Məhkəmə qərarları › İş №1(011)-275/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-275/2020

31.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-275/2020 31.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, orta təhsilli, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs mülkiyyətindəki Bakı şəhəri Xətai rayonu 2944-cü məhəllədə yerləşən 96 saylı evin pəncərəsini sındırmaq yolu ilə içəri qanunusuz daxil olaraq oradan qiyməti 80 manat olan “Pitiminutka” markalı bir ədəd su qızdırıcısını, qiyməti 200 manat olan “İndesit” markalı bir ədəd paltaryuyan maşını, qiyməti 80 manat olan “Çinar” markalı bir ədəd soyuducunu, qiyməti 80 manat olan 36 ədəd boşqab dəstini, qiyməti 30 manat olan “Arı” markalı bir ədəd qaz sobasını və qiyməti 50 manat olan 6 ədəd taxta materialdan olan stulları gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 520 (beş yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2020-ci ilin aprel ayının 16-da saat 11 radələrində oğurluq etmək qərarına gəlmiş, 2944-cü məhəlləyə gəlib 96 saylı evin yanında bir qədər dayanıb həmin evi izləmiş, orada heç kəsin yaşamadığına əmin olduqdan sonra paslı dəmir qapıdan həyətə keçib evin pəncərəsini sındıraraq içəri daxil olmuşdur. Evin içərisindən əvvəlcə su qızdırıcısını, sonra kiçik sobanı, sonra kiçik soyuducunu və qabqacaq dəstlərini oğurlayıb bayıra çıxarmış, küçədən keçən tanımadığı, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksini saxlatdırıb Əhmədli kəndinə getmiş, həmin əşyaları dəmir alveri ilə məşğul olan şəxslərə satmışdır. Oğurluq yolu ilə əldə etdiyi əşyalardan cəmi 200 manat qazanmış, əldə etdiyi pulu ailəsinin tələbatı üçün xərcləmişdir. Törətdiyi əməldən səmimi peşmandır, ailənin yeganə qazanc gətirənidir. Zərərçəkmiş şəxslə barışmışdır, sonuncunun ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, ölkə hüdudlarından kənarda olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq dövründə vermiş olduğu ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, onun Xətai rayonu 2944-cü məhəllə ev 96 ünvanında yerləşən evi də vardır. Həmin evdə əvvəllər anası və qardaşı yaşamış, lakin sonradan qardaşı oğurluq cinayət əməli törətdiyi üçün tutulmuşdur. Buna görə də anası onunla yaşamağa başlamışdır. Onlar həmin evə müəyyən vaxtlarda gedib baş çəksələr də orada daimi yaşamadıqları üçün ev sahibsiz qalmışdır. Bir müddət işləri olduğuna görə nə özü, nə də anası evə baş çəkə bilməmişdir. 2020-ci ilin aprel ayının 15-də o, anası ilə birlikdə həmin evə gedib baş çəkmiş, evdə hər şeyi qaydasında olduğunu görmüşdür. xx xxxxx 2020-ci il tarixdə isə o, evinə nəzarət etmək üçün Xətai rayonuna gəlmiş, bu zaman evin pəncərə şüşəsinin sındırıldığını, ev əşyalarının isə naməlum şəxs tərəfindən oğurlandığını görmüşdür. Buna görə də Xətai RPİ-nin 36-cı PB-nə gedib, bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları evə gəlmiş və evdə baxış keçirməyə başlamışlar. Oğurluq zamanı evdən oğurlanan əşyalar isə 80 manat dəyərində “Pitiminutka” markalı su qızdırıcısı, 200 manat dəyərində “indesit” paltaryuyan maşın, 100 manat dəyərində “Çinar” markalı soyuducu, 80 manat dəyərində 36 ədəd boşqab dəsti, 40 manat dəyərində "An" markalı qaz sobası və 50 manat dəyərində 6 ədəd taxta materialdan olan stullar olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 550 manat maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, evindən oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. Həmin şəxsi əvvələr tanımamış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən zərərin ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, buna görə də ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Onlar arasında həmişə yaxşı ailə münasibətləri vardır. Əli əvvəllər mühafizəçi kimi işləmiş, lakin işdən çıxandan sonra heç bir yerdə iş tapa bilməmişdir. 2020-ci ilin aprel ayının 16-da oğlu Əli evə bazarlıq edib gəlmiş, ondan haradan pul aldığını soruşduqda, günəmuzd iş tapdığını qeyd etmişdir. Bir neçə gün sonra isə oğlu Təqsirləndirilən şəxs oğurluq etdiyinə görə polis tərəfindən şübhəli şəxs kimi tutulduğunu bilmişdir. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs, hal şahidləri xx.xx.1993-cü il təvəllüdlü X2, xx.xx.1955-ci il təvəllüdlü X4 iştirakları ilə Zərərçəkmiş şəxs məxsus Xətai rayonu 2944-cü məhəllədə yerləşən 96 saylı evə baxış keçirilmişdir. Ev bir mərtəbəli təmirsiz tikilidir, tikilinin bir qapısı, iki pəncərəsi vardır. Evə daxil olan zaman iki otaq, bir hamam və bir mətbəxdən ibarətdir. Zərərçəkmiş şəxs mətbəxi göstərərək naməlum şəxs və ya şəxslərin həm yataq, həm də qonaq otağı kimi istifadə edilən otaqdan bir ədəd dəyəri 80 manat olan su qızdırıcısı, 200 manat dəyərində paltaryuyan maşın, 100 manat dəyərində soyuducu, 80 manat dəyərində boşqab dəsti, 40 manat dəyərində qaz sobası və 50 manat dəyərində 6 ədəd taxta materialdan olan stul oğurlamasını göstərmişdir (i.v. 8-9); şübhəli şəxsin tutulması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:00-da Xətai RPİ-nin İŞ-də tutulmuşdur (i.v. 14-15); zərərçəkmiş şəxs kimi tanınma haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır (i.v. 32); Zərərçəkmiş şəxs Xətai RPİ-nin İŞ-nin rəisi, polis polkovnik-leytenantı Rüfət İbayevə ünvanlanan xx xxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam olaraq ödədiyindən, ona qarşı heç bir şikayəti yoxdur (i.v. 38); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 39); qətimkan tədbirinin seçilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 49); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 alınmış xx.xx.2020-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 63); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/2248 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən müxtəlif markalı istifadədə olmuş məişət əşyalarının 2020ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təminən 110,00 manat, 4 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, sayı, texniki vəziyyəti və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır (i.v.64-66); sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan yerdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuş, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 186.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, iş üzrə hadisə yerinə baxış keçirmə, ifadənin yerində yoxlanması istintaq hərəkətlərinin protokolları, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi işin faktiki hallarına uyğun olduğu və istintaq materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qəbul edilmiş və cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Baş prokurorunun ’’Cinayət təqibi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında nəzərə alınması haqqında” xx xxxxxx 2006-cı il tarixli 09/84 saylı əmrinin 19cu bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materiallar cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilmişdir (i.v. 68-72); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında xx xxxx 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs gənc olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (59.1.12.), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (59.1.13.) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar