Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-270/2020 10.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi X2, müdafiəçilər – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, “VERDİKTUM” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Neftçala rayonu Boyat kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu Boyat kəndində qeydiyyatda olan, Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş 93 bina 5A mənzil 23-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmişdir. Belə ki, o, 2017-ci ilin iyul ayının ortalarından 2017-ci ilin dekabr ayının ortalarınadək olan müddət ərzində istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsindən Bakı şəhəri Xətai rayonu keçid 830 ev 35 mənzil 115-116-da yaşayan, xx xxxxxx 2003-cü il tarixdə anadan olmuş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs istifadə etdiyi 055 *** ** ** saylı mobil telefon nömrəsinə zəng edib onunla əlaqə saxlayaraq olduğu ünvandan götürüb istintaqa məlum olmayan müxtəlif ünvanlara aparıb tanışı olan müştərilərə təqdim edərək həmin müştərilərlə 120 və 150 manat məbləğlərdə pulun müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə 20 və 30 manat məbləğlərdə özünə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs təkrarən tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 171.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2017-ci ilin iyul ayının ortalarında tanış olmuşdur. Aytac ona zəng edərək maddi cəhətdən çətinlik çəkdiyini, fahişəliklə məşğul olduğunu, pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştəri tapmağını xahiş etmiş, Aytaca yazığı gəldiyi üçün bir neçə şəxslə Aytacı əlaqələndirmişdir. Aytacın azyaşlı olduğu barədə onun məlumatı olmamış, Aytac ona 21 yaşının olduğunu demişdir. Törətdiyi cinayət əməlindən peşmandır, bunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayənəsi X2 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Əhmədli qəsəbəsi Xəzər Univermağının yanında ev 35 mənzil 115-116-da anası, bacıları və qardaşı ilə birlikdə yaşayır. Valideynləri 2014-cü ildə boşanmış, özü 5-ci sinifə kimi təhsil almış, valideynləri ayrıldıqdan sonra məktəbə getməmişdir. 2017-ci ilin iyun ayının əvvəllərində Briliyant adlı rəfiqəsinin yanında Gülnar Alıyeva ilə tanış olmuş, Gülnar onun istifadə etdiyi mobil nömrəni götürmüş, sonradan Gülnarla aralarında olan danışıq zamanı Gülnar qadınları fahişəliyə cəlb etdiyini, istədiyi halda onu fahişəliyə cəlb edə biləcəyini bildirmiş, Gülnar onu müxtəlif müştərilərlə pul qarşılığında görüşdürmüşdür. Lətafətlə 2017-ci ilin iyul ayının ortalarında xatırlamadığı şəxsin vasitəsilə tanış olmuş, Lətafət istifadə etdiyi 055 ***-**-** rəqəmli mobil nömrəni götürmüş, özünün istifadə etdiyi 055 ***-**-** rəqəmli mobil nömrəni ona vermiş, Lətafətlə aralarında olan telefon danışığı zamanı Lətafət yaxşı müştərilərinin olduğunu, həmin müştərilərlə onun cinsi əlaqədə olmağını təşkil edəcəyini, bu yolla yaxşı pul qazanacağını demişdir. Həmin ərəfədə anası xəstə olmuş, pula ehtiyacı olduğu üçün onun təklifi ilə razılaşmışdır. Bundan sonra Lətafət onu müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etməyə başlamışdır. Lətafət onu 2017-ci ilin iyul ayının ortalarından 2017-ci ilin dekabr ayının ortalarına kimi müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmişdir. Lətafətə yaşının 14 olmasını demiş, sonuncu onun 14 yaşının olmasını bilmişdir. Lətafət onu müştərilərlə cinsi əlaqədə olmağa apararkən ona sonradan müştərilərlə əlaqə yaradıb münasibət saxlamağa icazə verməmiş, pulu müştərilərdən özü götürüb ona düşən payı ayırıb qalanını özündə saxlamışdır. Lətafət ona müştərilərlə cinsi əlaqədə olmağına görə 100-120 manat pul vermiş, özünə isə bildiyi qədər 20-30 manat gəlir olaraq götürmüşdür. Onu Gülnar, Lətifə və Rita adlı qadınlar fahişəliyə cəlb etmiş, həmin şəxslər onun yaşını və ailə vəziyyətini bilmiş, azyaşlı kimi onu müştərilərinə təqdim etmişlər. Hazırda Lətafətlə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təsadüfən dostlarının yanında 2017-ci ilin noyabr ayının əvvəllərində tanış olmuş, lakin harada tanış olduğunu xatırlamamış, tanışlıq zamanı Təqsirləndirilən şəxs qadınları fahişəliyə cəlb etməsi ona məlum olmuş, həmin vaxt istifadə etdiyi 055 ***-**-** rəqəmli mobil nömrəni Lətafətə verib Lətafətin istifadə etdiyi 055 ***-**-** rəqəmli mobil nömrəni götürmüş, 2017-ci ilin noyabr ayının ortalarında Lətafətlə əlaqə saxlayaraq ona cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini demiş, Lətafət ona cinsi əlaqədə olmaq üçün qadın göndərmiş, Lətafətin hansı hotelə qadın göndərməsini xatırlamamış, həmin qadınla 100 manat qarşılığında cinsi əlaqədə olmuş, lakin cinsi əlaqədə olduğu qadının anket məlumatlarını və telefon nömrəsini bilməmiş, həmin qadını ümumiyyətlə xatırlamadığını göstərmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, avtomobil hissələrinin satışı ilə məşğul olduğunu, 077 342-72- 72 rəqəmli mobil nömrəni təxminən 6 ildir ki, istifadə etdiyini, Təqsirləndirilən şəxs ilə 2017-ci ilin avqust ayının əvvəllərində tanış olduğunu, aralarında olan tanışlıqdan sonra Lətafətin onun istifadə etdiyi mobil nömrəni götürdüyünü, özünün istifadə etdiyi 055 ***-**-** rəqəmli mobil nömrəni ona verdiyini bildirmişdir. Aralarında olan telefon danışığı zamanı Lətafət qadınları fahişəliyə cəlb etdiyini, istədiyi halda ona cinsi əlaqədə olmaq üçün qadın təqdim edə biləcəyini demişdir. Tanışlıqlarından sonra bir neçə dəfə Lətafətlə pul qarşılığında cinsi əlaqədə olmuşdur. Lətafət sonradan 2017-ci ilin oktyabr ayının əvvəllərində ona Aytac adlı qadının istifadə etdiyi 055 ***-**-** rəqəmli mobil nömrəsini verərək onunla pul qarşılığında cinsi əlaqədə ola biləcəyini, bu barədə Aytaca zəng edib tapşıracağını demişdir. O, Aytacla telefon əlaqəsi saxlayaraq görüşüb Bakı şəhəri Binəqədi rayonunda yerləşən Xarıbülbül hotelində cinsi əlaqədə olmuş, Aytaca onunla cinsi əlaqədə olmağa görə 120 manat pul vermişdir. Bundan sonra xx xxxxxxx 2017-ci ii tarixdə özü yenidən Aytacla telefon əlaqəsi saxlayaraq onunla Xarıbülbül hotelində görüşüb cinsi əlaqədə olmuşdur. Aytaca onunla cinsi əlaqədə olmağa görə 120 manat pul vermişdir. Həmin vaxt onun dostu Taleh Zeynalov onunla birlikdə olmuşdur. Taleh onun yanında Aytacın istifadə etdiyi mobil nömrəni götürmüşdür. Bundan sonra onun Aytac və Lətafətlə əlaqəsi olmamışdır. Lətafət Aytacı onunla tanış etdiyinə görə ondan pul almamışdır. Lakin Lətafətin onunla yaxın münasibəti olduğu üçün və onun xətrini çox istədiyi üçün Aytacı onunla tanış etmişdir ki, cinsi əlaqədə olsun. O da iki dəfə 120 manat Aytaca pul verərək onunla cinsi əlaqədə olmuşdur. O, Aytacın neçə yaşının olmasını bilməmiş, Aytac ona 21 yaşının olduğunu demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin materiallarından başqa bir cinayət işinin ayrılması haqqında xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, X3 barəsində Azərbaycan Respublikası CM-nin 171.1 və 243.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 171.1ci maddəsi, X19, X13, X4, X18 və qeyrilərinin yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaları faktları ilə bağlı Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (i.v. 1-3); cinayət işinin materiallarından başqa bir cinayət işinin ayrılması haqqında xx xxxxx 2019-cu il tarixli qərardan görünür ki, şəxsiyyəti istintaqa məlum olmayan Erdal və Nuran adlı şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4- 1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işindən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və X3 tərəfindən fahişəliyə cəlb edilməsi faktları, X1 Könül Məhəmməd qızı, X14, X15 və X8 fahişəliyə cəlb etməsi faktları, X19, X20, X13, X4, X26 və qeyrilərinin yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaları faktları ilə bağlı Azərbaycan Respublikası CMnin 152.1, 171.1 və 243.1-ci maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (i.v. 7-10); cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında xx xxxxxxx 2018-ci il tarixli qərardan görünür ki, X16 barəsində Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5, 144-3.4 və 171.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan Erdal və Nuran adlı şəxslər, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və X3 tərəfindən fahişəliyə cəlb edilməsi faktları, X19, X20, X13, X4, X18 və qeyrilərinin yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaları faktları ilə bağlı Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5, 144-3.4, 152.1 və 171.1-ci maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (i.v. 11-13); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs fahişəliyə cəlb edilməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 171.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 14); AZ-İ 441316 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2003-cü ildə Bərdə rayonunda doğulmuşdur (i.v. 19); qanuni nümayəndə kimi tanınmaq haqqında xx xxxxxx 2017-ci il tarixli qərardan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs anası X6 qanuni nümayəndə qismində tanınmışdır (i.v. 20); zərərçəkmiş kimi tanıma haqqında xx xxxxxx 2017-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır (i.v. 30); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 85); Neftçala Rayonu İcra Hakimiyyəti Başçısının Biyat X27 İdarəsi üzrə nümayəndəliyinin 470 nömrəli, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Xəlilova X9 rayonunun Boyat kəndində yaşayır (i.v. 123); Neftçala Rayonu İcra Hakimiyyəti Başçısının Biyat X27 İdarəsi Nümayəndəliyinin xx xxxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə nə yazılı, nə də şifahi şikayət daxil olmamışdır (i.v. 124); sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli kifayət qədər obyektiv və tam əsaslı sübut olunduğundan o, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-in 171.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuş, «xxxxxxx» MMC-dən götürülmüş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən 01 ədəd kompakt diskə ********* nömrəli cinayət işi üzrə baxış keçirilməsinə dair xx xxxxxxxx 2018-ci il tarixli protokol və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 01 ədəd kompakt diskin ********* lnömrəli cinayət iş üzrə sübut növü kimi qiymətləndirilməsi və cinayət işinin materiallarına əlavə edilməsi hazırkı iş üzrə nəzərə alınmış, cinayətin təkrar və tamah niyyəti ilə törədilməsi Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran hallar kimi qiymətləndirilmiş, cinayət işinin materiallarından X19, X13, X4, X18 və qeyrilərinin on altı yaşına çatmayan dövründə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaları faktlarına görə Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılıb icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 176-181); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 171.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 190); qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 201); doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü övladı vardır (i.v. 206); Məhkəmə istintaqı zamanı məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs xx.xx.2020ci il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X5 notarial təsdiqli, xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, onlar təqsirləndirilən şəxslə barışmışdır. Onlara dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə- üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində bir azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.12-59.1.13), nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin təkrar və tamah məqsədi ilə törədilməsi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1, 61.1.6). Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 171.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 171.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.1-ci maddəsi ilə təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apeyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-270/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-270/2020
10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver