə başlamış, Sahil isə oğurluq etmək üçün vaqona daxil olmuşdur. Sahil vaqona daxil olduqdan təxminən 10 dəqiqə sonra vaqondan çıxmış və mobil telefonları oğurladığını ona demişdir. Onlar sürətlə daş karxanasının ərazisini tərk etmişlər. Yolda olarkən Sahil ona demişdir ki, 05 ədəd mobil telefon oğurlamışdır və oğurladığı telefonları ona göstərmişdir. Sahil oğurladığı mobil telefonlardan “Samsung” markalı olanının bir ədədini ona vermişdir. Onlar həmin gün yenə də, Binə TM-nin ərazisində yerləşən oteldə gedib gecələmişlər. Oteldə olarkən Sahil ilə belə razılaşmışlar ki, səhər 28 May metrostansiyasının yaxınlığında yerləşən mobil telefon mağazalarına gedib telefonları satsınlar. Beləliklə xx.xx.2022-ci il tarixdə günorta saatlarında o, Sahil ilə 28 May metrostansiyasının yaxınlığına getmişdir. Sahil yaxınlıqdakı mobil telefon mağazasına gedib 04 ədəd mobil telefonu satıb gəlmişdir. Telefonları satdıqdan sonra dörd gün Sahil ilə o, bir yerdə gəzib yeyib-içmişlər, sonra isə ayrılmışlar. xx.xx.2022-ci il tarixdə maddi vəziyyəti yaxşı olmadığı üçün qərara almışdır ki, vaqondan oğurladığı “Samsung” markalı mobil telefonu satıb pul əldə etsin. Buna görə də o, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən telefon mağazalarından birinə yaxınlaşıb “Samsung” markalı mobil telefonu 140 manata satmışdır. Mobil telefonu satanda şəxsiyyət vəsiqəsini satıcı istəmiş və şəxsiyyət vəsiqəsinin surətini çıxarıb orada telefonu satmağı barədə qeyd etmiş və özündə saxlamışdır. O, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, onun maddi vəziyyəti yaxşı olmadığı üçün Sahil ilə birlikdə oğurluq etmişdir. O, Səngəçal qəsəbəsindəki daş karxanasındakı vaqondan oğurluq etməmişdən iki gün əvvəl Sahil ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən daş karxanasındakı vaqondan 03 ədəd mobil telefon oğurlamışdır. Həmçinin barələrində Abşeron Rayon Məhkəməsində bununla bağlı cinayət işi olmuşdur. Təqsirləndirilən şəxs ona demişdir ki, vaqondan 05 ədəd mobil telefon oğurlamışdır. Sahil vaqondan pul oğurlamasını ona deməmişdir. Təqsirləndirilən şəxs 28 May metrostansiyasının yaxınlığında yerləşən mobil telefon mağazasına 04 ədəd mobil telefonu neçəyə satmasını ona deməmiş, lakin onlar mobil telefonların pulu ilə 4 gün yeyibiçib şəhərdə gəzmişlər. Təqsirləndirilən şəxs vaqona daxil olarkən qapının üzərində qıfıl olmamış, lakin qapı örtülü vəziyyətdə olmuşdur. xx.xx.2022-ci il tarixdə Sahil Səngəçal qəsəbəsində yerləşən daş karxanasının ərazisindəki vaqondan oğurluq edərkən və o, da kənarda dayanıb ətrafa nəzarət edərkən onları heç kim görməmişdir. O, “Samsung A21S” markalı mobil telefonu telefon mağazasında işləyən şəxsə satarkən həmin mobil telefonun oğurluq olmasını bildirməmiş, həmin mobil telefonun özünə məxsus olmasını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, uzun müddətdir mobil telefonların satışı ilə məşğul olmuşdur. Hazırda Əhmədli metrostansiyası yaxınlığında yerləşən mobil telefon mağazasında mobil telefonların alışsatışı ilə məşğul olur. Təqsirləndirilən şəxs Əhmədli metrostansiyası ətrafında əvvəllər görməyi səbəbindən üzdən tanımışdır. xx.xx.2023-cü il tarixdə Sahil işlədiyi telefon mağazasına gələrək onunla salamlaşmış və özünə məxsus mobil telefonu satmaq istədiyini ona bildirmişdir. O, telefona baxış keçirtdikdən sonra həmin telefonun “Samsung Galaxy A3” markalı, **********26191 imei kodlu olması məlum olmuşdur. Mobil telefonun işlənməsini nəzərə alaraq 80 manata ala biləcəyini Sahilə bildirmişdir. Sahillə qiymət barədə razılaşdıqdan sonra telefonu almışdır. Bu barədə özündə müvafiq qeydlər aparmışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi şəxsiyyət vəsiqəsini çap edərək kağızın aşağı hissəsindən imza çəkdirmişdir. Həmin sənəd ilə “Samsung Galaxy A3” markalı mobil telefonu istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs mobil telefonu satmaq üçün onun yanına gətirən zaman özünə məxsus olduğunu bildirmişdir. Sahil mobil telefonu satan zaman şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Şahid2 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Həmçinin onun barəsində məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə məcburi gətirilmə qərarı qəbul edilmiş, lakin Bakı şəhəri Xətai RPİnin 34-cü Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda Şahid2 yerinin müəyyən edilməsinin mümkün olmaması qeyd edilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində yerləşən nömrəsiz evdə Təqsirləndirilən şəxs və Şahid1 Zülfüqar oğlu ilə eyni evdə yaşamışdır. Təxminən 1 ilə yaxın olmuşdur ki, Bakı şəhərinə gələrək müxtəlif yerlərdə ofisiant vəzifəsində çalışmışdır. Bir neçə aydır ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən “Təbrik şadlıq’’ sarayında ofisiant kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs və Şahid1 Zülfüqar oğlu da onunla birlikdə eyni restoranda işləmişlər və orada onlar tanış olmuşlar. Onlar bir neçə ay Təqsirləndirilən şəxs və Quliyev X5 rayonu, Kənd Əhmədli qəsəbəsində nömrəsiz evdə yaşamışlar. Hər iki şəxslə də normal münasibəti olmuşdur. 24 yanvar 2023-cü il tarixdə səhər saatlarında o, Sahil ilə “Təbrik” restoranına getmişdir. Oraya getdikdən sonra onlara məlum olmuşdur ki, həmin gün iş olmayacaqdır. Daha sonra onlar birlikdə Əhmədli metrostansiyası yaxınlığına gedərək orada olan çayxanada çay içmişlər. Daha sonra isə o, Sahil ilə birlikdə metronun ətrafında olan dönərxanaya gedib orada dönər yemişdir. İşsiz olmaları səbəbindən onlar metronun ətrafında axşam saatlarına qədər vaxt keçirmişlər. Axşam saat təxminən 21 radələrində Sahil ilə yenidən çayxanaya gedib oradan da evə getmək qərarına gəlmişlər. Bu istiqamətdə gedən zaman Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı ünvanın qarşısında bir nəfər qadın cinsindən olan şəxsin məhəllədə olduğunu görmüşdür. Dana sonra Sahilin həmin qadına yaxınlaşmaq istədiyini görmüşdür. Sahil qadının arxasınca düşməyə başlamış və Xətai rayonu, M.Hadi küçəsi 51 saylı ünvanın yaxınlığında sonuncuya yaxınlaşmışdır. O, elə zənn etmişdir ki, Sahilin məqsədi həmin qadınla tanış olmaqdır. Lakin Sahil qadınla söhbət etdikdən sonra sürətlə qaçmağa başlamış, o da nə baş verdiyini anlamayıb Sahilin arxasınca qaçaraq getmişdir. Evə gedən zaman isə ona məlum olmuşdur ki, Sahil həmin şəxsin əlində olan telefonu talayaraq oradan uzaqlaşmışdır. O, Sahilin qaçdığını görmüş, lakin nə baş verdiyini anlamamış, yalnız evə gedəndən sonra ona məlum olmuşdur ki, Sahil həmin qadının mobil telefonunu açıq yolla talamışdır. Sahil ona bu barədə heç nə deməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Şahid4 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Həmçinin onun barəsində məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə məcburi gətirilmə qərarı qəbul edilmiş, lakin Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda Şahid4 yerinin müəyyən edilməsinin mümkün olmaması qeyd edilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, 2022-ci ilin may ayının səhv etmirsə 17-də o, Bakı şəhərində yerləşən 20 yanvar metrostansiyasının yaxınlığındakı telefon satılan mağazadan işlənmiş vəziyyətdə olan “Samsung A21S” markalı 351 856 222 414 526 imei kodlu mobil telefonu 180 manata almışdır. Mobil telefonu satan şəxs cavan oğlan olmuşdur. Satıcı ona demişdir ki, mobil telefon bir nəfər qıza məxsusdur, kirayə pulunu ödəməyə pul olmadığına görə mağazaya satmışdır. O, Qaradağ RPİ-nin İŞ-nə dəvət ediləndə ona məlum olmuşdur ki, həmin telefon oğurluq yolu ilə əldə edilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, o, 2022-ci ilin yanvar ayından Bakı şəhərində yerləşən 20 yanvar metrostansiyasının yaxınlığındakı telefon satılan mağazada satıcı işləyir. X8 icarəyə götürmüşdür. O, hər gün saat 09-da işə getmiş, axşam saat 22 radələrincə işdən çıxıb evə getmişdir. xx.xx.2022-ci il tarixdə o, satıcı işlədiyi mağazada olarkən Şahid6 mağazaya gəlmiş və işlək vəziyyətdə olan “Samsung A21S” markalı 351 856 222 414 526 imei kodlu mobil telefonu satdığını bildirmişdir. O, həmin mobil telefonun oğurluq olub-olmamasını soruşmuş, həmin şəxs telefonun özünə məxsus olmasını bildirmişdir. O, həmin telefonu 140 manata almışdır. Mobil telefonu alanda satan şəxsin şəxsiyyət vəsiqəsinin surətini çıxardıb özünə imza etdirmiş, telefonun imei kodunu və həmin şəxsin mobil telefonunu da şəxsiyyət vəsiqəsinin üzərinə qeyd etmişdir. Həmin gün “Samsung A21S” markalı 351 856 222 414 526 imei kodlu mobil telefona müştəri çıxmış və həmin telefonu 180 manata salmışdır. O, Qaradağ RPİ-nin İŞ-nə dəvət ediləndə ona məlum olmuşdur ki, həmin telefon oğurluq yolu ilə əldə edilmişdir. Lakin həmin telefonun oğurluq olması barədə onun məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 yanvar 2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (cild 1, i.v. 1); hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında 27 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanının qarşısına baş vermiş soyğunçuluq cinayət hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 9-10); zərərçəkmiş şəxs qismində tanınma haqqında 27 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 33-34); qanuni nümayəndənin təyin edilməsi haqqında 27 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X7 yetkinlik yaşına çatmayan Şahid2 qanuni nümayəndəsi qismində tanınmışdır (cild 1, i.v. 54); şübhəli şəxsin tutulması haqqında 27 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:15 radələrində CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 70- 71); şübhəli şəxsin dindirilməsi haqqında 27 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, o, Zərərçəkmiş şəxs1 əvvəllər tanımadığını, həmin şəxslə heç bir münasibətinin olmadığını, 24 yanvar 2023-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 51 ünvanının qarşısında, Zərərçəkmiş şəxs1 yaxınlaşaraq əlində olan “Samsung Galaxy A3” markalı mobil telefonu alaraq qaçdığını etiraf etmiş və “ifadəmi oxudum, düzdür, düzgünlüyünü imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (cild 1, i.v. 78- 82); şəxsin tanınmaya təqdim edilməsi haqqında 28 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş 4 nəfər şəxsdən soldan ikinci duran şəxsin onun mobil telefonunu açıq yolla talamış şəxs olduğunu bildirmişdir (cild 1, i.v. 83-85); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 1, i.v. 86-87); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 29 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, o, Zərərçəkmiş şəxs1 əvvəllər tanımadığını, həmin şəxslə heç bir münasibətinin olmadığını, 24 yanvar 2023-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 51 ünvanının qarşısında, Zərərçəkmiş şəxs1 yaxınlaşaraq əlində olan “Samsung Galaxy A3” markalı mobil telefonu alaraq qaçdığını etiraf etmiş və “ifadəmi oxudum, mənim sözlərimlə düzgün yazılmışdır, əlavəm yoxdur, doğruluğunu öz imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (cild 1, i.v. 96-100); 29 yanvar 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild1, i.v. 101-104); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-56/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (cild 1, i.v. 110-114); ifadənin yerində yoxlanılması haqqında 29 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmişdir (cild 1, i.v. 115); təqdim etmə və götürmə barədə 29 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin üzərinə “xx.xx.2023”, “Modeli Samsung A03”, “imei: **********26191”, “Tel ***-***-**-**”, “imza” sözləri qeyd edilmişdir. Həmin 01 ədəd “Samsung Galaxy A3” markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus “AA*******” seriyalı şəxsiyyət vəsiqəsinin surəti sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (cild 1, i.v. 119-121); əşyanın tanınmaya təqdim edilməsi haqqında 29 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş 4 ədəd telefondan “2” nömrəsi altında nişanlanmış mobil telefonun ona məxsus olduğunu, “Samsung Galaxy A3” markalı mobil telefonu rəngindən, markasından, işlənmə dərəcəsindən və ölçüsündən tanıdığını bildirmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 122-123); cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında 23 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və CM-nin 180.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə eyni icraatda birləşdirilməklə ********* nömrəsi altında ibtidai istintaqı aparılmış, əməl Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 180.1-ci maddələrinə tövsif edilmişdir (cild 1, i.v. 129-132); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 18 may 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir (cild 1, i.v. 143); hadisə yerinə baxış keçirilməsi haqqında 09 may 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən daş karxanasının ərazisində fəhlələrin yaşayışı üçün quraşdırılmış, yaşayış sahəsi hesab edilən dəmir konstruksiyalı qurğuya baş vermiş oğurluq cinayət hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 158-161); zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 may 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 176-177); zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 may 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 183-184); zərərçəkmiş şəxs qismində tanınma haqqında 26 may 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 190-191); zərərçəkmiş şəxs qismində tanınma haqqında 26 may 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 197-198); zərərçəkmiş şəxs qismində tanınma haqqında 26 may 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 204-205); baxış və götürmə keçirilməsi barədə 14 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Şahid4 təqdim etdiyi 01 ədəd “Samsung A21S” markalı, **********14526 imei kodlu mobil telefona baxış keçirildikdən sonra həmin telefon götürülmüş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, i.v. 219-222); sənədin surətinə baxış keçirilməsi və götürmə barədə 14 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Şahid6 məxsus şəxsiyyət vəsiqəsinin üzərinə “xx.xx.2022”, “imei kodu: **********14526, **********14522”, “***-***-**-** CSM nömrəsi”, “Şahid6 imzası” qeyd edilmişdir. Şahid6 məxsus şəxsiyyət vəsiqəsinin surəti sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (cild 1, i.v. 228-229); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2022-ci il tarixli 9/4435 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung” markalı, “A21S” model, 32 GB daxili yaddaşlı mobili telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 160.00 manat müəyyən edilir (cild 1, i.v. 235-237); Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Samir Ağayev tərəfindən tərtib edilmiş 27 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd “Samsung” markalı, “A21S” model telefon Zərərçəkmiş şəxs2 geri qaytarılmışdır (cild 1, i.v. 241); təqsirləndirilən şəxs X1 dindirilməsi haqqında 05 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Sahil ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən daş karxanasının ərazisində yerləşən vaqona yaxınlaşdığını, danışdıqları kimi onun vaqonun yaxınlığında dayanıb ətrafa nəzarət etməyə başladığını, Sahilin isə oğurluq etmək üçün vaqona daxil olduğunu, təxminən 10 dəqiqədən sonra çıxaraq 05 ədəd mobil telefonu oğurladığını ona dediyini və göstərdiyini, Sahilin oğurladığı mobil telefonlardan 01 ədəd “Samsung” markalı olanını ona verdiyini, xx.xx.2022-ci il tarixdə Sahil ilə “28 May” metrostansiyasının yaxınlığındakı mobil telefon mağazasına getdiklərini, Sahilin 04 ədəd mobil telefonu satdığını, xx.xx.2022ci il tarixdə maddi vəziyyəti yaxşı olmadığı üçün vaqondan oğurladığı telefonu satmaq qərarına gəldiyini, daha sonra “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən telefon mağazasına gedərək “Samsung” markalı mobil telefonu 140 manata satdığını etiraf etmiş və “ifadəmi oxudum, sözlərimlə düz yazılıb, əlavəm yoxdur, düzgünlüyünü imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (cild 2, i.v. 31-33); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 2, i.v. 105-106); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 08 fevral 2023-cü il tarixli protokoldan görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Nadir ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən daş karxanasının ərazisində yerləşən vaqona yaxınlaşdığını, danışdıqları kimi Nadirin vaqonun yaxınlığında dayanıb ətrafa nəzarət etməyə başladığını, onun isə oğurluq etmək üçün vaqona daxil olduğunu, vaqonun pəncərəsinin kənarından bir ədəd mobil telefonu oğurlayıb cibinə qoyduğunu, bundan sonra vaqonda olan idman çantalarını axtarıb çantaların hər birindən 01 ədəd mobil telefonu və 930 manat pulu oğurladığını, həmin mobil telefonlardan “Samsung” markalı olanını Nadir Ağamalıyevə verdiyini, digər 04 telefonu isə xx.xx.2022-ci il tarixdə “28 May metrostansiyasının” yaxınlığında yerləşən telefon mağazasına satdığını etiraf etmiş və “ifadəm mənə ucadan oxundu, daha sonra özüm oxudum, sözlərimlə düz yazılıb, əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (cild 2, i.v. 113-115); ifadənin yerində yoxlanılması haqqında 09 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 2, i.v. 119-123); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmiş, Qaradağ RPİ-nin CM-nin 177.2.1.3-cü maddəsi ilə başlanmış cinayəti işi icraatdadır (cild 2, i.v. 145-146); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2023-cü il tarixli 9/907 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 1 ədəd qırmızı rəngli, “Samsung Galaxy A03” markalı, “SM-A035F/DS” model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 150,00 manat müəyyən olunur (cild 2, i.v. 151-153); cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 27 mart 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 180.1-ci maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 180.2.2-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 180.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmiş, məhkəməəmtəəşünaslıq ekspertizasının 24 iyun 2022-ci il tarixli, 9/4435 saylı və 28 fevral 2023-cü il tarixli, 9/907 saylı ekspert rəyləri sübut növü kimi qiymətləndirilmiş, Şahid3 təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus “AA*******” seriyalı şəxsiyyət vəsiqəsinin surəti maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Şahid5 təqdim etdiyi Şahid6 məxsus “AZE-********” seriyalı şəxsiyyət vəsiqəsinin surəti maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, iş üzrə Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Samsung” markalı, “A21S” modelli mobil telefon aparatı maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılması nəzərə alınmış, iş üzrə Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Samsung Galaxy A03” markalı, “SM-A035F/DS” modelli mobil telefon aparatı maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.2.4 və 181-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 2, i.v. 167-189); təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında 28 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 180.2.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur (cild 2, i.v. 191-193); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-281/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün olmaqla, 12 may 2023-cü il tarixədək uzadılmışdır (cild 1, i.v. 110-114); Bakı şəhəri Xətai rayon prokurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 180.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə rayon prokurorluğuna hər hansı bir məlumat daxil olmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 18 yanvar 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı o, həbs olunarkən xəsarət almadığını bildirmiş və bədənində baxış keçirilən zaman xəsarət aşkar edilməmişdir; Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur, iş üzrə təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini xahiş edir; Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-130/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, 01 may 2022-ci il tarixdə saat təxminən 21 radələrində Abşeron rayonu, Güzdək qəsəbəsindəki daş karxanasının həyətində yerləşən, işçilərin qalması üçün ayrılmış yataqxananın plastik pəncərəsini balta ilə açaraq içəri qanunsuz daxil olub X2 məxsus nömrələri ilə birlikdə 414 manat dəyərində 1 ədəd «Samsung» markalı mobil telefonu, X4 məxsus nömrəsi ilə birlikdə 205 manat dəyərində 1 ədəd «Samsung J-2» markalı mobil telefonu və X6 məxsus nömrəsi ilə birlikdə 35 manat dəyərində 1 ədəd «Nokia» markalı mobil telefonu vahid niyyətlə gizli talayıb zərərçəkmiş şəxslərə ümumilikdə 654 manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, onun həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; hökmün icrası barədə 15 may 2023-cü il tarixli göstərişdən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-130/2023 saylı hökmü 10 may 2023cü il tarixdə qanuni qüvvəyə minmişdir; Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü icraata daxil olanadək Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildiyindən o, Cəlilabad rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmamışdır. Məhkəmə hökmü üzrə ona təyin edilmiş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə, oğurluq və soyğunçuluq cinayətləri törətməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs oğurluq cinayəti ilə bağlı bildirmişdir ki, ittiham aktında onun Şahid6lə birlikdə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən daş karxanasının ərazisində fəhlələrin yaşayışı üçün quraşdırılmış dəmir konstruksiyalı qurğudan fəhlələrə məxsus telefonları və müəyyən məbləğdə pulu oğurlaması göstərilsə də, həmin tarixdə o, qeyd olunan ərazidə olmamış və oğurluq cinayətini törətməmişdir. O, sonuncu dəfə 01 may 2022-ci il tarixdə Şahid6lə Abşeron rayonu ərazisində fəaliyyət göstərən daş karxanasının ərazisində fəhlələrin qalması üçün nəzərdə tutulmuş yataqxanaya daxil olaraq fəhlələrə məxsus mobil telefonları və müəyyən qədər pul vəsaitini oğurlamışdır. Həmin hadisədən sonra isə o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur və Nadiri bir daha görməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs soyğunçuluq cinayəti ilə bağlı bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 ilə təxminən 01 il əvvəl tanış olmuşdur. Daha sonra məhkəmənin qabağında olarkən söhbət əsnasında maddi vəziyyətinin aşağı olmasını və pula ehtiyacı olduğunu bildirdiyindən, Mənsurə özünə məxsus telefonu çıxardıb ona təqdim etmiş və satmasını istəmişdir. Lakin ona demişdir ki, evdə ailə üzvlərinin bundan xəbəri olmasın. Mənsurə evə getdikdə anası onun telefonunun olmadığını öyrənmiş, bu səbəbdən sonuncu məcbur qalıb telefonunun oğurlandığını demişdir. Bununlada onun barəsində polisə şikayət olunmuşdur. Lakin, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin onu tanıması barədə ifadəsi ilə razılaşmayaraq daha əvvəl onu tanımadığını, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun əlində olan “Samsung Galaxy A03” markalı telefonu alıb qaçıb getdiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq zamanı 29 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman sonuncu törətdiyi əməli tam etiraf edərək 24 yanvar 2023-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 51 ünvanının qarşısında, Zərərçəkmiş şəxs1 yaxınlaşaraq əlində olan “Samsung Galaxy A3” markalı mobil telefonu alaraq qaçdığını bildirmiş və onun zərərçəkmiş şəxslə daha əvvəldən aralarında hər hansı bir münasibətin olmasına dair heç bir məlumat verməmişdir. Bundan başqa, məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, ittiham aktında xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən daş karxanasının ərazisində fəhlələrin yaşayışı üçün quraşdırılmış dəmir konstruksiyalı qurğudan fəhlələrə məxsus telefonların və müəyyən məbləğdə pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlanması göstərilsə də, həmin məlumatlar həqiqəti əks etdirmir. Belə ki, həmin tarixdə daş karxanasında baş vermiş oğurluğu o, özü törətmiş və Təqsirləndirilən şəxs ümumiyyətlə orada olmamışdır. Təqsirləndirilən şəxs sonuncu dəfə 01 may 2022-ci il tarixdə onunla birlikdə Abşeron rayonu ərazisində fəaliyyət göstərən daş karxanasının ərazisində fəhlələrin qalması üçün nəzərdə tutulmuş yataqxanaya daxil olaraq fəhlələrə məxsus mobil telefonları və müəyyən qədər pul vəsaitini oğurlamışdır. Bundan sonra isə hər ikisinin barəsində cinayət işi başlanmış və onlar məsuliyyətə cəlb edilmişlər. İbtidai istintaq zamanı ifadə verərkən polis əməkdaşları ona fiziki və psixi təzyiq göstərdiklərindən, həmçinin burnunu qırdıqlarından o, Sahilin adını verərək cinayəti birlikdə törətdiklərini bildirmişdir. Hazırki iş üzrə ifadə verən zaman isə o, Abşeron rayonu ərazisində baş vermiş oğurluq hadisəsi ilə işi səhv salaraq yalnış ifadə vermişdir. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən daş karxanasının ərazisində fəhlələrin yaşayışı üçün quraşdırılmış dəmir konstruksiyalı qurğudan o, 05 ədəd mobil telefon oğurlamış, daha sonra isə Salyan rayonunda satmışdır. Buna baxmayaraq istintaq orqanı tərəfindən mobil telefonların 28 May və 20 Yanvar metrostansiyalarının yaxınlığında yerləşən mağazalara satması, həmçinin telefondan əlavə pul vəsaitinin də oğurlanması göstərilmişdir. Sahil ona satmaq üçün telefon verməmişdir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə Zərərçəkmiş şəxs1 istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadəni iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Lakin şahidlərdən Şahid6 təqsirləndirilən şəxsin dostu olması, daha əvvəl də birlikdə analoji cinayət törətmələri onun ifadəsinin inandırıcılığına təsir edir. Belə ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid6 xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Sahil ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən daş karxanasının ərazisində yerləşən vaqona yaxınlaşdığını, danışdıqları kimi onun vaqonun yaxınlığında dayanıb ətrafa nəzarət etməyə başladığını, Sahilin isə oğurluq etmək üçün vaqona daxil olduğunu, təxminən 10 dəqiqədən sonra çıxaraq 05 ədəd mobil telefonu oğurladığını ona dediyini və göstərdiyini, Sahilin oğurladığı mobil telefonlardan 01 ədəd “Samsung” markalı olanını ona verdiyini, xx.xx.2022-ci il tarixdə Sahil ilə “28 May” metrostansiyasının yaxınlığındakı mobil telefon mağazasına getdiklərini, Sahilin 04 ədəd mobil telefonu satdığını, xx.xx.2022-ci il tarixdə maddi vəziyyəti yaxşı olmadığı üçün vaqondan oğurladığı telefonu satmaq qərarına gəldiyini, daha sonra “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən telefon mağazasına gedərək “Samsung” markalı mobil telefonu 140 manata satdığını etiraf etmişdir. Həmçinin, məhkəmə iclasında verdiyi ifadəsində Şahid6 05 ədəd mobil telefonu özünün oğurladığını, həmin mobil telefonları 28 May və 20 Yanvar metrostansiyalarının yaxınlığında yerləşən mağazalara deyil, məhz Salyanda yerləşən telefon mağazasına satdığını bildirsə də, ibtidai istintaq zamanı “Samsung A21S” markalı 351 856 222 414 526 imei kodlu mobil telefonu alan Şahid4 həmin telefonu işlənmiş vəziyyətdə Bakı şəhərində yerləşən 20 yanvar metrostansiyasının yaxınlığındakı telefon satılan mağazadan 180 manata aldığını bildirmiş, habelə həmin mağazada satıcı işləyən Şahid5 da qeyd olunanları təsdiqləyərək “Samsung A21S” markalı 351 856 222 414 526 imei kodlu mobil telefonun Şahid6 tərəfindən satıldığını bildirmiş və alqı-satqı həyata keçirilən zaman həmin şəxsdən aldığı şəxsiyyət vəsiqəsinin surətini ibtidai istintaq orqanına təqdim etmişdir. Qeyd olunan hal isə Şahid6 ifdəsində göstərdiyi xüsusatların reallığı əks etdirməsini şübhə altına salır. Odur ki, məhkəmə Şahid6 istintaq dövründə verdiyi ifadəsini daha inandırıcı hesab edir, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini isə münasibəti olduğu və əvvəldən tanıdığı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Bundan başqa, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Həmçinin, barəsində həbs qətimkan tədbiri seçilən zaman belə ona hər hansı bir təzyiqin göstərilməsi barədə məlumat verməmişdir. Məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərərə məruz qaldığı üçün məcbur qalıb törətmədiyi əməlləri etiraf etmiş və ona təqdim olunmuş sənədləri imzalamışdır. Lakin məhkəmə bu faktla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması barədə Xətai rayon prokurorluğunda araşdırma aparılıb-aparılmamasını müəyyən etmək məqsədi ilə sorğu məktubu göndərilmiş və 16 yanvar 2024-cü il tarixdə məhkəməyə daxil olmuş cavab məktubunda Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 180.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə rayon prokurorluğuna hər hansı bir məlumat daxil olmadığı qeyd edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 18 yanvar 2024-cü il tarixli sorğuya cavab məktubundan da məlum olur ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinə zamanı o, həbs olunarkən xəsarət almadığını bildirmiş və bədənində baxış keçirilən zaman xəsarət aşkar edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli 01 nömrəli Qərarının 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Qərarın 21-ci bəndində qeyd edilmişdir ki, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 180.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə barışmasını, ona dəymiş maddi ziyanı ödəməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərara dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən qərarın 16-cı bəndində qeyd edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CMin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan hökmün icra edilməsi barədə göstərişə əsasən Abşeron Rayon Məhkəməsinin 1(012)-130/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün 10 may 2023-cü il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 177.2.1, 177.2.3 və 180.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini müvafiq olaraq 08 may 2022-ci və 24 yanvar 2023-cü il tarixdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, bundan əlavə təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)- 130/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun 18 iyun 2022-ci il tarixdən 20 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 27 yanvar 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut hesab edilən 01 ədəd “Samsung” markalı, “A21S” modelli mobil telefon aparatının Zərərçəkmiş şəxs2 geri qaytarılması, 01 ədəd “Samsung Galaxy A03” markalı, “SM-A035F/DS” modelli mobil telefon aparatının Zərərçəkmiş şəxs1 geri qaytarılması, 02 ədəd A4 formatlı kağız üzərində olan Təqsirləndirilən şəxs məxsus “AA*******” seriyalı şəxsiyyət vəsiqəsinin və Şahid6 məxsus “AZE-********” seriyalı şəxsiyyət vəsiqəsinin surətlərinin cinayət işinə əlavə edilməsi nəzərə alınmalı (CPM-132), 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (il) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 1(012)-130/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 iyun 2022-ci il tarixdən 20 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 27 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən 01 ədəd “Samsung” markalı, “A21S” modelli mobil telefon aparatının Zərərçəkmiş şəxs2 geri qaytarılması, 01 ədəd “Samsung Galaxy A03” markalı, “SM-A035F/DS” modelli mobil telefon aparatının Zərərçəkmiş şəxs1 geri qaytarılması, 02 ədəd A4 formatlı kağız üzərində olan Təqsirləndirilən şəxs məxsus “AA*******” seriyalı şəxsiyyət vəsiqəsinin və Şahid6 məxsus “AZE-********” seriyalı şəxsiyyət vəsiqəsinin surətlərinin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar