Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-273/2025 05.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 5,98 qram kustar üsulla haırlanmış narkotik vasitə quruldulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 06 fevral 2025-ci il tarixdə, saat 23:22-də Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 57 ünvanının qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,98 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə quruldulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, bir neçə aydır ki, əsəbləri qaydasında olmadığından narkotik vasitə marixuanadan çəkmək yolu ilə istifadə etmişdir. Narkotik vasitə marixuananı tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi və əvvəllər bir dəfə marixuana əldə etdiyi xarici görünüşcə təxminən 30-35 yaşlarında, orta boylu, arıq bədən quruluşlu, seyrək saçlı və üzü saqqallı şəxslə təsadüfən rastlaşıb həmsöhbət olmuşdur. Söhbət əsnasında ona şəxsi istifadəsi üçün narkotik vasitə marixuana əldə etmək istədiyini demişdir. Həmin şəxs də ona 30 manat qarşılığında narkotik vasitə marixuana verə biləcəyini bildirmişdir. Həmin şəxslə razılaşmış və 30 manat pul vermişdir, həmin şəxs bir qədər gözləməsini deyərək gedib təxminən 15-20 dəqiqə sonra geri qayıdaraq cibindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə marixuananı çıxarıb ona vermişdir. O da həmin bükümü əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə qoyub oradan uzaqlaşmışdır. Həmin tarixdə üzərində olan narkotik vasitə marixuananı istifadə etmək üçün gizlin yer axtararkən saat 23:22-də Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 57 ünvanının qarşısında piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb qollarından tutub, saxlamaqla digər mülki geyimli əlindəki mobil telefonla onun saxlamalarını video görüntüyə alan digər şəxsə doğru çevirib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğu barədə onlara əməliyyat məlumatının daxil olduğunu, hüquqlarını, eləcə də müdafiəçi hüququnun olmasını izah etməklə üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddə, əşya, predmet varsa təqdim etməsini təklif etmişlər. O da əynindəki qara rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd şəffaf bükümdə narkotik vasitə marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki cins şalvarın sol yan cibindən istifadəsində olan 070 ***-**-** saylı mobil nömrəli qara rəngli “Redmi 8A” markalı mobil telefonunu və əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən içərisində siqaretlər olan bir ədəd “Winston” markalı siqaret qutusu aşkar edilərək götürülmüşdür. Təqdim etdiyi şəffaf sellofan bükümün içərisində nə olduğunu soruşduqda “nəşə” kimi tanınan narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Təqdim etdiyi büküm elektron tərəzidə çəkilərkən çəkisinin qablaşdırması ilə birlikdə 6,31 qram olması müəyyən edilmişdir. Polis əməkdaşları təqdim etdiyi içərisində marixuana olan bükümü zərfə qoyaraq qablaşdırmışlar. Zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Bundan sonra polis əməkdaşları onu Xətai RPl-nin 35-ci PB-nə aparmışlar. Polis bölməsində olan zaman üzərindən aşkar edilmiş büküm təhqiqatçı tərəfindən yenidən zərfdən çıxarılmış, həmin bükümə və polis əməkdaşlarının onu saxlamaları, üzərinə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirildikdən sonra, büküm təkrar zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Narkotik vasitə marixuanadan istifadə etsə də heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamış və ya pay olaraq verməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis bölməsində olan zaman ona hər hansı fiziki zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsini daşıyır. Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Elnur adlı şəxsin 06 fevral 2025-ci il tarixdə Xətai rayonu, Gəncə prospektində olacağı barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə polis bölməsinin rəhbərliyinə məruzə edilmişdir. Polis bölməsinin rəhbərliyinin göstərişindən sonra Elnur adlı şəxsin cinayət əməlinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi ona, Xətai RPİ-nin 35-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis leytenantı Şahid3 həvalə edilmişdir. Bundan sonra Şahid2 və Şahid3lə birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 06 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektinə getmişlər. Həmin tarixdə saat 23:22-də Gəncə prospekti 57 ünvanının qarşısında əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Elnur adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət edtiyini görüb yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsdən də özünü təqdim etmələrini istəmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra ona psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığından videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində qanunsuz olaraq əldə edilmiş, narkotik vasitə, psixotrop maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şarvarın sağ yan cibindən içərisində yaşıl rəngli qurudulmuş bitki mənşəli kütlə olan bir ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Şəxsi axtarış davam etdirildikdə əynindəki qara rəngli cins şalvarın sol yan cibindən qara rəngli “Redmi 8A” markalı mobil telefon, qara rəngli qış gödəkçəsinin sol cibindən içərisində siqaret dənələri olan bir ədəd “Vinston” markalı siqaret qutusu aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində yaşıl rəngli qurudulmuş bitki mənşəli kütlə olan bir ədəd şəffaf sellofan bükümü elektron tərəzidə çəkildikdə çəkisinin ümumilikdə 6,31 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş həmin büküm bir ədəd kağız zərfə qoyularaq zərfin üzəri möhürləndikdən sonra, Təqsirləndirilən şəxs özü və onlar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan yaşıl rəngli qurudulmuş kütlənin 06 fevral 2025-ci il tarixdə Xətai rayonu, Həzi Aslanov metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən özünün istifadəsi üçün 30 manata aldığı “nəşə” olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PB-nə aparılaraq, PB-nə gətirilməsi barədə PB-nin rəhbərliyinə yazılı raportla müraciət edilmişdir. Göstərişə əsasən Təqsirləndirilən şəxs onlar tərəfindən müşayiət olunaraq Xətai RPİ-nin 35-ci PB-nin baş təhqiqatçısı polis mayoru İlahi Heydərovun iş otağına gətirilmiş, 06 fevral 2025-ci il tarixdə saat 23:22-də Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 57 ünvanının qarşısında da saxlanılıb üzərinə videoçəkilişlə baxış keçirilən zaman əynindəki qara rəngli cins şarvarın sağ yan cibindən aşkar edilmiş içərisində yaşıl rəngli qurudulmuş bitki mənşəli kütlə olan bir ədəd şəffaf sellofan bükümü qablaşdırılmış bir ədəd zərfi və həmin prosesin video görüntüləri olan 01 CD-R disklə birlikdə təhqiqatçıya təqdim etmişlər. Həmin prosesin video görüntüləri olan 01 CD-R disk təhqiqatçı tərəfindən iş otağında olan kompyuterin CD oxuyucusu vasitəsilə açılaraq görüntülərə baxıldıqdan sonra təqdim edilmiş bir ədəd zərf tədqiqatçı tərəfindən açılaraq içərisində yaşıl rəngli qurudulmuş bitki kütləsi olan bir ədəd şəffaf sellofan büküm çıxarılıb baxılmaqla yenidən zərfə qoyularaq zərfin üzəri onlar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra möhürləmiş və zərfdə olan kütlənin narkotik vasitə olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə-bioloji ekspertizasına göndəriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, 35-ci PŞ-nə gətirilərkən və üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsini daşıyır. Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Elnur adlı şəxsin 06 fevral 2025-ci il tarixdə Xətai rayonu, Gəncə prospektində olacağı barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə polis bölməsinin rəhbərliyinə məruzə edilmişdir. Polis bölməsinin rəhbərliyinin göstərişindən sonra Elnur adlı şəxsin cinayət əməlinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi ona, Xətai RPİ-nin 35-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və əməliyyat müvəkkili, polis leytenantı Şahid3 həvalə edilmişdir. Bundan sonra Şahid1 və Şahid3lə birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 06 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektinə getmişlər. Həmin tarixdə saat 23:22-də Gəncə prospekti 57 ünvanının qarşısında əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Elnur adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət edtiyini görüb yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsdən də özünü təqdim etmələrini istəmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra ona psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığından videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində qanunsuz olaraq əldə edilmiş, narkotik vasitə, psixotrop maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şarvarın sağ yan cibindən içərisində yaşıl rəngli qurudulmuş bitki mənşəli kütlə olan bir ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Şəxsi axtarış davam etdirildikdə əynindəki qara rəngli cins şalvarın sol yan cibindən qara rəngli “Redmi 8A” markalı mobil telefon, qara rəngli qış gödəkçəsinin sol cibindən içərisində siqaret dənələri olan bir ədəd “Vinston” markalı siqaret qutusu aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində yaşıl rəngli qurudulmuş bitki mənşəli kütlə olan bir ədəd şəffaf sellofan bükümü elektron tərəzidə çəkildikdə çəkisinin ümumilikdə 6,31 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş həmin büküm bir ədəd kağız zərfə qoyularaq zərfin üzəri möhürləndikdən sonra, Təqsirləndirilən şəxs özü və onlar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan yaşıl rəngli qurudulmuş kütlənin 06 fevral 2025-ci il tarixdə Xətai rayonu, Həzi Aslanov metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən özünün istifadəsi üçün 30 manata aldığı “nəşə” olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PB-nə aparılaraq, PB-nə gətirilməsi barədə PB-nin rəhbərliyinə yazılı raportla müraciət edilmişdir. Göstərişə əsasən Təqsirləndirilən şəxs onlar tərəfindən müşayiət olunaraq Xətai RPİ-nin 35-ci PB-nin baş təhqiqatçısı, polis mayoru İlahi Heydərovun iş otağına gətirilmiş, 06 fevral 2025-ci il tarixdə saat 23:22-də Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 57 ünvanının qarşısında da saxlanılıb üzərinə videoçəkilişlə baxış keçirilən zaman əynindəki qara rəngli cins şarvarın sağ yan cibindən aşkar edilmiş içərisində yaşıl rəngli qurudulmuş bitki mənşəli kütlə olan bir ədəd şəffaf sellofan bükümü qablaşdırılmış bir ədəd zərfi və həmin prosesin video görüntüləri olan 01 CD-R disklə birlikdə təhqiqatçıya təqdim etmişlər. Həmin prosesin video görüntüləri olan 01 CD-R disk təhqiqatçı tərəfindən iş otağında olan kompyuterin CD oxuyucusu vasitəsilə açılaraq görüntülərə baxıldıqdan sonra təqdim edilmiş bir ədəd zərf tədqiqatçı tərəfindən açılaraq içərisində yaşıl rəngli qurudulmuş bitki kütləsi olan bir ədəd şəffaf sellofan büküm çıxarılıb baxılmaqla yenidən zərfə qoyularaq zərfin üzəri onlar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra möhürləmiş və zərfdə olan kütlənin narkotik vasitə olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə-bioloji ekspertizasına göndəriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, 35-ci PŞ-nə gətirilərkən və üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı rütbəsini daşıyır. Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Elnur adlı şəxsin 06 fevral 2025-ci il tarixdə Xətai rayonu, Gəncə prospektində olacağı barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə polis bölməsinin rəhbərliyinə məruzə edilmişdir. Polis bölməsinin rəhbərliyinin göstərişindən sonra Elnur adlı şəxsin cinayət əməlinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi ona, Xətai RPİ-nin 35-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 həvalə edilmişdir. Bundan sonra Şahid1 və Şahid2la birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 06 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektinə getmişlər. Həmin tarixdə saat 23:22-də Gəncə prospekti 57 ünvanının qarşısında əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Elnur adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət edtiyini görüb yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsdən də özünü təqdim etmələrini istəmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra ona psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığından videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində qanunsuz olaraq əldə edilmiş, narkotik vasitə, psixotrop maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şarvarın sağ yan cibindən içərisində yaşıl rəngli qurudulmuş bitki mənşəli kütlə olan bir ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Şəxsi axtarış davam etdirildikdə əynindəki qara rəngli cins şalvarın sol yan cibindən qara rəngli “Redmi 8A” markalı mobil telefon, qara rəngli qış gödəkçəsinin sol cibindən içərisində siqaret dənələri olan bir ədəd “Vinston” markalı siqaret qutusu aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində yaşıl rəngli qurudulmuş bitki mənşəli kütlə olan bir ədəd şəffaf sellofan bükümü elektron tərəzidə çəkildikdə çəkisinin ümumilikdə 6,31 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş həmin büküm bir ədəd kağız zərfə qoyularaq zərfin üzəri möhürləndikdən sonra, Təqsirləndirilən şəxs özü və onlar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan yaşıl rəngli qurudulmuş kütlənin 06 fevral 2025-ci il tarixdə Xətai rayonu, Həzi Aslanov metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən özünün istifadəsi üçün 30 manata aldığı “nəşə” olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PB-nə aparılaraq, PB-nə gətirilməsi barədə PB-nin rəhbərliyinə yazılı raportla müraciət edilmişdir. Göstərişə əsasən Təqsirləndirilən şəxs onlar tərəfindən müşayiət olunaraq Xətai RPİ-nin 35-ci PB-nin baş təhqiqatçısı, polis mayoru İlahi Heydərovun iş otağına gətirilmiş, 06 fevral 2025-ci il tarixdə saat 23:22-də Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 57 ünvanının qarşısında da saxlanılıb üzərinə videoçəkilişlə baxış keçirilən zaman əynindəki qara rəngli cins şarvarın sağ yan cibindən aşkar edilmiş içərisində yaşıl rəngli qurudulmuş bitki mənşəli kütlə olan bir ədəd şəffaf sellofan bükümü qablaşdırılmış bir ədəd zərfi və həmin prosesin video görüntüləri olan 01 CD-R disklə birlikdə təhqiqatçıya təqdim etmişlər. Həmin prosesin video görüntüləri olan 01 CD-R disk təhqiqatçı tərəfindən iş otağında olan kompyuterin CD oxuyucusu vasitəsilə açılaraq görüntülərə baxıldıqdan sonra təqdim edilmiş bir ədəd zərf tədqiqatçı tərəfindən açılaraq içərisində yaşıl rəngli qurudulmuş bitki kütləsi olan bir ədəd şəffaf sellofan büküm çıxarılıb baxılmaqla yenidən zərfə qoyularaq zərfin üzəri onlar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra möhürləmiş və zərfdə olan kütlənin narkotik vasitə olub-olmamasının müəyyən edilməsi üçün məhkəməbioloji ekspertizasına göndəriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, 35-ci PŞ-nə gətirilərkən və üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 06 fevral 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində bitki tərkibli maddələr olan 01 ədəd şəffaf sellofanda olan bükümü çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdə əynindəki cins şalvarın sol yan cibindən qara rəngli “Redmi 8A” markalı mobil telefon, qara rəngli qış gödəkçəsinin sol cibindən içərisində siqaret dənələri olan “Vinston” markalı siqaret qutusu aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəkinin “nəşə” olduğunu, həmin maddəni bugün saat 10 radələrində Xətai rayonu, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığından tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 6,31 qram olması müəyyən edilmişdir. Üstünü yoxlama Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 57 ünvanında keçirilmişdir (i.v. 9-11); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 07 fevral 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 01 ədəd qablaşdırılmış ağ rəngli zərfə və 01 ədəd “DVD” formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd qablaşdırılmış ağ rəngli zərfdən içərisində bitki tərkibli maddələr olan 01 ədəd şəffaf sellofan büküm aşkar olunmuşdur. Sonra həmin içərisində maddələr olan büküm yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 01 ədəd “DVD” formatlı diskə HP-1187 markalı kompyuterdə baxış keçirilmişdir. “DVD” formatlı diskdə olan görüntülərdə təhqiqata təqdim olunan içərisində bitki tərkibli maddələr olan 01 ədəd şəffaf sellofan bükümün aşkar olunması, Təqsirləndirilən şəxs “nəşə” aşkar olunması barədə bildirməsi əksini tapmışdır (i.v. 15-17); şübhəli şəxsin tutulması haqqında 07 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23:22-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 26-27); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-7/261/2025 nömrəli, 07 fevral 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut 01 ədəd büküm” yazıları olan zərfdə 01 (bir) ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 5.98 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (i.v. 39- 41); “CD-R” disklərə baxış keçirilməsi haqqında 07 fevral 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v. 50-51); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 55-56); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 08 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilərək saxlandığı Xətai RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 75-76); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 08 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 78-79); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin xx.xx.2025-ci il tarixli, 792 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, arkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v. 82-83); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 107); 4 saylı Bakı “ASAN xidmət mərkəzi”nin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 622786 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X1r (i.v. 121); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 29 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 5.98 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5.96 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİnin saxlanc anbarına təhvil verilmiş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və diskə baxış protokolları, məhkəmə-bioloji ekspertizasının 07 fevral 2025-ci il tarixli, 7/261 nömrəli və məhkəmə-narkoloji ekspertizasının 12 fevral 2025-ci il tarixli, 792 nömrəli rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, 02 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (i.v. 133-140); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs atası X2 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun qorunması üçün gedən döyüşlərdə iştirak edən zaman xəsarət aldığından ona 2-ciu dərəcəli əlillik təyin edilmişdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyun tarixli 2718 nömrəli sərəncamı ilə təsdiqlənmiş Azərbaycan Respublikası medalının İ-6873 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X3 “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur; 6 saylı Bakı “ASAN xidmət mərkəzi”nin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-V seriyalı 120079 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X1r. Məhkəmə iclasında birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində bitki tərkibli maddələr olan 01 ədəd şəffaf sellofanda olan bükümü çıxarıb təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdə əynindəki cins şalvann sol yan cibindən qara rəngli “Redmi 8A” markalı mobil telefon, qara rəngli qış gödəkçəsinin sol cibindən içərisində siqaret dənələri olan “Vinston” markalı siqaret qutusu aşkar olunur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəkinin “nəşə” olduğunu, həmin maddəni bugün saat 10 radələrində Xətai rayonu, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığından tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata almasını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilir və çəkisinin 6,31 qram olması müəyyən edilir. Məhkəmə iclasında ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, təqdim olunan 01 ədəd qablaşdırılmış ağ rəngli zərfə və 01 ədəd “CD” formatlı diskə baxış keçirilir. Baxış zamanı 01 ədəd qablaşdırılmış ağ rəngli zərfdən içərisində bitki tərkibli maddələr olan 01 ədəd şəffaf sellofan büküm aşkar olunur. Sonra həmin içərisində maddələr olan büküm yenidən qablaşdırılıb möhürlənir. Daha sonra 01 ədəd “CD” formatlı diskə HP-1187 markalı kompyuterdə baxış keçirilir. “CD” formatlı diskdə olan görüntülərdə təhqiqata təqdim olunan içərisində bitki tərkibli maddələr olan 01 ədəd şəffaf sellofan bükümün aşkar olunması, Təqsirləndirilən şəxs “nəşə” aşkar olunması barədə bildirməsi əksini tapır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik maddələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən təmiz çəkisi 0.5.98 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının və 2-ci dərəcəli əlil atasının olmasını (CM-59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, atası və qardaşının müharibə iştirakçısı olmasını (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 06 fevral 2025-ci il tarixdən 08 fevral 2025ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 5.98 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5.96 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “CD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 72 (yetmiş iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2anında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 fevral 2025-ci il tarixdən 08 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2anını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 5.98 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5.96 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd “CD-R” disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-273/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-273/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver