Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-273/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi - X5, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - “Pro Bono” Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1981-ci ildə Ermənistanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 15 fevral 2022-ci il tarixdə, saat 23:21-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ilə 8 Noyabr prospekti istiqamətində “AB475202” nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan, özünə məxsus gümüşü metallik rəngli «Mercedes Benz E 240» markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili 40-50 km/saat sürətlə idarə edərək, Babək prospekti 11/31 ünvanında yerləşən “Babək Plaza”nın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin təhlükəsizlik tələblərinə riayət etməyib, yolu əks istiqamətinə keçmək istəyən piyada X4 avtomobilin sağ qabaq hissəsi ilə vurub, ehtiyatsızlıqdan sonuncuya baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beyinin əzilməsi, sağ gicgah alın sümüyünün açıq qəlpəli sınığı, başın sağ gicgah alın nahiyəsinin yumşaq toxumasının əzilmiş cırılmış yarası, başın sol gicgah nahiyəsinin yumşaq toxumasının hematoması, burun sümüyünün qapalı sınığı, hər iki göz almasının kontuziyası və hər iki göz yuvası ətrafı nahiyənin hematoması, hər iki yanağın qançırları, sol kürək nahiyəsinin qançırı, hər iki bud sümüyünün qapalı-qəlpəli sınığları, sol aşıq baldır oynağı nahiyəsinin sıyrığı ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Anar Heydərovun xx.xx.2022-ci il tarixdə “Leyla Şıxlinski” klinikasında ölümünə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, “Mercedes Benz E240” markalı avtomobil özünə məxsusdur. 15 fevral 2022-ci il tarixdə, saat 23 radələrində idarə etdiyi avtomobillə Babək prospekti ilə yolun üç hərəkət zolağının orta hərəkət hissəsi ilə saatda 40-50 km/saat sürətlə hərəkətdə olmuşdur. Yolun orta hərəkət zolağında olan zaman, anidən qarşısına bir nəfər şəxsin yolu qaçaraq keçdiyini görmüşdür. Artıq həmin şəxsi görən zaman sonuncu hərəkətdə olduğu zolaqda olmuş və avtomobili sağa tərəf istiqamətləndirib ötüb keçmək istəyərkən, həmin şəxsi avtomobilin ön sağ tərəfi ilə vurmuşdur. Dərhal avtomobilini yolun kənarında saxlayıb düşmüşdür. O, yerdə həmin piyadanın hərəkətsiz qaldığını və başının arxa hissəsindən qan gəldiyini görmüşdür. Təcili tibbi yardımın 103 xidmətinə zəng etsə də, zənginə cavab verilmədiyi üçün, piyadanı avtomobilə əyləşdirərək, “Leyla Şıxlinski” adına klinikaya aparmışdır. Orada təcili tibbi yardım işçilərinin köməyi ilə adını sonradan öyrəndiyi Anar adlı şəxsi reanimasiya şöbəsinə yerləşdirmişlər. Lakin, saat 24 radələrində Anarın reanimasiya şöbəsində ölməsini öyrənmişdir. İdarə etdiyi avtomobildə hadisə baş verməzdən əvvəl hər hansi bir nasazlıqlar olmamaqla, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi baş verməmişdən əvvəl spirtli içki qəbul etməmiş və hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsində özünü təqsirli bilməsə də, baş vermiş hadisə nəticəsində şəxsin ölməsinə səbəb olmasında səmimi peşmançılıq hissi keçirdiyini və hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 göstərdi ki, X6 qardaşıdır. X7 şəhərində yaşlı anaları ilə birlikdə yaşamışdır. Qardaşı mütəmadi olaraq Bakı şəhərinə gəlib-getmişdir. Qardaşı Bakı şəhərinə gələn zaman, qohumlarının evində qalmışdır. 2022-ci ilin fevral ayının əvvəllərində qardaşının Bakı şəhərinə gəlməsini anasından xəbər almışdır. 16 fevral 2022-ci il tarixdə isə qardaşının hərəkətdə olan avtomobillə vurulmasını öyrənmiş və klinikaya getmişdir. Klinikaya çatdıqda, qardaşının artıq ölməsini öyrənmişdir. Hadisəni törədən iş üzrə Təqsirləndirilən şəxsla hazırda barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Bu səbəbdən, təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün qismən etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 15 mart 2022-ci il tarixli, 17 saylı ekspert rəyində göstərilmişdir ki, X2 meyiti üzərində aşkar edilmiş xəsarətlər baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş-beyinin əzilməsi, sağ gicgah-alın sümüyünün açıq qəlpəli sınığı, başın sağ gicgah-alın nahiyəsinin yumşaq toxumasının əzilmiş cırılmış yarası, başın sol gicgah nahiyəsinin yumşaq toxumasının hematoması, burun sümüyünün qapalı sınığı, hər iki göz almasının kontuziyası və hər iki göz yuvası ətrafı nahiyənin hematoması, hər iki yanağın qançırları, sol kürək nahiyəsinin qançırı, hər iki bud sümüyünün qapalı-qəlpəli sınıqları, sol aşıq-baldır oynağı nahiyəsinin sıyrığı həyati olub, bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobillə vurulma nəticəsində törənə bilərdi, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olub, baş vermiş ölümlə bir başa səbəbli əlaqəlidirlər. X8 ölümünə səbəb - başın sağ gicgah-alın sümüyünün açıq qəlpəli sınığı ilə müşayiət olunan baş-beyinin əzilməsi olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2022-ci il tarixli, 8/841 saylı ekspert rəyində qeyd olunur ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Mercedes Benz E 240” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs AB seriyalı 475202 nömrəli sürücülük vəsiqəsi verilmiş və həmin sürücülük vəsiqəsi qüvvədədir. İş materiallarında olan 16 fevral 2022-ci il tarixli, 2/5806 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, onda alkoqolun qəbulu əlamətləri yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E 240” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün sahibinə təhvil verilmişdir. İş materiallarından görünür ki, yol-nəqliyyat hadisənin videogörüntüsü əks olunmuş bir ədəd “DVD” formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, 13 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 28 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməlini qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E 240” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan - yol-nəqliyyat hadisəsinin videogörüntüsü əks olunmuş bir ədəd “DVD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E 240” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan - yol-nəqliyyat hadisəsinin videogörüntüsü əks olunmuş bir ədəd “DVD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-273/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-273/2022
16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver