Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-272/2021 13.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Mirzəyeva Ünsiyyət Hacımehdi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə, xx xxxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 aprel 2021-ci il tarixdə, saat 01 radələrində və 13 aprel 2021-ci il tarixdə, saat 02 radələrində ünvan 4 ünvanında yerləşən “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” X3 rayon filialının ofisinə pəncərəni açmaq yolu ilə hər ikisi qanunsuz daxil olub, vahid niyyətlə əhatə olunan qəsdlə, oradan 1 ədəd 180 manat dəyərində “Emachines” markalı “E732” modellİ noutbuku, 1 ədəd 160 manat dəyərində “HP” markalı printeri, 1 ədəd 100 manat dəyərində “Canon” markalı “Pixsma İP4000” modelli printeri, 1 ədəd 10 manat dəyərində “Scarlett” markalı elektrik çaynikini, 02 ədəd hər biri 25 manat olmaqla, 50 manat dəyərində “Siemens” markalı “Gıgaset AS 180” modelli telefon aparatını, 1 ədəd 60 manat dəyərində nərdi, 1 ədəd 800 manat dəyərində “Samsung” markalı televizoru, 1 ədəd 50 manat dəyərində “TP-Link” markalı “wi fi” aparatını, 1 ədəd 25 manat dəyərində elektrik paylayıcısını, 1 ədəd 120 manat dəyərində üzərində ulu öndər Heydər Əliyevin portreti olan xalçanı, 1 ədəd 20 manat dəyərində “Scarlett” markalı elektrik çaynikini, 200 manat nağd pulu və 1 ədəd birliyə məxsus möhürü gizli talayıb, zərərçəkmiş hüquqi şəxs “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” X2 rayon filialına cəmi 1775 (bir min yeddi yüz yetmiş beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 aprel 2021-ci il tarixdə, saat 01 radələrində və 13 aprel 2021-ci il tarixdə, saat 02 radələrində ünvan 5 ünvanında yerləşən “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” X2 rayon filialının ofisinə pəncərəni açmaq yolu ilə hər ikisi qanunsuz daxil olub, vahid niyyətlə əhatə olunan qəsdlə oradan 1 ədəd 180 manat dəyərində “Emachines” markalı “E732” modelli noutbuku, 1 ədəd 160 manat dəyərində “HP” markalı printeri, 1 ədəd 100 manat dəyərində “Canon” markalı “Pixsma İP4000” modelli printeri, 1 ədəd 10 manat dəyərində “Scarlett” markalı elektrik çaynikini, 02 ədəd hər biri 25 manat olmaqla, 50 manat dəyərində “Siemens” markalı “Gigaset AS 180” modelli telefon aparatını, 1 ədəd 60 manat dəyərində nərdi, 1 ədəd 800 manat dəyərində “Samsung” markalı televizoru, 1 ədəd 50 manat dəyərində “TP-Link” markalı “wi fi” aparatını, 1 ədəd 25 manat dəyərində elektrik paylayıcısını, 1 ədəd 120 manat dəyərində üzərində ulu öndər Heydər Əliyevin portreti olan xalçanı, 1 ədəd 20 manat dəyərində “Scarlett” markalı elektrik çaynikini, 200 manat nağd pulu və 1 ədəd birliyə məxsus möhürü gizli talayıb, zərərçəkmiş hüquqi şəxs “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” X2 rayon filialına cəmi 1775 (bir min yeddi yüz yetmiş beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 onunla bir məhəllədə yaşamış və aralarında dostluq münasibəti olduğu üçün onlar tez-tez görüşərək, söhbət etmişlər. 04 aprel 2021-ci il tarixdə, saat 23 radələrində Aydınla Xətai rayonu, N.Tusi küçəsində görüşüb söhbət edərək, bir qədər məhəllədə gəzməyə başlamışlar. Həmin vaxt Aydın ona yaşadığı binanın birinci mərtəbəsində ofis yerləşdiyini və həmin ofisə heç kimin gəlibgetmədiyini, oraya daxil olaraq oğurluq etməyi təklif etmişdir. O da, Aydınla razılaşmış və bir qədər məhəllədə gəzişdikdən sonra, 05 aprel 2021-ci il tarixdə, gecə saat 01 radələrində Aydınla birlikdə ünvan 6 ünvanının qarşısına getmişlər. Orada Aydın binanın birinci mərtəbəsində yerləşən ofisi göstərib həmin yerə daxil olacaqlarını bildirmişdir. O da, razılaşdıqdan sonra binanın arxa hissəsinə keçib bir qədər ətrafa göz gəzdirmişlər və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra, ofisin arxa hissəsində olan plastik pəncərəyə yaxınlaşmışlar. Həmin vaxt onlar ofisin plastik pəncərəsinin açıq olduğunu görüb oradan içəri daxil olub mobil telefonun işığını yandırıb içəridə olan otaqları gəzərək ətrafa göz gəzdirməyə başlamışlar. Həmin vaxt onlar oradan 1 ədəd noutbuk kompüteri, 02 ədəd printeri, 02 ədəd “Siemens” markalı telefon aparatını və 1 ədəd elektrik çaynikini aşkar edərək götürüb sellofan paketə yığmışlar. Sonra oğurladıqları əşyaları ofisə daxil olduqları pəncərədən çölə çıxardıb binanın arxa hissəsində olan kolluqda gizlədib yaşadıqları evə getmişlər. 05 aprel 2021-ci il tarixdə, saat 11 radələrində yenidən ünvan 6 ünvanının qarşısında Aydınla görüşmüş və oğurladıqları əşyaları gizlətdikləri yerdən götürüb yaşadığı ünvan 7 ünvanına aparıb həyətdə gizlətmişlər. Bundan sonra, 13 aprel 2021-ci il tarixdə, saat 02 radələrində Aydınla birlikdə olan zaman, onlar yenidən Aydının yaşadığı binanın birinci mərtəbəsində yerləşən ofisə girmək qərarına gəlmişlər. Onlar birinci dəfə həmin ofisdən oğurluq edən zaman, orada divarda asılmış vəziyyətdə “Samsung” markalı televizor olduğunu gördükləri üçün, həmin televizoru da oğurlamaq qərarına gəlmişlər. Buna görə də, Aydınla birlikdə yenidən binanın arxa hissəsinə keçib bir qədər ətrafa göz gəzdirmişlər və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra, ofisin arxa hissəsində olan plastik pəncərədən yenidən içəri daxil olub divara bərkidilmiş “Samsung” markalı televizoru yerdən çıxardıb götürmüşlər. Həmçinin, həmin vaxt onlar orada olan masanın üzərində 1 ədəd nərd, siyirmədə olan 200 manat pul və qara rəngli bağlı dairəvi əşya olduğunu görüb həmin əşyaları da götürüb, çölə çıxardaraq yaşadıqları evin həyətinə aparıb orada gizlətmişlər. Həmin dairəvi əşyanın nə olduğunu bilməmişlər. Sonradan evdə həmin əşyaya baxanda, həmin əşyanın möhür olduğunu görmüşlər. Əslində həmin əşyanın möhür olduğunu bilməmişlər. Həmin gün saat 11 radələrində Xətai rayonu, N.Tusi küçəsində Aydınla görüşmüşdür. Bundan sonra onlar oğurladıqları televizoru satmaq qərarına gəlmişlər və internetə daxil olaraq müştəri axtarmağa başlamışlar. Həmin vaxt onlar saytların birində Orxan adlı şəxsin televizorların alışı barədə elan qoyduğunu görmüşlər və əlaqə saxlanması üçün qoyulmuş ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq, satmaq istədiyi televizorun olduğunu bildirmişdir. Həmin şəxs də televizorun modelini göndərməyini bildirdiyi üçün o, televizorun arxa hissəsində olan modelini telefonunun kamerası ilə çəkərək, “Whatsapp” proqramı vasitəsi İlə həmin şəxsə göndərmişdir. Orxan adlı şəxs də televizorun modelinə baxdıqdan sonra, 180 manata televizoru ala biləcəyini bildirmişdir. Onlar razılaşmış və saat 12 radələrində oğurladıqları televizoru taksi kimi fəaliyyət göstərən “Mercedes-Benz” markalı avtomobilə qoyaraq, Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının yaxınlığına aparmışlar və orada Orxanla görüşüb televizoru Orxana 180 manata satmışlar. Əldə etdikləri pulu və 200 manat pulu isə birlikdə şəxsi işlərinə xərcləmişlər. 14 aprel 2020-ci il tarixdə onu 35-ci Polis Bölməsinə dəvət etmişlər və o, orada yalan danışmağın heç bir mənası olmadığını görüb törətdiyi cinayət əməlini etiraf etmiş və yaşadığı evdə olan əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 onunla bir məhəllədə yaşamış və aralarında dostluq münasibəti olduğu üçün tez-tez görüşərək, söhbət etmişlər. 04 aprel 2021-cı il tarixdə, saat 23 radələrində Rüstəmlə yaşadığı Xətai rayonu, N.Tusi küçəsində görüşüb söhbət edərək, bir qədər məhəllədə gəzişməyə başlamışlar. Həmin vaxt o, Rüstəmə yaşadığı binanın birinci mərtəbəsində ofis yerləşdiyini və həmin ofisə heç kimin gəlib-getmədiyini, oranın uzun müddət istifadəsiz olduğunu bildiyini, buna görə də oraya daxil olaraq oğurluq etməyi təklif etmişdir. Rüstəm də heç bir etiraz etməyib, onun təklifi ilə razılaşmış və onlar bir qədər məhəllədə gəzişdikdən sonra, 05 aprel 2021-ci il tarixdə, gecə saat 01 radələrində Rüstəmlə birlikdə yaşadığı ünvan 6 ünvanının qarşısına getmişlər. Həmin vaxt o, Rüstəmə binanın birinci mərtəbəsində yerləşən ofisi göstərib, həmin yerə daxil olacaqlarını bildirmişdir. Rüstəm də etiraz etməmiş və onlar binanın arxa hissəsinə keçib, bir qədər ətrafa göz gəzdirmişlər və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra, ofisin arxa hissəsində olan plastik pəncərəyə yaxınlaşmışlar. Həmin vaxt onlar ofisin plastik pəncərəsinin açıq olduğunu görüb oradan içəri daxil olub, mobil telefonun işığını yandırıb, içəridə olan otaqları gəzərək ətrafa göz gəzdirməyə başlamışlar. Onlar oradan 1 ədəd noutbuk kompüteri, 02 ədəd printeri, 02 ədəd “Siemens” markalı telefon aparatını və 1 ədəd elektrik çaynikini aşkar edərək götürüb sellofan paketə yığmışlar. Sonra oğurladıqları əşyaları ofisə daxil olduqları pəncərədən çölə çıxardıb binanın arxa hissəsində olan kolluqda gizlədib yaşadıqları evə getmişlər. Səhəri gün, yəni 05 apel 2021-cı il tarixdə, saat 11 radələrində Rüstəmlə əlaqə saxladıqdan sonra, yaşadığı ünvan 6 ünvanının qarşısında Rüstəmlə görüşüb oğurladıqları əşyaları gizlətdikləri yerdən götürüb, Rüstəmin yaşadığı ünvan 7 ünvanına aparıb həyətdə gizlətmişlər. Bundan sonra, 13 aprel 2021-ci il tarixdə, saat 02 radələrində Rüstəmlə birlikdə olan zaman, onlar yenidən binanın birinci mərtəbəsində yerləşən ofisə girərək oğurluq etmək qərarına gəlmişlər. Onlar birinci dəfə həmin ofisdən oğurluq edən zaman, orada divarda asılmış vəziyyətdə “Samsung” markalı televizor olduğunu gördükləri üçün həmin televizoru da, oğurlamaq qərarına gəlmişlər. Rüstəmlə birlikdə yenidən binanın arxa hissəsinə keçib, bir qədər ətrafa göz gəzdirmişlər və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra ofisin arxa hissəsində olan plastik pəncərədən yenidən içəri daxil olub, divara bərkidilmiş “Samsung” markalı televizoru yerindən çıxardıb götürmüşlər. Həmçinin onlar həmin vaxt orada olan masanın üzərində 1 ədəd nərd, siyirmədə olan 200 manat pulu və qara rəngli bağlı dairəvi əşya olduğunu görüb həmin əşyaları da götürüb, çölə çıxardaraq əllərində Rüstəmin yaşadığı evin həyətinə aparıb gizlətmişlər. Həmir dairəvi əşyanın nə olduğunu bilməmişlər. Sonradan evdə həmin əşyaya baxanda həmin əşyanın möhür olduğunu görmüşlər. Əslində həmin əşyanın möhür olduğunu bilməmişlər. Həmin gün saat 11 radələrində Xətai rayonu, N.Tusi küçəsində yenidən Rüstəmlə görüşmüşdür. Bundan sonra, onlar oğurladıqları televizoru satmaq qərarına gəlmişlər və Rüstəm internetə daxıl olaraq müştəri axtarmağa başlamışdır. Həmin vaxt onlar saytların birində Orxan adlı şəxsin televizorların alışı barədə elan qoyduğunu görmüşlər və Rüstəm əlaqə saxlanması üçün qoyulmuş ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq, satmaq istədiyi televizorun olduğunu bildirmişdir. Həmin şəxs də televizorun modelini istədiyi üçün Rüstəm televizorun arxa hissəsində olan modelini telefonun kamerası ilə çəkərək, “Whatsapp” proqramı vasitəsi ilə həmin şəxsə göndərmişdir. Orxan televizorun modelinə baxdıqdan sonra 180 manata televizoru ala biləcəyini bildirmişdir. Onlar da razılaşmış və saat 12 radələrində oğurladıqları televizoru taksi kimi fəaliyyət göstərən “Mercedes-Benz” markalı avtomobilə qoyaraq, Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının yaxınlığına aparmışlar. Orada Orxanla görüşüb televizoru 180 manata Orxana satmışlar. Əldə etdikləri pulu və 200 manat pulu Rüstəmlə birlikdə şəxsi işlərinə xərcləmişlər. 14 aprel 2020-ci il tarixdə onu 35-ci Polis Bölməsinə dəvət etmişlər və o, orada yalan danışmağın heç bir mənası olmadığını görüb, törətdiyi cinayət əməlini etiraf etmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs göstərmişdir ki, birinci və ikinci Qarabağ müharibəsinin iştirakçısıdır, Qarabağ qazisidir və ikinci qrup əlildir. O, 2006-cı ildən ünvan 6 ünvanında yerləşən “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” X2 rayon filialının sədri işləyir. İşlədiyi ictimai birliyin əsas iş prinsipi Qarabağ əlilləri, veteranları və şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərmək, hüquqlarını müdafiə etmək, mənzil və məişət şəraitini yaxşılaşdırmaq, onların müalicə, müayinə və reabilitasiyasını təmin etməkdən ibarət olmuşdur. Rəhbəri olduğu birlikdə olan əşyalar və avadanlıqlar “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinə məxsusdur. Onlar həftənin beş işi günü işləyərək şənbə və bazar günləri istirahət etmişlər. İş günləri hər gün saat 10:00-da işə başlamış və həmin gün saat 17:00-da iş vaxtı bitdiyi üçün çıxıb getmişlər. İctimai birlikdə onun müavini olan Mehman və katibə Günel də işləmişdir. Onlar rəhbəri olduğu ictimai birlikdə işdən çıxıb gedən zaman, birliyinin giriş qapısını açarla bağlamışlar. 02 aprel 2021-ci il tarixdə, saat 10 radələrində həmişəki kimi ünvan 6 ünvanında yerləşən “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” X2 rayon filialına işə getmiş və həmin gün saat 17:00-da iş vaxtı bitdiyi üçün işçilərlə birlikdə birliyə məxsus ofisin pəncərə və qapısını bağlayaraq yaşadığı evə getmişdir. 03 və 04 aprel 2021-ci il tarixlərdə şənbə və bazar günləri olduğu üçün birliyə məxsus ofisdə heç kim olmamışdır. 05 aprel 2021-ci il tarixdə, saat 10:00-da işə getmişdir. O, qapını açıb içəri daxil olan zaman, ofisin içərisində olan qapının kilidinin qırıldığını və arxa hissədə olan pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. O, bundan şübhələnib tez ofisdə olan otaqlara nəzər salan zaman, masanın üzərində 1 ədəd 800 manat dəyərində olan “Emachines” markalı noutbuk kompüterin, 1 ədəd 500 manat dəyərində “HP” markalı printerin, 1 ədəd 300 manat dəyərində “Canon” markalı printerin və 1 ədəd 20 manat dəyərində elektrik çaynikinin yerində olmadığını, oğurlandığını aşkar etmişdir. Bundan sonra o, dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq, baş vermiş hadisə barədə məlumat vermişdir. Bir qədər sonra, Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları gələrək, hadisə yerinə baxış keçirtmişlər. Bundan sonra 12 aprel 2021-ci il tarixdə həftənin ilk iş günü olduğu üçün, saat 10:00-da işə getmiş və həmin gün saat 17:00-da iş vaxtı bitdiyi üçün işçilərlə birlikdə birliyə məxsus ofisi bağlayaraq yaşadığı evə getmişdir. Səhəri gün, yəni 13 aprel 2021-ci il tarixdə, saat 10:00-da işə getmişdir. Həmin vaxt o, qapını açıb içəri daxil olan zaman, ofisin içərisində olan otaqlarını qapısının kilidinin qırılmış vəziyyətdə olduğunu və arxa hissədə olan pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. O, bundan şübhələnib tez iş otağına daxil olan zaman, divara bərkidilmiş 1 ədəd 800 manat dəyərində “Samsung” markalı televizorun, 1 ədəd 50 manat dəyərində “Wi Fi” aparatının, 02 ədəd 80 manat dəyərində “Siemens” markalı telefon aparatının, 1 ədəd 200 manat dəyərində əl işindən olan nərdin, 1 ədəd 20 manat dəyərində yeni alınmış “Scarlett” markalı elektrik çaynikinin, 1 ədəd 25 manat dəyərində elektrik paylayıcısının, 1 ədəd 120 manat dəyərində üzərində ulu öndər Heydər Əliyevin portreti olan xalçanın yerində olmadığını aşkar etmişdir. Həmçinin seyfdə ictimai birliyə məxsus olan möhürün və siyirmədə olan 200 manat rüsum pulunu yerində olmadığını aşkar etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, yenidən rəhbəri olduğu birliyə məxsus ofisdə oğurluq hadisəsi baş vermişdir. Buna görə də o, Xətai RPİ-nın 35-ci Polis Bölməsinə zəng vuraraq, baş vermiş hadisə barədə məlumat vermiş və polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər. Həmin vaxt o, yenidən ərizə ilə müraciət edib hadisə barədə izahat vermişdir. “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” X2 rayon filialın ofisindən 05 aprel 2021-ci il tarixdə 1 ədəd 800 manat dəyərində “Emachines” markalı noutbuk kompüteri, 1 ədəd 500 manat dəyərində “HP” markalı printer, 1 ədəd 300 manat dəyərində «Canon» markalı printer və 1 ədəd 20 manat dəyərində elektrik çayniki, 13 aprel 2021-ci il tarixdə isə 1 ədəd 800 manat dəyərində «Samsung» markalı televizor, 1 ədəd 50 manat dəyərində “TP-Link” markalı “wi fi” aparatı, 02 ədəd 80 manat dəyərində «Siemens» markalı telefon aparatı, 1 ədəd 200 manat dəyərində əl işindən olan nərd, 1 ədəd 20 manat dəyərində “Scarlett” markalı elektrik çayniki, 1 ədəd 25 manat dəyərində elektrik paylayıcısı, 1 ədəd 120 manat dəyərində üzərində ulu öndər Heydər Əliyevin portreti olan xalça, 1 ədəd birliyə məxsus möhür və 200 manat rüsum pulu oğurlanmışdır. Sonradan ona məlum olmuşdur ki, ictimai birlikdən oğurluğu edən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslərdir. Birliyə dəymiş maddi ziyanın hazırda ödənildiyini, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aralarında barışıq əldə olunduğunu və onlara qarşı heç bir şikayətinin olmadığını nəzərə alaraq, təqsirləndirilən şəxslərə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid göstərmişdir ki, onlayn qaydada müxtəlif növ məişət əşyalarının alqı-satqı ilə məşğuldur. O, “lalafo.az” saytında məişət əşyalarını alqı-satqısı barədə elan yerləşdirmiş və müştərilərin onunla əlaqə saxlaması üçün istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni elanda yerləşdirmişdir. 13 aprel 2020-ci il tarixdə, saat təxminən 11 radələrində adının sonradan Rüstəm olduğunu öyrəndiyi şəxs zəng vuraraq, mobil nömrəni internetdən götürdüyünü və televizor satmaq istədiyini bildirmişdir. O, Rüstəmdən televizor barədə maraqlanan zaman, Rüstəm televizorun “Samsung” markalı olduğunu, yeni televizor almaq məqsədi ilə satmaq istədiyini bildirmişdir. O da, Rüstəmə televizorun fotosunu ona göndərməyini bildirmişdir. Rüstəm “Whatsapp” proqramı vasitəsi ilə televizorun modelini kamera ilə çəkərək ona göndərmişdir. O, televizorun modelinə baxan zaman, “Samsung 32F 4500” modelli, 2013-cü il buraxdışlı olduğunu görmüş və həmin televizoru 180 manat ala biləcəyini bildirmişdir. Rüstəm də onunla razılaşdıqdan sonra, həmin gün saat 12 radələrində Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının yaxınlığında Rüstəmlə görüşmüşdür. Həmin vaxt Rüstəm adının sonradan Aydın olduğunu öyrəndiyi şəxslə gəlmişdir. Rüstəmin gətirdiyi televizoru orada yerləşən mağazaların birində cərəyana qoşaraq yoxlamış və Rüstəmin şəxsiyyət vəsiqəsinin şəklini mobil telefonunla çəkmişdir. Sonra razılaşdıqları kimi, Rüstəmə 180 manat pul verib televizoru alıb çıxıb getmişdir. Daha sonra “Samsung” markalı televizoru “Lalafo.az” saytında 210 manata satışa qoymuş və həmin gün onunla əlaqə saxlamış tanımadığı müştərilərdən birinə 210 manata satmışdır. Daha sonra isə polis əməkdaşları onunla əlaqə saxlayıb, Rüstəmin ona satmış olduğu televizorun oğurluq yolu ilə əldə etdiyini bildirmişlər. Onun televizorun oğurluq olmasından xəbəri olmamış, Rüstəm ona həmin televizorun özünə məxsus olduğunu, yeni televizor almaq məqsədi ilə satmaq istədiyini bildirib satmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri etirafedici ifadələri ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2021-ci il tarixli, 9/2455 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və istifadədə olması nəzərə alınmaqla, 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə 1 ədəd “Emachines” markalı, E732 modelli noutbukun dəyəri 180 manat, 1 ədəd “HP” markalı, 3-in-1 modelli printerin dəyəri 160 manat, 1 ədəd “Canon” markalı, Pixma İP4000 modelli printerin dəyəri 100 manat, 2 ədəd “Siemens” markalı, Gigaset AS 180 modelli telefonun dəyəri 50 manat, 1 ədəd naxışlarla bəzədilmiş nərdin dəyəri 60 manat, 1 ədəd “Scarlett” markalı elektrik çaynikin dəyəri 10 manat müəyyən edilir. İş materiallarından görünür ki, zərərçəkmiş hüquqi şəxs “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” X2 rayon filialına məxsus 1 ədəd “Emachines” markalı noutbuk, 1 ədəd “HP” markalı printer, 1 ədəd “Canon” markalı printer, 2 ədəd “Siemens” markalı telefon, 1 ədəd nərd, 1 ədəd “Scarlett” markalı elektrik çaynik və 1 ədəd möhür cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü sahibinə geri qaytarılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 326.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 14 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdurlar. İş materiallarından görünür ki, 16 aprel 2021-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və onlar saxlandıqları Xətai Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamələrdən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu barəsində heç bir məlumat yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri etirafarı ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslərə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxslərin ilk dəfə cinayət əməli törətmələrini, törətdikləri əməli etiraf etmələrini, əməllərindən peşmançılıq çəkmələrini və zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etmələrini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, onların 14 aprel 2021-ci il tarixdən 16 aprel 2021-ci il tarixədək həbsdə saxlanıldıqları müddəti nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - zərərçəkmiş hüquqi şəxs “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” X2 rayon filialına məxsus 1 ədəd “Emachines” markalı noutbuk, 1 ədəd “HP” markalı printer, 1 ədəd “Canon” markalı printer, 2 ədəd “Siemens” markalı telefon, 1 ədəd nərd, 1 ədəd “Scarlett” markalı elektrik çaynik və 1 ədəd möhürün sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum edilmiş Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum edilmiş Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - zərərçəkmiş hüquqi şəxs “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” X2 rayon filialına məxsus 1 ədəd “Emachines” markalı noutbuk, 1 ədəd “HP” markalı printer, 1 ədəd “Canon” markalı printer, 2 ədəd “Siemens” markalı telefon, 1 ədəd nərd, 1 ədəd “Scarlett” markalı elektrik çaynik və 1 ədəd möhürün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-272/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-272/2021
13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver