Məhkəmə qərarları › İş №1(011)-272/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-272/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-272/2020 13.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Əkbərov Sadiq Şamil oğlunun, müdafiəçilər – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili İbadov İlham İbad oğlunun, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Merdiyeva İlhamə Əziz qızının, zərərçəkmiş şəxs Rzayeva Tamilla Nurəddin qızının, nümayəndəsi – Fərdi qaydada fəaliyyət göstərən vəkil Əzizli Nəvazi Vidadi oğlunun, təqsirləndirilən şəxs İsmayılov Yəhya Rauf oğlunun iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan İsmayılov Yəhya Rauf oğlunun Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən İsmayılov Yəhya Rauf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, rüsvayedici məlumatlar yaymaq və hədə qorxu ilə əmlak əldə etmək məqsədilə tanışı Rzayeva Tamilla Nurəddin qızı barəsində şərəf və ləyaqətini alçaldan, rüsvayedici məlumatlar yayacağı ilə, həmçinin özünü və uşaqlarını öldürəcəyi ilə hədə-qorxu gəlib ünvan 2 ünvanında yerləşən «Gallery Lux» otelin otağında cinsi əlaqədə olduqları vaxt mobil telefon vasitəsi ilə qeydə aldığı videogörüntü çəkilişini, çəkilmiş videogörüntülərin isə əxlaqsız formada montaj edilməsi barədə bildirməklə, həmin videogörüntülərin sosial şəbəkələr vasitəsi ilə ailə üzvlərinə və yaxınlarına göstərib yayacağı hədəsi ilə sonuncudan pul tələb edib 2018-ci ilin iyul ayının axırlarında Bakı şəhəri Xətai rayonu Nobel prospekti 25 ünvanında yerləşən Ağ şəhər ərazisində 600 manat pulunu hədə-qorxu yolu ilə tələb edib almaqla ələ keçirmişdir. Bununla da, İsmayılov Yəhya Rauf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Lakin məhkəmə baxışının nəticəsində İsmayılov Yəhya Rauf oğluna qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs Rzayeva Tamilla Nurəddin qızı ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2014-cü ilin may ayının 10-da Rzayev Ruslan Qulam oğlu ilə ailə həyatı qurmuş və birgə nikahdan iki övladları var. İsmayılov Yəhya Rauf oğlu ilə təsadüfən 2009-cu il tarixdə Yəhyanın yaşadığı məhəlləyə gələn zaman tanış olmuş, tanışılıq zamanı Yəhya onun mobil telefon nömrəsini götürmüş və bundan sonra mobil telefon vasitəsi ilə dost kimi danışıb hal-əhval tutmuşlar. Yəhya ilə hərdən bir dostlarının ad günündə və yaxud da hansısa restoranda görüşmüşlər. 2011-ci il tarixdə anası rəhmətə getdiyi vaxt Yəhya qəbr üstünə gəlib ona baş sağlığı vermiş və həmin vaxtdan da 2017-ci il tarixədək Yəhyanı görməmişdir. Belə ki, həmin vaxtları Yəhya həbs olunduğu üçün onu görməmişdir. 2018-ci ildə Yəhya həbsdən buraxıldığı vaxtdan sonra yenidən onunla mobil telefon və sosial şəbəkələr vasitəsi ilə danışmağa başlamışdır. 2018-ci ilin iyul və yaxud da avqust ayında Yəhya ilə Bakı şəhəri Xətai rayonu Ağ şəhər Nobel prospekti 25 ünvanında yerləşən Biznes Mərkəzində görüşüb söhbət etmişlər. Sonradan isə Yəhya mütəmadi zəng edib onunla görüşməyini xahiş etmiş, o, da onunla şəhərdə görüşüb söhbət etmişlər. 2018-ci ilin noyabr ayının axırlarında Yəhya ünvan 2 ünvanında yerləşən «Gallery» adlı otelə gedib orada söhbət etmələrini demiş, Yəhya ilə razılaşmış, saat təxminən 17 radələrində Yəhya ilə həmin otelə gedib otelin otağında cinsi əlaqədə olub kinoya baxdıqdan sonra oradan çıxıb getmişlər. Daha sonra isə mütəmadi olaraq Yəhya ilə həmin oteldə görüşüb cinsi əlaqədə olmuş, bu hal 2019-cu ilin təxminən dekabr ayına qədər davam etmişdir. 2018-ci ilin noyabr ayının axırlarından Yəhya ona onunla oteldə cinsi əlaqədə olduqları videonu göstərərək ona pul verməsə həmin videonu internetə qoyacağını, ərinə göstərib onu biabır edəcəyini, həmçinin ərini iş yerində biabır edəcəyini demişdir. Yəhya ona məxsus «İPHONE 6+» markalı mobil telefonunu ondan almış, sonra qaytarmış, şəxsi şəkillərini və videolarını mobil telefonundan götürmüşdür. 2018-ci ilin noyabr ayında Yəhya ona pul verməsə cinsi əlaqədə olduqları videonu internetdə paylaşacağını demiş, o, da qorxusundan birinci dəfə Xətai rayon ərazisində yerləşən ağ şəhərdə Yəhyaya 600 manat pul vermişdir. Daha sonra isə hissə-hissə, dəqiq tarixləri yadında qalmayan gündə, ümumilikdə Yəhya ondan hədə qorxu ilə əlavə 2400 manat pul almışdır. Həmin pulları Yəhya ondan Xətai rayonu Ağ şəhər ərazisində 2018-ci ilin noyabr ayından, 2019-cu ilin sentyabr ayına qədər olan vaxtlarda ümumilikdə 3000 manat pul almışdır. Həmin pulları Yəhya ona onunla aralarında olan cinsi əlaqədə olduqları videonu internetdə yayacağı adı ilə hədə- qorxu gəlib almışdır. 2019-cu ilin sentyabr ayından sonra Yəhya yenidən ondan pul tələb etsə də o, Yəhyaya artıq pulunun olmamasını demişdir. Axırıncı dəfə isə xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində o, Yəhya ilə Xətai rayon ərazisində yerləşən «Gallery» otelinin içərisində görüşmüş, Yəhya yenidən orada ondan pul tələb etməyə başlamışdır. O, Yəhyaya pulunun olmamasını demiş, Yəhya cinsi əlaqədə olduqları videoları göstərəcəyini demiş, o, da Yəhyaya onunla görüşməyəcəyini, veriləsi pulunun olmadığını demişdir. Yəhya orada onu ağır söyüşlərlə söyüb təhqir etmiş, sonra otelin içərisində onu əlləri ilə döyməyə başlamış, pul verməsini, əgər pul verməsə onunla cinsi əlaqədə olmasını demiş, əlləri ilə onu döyüb bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirmişdir. xx xxxxxx 2020-ci il tarixdə Yəhya yenidən zəng edib onunla görüşməli olduğunu demiş, Yəhyaya onunla görüşməyəcəyini, bir də onu narahat etməməsini demişdir. xx xxxxxx 2020-ci il tarixdə Xətai RPİ-nə şikayət etməyi qərar almış, həmin günü Xətai RPİ-nə gəlib Yəhyanın qanunsuz hərəkətləri barədə şikayət ərizəsi yazmış və məhkəmə-tibbi ekspertizası müayinəsindən keçmişdir. Yəhya birinci dəfə 2018-ci ilin noyabr ayının axırlarında Xətai rayon ərazisində yerləşən Ağ şəhərdə ondan 600 manat pulunu hədə-qorxu yolu ilə tələb edib ələ keçirmiş, ikinci dəfə yenidən 2018-ci ilin dekabr ayının axırlarında Xətai rayon ərazisində yerləşən Ağ şəhərdə onun 500 manat pulunu hədə-qorxu yolu ilə tələb edib ələ keçirmiş, üçüncü dəfə yenidən 2019-cu ilin yanvar ayının axırlarında Xətai rayon ərazisində yerləşən Ağ şəhərdə onun 600 manat pulunu hədə-qorxu yolu ilə tələb edib ələ keçirmiş, dördüncü dəfə yenidən 2019-cu ilin iyun ayının axırlarında Xətai rayon ərazisində yerləşən Ağ şəhərdə onun 600 manat pulunu hədə-qorxu yolu ilə tələb edib ələ keçirmiş, beşinci dəfə isə yenidən 2019-cu ilin sentyabr ayının axırlarında Xətai rayon ərazisində yerləşən Ağ şəhərdə ondan 700 manat pulunu, ümumilikdə isə beş dəfəyə 3000 manat pulunu hədə-qorxu yolu ilə tələb edib ələ keçirmişdir. Yəhya 3000 manat pulu hədə-qorxu yolu ilə ondan beş dəfəyə almışdır. Həmçinin, 2018-ci ilin təxminən iyul ayının axırlarında Yəhya zəng edib ona məhkəmədə cərimə ödəmək üçün təcili 600 manat pul lazım olmasını, həmin 600 manat pulu iki həftəyə qaytaracağını demiş, o, da 600 manat pulu düzəldib Səbail rayon Məhkəməsinin qarşısına gəlib Yəhyaya vermişdir. Həmin pulu Yəhyaya könüllü vermiş, Yəhya həmin pulu alarkən ona hədə-qorxu gəlməmişdir. Bundan 2-3 gün sonra Yəhya zəng edib ona təcili 600 manat pul lazım olmasını demiş, o da Yəhyaya ona yenicə 600 manat pul verdiyini, pulu iki həftəyə qaytaracağına söz verdiyini demiş, Yəhya da telefonda əgər təcili ona 600 manat pul verməsə cinsi əlaqədə olduqları vaxt mobil telefonu vasitəsi ilə çəkilmiş videoçəkiliş olduğunu, onun uşaqlarını və özünü öldürəcəyini, həmin videonu internetdə yayıb onu biabır edəcəyini demiş, Yəhyanın hədələrindən qorxduğu üçün 2018-ci ilin iyul ayının axırlarında iş yeri olan Xətai rayonu Ağ şəhərdə Yəhya ilə görüşüb ona 600 manat pulu vermişdir. Hazırda İsmayılov Yəhya Rauf oğlu ilə barışmamış, ondan şikayətçidir və ağır cəza verilməsini xahiş edir. Verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, Yəhya ilə təxminən 2008-ci ildə tanış olmuş, sonra münasibətləri kəsilmiş, 2018-ci ildə Yəhya onu facebookdan tapmış, məhkəmə işinin olduğunu, bu səbəbdən də ona 600 manat lazım olduğunu bildirmiş, o, da 600 (altı yüz) manatı Ağ şəhərdə ofisdə borca Yəhyaya vermiş, həmin pulu Yəhya ondan hədə-qorxu ilə tələb etməmiş, sonradan Yəhya hədə-qorxu ilə ondan ümumilikdə 3000 manat almış, Yəhya onda videogörüntü olduğunu, onu yayacağını deyərək ondan pul almış, video çəkiləndə xəbəri olmamış, videoçəkilişdən məlumatı olmamış, 2018-ci ilin noyabr ayında videonu görmüş, hədə-qorxu ilə ilk pulun verilməsi 2018-ci ilin noyabr ayından sonraya düşmüş, Yəhya tanışı Hacı Məmməd də videonun olduğunu, youtube qoyacağını demiş, müstəntiq ona çoxlu video göstərmiş, videolar olan papkanın adı Məmməd porno olmuş, Yəhya ona xəsarət yetirmiş, başından, belindən vurmuş, ayağı ilə belindən vurmuş, pulu yəqin narkotik vasitə istifadə etdiyi üçün almış, Yəhya ona heç nə edə bilməyəcəyini, başını kəsəcəyini demiş, uşağının oxuduğu məktəbə gəlmişdir.. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vəzirəliyev Hacı Məmməd Bəhram oğlu ifadəsində bildirmişdir ki, İsmayılov Yəhya Rauf oğlu arvadının dayısı oğludur. Yəhya ilə münasibətləri normal olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə axşam vaxtlarında Yəhyanın bir nəfər qadının şikayəti ilə bağlı Xətai RPİ-nin əməkdaşları tərəfindən həbs edilməsini bilmişdir. O, həmin günü Xətai RPİ-nə gəlmiş və məlum olmuşdur ki, Yəhya bir nəfər Tamilla adlı tanışı olan qadının şikayəti ilə bağlı saxlanılmışdır. Polis idarəsində ona məsləhət etmişlər ki, həmin qadın şikayətini geri götürsə Yəhyanın işi yüngülləşə bilər. Buna görə də 24 və ya xx xxxxxx 2020-ci il tarixdə Tamillanın mobil telefon nömrəsini tapıb ona zəng edib Yəhyadan şikayət etməsinin səbəbini soruşmuş, Tamilla telefonda ağlamışdır. Tamillanın telefon nömrəsini səhv xatırlamırsa Yəhyanın həyat yoldaşından götürmüşdür. Bundan sonra Tamillaya zəng etməmişdir. Sonradan ona məlum olmuşdur ki, Tamilla ondan şikayət ərizəsi yazmış, guya o, Tamillaya zəng edib onu hədələyib onda onun videosu olduğunu, ərizəsini geri götürməsə həmin videoları paylaşacağını demişdir. O, Tamillaya zəng edib Yəhyadan şikayət ərizəsini geri götürməsini xahiş etmiş, Tamillaya heç vaxt hədə-qorxu gəlməmiş, ona onda videosunun olduğunu deməmişdir. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, onda video yoxdur və videonu görməmiş, Yəhya ona video haqqında heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Aslanov Kərim Mahmud oğlu ifadəsində bildirmişdir ki, İsmayılov Yəhya Rauf oğlu onun dostudur. Yəhya ilə münasibətləri normal olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə axşam vaxtlarında Yəhyanın bir nəfər qadının şikayəti ilə bağlı Xətai RPİ-nin əməkdaşları tərəfindən həbs edilməsini bilmişdir. O, həmin günü Xətai RPİ-nə gəlmiş və məlum olmuşdur ki, Yəhya Toma adlı tanışı olan qadının şikayəti ilə bağlı saxlanılmışdır. Tomaya zəng etmiş, telefonda Toma ağlamış, ondan da şikayət edəcəyini demişdir. Sonradan ona məlum olmuşdur ki, Tamilla ondan şikayət ərizəsi yazmış, guya o, Tamillaya zəng edib onu hədələyib onda onun videosu olduğunu, ərizəsini geri götürməsə həmin videoları paylaşacağını demişdir. O, Tamillaya zəng edib Yəhyadan şikayət ərizəsini geri götürməsini xahiş etmiş, Tamillaya heç vaxt hədə-qorxu gəlməmiş, ona onda videosunun olduğunu deməmişdir. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Tamillanı təxminən 2011-2012-ci illərdən tanımış, Yəhya isə Tamillanı ondan əvvəl tanımış, Tamilla ilə gecə klubunda tanış olmuş, dəfələrlə Tamillanın evində olmuş, Tamilla ilə münasibətləri həmişə yaxşı olmuş, Yəhyanın Tamilladan pul almasını heç vaxt eşitməmiş, Tamillaya zəng edəndə sonuncu ağlamış, başqa söz deməmiş, videodan xəbəri olmamış, 2018-2019-cu ildə Tamillanı görməmiş, facebookda yazışmaları olmuş, münasibətləri əla olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əmirova Bəyim Tofiq qızı ifadəsində bildirmişdir ki, 2011-ci ilin may ayında İsmayılov Yəhya Rauf oğlu ilə tanış olmuş, Yəhya 2012-ci ilin iyun ayının 14-də həbs olunmuş və 2018-ci ilin iyun ayının 14-də azadlığa çıxmışdır. Yəhya həbsdə olan zaman 2015-ci ilin 04 dekabrında Yəhya ilə rəsmi nikaha daxil olmuş, qızı İsmayılova Elmira Yəhya qızı xx xxxxxx 2016-cı il tarixdə anadan olmuşdur. Azadlığa çıxandan sonra Yəhya heç bir yerdə rəsmi işləməmiş, ancaq qeyrirəsmi avtomobil təmiri işi ilə məşğul olmuşdur. Yəhya azadlığa çıxandan sonra Yəhyanın atasına məxsus Nərimanov rayonu Orucəliyev küçəsi ev 9/12 mənzil 29 ünvanında yaşamağa başlamışlar. 2011-ci il tarixdə ona məlum olmuşdur ki, Yəhya həmin vaxtları Tamilla adlı qadınla tanış olmuş və onunla münasibətləri yaranmışdır. Hətta sonradan məlum olmuşdur ki, Yəhya Tamilla adlı qadınla sosial şəbəkələr vasitəsi ilə yazışır. Yəhya həbsdən çıxandan sonra Tamilla sosial şəbəkələr vasitəsilə onu yenidən axtarmağa başlamış və Yəhya da yenidən onunla münasibətlərini davam etdirmişdir. O, bu barədə Yəhyaya iradını bildirirmiş, evli qadınla nə üçün münasibət saxlamasını soruşmuş, Yəhya Tamillaya yazığı gəldiyi üçün onunla münasibətlərinin olduğunu demişdir. Hətta bir neçə dəfə Tamillanın Yəhyanın mobil telefonuna sevgi mesajları yazdığını görmüşdür. Bunu biləndə Yəhyaya öz iradını bildirmiş, Yəhya da ona Tamillanın əri və uşaqları ola-ola ona mesaj yazdığını, buna fikir verməməsini demişdir. xx xxxxxx 2020-ci il tarixdə Tamilla facebook sosial şəbəkəsi vasitəsi ilə ona mesaj yazaraq Yəhya ilə münasibətlərini kəsmək istədiyini, Yəhyanın onu narahat etməsini demiş, o, da Tamillanın ona göndərdiyi mesajı əri Yəhyaya göndərmişdir. Yəhya da ona şəkil göndərərək Tamilla ona mesaj yazdığı üçün onu gedib cəzalandırdığını demişdir. xx xxxxxx 2020-ci il tarixdə ona məlum olmuşdur ki, Tamillanın şikayəti əsasında Yəhyanı Xətai RPİ-nin əməkdaşları həbs etmişlər. Yəhya heç vaxt Tamilladan heç bir məbləğdə pul tələb etməmişdir. Tamilla Yəhyaya məxsus 7000 manat dəyərində markasını bilmədiyi qol saatını avtomobilindən oğurlamış, bunu ona Yəhya demişdir. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Yəhya həbsdən çıxdıqdan sonra avtomobil təmiri ilə məşğul olmuş, aylıq gəliri olmuş, Yəhyanın Tamilladan pul almasına inanmamış, Yəhya ilə yanaşı özü də işləmiş, Yəhyanın pula ehtiyacı olduğu halda ona pul verməyə maddi imkanı olmuşdur. Şahid Rzayev Ruslan Qulam oğluna məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, məhkəməyə teleqramlar ünvanlayaraq hərbi vəziyyətlə əlaqədar öz sahəsi üzrə (İT mütəxəssis) gücləndirilmiş iş rejimində çalışdığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid Rzayev Ruslan Qulam oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Rzayev Ruslan Qulam oğlu həmin ifadəsində göstərmişdir ki, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır və «Caspian Driling Company» şirkətində mütəxəssis işləyir. 2005-ci il tarixdə Ramidə Rzayeva adlı qadınla ailə həyatı qursa da sonradan 2010-cu il tarixdə Ramidə ilə boşanmış və 2014-cü il tarixdə Rzayeva Tamilla Nurəddin qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Tamilla ilə evlənəndən sonra iki uşaqları anadan olmuşdur. Tamilla ilə ailə həyatı qurandan sonra ona məxsus evdə yaşamağa başlamışlar. 2014-cü il tarixdə ona məlum olmuşdur ki, Tamillanın İsmayılov Yəhya Rauf oğlu adlı tanışı var. Sonradan o, Yəhyanı görməmişdir. xx xxxxxx 2020-ci il tarixdə arvadı Tamilla demişdir ki, Yəhya onu narahat edir, iş yerinə gedib ona hədə-qorxu və şantaj yolu ilə hədələyib pullar alır. O, da bunu bilən kimi Yəhyaya zəng edib ona demişdir ki, nə üçün onun arvadını narahat edir. Yəhya demişdir ki, görüşüb söhbət etsinlər və onun iş yerinin yanındadır. O, da həmin vaxt Nəsimi rayon ərazisində yerləşən iş yerində olmuşdur. O, iş yerindən çıxıb küçədə Yəhya ilə görüşüb ona demişdir ki, nə üçün Tamillanı narahat edir. Yəhya demişdir ki, Tamilla ilə onun yaxın münasibətləri olub. O, da Yəhyaya demişdir ki, bildi, daha Tamillanı narahat etməsin. Yəhya demişdir ki, yaxşı edir, o, Tamillanı sevir, onunla evlənəcək. Həmin vaxt Yəhya onu da hədələyərək demişdir ki, gedib başqa yerdə söhbət etsinlər. Həmin vaxt Yəhyaya xəbərdarlıq etmişdir ki, ondan polisə şikayət edəcəklər. Yəhya demişdir ki, hara istəyirsə şikayət etsin, hər yerdə onun tanışları var. Həmin vaxt Yəhya özü onun uşaqlarını öldürməklə də hədələmiş, demişdir ki, uşaqlarının hazırlaşdığı məktəbi tanıyır. Həmin vaxt Yəhya özünə məxsus mobil telefonunda onun uşaqlarının şəkillərini də göstərmiş, ona demişdir ki, onun uşaqlarının şəkillərini Tamillanın mobil telefonundan götürmüşdür. xx xxxxxx 2020-ci il tarixdə Tamillaya məsləhət görmüşdür ki, gedib Xətai RPİ-nə şikayət ərizəsi yazsın, Yəhyanın barəsində tədbir görülsün. Belə də olmuş, Tamilla xx xxxxxx 2020-ci il tarixdə Xətai RPİ-nə gələrək Yəhyadan şikayət etmiş və məhkəmə-tibbi ekspertizası müayinəsindən keçmişdir. Tamilla özü ona danışmışdır ki, Yəhya onu hədələyərək 2018-ci ilin noyabr ayından, 2019-cu ilin sentyabr ayına qədər olan müddət ərzində hissə-hissə Xətai rayon ərazisində ondan 3000 manat pul almışdır. O, özü də istintaq orqanından xahiş edir ki, Yəhya cinayət məsuliyyətinə cəlb olunsun və törətdiyi əmələ görə qanun qarşısında cavab versin. Məhkəmə iclasında təqsirləndirilən şəxs İsmayılov Yəhya Rauf oğlu özünü irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 2003-cü il tarixdən 2013-cü il tarixə kimi Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib yeddi il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzasını ƏN-nin PX-nin 9 saylı Cəzaçəkmə Müəssisəsində çəkmişdir. 2015-ci il tarixdə ailə həyatı qurmuş və hazırda 1 azyaşlı qız uşağı var. Rzayeva Tamilla Nurəddin qızı ilə 2006-cı ilin yay aylarında Nizami metrosunun qarşısında təsadüfən tanış olmuş, sonradan Tamilla ilə münasibətləri yaranmış və bir müddət görüşmək qərarına gəlmişlər. Sonradan Tamillanın anası onu başqa adama ərə vermək fikri olduğu üçün Tamilla ilə heç bir münasibəti olmamış və onunla görüşməmişdir. 2007-ci ilin axırları 2008-ci ilin əvvəlində isə Tamilla özü ona zəng edib görüşmək istədiyini bildirmiş və onlar Nərimanov rayonu ərazisində yerləşən Mado restoranının qarşısında görüşmüş, Tamilla heç kimə ərə getmədiyini bildirmiş, buna görə də Tamilla ilə görüşməyə başlamış, qeyri-rəsmi birlikdə yaşamağa başlamışlar. Tamilla ilə birinci dəfə 2008-ci il tarixdə şəhərdə tanımadığı oteldə görüşüb cinsi əlaqədə olmuş, təxminən 2009-cu il tarixdə Tamilla ilə ayrılmış, sonra təsadüfən şəhərdə üz-üzə gəlmiş, internet vasitəsi ilə «Vatsappda» yazışmışlar. 2011-ci il tarixdə Tamilla zəng edib anasının rəhmətə getməsini, ona maddi kömək lazım olmasını demiş, Tamillaya maddi köməklik etmişdir. Həmin tarixdən 2013-cü il tarixə kimi o, Tamilla ilə şəhərdə görüşüb onunla bir neçə dəfə cinsi əlaqədə olmuşlar. 2013-cü ilin yay aylarında həbs olunmuş, 2018-ci ilin yay ayında vaxtından əvvəl azadlığa çıxandan sonra Tamilla ona sosial şəbəkələr vasitəsi ilə yazaraq görüşmək istədiyini bildirmişdir. Tamillanın evli olduğunu bilmiş, buna görə onunla yaxınlıq etmək istəməmişdir. Təxminən 3-4 ay bir-biriləri ilə telefonla danışmış, müxtəlif yerlərdə görüşmüşlər. Tamilla böyük qızının atasının o, olduğunu bildirmiş, ərindən boşanacağını demiş, bundan sonra Tamilla ilə kəbin bağlamışdır. Təxminən 2018-ci ilin noyabr ayından başlayaraq Tamilla ilə yenidən cinsi əlaqədə olmağa başlamış, münasibətləri həmişə normal olmuş, tez-tez onunla görüşmüş, müxtəlif kafe və restoranlara getmişlər. Tamilla ona başqa bir ev tutmasını demiş, bu səbəbdən 2019-cu ilin yanvar ayında ev tutmuş, lakin Tamilla gəlməmiş, bu səbəbdən aralarında mübahisə olmuş və o, Tamillanı döymüşdür. Bundan sonra da, Tamilla ilə müxtəlif yerlərdə görüşmüş, oteldə və avtomobildə cinsi əlaqədə olmuşlar. 2020-ci ilin yanvar ayının 15-də günorta vaxtı Tamilla ilə Xətai rayonu Ağ Şəhərdə görüşüb ona məxsus avtomobildə cinsi əlaqədə olmuş, sonra Tamillanı yaşadığı evə düşürdüb çıxıb getmiş, həmin günü Tamilla ilə heç bir davadalaşları baş verməmişdir. xx xxxxxx 2020-ci il tarixdə Tamillanın əri Ruslan ona zəngə edərək bundan sonra Tamillanı narahat etməməsini demiş, onunla görüşmək istədiyini demişdir. Ruslanla görüşə Tamilla da gəlmiş, Ruslan münasibətlərindən xəbərdar olduğunu demiş, bundan sonra Tamilla ilə görüşməməsini bildirmiş, Tamilladan Ruslanla boşanıb-boşanmamasını soruşmuş, Tamilla boşanmayacağını demişdir. Özü də Tamilladan ayrılmaq istəmiş, belə ki, Tamillanın başqa oğlanlarla gəzməsini eşitmişdir. xx xxxxxx 2020-ci il tarixdə Tamillanın ondan Xətai RPİ-nə şikayət ərizəsi yazmasını eşitmiş, o, da Xətai rayon Polis İdarəsinə gəlmiş və təhqiqat şöbəsində izahat yazmışdır. 600 manat pulu Tamilla Rzayeva ona 2018-ci ilin yay ayında Səbail Rayon Məhkəməsinin qarşısında öz təşəbbüsü ilə vermişdir. Belə ki, həmin vaxt sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis əməkdaşları yaxalayaraq inzibati məsuliyyətə cəlb edərək Səbail Rayon Məhkəməsinə gətirmişlər. Həmin vaxt ona təsadüfən Tamilla zəng etmiş, görüşmək istədiyini demiş, Tamillaya əhvalatı danışıb məhkəmədə olduğunu bildirmiş, Tamilla taksi avtomobili ilə Səbail Rayon Məhkəməsinə gəlmiş və ona 600 manat pul vermişdir. Tamilladan heç bir məbləğdə pul almamış, bu məqsədlə ona hədə-qorxu gəlməmişdir. Tamillanın qalan bütün dedikləri şər və böhtandır. Ona şər və böhtan atıldığını, heç bir təqsirinin olmadığını bildirib barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Tamillanı 2006-cı ildən tanımış, 2008-ci ildən sonra isə qeyri-rəsmi nikahla yaşamışlar. Tamilla ilə əri Ruslan bir yerdə işləmiş, Ruslan onun Tamilla ilə münasibətindən xəbərdar olmuş, bir neçə dəfə onu qarşılamışdır. Həbsdən çıxdıqdan sonra Tamilla özü onu axtarıb tapmış və zəng etmiş, ilk danışıqları 2018-ci ilin iyun ayında olmuş, Tamilla evli olduğundan təxminən 3-4 ay onu yaxın buraxmamış, Tamilla böyük qızının ondan olmasını demiş, bundan sonra onunla yenidən görüşməyə başlamış, Tamilla boşanacağını demiş, aralarında kəbin kəsilmiş, Tamilla ona sms yazmış, həmin sms-i istintaqa təqdim etmiş, Tamilla həmin sms-də ərini və uşaqlarını öldürməyi ondan xahiş etmiş, Tamilla maşınından onun saatını oğurlamış, Tamilladan saatını qaytarmağı tələb etmiş, iş materiallarında olan videonu o, çəkmiş, Tamilla bunu bilmiş, həmin videonun çəkilməsini Tamilla özü istəmiş, saatı oğurladıqdan və başqa oğlanlarla gəzdiyini bildikdən sonra Tamilla ilə münasibətləri pis olmuş, o, həmişə Tamillaya maddi cəhətdən kömək etmiş, sonuncu dəfə o, Tamillaya Azərbaycan kinoteatrının qarşısında 300 (üç yüz) manat pul vermiş, Səbail Rayon Məhkəməsinin qarşısında verilən pulu Tamilla könüllü vermiş, bunu özü təsdiq etmiş, 2020-ci ilin yanvarın 21-də Tamillanı döymüş, Tamilladan heç vaxt hədə-qorxu ilə pul almamış, əksər vaxtları Tamilla ilə Gallery oteldə görüşüb cinsi əlaqədə olmuş, video təxminən 2019-cu ilin dekabr ayında çəkilmiş, Tamilla Azər adlı bir polis əməkdaşını da şərləyərək ondan pul almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, vətəndaş İsmayılov Yəhya Rauf oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 182.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (İ cild i.v. 01); Rzayeva Tamilla Nurəddin qızının Xətai RPİ-nə ünvanlanan xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, İsmayılov Yəhya Rauf oğlunun onu döyməsi barədə şikayət ərizəsi ilə Xətai RPİ-nə müraciət etmişdir (İ cild i.v. 06); Rzayeva Tamilla Nurəddin qızının Xətai RPİ-də verdiyi xx.xx.2020-ci il tarixli izahatından görünür ki, o, İsmayılov Yəhya Rauf oğlunu təxminən 10 ildir ki, tanıyır. Aralarında münasibət olub. Onlar təxminən iki ildir ki, Yəhya ilə sevgili münasibətindədirlər və onlar sevgili olan müddətdə manasibətlərini daha da irəli apararaq münasibətləri cinsi əlaqəyə keçmişdir. Daha sonra onlar oteldə yenidən görüşən zaman İsmayılov Yəhya Rauf oğlu ondan gizli olaraq otağa videokamera yerləşdirərək onunla cinsi əlaqədə olan zaman kameraya çəkdi. Təxminən bir ildir ki, Yəhya İsmayılov Rauf oğlu həmin videonu sosial şəbəkələrə yayacağını bildirərək ondan ayrı-ayrı vaxtlarda 3000 (üç min) manat pul almışdı.xx.xx.2020-ci il tarixində isə Yəhya İsmayılov Xətai rayonunda yerləşən Gallery otelinin qarşısında ondan pul istədi, lakin onun pulu olmadığını bildirdikdə onu döyüb, bədəninə, sifətinə, başına yumruqla vuraraq döydü. Sonra başladı uşağı ilə şantac eləməyə. Qızı oxuyan məktəbi bildiyini, onunla görüşüb pul tapmasa başını kəsəcəyini (uşağın) və onunla olan videonu yoldaşının iş yerinə və uşağının məktəbinə göndərəcəyini bildirmişdir (İ cild i.v. 07); zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Rzayeva Tamilla Nurəddin qızı zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild i.v. 22); zərərçəkmiş şəxsi dindirmə protokolundan görünür ki, Rzayeva Tamilla Nurəddin qızı ifadəsində bildirmişdir ki, Yəhya ilə 2009-cu il tarixdən tanış olub. Yəhya həbs olunduğundan o, onu 2011-ci ildən 2017-ci ilədək görməmişdir. 2018-ci ildən Yəhya həbsdən buraxıldığından onunla mobil telefon və sosial şəbəkələr vasitəsilə danışmağa başladı. 2018-ci ilin noyabr ayının axırlarında Yəhya ona Xətai rayonu ərazisində yerləşən Ali Məhkəmənin arxasındakı Gallery adlı otelə gedib söhbət etməyi dedi. O da razı oldu, təxminən saat 17 radələrində Yəhya ilə həmin otelə gedib otelin otağında cinsi əlaqədə oldular, kinoya baxdıqdan sonra çıxdılar. Daha sonra həmin oteldə Yəhya ilə mütəmadi olaraq görüşüb cinsi əlaqədə olurdular. 2018-ci ilin noyabr ayının axırlarından Yəhya ona onunla oteldə cinsi əlaqədə olduğu videonu göstərərək dedi ki, ona pul verməsə videonu internetə qoyub onu biabır edəcək. Həmin videonu onun ərinə göstərib onu biabır edəcək. Ərinin iş yerində onu biabır edəcək. Həm də ona məxsus şəxsi şəkilləri və videoları mobil telefonundan götürmüşdü. 2018-ci ilin noyabr ayında Yəhya ona dedi ki, ona pul verməsə cinsi əlaqədə olduqları videonu internetdə paylaşacaq. Birinci dəfə Xətai rayon ərazisində yerləşən ağ şəhərdə Yəhyaya 600 (altı yüz) manat pul verdi. Daha sonra isə hissə-hissə, dəqiq tarixləri yadında deyil, ümumilikdə Yəhya ondan hədə-qorxu ilə 2400 (iki min dörd yüz) manat pul alıb. Həmin pulları Yəhya ondan Xətai rayonu ərazisində 2018-ci ilin noyabr ayından 2019-cu ilin sentyabr ayına qədər ümumilikdə 3000 (üç min) manat pul almışdır. Həmin pulları Yəhya ondan aralarında olan cinsi əlaqədə olduqları videonu internetdə yayacağı adı ilə hədə-qorxu gəlib almışdır. 2019-cu ilin sentyabr ayından sonra Yəhya yenidən ondan pul tələb etsə də, o ona deyirdi ki, onda artıq pul yoxdur. Axırıncı dəfə isə xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində o Yəhya ilə Xətai rayon ərazisində yerləşən Gallery otelinin içərisində görüşdü. Yəhya yenidən ondan pul tələb etməyə başladı. O, ona dedi ki, onda daha pul yoxdur. Yəhya ona dedi ki, onda cinsi əlaqədə olduqları videoları göstərəcək. O da dedi ki, daha onunla görüşən deyil, onun ona veriləsi pulu yoxdur. Onu orada ağır söyüşlərlə söyüb təhqir etdi. Daha sonra isə Yəhya otelin içərisində onu əlləri ilə döyməyə başladı və dedi pul verməsən onunla cinsi əlaqədə olmalısan. O da dedi ki, pulu yoxdur. Belə olan halda Yəhya əlləri ilə onu döyüb bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirdi. Yəhya ona hədəqorxu gələrək dedi ki, onsuzda aralarında olan videoları göstərəcək. O, həmin günü oradan çıxıb getdi. xx xxxxxx 2020-ci il tarixdə Yəhya yenidən ona zəng edib dedi ki, onunla görüşməlidir. O da ona dedi ki, onunla görüşən deyil, onu birdə narahat etməsin. xx xxxxxx 2020-ci il tarixdə o, (Tamilla) qərara gəldi ki, gəlib bu barədə Xətai RPİ-nə şikayət etsin və həmin günü Xətai RPİ-nə gəlib Yəhyanın qanunsuz hərəkətləri barədə şikayət ərizəsi yazdı və məhkəmə-tibbi ekspertizası müayinəsindən keçdi. Yəhya ilə oteldə cinsi əlaqədə olan zaman Yəhyanın otaqda kamera quraşdırmasından o yalnız 2018-ci ilin noyabr ayında ondan pul tələb edən zaman bilmişdir. (İ cild i.v. 24-25); DVD və CD disklərinin götürülməsi və baxış keçirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Rzayeva Tamilla Nurəddin qızı 01 ədəd DVD və 01 ədəd CD disklərini təqdim edərək həmin DVD və CD disklərini İsmayılov Yəhya Rauf oğlu tərəfindən 050 *** ** ** saylı mobil telefondan “watsapp” internet sosial şəbəkəsi vasitəsilə ona 050 *** ** ** saylı mobil telefonuna “watsapp” internet sosial şəbəkəsi vasitəsilə göndərdiyi yazılar və səs yazılarını istintaq materiallarına əlavə edilməsi üçün əldə etdiyini bildirdi. Qeyd edilən DVD və CD diskləri zərərçəkmiş şəxs Tamilla Rzayevadan götürülərək həmin disklərə xidməti istifadə olan HP L 1706 markalı komputerdə baxış keçirmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin 01 ədəd DVD və 01 ədəd CD disklərində olan “watsapp” yazılarında və səs yazılarında olan səslərdə Yəhya İsmayılov zərərçəkmiş şəxs Tamilla Rzayevanı ağır söyüşlərlə söyüb təhqir edir. Həmçinin Yəhya İsmayılov tərəfindən səs yazılarında zərərçəkmiş şəxs Tamilla Rzayevanı ölümlə hədələməsi qeyd olunmuşdur. DVD diskinə baxış zamanı Yəhya İsmayılovun zərərçəkmiş şəxs Rzayeva Tamillanı ölümlə hədələməsi, ondan pul tələb etməsi, eyni zamanda onu ağır söyüşlərlə söyüb təhqir etməsi, həmçinin “watsapp” yazışmalarında açıq-aydın eşidilir (İ cild i.v. 82); şübhəli şəxsi tutma haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, İsmayılov Yəhya Rauf oğlu Azərbaycan Respublikası CM-nin 182.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan həmin tarixdə tutulmuşdur (İ cild i.v. 91); xx xxxxxx 2020-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə zərərçəkmiş şəxs Rzayeva Tamilla Nurəddin qızı istintaqda verdiyi ifadəsini tam təsdiq etdiyini bildirmiş və bir daha qeyd etmişdir ki, 2018-ci ilin noyabr ayının axırlarında Yəhya ona dedi ki, Xətai rayonu ərazisində yerləşən Galleri adlı otelə getsinlər və orda söhbət etsinlər. O da onunla razılaşıb, təxminən saat 17 radələrində Yəhya ilə həmin otelə getdilər və orda cinsi əlaqədə oldular. Daha sonra isə onlar mütəmadi olaraq Yəhya ilə həmin oteldə görüşüb cinsi əlaqədə olurdular. Bu hal 2019-cu ilin təxminən dekabr ayınadək davam etmişdir. 2018-ci ilin noyabr ayının axırlarından Yəhya ona onunla oteldə cinsi əlaqədə olduqları videonu göstərərək dedi ki, ona pul verməsə həmin videonu internetə qoyub onu biabır edəcək. 2018-ci ilin noyabr ayında Yəhya ona dedi ki, ona pul verməsə cinsi əlaqədə olduqları videonu internetdə paylaşacaq. O da qorxduğundan birinci dəfə Xətai rayon ərazisində yerləşən ağ şəhərdə Yəhyaya 600 manat pul verdi. Daha sonra isə hissə-hissə, dəqiq tarixləri yadında deyil, ümumilikdə Yəhya ondan hədə-qorxu ilə 2400 manat pul alıb. Həmin pulları Yəhya 2018-ci ilin noyabr ayından 2019-cu ilin sentyabr ayına qədər ümumilikdə 3000 manat pul almışdır (İ cild i.v. 97-98); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, İsmayılov Yəhya Rauf oğlu Azərbaycan Respublikası CM-nin 182.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (İ cild, i.v. 102); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-61/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, İsmayılov Yəhya Rauf oğlu barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild i.v. 115-118); doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılov Yəhya Rauf oğlunun himayəsində xx.xx.2016-cı il təvəllüdlü 1 azyaşlı uşağı vardır (İ cild, i.v. 147); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, İsmayılov Yəhya Rauf oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, xx.xx.2018-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci ildə CM-də edilmiş dəyişikliklərin tətbiq edilməsi barədə ərizəsi rədd edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əməli AR CM-nin 178.3.2-ci maddəsindən AR CM-nin 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, 5 (beş) il cəza təyin edilmişdir. xx.xx.2018-ci ildə cəza müddəti başa çatdığı üçün cəzadan azad edilmişdir (İ cild, i.v. 167-168); nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılov Yəhya Rauf oğlu Əmirova Bəyim Tofiq qızı ilə xx.xx.2015-ci ildə Xəzər Rayon Qeydiyyat Şöbəsində nikaha daxil olmuşdur (İ cild, i.v. 181); Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-737/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli hökmündən görünür ki, İsmayılov Yəhya Rauf oğlu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, oa həmin maddə ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2013-cü il tarixdən hesablanması hökm edilmişdir (İ cild, i.v. 192-199); Bakı şəhəri Nərimanov rayonu “xxxxxxxxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli, 06 nömrəli arayışından görünür ki, İsmayılov Yəhya Rauf oğlu “xxxxxxxxxxx” MMMC—nin Bakı şəhəri Nərimanov rayonu A.Orucəliyev küçəsi 9/12 saylı yaşayış binasının 29 saylı mənzilində qeydiyyatdadır, ailə tərkibi ilə orda yaşayır. İsmayılov Yəhya Rauf oğlu 2008-ci ildən o binada yaşayır, bu müddət ərzində özünü müsbət tərəfdən göstərib və qonşularla çox gözəl münasibətdədir (İİ cild, i.v. 9); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-335/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İsmayılov Yəhya Rauf oğlunun həbsdə saxlama müddəti 02 (iki) ay olmaqla 06 (altı) ay müddətinə, yəni xx xxxx 2020-ci il tarixədək uzadılmışdır (İİ cild, i.v. 43-46); şahidin dindirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Rzayev Ruslan Qulam oğlu ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə arvadı Tamilla ona dedi ki, Yəhya onu narahat edir. Tamilla özü ona bildirmişdir ki, Yəhya onu hədələyərək 2018-ci ilin noyabr ayından, 2019-cu ilin sentyabr ayına qədər olan müddət ərzində hissə-hissə Xətai rayon ərazisində ondan 3000 (üç min) manat pul almışdır. (İİ cild, i.v. 54-55); zərərçəkmiş şəxsin əlavə dindirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Rzayeva Tamilla Nurəddin qızı müstəntiq tərəfindən verilən suallara cavab olaraq “təqsirləndirilən şəxs İsmayılov Yəhya Rauf oğlu 2018-ci ilin noyabr ayından, 2019-cu ilin sentyabr ayına qədər olan müddət ərzində hədə-qorxu yolu ilə hissəhissə Xətai rayon ərazisində yerləşən Ağ şəhər ərazisində məndən 3000 manat pul almışdır. Yəhyanın otaqda kamerə quraşdırmasını mən yalnız 2018-ci ilin noyabr ayında məndən pul tələb edən zaman bilmişəm. Belə ki, həmin vaxtı Yəhya mənə onunla otelin otağında cinsi əlaqədə olduğumz vaxtı otaqda kamera quraşdırmış və həmin kamerada olan görüntüləri mənə göstərib məndən pullar tələb etməyə başlamışdır. Yəhya 2018-ci ilin noyab ayından 2019-cu ilin sentyabr ayına kimi məni şantaj edib məndən ümumilikdə 3000 manat pul almışdır.Həmin pulları Yəhya məndən Xətai rayon ərazisində almışdır. Yəhya məndən pulları hissə-hissə aldığı günləri dəqiq bilmirəm. Ancaq Yəhya 2018-ci ilin noyabr ayından, 2019-cu ilin sentyabr ayına qədər olan vaxtlarda həmin 3000 manat pulu məndən almışdır. Yəhya hədə qorxu ilə hərdəfə məndən 500,600 manat pul almışdır. Bildrirəm ki, Yəhya İsmayılov birinci dəfə 2018-ci ilin noyabr ayının axırlarında Xətai rayon ərazisində yerləşən Ağ şəhərdə məndən 600 manat pulumu hədə qorxu yolu ilə tələb edib ələ keçirmiş, ikinci dəfə yenidən 2018-ci ilin dekabr ayının axırlarında Xətai rayon ərazisində yerləşən Ağ şəhərdə məndən 500 manat pulumu hədə-qorxu yolu ilə tələb edib ələ keçirmiş, üçüncü dəfə yenidən 2019-cu ilin yanvar ayının axırlarında Xətai rayon ərazisində yerləşən Ağ şəhərdə məndən 600 manat pulumu hədə-qorxu yolu ilə tələb edib ələ keçirmiş, dördüncü dəfə yenidən 2019-cu ilin iyun ayının axırlarında Xətai rayon ərazisində yerləşən Ağ şəhərdə məndən 600 manat pulumu hədə qorxu yolu ilə tələb edib ələ keçirmiş, beşinci dəfə isə yenidən 2019cu ilin sentyabr ayının axırlarında Xətai rayon ərazisində yerləşən Ağ şəhərdə məndən 700 manat pulumu, ümumilikdə isə beş dəfəyə 3000 manat pulumu hədə qorxu yolu ilə tələb edib ələ keçirmişdir. Yəhya 3000 manat pulu hədə qorxu yolu ilə məndən 5 dəfəyə almışdır.” bildirmişdir. məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi xx xxxxxx 2020-ci il tarixli 215 №-li rəyindən görünür ki, hal-hazırda Rzayeva Tamilla Nurəddin qızında müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı Rzayeva Tamilla Nurəddin qızı narkomaniyadan xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (İİ cild, i.v. 121-122); məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA» ETT Birliyinin Xətai rayon şöbəsinin verdiyi xx xxxxxx 2020-ci il tarixli 109 №-li rəydən görünür ki, vətəndaş Rzayeva Tamilla Nurəddin qızında sol gözaltı nahiyənin, sol yanağın, sol çənəaltı nahiyənin, sağ budun, sağ aşıq-baldır oynağı nahiyəsinin qançırları, çənənin mərkəzi hissəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş, xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcədə özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. (İİ cild, i.v. 123-124); məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi xx xxxxx 2020-ci il tarixli 1041 №-li rəydən görünür ki, İsmayılov Yəhya Rauf oğlunda çətənə bitkisi preparatlarından və psixotrop maddə olan amfetamindən istifadə etmə halları olub. Lakin hal-hazırda İsmayılov Yəhya Rauf oğlunda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı İsmayılov Yəhya Rauf oğlu narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v. 128-129); əməlin tövsif edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, İsmayılov Yəhya Rauf oğlunun əməli CM-nin 182.2.3-cü maddəsindən həmin Məcəllənin 182.2.2-ci maddəsinə tövsif edilmişdir (İİ cild, i.v. 130-131); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, İsmayılov Yəhya Rauf oğlu Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuşdur (İİ cild, i.v. 141-142); zərərçəkmiş şəxsin əlavə dindirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Rzayeva Tamilla Nurəddin qızı müstəntiq tərəfindən verilən suallara cavab olaraq “Yəhyaya borca 600 manat pul verməyimi, daha sonra isə Yəhyanın hədə-qorxu yolu ilə məndən Xətai rayon ərazisində yerləşən iş yerimin yanında hədə-qorxu yolu ilə 600 manat pul alması faktları mənim yadımdan çıxmışdı. Sonradan isə mənim yadıma düşdü ki, Yəhyaya borca 600 manat pul vermişəm, daha sonra isə 2018-ci ilin iyul ayının axırlarında Yəhya hədə qorxu yolu ilə məndən iş yerimin yanında 600 manat pul almışdır” (İİ cild, i.v. 155-156); Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə xx xxxx 2018-ci il tarixli qərarından görünür ki, İsmayılov Yəhya Rauf oğlu İXM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilmişdir (İİ cild, i.v. 181-182); sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs İsmayılov Yəhya Rauf oğlunun əməli Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsindən həmin məcəllənin 182.1-ci maddəsinə tövsif edilmiş, ona Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə yeni məzmunlu ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmış, təqsirləndirilən şəxs İsmayılov Yəhya Rauf oğlunun ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxs Rzayeva Tamilla Nurəddin qızı, şahidlər Vəzirəliyev Hacı Məmməd Bəhram oğlu, Aslanov Kərim Mahmud oğlu, Rzayev Ruslan Qulam oğlunun və Əmirova Bəyim Tofiq qızının ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA» ETT Birliyinin Xətai rayon şöbəsinin verdiyi xx xxxxxx 2020-ci il tarixli 109 №-li rəyi, Məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi xx xxxxx 2020-ci il tarixli 1041 №-li rəyi və digər sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilmiş, iki ədəd SD diskində olan səs yazıları va bir ədəd DVR diskinə köçürülmüş videogörüntülər iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən həmin disklər iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxs İsmayılov Yəhya Rauf oğlunun əməlində zor tətbiq etməklə təkrarən hədə-qorxu ilə tələb etmə cinayətlərinin əlamətləri müəyyən edilmədiyindən həmin hissədə barəsində Azərbaycan Respublikası CM-nin 182.2.3 və 182.2.2-ci maddələri ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, təqsirləndirilən şəxs İsmayılov Yəhya Rauf oğlu barəsində Azərbaycan Respublikası CM-nin 128 və 221.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, təqsirləndirilən şəxs İsmayılov Yəhya Rauf oğlunun müdafiəçisi Mərkəz Vəkil bürosunun vəkili İbadov İlham İbad oğlunun vəsatətlərində göstərdiyi yəni, müdafiə etdiyi təqsirləndirilən şəxs İsmayılov Yəhya Rauf oğlunun Xətai RPİ-nin 37-ci PŞ-də saxlanılan zaman fiziki təsirə və Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı Orxan Məmmədov tərəfindən döyülərək bədən xəsarətləri alması barədə dedikləri Xətai rayon prokurorluğunda araşdırılaraq müdafiəçinin göstərdiyi xüsusatlar təsdiq olunmadığından, sübuta yetmədiyindən və hüquqi qiymət verildiyindən nəzərə alınmış, təqsirləndirilən şəxs İsmayılov Yəhya Rauf oğlunun müdafiəçisi Mərkəz Vəkil bürosunun vəkili İbadov İlham İbad oğlu vəsatətində göstərdiyi yəni, 2020-ci ilin yanvar ayının 13-14 tarixlərində zərərçəkmiş şəxs Tamilla Rzayeva tərəfindən müdafiə etdiyi Yəhya İsmayılovun avtomobilindən bahalı qızıl qol saatını oğurladığı, Yəhya İsmayılov Tamilladan həmin oğurladığı qol saatını geri qaytarmağı tələb etməsi, Tamilla Rzayevanın narkomaniya xəstəliyindən əzab çəkdiyi və Yəhya İsmayılovu şərləməklə oğurladığı qol saatını geri qaytarmadığını, xəyanət etdiyi rəsmi həyat yoldaşı qarşısında özünü təmizə çıxartmaq istədiyini bildirməsi xüsusatları ibtidai istintaq zamanı təsdiq olunmadığından, sübuta yetmədiyindən həmin hissə üzrə cinayət işi materialları hissəvi xitam olunmuş, təqsirləndirilən şəxs Yəhya İsmayılovun vəkili İlham İbadovun vəsatətlərində göstərdiyi yəni, zərərçəkmiş şəxs Rzayeva Tamilla Nurəddin qızının təqsirləndirilən şəxs İsmayılov Yəhya Rauf oğluna evində iti bıçağı olmasını, həyat yoldaşını və övladlarından bezdiyindən onları həmin bıçaqla öldürməsini bildirməsi barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından, sübuta yetmədiyindən həmin hissədə cinayət işi materialları hissəvi xitam olunmuş, təqsirləndirilən şəxs İsmayılov Yəhya Rauf oğlunun iş üzrə dindirmə zamanı ifadələrində zərərçəkmiş şəxs Rzayeva Tamilla Nurəddin qızı ilə aralarında mübahisə olmasını, onunla cinsi əlaqədə olduqları vaxt videogörüntü vasitəsi ilə həmin görüntüləri qeydə aldığını təsdiq etsə də ona zor tətbiq edib hədə qorxu ilə tələb etməklə 600 manat pul almadığını bildirməsi də toplanmış sübutların məcmusu ilə təkzib olunduğundan törətdiyi cinayət məsuliyyətindən yaxa qurtarmaq, özünü müdafiə etməsi kimi qiymətləndirilmişdir (İİ cild, i.v. 185-195); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, İsmayılov Yəhya Rauf oğlu Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuşdur (İİ cild, i.v. 198-199); Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs İsmayılov Yəhya Rauf oğlu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, İsmayılov Yəhya Rauf oğlunun Cinayət Məcəlləsinin 182.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxsin təqsirliliyinə dair toplanılmamış, təqsirliliyi sübut olunmayan, əksinə şəxsin təqsirsizliyinə dair işin halları aşağıdakılardan ibarətdir. İttiham aktında göstərilən hadisənin törədilməsinə dair birbaşa yalnız zərərçəkən T.N.Rzayevanın ziddiyətli ifadələri mövcuddur. Zərərçəkmiş şəxsin həmin ifadəsinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar bunlardır ki, həmin ifadəni verən şəxsin kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olub-olmaması, həmin ifadənin digər mötəbər sübutlarla təsdiq edilib-edilməməsi aydınlaşdırılmalıdır. Cinayət işinin materiallarında T.N.Rzayevanın təhqiqat zamanı xx xxxxxx 2020-ci il tarixli ərizəsi, xx xxxxxx 2020-ci il tarixli izahatı, xx xxxxxx 2020-ci il tarixli ifadəsi, xx xxxxxx 2020-ci il tarixli üzləşdirilməsi, xx xxxx 2020-ci il tarizli əlavə dindirilməsi, xx xxxx 2020-ci il tarixli əlavə dindirilməsi mövcuddur. T.N.Rzayevanın ilkin ərizəsi Y.R.İsmayılovun onu döyməsi barədə olmuş, ümumiyyətlə T.N.Rzayeva Y.R.İsmayılovun ondan hədə-qorxu ilə pul tələb etməsi barədə hər hansı xüsusat bildirməmişdir. xx xxxxxx 2020-ci il tarixli izahatda T.N.Rzayeva Y.R.İsmayılovun otağa videokamera yerləşdirərək onunla cinsi əlaqəsini kameraya çəkməsini, təxminən bir ildir ki, həmin videounu sosial şəbəkədə yayacağını bildirərək ondan ayrı-ayrı vaxtlarda 3000 manat aldığını qeyd etmişdir. T.N.Rzayevanın həmin izahatına inanılsa və həmin izahatın xx xxxxxx 2020-ci il tarixdə verilməsi nəzərə alınsa təxminən bir il əvvəl 2019-cu ilin yanvar ayına təsədüf edir, hazırkı ittiham üzrə əməlin isə 2018-ci ilin iyul ayında baş verməsi qeyd edilir. Bundan əlavə, T.N.Rzayeva xx xxxxxx 2020-ci il tarixli ifadəsində 2018-ci ilin noyabr ayının axırlarında Yəhyanın ona Xətai rayonu ərazisində yerləşən Ali Məhkəmənin arxasındakı Gallery adlı otelə gedib söhbət etməyi dediyini, təxminən saat 17 radələrində Yəhya ilə həmin otelə gedib otelin otağında cinsi əlaqədə olduqlarını, 2018-ci ilin noyabr ayının axırlarından Yəhya ona onunla oteldə cinsi əlaqədə olduğu videonu göstərərək pul verməsə videonu internetə qoyub onu biabır edəcəyini dediyini, Yəhya ondan Xətai rayonu ərazisində 2018-ci ilin noyabr ayından 2019-cu ilin sentyabr ayına qədər ümumilikdə 3000 (üç min) manat pul aldığını, Yəhya ilə oteldə cinsi əlaqədə olan zaman Yəhyanın otaqda kamera quraşdırmasından yalnız 2018-ci ilin noyabr ayında ondan pul tələb edən zaman bildiyini göstərmişdir. Göründüyü kimi, T.N.Rzayeva həmin ifadəsində də Y.R.İsmayılovun 2018-ci ilin iyul ayının axırlarında ondan hədə-qorxu ilə pul almasına dair heç bir xüsusat bildirməmiş, 2018-ci ilin noyabr ayının axırlarında Yəhyanın ona onunla oteldə cinsi əlaqədə olduğu videonu göstərərək pul verməsə videonu internetə qoyub onu biabır edəcəyini, Yəhyanın ondan Xətai rayonu ərazisində 2018-ci ilin noyabr ayından 2019-cu ilin sentyabr ayına qədər ümumilikdə 3000 (üç min) manat pul aldığını qeyd etmişdir. Bundan əlavə, xx xxxxxx 2020-ci il tarixli üzləşdirmədə də T.N.Rzayeva T.N.Rzayeva həmin ifadəsində də Y.R.İsmayılovun 2018-ci ilin iyul ayının axırlarında ondan hədə-qorxu ilə pul almasına dair heç bir xüsusat bildirməmiş, xx xxxxxx 2020-ci il tarixli ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Bundan əlavə, T.N.Rzayeva xx xxxx 2020-ci il tarixli ifadəsində İsmayılov Yəhya Rauf oğlunun 2018-ci ilin noyabr ayından, 2019-cu ilin sentyabr ayına qədər olan müddət ərzində hədə-qorxu yolu ilə hissə-hissə Xətai rayon ərazisində yerləşən Ağ şəhər ərazisində ondan 3000 manat pul almasını göstərmiş, həmin ifadəsində də Y.R.İsmayılovun 2018-ci ilin iyul ayının axırlarında ondan hədə-qorxu ilə pul almasına dair heç bir xüsusat bildirməmişdir. Həmçinin, həmin ifadəsində T.N.Rzayeva Yəhyanın otaqda kamerə quraşdırmasını yalnız 2018-ci ilin noyabr ayında ondan pul tələb edən zaman bildiyini qeyd etmiş, Yəhyanın 2018-ci ilin noyabr ayından 2019-cu ilin sentyabr ayına kimi onu şantaj edib ümumilikdə 3000 manat pul aldığını bildirmiş, müstəntiqin sualına cavab olaraq Yəhyanın birinci dəfə 2018-ci ilin noyabr ayının axırlarında Xətai rayon ərazisində yerləşən Ağ şəhərdə ondan 600 manat pulunu hədə qorxu yolu ilə tələb edib ələ keçirdiyini, ikinci dəfə yenidən 2018-ci ilin dekabr ayının axırlarında Xətai rayon ərazisində yerləşən Ağ şəhərdə ondan 500 manat pulunu hədə qorxu yolu ilə tələb edib ələ keçirdiyini, üçüncü dəfə yenidən 2019-cu ilin yanvar ayının axırlarında Xətai rayon ərazisində yerləşən Ağ şəhərdə məndən 600 manat pulumu hədə qorxu yolu ilə tələb edib ələ keçirdiyini, dördüncü dəfə yenidən 2019-cu ilin iyun ayının axırlarında Xətai rayon ərazisində yerləşən Ağ şəhərdə ondan 600 manat pulumu hədə qorxu yolu ilə tələb edib ələ keçirdiyini, beşinci dəfə isə yenidən 2019-cu ilin sentyabr ayının axırlarında Xətai rayon ərazisində yerləşən Ağ şəhərdə məndən 700 manat pulunu ələ keçirdiyini, Yəhyanın 3000 manat pulu hədə qorxu yolu ilə ondan beş dəfəyə aldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, ümumiyyətlə, xx.xx.2020-ci il tarixədək T.N.Rzayeva Y.R.İsmayılovun 2018-ci ilin iyul ayının axırlarında ondan hədə-qorxu ilə pul almasına dair heç bir xüsusat bildirməmişdir. Həmçinin, məhkəmə iclasında verdiyi ifadəsində də T.N.Rzayeva Y.R.İsmayılovun ondan 2018-ci ilin noyabr ayından, 2019-cu ilin sentyabr ayına qədər olan vaxtlarda pul aldığını, 2018-ci ilin noyabr ayında videonu gördüyünü, hədə-qorxu ilə ilk pulun verilməsinin 2018-ci ilin noyabr ayından sonraya düşdüyünü bildirmişdir. Göründüyü kimi, elə T.N.Rzayevanın həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri ilə cinsi əlaqə barədə videonun 2018-ci ilin noyabr ayına və ondan sonrakı tarixlərə təsadüf eməsi, həmçinin, pul məbləğlərinin 2018-ci ilin noyabr ayından, 2019-cu ilin sentyabr ayına qədər olan vaxtlarda alınması müəyyən edilir. Sübutların qiymətləndirməsi barədə qərarda müstəntiq təqsirləndirilən şəxs İsmayılov Yəhya Rauf oğlu tərəfindən zərərçəkmiş şəxs Rzayeva Tamilla Nurəddin qızının 3000 manat pulunu ona qarşı zor tətbiq etməklə təkrarən ələ keçirməsini təsdiq edən heç bir mötəbər dəlil əldə etməyin mümkün olmadığını, İsmayılov Yəhya Rauf oğlunun əməlində zor tətbiq etməklə təkrarən törədildikdə cinayətinin əlamətləri müəyyən edilmədiyini qeyd edərək həmin hissədə barəsində Azərbaycan Respublikası CM-nin 182.2.3 və 182.2.2-ci maddələri ilə cinayət təqibi üzrə icraata xitam vermişdir. Göründüyü kimi, elə ibtidai araşdırma orqanı T.N.Rzayevanın 2018-ci ilin noyabr ayından, 2019-cu ilin sentyabr ayına qədər olan vaxtlarda təqsirləndirilən şəxsin ondan hədə-qorxu ilə pul alması barədə ifadələrini təsdiq edən heç bir mötəbər sübut olmaması qənaətinə gələrək həmin hissədə cinayət təqibi üzrə icraata xitam vermişdir. T.N.Rzayevanın həmin ifadələrinə inanmayan ibtidai araşdırma orqanı nədənsə ibtidai araşdırmanın sonunda sonuncunu əlavə dindirmək qərarına gəlmiş, əvvəlki izahat və ifadələri ilə tamamilə ziddiyyətli olan və təkzib edilən “Yəhyaya borca 600 manat pul verməyimi, daha sonra isə Yəhyanın hədə qorxu yolu ilə məndən Xətai rayon ərazisində yerləşən iş yerimin yanında hədə qorxu yolu ilə 600 manat pul alması faktları mənim yadımdan çıxmışdı. Sonradan isə mənim yadımda düşdü ki, Yəhyaya borca 600 manat pul vermişəm, daha sonra isə 2018-ci ilin iyul ayının axırlarında Yəhya hədə qorxu yolu ilə məndən iş yerimin yanında 600 manat pul almışdır” kimi ifadəsinə inanaraq təqsirləndirilən şəxsə 2018-ci ilin iyul ayının axırlarında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25 ünvanında yerləşən Ağ şəhər ərazisində zərərçəkmiş şəxsin 600 manat pulunu hədə qorxu yolu ilə tələb edib almaqla ələ keçirmə ittihamını irəli sürmüşdür. Halbuki, qeyd edildiyi kimi xx.xx.2020-ci il tarixədək, yəni ibtidai araşdırmanın sonunadək istintaq orqanı Y.R.İsmayılovu T.N.Rzayevanın 2018-ci ilin noyabr ayının axırlarında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25 ünvanında yerləşən Ağ şəhər ərazisində 600 manat pulunu, 2018-ci ilin dekabr ayının axırlarında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25 ünvanında yerləşən Ağ şəhər ərazisində 500 manat pulunu, 2019-cu ilin yanvar ayının axırlarında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25 ünvanında yerləşən Ağ şəhər ərazisində 600 manat pulunu, 2019-cu ilin iyun ayının axırlarında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25 ünvanında yerləşən Ağ şəhər ərazisində 600 manat pulunu və 2019-cu ilin sentyabr ayının axırlarında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25 ünvanında yerləşən Ağ şəhər ərazisində 700 manat pulunu hədə qorxu yolu ilə tələb edib almaqla təkrarən ələ keçirmə ilə ittiham etmiş, ümumiyyətlə Y.R.İsmayılovun 2018-ci ilin iyul ayında T.N.Rzayevadan hədə qorxu yolu ilə tələb edib pul almasına dair hər hansı sübut belə toplanmamışdır. Ona görə də belə bir vəziyyətdə istintaq orqanı tərəfindən “alınmış”, məhkəmə istintaqı zamanı isə elə həmin zərərçəkmiş şəxsin özünün ifadəsi ilə təkzib edilmiş ifadə ittihamın əsasını təşkil edə bilməz və bu ifadə ziddiyyətli olmaqla digər sübutlarla təsdiq edilməyərək tamamlanmır. Həmçinin, istintaq orqanı nəzərə almamışdır ki, cinsi əlaqə barədə videogörüntü 2018-ci ilin noyabr ayında çəkildiyi halda və 2018-ci ilin iyul ayında videogörüntü olmadığı halda Y.R.İsmayılovun 2018-ci ilin iyul ayında olmayan videogörüntü əxlaqsız formada montaj edilməsi barədə bildirməklə, həmin videogörüntülərin sosial şəbəkələr vasitəsi ilə ailə üzvlərinə və yaxınlarına göstərib yayacağı hədəsi ilə T.N.Rzayevadan hədə qorxu yolu ilə tələb edib pul alması qeyri-mümkün olmaqla əsassızdır. Digər tərəfdən, T.N.Rzayevanın bütün ifadələrində, həmçinin, istintaq orqanı tərəfindən “alınmış” və ittihamın əsasını təşkil edən xx.xx.2020-ci il tarixli ifadəsində T.N.Rzayeva 2018-ci ilin iyul ayında özünü uşaqlarını öldürəcəyi ilə hədə-qorxusu ilə Y.R.İsmayılovun ondan pul alması barədə ümumiyyətlə hər hansı xüsusat bildirməmiş, buna baxmayaraq istintaq oraqanı əsassız və qanunsuz olaraq ittihamda əməlin obyektiv cəhətinin əlaməti kimi “özünü və uşaqlarını öldürəcəyi ilə hədə-qorxusu ilə” kimi ifadə işlətmişdir. İttihamın sübut kimi qiymətləndirdiyi şahid Rzayev Ruslan Qulam oğlunun ifadəsindən də görünür ki, T.N.Rzayeva özü Ruslana Yəhyanın onu hədələyərək 2018ci ilin noyabr ayından, 2019-cu ilin sentyabr ayına qədər olan müddət ərzində hissəhissə Xətai rayon ərazisində ondan 3000 manat pul almasını bildirmişdir. İş materiallarında olan səs yazılarında və tərəflərin yazışmalarında da, Y.R.İsmayılovun T.N.Rzayevadan hədə-qorxu ilə pul tələb etməsinə dair hər hansı xüsusat müəyyən edilməmişdir. Belə olan halda, 2018-ci ilin iyul ayının axırlarında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 25 ünvanında yerləşən Ağ şəhər ərazisində 600 manat pulunu hədə qorxu yolu ilə tələb edib almaqla ələ keçirmə ittihamı qanunsuz və əsassız olmuşdur. T.N.Rzayeva Y.R.İsmayılov ilə aralarında olan cinsi əlaqə barədə videodan xəbərinin olmadığını, həmin videonun gizli çəkildiyini bildirmiş, lakin məhkəmə tərəfindən həmin videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, videonun çəkildiyini əşyanı (telefon və s) elə T.N.Rzayeva özü yataqdan qalxıb götürülərək Y.R.İsmayılova verilmişdir. Həmçinin, cinayət işinin materiallarından görünür ki, T.N.Rzayeva Vəzirəliyev Hacı Məmməd Bəhram oğlunun və Aslanov Kərim Mahmud oğlunun da ona mobil telefonla zəng edib Yəhya İsmayılovun barəsində şikayət ərizəsini geri götürməsə onlarda olan videogörüntülərini və şəkillərini internet sosial şəbəkələr vasitəsi ilə paylaşıb onu biabır edəcəklərini bildirmiş və həmin şəxslərin barəsində tədbir görülməsini xahiş etmiş, sübutların qiymətləndirməsi barədə qərarda istintaq orqanı T.N.Rzayevanın dediklərini təsdiq edən heç bir mötəbər dəlil əldə etmək mümkün olmadığından həmin hissə ilə Vəzirəliyev Hacı Məmməd Bəhram oğlu və Aslanov Kərim Mahmud oğlunun əməlində hədə qorxu ilə tələb etmə cinayətinin əlamətləri müəyyən edilmədiyindən həmin hissədə barələrində Azərbaycan Respublikası CM-nin 182-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilmişdir. Yəni, T.N.Rzayeva tək Y.R.İsmayılov barəsində deyil, daha sonra Vəzirəliyev Hacı Məmməd Bəhram oğlu və Aslanov Kərim Mahmud oğlu barəsində də eyni məzmunlu şikayətlər etmiş və həmin faktlar təsdiqini tapmamışdır. İfadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərən daha yüksək olan bir sübut növüdür. Zərərçəkmişin bəzən özlərinin leyhinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimalları daha ağırlıqlıdır. Belə ki, zərərçəkmiş təqsirləndirilənlə prosesdə qarşı tərəf olması, aralarında mənafelər toqquşması olması tərəfsiz olması ehtimalını azaldır. Bu zaman zərərçəkmiş şəxsin intiqam hissi ilə hərəkət edə biləcəyi, həqiqətdə törədilməmiş əməli mənfəət təmini kimi səbəblərlə doğru olmayan ifadə verə biləcəyini göz önünə alaraq ifadəsi dəyərləndirilməlidir. Beləliklə də, T.N.Rzayevanın ifadələri ziddiyyətli olmaqla hadisələri ayrıntılı şəkildə əks etdirməmiş, istintaq zamanı verikləri ifadələrlə uyğunsuz olmuşdur. Bu da onların ifadənin inandırıcılığına təsir göstərir. Ona görə də, zərərçəkmiş şəxsin ifadəsi artıq mövcud olan digər sübutlarla bağdaşmayana qədər həqiqətdən uzaq qəbul edilməlidir. Keçərliliyi mübahisələndirilən və ya təsdiq edilməmiş ifadələr varsa, ortada qaranlıq bir nöqtə olduğu söylənilə bilir. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən yararlanır qaydasına əsasən dəyərləndirilməsi aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilənin bir cinayətdən cəzalandırılmasının təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsidir. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq məhrumetmə hökmü qurula bilməz. Cəza məhkumiyyəti araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edilərək çatılan ehtimali qənatə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Yüksək də olsa ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə dayalı olan hökm vermək anlamına gələr. Bu işdə də əldə edilmiş sübutlar Y.R.İsmayılovun istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tədbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsasalı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Ona görə də belə bir vəziyyətdə kifayət qədər ziddiyətli olan və mötəbər olmayan zərərçəkmiş şəxsin ifadələri ittihamın əsasını təşkil edə bilməz və bu ifadə digər sübutlarla təsdiq edilməyərək təkzib edilir. Belə olduğu təqdirdə, zərərçəkmiş şəxsin ifadələrinin mötəbər və etibarlı olmadığı da nəzərə alınaraq ittihamda göstərilən hərəkətlərin məhz Y.R.İsmayılov tərəfindən törədilməsi təsdiq edilmir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Avropa İnsan Hüququları Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə bir-birinə zidd olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin, şahidlərin və zərərçəkmişin ifadələrindən, həmin ifadələrdən zərərçəkmiş şəxsin ifadəsinin digər bir sübutlarla təsdiq edilmədiyi halda, ifadəni təsdiqləyən digər sübut olmadığı halda, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların, həmçinin müqayisəli təhlil aparılmalı digər sübutların məcmusu ilə təsdiq olunmadığı halda, həmin ifadələrdən birinə əhəmiyyət verilməsi, digərinə əhəmiyyət verilməməsi CPM-nin 33.4-cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar İsmayılov Yəhya Rauf oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İsmayılov Yəhya Rauf oğlunun ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İsmayılov Yəhya Rauf oğlunun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş üzrə DVD və CD disklər iş materiallarında saxlanılmalıdır. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə İsmayılov Yəhya Rauf oğlu bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, İsmayılov Yəhya Rauf oğluna bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: İsmayılov Yəhya Rauf oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. İsmayılov Yəhya Rauf oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut – “DVD” və “CD” disklər iş materiallarında saxlanılsın. İsmayılov Yəhya Rauf oğluna cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar