Məhkəmə qərarları › İş №1(011)-270/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-270/2021

18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-270/2021 18.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs1, müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3, müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs4, müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1986-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Saatlı rayonu Əbil kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə xx.xx.1990-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2rəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 234.1-ci maddələri ilə xx.xx.1994-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 234.1-ci maddələri ilə və xx.xx.1990-cı ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri ünvan 5 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri X.Məmmədov küçəsi ev 2B-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub razılaşmaqla cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 20 sentyabr 2019cu il tarixdə saat 22 radələrində ünvan 7 ünvanda yerləşən binanın qarşısına gəlmiş, orada aralarında olan razılaşmaya əsasən sonuncu binanın qarşısında gözləmiş, o isə binanın 5-ci blokunun birinci mərtəbəsində yerləşən anbarın qapısını bağlayan kəndiri özü ilə gətirdiyi kəlbətinlə kəsib qanunsuz olaraq anbara daxil olmaqla oradan Zərərçəkmiş şəxs6 məxsus bir ədəd istifadə olunmuş “Hercules” adlı 26 ölçülü 455 manat dəyərində velosiped və bir ədəd 50 manat dəyərində uşaq velosipedini götürərək binanın girişinin qarşısında onu gözləyən Təqsirləndirilən şəxs4 yanına gəlib, uşaq üçün nəzərdə tutulmuş velosipedi sonuncuya vermiş, digərini isə özünə götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 505 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, 21 sentyabr 2019-cu il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 21 sentyabr 2019-cu il tarixdə saat 05:30-da ünvan 8 ünvanın yaxınlığında saxlanılıb ünvan 9nin 35-ci PB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 0,592 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 07 yanvar 2021-ci il tarixdə saat 02 radələrində ünvan 11 ünvanın qarşısında saxlanılan Zərərçəkmiş şəxs5 məxsus “Renault Megane” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan qapısının nəfəslik şüşəsini daş parçası ilə sındıraraq avtomobilin sürət qutusunun yanında olan bir ədəd 1530 manat dəyərində “Serbage” markalı qol saatını, avtomobilin salonunda olan saxlanc yerindən içərisində bir ədəd 100 manat dəyərində “Nokia” markalı, “E 66” modelli və bir ədəd 150 manat dəyərində “Samsung” markalı, “S2” modelli mobil telefonlar olan 50 manat dəyərində əl çantasını, avtomobilin arxa yük hissəsində içərisində bir ədəd 500 manat dəyərində “Samsung” markalı fotoaparat, bir ədəd 500 manat dəyərində “Swatch” markalı qol saatını və içərisində 50 manat dəyərində idman əlcəkləri olan 40 manat dəyərində idman çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 2920 (iki min doqquz yüz iyirmi) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub razılaşmaqla cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə 08 fevral 2021-ci il tarixdə saat 01 radələrində ünvan 12 ünvanda yerləşən Avtoservisin yaxınlığında saxlanılan Zərərçəkmiş şəxs2 məxsus “BMW 524” markalı, **-TM- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan şüşəsini daş parçası ilə sındıraraq avtomobilin oturacağının üzərində olan 200 manat dəyərində mühərrikə aid ehtiyat hissəsini (kollektor) oradan götürüb Təqsirləndirilən şəxs3 verərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 200 (iki yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 08 fevral 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 138 ünvanında yerləşən Avtoservisin yaxınlığında saxlanılan Zərərçəkmiş şəxs7 məxsus “BMW E 39” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edib avtomobilin salonunda olan 3500 manat dəyərində elektrik naqillərini əli ilə söküb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs7 ümumilikdə 3500 (üç min beş yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 10 fevral 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 138 ünvanda yerləşən Avtoservisin yaxınlığında saxlanılan Zərərçəkmiş şəxs3 məxsus “OpelVectra” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobilin sağ qabaq qapısını özü ilə gətirdiyi xüsusi açar vasitəsi ilə açaraq avtomobilin salonunda quraşdırılmış 150 manat dəyərində maqnitofonu və 100 manat dəyərində videoqeydiyyat cihazını əli ilə yerindən çıxarmış, avtomobilin salonunda olan ümumi dəyəri 50 manat təşkil edən dörd ədəd səs gücləndirici qurğunu, avtomobilin arxa yük hissəsindən 50 manat dəyərində bir ədəd avtomobilin ehtiyat təkərini, 100 manat dəyərində açar dəstini, ümumi dəyəri 60 manat təşkil edən müxtəlif növ təmir avadanlıqlarını və xüsusi qabda olan 4 litr həcmdə 40 manat dəyərində “Formula 1” markalı mühərrik yağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 550 (beş yüz əlli) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 13 fevral 2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 2347/48 ünvanın qarşısında saxlanılan Zərərçəkmiş şəxs4 məxsus “VAZ 21074” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapısını özü ilə gətirdiyi xüsusi açar vasitəsi ilə açaraq avtomobilin salonunda quraşdırılan 100 manat dəyərində “Pioneer” markalı maqnitofonu əli ilə yerindən çıxarmış, avtomobilin salonundan 120 manat məbləğində pul vəsaitini və avtomobilin yanacaq çənindən 20 manat dəyərində yanacağı gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq 18 fevral 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 18 fevral 2021-ci il tarixdə saat 19:00-da ünvan 13 ünvanın yaxınlığında saxlanılıb ünvan 14i RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 bükümdə təmiz çəkisi 0,193 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 12 fevral 2021-ci il tarixdən 21 fevral 2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 icarədarı olduğu Bakı şəhəri, Xətai rayonu, ünvan 16 ünvanda yerləşən plastik qapı-pəncərə sexinin qarşısına yığdığı ümumilikdə dəyəri 5400 manat olan aliminum profilləri üç dəfəyə vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 5400 (beş min dörd yüz) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq 22 fevral 2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Kənd Əhmədli qəsəbəsində istintaqa məlum olmayan mənbədən 10 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 22 fevral 2021-ci il tarixdə saat 12:30 radələrində Xətai rayonu ünvan 17 ünvanın yaxınlığında saxlanılıb ünvan 18in 34-cü PŞ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki qara rəngli gödəkçəsinin sağ iç cibindən bir ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,158 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4 və 234.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub razılaşmaqla cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 08 fevral 2021-ci il tarixdə saat 01 radələrində ünvan 12 ünvanda yerləşən Avtoservisin yaxınlığında saxlanılan Zərərçəkmiş şəxs2 məxsus “BMW 524” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan şüşəsini Təqsirləndirilən şəxs1 daş parçası ilə sındıraraq avtomobilin oturacağının üzərində olan mühərrikə aid ehtiyat hissəsini (kollektor) oradan götürüb ona verərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 550 (beş yüz əlli) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 12 fevral 2021-ci il tarixdən 21 fevral 2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 icarədarı olduğu Bakı şəhəri, Xətai rayonu, ünvan 16 ünvanda yerləşən plastik qapı-pəncərə sexinin qarşısına yığdığı ümumilikdə dəyəri 5400 manat olan aliminum profilləri üç dəfəyə vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 5400 (beş min dörd yüz) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq 22 fevral 2021-ci il tarixdə Bakı Metropolitenin “Xalqalar Dostluğu” satansiyası yaxınlığında istintaqa məlum olmayan mənbədən 10 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 22 fevral 2021-ci il tarixdə saat 19 radələrində Xətai rayonu ünvan 17 ünvanın yaxınlığında saxlanılıb ünvan 18in 34-cü PŞ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki qara rəngli cins şalvarın sağ cibindən bir ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,178 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs4 özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub razılaşmaqla cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə 20 sentyabr 2019-cu il tarixdə saat 22 radələrində ünvan 7 ünvanda yerləşən binanın qarşısına gəlmiş, orada aralarında olan razılaşmaya əsasən o, binanın qarşısında gözləmiş, Təqsirləndirilən şəxs1 isə binanın 5-ci blokunun birinci mərtəbəsində yerləşən anbarın qapısını bağlayan kəndiri özü ilə gətirdiyi kəlbətinlə kəsib qanunsuz olaraq anbara daxil olmaqla oradan Zərərçəkmiş şəxs6 məxsus bir ədəd istifadə olunmuş “Hercules” adlı 26 ölçülü 455 manat dəyərində velosiped və bir ədəd 50 manat dəyərində uşaq velosipedini götürərək onun yanına gəlib, uşaq üçün nəzərdə tutulmuş velosipedi ona vermiş, digərini isə Təqsirləndirilən şəxs1 özünə götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 505 (beş yüz beş) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxslərin (qismən), zərərçəkmiş şəxslərin, şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 ilə mütəmadi olaraq görüşüb bir yerdə olmuşlar. 20 sentyabr 2019-cu il tarixdə adını xatırlamadığı bir nəfər şəxsdən eşitmişdir ki, “Bakı” kinoteatrının yanında olan binanın 1-ci mərtəbəsinin anbarında velosiped saxlanılır. Həmin yerdən oğurluq edəcəyəni İbrahimə deməmiş, İbrahimin onun oğurluq edəcəyindən xəbəri olmamış, sadəcə ona velosipedi götürməkdə köməklik etməsini xahiş etmişdir. 20 sentyabr 2019-cu il tarixdə saat 22 radələrində İbrahim ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, “Bakı” kinoteatrının yaxınlığındakı binanın yanına gəlmişlər. İbrahim binanın girişinin qarşısında gözləmiş, binanın 5-ci blokunun 1-ci mərtəbəsində olan anbara yaxınlaşmış, anbarın qapısı kəndirlə bağlanmış və özü ilə gətirdiyi kəlbətin vasitəsi ilə həmin kəndiri kəsmiş və içəri daxil olmuşdur. Anbarda iki ədəd velosipedlər olmuş, biri kiçik və uşaq üçün nəzərdə tutulmuşdur. Həmin velosipedləri götürüb binanın girişinin qarşısında gözləyən İbrahimin yanına gəlmişdir. Velosipedləri götürüb Əhmədli metrostansiyasının yaxınlığına aparmışlar. Sonra velosipedləri tək özü sataraq pulunu şəxsi ehtiyaclarına xərcləmişdir. İbrahimə satdığı velosipedlərdən hər hansı məbləğdə pul verməmiş, sadəcə İbrahim ondan borc istəmiş, tanışı kimi ona 25 manat pul vermişdir. Bundan başqa, 22 sentyabr 2019-cu il tarixdə saat 05 radələrində ünvan 19 ünvanın qarşısında olarkən mülki geyimdə olan polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edib Xətai RPİ-nin 35-ci PB-yə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə 35-ci PB-nə gəlmiş və orada xidməti otaqların birində polis əməkdaşları, təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, üzərindən narkotik vasitə aşkar dilmişdir. Bundan başqa, 18 fevral 2021-ci il tarixdə 34-cü polis şöbəsinin əməkdaşları onu saxlayaraq 34-cü PŞ-nə dəvət edilmişdir. Orada təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, üzərindən narkotik vasitə aşkar dilmişdir. Narkotik vasitə istifadəçisi olduğundan CM-nin 234.1-ci maddəsi üzrə ittihamı qəbul edir. Digər oğurluq cinayətlərini törətməmiş, polisin təsiri nəticəsində həmin əməlləri törətməsini boynuna almışdır. Törətdiyi əməlindən səmimi peşman olduğunu, bir zərərçəkmiş şəxslə barışdığını nəzərə alınaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs4 ilə mütəmadi olaraq görüşüb bir yerdə olmuşlar. 20 sentyabr 2019-cu il tarixdə adını xatırlamadığı bir nəfər şəxsdən eşitmişdir ki, “Bakı” kinoteatrının yanında olan binanın 1-ci mərtəbəsinin anbarında velosiped saxlanılır. Bu barədə tanıdığı Təqsirləndirilən şəxs4 demiş və sonuncu həmin velosipedi birlikdə oğurlamağını təklif etmişdir. 20 sentyabr 2019-cu il tarixdə saat 22 radələrində İbrahim ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, “Bakı” kinoteatrının yaxınlığındakı binanın yanına gəlmişlər. İbrahim binanın girişinin qarşısında gözləmiş və kimlərinsə gəlib-gəlməməsinə nəzarət etmişdir. Binanın 5-ci blokunun 1-ci mərtəbəsində olan anbara yaxınlaşmış, anbarın qapısı kəndirlə bağlanmış və özü ilə gətirdiyi kəlbətin vasitəsi ilə həmin kəndiri kəsmiş və içəri daxil olmuşdur. Anbarda iki ədəd velosipedlər olmuş, biri kiçik və uşaq üçün nəzərdə tutulmuşdur. Həmin velosipedləri götürüb binanın girişinin qarşısında gözləyən İbrahimin yanına gəlmişdir. Böyük velosipedə əyləşmiş, uşaq üçün olan velosipedi isə İbrahimə vermişdir. Birlikdə həmin velosipedləri götürüb Əhmədli metrostansiyasının yaxınlığına aparmışlar. Yolda getdiyi vaxt özü ilə gətirdiyi kəlbətini yolda atmışdır. Orada İbrahimə böyük velosipedi gizlətməyi təklif etmiş və həmin velosipedə əyləşib onu Əhmədli metrostansiyasının yaxınlığında olan binanın yanında gizlətmişdir. Səhərə yaxın İbrahim ilə birlikdə onlar velosipedlərin ikisinidə götürüb yaşadığı ünvan 20 ünvanın yaxınlığına aparmışlar. Orada yolda “Mercedes” markalı taksi fəaliyyəti ilə məşğul olan sürücünü saxlayıb velosipedləri onun avtomobilinə yükləmişdir. Həmin velosipedləri onlar İbrahim ilə birlikdə Sabunçu bazarına aparıb orada satmaq istəmiş, velosipedlərdən biri taksi sürücüsünün xoşuna gəlmiş və qiymətlər ilə maraqlanmağa başlamışdır. Bildirmişdir ki, böyük velosiped özünə məxsudur və 50 manata satır. Taksi sürücüsü 50 manat pul verib velosipedi götürmüşdür. Taksidən düşüb uşaq velosipedi ilə nömrəsi yadında qalmayan avtobusa əyləşmiş, avtobusda bir nəfər yaşlı kişi onlardan uşaq velosipedini satıb-satmadığını soruşmuş və onlar İbrahim ilə həmin velosipedi 25 manata satdıqlarını bildirmişlər. Həmin şəxs 25 manat pul verib velosipedi onlardan almışdır. Oğruluqdan onlar 75 manat pul əldə etmiş, özünə 50 manat, İbrahim isə 25 manat pul vermişdir. 50 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 22 sentyabr 2019-cu il tarixdə saat 05 radələrində ünvan 19 ünvanın qarşısında olarkən mülki geyimdə olan polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edib Xətai RPİ-nin 35-ci PB-yə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə 35-ci PB-nə gəlmiş və orada xidməti otaqların birində polis əməkdaşları, təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. İştirakçıların iştirakı ilə üzərində aparılan axtarış zamanı əynində olan qara rəngli idman şalvarın sağ yan cibində olan bir büküm narkotik vasitə olan maddə polis əməkdaşları tərəfindən aşkar olunmuş və götürülmüşdür. Üzərindən aşkar olunan maddə narkotik vasitə heroindir və özünə məxsudur, öz istifadəsi üçün, 21 sentyabr 2019-cu ildə Gəncə prospektində yerləşən həyət evləri adlanan yerdən üzdən tanıdığı şəxsdən 15 manata almışdır. Aşkar edilmiş bir ədəd büküm iştirakçıların iştirakı ilə zərfə qoyulmuş, protokol tərtib edilmiş və imzalanmışdır. Hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunmuşdur. Polis əməkdaşları tərəfindən heç bir zor və təzyiqə məruzə qalmamışdır. Bundan başqa 07 yanvar 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsində gəzmişdir. Həmin vaxt maddi cəhətdən çətinlik çəkdiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Həmin ərəfələrdə R.Bağırov küçəsində olmuş, orada olan bir evin qarşısında “Renault Megane” markalı dövlət qeydiyyat nişanı yadında olmayan avtomobilə yaxınlaşmışdır. Həmin vaxt ətrafa baxmış və heç kimin olmadığını görmüşdür. Məhlə qaranlıq olmuş, həmin avtomobilin arxa sağ qapısının nəfəslik şüşəsini daş parçası ilə sındırmış, daha sonra içəridən qapını açmış, avtomobilin salonuna nəzər yetirmiş, salona baxdıqda sürət ötürücüsünün yanında bir ədəd qol saatının olduğunu görmüşdür. Həmin saatı oradan götürmüşdür. Daha sonra avtomobilin qabaq sağoturacağın qarşısında olan hissəsini açmış və orada bir ədəd əl çantası olmasını görmüşdür. Həmin çantanın içərisinə baxmadan onun içində çox saylı əşyaların olduğunu görmüşdür. Buna görə həmin çantanı oradan götürmüşdür. Həmin vaxt ətrafda kiminsə ola biləcəyi ehtimalı olduğuna görə çantanın içinə baxmamış və buna vaxt itirməmişdir. Daha sonra salondan avtomobilin yük yerini açmış, orada bir ədəd əl çantası olmuş, həmin çantanı əlinə götürdükdə içində cox saylı əşyaların olduğunu görmüşdür. Lakin içinə baxmamış, belə ki, içinə baxıb vaxt itirmək istəməmişdir. Avtomobilin yük yerini bağlamış və avtomobildən götürdüyü iki ədəd çantaları oğurlayıb oradan uzaqlaşmışdır. Həmin vaxt UPD qəsəbəsində olan qaranlıq məhlənin birində dayanıb çantalarının içinə baxıb hansı əşyaları oğurladığına baxmışdır. Avtomobildən götürdüyü əl çantasında bir ədəd üzərində “Serbage” yazısı olan qol saatı, 01 ədəd “Nokia” markalı mobil telefon, 01 ədəd Samsung S 2” markalı mobil telefon, həmçinin avtomobilin sahibinin şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin texniki pasportu və xarici pasport olmuşdur. Çantada olan sənədlər lazım olmadığı üçün hamısını məhlədə yolda atmışdır. Həmçinin oğurladığı “Nokia” markalı mobil telefonun içində mobil nömrə olmadığı üçün və yaxşı işləmədiyi üçün həmin telefonu vəsiqələri atdığı qaranlıq yerdə atmışdır. Avtomobilin yük yerindən götürdüyü əl çantasına baxdıqda orada bir ədəd “Samsung” markalı fotoaparatın, 01 ədəd “Swatch” markalı qol saatını və idman əlcəklərinin olduğunu aşkar etmişdir. Həmin əşyaları, yəni bir ədəd “Samsung” markalı mobil telefonu, iki ədəd qol saatlarını, bir ədəd fotoaparatı və idman əlcəklərini həmin günü səhərisi iki nəfər tanımadığı şəxslərə ümumilikdə 300 manata satmışdır. Həmin pulun narkotik vasitələrin alınması üçün xərcləmişdir. Bundan başqa, əvvəllər Zamiq kimi tanıdığı şəxslə mütamadi olaraq görüşüb söhbət etmişlər. Sonradan Zamiqin adının Zamir olmasını öyrənmişdir. Zamir ilə onlar təsadüfən Əhmədli metrostansiyasının yaxınlığında tanış olmuşlar. Zamir əvvəllər Rusiya Federasiyasında yaşamışdır. 08 fevral 2021-ci il tarixdə saat 00:30 dəqiqədə Zamirlə Əhmədli metrostansiyasının yaxınlığında görüşmüş, hər ikisidə maddi vəziyyət yaxşı olmadığı üçün Xətai rayonu, M.Hadi küçəsində yerləşən avtoservisin yaxınlığında təmirə verilmiş avtomobillərdən oğurluq etmək qərarına gəlmişlər. Gecə saat 01 radələrində Zamir ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində piyada hərəkət etdikləri zaman orada olan avtoservisin qarşısında məhəllədə saxlanılan “BMW” markalı avtomobildən oğurluq etmək fikrinə gəlmişlər. Həmin avtomobilin üzərində dövlət nömrə nişanları olmamış, belə ki, avtomobil təmirdə olmuşdur. Avtomobilin arxa sağ yan şüşəsini daş ilə sındırmışdır. İçəridən avtomobilin qapısını açmış, avtomobilin salonuna baxıb hər hansı dəyərli bir əşya və ya predmet aşkar edə bilməmişdir. Ancaq avtomobilin arxa oturacağının üzərində bir ədəd ehtiyyat hissəsi (kollektor) olmuşdur. Həmin kollektoru oradan götürüb Zamirə vermişdir ki, sonuncu kömək edib cəld şəkildə oradan uzaqlaşsınlar. Zamir həmin ehtiyyat hissəni piyada şəkildə daşımışdır. Zamir kollektoru Xətai rayonunda yerləşən “Katv 1” şirkətinin inzibati binasının yanına daşımışdır. Həmin vaxt onunla birlikdə getməmiş, belə ki ətrafda heç kimin olmadığı üçün burada tək qalıb yenidən digər avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Həmin günün səhəri gün Zamir ilə birlikdə Əhmədli metrostansiyasının yaxınlığında adını bilmədiyi bundan əvvəl bir neçə dəfə rastlaşdığı şəxsə oğurladığı ehtiyyat hissəsini 20 manata satmışlar. Həmin 20 manat pulu aralarında bölmüşlər. 10 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra Zamir ilə bir daha rastlaşmamışdır. Bundan başqa, 08 fevral 2021-ci il tarixdə saat 02 radələrində avtomobilin ehtiyyat hissəsini Zamir ilə birlikdə oğurladıqdan sonra Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində, yuxarıda qeyd etdiyi məhəllədə qarşısına yenidən “BMW” markalı üzərində dövlət nömrə nişanı olmayan avtomobil çıxmışdır. Zamir bundan qabaq digər avtomobildən oğurladığı kollektoru götürüb “Katv 1” binasının yanına getmiş və orada tək qalmışdır. Həmin avtomobilin arxa sağ qapısı açıq olmuş və qapını açdıqda avtomobilin salonun tamamilə sökülmüş vəziyyətdə olduğunu görmüşdür. Salonda dəyərli hər hansı bir əşya olmamışdır. Salonda ancaq qabaq hissədə elektrik naqilləri görmüşdür. Avtomobilin oturacaqları olmamış, belə ki həmin avtomobil təmirdə olmuş, gördüyü naqilləri əli ilə sökərək yerindən çıxarmış, naqilləri sökmüş, ətrafda heç kimin olmadığına əmin olub naqili çiyninə atıb oradan uzaqlaşmışdır. Zamir ilə danışdığı kimi “Katv 1” binasının yaxınlığında görüşmüşdür. Orada həmin gecə oğurladığı naqilləri yandırmış və nəticədə əldə olunan əlvan metalı səhəri günü Əhmədli metrostansiyasının yaxınlığında əvvəllər bir neçə dəfə mis metal satdığı əlvan metal qəbulu məntəqəsinə 10 manata satmışdır. Əldə etdiyi pulu öz xırda ehtiyacları üçün xərcləmişdir. Bundaş başqa, əvvəllər oğurladığı əşyalardan əldə etdiyi pulları artıq xərclədiyi üçün və yenidən pul lazım olduğu üçün həmin yerdən, yəni Xətai rayonu, M.Hadi küçəsində yerləşən avtoservisin yanından təmirə verilən avtomobillərin birindən oğurluq etmək qərarına gəlmişdir. 10 fevral 2021-ci il tarixdə saat 02 radələrində ətrafda heç kimin olmadığına əmin olub oraya gəlmişdir. Ətrafa nəzər yetirmiş, piyada şəkildə məhlədə saxlanılan avtomobillərə baxıdıqda qarşısına “Opel Vectra” markalı avtomobil çıxmışdır. Avtomobilin dövlət nömrə nişanları yadında qalmamışdır. Avtomobilin açıq olub-olmadığını yoxlamış, qapıları bağlı vəziyyətdə olmuş, buna görə də üzərində olan xüsusi açarı avtomobilin sağ qabaq qapısının kilidinə taxıb biraz yerində oynatdıqdan sonra qapını açmağa nail olmuşdur. Daha sonra maşının salonuna baxıb qiymətli əşya və ya predmet axtarmağa başlamışdır. Avtomobildə ön şitdə olan maqnitofona nəzər yetirmişdir. Həmin maqnitofonun qıraqları bir qədər aralı olduğu üçün onu oradan çıxartmaq rahat olmuşdur. Əli ilə həmin maqnitofonu çəkmiş və naqillər ilə birlikdə yerindən çıxarmışdır. Həmçinin salonda 4 ədəd səsgücləndiricisi qurğu olmuşdur. Onları oradan götürüb qırağa qoymuşdur. Ön şüşənin qarşısında olan güzgüdə videoreqistrator quraşdırılmışdır. Həmin vedioqeydiyyat cihazı çəkə bildiyi üçün güzgü ilə birlikdə yerindən çıxarmış və səs gücləndirici ilə birlikdə kənara qoymuşdur. Dəyərli əşyaların axtarışını davam etdirmişdir. Salondan avtomobilin arxasını açmış, oraya baxdıqda bir ədəd ehtiyyat təkərin, təmir üçün nəzərdə tutulan açar dəstinin, müxtəlif növlü təmir avadanlıqlarının və mühərrik yağının olduğunu görmüşdür. Həmin əşyaların yerindən götürüb kənara qoymuşdur. Oğurladığı əşyaları daşımaq çətin olduğu üçün yaxınlığa keçib hər hansı bir bağlama axtarmağa başladmışdır. Bir ədəd atılmış torba tapıb qabda olan mühərrik yağını, açar dəstini, bir neçə xırda təmir avadanlıqlarını (donkrat, açarlar və s.) videoqeydiyyat cihazını və maqnitofonu həmin torbaya qoymuşdur. Ehtiyyat təkərini yerdən sürəyərək torba ilə birlikdə apararaq oradan uzaqlaşmışdır. Ətrafa nəzər yetirərək ehtiyatla məhlənin qaranlıq yerlərindən keçmişdir. Ehtiyyat təkərini daşımaq üçün artıq çətin olduğundan Əhmədli metrosunun yaxınlığında qaranlıq bir məhlədə atmışdır. Təkəri harada atdığı dəqiq yadında qalmamış, belə ki, həmin vaxt qaranlıq olmuş və çox həyəcanlanmışdır. Torbada olan əşyalar ilə birlikdə “Katv 1” şirkətinin binasının yanına getmiş və səhərin açılmasını gözləmişdir. Həmin günün səhəri gün oğurladığı əşyaları tanımadığı bir nəfər şəxsə Əhmədli metrostansiyasının yaxınlığında ümumlikdə 100 manata satmışdır. Əldə etdiyi pulu narkotik vasitələrin alınmasına və öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, etdiyi oğurluq cinayətləri nəticəsindən əldə etdiyi pulları xərclədiyim üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün artıq M.Hadi küçəsinə getməmiş, belə ki orada bir neçə dəfə oğurluq etdiyinə görə polis tərəfindən tutula biləcəyini nəzərə alıb və şübhə doğurmamaq üçün digər bir yerə gedib avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə bir neçə dəfə Xətai rayonu, Telnov küçəsinə getmiş və oğurluq etmək üçün həmişə axşam saatlarında yaşayış evinin qarşısında saxlanılan “VAZ 21074” markalı dövlət nömrə nişanı yadında olmayan avtomobili seçmişdir. Belə ki, həmin avtomobildən oğurluq etmək rahat gəlmişdir. Lakin həmin avtomobildə çox sayda dəyərli əşyaların olmadığını fikirləşib özü ilə xüsusi qab gətirmək qərarına gəlmişdir ki, avtomobilin yanacağını çəksin. Bunun üçün 13 fevral 2021-ci il tarixdə saat 01 radələrində Xətai rayonu, Telnov küçəsinə gəlmişdir. Orada oğurluq etmək üçün seçmiş olduğu “VAZ 21074” markalı avtomobilin həmişə olduğu kimi evin qarşısında saxlanıldığını görmüşdür. Evlərin işiqlarının sönmüş vəziyyətdə olduğunu görmüş və ətrafda heç kimin olmadığına əmin olub avtomobilə yaxınlaşmışdır. Şüşədən avtomobilin salonuna baxmış və orada maqnitofunun olduğunu görmüşdür. Avtomobilin qapılarının açıq olub-olmadığını yolxamışdır. Qapıları bağlı olduğundan “Opel Vectra” avtomobildən oğurluq etdiyi kimi yenidən özü ilə gətirdiyi xüsusi açar vasitəsi ilə sağ qabaq qapını açmışdır. Salonda gördüyü “Pioneer” markalı maqnitofonu yerindən dartaraq çıxarmışdır. Daha sonra avtomobilin qabaq sağ oturacağına baxdıqda orada 100 manat məbləğində pul vəsaitinin olduğunu görüb oğurlamışdır. Daha sonra salona baxdıqda hər hansı dəyər kəsb edən predmet aşkar etməmişdir. Avtomobilin qapısını bağlamış, pulu şalvarının cibinə qoymuş, maqnitofonu isə əlində saxlamışdır. Bundan sonra küçədə tapdığı özü ilə gətirdiyi qabı yanacaq doldurma yerinin yanına qoymuş və özü ilə gətirdiyi şlanqı yanacaq çəninə yerləşdirib şlanqın digər tərəfindən üfürmüş və yanacağın gəldiyini görmüşdür. Yanacağın gəldiyini görüb şlanqın digər tərəfini qaba yerləşdirmiş və tökülən yanacağı qaba doldurmuşdur. 10 litr yanacağı doldurduqdan sonra şlanqı oradan çıxartmış və hadisə yerindən uzaqlaşaraq həmişə olduğu kimi “Katv 1” binasının yanına gəlib səhərin açılmasını gözləmişdir. Daha sonra səhər saatlarında oğurladığı maqnitofonu Xalqlar metrostansiyasının yaxınlığında tanımadığı bir şəxsə 50 manata satmışdır. Yanacaq çənindən çəkdiyi yanacağı “Katv 1” binasının yanında məhlələrin birində yaşayan tanımadığı şəxsə 5 manata satmışdır. Avtomobillərin açılması üçün istifadə edilən xüsusi açarı polis əməkdaşları tərəfindən saxlanıldığı gündən əvvəl itirmişdir. Əldə etdiyi gəliri öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 18 fevral 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi üzrə piyada hərəkət edərkən sonradan 34-cü polis şöbəsinin əməkdaşları olduqlarını bildiyi mülki geyimli şəxslər saxlamışlar. Hansı səbəbdən saxlanıldığı bildirilmiş və 34-cü PŞ-nə dəvət edilmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis əməkdaşları üzərində axtarış aparacaqlarını izah etdikdən sonra şöbəyə müdafiəçi dəvət olunmuşdur. Polis şöbəsində videoçəkilişdən istifadə edilərək üzərinə keçirilən baxış zamanı təklif edilmişdir ki, üzərində narkotik vasitə və qanunla qadağan edilmiş hər hansı predmet, əşya varsa könüllü surətdə təqdim etmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd qızılı rəngli falqa kağızına bükülmüş “Kakos” adlandırdığım narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün 18 fevral 2021-ci il tarixdə Əhmədli qəsəbəsində tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata almışdır. 2 ildir ki, narkotik vasitə qəbul etmişdir. Narkotik vasitəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən almışdır. 20 sentyabr 2019-cu il tarixdə anbardan velosipedləri tanışı Təqsirləndirilən şəxs4 ilə birlikdə oğurlamışdır. 08 fevral 2021-ci il tarixdə saat 01 radələrində isə “BMW” markalı avtomobildən kollektoru oğurlayərkən onunla birlikdə tanıdığı Zamir adlı şəxs olmuşdur. Digər hallarda oğurluq cinayətlərini təkbaşına həyata keçirmişdir. Oğurluq cinayətlərini etdiyi vaxt heç kim nə onu, nədə ki Zamir və İbrahimi görməmişdir. İlk dəfə velosipedləri Təqsirləndirilən şəxs4 ilə oğurlayarkən taksi və avtobusdan istifadə etmiş, digər törətdiyi oğurluqlarda heç bir nəqliyyat vasitəsindən istifadə olunmamışdır. Heç bir yerdə işləmədiyi üçün maddi vəziyyəti yaxşı deyil, həmçinin narkotik vasitələrin aludəçisi olduğundan narkotikin alınması üçün məcbur olub ara bir oğurluq etmişdir. Üzərindən aşkar edilən narkotik vasitələri şəxsi istifadəsi üçün almışdır. Həmin şəxsləri tanımamış və heç bir məlumata sahib olmamışdır Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 tanıyır və onunla söhbət edən zaman pulsuzluqdan danışmışdır. Həmin vaxt onlar hər ikisi qarşılıqlı olaraq oğurluq etməyi qərarlaşdırmış və münasib yer axtarmağa başlamışlar. Babək prospektində ünvanını bilmədiyi plastik qapı-pəncərə sexinin qarşısına gəlmiş, sexin qarşısına çoxsayda alüminum profillər yığılmışdır. Onlar həmin profilləri metal alqı satqısı məntəqəsində sata biləcəyəyini danışıb oğurlamaq qərarına gəlmişlər. İlkin olaraq ətrafa baxmış, lakin gecə olduğu üçün heç kim olmamış, sakit şəkildə hər ikisi profillərdən bir neçə ədəd çiyin nahiyəsinə qaldırıb oradan uzaqlaşan zaman tutulmuşdur. Zamirlə bir dəfə oğurluq etmiş, digərilərində Zamirlə birlikdə olmamışdır. Sonra, Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Onlarla razılaşmış və birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində üzərinə baxış keçirilmiş və narkotik vasitə aşkar edilmişdir. Narkotik vasitə istifadəçisi olduğundan CM-nin 234.1-ci maddəsi üzrə ittihamı qəbul edir. Digər oğurluqlarda iştirak etməmiş, istintaq zamanı ifadəsini polisin təsiri ilə yazmışdır. Törətdiyi əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı övladının olmasını nəzərə alınaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, bir neçə gündür ki, narkotik vasitə kakosdan istifadə etmiş, narkotik vasitəni üzdən tanıdığı şəxslərdən əldə etmiş və əhval-ruhiyyəsi yaxşı olsun deyə qəbul etmişdir. Narkotik vasitələri Bakı şəhəri, Xətai rayonu Kənd Əhmədli qəsəbəsində almışdır. 12 fevral 2021-ci il tarixdə narkotik vasitə almaq üçün pulu olmamışdır. Narkotik vasitə almaq üçün haradansa oğurluq etmək istəmişdir. Axşam saatlarında yaşadığı evdən çıxaraq Babək prospektinə gəlmiş, piyada yolla gedən zaman Təqsirləndirilən şəxs3 ilə rastlaşmış və onunla söhbət edən zaman pulsuzluqdan danışmışdır. Həmin vaxt onlar hər ikisi qarşılıqlı olaraq oğurluq etməyi qərarlaşdırmış və münasib yer axtarmağa başlamışlar. Babək prospektində ünvanını bilmədiyi plastik qapı-pəncərə sexinin qarşısına gəlmiş, sexin qarşısına çoxsayda alüminum profillər yığılmışdır. Onlar həmin profilləri metal alqı satqısı məntəqəsində sata biləcəyəyini danışıb oğurlamaq qərarına gəlmişlər. İlkin olaraq ətrafa baxmış, lakin gecə olduğu üçün heç kim olmamışdır. Zamir ilə bir neçə ədəd profilləri götürüb çiyin nahiyəsinə qoyaraq oradan uzaqlaşdırmışdır. Həmin profilləri Babək prospektində olan avtomobil bazarı deyilən yerə gətirmişdir. Artıq 13.02.2021-ci il tarixə keçmiş və hava açılmışdır. Bazarın yaxınlığında olan metal alqı satqısı məntəqəsinə daxil olub oğurladıqları alimünum profilləri 27 manata satmışlar. Belə ki, məntəqədə işləyən şəxs profilləri tərəzi ilə çəkmiş və qiymətləndirmişdir. Həmin pulu tam aralarında yarı-yarıya bölmüşlər. Bundan sonra Zamir ilə razılaşmışdır ki, oradan yenə də oğurluq etsinlər. Zamir yaşadığı evə getdiyini deyib getmişdir. Öz yaşadığı evə gəlmiş və əldə etdiyi pulla yemək almışdır. 15 fevral 2021-ci il tarixdə gecə saatlarında Zamir ilə küçədə görüşmüş, həmin vaxt Zamir profil oğurlamağa getdiyini demiş, sonuncuya onunla gedəcəyini demiş və onlar birlikdə sexin qarşısına gəlmişlər. Gecə odluğu üçün heç kim olmamış, sakit şəkildə hər ikisi profillərdən bir neçə ədəd çiyin nahiyəsinə qaldırıb oradan uzaqlaşdırmışlar. Həmin profilləri satmaq üçün Babək prospektində avtomobil bazarının yaxınlığında olan metal alqı satqısı mağazasına gətirmişlər. Saat 10-11 radələrində profilləri məntəqənin içərisinə aparmışlar və orada işləyən şəxsə yaxınlaşıb profilləri xatırlamadığı məbləğə satmışlar. Əldə etdiyi pulla yemək və siqaret almışdır. 21 fevral 2021-ci il tarixdə narkotik vasitə almaq istəmiş, lakin pulu olmamışdır. Ona görədə yaşadığı evdən çıxmışdır ki, Zamirlə görüşüb oğurluq edəcəyini desin. Evdən çıxıb Babək prospektinə gəlmiş, yolla gedən zaman küçədə Zamiri görmüş və onunla söhbət edən zaman pulu olmadığını və yenə də profil oğurlamaq lazımdır demişdir. Zamir də onunla eyni fikirində olmuşdur. Bundan sonra onlar ikisidə sexin qarşısına çatmışdır. Orada yenə də ilk dəfə olduğu kimi ətrafa nəzarət edib hər biri çiyin nahiyələrinə bir neçə ədəd alimünum profillərdən götürüb oradan uzaqlaşdırıb satmaq üçün Babək prospektində olan avtomobil bazarı deyilən yerə gətirmişlər. Saat 10 radələrində Zamir ilə birlikdə metal qəbulu məntəqəsinə daxil olmuşdur. Məntəqədə işləyən şəxsə yaxınlaşıb profilləri vermiş, həmin şəxs tərəzi ilə çəkib profilləri 27 manata almışdır. Zamir pulu götürüb onunla birlikdə məntəqədən çıxmışdır. Həmin pulun 7 manatını siqaret, yemək və su alaraq xərcləmişlər. Qalan 20 manatı isə hər biri 10 manat götürməklə bölmüşlər. Bundan sonra onlar ayrılmışdır. Narkotik narkotik vasitə almaq üçün Kənd Əhmədli qəsəbəsinə gəlmişdir. Orada üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsi görmüşdür. Həmin şəxs ilə təsadüfən rastlaşmışdır. Həmin şəxs narkotik vasitə satmış və ondan narkotik vasitədə almışdır. Həmin şəxsdən istifadə etmək üçün narkotik vasitə istəmişdir. Həmin şəxs də ətrafa baxıb heç kəsin olmadığını görüb onunla bir kənara çəkilib cinbindən bir ədəd qızılı rəngli kağız bükümdə qəhvəyi rəngli narkotik vasitə kakos vermişdir. Bükümü götürüb ona 10 manat pul vermiş və oradan uzaqlaşmışdır. Həmin günü Babək prospektinə gəlmiş, saat 12:30 dəqiqədə Babək prospekti ilə piyada hərəkət etmişdir. Həmin vaxt bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşlarına özü haqqında məlumat verdikdən sonra narkotik vasitələrin dövriyyəsində şübhəli olmağını bildirib onu polis şöbəsinə dəvət etmişlər. Onlarla razılaşmış və birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş və hüquq-vəzifələri izah olunmuşdur. Bundan sonra vəkilin iştirakı ilə üzərində şəxs axtarış aparılmışdır. Axtarış zaman üzərində qanunsuz əşya olması barədə sual verilmiş, bu zaman əynində olan qara rəngli gödəkçəsinin sağ iç cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümdə nə olması və haradan əldə etməyi barədə sual verilmiş, həmin bükümün içərisində narkotik vasitə kakos olmasını, narkotik vasitəni həmin günü Kənd Əhmədli qəsəbəsindən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün almasını demişdir. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o və axtarışda iştirak edən şəxslər imza etmişlər. Üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Heç vaxt kiməsə narkotik vasitə satmamış və verməmişdir. Həmin narkotik vasitəni də heç kimə satmamış və verməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni Kənd Əhmədli qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata almışdır. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamır və əkməmişdir. Narkotik vasitələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilib-becərilməsinin qadağan olunması barədə məlumatı olmuşdur. Üzərində narkotik vasitə olmağı və gəzdirməyi barədə heç kimin məlumatı olmamışdır. Narkotik vasitəni aldığı şəxs haqqında heç bir məlumata sahib deyil, belə ki, həmin şəxsi tanısada, onun haqqında heç bir məlumata sahib deyil. Oğurluq hadisəsini özü könüllü olaraq Zamirlə birlikdə etmiş və onlara həmin hadisəni törətməyə başqa heç kim kömək etməmişdir. Hadisəni törətmədikdən əvvəl və sonra bu barədə heç kimə məlumat verməmişdir. Zamir ilə üç dəfə profil oğurlamış. Özü təkə olaraq oradan oğurluq etməmişdir. Zamir ilə pəncərə sexinin qarşısından konkret olaraq neçə ədəd alimünum profillər oğurlamalarını bilməmişdir. Belə ki, profilləri oğurlayarkən saymamışdır. Sexin qarşısından oğurladıqları profillərin hamısını bir dəfə oğurlaya bilməmişlər, belə ki, profilləri götürməyə gücləri çatmamışdır. Ona görədə üç dəfəyə oğurlamışlar. Zərərçəkmiş şəxs1 tanımamış, sonuncunun Xətai RPİ-nin 34-cü PŞ-nə etdiyi müraciətin, izahatında və zərərçəkmiş şəxs qismində dindirilən zaman ifadəsində göstərikləri ilə razı deyil, belə ki, Zamir ilə oğurladığı profillərin dəyəri 5400 manat olmamışdır. Profilləri oğurlayan zaman sexin qarşısında profillərin çox olmasını görmüş və razılaşmışlar ki, oradan pulları olmadıqda yenə də gələrək oğurluq etsinlər. Ona görədə profilləri oradan üç dəfəyə oğurlamışlar. Heç vaxt Zamir ilə narkotik vasitə əldə etməmiş, onunla narkotik vasitə istifadə etməmiş və onunda narkotik vasitə istifadə etməsini görməmişdir. Cinayət yolu ilə ələ keçridikləroi profilləri satarkən oğurladıqlarını gizlətməklə özlərinə məxsus olmasını bildirib satmışlar. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 ona elan edilmiş Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi durumu yaxşı olmadığından oğurluq etmək qərarına gəlmişdir. Xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs2 ilə rastlaşmış və onunla söhbət edən zaman pulsuzluqdan danışmışdır. Mirağaya oğurluq etmək istədiyini demiş, o, da pul əldə etmək üçün oğurluq etmək istədiyini bildirmişdir. Babək prospektində ünvanını bilmədiyi plastik qapı-pəncərə sexinin qarşısına sex olmasını və sexin də qarşısına yerə çoxsayda alüminum profillər yığılmasını görmüşdür. Onlar həmin profilləri metal alqı satqısı məntəqəsində sata biləcəklərini danışıb oğurlamaq qərarına gəlmişlər. Mirağa ilə bir neçə ədəd profilləri oğurlayıb oradan uzaqlaşmışlar. Mirağa ilə oradan bir dəfə oğurluq etmiş, qalan oğurluqları oradan özü tək etmişdir. Amidlə birlikdə oğurluq etməmiş, polisin təsiri nəticəsində istintaq zamanı Amidlə oğurluq etməsini göstəmişdir. Oğurladığı alüminum profilləri metal qəbul edilən yerlərə satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 21 fevral 2021-ci il tarixdə bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşlarına özü haqqında məluat verdikdən sonra narkotik vasitələrin dövriyyəsində şübhəli olmağını bildirib onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə razılaşmış və birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə aşkar edilmişdir. Narkotik vasitə istifadəçisi olduğundan CM-nin 234.1-ci maddəsi üzrə ittihamı qəbul edir. Əməlindən səmimi peşman olduğunu nəzərə alınaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, 2019-cu ildə Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmək üçün Bakı şəhərinə gəlib buradan subaylıq kağızını götürüb geri qayıtmaq fikrində olmuşdur. Lakin Bakı şəhərinə gəldikdən sonra karantın rejimi tətbiq edildiyi üçün geri qayıda bilməmişdir. Buna görə də Bakı şəhərində qalmalı olmuşdur. Burada özünə iş tapa bilməmiş və maddi vəziyyəti yaxşı olmamışdır. Bakı şəhəri Nizami rayonu, Çobanzadə küçəsində kirayə yaşamışdır. Maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq cinayətləri ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 ilə Əhmədli metrosunun yanında tanış olmuş, mütamadi olaraq sonuncu ilə görüşmüşlər. Maddi vəziyyəti normal olmadığı üçün birlikdə oğurluq etmək fikrinə gəlmişlər. 08 fevral 2021-ci il tarixdə gecə saat 01 radələrində Amid ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində piyada hərəkət etdiyi zaman orada olan avtoservisin qarşısında məhəllədə saxlanılan "BMW" markalı avtomobildən oğurluq etmək fikrinə gəlmişdir. Həmin avtomobilin üzərində dövlət nömrə nişanları olmamış, belə ki avtomobil təmirdə olmuşdur. Amid avtomobilin arxa sağ yan şüşəsini daş ilə sındırmış və arxa oturacağın üzərində olan ehtiyyat hissəsini (kollektoru) oradan götürüb vermişdir. Həmin ehtiyyat hissəni piyada olaraq daşımış, kollektoru Xətai rayonunda olan "Katv” binasının yanına aparmışdır. Amid isə onunla birlikdə gəlməmişdir. Bir müddət keçdikdən sonra Amid oraya tək gəlmiş, həmin günün səhəri Amid ilə birlikdə Əhmədli metrostansıyasının yaxınlığında adını bilmədiyi bundan əvvəl bir neçə dəfə rastlaşdığı şəxsə oğurladıqları ehtiyyat hissəni 20 manata satmışlar. Əldə etdiyi gəliri Amid ilə bölərək öz ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs1 ilə bundan başqa hər hansı cinayətdə iştirak etməmiş və onun digər cinayət törətməsindən heç bir məlumatı olmamışdır. Bir neçə gündür ki, narkotik vasitə kakosdan istifadə etmiş, narkotik vasitəni müxtəlif yerlərdən almış və əhval-ruhiyyəm yaxşı olsun deyə qəbul etmişdir. Narkotik vasitələri Bakı şəhərində müxtəlif şəxslərdən pulla almışdır. 12 fevral 2021-ci il tarixdə narkotik vasitə almaq istəmiş, lakin pulu olmamış, bir qədər fikirləşdikdə narkotik vasitə almaq üçün oğurluq etməyi qərarlaşdırmışdır. Axşam saatlarında yaşadığı evin yaxınlığında gəzişərkən tanıdığı Təqsirləndirilən şəxs2 ilə rastlaşmış və onunla söhbət edən zaman pulsuzluqdan danışmışdır. Məlum olmuşdur ki, Mirağanın da pulu yoxdur. Mirağa oğurluq etmək istədiyini demiş, o, da pul əldə etmək üçün oğurluq etmək istədiyini bildirmişdir. Lakin onlar haradan oğurluq edəcəyini deməmişdir. Oğurluq etmək münasib yer axtarmağa başlamışlar və Babək prospektinə gəlmişlər. Babək prospektində ünvanını bilmədiyi plastik qapı-pəncərə sexinin qarşısına sex olmasını və sexin də qarşısına yerə çoxsayda alüminium profillər yığılmasını görmüşdür. Onlar həmin profilləri metal alqı satqısı məntəqəsində sata biləcəklərini danışıb oğurlamaq qərarına gəlmişlər. Mirağa ilə bir neçə ədəd profilləri oğurlayıb oradan uzaqlaşmışlar. Belə ki, o, bir neçə ədədini, Mirağa da bir neçə ədədini götürüb çiyin nahiyələrinə qaldırıb oradan uzaqlaşdırmışlar. Həmin profilləri Babək prospektində olan avtomobil bazarı deyilən yerə gətirmişlər. Artıq 13.02.2021-ci il tarixə keçmiş və hava açılmışdır. Bazarın yaxınlığında olan metal alqı satqısı məntəqəsinə daxil olub oğurladıqları alüminium profilləri 27 manata satmışlar. Belə ki, məntəqədə işləyən şəxs profilləri tərəzi ilə çəkmiş və qiymətləndirmişdir. Həmin pulu tam aralarında yarı-yarıya bölmüşlər. Bundan sonra Mirağa ilə razılaşmışlar ki, oradan yenə də oğurluq etsimlər. Mirağadan ayrılıb öz yaşadığı evə gəlmiş və yatmışdır. Nöbəti dəfə 15 fevral 2021-ci il tarixdə pulu qurtardığı üçün həmin yerdən profil oğurlamaq qərarına gəlmişdir. Ona görədə profil oğurlamaq üçün həmin yerə getməyə başlamış, yolla gələn zaman Mirağa ilə rastlaşmış və sonuncuya profil oğurlamağa getdiyini bildirmişdir. Mirağa da pulu olmadığını deyib onunla birlikdə gəlmişdir. Sexə çatdıqda ətrafa baxmış və gecə odluğu üçün heç kəs olmamışdır. Sakit şəkildə profillərdən bir neçə ədəd çiyin nahiyəsinə qaldırmış, Mirağa da bir neçə ədəd profilləri götürmüş və oradan uzaqlaşıb profilləri satmaq üçün Babək prospektində olan avtomobil bazarının yaxınlığında metal alqı-satqısı məntəqəsinə gətirmişlər. Saat təxminən 10-11 radələrində profilləri məntəqənin içərisinə aparmışlar və orada işləyən kişiyə yaxınlaşıb xatırlamadığı məbləğə satmışlar. Əldə etdikləri pulu öz aralarında böldükdən sonra ayrılmışlar. Özünə götürdüyü pulla yemək və siqaret almışdır. Bundan sonra 21 fevral 2021-ci il tarixdə narkotik vasitə almaq üçün profillərdən bir neçə ədədini oğurlamaq qərarına gələrək, evdən çölə çıxıb yolla gedən zaman küçədə Mirağanı görmüş və onunla söhbət edən zaman profil oğurlamağa getməyini demişdir. Mirağa onunda gedəcəyini bildirmiş, bundan sonra onlar ikisidə sexin qarşısına çatmışdır. Oradan yenə də ilk dəfə olduğu kimi çiyin nahiyələrinə bir neçə ədəd alüminum profillərdən götürüb oradan uzaqlaşdırıb Babək prospektində olan avtomobil bazarı deyilən yerə gətirmişlər. Saat 10 radələrində Mirağa ilə birlikdə metal qəbulu məntəqəsinə daxil olmuş, məntəqədə işləyən şəxsə yaxınlaşıb profilləri vermiş, həmin şəxs tərəzi ilə çəkib profilləri 27 manata almışdır. Pulu götürüb Mirağa ilə birlikdə məntəqədən çıxmışdır. Həmin pulun 7 manatını siqaret, yemək və su alaraq xərcləmişlər. Qalan 20 manatı isə hər biri 10 manat götürməklə bölmüşlər. Bundan sonra Mirağadan ayrılıb narkotik vasitə almaq üçün Bakı Metropolitenin Nizami rayonu ərazisində olan “Xalqalar Dostluğu” stansiyası yaxınlığına gəlmişdir. Metronun yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslə görüşmüşdür. Həmin şəxs ilə təsadüfən görüşmüş, həmin şəxsi narkotik vasitə satan kimi tanımış və ondan narkotik vasitədə almışdır. Həmin şəxsdən istifadə etmək üçün narkotik vasitə istəmiş, sonuncu da ətrafa baxıb heç kəsin olmadığını görüb bir ədəd qızılı rəngli kağız bükümdə qəhvəyi rəngli narkotik vasitə kakos vermişdir. Bükümü götürüb ona 10 manat pul vermiş və oradan uzaqlaşmışdır. Həmin günü yaşadığı evə gəlməyə başlamış, saat 19 radələrində Babək prospekti ilə piyada evə getmişdir. Həmin vaxt bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşlarına özü haqqında məluat verdikdən sonra narkotik vasitələrin dövriyyəsində şübhəli olmağını bildirib onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə razılaşmış və birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş və hüquq-vəzifələrim izah olunmuşdur. Bundan sonra vəkilin iştirakı ilə üzərində şəxs axtarış aparılmış, axtarış zaman üzərində qanunsuz əşya olması barədə sual verilmiş, bu zaman əynində olan qara rəngli cins şalvarının sağ cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümdə nə olması və haradan əldə etməyi barədə sual verilmiş, həmin bükümün içərisində narkotik vasitə kakaos olmasını, narkotik vasitəni həmin günü “Xalqalar Dostluğu” stansiyası yaxınlığından üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün almağını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o və axtarışda iştirak edən şəxslər imza etmişlər. Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq etmiş, oğurluq cinayəti etdiyi vaxt heç kim onları görməmişdir. Oğurladığı kollektoru piyada aparmışlar, belə ki, heç bir nəqliyyat vasitəsindən istifadə etməmişlər. Heç bir yerdə işləmədiyi uçün maddi vəziyyəti yaxşı olmamış, buna görə məcbur olub oğurluq etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadə üçün əldə etmiş, heç vaxt kiməsə narkotik vasitə satmamış və verməmişdir. Həmin narkotik vasitəni də heç kimə satmamış və verməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni Bakı Metropolitenin “Xalqalar Dostluğu” stansiyası yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata almışdır. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamamış və əkməmişdir. Narkotik vasitələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilib-becərilməsinin qadağan olunması barədə məlumatı olmuşdur. Üzərində narkotik vasitə olmağı və gəzdirməyi barədə heç kimin məlumatı olmamışdır. Narkotik vasitəni aldığı şəxs haqqında heç bir məlumata sahib deyil, belə ki, həmin şəxsi tanısada, onun haqqında heç bir məlumata sahib olmamışdır. Oğurluq hadisəsini özü könüllü olaraq Mirağa ilə birlikdə törətmiş və onlara həmin hadisəni törətməyə başqa heç kim kömək etməmişdir. Hadisəni törətmədikdən əvvəl və sonra bu barədə heç kimə məlumat verməmiş və Mirağa ilə üç dəfə həmin yerdən profil oğurlamışdır. Təqsirləndirilən şəxs2 ilə pəncərə sexinin qrşısından konkret olaraq neçə ədəd alüminum profillər oğurlamalarını bilməmiş, belə ki, profilləri oğurlayarkən saymamışdır. Sexin qarşısından profillərin hamısını bir dəfə oğurlaya bilməyəcəklərini, profillərin hamısını oğurlamaya gücləri çatmayacağını və görən ola biləcəyini fikirləşmişlər. Profilləri oğurlayan zaman sexin qarşısında profillərin çox olmasını görmüş və razılaşmışlar ki, oradan pulları olmadıqda yenə də gələrək oğurluq etsinlər. Ona görədə profilləri oradan üç dəfəyə oğurlamışlar. Zərərçəkmiş şəxs1 ərizəsində izahatında və ifadəsində profillərin dəyərinin 5400 manat olmasını göstərməsi ilə razı deyil. Belə ki, o və Mirağanın oğurladığı profillərin dəyəri 5400 manat olmamışdır. Heç vaxt Mirağa ilə narkotik vasitə əldə etməmiş, onunla narkotik vasitə istifadə etməmiş və onun da narkotik vasitə istifadə etməsini görməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs4 ona elan edilmiş Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır. Onunla arasında münasibət yaranmış və onlar mütəmadi olaraq görüşmüşlər. 20 sentyabr 2019-cu il tarixdə Xətai rayonu ərazisində yerləşən Əhmədli metrostansiyası yaxınlığında olarkən təsadüfən Amidlə rastlaşmış və bir qədər söhbət etmişlər. Söhbət zamanı Amid Əhmədli qəsəbəsində yerləşən binaların birinin blokunda olan saxlanc yerində velosiped olmasını və ora gedib həmin velosipedləri götürmələrini demiş, Amidlə razılaşmışdır. Amidin təklifi ilə həmin tarixdə saat 22 radələrində onlar Xətai rayonu Sarayevo küçəsi 16 saylı binanın qarşısına gəlmişlər. Həmin vaxt Amid həmin binanın giriş hissəsində gözləməyini xahiş etmiş və özü velosipedləri götürüb gələcəyini bildirmişdir. Amidin dediyi kimi binanın giriş hissəsində dayanıb onu gözləmişdir. Bu zaman Amid binanın blokuna daxil olub birinci mərtəbədə yerləşən anbara daxil olmuşdur. 15 dəqiqə sonra Amid oradan iki ədəd velosiped ilə çıxmışdır. Velosipedlərdən biri kiçik olmuş və uşaq üçün nəzərdə tutulmuşdur. Bundan sonra Amid böyük olan velosipedə əyləşib idarə etməyə başlamış və onun arxasınca getməyini bildirmişdir. Kiçik velosipedi əlinə götürüb onunla birlikdə Əhmədli metrosunun yanına gəlmişlər. Orada Amid gözləməyini xahiş etmiş və velosipedləri götürürək getmişdir. 15 dəqiqə sonra Amid oraya qayıtmış və velosipedləri gizlətdiyini bildirmişdir. Bundan sonra onlar Əhmədli qəsəbəsində olan parkın ərazisində oturub nöbəti günün gəlməsini gözləmişlər. 21 sentyabr tarixdə saat 07 radələrində Amid gedib velosipedləri gizlətdiyi yerdən gətirmiş və Sabunçu bazarında sataraq gəlir əldə etməklərini təklif etmişdir. Buna görə Amid “Mercedes-Benz” markalı dövlət qeydiyyat nişanı xatırlamadığı taksi kimi fəaliyyət gsötərən avtomobili saxlatdırıb velosipedləri avtomobilə yükləyərək sürücüdən Sabunçu bazarı istiqamətinə hərəkət etməsini xahiş etmişdir. Yolda Amidlə arasında olan söhbətdən taksi sürücüsü başa düşmüşdür ki, onlar velosipedləri satmaq istəmişlər. Həmin sürücü velosipedləri hansı məbləğə satdıqları ilə maraqlanmışdır. Amid həmin şəxsə böyük velosipedi 50 manata satdığını demişdir. Son olaraq onlar onunla razılaşmışlar və taksi sürücüsünə 50 manat müqabilində böyük velosipedi satmışlar. Bundan sonra onlar taksidən düşmüş və kiçik uşaq velosipedini özü ilə götürüb onuda satmaq istəmişdir. Buna görə də onlar 60 saylı sərnişin avtobusuna əyləşmiş, avtobusda tandımadığı 50 yaşında bir kişi velosipedi satıb-satmamağı ilə maraqlanmış, sonuncuya satmaq istədiyini bildirmişdir. Həmin kişi ilə razılaşıb uşaq velosipedini 25 manata satmış, sonra onlar avtobusdan düşmüş və əldə etdiyi 75 manat puldan 50 manatını Amid özünə 25 manatı isə ona vermişdir. Bundan sonra onlar Amid ilə ayrılmış və evinə qayıtmışdır. 23 sentyabr 2019-cu il tarixdə Əhmədli metrostansiyası tərəfdə olan zaman polis əməkdaşları yaxınlaşıb oğurluqda şübhəli olduğunu bildirib bölməyə dəvət etmişlər. Polis əməkdaşları ilə birgə 34-cü Polis bölməsinə gəlmişlər. Orada oğurluq etdiyini səmimi şəkildə etiraf etmiş və törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Əməlindən səmimi peşman olduğunu, zərərçəkmişlə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alınaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir dövlət orqanında işləmir, lakin plastik qapı-pəncərə düzəltməklə məşğul olur. Bakı şəhəri, Xətai rayonu, ünvan 16 ünvanda olan mağazanı icarəyə götürmüş, mağazanı qapı və pəncərə sexi kimi işlətmiş, orada plastik materiallardan sifarişləri yerinə yetirmişdir. Sexdə ona məxsus çoxsayda alimünum materiallar olmuş, belə ki, sexdə olan alimünum materalları ilə müştərilərin etdikləri sifarişi, yəni qapı pəncərə düzəltmişdir. Sexin qarşısında yerdə çox sayda alüminium materiallar olmuşdur. Lazım olan materialları oradan götürüb içəri aparmışdır. 12 fevral 2021-ci il tarixdə axşam saatlarında sexi bağlayıb getmişdir. 13 fevral 2021-ci il tarixdə işlədiyi sexə gəldikdə çöldə olan profillərin azalmasını görmüşdür. Sexdə olan müşahidə kameralarına baxdıqda görmüşdür ki, bir nəfər şəxsin sexin qarşısına gələr profillərin bir qismini oğurlayıb aparmışdır. İlkin olaraq bu barədə şikayət etməmişdir. 22 fevral 2021-ci il tarixdə saat 03 radələrində sexsin içərisində işləmiş, həmin vaxt çöldən səs gəlməsini eşitmiş və çölə çıxmışdır. Çölə çıxdıqda heç kəsin olmadığını görmüşdür. Lakin müəyyən etmişdir ki, profillər yenə də oğurlanmışdır. Profilləri yoxladıqda aşkar etmişdir ki, çoxsayda profillər müxtəlif tarixlərdə kənar şəxs tərəfindən oğurlanmışdır. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Bu barədə ərizə ilə müraciət etmişdir. Sexin qarşısından oğurlanmış alüminium profillər özünə məxsus olmuşdur. Belə ki, profilləri o, almışdır. Sexin içərisinə daxil olunmamış, yalnız çöldən sexin qarşısından oğurluq olmuşdur. Baş vermiş həmin hadisə nəticəsində ona ümumilikdə 5400 manat maddi ziyan dəymişdir. Belə ki, sexin qarşısından oğurlanmış profillər təzə vəziyyətdə olmuş, işlək vəziyyətdə olmamış, həmin profilləri paketdə istifadə etmək üçün almış, profilləri qırıntı və alüminium şəkilində almamışdır. Hazırda ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxslər ona dəymiş zərərin yarısını ödədiyi halda onlardan şikayətçi olmayacaqdır. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayında özünə məxsus olan “Opel Vectra” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil nasaz olduğu üçün onu Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən avtotəmir yerinə təhvil vermişdir. Avtomobili avtotəmir yerinin yanında yolun qırağında saxlamışdır. Mütəmadi olaraq avtomobilin təmiri ilə maraqlanmış və tez-tez oraya gəlib avtomobilin vəziyyətinə baxmışdır. Sonuncu dəfə 2021-ci ilin yanvar ayının sonunda avtomobilə baxmışdır. 10 fevral 2021-ci il tarixdə tanımadığı şəxs, sonradan adını bildiyi Şahid10 zəng edib avtomobilin satılıbsatılmamağı barədə maraqlanmışdır. Həmçinin söhbət əsnasında sonuncu avtomobilin qapılarının açıq olduğunu demişdir. Avtomobilin bütün qapılarını bağladığı üçün buna təəcüblənmiş və avtomobilin yanına getmişdir. Oraya gəldikdə həqiqətən də avtomobilin bütün qapılarının açıq olduğunu görmüşdür. Həmin vaxt zəng edən şəxs orada olmamışdır. Avtomobilin salonuna baxdıqda orada olan ümumi dəyəri 150 manat təşkil edən ön şitdəki idarəetmə cihazı ilə birlikdə maqnitofonun, ümumi dəyəri 50 manat olan 4 ədəd səs gücləndiricinin, salonda olan 100 manat dəyərində güzgüyə quraşdırılmış videoqeydiyyat cihazının, videoqeydiyyat cihazının quraşdırıldığı güzgünün, avtomobilin yük yerindən 50 manat dəyərində bir ədəd ehtiyyat təkərin, təmir üçün nəzərdə tutulmuş 100 manat dəyərli açar dəstinin, həmçinin ümumi qiyməti 60 manat təşkil edən avtomobil təmiri üçün nəzərdə tutulmuş müxtəlif növlü avadanlıqların, 40 manat dəyərində 4 litr miqdarında “Formula 1” markalı motor yağının oğurlandığını aşkar etmişdir. Ümumilikdə ona 550 manat məbləğində maddi ziyan dəymişdir. Avtomobilin mühərrəkində bir sıra problemlər olduğundan servisə təhil vermiş, avtotəmir yerinin həyəti olmamış və boş ərazi olduğu üçün avtomobillər yolun qırağında saxlanılmışdır. Ona dəymiş ziyan bu günədək ödənilməmişdir. Ziyanın ödənilməsini tələb edir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, **-VX-*** dövlət qeydiyyat nişanlı, “Renault Megane markalı” avtomobil özünə məxsusdur. Həmin avtomobili 3-4 ay müddətdir ki, almışdır. Aldığı avtomobili hər gün evə gəldikdə yaşadığı ünvan 22 ünvanının qarşısında saxlamışdır. Sonuncu dəfə 06 yanvar 2021-ci il tarixdə evdən çıxıb işləri ilə əlaqədar olaraq şəhərin mərkəzinə getmişdir. İşlərini bitirib evə qayıdan zaman artıq gecə saat 23:30 olmuşdur. Daima olduğu kimi avtomobili yaşadığı evin qarşısında saxlayıb, qapısını bağlamış və evə daxil olmuşdur. 07 yanvar 2021-ci il tarixdə səhər evdən çıxıb yenidən işləri ilə əlaqədar olaraq şəhər mərkəzinə getməyi fikirləşmişdir. Evdən çıxıb avtomobilə əyləşib mühərriki qızdırmaq istəyən zaman arxa sağ pəncərəsinin sınmasını görmüşdür. Bu zaman avtomobilinə kənar şəxslərin girdiyini başa düşmüş və avtomobildə olan əşyaların yerində olub-olmadığını yoxlamağa başlamışdır. Salona baxdıqda sürət ötürücüsünün yanında bir ədəd 1530 manata aldığı “Serbage” markalı qol saatının, avtomobilin saxlanc yerindən içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilinin texniki pasportu, xarici pasportu, 100 manat dəyərində üzərində heç bir nömrə olmayan “Nokia E 66” markalı mobil telefon, 01 ədəd üzərində heç bir nömrə olmayan 150 manat dəyərində “Samsung S 2 “ markalı mobil telefonlar olan 50 manatlıq əl çantasının, avtomobilin yük yerinə baxdıqda isə içərisində 500 manat dəyərində “Samsung” markalı rəqəqmsal fotoaparatın, 500 manat dəyərində “Swatch” markalı qol saatın və qiyməti 50 manat olan bir cüt idman əlcəkləri olan 40 manat qiymətində idman çantasının oğurlandığını aşkar etmişdir. Avtomobildə baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək həmin hadisə ilə bağlı məlumat vermişdir. Baş vermiş hadisə zamanı ona ümumilikdə 2920 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan bu günədək ödənilməmişdir. Ziyanın ödənilməsini tələb edir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, bir il əvvəl “BMW E39” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili almış və 3 ay əvvəl avtomobilin rənglənməsi üçün Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 138 ünvanda yerləşən avtoservisə təhvil vermişdir. Mütəmadi olaraq servisə gəlib avtomobilə baxmışdır. Avtomobili özü yolun kənarında saxlamışdır. 08.02.2021-ci il tarixdə saat 17 radələrində yenidən avtomobilə baxmaq üçün servisə getdikdə avtomobilin sol tərəf arxa qapısının açıq olduğunu görmüşdür. Avtomobilin rənglənməsi üçün salonu ustalar tərəfindən sökülmüşdür. Avtomobilin içərisinə baxdıqda orada şitin altında olan 9 metr uzunluğunda ümumi dəyəri 3500 manat olan “BMW Alpina B10” markalı avtomobil üçün nəzərdə tutulmuş toplu naqillərin sökülərək oğurlandığını aşkar etdmişdir. Polis şöbəsinə yaxınlaşıb ərizə ilə bu barədə müraciət etmiş, elektrik naqillərin sökülməsi nəticəsində digər ehtiyyat hissələr də zədələnmiş və əlavə olaraq maddi ziyan dəymişdir. Zədələnən hissələrə görə ümumilikdə 5.000 manat məbləğində maddi ziyan dəymişdir. Oğurlanmış elektrik naqilləri dəyəri 3.500 manat olmuş, naqillərin sökülməsi nəticəsində bir neçə ehtiyyat hissəsi sıradan çıxdığı üçün isə ümumilikdə 5.000 manat məbləğində maddi ziyan dəymişdir. X14 tərəfindən edilməsini ona Təqsirləndirilən şəxs2 demiş, Amidə oğurladığı əşyaları qaytarması ilə bağlı xəbər göndərmiş, məsələni aydınlaşdırmaq istəmiş, lakin Amid gəlməmişdir. Hazırkı vəziyyətdə də avtomobili yararsız halda qalmış, həmin naqilləri və ehtiyat hissələri tapmaq mümkün olmamışdır. Ona dəymiş ziyan bu günədək ödənilməmişdir. Ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslərlə barışmadığını, ziyanın ödənilməsini tələb etdiyini, ziyan ödənilmədiyi halda ağır cəza təyin edilməsini qeyd etmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs2 həmin ifadəsində göstərmişdir ki, 06.08.2019-cu il tarixdə 1990-cı il buraxılışlı, “BMW 524” markalı, avtomobili almışdır. 4 ay əvvəl avtomobildə nasazlıq olduğu üçün avtomobili Xətai rayonu, Babək prospektində yerləşən “Dəli Kür” restoranının yaxınlığında dəqiq ünvanı bilmədiyi avtoservisə təhvil vermişdir. Həmin vaxtdan etibarən avtomobili idarə etməmişdir. Mütəmadi olaraq servisə gedib avtomobilə nəzarət etmişdir. 18 fevral 2021-ci il tarixdə saat 17 radələrində o, avtomobilinə baxmaq üçün həmin avtoservisə getmiş və avtomobilin arxa sağ yan şüşəsinin sındırıldığını aşkar etmişdir. Həmçinin avtomobilin arxa oturacağın üzərində olan M21 “BMVV” motoruna məxsus dəyəri 550 manat olan mühərrikin kollektorunun oğurlandığını müəyyən etmişdir. Avtomobilin arxa şüşəsinin sındırılması nəticəsində əlavə olaraq 120 manat məbləğində maddi ziyan dəymişdir. Xətai RPİ-nin 34-cü Polis bölməsinə gedib orada ərizə ilə müraciət etdiyi zaman polis əməkdaşları oğurlanan kollektoru göstərmiş və oğurluğun Təqsirləndirilən şəxs1 tərəfindən həyata keçirildiyini bildirilmişdir. Oğurlanan kollektorun dəyəri 550 manat olmuş, avtomobilin arxa şüşəsinin sındırıldığına görə isə 120 manat da maddi ziyan dəymişdir. Ona dəymiş ziyan bu günədək ödənilməmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslərlə barışmadığını, ziyanın ödənilməsini tələb etdiyini qeyd etmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs4 həmin ifadəsində göstərmişdir ki, 2011-ci ildən etibarən etibarnamə əsasında 2004-cü il buraxılışlı “VAZ 21074” markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Həmin avtomobili gündəlik olaraq müxtəlif yerlərə getmək üçün istifadə etmişdir. 12 fevral 2021-ci il tarixdə saat 20 radələrində işlərini gördükdən sonra həmişə olduğu kimi avtomobil ilə yaşadığı ünvana gəlmiş və ünvan 24araq evə qalxmışdır. Evə gedib bir qədər istirahət edərək yatmışdır. 13 fevral 2021-ci il tarixdə səhər oyanaraq işlərini görmək üçün saat 08 radələrində evdən çıxmış və avtomobilə yaxınlaşdıqda sağ qabaq qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Avtomobilin salonuna baxdıqda orada sənədlərin saxlanılması üçün nəzərdə tutulan yerdən 120 manat məbləğində pul vəsaitinin, o cümlədən avtomobilə quraşdırılan 100 manata adığı “Pioneer” markalı maqnitofonun yerindən çıxarılaraq oğurlandığını aşkar etmişdir. Daha sonra avtomobili işə salmağa cəhd etmiş, lakin avtomobil işə düşməmişdir. Yanacağın səviyyəsini göstərən cihaza baxdıqda yanacağın ümumiyyətlə olmadığını aşkar etmişdir. Yanacaq çənində hesablamalarına görə 20 manat dəyərində yanacaq olmalı olmuşdur. Hadisə nəticəsində ümumilikdə 240 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs6 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını qeyd etmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs6 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs6 həmin ifadəsində göstərmişdir ki, iki ədəd velosipedləri oğurlandıqdan sonra özüdə həmin velosipedləri axtarmağa başlamış, öyrənmişdir ki, velosiped alışısatışı mağazasında ona məxsus “Hercules” markalı velosipedə oxşar velosied təklif etmişlər, lakin mağaza həmin velosipedi almamışdır. Mağazanın müşahidə kameralarında qeydə alınmış videogörünütlərə baxmış, velosipedi mağazaya satmağa gətirən şəxsin taksi sürücüsü olmasını görmüş və həmin şəxsi axtarıb tapmışdır. Belə ki, avtomobilin Mercedes marklı, **-FR-*** dövlət qeydiyyat nişanlı olmuşdur. 01-02 oktyabr 2019-cu il tarixdə həmin sürücü ilə görüşmüşdür. Belə ki, sürücünün telefon nömrəsi ilə əlaqə saxlamış və görüşmüşlər. Həmin şəxs Şahid5 Tofiqoviçdir. Həmin şəxs özü də bildirmişdir ki, “Hercules” markalı velosipedi 50 manata almışdır. Həmin velosipedə baxmış və velosipedi rəngindən, ölçüsündən və digər əlamətlərindən tanımışdır. Seydulla velosipedin oğurluq nəticəsində əldə olunmasını bilmədiyini demişdir. Seydulla adlı şəxsə 50 manat verəcəyini və velosipedi təhvil verməsini təklif etmiş, sonuncu da təklifini qəbul etmişdir. Bundan sonra Seydulla adlı şəxsə 50 manat vermiş və velosipedini almışdır. Seydulla adlı şəxs demişdir ki, 21 sentyabr 2019-cu il tarixdə nahar vaxtlarında “Xalqlar Dostluğu” və “Əhmədli” satansiyası yaxınlığında iki nəfər şəxsin idarə etdiyi avtomobili saxlamış, həmin şəxslərin yanında bir ona məxsus və bir ədəd kiçik uşaq üçün velosipedlər olmuş, həmin şəxslər velosipedləri avtomobilə qoyub onları Sabunçu bazarına aparmasını xahiş etmiş və yolla gələn zaman həmin şəxslərdən ona məxsus velosipedi 50 manata almışdır. Hazırda ona dəyən ziyan tam ödənilmişdir. O, təqsirləndirilən şəxsləri bağışlayır. Onlara qarşı heç bir şikayəti, tələbi yoxdur və məhkəmədən onlara yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat-müvəkkili vəzifəsində işləyir və polis leytenantı rütbəsindədir. 22 fevral 2021-ci il tarixdə Mirağa adlı şəxsin şöbənin inzibati ərazisində baş vermiş oğurluq hadisəsində, narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Mirağa adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə Polis Şöbəsinin rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmiş, Mirağa adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun üzvüləri o və şöbənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 təyin olunmuşdur. Bundan sonra Mirağa adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün o və Şahid1 məlumata əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 17 ünvanın yaxınlığına gəlmişdir. Saat 12:30 dəqiqədə Mirağa adlı şəxsin əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışdır. Həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Onlar Mirağa adlı şəxsə xidməti vəqisələrini göstərib özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Mirağa da heç bir etiraz etmərək onlarla razılaşmışdır. Bundan sonra onlar birlikdə polis şöbəsinə gəlmiş, bu barədə dərhal raport yazıb şöbə rəsinə məruzə etmiş və bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Mirağa əynində olan qara rəngli gödəkçəsinin sağ iç cibindən bir ədəd qızılı rəngli kağız bükümdə qəhvəyi rəngli tozşəkilli maddəni çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs2 həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olmasını və Xətai rayonu, Kənd Əhmədli adlanan ərazidə yaşadığı evin yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Aşkar edilmiş həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0.32 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən edilməmişdir. Aşkar edilmiş həmin narkotik vasitələr kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən polis əməkdaşı, Mirağa özü, vəkil və o, imza etmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşları, vəkil, Mirağa və özü imza etmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı təzyiq və təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat-müvəkkili vəzifəsində işləyir və polis mayoru rütbəsindədir. 22 fevral 2021-ci il tarixdə Zamir adlı şəxsin şöbənin inzibati ərazisində baş vermiş oğurluq hadisəsində şübhəli olması, narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Zamir adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə etmiş, rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmiş, Zamir adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun üzvüləri o və şöbənin əməliyyat müvəkkili, polis polis baş leytenantı Şahid4 təyin olunmuşdur. Bundan sonra Zamir adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmış, həmin gün o və Nəsrəddin məlumat əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 17 ünvanın yaxınlığında gəlmişdir. Saat 19 radələrində Zamir adlı şəxsin əlamətlərinə görə oxşadıb ona yaxınlaşmış, həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs3 kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs3 xidməti vəqisələrini göstərib özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmiş, o da heç bir etiraz etmərək razılaşmışdır. Bundan sonra onlar birlikdə polis şöbəsinə gəlmişlər. Bu barədə dərhal raport yazıb şöbə rəsinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmiş, sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs3 hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs3 da əynində olan qara rəngli cins şalvarının sağ cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş qəhvəyi rəngli, toz şəkilli maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs3 həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olmasını və Bakı Metropolitenin “Xalqalar Dostluğu” stansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almasını demişdir. Aşkar edilmiş həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0.32 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən olunmamışdır. Aşkar edilmiş həmin narkotik vasitələr kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən polis əməkdaşı, Zamir özü, vəkil və o, imza etmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşları, vəkil, Zamir və o, imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı rütbəsindədir. Daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.1986-cı ildə Saatlı rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, Saatlı rayonunda qeydiyyatda olan Təqsirləndirilən şəxs1 baş vermiş oğurluq hadisələrini törətməsi, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən edilmişdir. Bununla bağlı Xətai RPİ-nin 34-cü PŞ-nin əmrinə əsasən əməliyyat qrupu yaradılmış və onunla birlikdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid9 qrupun üzvi olmuşdur. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 Sahbəli oğlu bir neçə oğurluq cinayətlərini törətməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 18 fevral 2021-ci il tarixdə saat 19 radələrində ünvan 25 ünvanın yaxınlığında piyada olaraq hərəkət edən zaman saxlanılmışdır. Şahid9 ilə birlikdə ona yaxınlaşıb özlərini təqdim etmişdir. Qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün onu Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 saxlanılmasının səbəbləri izah olunmuş və şübhəli şəxs qismində ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri barədə ətraflı məlumat verilmişdir. Polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuş, müdafiəçinin, onun və Şahid9 iştirakı ilə Xətai RPİnin 34-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Nicat İslamlı tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın əvvəlində təhqiqatçı X11 özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirəcəyini elan etmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 özünü təqdim etməsini və anket məlumatları barədə məlumat verməsini təklif etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təhqiqatçının bu təklifindən sonra özünü təqdim edərək anket məlumatları barədə məlumat vermişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd qızılı rəngli falqa kağızına bükülmüş qəhvəyi rəngli, spesifik iyə məxsus, narkotik vasitə heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirmiş və üzərində digər hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təhqiqatçı aşkar edilmiş maddənin nə olması barədə şübhəli şəxs Təqsirləndirilən şəxs1 sual verdikdə sonuncu cavabında masanın üzərinə qoyduğu bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı narkotik vasitəni haradan əldə etməsi barədə sual verdikdə Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Daha sonra narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 0,46 qram təşkil etmişdir. Həmin kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axatrışın sonunda təhqiqatçı istintaq hərəkətinin başa çatdığını iştirakçılara elan etmiş və şübhəli şəxs Təqsirləndirilən şəxs1 hər hansı şikayət və vəsatətinin olub-olmadığını soruşmuşdur. Cavabında Təqsirləndirilən şəxs1 heç bir şikayət və vəsatətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 nə onun, nə də ki, hər hansı bir şəxs tərəfindən fiziki zora məruz qalmamışdır. Onlar Təqsirləndirilən şəxs1 yaxınlaşan zaman o tək olmuş və yanında heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 şahid qismində dindirilmiş Şahid8 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, “xxxx” MMCdə 88 saylı xətt avtobusunda sürücü kimi işləyir. 2 ay əvvəl avtomobili olmadığı üçün satışa çıxarılan avtomobillər ilə maraqlanmışdır. 10 fevral 2021-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi üzrə piyada olaraq hərəkət etdiyi zaman avtotəmir yerinin yanında məhlədə saxlanılan “BMW” markalı avtomobili görmüşdür. Daha sonra onlar irəli getdikdə qarşısına “Opel Vectra” markalı avtomobil çıxmışdır. Həmin avtomobil tozlu olduğundan görünmüşdür ki, uzun müddətdir ki, sahibi tərəfindən işlədilmir. Buna görə də avtomobilin ucuz qiymətə başa gələcəyini ehtimal edib onun sahibi ilə əlaqə saxlamağa çalışmışdır. Yaxınlıqda olan avtoservisə yaxınlaşıb avtomobilin sahbinin mobil nömrəsini öyrənmək istəmişdir. Orada işləyən tanımadığı şəxlərdən biri sahibinin nömrəsinin avtomobilin içərisində olduğunu bildirmiş və onun ilə birlikdə avtomobilə yaxınlaşmışdır. Avtomobilə yaxınlaşdıqda onun sağ qabaq və arxa qapılarının açıq olduğunu aşkar etmişdir. Həmçinin avtomobilin qabaq şüşəsinin üzərində kağızda sahibin mobil nömrəsi olmuşdur. Orada qeyd edilən nömrə ilə əlaqə saxlamış və avtomobilin satması barədə maraqlanmışdır. Avtomobilin sahibi onun satılmadığını bildirmiş və söhbət əsnasında avtomobilin qapılarının açıq vəziyyətdə olduğunu demişdir. Sonuncu qapıları bağladığını demiş və sonra oradan getmişdir. Həmin günün axşam saatlarında evdə olduğu vaxt avtomobilin sahibi zəng edib avtomobildən oğurluq edildiyini bildirmiş, bununla bağlı polisə müraciət edəcəyini və ikisinin də polisə getmələrini istəmişdir. 11 fevral 2021-ci il tarixdə onlar Sabunçu rayonu, Mərdəkan yolunda yerləşən piyada keçidində görüşmüş, onun “Ford” markalı avtomobilinə əyləşmiş və onlar 34-cü Polis şöbəsinə getmişlər. Orada avtmobilin sahibi adını sonradan bildiyi Zərərçəkmiş şəxs3 “Opel” markalı avtomobilindən oğurluq hadisəsinin baş verməsi barədə ərizə yazmış və bununla bağlı izahat vermişdir. Daha sonra onlar polis əməkdaşları ilə birlikdə hadisə yerinə gəlmiş və hadisə yerinə baxış keçirilmişdir. Həmin gün o, avtomobilə yaxınlaşmış və salonuna baxmışdır. Həmin avtomobilin salonu dağınıq vəziyyətdə olmuş, lakin oradan oğurluq olunduğunu güman etməmişdir. Avtomobilin sağ qabaq və arxa qapıları yerindən bir qədər aralı olmuş, baxan kimi qapıların açıq olduğunu müəyyən etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, barəsində Binəqədi rayon prokurorluğunda cinayət işinin istintaqı aparılır və Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Həbs edilməmişdən əvvəl rəsmi olaraq heç bir dövlət orqanında işləməmiş, belə ki, Xətai rayonu, M.Müşfiq küçəsində olan əlvan metal qəbulu məntəqəsində işləmişdir. Həmin məntəqəni icarəyə götürmüş və orada metal alqı-satqısı ilə məşğul olmuşdur. Bu barədə həmin ünvanın sahibi ilə müqaviləsi vardır və buna görədə vergidən VÖEN-i olmaqla dövlətə vergidə ödəmişdir. Həmin yer dörd bir tərəfdən bağlı olmuşdur. İşlədiyi məntəqənin nəzarətçisi və kameraları olmuşdur. Hər gün səhər saat 09 radələrindən axşam saat 21-22 radələrinə qədər mətəqədə olmuşdur. İş fəaliyyətim ondan ibarət olmuşdur ki, fərdi qaydada olaraq müxtəlif şəxslər metal əşyalarını satmaq üçün təqdim etmiş, o da həmin əşyaları tərəzi ilə çəkib qiymətləndirib ümumi razılığa gəldikdən sonra almışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər tanımamış, belə ki, həmin şəxsləri 2021-ci ilin fevral ayında tanımış və onlardan profillər almışdır. 2021-ci ilin fevral ayında səhər saatlarında işlədiyi məntəqədə olan zaman Mirağa və Zamir adlı şəxslər məntəqəyə gəlmiş, həmin şəxslər özləri ilə alüminum profillər gətirmişdir. Həmin profilləri götürmüş və tərəzi ilə çəkmişdir. Xatırlamadığı məbləğə həmin profilləri almışdır. Həmin şəxslərə pul veridikdən sonra onlar çıxıb getmişlər. Bundan sonra həmin şəxslərdən 2021-ci ilin fevral ayının sonlarına yaxın bir neçə dəfə həmin şəxslərdən işlədiyi məntəqədə alüminum profillər almışdır. Lakin həmin profilləri hansı məbləğə almasını xatırlamamışdır. Həmin şəxslər profili satan zaman özlərinə məxsus olmasını bildirmiş, profillər əzilmiş və kiçik halda olmuşdur. Həmin şəxslərin deməsinə görə satdıqları profilləri küçələrdən yığmaqla toplamışlar. Həmin şəxslərdən ümumilikdə 2-3 dəfə profil almış, sonra isə cinayət etmiş və həbs edilmişdir. Profilləri aldıqdan sonra çox hissəsini satmış, bir qismini isə işlədiyi məntəqədə qalmışdır. Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatladırılmasına baxmayaraq, o, məhkəmənin baxış iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbi barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdir. Məhkəmə şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid5 Tifikoviç məhkəmə iclasının yeri və vaxtı barədə məlumatladırılmasına baxmayaraq, o, məhkəmənin baxış iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbi barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdir. Məhkəmə şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, 6 ildir ki, özünə məxsus «Mersedes Benz» markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 21 sentyabr 2019-cu il tarixdə 14-15 radələrində həmin avtomobili idarə edərkən M.Hadi küçəsi ilə «Əhmədli» metrostansiyası istiqamətində hərəkət etmişdir. Bu zaman bir nəfər əvvəl tanımadığı şəxs əli işarə etmişdir ki, avtomobili saxlasın. Avtomobili saxlamış, həmin şəxs bildirmişdir ki, onlarda iki velosiped var, biri böyük, biri isə uşaq üçün kiçik velosipeddir və Sabunçu qəsəbəsində bazara aprmalıdırlar. Həmin şəxslə razılaşmış və həmin şəxsin yanında olan başqa bir nəfər şəxs avtomobilə həmin iki velosipedləri yükləmişlər və özləri də avtomobilə əyləşmişlər. Yolla gələn zaman həmin şəxslərin danışıqlarından başa düşmüşdür ki, onlar velosipedləri satmağa aparırlar. Həmin şəxslərdən biri avtomobili saxlatmış və soruşmuşdur ki, böyük velosipedin dəyəri nə qədər olar, velosipedə baxıb demişdir ki, 100-150 manat qiymətində olar. Böyük velosipedə baxmış və bəyənmiş, rəngi tünd boz rəngdə, xarici istehsal olmuş və üzərində «Hercules» markası yazılmışdır. Velosiped istifadə olunmuş, yəni təzə olmamışdır. Həmin şəxslərə demişdir ki, 50 manat pulu var, istəyəcəkləri halda velosipedi Sabunçu bazarında deyil, ona sata bilərlər. Həmin şəxslərdən biri demişdir “heç olmasa 100 manat ver”. Lakin 100 manat pulu olmamış və 50 manatdan artıq pulu olmadığını bildirmişdir. Həmin şəxslərdə razılaşmış və onlara 50 manat pul verib velosipedi almışdır. Həmin şəxslərdən velosipedin oğurluq olub-olmamasını soruşmuş, həmin şəxslərdə bildirmişlər ki, oğurluq deyil. Həmin şəxslərdən sənəd istəmiş, lakin heç birinin sənədi olmamış, onlardan telefon nömrələrini istəmiş, avtomobili saxladan şəxs deyil, yanındsa olan şəxs nömrə vermiş, həmin nömrəyə zəng etmiş, lakin nömrədə olan telefon bağlı olmuşdur. Bu barədə həmin oğlana deyəndə o, demişdir ki, telefonunda enerji yoxdur. Onun telefon nömrəsi yadında qalmamış, avtomobilini saxlatdıran oğlan demişdir ki, 10 manat da ver, uşaq velosipedini də al. Lakin istəmədiyini bildirmişdir. Onlar uşaq velosipedini avtomobilindən götürüb getmişlər. Aldığı velosipedi evə aparmışdır. Velosipedi R.Quliyev küçəsində velosiped mağazasına aparmış və orada işləyən şəxsdən soruşmuşdur ki, velosipedin dəyəri nə qədər olar, demişlər ki, velosiped istifadə olunmuş, ona görədə almırlar. 3-4 gün sonra həmin velosipedin sahibi, adı sonra məlum olan Zərərçəkmiş şəxs6 zəng vurub həmin velosiped barədə soruşmuşdur. Həmin şəxsin telefon nömrəsini haradan öyrənməsini bilməmişdir. Həmin şəxs velosipedin oğurluq olmasınmı demiş, sonuncuya bildirmişdir ki. bundan xəbəri yoxdur. Həmin şəxs ilə görüşmüş, sonuncu aldığı velosipedə baxıb öz velosipedini tanımış və bildirmişdir ki, velosiped ona məxsusdur, oğurlanıbdır. Rahibə danışmışdır ki, 50 manat verib bu velosipedi almış, oğurluq olduğunu bilməmişdir. Rahib təklif etmişdir ki, 50 manat verəcək, həmin velosipedi ona qaytarsın. Rahib 50 manat vermiş və öz velosipedini götürmüşdür. Sonra məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 olmuş, onlar polis əməkdaşları tərəfindən saxlanılmışdır. 3-cü şəxsin adını və soyadaını bilməmişdir. Şahid6 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatladırılmasına baxmayaraq, o, məhkəmənin baxış iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbi barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdir. Məhkəmə şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, Xətai RPİ-nin 35-ci Polis Bölməsində Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 sentyabr 2019-cu il tarixdə Xətai RPİ-nin 35-ci PB-nə Amid adlı şəxsin narkotik vasitə heroin əldə etməsi barədə məlumat daxil olmuşdur. Bu barədə bölmənin rəhbərliyinə raportla məruzə olunmuş, əməliyyatqrupu yaradılmış və həmin qrupa daxil olmuşdur. Həmin gün, yəni 22 sentyabr 2019-cu il tarixdə saat 05 radələrində Xətai rayonu N.Tusi küçəsi 2 saylı binanın yaxınlığında Amid adlı adlı şəxsi yaxalamış və 35-ci PB-nə dəvət edilmişdir. Məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs1dur. Polis bölməsində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, üzərində qanunsuz əşya olduğu halda təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarının sağ yan cibidən bir ədəd bir ədəd siqaret kağızına bükülmüş olan bir ədəd maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Həmin kağız zərfə baxış keçirilən zaman içərisində olan maddənin tozşəkilli və qəhzəyi rəngdə olması müəyyən edilmişdir Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 həmin maddənin narkotik vasitə heroin olmasını və öz şəxsi istifadəsi üçün Xətai rayonu, Gəncə prospekti həyət evləri adlanan yerdə üzdən tanıdığı şəxsdən 15 manata almasını bildirmişdir. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid7 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatladırılmasına baxmayaraq, o, məhkəmənin baxış iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbi barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdir. Məhkəmə şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində o, digər Şahid6 ilə oxşar məzmunda ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid11 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatladırılmasına baxmayaraq, o, məhkəmənin baxış iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbi barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdir. Məhkəmə şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, 2002-ci ildə Kürdəmir rayonundan Bakı şəhərinə gəlmiş və həmin vaxtdan etibarən Bakı şəhərində yaşamışdır. Bakı şəhərində əlvan metalların qəbulu ilə məşğul olmuşdur. Müxtəlif ünvanlarda bununla bağlı obyektlər işlətmişdir. Sonuncu dəfə ünvan 27 ünvanda yerləşən icarəyə götürdüyü qarajda əlvan metal qəbulu ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 üzdən tanımışdır. O, bir neçə dəfə mis metal gətirmişdir. Hər hansı metal qəbul etdikdə metal gətirən şəxsdən şəxsiyyət vəsiqəsini istəmiş, olmadıqda neqativ hallara yol verilməməsi üçün həmin şəxsin şəklini mobil telefonu ilə çəkmişdir. 08.02.2021-ci il tarixdə günorta saatlarında işdə olduğu zaman Amid iş yerinə gələrək özü ilə elektrik kabel formasında mis metal gətirmişdir. İlkin olaraq onu qəbul etməmiş və ondan xahiş etmişdir ki, həmin kabeli əritsin. Bir neçə vaxt sonra Amid həmin kabeli əridilmiş formada gətirmiş, həmin naqillər kəsilmiş formada olmuş, ona bunun müqabilində 5 manat pul vermişdir. Bundan sonra səhəri gün həmin metalları metal yığan şəxslərə digər əlvan metallar ilə birlikdə satmışdır. Həmin kabelləri 5 manata alaraq sonradan 6 manata satmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 bir neçə dəfə onun üçün metal gətirdiyindən və bununla bağlı problem yaşanmadığına görə həmin metalların oğurlandığını bilməmiş və bu barədə şübhələnməmişdir. Sonradan polis bölməsinə dəvət olunduqda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 həmin naqilləri avtomobildən oğurlayaraq ona satmışdır. 10 gün müddətdir ki, A.Rəhimov küçəsi 12 saylı ünvanda yerləşən qarajı təhvil vermiş və heç bir yerdə işləmir. Bir neçə dəfə Amiddən metal qəbul etmiş və bu hadisədən qabaq heç bir problem ilə rastlaşmamış, buna görə də ondan metal qəbul etdikdə bu barədə şübhə etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 23 fevral 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir (i.v. 01, İ cild); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 22 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli olduğundan həmin tarixdə tutulmuşdur (i.v. 21, İ cild); Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Elxan Qəribov tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında 22 fevral 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 12:30 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, ünvan 17 ünvanın qarşısında saxlanılaraq Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs2 üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu heç bir etiraz etməyərək özü könüllü olaraq əynində olan qara rəngli gödəkçənin iç sağ cibindən içərisində 01 ədəd qızılı rəngli kağıza bükülmüş qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəyə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs2 həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olmasını, narkotik vasitəni Xətai rayonu Kənd Əhmədli adlanan ərazidə yaşadığı evin yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını demişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddə elektron tərəzi ilə çəkilmiş və miqdarı 0,32 qram olmasıə müəyyən edilmişdir. Bundan sonra axtarışda iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 üzərində axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş büküm baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır (i.v. 30-31, İ cild); məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 22 fevral 2021-ci il tarixli 6/776 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “...(imza) Təqsirləndirilən şəxs2...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,158 qram olan maddə kustarüsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 39-43, İ cild); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 22 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli olduğundan həmin tarixdə tutulmuşdur (i.v. 64, İ cild); Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Elxan Qəribov tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında 22 fevral 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, ünvan 17 ünvanın qarşısında saxlanılaraq Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs3 üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu heç bir etiraz etməyərək özü könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ cibindən içərisində 01 ədəd qızılı rəngli kağıza bükülmüş qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəyə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs3 həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olmasını, narkotik vasitəni “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını demişdir. Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş maddə elektron tərəzi ilə çəkilmiş və miqdarı 0,32 qram olmasıə müəyyən edilmişdir. Bundan sonra axtarışda iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs3 üzərində axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş büküm baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır (i.v. 73-74, İ cild); məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 23 fevral 2021-ci il tarixli 6/784 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində: “Təqsirləndirilən şəxs3” yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0.178 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 82-86, İ cild); Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Asiman İmaməlinin tərtib etdiyi 22 fevral 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Xətai rayonu, ünvan 16 ünvanın arxasında olan qapı-pəncərə sexində baş vermişdir. Bu barədə fotoşəkillər tərtib edilərək protokola əlavə edilmişdir (i.v. 91-93, İ cild); Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Asiman İmaməlinin tərtib etdiyi 22 fevral 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki,cinayət yolu ilə ələ keçirilmiş alüminum profillərin 32 ədədi kəsilmiş vəziyyətdə müəyyən edilərək götürülmüşdür. Bu barədə fotoşəkillər tərtib edilərək protokola əlavə edilmişdir (i.v. 95-97, İ cild); zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 111, İ cild); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 129-130, İ cild); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 143-144, İ cild); Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 12 fevral 2021-ci il tarixdən 21 fevral 2021-ci il tarixədək olan müddət ərzində həmin sexin qarşısına yığılmış profilləri tanışı Təqsirləndirilən şəxs3 ilə oğurlamasını, cinayət etdikdən sonra əldə etdikləri profilləri isə satmaq üçün hissələrə bölərək Xətai rayonu M.Müşfiq küçəsində yerləşən əlvanmetal qəbulu məntəqəsində gətirib orada işləyən tanımadığı şəxsə satdığını deyərək hadisə yerlərini göstərmiş və bu barədə protokol tərtib edilib fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v. 157, İ cild); Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, o, 12 fevral 2021-ci il tarixdən 21 fevral 2021-ci il tarixədək olan müddət ərzində həmin sexin qarşısına yığılmış profilləri tanışı Təqsirləndirilən şəxs2 ilə oğurlamasını, cinayət etdikdən sonra əldə etdikləri profilləri isə satmaq üçün hissələrə bölərək Xətai rayonu M.Müşfiq küçəsində yerləşən əlvan-metal qəbulu məntəqəsində gətirib orada işləyən tanımadığı şəxsə satdığını deyərək hadisə yerlərini göstərmiş və bu barədə protokol tərtib edilib fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v. 158-161, İ cild); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-64/2021 saylı, 24.02.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 234.1 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 22 fevral 2021-ci il tarixdən hesablanmışdır (i.v. 176- 178, İ cild); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-65/2021 saylı, 24.02.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 234.1 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 22 fevral 2021-ci il tarixdən hesablanmışdır (i.v. 179- 181, İ cild); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 10 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu barədə məlumat yoxdur (i.v. 196, İ cild); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 10 mart 2021-ci il tarixli cavabından görünür ki, Abbasov X8 Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01.05.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. (i.v.197-198, İ cild); Masallı Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 199-204); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 17.03.2021-ci il tarixli, 820 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi nəticəsində aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. (i.v. 209-210, İ cild); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 17.03.2021-ci il tarixli, 821 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. (i.v. 211-212, İ cild); Diskə baxış keçirilməsi haqqında 31 mart 2021-ci il tarixli qərardan görünür ki, Xətai RPİ-nin 34cü PŞ-nin inzibati binasının içərisində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu heç bir etiraz etməyərək özü könüllü olaraq əynində olan qara rəngli gödəkçəsinin sağ iç cibindən bir ədəd qızılı rəngli kağız bükümdə qəhvəyi rəngli tozşəkilli maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olmasını və Xətai rayonu, Kənd Əhmədli adlanan ərazidə yaşadığı evin yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almasını bildirmişdir. Aşkar edilmiş həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0.32 qram olmuşdur. Bundan sonra axtarışda iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilməmişdir. (i.v. 223, İ cild); Diskə baxış keçirilməsi haqqında 07 aprel 2021-ci il tarixli qərardan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasının içərisində Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu heç bir etiraz etməyərək özü könüllü olaraq əynində olan qara rəngli cins şalvarının sağ cibindən bir ədəd qızılı rəngli bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs3 həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olmasını və Bakı Metropolitenin “Xalqalar Dostluğu” stansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul müqabilində almasını bildirmişdir. Aşkar edilmiş həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0.32 qram olmuşdur. Bundan sonra axtarışda iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilməmişdir. (i.v. 230, İ cild); cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 22 aprel 2021-ci il tarixli qərardan görünür ki, Xətai RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 234.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, hər iki cinayət işi eyni şəxsin barəsində olduğundan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək ********* nömrə altında cinayət işinin istintaqı davam etdirilmişdir ( İ cild, i.v. 242-245); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 fevral 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1-2, 2 cild); Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı Nicat İslamlının tərtib etdiyi 18 fevral 2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanan bir ədəd kollektor müəyyən edilərək götürülmüşdür (i.v. 10, 2 cild); Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı Nicat İslamlının tərtib etdiyi 18 fevral 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət hadisəsi ünvan 30 ünvanda yerləşən avtomobildə baş vermişdir. Bu barədə fotoşəkillər tərtib edilərək protokola əlavə edilmişdir (i.v. 16-19, 2 cild); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 18 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli olduğundan həmin tarixdə tutulmuşdur (i.v. 41, İİ cild); Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı Nicat İslamlı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında 18 fevral 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 19 radələrində ünvan 13 ünvanın qarşısında saxlanılaraq Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs1 üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu heç bir etiraz etməyərək özü könüllü olaraq əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd qızılı rəngli falqa kağızına bükülmüş qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitəyə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olmasını demişdir. Bundan sonra axtarışda iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 üzərində axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş büküm baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır (i.v. 50-51, İİ cild); məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 19 fevral 2021-ci il tarixli 6/742 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs1” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,193 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına İ siyahısına daxildir (i.v. 50-51, İİ cild); zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Sahibəli oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 68, İİ cild); zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 80, İİ cild); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 20 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 97-98, İİ cild); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-54/2021 saylı, 20.02.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 234.1 və 177.2.2-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 18 fevral 2021-ci il tarixdən hesablanmışdır (i.v. 125- 128, İİ cild); cinayət işinin icraatının təzələnməsi, icraata qəbul edilməsi və birləşdirilməsi haqqında 23 fevral 2021-ci il tarixli qərardan görünür ki, Xətai RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş, icraata qəbul edilmiş və ********* nömrəli cinayət işi ilə birləşdirilərək ********* nömrə altında cinayət işinin istintaqı davam etdirilmişdir ( İİ cild, i.v. 130-131); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 134, 2 cild); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 22 sentyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli olduğundan həmin tarixdə tutulmuşdur (i.v. 152, İİ cild); Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı, polis kapitanı Elbrus Məmmədov tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında 22 sentyabr 2019-cu il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 05 radələrində ünvan 32 ünvanın qarşısında saxlanılaraq Xətai RPİ-nin 35-ci PBnə gətirilmiş Təqsirləndirilən şəxs1 üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu heç bir etiraz etməyərək özü könüllü olaraq əynində olan qara rəngli idman şalvarının ssağ cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü təqdim edərək bildirmişdir ki, həmin maddə narkotik vasitə olan heroindir. Təqsirləndirilən şəxs1 həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin maddəni bir gün əvvəl Xətai rayonu Gəncə prospektində həyət evləri adlanan ərazidə üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 15 manat pul müqabilində almasını demişdir. Bundan sonra axtarışda iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 üzərində axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş büküm baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır (i.v. 163-164, İİ cild); məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 22 sentyabr 2019-cu il tarixli 23988 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “......Şahid6........” sözləri və imzalar olanbir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 0,592 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına İ siyahısınadaxildir (i.v. 172-175, İİ cild); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 23 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 184-185, İİ cild); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-540/2019 saylı, 23.09.2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin və təqdimatın təmin olunmasından imtina edilmiş, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından azad edilmişdir (i.v. 202-206, İİ cild); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 23 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 207, İİ cild); cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında 24 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, Xətai RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, hər iki cinayət işi eyni şəxsin barəsində olduğundan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək ********* nömrə altında cinayət işinin istintaqı davam etdirilmişdir ( İİ cild, i.v. 215-216); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 23 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 218, 2 cild); Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Asiman İmaməlinin tərtib etdiyi 21 sentyabr 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət hadisəsi ünvan 34 ünvanda yerləşən binanın qarşısında saxlanılmış avtomobildə baş vermişdir. Bu barədə fotoşəkillər tərtib edilərək protokola əlavə edilmişdir (i.v. 223-225, 2 cild); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 23 sentyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan əməli törətməkdə şübhəli olduğundan həmin tarixdə tutulmuşdur (i.v. 242-243, İİ cild); zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 6, İİİ cild); əməlin tövsif edilməsi haqqında 24 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (İİİ cild, i.v. 12-13); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 24 sentyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan əməli törətməkdə şübhəli olduğundan həmin tarixdə tutulmuşdur (i.v. 18, İİ cild); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 28-29, İİİ cild); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 41-42, İİİ cild); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-549/2019 saylı, 25.09.2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin və təqdimatın təmin olunmasından imtina edilmiş, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından azad edilmişdir (i.v. 66-71, İİİ cild); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-551/2019 saylı, 25.09.2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin və təqdimatın təmin olunmasından imtina edilmiş, Təqsirləndirilən şəxs4 məhkəmə iclas zalından azad edilmişdir (i.v. 72-76, İİİ cild); qətimkan tədbirinin qüvvədə qalması haqqında 25 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. (i.v. 77-78, İİİ cild); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 25 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 80-81, İİİ cild); Təqsirləndirilən şəxs4 ifadəsi yerində yoxlanılması zamanı o, 20 sentyabr 2019-cu il tarixdə saat 22 radələrində ünvan 34 ünvanda yerləşən binanın 5-ci girşinin 2-ci mərtəbəsində yerləşən anbarın taxta qapısını tanışı Təqsirləndirilən şəxs1 sındıraraq oradan bir ədəd uşaq üçün və bir ədəd böyük velosipedləri oğurladığını deyərək hadisə yerlərini göstərmiş və bu barədə protokol tərtib edilib fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v. 87-88, İİİ cild); Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rəşad Cəfərovun tərtib etdiyi 04 oktyabr 2019-cu il tarixli əşyaya baxış keçirilməsi barədə protokoldan görünür ki, təqdim olunmuş bir ədəd böyük ölçülü velosiped tündboz rənglidir, “Hercules” markalıdır, təkərləri adi velosiped təkəridir, təkərlərin üzərində qara rəngli qənədləri var. X3 bildirmişdir ki, həmin velosipedi 2019-cu ilin sentyabr ayının 20-dən 21nə keçən gecə o binanın girişinin pilləkəni altında 1-ci mərtəbədə yerləşən anbardan oğurlanmış və onun tərəfindən 1-2 oktyabr 2019-cu il tarixdə aşkar olunaraq evinə gətirilmişdir. Bu barədə fotoşəkillər tərtib edilərək protokola əlavə edilmişdir (i.v. 94-95, İİİ cild); İltizamdan görünür ki, “Hercules” markalıdır velosiped X2 qaytarılmışdır (i.v. 96, İİİ cild); təqsirləndirilən şəxsin qətimkan tədbirinin şərtini pozduğu üçün barəsində axtarış elan edilməsi haqqında 31 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olunmuşdur. (i.v. 111, İİİ cild); cinayət işi üzrə icraatın dayandırılması haqqında 31 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 114, İİİ cild); cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul olunması haqqında 18 noyabr 2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzəlnmiş və icraata qəbul edilərək istintaq davam etdirilmişdir (i.v. 121, İİİ cild); ifadənin yerində yoxlanması haqqında 19 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin düzgünlüyünü yoxlamaq və hadisə yerini dəqiqləşdirmək məqsədi ilə Quliyev Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə hadisə yerinə gedilmiş, Təqsirləndirilən şəxs1 hadisə yerini göstərmiş və hadisəni əyani təsvir etmişdir. Hadisə yerində çəkilmiş fotoşəkillər iş materiallarına əlavə edilmişdir (i.v. 126-127, İİİ cild); qətimkan tədbirinin qüvvədə qalması haqqında 20 noyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. (i.v. 128, İİİ cild); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 20.11.2019-cu il tarixli, 2751 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi nəticəsində aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. (i.v. 142-143, İ cild); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 noyabr 2019cu il tarixli, 25902 nömrəli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, mağazalarda, təzə və köhnə velosiped satışı şəbəkələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilən əvəllər istifadə olunmuş “Hercules” adlı 26 ölçülü velosipedin işlənmiş vəziyyətdə 20 sentyabr 2019-cu il tarixə, köhnəlməsi nəzərə alınmaqla respublikadaxili ortabazar satış qiyməti təxminən 455,00 manat müəyyən edilir. (i.v. 144-147, İİİ cild); ittihamın dəyişdirilməsi haqqında 17 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 elan edilmiş ittiham dəyişdirilmiş, barəsində seçilmiş qətimkan tədbiri qüvvəsində saxlanılmış və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. (i.v. 151, İİİ cild); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 17 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 152-153, İİİ cild); ittihamın dəyişdirilməsi haqqında 24 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham dəyişdirilmiş, barəsində seçilmiş qətimkan tədbiri qüvvəsində saxlanılmış və ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. (i.v. 161-162, İİİ cild); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 168-169, İİİ cild); maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, “Hercules” markalıdır velosiped maddi sübut kimi tanınmış və X2 qaytarılmışdır (i.v. 180, İİİ cild); təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 25 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olunmuşdur. (i.v. 05-06, İV cild); təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 25 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində axtarış elan olunmuşdur. (i.v. 08, İV cild); cinayət işi üzrə icraatın dayandırılması haqqında 25 yanvar 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 11-12, İV cild); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 02.05.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 məhkumluğu barədə məlumat yoxdur (i.v. 18-19, İV cild); Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə edilir (i.v 25, İV cild); cinayət əməlin tövsif edilməsi haqqında 24 fevral 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə başlanmış ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələrindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (İV cild, i.v. 29-31); cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 01 mart 2021-ci il tarixli qərardan görünür ki, Xətai RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək ********* nömrə altında cinayət işinin istintaqı davam etdirilmişdir ( İV cild, i.v. 33-34); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 yanvar 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 38, İV cild); Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Rauf Məmmədovun tərtib etdiyi 07 yanvar 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət hadisəsi ünvan 35 ünvanın qarşısında saxlanılmış avtomobildə baş vermişdir. Bu barədə fotoşəkillər tərtib edilərək protokola əlavə edilmişdir (i.v. 43-45, İV cild); zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərəçəkmiş şəxs qismində tanınmışdır (i.v.63, İV cild); Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Elbrus Məmmədovun tərtib etdiyi 11 fevral 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində saxlanılmış avtomobildə baş vermişdir. Bu barədə fotoşəkillər tərtib edilərək protokola əlavə edilmişdir. (i.v.91-92, İV cild); Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Asiman İmaməlinin tərtib etdiyi 13 fevral 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 2347/48 ünvanın qarşısında saxlanılmış avtomobildə baş vermişdir. Bu barədə fotoşəkillər tərtib edilərək protokola əlavə edilmişdir. (i.v.106- 108, İV cild); zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərəçəkmiş şəxs qismində tanınmışdır ( i.v.121-122, İV cild); zərərçəkmiş şəxs qismində tanınma haqqında 06 mart 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərəçəkmiş şəxs qismində tanınmışdır ( i.v.134- 135, İV cild); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 03 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 166-167, İV cild); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 09.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (i.v. 184-185, İV cild); ifadənin yerində yoxlanması haqqında 15 aprel 2021-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin düzgünlüyünü yoxlamaq və hadisə yerini dəqiqləşdirmək məqsədi ilə Quliyev Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə hadisə yerinə gedilmiş, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılması zamanı o, 07 yanvar 2021-ci il tarixdə saat 02 radələrində ünvan 36 ünvanın qarşısındasaxlanılmış avtomobilin pəncərəsini sındıraraq avtomobildən iki ədəd əl çantası, bir ədəd fotoaparat, iki ədəd qol saatı, idman əlcəkləri və iki ədəd mobil telefon oğurladığını deyərək hadisə yerlərini göstərmiş və bu barədə protokol tərtib edilib fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v. 197-199, İV cild); ifadənin yerində yoxlanması haqqında 15 aprel 2021-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin düzgünlüyünü yoxlamaq və hadisə yerini dəqiqləşdirmək məqsədi ilə Quliyev Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə hadisə yerinə gedilmiş, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılması zamanı o, 08 fevral 2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 138 saylı ünvanda yerləşən avtoservisin yaxınlığında saxlanılan “BMW 524” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındıraraq tanışı Təqsirləndirilən şəxs3 ilə avtomobilə aid bir ədəd ehtiyyat hissəni (kollektor) oğurladığını deyərək hadisə yerlərini göstərmiş və bu barədə protokol tərtib edilib fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v. 200-202, İV cild); ifadənin yerində yoxlanması haqqında 15 aprel 2021-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin düzgünlüyünü yoxlamaq və hadisə yerini dəqiqləşdirmək məqsədi ilə Quliyev Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə hadisə yerinə gedilmiş, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılması zamanı o, 08 fevral 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 138 saylı ünvanda yerləşən avtoservisin yaxınlığında saxlanılmış “BMW E39” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edərək avtomobildən elektrik naqilini oğurladığını deyərək hadisə yerlərini göstərmiş və bu barədə protokol tərtib edilib fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v. 203-206, İV cild); ifadənin yerində yoxlanması haqqında 15 aprel 2021-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin düzgünlüyünü yoxlamaq və hadisə yerini dəqiqləşdirmək məqsədi ilə Quliyev Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə hadisə yerinə gedilmiş, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılması zamanı o, 10 fevral 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 138 saylı ünvanda yerləşən avtoservisin yaxınlığında saxlanılmış “Opel Vectra” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını özü ilə gətirdiyi açarla açıb avtomobildən bir ədəd maqnitafon və bir ədəd videoqeydiyyat cihazını, dörd ədəd səs gücləndirici, avtomobilin arxa yük yerindən bir ədəd ehtiyyat təkərini, açar dəstini, müxtəlif növ təmir avadanlıqlarını və 4 litr həcmdə yağı oğurladığını deyərək hadisə yerlərini göstərmiş və bu barədə protokol tərtib edilib fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v. 207-209, İV cild); ifadənin yerində yoxlanması haqqında 15 aprel 2021-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin düzgünlüyünü yoxlamaq və hadisə yerini dəqiqləşdirmək məqsədi ilə Quliyev Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə hadisə yerinə gedilmiş, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılması zamanı o, 13 fevral 2021-ci il tarixdə saat 01 radələrində ünvan 37 ünvanın qarşısında saxlanılmış “VAZ-21074” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını özü ilə gətirdiyi açarla açıb avtomobildən bir ədəd maqnitafonu, 120 manat pul vəsaitini və yanacaq oğurladığını deyərək hadisə yerlərini göstərmiş və bu barədə protokol tərtib edilib fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v. 210-212, İV cild); Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Mahmud Quliyevin tərtib etdiyi 15 aprel 2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 138 saylı ünvanda yerləşən avtoservisin yaxınlığında saxlanılan “BMW 524” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmış bir ədəd kollektor X4 tanınmaya təqdim edilmiş, sonuncu da həımin kollektorun Təqsirləndirilən şəxs3 ilə birlikdə oğurladıqları kollektor olmasını bildirmişdir (i.v. 213, İV cild); təqsirləndirilən şəxsə elan olunmuş ittihama əlavələr olunaraq ona yenidən ittiham elan edilməsi haqqında 16 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (i.v. 221-225, İV cild); diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasının içərisində xidməti otaqların birində baxış keçirilən zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd bir fayıldan ibarət DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində bir ədəd “mp4” formatlı videogörüntü mövcuddur. Həmin videogörüntünün adı “İMG_9929” adı ilə qeyd olunmuşdur. “İMG_9929” saylı fayla baxış keçirdikdə, həmin faylın 06 dəqiqə 10 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X11 özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirəcəyini elan edir. Videogörüntünün 44-cü saniyəsindən etibarən təhqiqatçı Təqsirləndirilən şəxs1 özünü təqdim etməsini və anket məlumatları barədə məlumat verməsini təklif edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təhqiqatçının bu tələbindən sonra özünü təqdim edərək anket məlumatları barədə məlumat verməyə başlayır. Videogörüntünün 01-ci dəqiqəsinin 05-ci saniyəsindən etibarən təhqiqatçı Təqsirləndirilən şəxs1 CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah oldunduğunu bildirdi. Videogörüntünün 01ci dəqiqəsinin 28-ci saniyəsindən etibarən təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs1 CPM-nin 246-cı maddəsində nəzərdə tutulmuş müddəalar ilə tanış edir. Videogörüntünün 02-ci dəqiqəsinin 29cu saniyəsində təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd qızılı rəngli falqa kağınıza bükülmüş qəhvəyi rəngli, spesifik iyə məxsus, tozşəkilli narkotik vasitə heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoyur. Videogörüntünün 02-ci dəqiqəsinin 49-cu saniyəsindən etibarən təhqiqatçı Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirdir və üzərində digər hər hansı əşya və ya predmet aşkar olunmur. Videogörüntünün 02-ci dəqiqəsinin 57-ci saniyəsində təhqiqatçı aşkar edilmiş maddənin nə olması barədə şübhəli şəxs Təqsirləndirilən şəxs1 sual verir. Suala cavab olaraq Təqsirləndirilən şəxs1 masanın üzərinə qoyduğu bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu bildirdi. Bundan sonra təhqiqatçı narkotik vasitəni haradan əldə etməsi barədə sual verdikdə Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirdi. Videogörüntünün 03-cu dəqiqəsinin 24-cü saniyəsindən etibarən narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilir və çəkisi 0,46 qram təşkil edir. Daha sonra həmin kütlə zərfə qoyularaq qablaşdırılır. Bundan sonra zərf iştirakçılar tərəfindən imzalanır. Videogörüntünün 05-ci dəqiqəsinin 55-ci saniyəsində təhqiqatçı istintaq hərəkətinin başa çatdığını iştirakçılara elan edir və şübhəli şəxs Təqsirləndirilən şəxs1 hər hansı şikayət və vəsatətinin olub-olmadığını soruşur. Cavabında Təqsirləndirilən şəxs1 heç bir şikayət və vəsatətinin olmadığını bildirir. (i.v. 240, İV cild); təqsirləndirilən şəxsə elan olunmuş ittihama əlavələr olunaraq ona yenidən ittiham elan edilməsi haqqında 18 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (i.v. 247-249, İV cild); protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 və X5 üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilmiş narkotik vasitələrin çəkildiyi elektron tərəzinin düzgün işləyib-işləməməsini yoxlamaq üçün nümunə aparılmış, tərəzinin çəkiləri düzgün göstərməməsi müəyyən edilmişdir (i.v. 16, V cild); Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasının 16 aprel 2021-ci il tarixli, 108 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan bir ədəd istifadə olmuş “BMW524” markalı avtomobilə məxsus mühərrik kollektorunun dəyəri 200.00 manat, istifadədə olmuş, bir dəst “BMW Alpina B10” markalı avtomobilə məxsus elektrik naqillərinin dəyəri 150 manat, bir ədəd “Nokıa” markalı, E66 modelli mobil telefonun dəyəri 40 manat, bir ədəd “Samsung” markalı, S2 modelli mobil telefonun dəyəri 60 manat, bir ədəd “Pioneer” markalı avtomobil üçün nəzərdə tutulmuş maqnitolanın dəyəri 50 manat, bir ədəd “Samsung” markalı rəqəmsal fotoaparatın dəyəri 70 manat, qeyd olunan 5 adda əmlakın nəzəri hesablama yolu ilə 2021-ci ilin fevral ayına orta bazar qiyməti ilə ümumi dəyəri 370.0 manat müəyyən edilir. (i.v. 21-24, V cild); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 19.04.2021-ci il tarixli, 1143 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən sui istifadə edilməsi nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. (i.v. 25- 26, V cild); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2021-ci il tarixli, 9/2146 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş istifadəyə yararsız vəziyyətdə olan 29 kq çəkiyə malik alüminum profillərin metal qırıntı kimi 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 58,00 (29 kq x 2 man) manat müəyyən edilir. (i.v. 27-29, V cild); diskə baxış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasının içərisində xidməti otaqların birində baxış keçirilən zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd bir fayıldan ibarət DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 01 ədəd fayıl vardır, fayılda olan videogörüntü 22 sentyabr 2019-cu tarixdə çəkilmiş, çəkilmiş videoçəkilişdən görünür ki, Xətai RPİ-nin 35-ci Polis Bölməsinin inzibati binasının içərisində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu heç bir etiraz etməyərək özü könüllü olaraq əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim edərək həmin bükümdə olan maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. Həmin büküm polis əməkdaşı tərəfindən açılmış və içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin maddənin narkotik vasitə heroin olmasını və Xətai rayonu Gəncə prospektində həyət evləri adlanan ərazidə üzdən tanıdığı və adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 15 manata almasını almasını demişdir. Bundan sonra axtarışda iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilməmişdir. (i.v. 42, V cild); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 01 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 oğlunun əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4 və 234.1ci maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 234.1, X7 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4, 234.1, Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs, Təqsirləndirilən şəxs4 isə barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbirlər nəzərə alınmış, ərərçəkmiş şəxs və şahid ifadələri, götürmə, diskə, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması, tanınmaya təqdim etmə, protokolları və ekspertiza rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs2 Masallı rayon məhkəməsinin 22.05.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan əvvəllər məhkum edilmiş şəxs hesab edilsin və residiv kimi qiymətləndirimişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,158 qram maddə küstləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,178 qram qəhvəyi rəngli tozşəkilli maddə küstləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,193 qram qəhvəyi rəngli tozşəkilli maddə küstləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,592 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 0,108 qram narkotik vasitə heroin, qalıq 0,128 qram narkotik vasitə heroin, qalıq 0,143 qram narkotik vasitə heroin və qalıq 0,542 qram narkotik vasitə heroin cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman çəkilmiş özündə videogörünütləri əks etdirən dörd ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınsın və cinayət işinə əlavə edilmişdir. Bir ədəd “Hercules” adlı 26 ölçülü velosdiped, bir ədəd istifadə olmuş “BMW524” markalı avtomobilə məxsus mühərrik kollektoru, bir dəst “BMW Alpina B10” markalı avtomobilə məxsus elektrik naqili, bir ədəd “Nokia” markalı, E66 modelli mobil telefon, bir “Samsung” markalı, S2 modelli mobil telefon, bir ədəd “Pioneer” markalı avtomobil üçün nəzərdə tutulmuş maqnitolan, bir ədəd “Samsung” markalı rəqəmsal fotoaparat və 29 kiloqram çəkiyə malik alüminum profillər iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün sahiblərinə təhvil verilmişdir. (i.v. 43-88, V cild); Məhkəmə istintaqı zamanı video disklərə baxış keçirilmiş, disklərdə olan video görüntülərin məhkəmə baxışı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında protokolda göstərilənlərlə oxşar olduğu müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların qismən etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs6 məxsus ünvan 34 ünvandan oğurluğu tək etməsi, ittihamda göstərilən digər oğurluqları isə etməməsi Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 ilə bir dəfə oğurluq etməsi, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 ilə oğurluq etməməsi barədə ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə nəzərə alır ki, zərərçəkmiş şəxslərə və şahidə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq dövründə, məhkəmə baxışında vermiş olduğu və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadələri ilə təqsirləndirilən şəxslərin ifadələri təkzib edilmişdir. Məhkəmə, şahidə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Digər tərəfdən, təqsirləndirilən şəxslərin törətdiyi bütün oğurluq cinayətləri üzrə ifadələrinin düzgünlüyünü yoxlamaq və hadisə yerini dəqiqləşdirmək məqsədi ilə müdafiəçilərinin iştirakı ilə hadisə yerinə gedilmiş, təqsirləndirilən şəxslərin ifadələri yerində yoxlanılması zamanı onlar oğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişlər. İstintaq zamanı təqsirləndirilən şəxslərin müdafiəçisinin iştirakı ilə dəfərlələ ifadəsi alınmış, həmin ifadələrində də onlar etdikləri əməlləri etiraf edərək olduğu kimi təsvir etmişlər. Təqsirləndirilən şəxslər həm təhqiqat, həm də istintaq zamanı vermiş olduqları ifadələrində elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ümumiyyətlə polis əməkdaşları tərəfindən onlara təziq və təsir edilməsi barədə hər hansı xüsusat bildirməmiş, bu barədə müraciətləri olmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdiyi əməllər Cinayət Məcəlləsinin onla elan edilmiş müvafiq maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,158, 0,178, 0,592, 0,193 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın— ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir; «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini (CM-59.2) Zərərçəkmiş şəxs6 ilə barışıq əldə etməsini (59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 Sahib oğlunun məsuliyyətini ağırlaşdıran hal (CM-nin 234.1-ci maddəsinə münasibətdə) cinayətlərin təkrar törədilməsidir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) himayəsində iki azyaşlı uşağının olmasını (CM-59.1.4.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, gənc olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs4 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, gənc olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini (CM-59.2) zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ondan şikayət və tələbinin olmamasını (59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs4 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəza növlərindən daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.4 və 234.1-ci maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə Təqsirləndirilən şəxs2 az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı, təyin ediləcək cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.2, 177.2.4 və 234.1-ci maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə Təqsirləndirilən şəxs3 az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, təyin ediləcək cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 38 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs4 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut - Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 0,108 qram, 0,128 qram, 0,143 qram və 0,542 qram narkotik vasitə heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübutlar - bir ədəd “Hercules” adlı 26 ölçülü velosdipedin, bir ədəd istifadə olmuş “BMW524” markalı avtomobilə məxsus mühərrik kollektorun, bir dəst “BMW Alpina B10” markalı avtomobilə məxsus elektrik naqilin, bir ədəd “Nokıa” markalı, E66 modelli mobil telefonun, bir ədəd “Samsung” markalı, S2 modelli mobil telefonun, bir ədəd “Pioneer” markalı avtomobil üçün nəzərdə tutulmuş maqnitolanın, bir ədəd “Samsung” markalı rəqəmsal fotoaparatın və 29 kq çəkiyə malik alüminum profillərin sahibləri zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 22 sentyabr 2019-cu il tarixdən 23 sentyabr 2019-cu il tarixədək tutulub saxlanıldığı 01 (bir) gün, 24 sentyabr 2019-cu il tarixdən 25 sentyabr 2019-cu il tarixədək tutulub saxlanıldığı 01 (bir) gün, ümumilikdə 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 18 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 22 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 22 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4nın 23 sentyabr 2019-cu il tarixdən 25 sentyabr 2019-cu il tarixədək saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün, təyin olunmuş 02 (iki) müddətində azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs4nın üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 yaşadığı ünvan 39 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs4 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs4nın yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsi həvalə edilsin. Təqsirləndirilən şəxs4nın cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 0,108 qram, 0,128 qram, 0,143 qram və 0,542 qram narkotik vasitə heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 04 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübutlar - bir ədəd “Hercules” adlı 26 ölçülü velosdipedin, bir ədəd istifadə olmuş “BMW524” markalı avtomobilə məxsus mühərrik kollektorun, bir dəst “BMW Alpina B10” markalı avtomobilə məxsus elektrik naqilin, bir ədəd “Nokıa” markalı, E66 modelli mobil telefonun, bir ədəd “Samsung” markalı, S2 modelli mobil telefonun, bir ədəd “Pioneer” markalı avtomobil üçün nəzərdə tutulmuş maqnitolanın, bir ədəd “Samsung” markalı rəqəmsal fotoaparatın və 29 kq çəkiyə malik alüminum profillərin sahibləri zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 229 (iki yüz iyirmi doqquz) manat, Təqsirləndirilən şəxs2 106,82 (bir yüz altı, səksən iki) manat, Təqsirləndirilən şəxs3 139 (bir yüz otuz doqquz) manat və Təqsirləndirilən şəxs4 25 (iyirmi beş) manat ekspertiza xərci tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar