Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-272/2023 19.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1942-ci ildə Tər-Tər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, təqaüdçü, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarət vurulmasına səbəb olmuşdur. Belə ki, o, 28 dekabr 2022-ci il tarixdə saat 07:27 dəqiqədə özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz C-200” minik markalı, Az-**-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə “Xəzər” dairəsi istiqamətində 30-40 km/saat sürətlə idarə edərkən Xətai rayonu, ünvan 2 ünvanın qarşısında, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq “sürücü nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyini təmin olunacağına əmin olaraq hərəkəti davam etdirməlidir” kimi tələblərinə riayət etməklə baş verə biləcək yol-nəqliyyat hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməyərək yol hərəkəti qaydalarını pozub piyada zolağının üzərində hərəkəti istiqamətində yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön hissəsi ilə vuraraq ehtiyatsızlıqdan onun dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid olan cərrahi əməliyyat-sağ gicgah-təpə sümüyünün sümük plastik trepanasiyasından sonrakı vəziyyət, kəllə əsasına qədər olan, sağ gicgah sümüyünün xətti sınığı, kəllə əsası sümük sınığı olan yerlərdən qanama; oksipital (ənsə) sümük kondilin sağ yarısında, frontal (alın) sümüyün orbital çıxıntı lateralında (yanda), inferiorunda (aşağıda) qəlpəli sınıq xətləri; müştərək kəllə-beyin travması; baş beyninin yüngül dərəcəli kontuziyası; sağ gicgah-təpə nahiyəsində epidural hematoma; sağ əlin 1-ci daraq sümüyünün proksimalında sınığı; sağ Fibulanın (qamış sümüyünün) orta 1/3-də yerdəyişməmiş sınığı; sağ paraorbital nahiyənin travmatik hematoması, sağ qulaq pərdəsi arxasında qanlı möhtəviyyat-sağ tərəfli hematotimpanumdan (orta qulaq boşluğunda qan toplanması) ibarət xəsarətlərin almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etiraf edici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, hadisə yerinə baxış protokolu, sxem və diskə baxış protokolu, məhkəmə yol nəqliyyat hadisəsi və məhkəmə-tibbi ekspertizasının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, avtomobili idarə etmək üçün «B1,B» kateqoriyalı «BB» seriyalı, 503165 nömrəli sürücülük vəsiqəsi vardır. 1999-cu il buraxılışlı, gümüşü metalik rəngli “Mercedes-benz C-200” markalı, Az ** HP *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobil ilə Bakı şəhərində taksilik fəaliyyəti ilə məşğul olur. 28 dekabr 2022-ci il tarixdə saat 07:10 dəqiqədə yaşadığı ünvan 3 ünvandan çıxaraq üzü Gəncə prospektinə doğru idarə etdiyi avtomobil ilə hərəkət etmişdir. Həmin günü saat 07:27 dəqiqədə Gəncə prospektində üzü Xəzər dairəsi istiqamətinə saatda 30-40 km saat sürəti ilə hərəkət edərkən Xətai rayonu, Gəncə prospektində yerləşən “Fəridə” şadlıq sarayının qarşısında olan piyada zolağından bir nəfər piyada qadının hərəkət edərək üzü onun hərəkət etdiyi istiqamətə soldan sağa doğru keçən zaman fikirli olduğu üçün həmin qadını görmədən piyada zolağının üzərində sağ tərəfindən avtomobilinin ön hissəsi ilə ehtiyyatsızlıqdan vurmuşdur. Qadının baş nahiyəsi avtomobilinin alın şüşəsinə dəyərək alın şüşəsi sınmışdır. Bundan sonra həmin qadın asfaltbeton üzərinə yıxılmışdır. O, dərhal avtomobili saxlayaraq sükan arxasından enərək həmin piyada qadına yaxınlaşmışdır. Ətrafda olan tanımadığı şəxslərdə həmin piyada hərəkətdə olan qadına yaxınlaşmışlar. Tanımadığı şəxslərin köməkliyi ilə qadını avtomobilinə əyləşdirmişlər. O, həmin şəxsi yaxınlıqda olan xəstəxanaya aparmaq istədikdə həmin qadın avtomobildə ona yaxınlıqda yaşayan anasınında onunla birlikdə xəstəxanaya getməsini bildirmişdir. O, həmin qadının yaşadığı küçəyə avtomobilini sürmüşdür. Həmin qadının anasına məlumat verdikdə sonuncu evindən çıxaraq onun avtomobilinə əyləşib birlikdə 7 saylı Təcili Tibbi yardım stansiyasına getmişdir. 7 saylı TTYS-nın həkimləri sonradan ona məlum olmuşdur ki, həmin qadını Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalına aparmışlar. Onların hara getdiklərini bilmədiyi üçün əlaqə saxlaya bilməmişdir. O, xəsarət alan şəxsin 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs olmasını sonradan bilmişdir. Zərərçəkmiş şəxsin xəstəxana xərclərini çəkmişdir. Barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Maliyyə İdarəsində mütəxəssis vəzifəsində çalışdığı üçün gündəlik olaraq işə gedir. 28 dekabr 2022-ci il tarixdə adi qaydada səhər yuxudan oyanaraq işə getmək üçün hazırlaşmışdır. Həmin günü saat 07 radələrində yaşadığı evdən çıxaraq piyada Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən Həzi Aslanov metrostansiyasına doğru hərəkət etməyə başlayaraq Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində yerləşən “Fəridə” şadlıq sarayının qarşısında olan piyada zolağını keçərkən avtomobillərin Xəzər dairəsi istiqamətindən gəlmədiyinə əmin olduqdan sonra adi yerişlə addımlamağa başlamışdır. Həmin avtomobil yolunu keçdikdən sonra Ukranya dairəsi istiqamətindən Xəzər dairəsi istiqamətinə gələn avtomobillərin olmadığına əmin olduqdan sonra həmin piyada keçidini təxminən 6-7 metr məsafəsini qət edən zaman eyni istiqamətdən gələn sonradan ad soyadı ona məlum olan 82 yaşlı Təqsirləndirilən şəxs özünə məxsus gümüşü metalik rəngli “Mercedes-benz” markalı, C200 modelli Az-**-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön hissəsi ilə onu sağ tərəfindən ehtiyyatsızlıqdan vurmuşdur. O, aldığı zərbə nəticəsində baş nahiyəsi həmin avtomobilin alın şüşəsinə dəyərək yerə yıxılmışdır. Təqsirləndirilən şəxs avtomobilini saxlayaraq ona yaxınlaşmışdır. Həmin vaxtı ətrafda olan şəxslərdə onun xəsarət aldığını görüb yaxınlaşmışlar. Onu Təqsirləndirilən şəxs avtomobilinə əyləşdirmişlər. Təqsirləndirilən şəxs avtomobilində olan zaman o, Təqsirləndirilən şəxs anasına məlumat verməsini bildirmişdir. Bundan sonra anasını yaxınlıqda olan mənzillərindən götürərək birlikdə 7 saylı Təcili Tibbi yardım stansiyasına getmişlər. Oradan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalına aparmışlar. Həkimlər tərəfindən müayinə olunduqdan sonra baş nahiyəsində cərrahi əməliyyat olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalında 10 gün stasionar müalicə aldıqdan sonra evə buraxılmışdır. Ona dəymiş zərər tam ödənilməmişdir. Lakin, buna baxmayaraq hazırki iş üzrə təqsirləndirilən şəxsdən şikayətçi deyil. Təqsirləndirilən şəxsi bağışlamasını hökmdə nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 1974-cü ildə rəsmi nikaha daxil olmuşlar. Hazırda hər ikisidə təqaüddədir. Aldıqları təqaüd maddi vəziyyətlərini qane etmədiyinə görə həyat yoldaşı Təqsirləndirilən şəxs mütamadi olaraq fərdi qaydada taksilik fəaliyyəti ilə məşğul olur. 28 dekabr 2022-ci il tarixdə saat 07 radələrində Təqsirləndirilən şəxs yaşadıqları evdən çıxmışdır. Təxminən 10 dəqiqədən sonra Kamal ona zəng edərək bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 89 ünvanından çıxaraq üzü Gəncə prospektinə doğru idarə etdiyi avtomobillə hərəkət edərkən Gəncə prospektində üzü Xəzər dairəsi istiqamətinə saatda 30-40 km saat sürəti ilə hərəkət edərkən “Fəridə” şadlıq sarayının qarşısında olan piyada zolağından bir nəfər qadını ehtiyatsızlıqdan vurmuşdur. Həmin qadını avtomobilinə əyləşdirib 7 saylı Təcili Tibbi yardım stansiyasına aparmışdır. 7 saylı TTYS-nın həkimləri həmin qadını DTX-nin hospitalına aparmışlar. Sonradan məlum olmuşdur ki, həmin xəsarət alan şəxs 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxsdır. Zərərçəkmiş şəxs aldığı xəsarəti ilə bağlı dəfələrlə yaşadığı ünvana getmiş, ona lazım olan maddi yardımları göstərmiş, lakin Həcərin anası onlara təklif etdikləri maddi yardımlar ilə razılaşmamışlar. Buna baxmayaraq onlar öz insanlıq borcunu göstərərək Zərərçəkmiş şəxs xəstəxana xərclərini qarşılayaraq 3.000 manat xəstəxanaya pul köçürmüşlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 23 fevral 2023-cü il tarixli qərardan görünür ki, yol nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün aidiyyatl üzrə (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 28 dekabr 2022-ci il tarixli protokoldan, sxemdən və şəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 19 ünvanında baş vermiş və Təqsirləndirilən şəxs yol nəqliyyat hadisə yerinə baxış keçrilməsi protokolunun tərtibi zamanı hadisə yerini əli ilə göstərərək, hadisənin necə baş verməsini əyani təsvir etmişdir. (i.v. 6-12); 28 dekabr 2022-ci il tarixli. 2/42369 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görnür ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur(i.v 13) Təqsirləndirilən şəxs məxsus BB 503165 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2024-cü il tarixə qədər qüvvədədir.(i.v 15) ; nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2007-ci il buraxılışlı, xetçbek tipli, “Mercedes-Benz C-200” minik markalı, Az-**-HP-*** Təqsirləndirilən şəxs mülkiyyətindədir (i.v. 16); Azərbaycan Respublikası DİN-in BDYPİ-dən alınmış xx.xx.2023-cü il tarixli, 3-12- 16/2-4724/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs DİN-in Baş Dövlət Yol Polisi idarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək etibarlı olan BB 503165 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır.(i.v 31) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 canlı şəxsin ekspertizasının 23 yanvar 2023-cü il tarixli 52 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs cərrahi əməliyyat-sağ gicgah-təpə sümüyünün sümük plastik trepanasiyasından sonrakı vəziyyət, kəllə əsasına qədər olan, sağ gicgah sümüyünün xətti sınığı, kəllə əsası sümük sınığı olan yerlərdən qanama; oksipital (ənsə) sümük kondilin sağ yarısında, frontal (alın) sümüyün orbital çıxıntı lateralında (yanda), inferiorunda (aşağıda) qəlpəli sınıq xətləri; müştərək kəllə-beyin travması; baş beyninin yüngül dərəcəli kontuziyası; sağ gicgah-təpə nahiyəsində epidural hematoma; sağ əlin 1-ci daraq sümüyünün proksimalında sınığı; sağ Fibulanın (qamış sümüyünün) orta 1/3-də yerdəyişməmiş sınığı; sağ paraorbital nahiyənin travmatik hematoması, sağ qulaq pərdəsi arxasında qanlı möhtəviyyat-sağ tərəfli hematotimpanumdan (orta qulaq boşluğunda qan toplanması) müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə baş vermiş YNH zamanı piyada qismində törənə bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir.(i.v 32-36) Azərbaycan Respublikası Məhkəmə Ekpertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 31 yanvar 2023-cü il tarixli 8/133 nömrəli rəyindən görünür ki, “Mercedes-Benz C-200” minik markalı, Az-**-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilini sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.(i.v37-40) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cüi il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v. 41); 27 fevral 2023-cü il tarixli zərərçəkmiş şəxsin tanınmaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v 43) 13 mart 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməli və ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilməsi, məhkəmə-tibbi ekspertizasının 23 yanvar 2023-cü il tarixli 52 nömrəli, məhkəməyol nəqliyyat ekspertizasının 31 yanvar 2023-cü il tarixli 8/133 nömrəli rəyləri iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi va istintaq materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes-Benz C-200" minik markalı, Az-**-HP-*** dövlət qeydiyyat nişanlı avtomobili maddi sübut kimi tanınması və sahibinə qaytarılmasının nəzərə alınması, cinayət işi üzrə Azərbaycan Respublikası DİNin BDYPİ-in Qeydiyyat-İmtahan Şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli, 3-12-16/2- 4724/2023 saylı məktub iş üzrə əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qiymətləndirilməsi və cinayət işinin materialarına əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi və Azərbaycan Respublikası Baş Prokurorunun 01 dekabr 2006-cı il tarixli 09/84 № "Cinayət təqibi zamanı "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında nəzərə alınması haqqında" əmrin 19-cu maddəsinin tələbinə əsasən bu barədə material ayrılıb, rayon prokurorluğunun arxivində saxlanılması üçün göndərilməsi, Azərbaycan Respublikası DİN NHİX-nin xx.xx.2022-ci il tarixli 3-13-3/2- 946/2023 nömrəli məktubuna əlavə edilmiş baş vermiş yol-nəqliyyat hadisəsinin görüntüsü ǝks olunan 01 ǝdad "CD" formatlı diski sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. (i.v 53-57) 17 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır(i.v 67-68) 17 mart 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v 82) Azərbaycan Respublikası DTX HTBİ tərəfindən verilən xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, pasient Hacıiyeva Həcər tərəfindən 2.955,63 manat ödəniş edilmişdir(i.v 87) Azərbycn Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X5 129 nömrəli ekspert rəyindən görünür ki, Vət. X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ incik sümüyünün qapalı başaltı sınığı və həmin səviyyədə yumşaq toxumanın qançırı bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşın vurması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. (i.v. 26-27); X1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş xəsarətlə əlaqədar cinayət işinin başlanmasını xahiş etmişdir.(i.v 52) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 mart 2022-ci il tarixli, 8/370 nömrəli ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia Rio markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. ( i.v. 29-31); 06 aprel 2022-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Xətai RPİ-nin İŞ-nin müstəntiqi Elmin Abdullayev tərəfindən icraata götürülərək ibtidai istintaqı aparılmışdır.(i.v 32) 07 aprel 2022-ci il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, X3 zərər çəkmiş şəxs qismində tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir(i.v 34) 04 may 2022-ci il tarixli ittiham elan edilməsi üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun tutularaq Xətai RPİ-nin MSY-yə təhvil verilməsi qərara alınmışdır. 04 may 2022-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək cinayət işinin icraatı dayandırılmışdır(i.v 61) 04 iyun 2022-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı təzələnmişdir(i.v 64) 04 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan ititham ona elan edilmişdir (i.v 81) 04 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 100-101) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2022-ci il tarixli, 107-4968-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə AR DİN- BDYPİ QİŞ tərəfindən AD 110524 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. A.R.Mahmudovun sürücülük hüququndan məhrum olunması barədə DİN BDYPİ MMS-də hər hansı məlumat qeydə alınmamışdır (i.v 109) Sübutların qiymətləndirilməsi haqqında 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş "başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 129 saylı və məhkəmə-yol nəqliyyat ekspertizasını xx.xx.2022-ci il tarixli, 8/370 saylı rəyləri iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilsin və istintaq materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi "Kia Rio" markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınması və sahibinə qaytarılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 263-1 və 264-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilsin və Azərbaycan Respublikası Baş Prokurorunun 01 dekabr 2006-cı il tarixli 09/84 Neli "Cinayət təqibi zamanı "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında nəzərə alınması haqqında" əmrin 19-cu maddəsinin tələbinə əsasən bu barədə material ayrılıb rayon prokurorluğunun arxivində saxlanılması üçün göndərilməsi qərara alınmışdır. ( i.v. 112-118); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, zərər çəkmiş şəxsin və şahidin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs qarşı zərər çəkmiş şəxs şikayətçi olmasa da, ona dəymiş zərərin ödənilməməsini nəzərə alaraq təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 263.1-1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-cü maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsi (CM59.1.1), cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması(CM59.1.11) və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi (CM59.1.14), təqsirləndirilən şəxsin yaşını(59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan “Mercedes-Benz C-200” minik markalı, Az**-HP-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, 01 ədəd CD disk cinayət işi materillarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsi hesabına keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52- 1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 7 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, oğlunun Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanını hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübit kimi tanınmış”Mercedes-Benz C-200” minik markalı, Az**-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın, 01 ədəd “CD” disk cinayət işi materillarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 85 (səksən) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Maddi sübut kimi iş materiallarına əlavə edilmiş disklər cinayət işi materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-272/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-272/2023
19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver