Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-27/2025 11.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçiləri – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 25 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi ev 447/36-da qeydiyyatda olan və Abşeron rayonu Masazır qəsəbəsi «Qurtuluş-93» Yaşayış Massivi, ev 13-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə, xx xxxxxx 1971-ci ildə Kəlbəcər rayonu Nadirxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Nadirxanlı kəndində qeydiyyatda olan və Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa- Xuna bağlar massivi, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Bakı şəhəri, Xəzər rayonu Qala bələdiyyəsi tərəfindən «Xaşa- Xuna» adlanan bağlar massivində xx.xx.2005-ci il tarixdə X8 adına 40 №-li, xx.xx.2005-ci il tarixdə X9 adına verilmiş 42 №-li sərəncamlara əsasən hər biri üçün ayrılmış 0,12 ha torpaq sahəsi 25 aprel 2023-cü il tarixdən faktiki Şahid8 istifadəsində olmasına baxmayaraq, istintaqa məlum olmayan şəxs tərəfindən həmin torpaq sahələri üçün Təqsirləndirilən şəxs2 adına 11 noyabr 2005-ci il tarixdə 653 və 654 nömrə altında saxtalaşdırılmış hüquq verən rəsmi sənədlərdən bilə-bilə istifadə etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək həmin torpaq sahələrini guya sonuncuya satması barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 2023-cü ilin mart ayının sonlarında ünvan 1 ünvanda yerləşən ofisdə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş 1.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1.700 manat, 2023-cü ilin mart ayının sonlarında Xəzər rayonu, Qala qəsəbəsi «Xaşa-Xuna» bağlar massivi, «Qala dairəsi» adlanan yerdə Zərərçəkmiş şəxs qardaşı Şahid1 vasitəsilə ona verilmiş 1.300 manat, 2023-cü ilin aprel ayının sonlarında ünvan 2 ünvanda «Bermud» kafesində Zərərçəkmiş şəxs dayısı Şahid3 vasitəsi ilə Təqsirləndirilən şəxs2 verilmiş 20.000 manat, 2023-cü ilin aprel ayının sonlarında ünvan 3 ünvanda 5.000 manat və 2023-cü ilin may ayının əvvəllərində ünvan 4 ünvanında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 vermiş olduğu 4.000 manat, 2023-cü ilin may ayının ortalarında Xəzər rayonu, Qala qəsəbəsi, «Xaşa- Xuna» bağlar massivində Şahid3 vasitəsi ilə Təqsirləndirilən şəxs2 verilmiş 2.000 manat, 2023-cü ilin may ayının sonlarında ünvan 5 ünvanın qarşısında Şahid1 vasitəsilə ona verilmiş 950 manat, cəmi 34.950 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb, aralarındakı cinayətkar razılığa əsasən 32.450 manat onun, qalan 2.500 manat Təqsirləndirilən şəxs2 tərəfindən ələ keçirilməklə, Zərərçəkmiş şəxs ümumilikdə 34.950 (otuz dörd min doqquz yüz əlli) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Bakı şəhəri, Xəzər rayonu Qala bələdiyyəsi tərəfindən «Xaşa- Xuna» adlanan bağlar massivində xx.xx.2025-ci il tarixdə X8 adına 40 №-li, xx.xx.2005-ci il tarixdə X9 adına verilmiş 42 №-li sərəncamlara əsasən hər biri üçün ayrılmış 0,12 ha torpaq sahəsi 25 aprel 2023-cü il tarixdən faktiki Şahid8 istifadəsində olmasına baxmayaraq, istintaqa məlum olmayan şəxs tərəfindən həmin torpaq sahələri üçün Təqsirləndirilən şəxs2 adına 11 noyabr 2005-ci il tarixdə 653 və 654 nömrə altında saxtalaşdırılmış hüquq verən rəsmi sənədlərdən bilə-bilə istifadə etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək həmin torpaq sahələrini hər biri üçün 0,12 ha torpaq sahəsinin guya sonuncuya satması barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 2023cü ilin mart ayının sonlarında ünvan 1 ünvandakı ofisdə Zərərçəkmiş şəxs tərəfindən ona verilmiş 1.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1.700 manat, 2023-cü ilin mart ayının sonlarında Xəzər rayonu. Qala qəsəbəsi «Xaşa-Xuna» bağlar massivi, «Qala dairəsi» adlanan yerdə Zərərçəkmiş şəxs qardaşı Şahid1 vasitəsilə Təqsirləndirilən şəxs1 verilmiş 1.300 manat, 2023-cü ilin aprel ayının sonlarında ünvan 2 ünvanda «Bermud» kafesində Zərərçəkmiş şəxs dayısı Şahid3 vasitəsilə ona verilmiş 20.000 manat, 2023-cü ilin aprel ayının sonlarında ünvan 3 ünvanda 5.000 manat və 2023-cü ilin may ayının əvvəllərində ünvan 4 ünvanında Zərərçəkmiş şəxs ona vermiş olduğu 4.000 manat, 2023cü ilin may ayının ortalarında Xəzər rayonu, Qala qəsəbəsi, «Xaşa-Xuna» bağlar massivində Şahid3 vasitəsilə ona verilmiş 2.000 manat, 2023-cü ilin may ayının sonlarında ünvan 5 ünvanın qarşısında Şahid1 vasitəsilə Təqsirləndirilən şəxs1 verilmiş 950 manat, cəmi 34.950 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb, aralarındakı cinayətkar razılığa əsasən, 2.500 manat onun, qalan 32.450 manatı Təqsirləndirilən şəxs1 tərəfindən ələ keçirilməklə, Zərərçəkmiş şəxs ümumilikdə 34.950 (otuz dörd min doqquz yüz əlli) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Mürsəl ona demişdir ki, o zonalarda ev olsa ona xəbər etsin, tanış uşaqlardan almaq istəyən var. O da öz tanış dostlarından soruşmuşdur ki, torpaq olsa ona xəbər etsinlər. Uşaqlar ona demişdirki, Vüqarda var. O, Vüqardan soruşmuş, 2005-ci ildən qalan bələdiyyə torpağı olduğunu demişdir. O, həmin vaxt bələdiyyədə işləyən Teymur adlı tanışından elə bir torpaq olub-olmadığını öyrənməsini xahiş etmişdir. O araşdırıb torpağın olduğunu bildirmişdir. O, Mürsəllə danışıb torpaq tapdığını demiş, o da ona dayısı gələndə gəlib baxacağını bildirmişdir. Daha sonra gedib torpağa baxmışlar, razılaşmışlar, behi də Vüqara vermişlər. Daha sonra onlar torpağın qanuniliyini yoxlatmaq istəmişlər gedib torpağın qanuni olub-olmadığını yoxlatmışlar. Torpaq tam qanuni, bələdiyyə torpağı kimi görsənmişdir. Daha sonra Mahirin yanında razılaşmışlar, Vüqar da ərizə yazaraq etirazının olmadığını bildirmişdir. 1000 manat Mürsəl 1000 manat da Vüqar ona verməli olmuşdur. Lakin yalnız Mürsəl 900 manat vermişdir. Sənədləri saxtalaşdırmamışlar, sənədləri onlar yoxlayanda düz olmuş, heç bir problem olmamışdır. O, Vüqara sənəd aparıb verməmişdir, Vüqarın özündə sənəd olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, pulu Eldəniz və qardaşı Mürsəldən almışdır. Caviddən pul almamışdır. Eldəniz Cavidin dayısıdır. Onlar Eldənizgillə razılaşmış və o, gedib hasarın dağılmış hissəllərini düzəltməyə başlamışdır. Daha sonra Eldəniz demişdir ki, o, fikrini dəyişmişdir, almır torpağı, o da torpaq yerinə evi verməyi təklif etmiş, lakin o razılaşmamışdır. O torpaq ona məxsus olmuş, 2005-ci ilə aid bələdiyyə sənədi olmuşdur. Sənədi 2005-ci ildə İbrahim müəllimdən almışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, sənədin saxta olduğunu bilməmişdir. Torpaq onun olmuş, istifadə edilməmişdir, Şahid8 torpaq satılandan sonra ortaya çıxmışdır. Şıxverdi ona zəng eləyib demişdir ki, müştəri var, torpağını sat. O, Şıxverdiyə zəng etməmişdir. Ona İbrahim müəllim demişdir ki, 2000 manat versin torpağın sənədini tam düzəltsin, amma onda o qədər pul olmadığından ona pulu verə bilməmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağları massivində ev alqı-satqısı ilə məşğul olmuş, əvvəllər isə Qala bələdiyyəsinin üzvü kimi işləmiş, 2023-cü ilin mart ayında Şıxverdi ona başqasına məxsus torpaq sahəsini onun adına rəsmiləşdirəcəyini və həmin torpaq sahəsini satıb əldə olunan qazancı aralarında böləcəkləri barədə ona təklif etmiş, Şıxverdi əvvəllər bələdiyyə işçisi olduğu üçün onda bələdiyyəyə aid möhür və digər sənəd blankları olmuş, həmçinin Şıxverdi Teymur adlı şəxslə birlikdə bələdiyyədə işləmişdir. 25-30 mart 2023-cü ili tarixdə Şıxverdi onunla əlaqə saxlamış, torpaq almaq istəyən şəxs olduğunu demiş, bundan sonra Cavid, Eldəniz və Mürsəl adlı şəxslərlə görüşmüş və gedib torpağa baxmış, həmin vaxtı torpağın özünə məxsus olmasını bildirmiş, daha sonra Cavidlə ümumilikdə 0,24 ha torpaq sahəsini 35.000 manat pul müqabilində satmağa razılaşmış, sonra Bakı şəhəri Nərimanov rayonu ərazisində Eldəniz adlı şəxslə görüşmüş və ondan 1.000 ABŞ dolları beh almış, pulu götürən zaman Şıxverdi də onunla birlikdə olmuşdur. Daha sonra Nərimanov rayonu ərazisində Eldənizdən 15.000 manat pul götürmüş, yenə də Şıxverdi yanında olmuş, Şıxverdi həmin puldan 12.500 manat özünə götürmüş, qalan 2.500 manatı isə ona vermiş, daha sonra Eldənizdən Nərimanaov rayonu ərazisində 5.000 manat pul almış, həmin pulu da Şıxverdi özünə götürmüş, bundan sonra 9.000 manat pul almış, həmin pulu da Şıxverdi özünə götürmüş, sonuncu pulu isə Şıxverdi özü 2023-cü ilin may ayının 23-də Bakı şəhəri, Xətai RPİ-nin qarşısında Cavidin qardaşı Mürsəl adlı şəxsdən almış, sonra torpaq sahəsinin alqı-satqı olunmasına razılığı barədə Rövşən adlı şəxsə Notariat Konturunda etibarnamə vermiş, hətta Şıxverdi Cavidi inandırmaq üçün Qala bələdiyyəsində operator işləyən İradə adlı qadına 1.000 manat verdiyini, vergi ödəyicisi olan fiziki şəxs kimi uçota alınması haqqında şəhadətnamə yazdırmışdır. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağları massivində yerləşən 0,24 ha torpaq sahəsi ona məxsus olmamış, Şıxverdinin hazırladığı torpaq sənədi ilə Cavid adlı şəxsi aldadıb ondan ümumulikdə 35.000 manat pul almış, Şıxverdi həmin məbləğdən 2.500 manatı ona, qalan 32.500 manatını isə özünə götürmüşdür. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edildikdən sonra Təqsirləndirilən şəxs2 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Şıxvedi bir gün onun yanına gəlmiş, ona bir sənəd verərək demişdir ki, sənin bələdiyədə torpağın var, gəl o torpağı sataq, o da Şıxverdi ilə razılaşmışdır. Daha sonra gedib baxmışlar, bələdiyyədə o torpaq görsənmişdir, o da satmağa razılıq vermişdir, müştərini də Şıxverdi özü gətirmişdir. Şıxverdi 28 000 manata razılaşmışdır, o puldan 2500 manat ona çatmışdır, yerdə qalan 25 500 manat Şıxverdiyə çatmışdır. O qədər niyə Şıxverdi götürdüyünü bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçokmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, dayısı Ceyhun Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yaşadığından onunla qonşuluqda yaşamaq məqsədilə Qala qəsəbəsi ərazində ev almaq istəmiş, bundan sonra həmin ərazidə torpaq sahələri ilə maraqlanmağa başlamış, daha sonra Şıxverdi Həsənovla tanış olmuş, həmin vaxt Şıxverdi Qala qəsəbəsi, Xaşa-Xuma bağlarında Vüqar adlı şəxsə məxsus 0,24 ha torpaq sahəsi satdığını bildirmişdir. 2023-cu ilin mart ayının 25-30 aralığında dayısı Eldəniz və qardaşı Mürsəllə birlikdə Şıxverdi Həsənovla görüşmüş, birlikdə gedib torpaq sahəsinə baxmış və Şıxverdi ilə torpağı ümumilikdə 35.000 manata almağa razılaşmış, sonra Şıxverdi hər biri 0,12 ha olmaqla torpağın Vüqar adlı şəxsə məxsus olmasını təsdiq edən iki ədəd 2005-ci il tarixli sərəncamları göstərmiş, torpağın sənədi olmasına əmin olmuş, 02 may 2023-cü il tarixdə Şıxverdi və Vüqarla notariusda görüşmüş, orada Vüqar torpaqların satılması üçün onun və qardaşı Rövşənin adına etibarnamə də vermiş, hətta Şıxverdi torpaq sahəsinə görə vergi ödəyicisi olmalarına dair onun və qardaşı Rövşənin adına şəhadətnamə də təqdim etmişdir. Bundan sonra Bakı şəhəri, Nərimanov rayonu ərazisində dayısı Şahid3 Şıxverdi və Vüqara 1.000 ABŞ dolları beh olaraq vermiş, bir neçə gün sonra isə Şıxverdi zəng vurub Qala bələdiyyəsində torpağı adına sənədləşdirməsi üçün 1.300 manat pul lazım olduğunu bildirmiş, sonra qardaşı Mürsələ zəng vurub sənədləşmə üçün Şıxverdinin 1.300 manat istəməsini demiş və Mürsəl Xəzər rayonu, Qala dairəsi deyilən yerdə Şıxverdi ilə zəngləşib görüşərək ona 1.300 manat vermiş, 2023-cü ilin aprel ayının ortalarında Nərimanov rayonu Dəmirçizadə küçəsində yerləşən «Bermud» kafesində dayısı Şahid3, qardaşı Şahid1 ilə birlikdə Şxverdi Hüseynov və Təqsirləndirilən şəxs2la görüşmüş, həmin vaxt dayısı Eldəniz 20.000 manat pulu Şıxverdinin yanında sayıb Vüqara vermiş, Şıxverdi pulun qalan hissəsinin nə vaxt veriləcəyini soruşduqda torpaq adına sənədləşdikdən sonra yerdə qalan pulu da verəcəyini bildirmiş, təxminən 10 gün sonra 2023-cü ilin aprel ayının sonlarında qardaşı Mürsəllə birlikdə Nərimanov rayonu Təbriz küçəsində Şıxverdi və Vüqarla görüşərək Şıxverdiyə 5.000 manat vermiş, bu zaman Şıxverdi 02 may 2023-cü il tarixdə onunla görüşüb Vüqarın etibarnamə verəcəyini bildirmiş, qeyd olunmuş tarixdə qardaşı Rövşənlə birlikdə Nəsimi rayonu Azadlıq prospektində yerləşən 51 saylı notariusda Şıxverdi və Vüqarla görüşmüş, orada Vüqar ona və Rövşənə torpaq sahəsi üzərində bütün səlahiyyətləri verməsinə dair etibarnamə vermiş, bundan təxminən 2-3 gün sonra, yəni 2023-cü ilin may ayının əvvəlində qardaşı Rövşən və dayısı Eldənizlə birlikdə Nərimanov rayonu Təbriz küçəsində Şıxverdi və Vüqarla görüşmüş, həmin vaxt onların yanında Teymur adlı şəxs də olmuş, X15 bələdiyyəsinin üzvü kimi təqdim edərək orada Şıxverdi onun və qardaşı Rövşənin vergi ödəyicisi olmaları barədə adlarına şəhadətnamə vermişdir. Həmin vaxt Vüqarın iştirakı ilə Şıxverdiyə 4.000 manat vermiş, təxminən 4-5 gün sona, yəni 2023-cü ilin may ayının ortalarında dayısı Eldəniz zəng vurub Şıxverdinin onunla əlaqə saxlamasını və 2.000 manat pul istəməsini bildirmiş, həmin vaxt dayısına Şıxverdinin istədiyi məbləği verməsini demiş, sonra dayısı Eldəniz Xəzər rayonu Xaşa- Xuna bağlar massivində Vüqar və Şıxverdi ilə görüşərək onlara 2.000 manatı vermişdir. 2023-cü ilin may ayının sonlarında qardaşı Mürsəl zəng vuraraq Təqsirləndirilən şəxs1la Xətai rayon polis idarəsinin qarşısında görüşdüyünü və ona 950 manat pul verdiyini bildirmiş, beləliklə, qeyd olunan torpaq sahəsinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ümumilikdə 34.950 manat pul verilmiş, sonuncu dəfə 2023-cü ilin may ayının sonlarında Vüqar və Şıxverdi ilə Nərimanov rayonu Təbriz küçəsində görüşmüş və həmin vaxt Şıxverdi hər biri 0,12 ha olmaqla iki ədəd torpaq sahəsinin Vüqarın adına olması barədə 2005-ci il tarixli sərəncamları təqdim etmiş, lakin qeyd olunmuş torpaq sahələrində tikinti işləri aparmaq istəyən zaman torpağın başqa şəxsə məxsus olmasını aşkar etmiş, bundan sonra Şıxverdidən və Vüqardan pulunu qaytarmasını tələb etsə də müxtəlif bəhanələr deyərək pulu verməkdən yayınmış, Vüqara və Şıxverdiyə pullar qardaşları Rövşən və Mürsəlin, eləcə də dayısı Şahid3 iştirakları ilə verilmiş, ona Xəzər rayonu Xaşa-Xuna bağlar massivində torpaq sahəsini göstərən və qiymət danışan Şıxverdi olmuş, Vüqarı isə Şıxverdi sonradan gətirib həmin torpaqların onun adına olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai rayonu, A.Qurban küçəsi ev 25-də qeydiyyatda olsa da hazırda ailəsi ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsi, ev 17 A, mənzil 24-də yaşayır və Binəqədi RPİ-nin CAŞ-da kiçik inspektor vəzifəsində işləyir, polis baş serjantı rütbəsindədir. 2023-cü ilin əvvəllində qardaşı Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yaşayan dayısı Ceyhun Əbdülovun yaşadığı evin yaxınlığında özünə torpaq sahəsi almaq istəmiş, bu məqsədlə Cavid həmin ərazidə torpaq sahəsi axtararkən Təqsirləndirilən şəxs1la tanış olmuş və Şıxverdi qardaşı Cavidə Vüqar adlı şəxsi təqdim edib onun Qala qəsəbəsi Xaşa-Xuna bağlarında 0,24 ha torpaq sahəsi olduğunu bildirmiş, bundan sonra qardaşı Cavid, Şıxverdi və özünü torpaq sahəsinin sahibi kimi təqdim edən Vüqar adlı şəxslə birlikdə sözügedən torpaq sahəsinə gedib baxmış, həmin vaxt Qala qəsəbəsi Xaşa-Xuna bağlarında yerləşən 0,24 ha torpaq sahəsi Cavidin xoşuna gəldiyinə görə almaq istədiyini bildirmiş və Cavid həmin torpaq sahəsini Şıxverdi ilə 35.000 manata danışıb razılaşmışdır. 2023-cü ilin mart ayının sonlarında ünvan 6 ünvanda yerləşən dayısı Şahid3 məxsus ofisdə qardaşı Cavidlə birlikdə Təqsirləndirilən şəxs1 və özünü torpaq sahibi kimi təqdim edən Təqsirləndirilən şəxs2 ilə görüşmüş, həmin vaxt Vüqar hər biri 0,12 ha olmaqla iki ədəd 2005-ci il tarixli sərəncamla ayrılmış torpaq sənədini göstərmiş və Cavidin bəyəndiyi Qala qəsəbəsi, Xaşa-Xuna bağlarında yerləşən 0,24 ha torpaq sahəsinin sənədləri olmasını bildirmiş, sənədlərə baxaraq rəsmi sənəd olduğunu görüb razılaşmış, sonra dayısının ofisində onların iştirakı ilə 1.000 ABŞ dolları pulu sayıb Şıxverdiyə vermiş və Vüqar iki gün sonra Qala qəsəbəsi bələdiyyəsi vasitəsi ilə torpağın sənədlərini Cavidin adına rəsmiləşdirəcəyinə söz vermiş, bundan sonra Cavidin xahişi ilə Xəzər rayonu, Qala dairəsi yaxınlığında Şıxverdi ilə görüşüb ona 1.300 manat pul vermiş və Şıxverdi həmin pulla sənədləşmə işini görəcəyini bildirmiş, 2023-cü ilin aprel ayının ortalarında yenə də qardaşı Cavidlə birlikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la Nərimanov rayonu, Dəmirçizadə küçəsində yerləşən «Bermud» kafesində görüşmüş, həmin vaxt dayısı Şahid3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 20.000 manat pul vermiş və torpaq Cavidin adına rəsmiləşdikdən sonra pulun qalan hissəsini də verəcəyini bildirmiş, bundan 10 gün sonra 2023-cü ilin aprel ayının sonlarında qardaşı Cavidlə birlikdə Nərimanov rayonu, Təbriz küçəsində Vüqarla və Şıxverdi ilə görüşərək onlara əlavə olaraq 5.000 manat vermiş və həmin vaxt Vüqar 02 may 2023-cü il tarixdə qardaşı Cavidlə görüşüb ona etibarnamə verəcəyinə söz vermiş, qeyd olunmuş tarixdə Cavid digər qardaşı Rövşənlə birlikdə Nəsimi rayonu Azadlıq prospektində yerləşən 51 saylı notariusda Vüqarla görüşmüş və Vüqar onların adına torpaq üzərində olan bütün səlahiyyətlərə dair notarial qaydada etibarnamə vermiş, bundan 2-3 gün sonra Vüqar və Şıxverdi özü ilə Teymur adlı şəxsi gətirib Qala bələdiyyəsinin üzvü olduğunu bildirmiş və Teymur torpaq sahəsinin vergi ödəyicisi olması barədə qardaşı Cavidə şəhadətnamə təqdim etmiş, həmin vaxt Cavid əlavə olaraq Şıxverdiyə 4.000 manat pul vermiş, bundan 4-5 gün sonra Şıxverdi dayısı Eldənizə zəng vuraraq 2.000 manat istəmiş, sonra dayısı Eldəniz bu barədə Cavidə bildirmiş və 2023-cü ilin may ayının ortalarında Xəzər rayonu, Xaşa Xuna bağlar massivində Şıxverdi ilə görüşüb ona 2.000 manat vermişdir. 2023-cü ilin may ayının sonlarında isə Xətai rayonu Polis İdarəsinin qarşısında Şıxverdi ilə özü görüşərək ona 950 manat vermiş, bununla da qardaşı Cavid Qala qəsəbəsi, Xaşa-Xuna bağlarında yerləşən 0,24 ha torpaq sahəsinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ümumilikdə 34.950 (otuz dörd min doqquz yüz əlli) manat pul vermiş, 2023-cü ilin may ayının sonlarında Vüqar və Şıxverdi ilə Nərimanov rayonu Təbriz küçəsində görüşmüş və həmin vaxt onlar qardaşı Cavidə 02 ədəd hər biri 0,12 ha olmaqla torpağa məxsus 2005-ci il tarixli sərəncamın əslini deyil, surətini təqdim etmiş, həmin sərəncamlar Vüqar Bəxliyarovun adına olmuş, lakin Vüqar ayrı-ayrılıqda hər iki 0,12 ha torpaq sahəsinə görə qardaşları Cavidin və Rövşənin adına etibarnamə vermiş, bir müddət sonra qeyd olunmuş torpaq sahəsində Cavid tikinti işləri aparmaq istəyən zaman həmin torpağın başqa şəxsə məxsus olmasını bilmiş, bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onları aldadıb ələ keçirdiyi 34.950 manat pulu qaytarmasını tələb etmiş, lakin onlar müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmış, bu səbəbdən qardaşı Cavid polisə müraciət etmiş, 34.950 manat pulun hamısı Cavidə məxsus olmuş və maddi ziyan da ona dəymiş, sadəcə dayısı Eldənizlə birlikdə həmin prosesdə iştirak etmiş və pul onların iştirakı ilə Vüqara və Şıxverdiyə verilmiş, torpağı qardaşı Cavidə göstərən və qiymət danışan Şıxverdi özü olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi 94, mənzil 75-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır, 2010-cu ildən Bakı şəhəri Nərimanov rayon icra hakimiyyətində təsərrüfat şöbəsində baş məsləhətçi işləyir. 2023-cü ilin əvvəllində bacısı oğlu Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yaşayan qardaşı Ceyhun Əbdülovun yaşadığı evin yaxınlığında özünə torpaq sahəsi almaq istəmiş, bu məqsədlə Cavid həmin ərazidə torpaq sahəsi axtararkən Təqsirləndirilən şəxs1la tanış olmuş və Şıxverdi bacısı oğlu Cavidə Vüqar adlı şəxsi təqdim edib onun Qala qəsəbəsi Xaşa-Xuna bağlarında 0,24 ha torpaq sahəsi olduğunu bildirmiş, bundan sonra bacısı oğlu Cavid qardaşı Mürsəl, Şıxverdi ilə birlikdə sözügedən torpaq sahəsinə gedib baxmış, həmin vaxt Qala qəsəbəsi Xaşa-Xuna bağlarında yerləşən 0,24 ha torpaq sahəsi Cavidin xoşuna gəldiyinə görə almaq qərarına gəlmiş və Cavid həmin torpaq sahəsini Şıxverdi ilə 35.000 manata danışıb almağa razılaşmışdır. 2023-cü ilin mart ayının sonlarında ünvan 6 ünvanda yerləşən özünə məxsus ofisdə bacısı uşaqları Cavid və Mürsəllə birlikdə Təqsirləndirilən şəxs1 və özünü torpaq sahibi kimi təqdim edən Təqsirləndirilən şəxs2 ilə görüşmüş, həmin vaxt Vüqar hər biri 0,12 ha olmaqla iki ədəd 2005-ci il tarixli sərəncamla ayrılmış torpaq sənədini göstərmiş və Cavidin bəyəndiyi Qala qəsəbəsi, Xaşa-Xuna bağlarında yerləşən 0,24 ha torpaq sahəsinin sənədləri olması demiş, sənədlərə baxaraq rəsmi sənəd olduğunu görüb razılaşmış, daha sonra ofisində Cavid 1.000 ABŞ dolları pulu sayıb Şıxverdiyə vermiş və Vüqar iki gün sonra Qala qəsəbəsi bələdiyyəsi vasitəsi ilə torpağır. sənədlərini Cavidin adına rəsmiləşdirəcəyinə söz vermiş, bundan sonra Cavidin xahişi ilə qardaşı Mürsəl sənədləşmə işi üçün Xəzər rayonu, Qala dairəsi yaxınlığında Şıxverdi ilə görüşüb ona 1.300 manat pul vermişdir. 2023-cü ilin aprel ayının ortalarında yenə də bacısı uşaqları Cavid və Mürsəllə birlikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə Nərimanov rayonu, Dəmirçizadə küçəsində yerləşən «Bermud» kafesində görüşmüş, həmin vaxt şəxsən Təqsirləndirilən şəxs1 20.0 manat pulu sayıb vermiş və torpaq Cavidin adına rəsmiləşdikdən sonra pulun qalan hissəsini verəcəyini bildirmiş, təxminən 10 gün sonra 2023-cü ilin aprel ayının sonlarında Cavid qardaşı Mürsəllə birlikdə Nərimanov rayonu, Təbriz küçəsində Şıxverdi və Vüqarla görüşərək onlara 5.000 manat vermiş, həmin vaxt Vüqar 02 may 2023-cü il tarixdə Cavidlə görüşüb ona etibarnamə verəcəyini bildirmiş, qeyd olunmuş tarixdə Cavid qardaşı Rövşənlə birlikdə Nəsimi rayonu Azadlıq prospektində yerləşən 51 saylı notariusda Şıxverdi və Vüqarla görüşmüş və Vüqar onların adına torpaq üzərində olan bütün səlahiyyətlərə dair notarial qaydada etibarnamə vermiş, 2-3 gün sonra Vüqar və Şıxverdi özləri ilə Teymur adlı şəxsi gətirib Qala bələdiyyəsinin üzvü olduğunu bildirmiş və Teymur torpaq sahəsinin vergi ödəyicisi olması barədə Cavidə şəhadətnamə təqdim etmiş, həmin vaxt Cavid əlavə olaraq Şıxverdiyə 4.000 manat da vermiş, bundan 4-5 gün sonra Vüqar ona zəng vuraraq 2.000 manat verməsini bildirmiş və bu barədə bacısı oğlu Cavidə deyərək 2023-cü ilin may ayının ortalarında Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində Vüqarla və Şıxverdi ilə görüşüb onlara 2.000 manat pulu vermiş, 2023-cü ilin may ayının sonlarında isə Mürsəl Xətai rayonu Polis İdarəsinin qarşısında Şıxverdi ilə görüşərək ona sonuncu 950 manatı vermiş, bununla da bacısı oğlu Cavid Qala qəsəbəsi, Xaşa-Xuna bağlarında yerləşən 0,24 ha torpaq sahəsinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ümumilikdə 34.950 (otuz dörd min doqquz yüz əlli) manat pul vermişdir. 2023-cü ilin ıııay ayının sonlarında Vüqar və Şıxverdi ilə Nərimanov rayonu Təbriz küçəsində görüşmüş və həmin vaxt onlar Cavid 02 ədəd hər biri 0,12 ha olmaqla torpağa məxsus 2005-ci il tarixli sərəncamı təqdim etmiş, bir müddət sonra qeyd olunmuş torpaq sahəsində bacısı uşaqları Cavid və Mürsəl tikinti işləri aparmaq istəyən zaman həmin torpağın başqa şəxsə məxsus olmasını bilmiş, ona görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onları aldadıb ələ keçirdiyi 34.950 manat pulu qaytarmasını tələb etsələr Vüqar və Şıxverdi hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmış, bu səbəbdən bacısı oğlu polisə müraciət etmişdir. 34.950 manat pulun hamısı Cavidə məxsus olmuş və naddi ziyan da ona dəymiş, sadəcə bir dayı kimi həmin prosesdə iştirak etmiş və pul onun iştirakı ilə Şıxverdiyə və Vüqara verilmiş, torpağı Cavidə göstərən və qiymət danışan Şıxverdi özü olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayının sonlarında Xəzər rayonu Qala qəsəbəsi Xaşa- Xuna bağlar massivində yerləşən icarə əsasında işlətdiyi mobil telefon alqı-satqısı mağazasında olarkən tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yanına gəlmiş, həmin vaxt Vüqar Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində yerləşən özünə məxsus 0,24 ha torpaq sahəsini satmaq istədiyini və müştəri gəldiyindən onları idarə etdiyi «Niva» markalı,**-HU-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin torpaq sahəsinə aparmasını xahiş etmiş, Şıxverdi və Vüqarla razılaşaraq onları idarə etdiyi avtomobillə Xaşa-Xuna bağlar massivində yerləşən təxminən 0,24 ha ərazidə olan boş torpaq sahəsinə aparmış, həmin vaxt əvvəllər tanımadığı Mürsəl adlı də şəxs gəlmiş, Şıxverdi Mürsəlin torpaq sahəsini almaq istədiyini bildirmiş, sonra Mürsəl torpaq sahəsinə və sənədlərinə baxış keçirtmiş, sonra Vüqar və Şıxverdi idarə etdiyi avtomobilə əyləşmiş, Mürsəl isə öz idarə etdiyi avtomobilə əyləşmiş və oradan uzaqlaşmışlar. Bundan sonra həmin torpaq sahəsi ilə bağlı heç bir məlumatı olmamışdır. 2023-cü ilin yay aylarında mağazada olarkən Mürsəl və dayısı Eldəniz yanına gəlmiş, həmin vaxt Vüqarın satmış olduğu torpaq sahəsinin ona məxsus olmadığını, həmin torpaq sahəsinin başqa şəxsə məxsus olduğunu, Vüqarın və Şıxverdinin onları aldadaraq ümumilikdə 35.000 manat məbləğində pullarını ələ keçirdiklərini eşidib-bilmiş, həmin vaxt Mürsəl onlara köməklik etməsini, Vüqarla bu barədə danışmasını xahiş etmiş, sonra Vüqarla əlaqə saxlamış və ondan mağazaya gəlməsini istəmiş, zəngindən təxminən 15-20 dəqiqə sonra Vüqar mağazaya gəlmiş, söhbət zamanı Vüqar satdığı torpaq sahəsinin ona məxsus olmadığını, Mürsəli və qardaşını aldatdığını, aldığı pulun böyük hissəsini Şıxverdiyə verdiyini, tutduğu əməldən peşman olduğunu, özünə məxsus evi sataraq pulu qaytaracağını bildirmiş, həmin vaxt Mürsəl və dayısı bir söz deməmiş, sonradan isə Vüqarın Mürsəlgildən aldığı pulu qaytarmadığını bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2019-cu ildən Xzər rayonu Qala bələdiyyəsində Vergi şöbəsinin müdiri vəzifəsində işləyir, Qala bələdiyyəsi tərəfindən verilən Yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamənin surəti ilə tanış olaraq həmin şəhadətnamənin bələdiyyənin Vergi şöbəsində operator vəzifəsində işləyən Şahid7 tərəfindən verilməsini bildirmiş, belə ki, 2023-cü ilin may ayının əvvəllərində işə gələrkən rəhbəri olduğu vergi şöbəsinin operatoru Şahid7 yanına Təqsirləndirilən şəxs2 adlı şəxsin gəlməsini, onun özünə məxsus olan 0,12 ha ərazidə torpaq sahəsini Zərərçəkmiş şəxs, digər 0,12 ha ərazidə olan torpaq sahəsini isə Şahid2 satdığını bildirmiş, buna görə Zərərçəkmiş şəxs və Şahid2 vergi ödəyicisi kimi qeydiyyata alınmasına istəməsini və həmin şəxsləri vergi ödəyicisi kimi qeydiyyata almasını bildirmişdir. Təqsirləndirilən şəxs2 öz adına olan iki ədəd 0,12 ha torpaq sahələrinin sərəncamlarını bələdiyyənin vergi şöbəsində operator işləyən Xalidə Nüsrətovaya təqdim etdiyinə görə inanmış, sənədin saxta olmasını bilməmiş və Vüqar ona bu barədə heç bir söz deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 Şahid6 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Füzuli rayonu, Merdinli kəndində qeydiyyatda olsa da ailəsi ilə birlikdə ünvan 8 ünvanda yerləşən X14 zavodunda yerləşən tikilidə yaşayır, 2020-2021 -ci illər ərzində Təqsirləndirilən şəxs1 ilə birlikdə Xəzər rayonu Qala bələdiyyəsində vergi şöbəsində işləmiş, Şıxverdi ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2023-cü ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs1 mobil telefonla zəng edərək Qala bələdiyəsinə gedib orada Zərərçəkmiş şəxs və Şahid2 vergi ödəyicisi kimi qeydiyyata alınıb-almmaması barədə marqlanmasını, həmin şəxslərin vergi ödəyicisi kimi qeydiyyata alındığı halda bələdiyyədən şəhadətnaməlri götürüb onun dediyi yerə gətirməsini xahiş etmiş, Şıxverdi ilə yaxşı münasibəti olduğuna görə etiraz etməmiş və Qala bələdiyyəsinə getmiş, orada operator işləyən Xalidə xanımdan Zərərçəkmiş şəxs və Şahid2 vergi ödəyicisi kimi qeydiyyata alınıb- alınmamasını soruşmuş, həmin vaxt Xalidə xanım adlarını göstərdiyi şəxslərin vergi ödəyicisi kimi qeydiyyata alındığını bildirdikdə ondan şəhadətnamələri verməsini demiş, sonra Xalidə xanımdan şəhadətnamələri götürərək Şıxverdiyə məlumat vermiş və Şıxverdinin xahişi ilə həmin şəhadətnamələri Nərimanov rayonu Təbriz küçəsinə dediyi ofisə aparmış, ofisə daxil olduqda orada Təqsirləndirilən şəxs1, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs2, Cavid, Rövşən və Şahid1 qardaşlarının və onların dayısı Eldəniz adlı şəxsin olmasını görmüş, sonra bələdiyyədən aldığı X5 və Şahid2 adına olan vergi ödəyicisi kimi qeydiyyata alınması barədə şəhadətnaməlri Mürsələ təqdim etmiş və oradan çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 503 saylı hərbi şəhərcikdə qeydiyyatda olsa da hazırda ailəsi ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Yeni bağ massivi 33- do yaşayır. 25 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi Xaşa-Xuna bağlarında 0,24 ha torpaq sahəsi almış, həmin torpaq sahəsinin iki ədəd sənədi olmaqla 0,12 ha hissəsi X3 adına xx.xx.2005-ci il tarixdə 42 saylı sərəncamla Xəzər rayon Qala bələdiyyəsi tərəfindən verilmiş, digər 0,12 ha hissəsi isə X4 adına olmaqla xx.xx.2005-ci il tarixdə 40 saylı sərəncamla Xəzər rayon Qala bələdiyyəsi tərəfindən verilmiş, hər iki 0,12 ha torpaq sahəsini sahiblərindən, yəni Həbibə Hüseynovadan və Mikayıl Hüseynovdan 50 saylı notariusda öz adma 50 illik baş etibarnamə ilə almış, lakin maddi imkanı olmadığı üçln həmin torpaqları öz adına keçirməmiş, verilmiş etibarnamənin isə müddəti 2073-cü ilədəkdir. Hər iki torpaq sahəsini aldıqdan sonra mişar daşı gətirib hasra almış, ancaq içərisində ev tikə bilməmiş, lakin hər iki torpaq sahəsi sənədlə fərdi ev tikmək üçün ayrılmışdır. 2023-cü ilin may ayının sonlarında qeyd olunmuş torpaq sahələrinə baş çəkmək üçün getdikdə yerinə kiminsə daş gətirib tökdürməsini görmüş, maraqlandıqda almış olduğu hər iki sərəncamla olan torpaq sahəsini tanımadığı Təqsirləndirilən şəxs2 adlı şəxsin öz adına saxtalaşdıraraq Təqsirləndirilən şəxs1 adlı şəxslə birlikdə dələduzluq etməsini və saxta sənədlə Zərərçəkmiş şəxs 34.950 (otuz dörd min doqquz yüz əlli) manata öz yeri kimi təqdim edib satmasını öyrənmiş, bundan sonra Cavidə verilmiş sərəncama baxmış və həmin sərəncamların saxta olmasını müəyyən etmiş, belə ki, Vüqar və Şıxverdi adlı şəxs ona məlum olmayan yollarla sərəncamın tarixini və nömrəsini dəyişərək saxtalaşdırıb öz yeri kimi təqdim etməklə Zərərçəkmiş şəxs satmışdır. Zərərçəkmiş şəxs verilmiş hər iki sərəncamın əsilləri olmamış və ona surətləri təqdim edilmiş, belə olan halda yaşadığı ünvanda saxladığı hər iki torpağın orijinal sənədlərini və etibarnaməni gətirib Cavidə göstərmiş, bu zaman Cavid Vüqar və Şıxverdi adlı şəxslərin onu aldadıb pulunu ələ keçirməsini başa düşmüşdür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımamış, onların heç biri ilə əlaqəsi və münasibəti olmamış, Bakı şəhəri. Xəzər rayonu, Qala qəsəbəsi Xaşa-Xuna bağlarında özünə ev tikmək üçün aldığı 0,24 ha torpaq sahəsinin 0,12 ha olmaqla iki ədəd sənədi olmuş və hər iki torpağın orjinal sərəncamları torpağı aldıqda ona verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və aidiyyatı üzrə göndərilməsi haqqında 19 avqust 2023cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır(cild 1, i.v.1); Qala Bələdiyyəsinin sədri İ.Əkbərov tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş 12 noyabr 2005-ci il tarixli 653 nömrəli sərəncamdan görünür ki, Təqsirləndirilən şəxs2 Qala qəsəbəsində ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır(cild 1, i.v.10); Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında 12 noyabr 2005-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, Qala qəsəbəsi VOXR. 46 ünvanında yerləşən ümumi sahəsi 1200 kv.m olan Təqsirləndirilən şəxs2 X10 tərəfindən satılmışdır(cild 1, i.v.11-12); Qala Bələdiyyəsinin sədri İ.Əkbərov tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş 12 noyabr 2005-ci il tarixli 654 nömrəli sərəncamdan görünür ki, Təqsirləndirilən şəxs2 Qala qəsəbəsində ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır(cild 1, i.v.13); Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında 12 noyabr 2005-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, Qala qəsəbəsi VOXR. 46 ünvanında yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq Təqsirləndirilən şəxs2 X10 tərəfindən satılmışdır(cild 1, i.v.14-15); Əzizbəyov rayonu Qala bələdiyyəsinin sədrinin xx.xx.2005-ci il tarixli 42 nömrəli sərəncamından görünür ki, X6 Qala qəsəbəsində ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır(cild 1, i.v.33); Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında 26 dekabr 2005-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, Qala qəsəbəsi VOXR. 46 ünvanında yerləşən ümumi sahəsi 1200 kv.m olan X6 X10 tərəfindən satılmışdır(cild 1, i.v.34-35); Əzizbəyov rayonu Qala bələdiyyəsinin sədrinin xx.xx.2005-ci il tarixli 40 nömrəli sərəncamından görünür ki, X7 Qala qəsəbəsində ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır(cild 1, i.v.38); Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında 22 dekabr 2005-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, Qala qəsəbəsi VOXR. 46 ünvanında yerləşən ümumi sahəsi 1200 kv.m olan X7 X10 tərəfindən satılmışdır(cild 1, i.v.39-40); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 29 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində olan CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala CPMnin 40.3-cü maddəsi, CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir(cild 1, i.v.46-47); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 29 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Hüseynov X1 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. (cild 1, i.v.48-49, cild 2, i.v.01-16); Şəxsin zərərçəkmiş şəxs qismində tanınması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(cild 1, i.v.62); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 19:22 radələrində CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur(cild 1, i.v.88); xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərdikləri xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(cild 1, i.v.100-102); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir(cild 1, i.v.103); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır(cild 1, i.v.115-116); Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(cild 1, i.v.117-118); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 18 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 20:30 radələrində CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur(cild 1, i.v.137-138); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir(cild 1, i.v.148-149); Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-603/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablanmaqla barəsində 01 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir(cild 1, i.v.164-168); Qətimkan tədbirinin tələblərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında 06 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir(cild 1, i.v.172-173); 06 oktyabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(cild 1, i.v.176-177); Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 saxlanılaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir(cild 1, i.v.183); 17 noyabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi barədə qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnərək istintaqın davam etdirilməsi qərara alınmışdır(cild 1, i.v.184-185); Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-718/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin əvəz edilməsi barədə vəsatət və təqdimat təmin edilməmiş, dərhal məhkəmə iclas zalında azad edilməsi qərara alınmışdır(cild 1, i.v.206-210); Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 18 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(cild 1, i.v.212-213); Cinayət işi üzrə icraatın dayandırılması haqqında 25 noyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır(cild 1, i.v.221-222); Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsinin 19 mart 2024-cü il tarixli 1-1/40nömrəli məktubundan görünür ki, verilmiş sorğuya cavab olaraq göstərilmişdir ki, tərəflərindən Qala bələdiyyəsi üzrə vətəndaşlara torpaq sahəsinin ayrılmasına dair qeydiyyat kitabına baxış keçirilmiş və vətəndaş Təqsirləndirilən şəxs2 hər hansı məqsədlə, hər hansı ölçüdə torpaq sahəsinin ayrılmasına dair qeyd aşkar olunmamışdır. Zərərçəkmiş şəxs və Şahid2 hər birinin adına olan 1200kv.m torpaq sahəsinin vergi ödəyicisi kimi qeydiyyata alınması zamanı sənədləri tam olmadığı halda vergi ödəyicisi kimi qeydiyyata alınmış, lakin tez bir zamanda sənədlərin düzgün olmaması tərəflərindən aşkar edilərək sistemdən silinmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs və Şahid2 vergi ödəyicisi kimi sistemdə qeydiyyatda yoxdur. Əlavə olaraq məlumat üçün bildiririk ki, Qala bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair 653 və 654 saylı xx.xx.2005ci il tarixli sərəncam verilməmişdir (cild 1, i.v.225); Cinayət işi üzrə icraatın təzələnməsi barədə 22 mart 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir(cild 1, i.v.226-227); Cinayət əməlinin tövsif edilməsi barədı 22 mart 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-nin 178.2.1 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.4 və 320.2-ci maddələrinə tövsif edilmişdir(cild 1, i.v.230-232); Cinayət işi üzrə icraatın dayandırılması haqqında 29 mart 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır(cild 1, i.v.265-267); Cinayət işi üzrə icraatın təzələnməsi barədə 26 aprel 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir(cild 2, i.v.17-19); xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərdiyi xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(cild 2, i.v.22- 25); xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərdiyi xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(cild 2, i.v.26- 30); Toplanmış sübutların qiymətləndirilməsi barədə 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb edən Təqsirləndirilən şəxs2 adına tərtib edilmiş Xəzər rayonu Qala Bələdiyyəsinin saxtalaşdırılmış xx.xx.2005-ci il tarixli 653 nömrəli və xx.xx.2005-ci il tarixli 654 nömrəli Qala qəsəbəsi Xaşa-Xuna bağlarında yerləşən 0,12 ha torpaq sahələrinə məxsus 02 ədəd sərəncamların surəti maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir(cild 2, i.v.31-47); Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1, 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulmuş yeni ittiham elan edilmişdir(cild 2, i.v.56-57); Cinayət işi üzrə icraatın dayandırılması barədə 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır(cild 2, 78-80); Cinayət işi üzrə icraatın təzələnməsi barədə 11 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir(cild 2, i.v.84-86); Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 11 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1, 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulmuş yeni ittiham elan edilmişdir(cild 2, i.v.89-90); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-373/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməklə onun tutularaq dərhal həbs edilməsi qərara alınmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-373/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməklə onun tutularaq dərhal həbs edilməsi qərara alınmışdır; Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlnun zərərçəkmiş şəxsin etibarlarından sui-istifadə edərək onu aldatmamaları barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadələri özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, pulu Eldəniz və qardaşı Mürsəldən almışdır. Caviddən pul almamışdır. Eldəniz Cavidin dayısıdır. Onlar Eldənizgillə razılaşmış və o, gedib hasarın dağılmış hissəllərini düzəltməyə başlamışdır. Daha sonra Eldəniz demişdir ki, o, fikrini dəyişmişdir, almır torpağı, o da torpaq yerinə evi verməyi təklif etmiş, lakin o razılaşmamışdır. O torpaq ona məxsus olmuş, 2005-ci ilə aid bələdiyyə sənədi olmuşdur. Sənədi 2005-ci ildə İbrahim müəllimdən almışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, sənədin saxta olduğunu bilməmişdir. Torpaq onun olmuş, istifadə edilməmişdir, Şahid8 torpaq satılandan sonra ortaya çıxmışdır. Şıxverdi ona zəng eləyib demişdir ki, müştəri var, torpağını sat. O, Şıxverdiyə zəng etməmişdir. Ona İbrahim müəllim demişdir ki, 2000 manat versin torpağın sənədini tam düzəltsin, amma onda o qədər pul olmadığından ona pulu verə bilməmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağları massivində ev alqı-satqısı ilə məşğul olmuş, əvvəllər isə Qala bələdiyyəsinin üzvü kimi işləmiş, 2023-cü ilin mart ayında Şıxverdi ona başqasına məxsus torpaq sahəsini onun adına rəsmiləşdirəcəyini və həmin torpaq sahəsini satıb əldə olunan qazancı aralarında böləcəkləri barədə ona təklif etmiş, Şıxverdi əvvəllər bələdiyyə işçisi olduğu üçün onda bələdiyyəyə aid möhür və digər sənəd blankları olmuş, həmçinin Şıxverdi Teymur adlı şəxslə birlikdə bələdiyyədə işləmişdir. 25-30 mart 2023-cü ili tarixdə Şıxverdi onunla əlaqə saxlamış, torpaq almaq istəyən şəxs olduğunu demiş, bundan sonra Cavid, Eldəniz və Mürsəl adlı şəxslərlə görüşmüş və gedib torpağa baxmış, həmin vaxtı torpağın özünə məxsus olmasını bildirmiş, daha sonra Cavidlə ümumilikdə 0,24 ha torpaq sahəsini 35.000 manat pul müqabilində satmağa razılaşmış, sonra Bakı şəhəri Nərimanov rayonu ərazisində Eldəniz adlı şəxslə görüşmüş və ondan 1.000 ABŞ dolları beh almış, pulu götürən zaman Şıxverdi də onunla birlikdə olmuşdur. Daha sonra Nərimanov rayonu ərazisində Eldənizdən 15.000 manat pul götürmüş, yenə də Şıxverdi yanında olmuş, Şıxverdi həmin puldan 12.500 manat özünə götürmüş, qalan 2.500 manatı isə ona vermiş, daha sonra Eldənizdən Nərimanaov rayonu ərazisində 5.000 manat pııl almış, həmin pulu da Şıxverdi özünə götürmüş, bundan sonra 9.000 manat pul almış, həmin pulu da Şıxverdi özünə götürmüş, sonuncu pulu isə Şıxverdi özü 2023-cü ilin may ayının 23-də Bakı şəhəri, Xətai RPİ-nin qarşısında Cavidin qardaşı Mürsəl adlı şəxsdən almış, sonra torpaq sahəsinin alqı-satqı olunmasına razılığı barədə Rövşən adlı şəxsə Notariat Konturunda etibarnamə vermiş, hətta Şıxverdi Cavidi inandırmaq üçün Qala bələdiyyəsində operator işləyən İradə adlı qadına 1.000 manat verdiyini, vergi ödəyicisi olan fiziki şəxs kimi uçota alınması haqqında şəhadətnamə yazdırmışdır. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağları massivində yerləşən 0,24 ha torpaq sahəsi ona məxsus olmamış, Şıxverdinin hazırladığı torpaq sənədi ilə Cavid adlı şəxsi aldadıb ondan ümumulikdə 35.000 manat pul almış, Şıxverdi həmin məbləğdən 2.500 manatı ona, qalan 32.500 manatını isə özünə götürmüşdür. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edildikdən sonra Təqsirləndirilən şəxs2 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Şıxverdi bir gün onun yanına gəlmiş, ona bir sənəd verərək demişdir ki, sənin bələdiyyədə torpağın var, gəl o torpağı sataq, o da Şıxverdi ilə razılaşmışdır. Daha sonra gedib baxmışlar, bələdiyyədə o torpaq görsənmişdir, o da satmağa razılıq vermişdir, müştərinidə Şıxverdi özü gətirmişdir. Şıxverdi 28 000 manata razılaşmışdır, o puldan 2500 manat ona çatmışdır, yerdə qalan 25 500 manat Şıxverdiyə çatmışdır. O qədər niyə Şıxverdi götürdüyünü bilmir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ziddiyyətli ifadələr verərək ilk öncə sözügedən torpaq sahəsinin ona məxsus olmasını, 2005-ci ilə aid bələdiyyə sənədi olduğunu, sənədi 2005-ci ildə İbrahim müəllimdən aldığını göstərmişdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edildikdən sonra isə Şıxverdinin bir gün onun yanına gələrək ona bir sənəd verərək “sənin bələdiyyədə torpağın var, gəl o torpağı sataq” dediyi məzmunda ifadə vermişdir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs2 ona məxsus torpaq sahəsi olmadığını bilmiş, Təqsirləndirilən şəxs1 təklifinə əsasən etibardan istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə başqa şəxsə məxsus torpaq sahəsini öz torpaq sahəsi kimi təqdim edərək zərərçəkmiş şəxsə məxsus pulları ələ keçirmişlər. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində də həmin halları təsdiq edərək göstərmişdir ki, “..2023-cü ilin mart ayında Şıxverdi ona başqasına məxsus torpaq sahəsini onun adına rəsmiləşdirəcəyini və həmin torpaq sahəsini satıb əldə olunan qazancı aralarında böləcəkləri barədə ona təklif etmiş, Şıxverdi əvvəllər bələdiyyə işçisi olduğu üçün onda bələdiyyəyə aid möhür və digər sənəd blankları olmuşdur..... Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağları massivində yerləşən 0,24 ha torpaq sahəsi ona məxsus olmamış, Şıxverdinin hazırladığı torpaq sənədi ilə Cavid adlı şəxsi aldadıb ondan ümumulikdə 35.000 manat pul almışdır...” Bundan başqa, Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq zamanı, həmçinin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində sözügedən torpaq sahəsinin satışından ona 2500 manat pul çatdığını, qalan məbləği Təqsirləndirilən şəxs1 özünün götürdüyünü bildirmişdir. Bu da bir daha təsdiq edir ki, 0,24 ha torpaq sahəsi Təqsirləndirilən şəxs2 məxsus olmamış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da bundan məlumlatlı olmuşdur, əks halda torpaq satışından əldə edilmiş pul məbləğinin böyük əksəriyyəti Təqsirləndirilən şəxs1 deyil Təqsirləndirilən şəxs2 çatmış olardı. Həmçinin, Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsinin 19 mart 2024-cü il tarixli 1-1/40nömrəli məktubundan da görünür ki, verilmiş sorğuya cavab olaraq göstərilmişdir ki, tərəflərindən Qala bələdiyyəsi üzrə vətəndaşlara torpaq sahəsinin ayrılmasına dair qeydiyyat kitabına baxış keçirilmiş və vətəndaş Təqsirləndirilən şəxs2 hər hansı məqsədlə, hər hansı ölçüdə torpaq sahəsinin ayrılmasına dair qeyd aşkar olunmamışdır. Zərərçəkmiş şəxs və Şahid2 hər birinin adına olan 1200kv.m torpaq sahəsinin vergi ödəyicisi kimi qeydiyyata alınması zamanı sənədləri tam olmadığı halda vergi ödəyicisi kimi qeydiyyata alınmış, lakin tez bir zamanda sənədlərin düzgün olmaması tərəflərindən aşkar edilərək sistemdən silinmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs və Şahid2 vergi ödəyicisi kimi sistemdə qeydiyyatda yoxdur. Əlavə olaraq məlumat üçün bildiririk ki, Qala bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair 653 və 654 saylı xx.xx.2005ci il tarixli sərəncam verilməmişdir(cild 1, i.v.225); Eyni zamanda məhkəmə, zərərçəkmiş şəxs və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə onların ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxslərə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxslərin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1.bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə; “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 42-ci bəndinə əsasən CPM-nin 39.1.3cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi və CPM-in 39.1.5-ci maddəsində nəzərdə tutulmuş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ölməsi kimi cinayət təqibini istisna edən hallar olduqda və müdafiə tərəfi bəraətverici sayılmayan həmin əsaslarla cinayət təqibinə xitam verilməsinə razı olmadıqda, məhkəmə cinayət-prosessual qanunun 44.2.1 və 44.2.1-1-ci maddələrinə müvafiq olaraq məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə (ölmüş təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsə) cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 320.2-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət məsuliyyətinə cəlb edilmə müddətinin keçməsini, müdafiə tərəfinin həmin maddə ilə cinayət təqibinə xitam edilməsi ilə bağlı razılığının olmamasını nəzərə alaraq hesab edir ki, CPM-nin 44.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərə həmin maddə ilə cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanı çəkmələri nəzərdə tutulmuşdur. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 barəsində olan Pirallahı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə məhkumluğu ödənildiyindən, eyni zamanda azadlıqdan məhrumetmə ilə bağlı olmayan cinayətlərə görə məhkumluq olduğundan cinayətin residivi zamanı nəzərə alınmır. Belə ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 18.4.4cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 oğluna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı 18 (on səkkiz) gün müddət, bundan əlavə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 01 gün müddət, ümumilikdə 19(on doqquz) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.2). Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM- 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.2). İş üzrə maddi sübutlar - edən Təqsirləndirilən şəxs2 adına tərtib edilmiş Xəzər rayonu Qala Bələdiyyəsinin saxtalaşdırılmış xx.xx.2005-ci il tarixli 653 nömrəli və xx.xx.2005-ci il tarixli 654 nömrəli Qala qəsəbəsi Xaşa-Xuna bağlarında yerləşən 0,12 ha torpaq sahələrinə məxsus 02 ədəd sərəncamların surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı 18 (on səkkiz) gün müddət, bundan əlavə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 01 gün müddət, ümumilikdə 19 (on doqquz) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs2 adına tərtib edilmiş Xəzər rayonu Qala Bələdiyyəsinin saxtalaşdırılmış xx.xx.2005-ci il tarixli 653 nömrəli və xx.xx.2005-ci il tarixli 654 nömrəli Qala qəsəbəsi Xaşa-Xuna bağlarında yerləşən 0,12 ha torpaq sahələrinə məxsus 02 ədəd sərəncamların surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-27/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-27/2025
11.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver