Məhkəmə qərarları › İş №1(011)-273/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-273/2020

14.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-273/2020 14.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır xəsarət yetirmişdir. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 09:30-da Bakı şəhəri Xətai rayonu Nobel prospekti 159 saylı ünvanın qarşısında texniki cəhətdən saz vəziyyətdə olan “xxxxxxxxxxx” MMC-yə məxsus “Dong Feng A 30” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərkən «Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və həmin maddənin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətdən yüksək 70 km/saat sürətlə idarə etmiş, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunu etməyib qarşısındakı avtomobillərin dayandığını görsə də sağ hərəkət zolağına çıxıb hərəkətinə davam etdiyindən yolu soldan-sağa adi yerişlə keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ ön hissəsi ilə vuraraq ona ehtiyatsızlıqdan baş beyinin ağır dərəcəli əzilməsi ilə müşayiət olunan müştərək travma və qapalı kəllə beyin travması, soldan İ qabırğanın sınığı və sol tərəfli hidrotoraks ilə qeyd olunan döş qəfəsinin küt travması, sağdan oturaq sümüyünün az yerdəyişən sınığı, sağ dirsək sümüyünün orta 1/3-nin qapalı az yerdəyişən sınığı, L5 (bel) fəqərəsinin sol an çıxıntısının sınığı, sağ qulaq seyvanında sıyrılmış yara və üzün sıyrıntılarından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş və hadisə nəticəsində “xxxxxxxxxxx” MMC-yə məxsus “Dong Feng A 30” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3130 manat miqdarında maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspertiza rəyi, habelə cinayət işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, avtomobili idarə etmək üçün BC dərəcəli sürücülük vəsiqəsi vardır. “Dong Feng A 30” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı 2017-ci il buraxılışlı gümüşü metallik rəngli avtomobil “xxxxxxxxxxx” MMC-yə məxsusdur. xx xxxxxx 2019-cu il tarixdə həmin avtomobil MMC ilə bağlanmış müvafiq müavilə əsasında icarəyə verilmiş, avtomobili gündəlik 26 manat ödəmək şərti ilə icarəyə götürmüş, avtomobili idarə etməsi üçün etibarnamə verilmişdir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 08 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Dong Feng A30” markalı **- PL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı Metopolitenin Nəsimi rayonu ərazisində olan “28 May” stansiyasının yaxınlığından müştərini götürüb, Xətai rayonu Nobel prospekti ilə üzü Nargilə dairəsi tərəfə hərəkət etmişdir. Həmin vaxt avtomobilində yük olmamış və adını bilmədiyi bir nəfər sərnişini Xətai rayonu ərazisində olan Nargilə dairəsinə gətirmişdir. Avtomobillə Nobel prospektində dörd zolaqlı yolun sağ hərəkət hissəsi ilə ikinci zolaqda Nargilə dairəsi istiqamətində təxminən saatda 60-70 km sürətlə hərəkət etmişdir. Nobel prospektində yerləşən ad verilməmiş yeni tikilmiş yanacaq doldurma məntəqəsi ilə üzbə üz yolda idarə etdiyi avtomobilin qarşısında hərəkətdə olan markalarını və dövlət nömrə nişanlarını xatırlamadığı iki avtomobil qəflətən tormozlama etmişdir. Həmin avtomobilləri vurmasın deyə avtombili yolun sağ hərəkət hissəsinə istiqamətləndirmiş, həmin vaxt yolun sol tərəfindən sağ tərəfinə bir nəfər qadının adi addımlarla keçdiyini görmüş, piyadanı idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə vurmuşdur. Həmin qadın avtomobilin qabaq hissəsinə, sonra isə qabaq alın şüşəsinə dəyərək asfaltın üzərinə yıxılmışdır. Dərhal avtomobili saxlamış və avtomobildə olan tanımadığı oğlan ilə adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs yaxınlaşmış, həmin qadını avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Aynuru yaxınlıqda olan Respublka Neyrocərrahiyyə xəstəxanasına aparmış və xəstaxanada sonuncuya ilk tibbi yardım göstərildikdən sonra Zərərçəkmiş şəxs Kliniki Tibbi Mərkəzə aparmışlar. Hazırda Zərərçəkmiş şəxs ilə barışdıqlarını nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 08 radələrində yuxudan oyanıb mağazaya getmək üçün yaşadığı ünvan 3 mənzil 5 ünvandan çıxmışdır. Yaşadığı evdən bir qədər aralıda Nobel prospekti yerləşir və Nobel prospekti ilə yolun sol tərəf kənarı ilə mağazaya getmişdir. Mağazaya çatmağa bir qədər qalmış yolu digər tərəfinə keçmək qərarına gəlmişdir. Yolun sol tərəfindən sağ kənarına keçmək üçün avtomobil yoluna daxil olmuş, yolu keçmək istəyərkən markasını və dövlət qeydiyyat nişanını görə bilmədiyi avtomobil onu vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmış və huşunu itirmişdir. Özünə gəldikdə isə xəstəxanada olduğunu görmüşdür. İlkin olaraq hadisə barədə heç nə xatırlamamışdır. Lakin bir müddət müalicə olunduqdan sonra avtomobil vurmağını xatırlamışdır. Hazırda Əfsanla barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “xxxxxxxxxxx” MMC-də servis müdiri işləyir. Həmin MMC-nin drektoru X3r. MMC-nin direktoru tərəfindən etibarnamə verilərək, cinayət qanunvericili ilə nəzərdə tutulmuş əməl nəticəsində X1 ziyan vurulmasını nəzərə alaraq MMC-ni müvafiq orqanlarda təmsil etməyi həvalə etmişdir. İşlədiyi MMC-də yalnız sifarişlə avtomobillər icarəyə verilir. “Dong Feng A 30” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı 2017-ci il buraxılışlı gümüşü metallik rəngli avtomobil işlədiyi MMC-yə məxsusdur. xx xxxxxx 2019-cu il tarixdə həmin avtomobil MMC-ilə bağlanmış müvafiq müavilə əsasında Təqsirləndirilən şəxs icarəyə verilmişdir. Həmin avtomobil Təqsirləndirilən şəxs gündəlik 26 manat ödəmək şərti ilə icarəyə verilmişdir. Həmin avtomobil lizinqə salınaraq Əfsanla MMC-nin tələblərinə uyğun olaraq müqavilə bağlanılmış və avtomobil sonuncuya təhvil verilmişdir. Təqsirləndirilən şəxs gündəlik olaraq MMC-yə 26 manat pul ödəmişdir. Lakin son zamanlar Əfsan 26 manat pulu ödəməkdən yayınmışdır. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs işlədiyi MMC-yə məxsus “DongFeng A 30” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Əfsan özü zəng edərək həmin avtomobillə bir nəfər piyadanı vurmasını demişdir. Həmin avtomobil cərimə meydançasında olduğundan onlar avtomobili oradan götürmüş və MMC-yə gətirmişdir. MMC-də məlum olmuşdur ki, avtomobilə 3031 manat miqdarında ziyan dəymişdir. Belə ki, avtomobilin qabaq kapotu, qabaq buferi, qabaq barmaqlığı və qabaq alın şüşəsi sınmış və yararsız hala düşmüşdür. Hazırda Əfsanla barışdıqlarını, ona qarşı şikayətlərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ünvan 4 mənzil 6 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs qardaşının arvadıdır. Aynur ailə üzvüləri ilə birlikdə hazırda Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində yaşayır. Aynur əvvəllər həyat yoldaşı ilə birlikdə Bakı şəhərində yaşadığı evin yaxınlığında yaşamışlar. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında yaşadığı evdə olmuşdur. Həmin vaxt Aynuru avtomobil vurması və xəstəxanada olmasını öyrənmişdir. Bundan sonra dərhal xəstəxanaya getmiş və xəstəxanaya çatdıqda Aynuru vuran sürücünün də xəstəxanada olmasını görmüşdür. Həmin şəxs Təqsirləndirilən şəxs olmuş və sonuncu idarə etdiyi avtomobillə Aynur mağazaya gedərkən Nobel prospektində yolu keçmək istəyərkən vurmuşdur. Aynur uzun müddət xəstəxanada qalmış, onun müalicəsi üçün Əfsan və yaxın qohumları tərəfdən onlara heç bir maddi yardım göstərilməmişdir. Əfsan maddi cəhətdən kömək edəcəyini bildirsə də kömək etməmişdir. Hazırda Əfsan maddi cəhətdən kömək etdiyində aralarında barışıq olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında xx xxx 2019-cu il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır. (i.v. 1); yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, bu barədə müvafiq protokol, fotocədvəl və hadisənin sxemi tərtib edilərək protokola əlavə edilmişdir (i.v. 9-14); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Sərxoşluq vəziyyətin tibbi müayinəsinin xx xxxxxx 2020-ci il tarixli aktına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. (i.v. 15); xx xxxx 2019-cu il tarixli AE seriyalı 048869 nömrəli sürücülük vəsiqəsindən görünür ki, xx xxxxxx 1983-cü ildə anadan olmuş Təqsirləndirilən şəxs «BC» kateqoriyalı sürücülük hüququ verilmişdir (i.v. 19); etibarnamənin surətindən görünür ki, “Dong Feng A 30” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı 2017-ci il buraxılışlı gümüşü metallik rəngli avtomobilə dair Təqsirləndirilən şəxs etibarnamə (i.v. 20); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.2 və 330.1-ci maddələri ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş N ay intizam xarakterli hərbi hissədə saxlama cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmişdir (i.v.25-26); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "MTE və PA" Birliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 492 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər: - baş beyinin ağır dərəcəli əzilməsi ilə müşayiət olunan müştərək travma və qapıalı kəllə beyin travması, soldan İ qabırğanın sınığı və sol tərəfli hidrotoraks ilə qeyd olunan döş qəfəsinin küt travması, sağdan oturaq sümüyünün az yerdəyişən sınığı, sağ dirsək sümüyünün orta 1/3-nin qapalı az yerdəyişən sınığı, L5 (bel) fəqərəsinin sol an çıxıntısının sınığı, sağ qulaq seyvanında sıyrılmış yara və üzün sıyrıntıları küy əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni oyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən törənə bilərdilər, ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özüözünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsinə xarakterik deyildir (i. v. 32-34). qüsur aktından görünür ki, “Dong Feng A 30” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı 2017-ci il buraxılışlı avtomobilə 3130 manat ziyan dəymişdir (i. v. 45-46). zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Nümayəndə zərərçəkmiş şəxs “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi qismində tanınmışdır (i. v. 65). baxış keçirilməsi barədə xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, “Dong Feng A 30” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, bu barədə fotocədvəl tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 72-75); məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx xxxx 2020-ci il tarixli 8/567 nömrəli rəydən görünür ki, “Dong Feng A 30” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məmmədov avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətindən yüksək, 70 km/saat sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v.76-79); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunmuş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş (i.v.87-88); qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 103); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i. v. 117). Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmündə görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir (i. v. 126-130). arayışdan görünür ki, AE seriyalı 048869 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, sonuncunun sürücülük hüququndan məhrum olması barədə DİN BDYPİ MMS-də hər hansı məlumat qeydə alınmamışdır (i. v. 135). sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v.138-145); Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyanı tamamilə ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Nümayəndə məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zərərçəkmiş şəxsin, şahidin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ; 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcələnin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə icraata xitam verilməsi məqsədə uyğundur. Eyni zamanda, Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut - “Dong Feng A 30” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut - “Dong Feng A 30” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokurorluğuna göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar