Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-275/2022 06.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxsin nümayəndəsi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə, əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün, Zərərçəkmiş şəxs1 özünü işgüzar və ticarətlə məşğul olan şəxs kimi təqdim edib, yalan vəd verməklə, ondan 2020-ci ilin avqust ayında ünvan 3 ünvanında həmin dövrün məzənnəsi ilə 1530 manata bərabər olan 900 ABŞ dolları pul alaraq, qısa müddətə iş qurub qaytaracağına söz vermiş, pulunu tələb etdiyi zaman isə o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə, əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün, ona lotoreya təşkil etdiyini, adını lotoreya növbəsinə qeyd edəcəyini bildirərək, pulunu qaytaracağını yalan vəd verib aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə, ilk dəfə 2020-ci ilin noyabr ayından 2021-ci ilin aprel ayına qədər olan 4 ay ərzində, Yasamal rayonu, H.Abbasov küçəsi 3 ünvanında hər ay 80 manat pul alaraq, lakin heç bir lotoreya təşkil etməyərək, ümumilikdə əvvəlki aldığı pullarla birlikdə Zərərçəkmiş şəxs1 ümumilikdə 1850 (bir min səkkiz yüz əlli) manat məbləğində ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə, əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün, Zərərçəkmiş şəxs2 Mahir qızına lotoreya təşkil etdiyini və adını lotoreya növbəsində 10-cu şəxs kimi qeyd etdiyini yalan vəd verib aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə, ilk dəfə ünvan 4 ünvanında, 2020-ci ilin dekabr ayından başlayaraq, 2021-ci ilin mart ayına qədər olan müddət ərzində, Zərərçəkmiş şəxs2 tanışı Şahid1 vasitəsi ilə 3000 manat pulu, 10 mart 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, ev 5-də yerləşən “Məhəllə” marketdə “E-manat” ödəmə terminalı vasitəsi ilə, "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş 4169-7385-3341-9648 saylı bank kartına köçürülmüş 1000 manat pulu, 10 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, ev 3-də yerləşən marketdə “MilliÖn” ödəmə terminalı vasitəsi ilə, eyni bank kartına köçürülmüş 1000 manat pulu, 10 may 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 348 ünvanında yerləşən “Mano” marketdə “E-manat” ödəmə terminalı vasitəsi ilə, eyni bank kartına köçürülmüş 1000 manat pulu, 10 iyun 2021-ci il tarixdə ünvan 6 ünvanında yerləşən 3 saylı ASAN xidmət mərkəzinin qarşısında 1000 manat pulu əlbə-ǝl almaqla, 10 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, ev 5-də yerləşən “Məhəllə” marketdə “E-manat” ödəmə terminalı vasitəsi ilə eyni bank kartına köçürülmüş 680 manat pulu, 10 iyul 2021-ci il tarixdə eyni bank kartına yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 54, mənzil 31-də bacısı Şahid2 Mahir qızının istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 4169-7413-0293-4383 saylı kart hesabından onlayn köçürmə yolu ilə 170 manat pulu, 14 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, ev 5-də yerləşən “Məhəllə” marketdə “E-manat” ödəmə terminalı vasitəsi ilə eyni bank kartına köçürülmüş 150 manat pulu, 11 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, ev 5-də yerləşən “Məhəllə” marketdə “Emanat” ödəmə terminalı vasitəsi ilə eyni bank kartına köçürülmüş 700 manat pulu, 11 avqust 2021-ci il tarixdə eyni bank kartına yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 54, mənzil 31-də bacısı Şahid2 Mahir qızının isitifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 4169-7413-0293-4383 saylı kart hesabından onlayn köçürmə yolu ilə 100 manat pulu, 11 avqust 2021-ci il tarixdə eyni bank kartına yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 54, mənzil 31-də bacısı Şahid2 Mahir qızının isitifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 5103-0714-8346- 2673 saylı kart hesabından onlayn köçürmə yolu ilə 200 manat pulu alaraq, öz şəxsi ehtiyaclarına xərcləməklə, Zərərçəkmiş şəxs2 ümumilikdə 9000 (doqquz min) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə, əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün, təkrarən Zərərçəkmiş şəxs3 ilə arasında olan şifahi razılaşmaya əsasən, ona özünü işgüzar və ticarətlə məşğul olan şəxs kimi təqdim edib, yalan vəd verməklə aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, Zərərçəkmiş şəxs3 ilə ticarət qurub, qızıl-zinət əşyaları almaq və lotoreya oyunları təşkil edib, yeni əldə olunan qazancla yenidən qızıl zinət əşyaları almaq üçün, hissə-hissə olmaqla, 2021-ci ilin avqust ayından 2021-ci ilin sentyabr ayına qədər olan müddət ərzində Yasamal rayonu, H.Abbasov küçəsi, ev 3 ünvanında 4500 manat pul alaraq, həmçinin heç bir lotoreya oyunu təşkil etmədiyi halda, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə, əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün, Zərərçəkmiş şəxs3 lotoreya təşkil etdiyini deməklə, vahid niyyətlə əhatə olunan qəsdlə, ilk dəfə 07 iyun 2021ci il tarixdə "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs verilmiş 4169-7385-3341-9648 saylı bank kartına Zərərçəkmiş şəxs3 isitifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 4169-7332-1412-4476 saylı kart hesabından onlayn köçürmə yolu ilə 919 manat pulu, 16 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs verilmiş eyni bank kartına Zərərçəkmiş şəxs3 istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 4169-7332-1353-3982 saylı kart hesabından onlayn köçürmə yolu ilə 400 manat pulu, 21 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs verilmiş eyni bank kartına Zərərçəkmiş şəxs3 isitfadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 4169-7332-1412-4476 saylı kart hesabından onlayn köçürmə yolu ilə 100 manat pulu, 01 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs verilmiş eyni bank kartına Zərərçəkmiş şəxs3 isitifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 4169-7332-1412-4476 saylı kart hesabından onlayn köçürmə yolu ilə 75 manat pulu, 07 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs verilmiş eyni bank kartına Zərərçəkmiş şəxs3 isitifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 4169-7332-1412-4476 saylı kart hesabından onlayn köçürmə yolu ilə 200 manat pulu, 13 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs verilmiş eyni bank kartına Zərərçəkmiş şəxs3 isitifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 4169-7332-1412- 4476 saylı kart hesabından onlayn köçürmə yolu ilə 150 manat pulu, 15 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs verilmiş eyni bank kartına Zərərçəkmiş şəxs3 istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 4169-7332-1412-4476 saylı kart hesabından onlayn köçürmə yolu ilə 10 manat pulu, 18 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs verilmiş eyni bank kartına Zərərçəkmiş şəxs3 istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 4169-7332-1412-4476 saylı kart hesabından onlayn köçürmə yolu ilə 90 manat pulu, 23 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs verilmiş eyni bank kartına Zərərçəkmiş şəxs3 isitifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 4169-7332-1412-4476 saylı kart hesabından onlayn köçürmə yolu ilə 40 manat pulu, 30 avqust 2021-ci il tarixdə yaşadığı ünvan 7 ünvanında Təqsirləndirilən şəxs verilmiş eyni bank kartına Zərərçəkmiş şəxs3 isitifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 5404-0852-3822-1495 saylı kart hesabından onlayn köçürmə yolu ilə 725 manat pulu, 31 avqust 2021-ci il tarixdə yaşadığı ünvan 7 ünvanında Təqsirləndirilən şəxs verilmiş eyni bank kartına Zərərçəkmiş şəxs3 isitifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 5404-0852-3822-1495 saylı kart hesabından onlayn köçürmə yolu ilə 1000 manat pulu, 01 sentyabr 2021-ci il tarixdə yaşadığı ünvan 7 ünvanında Təqsirləndirilən şəxs verilmiş eyni bank kartına Zərərçəkmiş şəxs3 isitifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 5404-0852-3822-1495 saylı kart hesabından onlayn köçürmə yolu ilə 2398 manat pulu, sonuncu dəfə 06 sentyabr 2021-ci il tarixdə yaşadığı ünvan 7 ünvanında Təqsirləndirilən şəxs verilmiş eyni bank kartına Zərərçəkmiş şəxs3 istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 5404-0852-3822- 1495 saylı kart hesabından onlayn köçürmə yolu ilə 522 manat pulu alaraq, bütün pulları öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 10500 (on min beş yüz) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2020-ci ilin sentyabr ayında övladına masaj xidməti göstərməyi ilə bağlı, Səbinə adlı şəxslə tanış olmuşdur. Bir neçə gün Xətai rayonunda, “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yerləşən Səbinənin yaşadığı mənzilə gedib-gəlmişdir. Həmin ərəfədə Səbinə onun üzərində olan qızıl-zinət əşyalarını bəyəndiyini demiş və o, bir ədəd qızıl sırğa və bir ədəd qızıl üzüyü Səbinəyə təxminən 800 manata satmışdır. 2020-ci ilin dekabr ayında Səbinə ona qızıl-zinət əşyalarının şəkillərini telefonuna göndərərək, ona həmin qızılların alqı-satqısı ilə bağlı köməklik göstərməyini xahiş etmişdir. O, Səbinəyə qızılların alışı ilə bağlı 2021-ci ilin sentyabr ayınadək köməklik göstərmişdir. Belə ki, Səbinə qızılları alaraq, satmaq üçün ona verirmiş və o həmin qızılları sataraq, əldə etdiyi gəliri kart vasitəsilə və ya nağd şəkildə hissə-hissə olmaqla, qaytarırmış. 2021-ci ilin avqust ayında Səbinənin ölkə xaricində olması ilə bağlı, gəlirlərindən 1500-2000 manatlıq qızıl-zinət əşyaları alaraq satmış və həmin pulları Səbinənin kartına köçürtmüşdür. Təxminən 2021-ci ilin avqust ayında Səbinə ona maddi vəziyyətinin yaxşı olmaması və yeni ev almaq istəməsi ilə bağlı, onun üçün lotoreya oynanılmasını təşkil etməsini və aylıq 2000 manat olmaqla, ödənişləri onun qızıllarının pulları ilə etməsini xahiş etmişdir. O, razılaşmış və Səbinəyə demişdir ki, on nəfərdən ibarət lotoreya təşkil edəcək, lotoreya iştirakçılarının hərəsi hər ay 2000 manat pul verəcək, Səbinənin növbəsi 3-cü adam olacaq və 3 aydan sonra Səbinǝyǝ 20000 manat pul verəcəkmiş. Lakin o, Səbinənin onda olan qızıllarını satdığı şəxslərdən pulu geri ala bilmədiyi üçün və lotoreyaya qoşulmağa görə adam tapa bilmədiyindən, 3 aydan sonra Səbinənin lotoreyanı götürmək növbəsi çatdığı zaman, ona 20000 manat verə bilməmiş, ona görə də Səbinəyə 3 aydan sonra lotoreyanın alınmadığını bildirmiş və Səbinənin ona satmaq üçün verdiyi qızıllara dair pulundan lotoreyaya görə 6000 manatı silmədiyini, həmin 6000 manatı da qızıl alqı-satqısı ilə bağlı ona verməli olduğu pulun üzərinə əlavə etdiyini bildirmişdir. Onun Səbinəyə hazırkı vaxta qədər cəmisi 10500 manat pul verəcəyi qalmışdır. Bu pulun 6000 manatı ona lotoreyaya görə verməli olduğu pul, 4500 manatı isə 2021-ci ilin avqust ayı ərzində ona qızıl alıb-satmaq üçün göndərdiyi, lakin onun qızıl almayaraq öz ehtiyaclarına xərclədiyi puldur. Odur ki, onun Səbinəyə cəmisi 10500 manat pul verəcəyinin qalmasını bildirmişdir. Səbinənin satmaq üçün ona göndərdiyi qızılları baha qiymətə hesabladığını düşündüyü üçün ona daha çox pul verməli olduğunu fikirləşdiyini bildirmişdir. 2020-ci ilin dekabr ayından 2021-ci ilin noyabr ayına qədər Səbinənin ona qızıl almaq üçün 20000-25000 manat pul deyil, az pul göndərdiyini həmin pullara da qızıl aldığını və ona hissə-hissə aylıqlara bölünməklə, özünə geri qaytardığını bildirmişdir. 2021-ci ilin avqust ayından sentyabr ayına qədər olan müddət ərzində isə 8000 manat deyil, ümumilikdə 4500 manat pul göndərdiyini, həmin pulu yaşadığı Yasamal rayonu, H.Abbasov küçəsi 3 ünvanında, müxtəlif vaxtlarda götürdüyünü bildirmişdir, lakin onlara qızıl almayıb, şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin, 2020-ci ilin dekabr ayında tanışı Günay Abdullayevaya lotoreya sırasında 10-cu olmaqla, 9 ay ərzində hər ay 1000 manat pul verəcəyi şərti ilə, onu lotoreyaya qoşa biləcəyini demiş və onlar razılaşmışlar. Günay 9 ay ərzində lotoreyaya görə, ümumilikdə 9000 manat pulu ona vermişdir. 2021-ci ilin sentyabr ayında isə lotoreya növbəsi Günayda olmuş, lakin o, sonuncuya heç bir məbləğdə pul verməmiş və bununla da, lotoreyaya görə Günaydan aldığı 9000 manat pulu sonuncuya qaytara bilməmişdir. Günay Abdullayevanın iştirakı ilə olan heç bir lotoreya təşkil etməmişdir. Belə ki, həmin vaxt lotoreya olmamış, lakin bu barədə Günaya bildirməmişdir. Həmin vaxtlar özünün pula ehtiyacı olmuş və Günayın ona verdiyi pulları, yəni ümumilikdə 9000 manat pulu öz problemlərinin həllinə sərf etmişdir. Eyni zamanda, pula ehtiyacı olduğu üçün, 2020-ci ilin avqust ayında tanışı Zərərçəkmiş şəxs1 900 ABŞ dolları borc almış, lakin onun borcunu vaxtı vaxtında ödəyə bilməmişdir. 2020-ci ilin dekabr ayında isə Kəmalə ona ayda 200 manatlıq olan lotoreyaya qoşmasını, hər ay ona faizə görə verməli olduğu 120 manatın əvəzində lotoreyaya onun verməsini, 80 manatını isə özünün verəcəyini bildirmişdir. 2021ci ilin aprel ayında isə Kəmalə lotoreyanı götürmək istədikdə, o, sonuncu ilə razılaşmış və 2020-ci ilin dekabr ayından başlayaraq 4 ay ərzində Kəmalə ona hər ay 80 manat pul vermiş, o, Kəmalənin əvəzindən əlavə 120 manat da pul qoyaraq, hər ay lotoreyaya 200 manat pul verəcəkmiş. 2021-ci ilin aprel ayında isə Kəmalənin lotoreya növbəsi çatanda və ondan lotoreya pulunu götürmək istədikdə, o, Kəmaləyə məcbur olub demişdir ki, lotoreya yoxdur və heç bir lotoreya təşkil etməmişdir. Həmin 4 ay ərzində heç bir lotoreya təşkil etməmiş və lotoreya olmadığını Kəmaləyə deməmişdir. Kəmaləyə yalan deməsinə səbəb isə, Kəmalənin aylıq 120 manat faiz pulunu həmin vaxtlar şəxsi problemləri olduğu üçün sonuncuya verə bilməməsi olmuş və hər ay Kəmalədən aldığı 80 manatı da, ümumilikdə 4 ay ərzində 320 manatı öz şəxsi ehtiyaclarına xərləmişdir. 2021-ci ilin sentyabr ayında Kəmaləyə 170 manat pul vermiş, lakin qalan borcunu qaytara bilməmişdir. Hazırda isə o, iş üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmış, onlara dəymiş ziyanı ödəmişdir. Digər zərərçəkmiş Zərərçəkmiş şəxs3 olan borcunu isə birdəfəyə tam şəkildə ödəyə bilmir, hazırda həmin şəxsə olan 10.500 manat borcundan 3000 manat hissəsini təklif edir və dərhal ödəməyə hazırdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 göstərdi ki, övladına masaj lazım olduğundan, həkim ona öz qohumu olan tibb bacısı Samirənin uşaqlara evdə masaj xidməti göstərdiyini demişdir. O, razı olmuş və Samirə ilə tanış olmuşdur. Bundan sonra, Samirə bir neçə dəfə onun yaşadığı mənzilə gələrək, övladını masaj etmişdir. Samirə ona tibb bacısı olması ilə yanaşı, həm də qızıl alqı-satqısı ilə də məşğul olmasını demiş və o, Samirədən bir neçə dəfə qızıl əşyaları almışdır. Bundan sonra, Samirə ona da, qızıl alqısatqısı ilə məşğul olmağı təklif etmişdir. 2020-ci ilin oktyabr ayının sonlarından başlayaraq, o, Samirə ilə razılaşdığı qaydada qızıl-zinət əşyaları alıb, həmin qızılları satması üçün Samirəyə verirmiş, yəni o Samirəyə qızılları razılaşdığı kimi nisyə verirmiş, bəzən isə Samirə ona telefon vasitəsi ilə qızıl-zinət əşyalarının şəklini göndərərək, qiymətini yazırmış və deyirmiş ki, “ucuz qızıl satılır, pul göndər bu qızılları alıb baha qiymətə sataq”. O da, Samirǝyǝ inanıb ondan istədiyi məbləğlərdə həmin pulu kart vasitəsi ilə ona göndərirmiş, sonra isə Samirə bu qızılları da aldığını ona deyərək, qızılları satıb, ona qazanc verəcəyini bildirirmiş. Ümumi razılaşmalarına əsasən, Samirə qazancını ona bir neçə aya bölməklə verəcəkmiş. Təxminən bir il müddətində bu qaydada qızıl alqı-satqısı ilə məşğul olmuşlar. Həmin müddət ərzində o, Samirəyə təxminən 45.000 manatlıq qızıl vermiş, eləcə də, kart vasitəsi ilə xeyli məbləğdə pul göndərmişdir. Samirə bir il müddətində ona cəmi 4000-5000 manat pul verǝrǝk, həmin pulun onun guya qazancı olduğunu demişdir. O isə, bu qazancı ilə də, yenidən qızıl alaraq, satması üçün nisyə qaydada Samirəyə vermişdir. Beləliklə də, qızıl məsələsi ilə bağlı Samirənin ona külli miqdarda borcu yaranmışdır. 2021-ci ilin iyun ayında o, ehtiyacı olduğu üçün, Samirədən pulunu tələb etmiş, lakin Samirə hazırda pulunun olmadığını deyərək, lotoreya təşkil etdiyini, ayda 2000 manat verməklə lotoreyaya qoşulmağını təklif etmiş və sentyabr ayında ona 20.000 manat pul verəcəyini demişdir. O düşünmüşdür ki, heç olmazsa lotoreyaya görə əlinə toplam şəkildə pul düşər və ona görə də, 2021-ci ilin iyun ayından sentyabr ayına qədər olan 3 ay müddətində, lotoreyaya görə hər ay 2000 manat olmaqla, ümumilikdə 6000 manat pulu kart vasitəsi ilə Samirəyǝ göndərmişdir. 2021-ci ilin avqust ayında Samirə ondan 8000 manat pul istəyərək, ucuz qızıl satıldığını, bu qızılları alıb-sataraq onun pulunun böyük bir hissəsini qaytaracağını demişdir. O bu dəfə də inanıb, kart vasitəsi ilə Samirəyə 8000 manat pul göndərmişdir. Lakin sonradan, həmin qızıllarla da bağlı Samirə ona heç bir məbləğdə pul verməmişdir. Sentyabr ayında o, Samirədən lotoreya növbəsinin onda olması səbəbi ilə pulu tələb etdikdə, sonuncu müxtəlif bəhanələr gətirərək, müddəti sentyabr ayının sonunadək uzatmışdır. Sentyabr ayının sonunda isə Samirə ona demişdir ki, heç bir lotoreya oynanılmayıb, sadəcə borclarının çox olmasını və özünün aldadıldığını deyərək, onun pullarını verməyəcəyini bildirmişdir. Bu səbəbdən də o, mülki iddia verərək, Təqsirləndirilən şəxs 10.500 manat pulun tutulmasını xahiş etmişdir. Hal-hazıradək Təqsirləndirilən şəxs ona hər hansı bir ödəniş geri qaytarılmamış və o, məhkəmə iclasında təklif olunan 3000 manat pulu qəbul etməkdən imtina edərək, 10.500 manat pulun tam şəkildə qaytarılmasını tələb edir. Göstərilənlərə əsasən, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə Zərərçəkmiş şəxs3 ifadəsini müdafiə edərək, əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, dələduzluq cinayətini törətmiş və ümumilikdə 70.492 manat məbləğində zərərçəkmiş Zərərçəkmiş şəxs3 maddi ziyan vurmuşdur. Lakin, müstəntiq tərəfindən təqsirləndirilən şəxsə elan olunmuş ittihamda Zərərçəkmiş şəxs3 10.500 manat ziyan vurulması qeyd olunduğundan, verilmiş mülki iddianın təmin olunmasını, iş üzrə Təqsirləndirilən şəxs 10.500 manat məbləğində pulun alınaraq, Zərərçəkmiş şəxs3 xeyrinə tutulması barədə qərar qəbul olunmasını və həmçinin, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 Mahir qızı göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə rəfiqəsi Leyla Əliyevanın vasitəsi ilə tanış olmuşdur. Belə ki, 2020ci ilin dekabr ayında Leyla ona tanışı Samirə adlı bir şəxsin lotoreya təşkil etdiyini deyərək, ona qoşulmağını təklif etmişdir. O, Samirə ilə mobil telefonla danışmış və lotoreyaya razılığını bildirmişdir. Belə ki, Samirənin deməsinə görə, o, sırada 10-cu adam olmalı idi və 2020-ci ilin dekabr ayından başlayaraq 9 ay ərzində hər ay 1000 manat lotoreyaya pul verməklə, 2021-ci ilin sentyabr ayında 9000 manat pulu o götürməli idi. Samirə ilə bu qaydada razılaşmış və elə həmin aydan o, lotoreya pulunu verməyə başlamışdır. O, üç dəfə ardıcıl olaraq aylıq 1000 manat pulu Leylanın vasitəsi ilə Samirəyə göndərmiş və Samirə həmin pulu Leyladan götürmüşdür. Lakin, 2021-ci ilin mart ayından etibarən o, aylıq ödənişləri ödəmə terminalları və kart vasitəsi ilə Samirənin adına olan kart hesabına köçürmüşdür. 2021-ci ilin may ayında o, Samirə ilə əlaqə saxlayaraq, yeni mənzil almağı ilə bağlı lotoreya pulunun gecikmədən ona lazım olacağını dedikdə, Samirə ona narahat olmamağını və razılaşdığı kimi, sentyabr ayının 10-da 9000 manat pulunun veriləcəyini demişdir. 2021-ci ilin sentyabr ayında lotoreya növbəsinin onda olması və 9000 manat götürməli olması ilə bağlı o, Samirə ilə əlaqə saxladıqda, sonuncu müxtəlif bəhanələr gətirərək, müddəti sentyabr ayının sonunadək uzatmışdır. Sentyabr ayının sonunda isə Samirə lotoreyanın pulunun başqa şəxs tərəfindən xərcləndiyini deyərək, onun lotereyaya görə verdiyi puldan 2021-ci ilin noyabr ayının sonunda 4000 manat, dekabr ayının sonunda isə 5000 manat qaytaracağını bildirmişdir. O, Samirədən həmin şəxsin kim olduğunu soruşduqda, Samirə müxtəlif bəhanələrlə bu şəxsin adını deməmiş və ona 9000 manat pulunu özünün qaytaracağını bildirmişdir. 2021-ci ilin noyabr ayının sonunda o, yenidən Samirə ilə mobil telefonla əlaqə saxlayaraq, pulunu istədikdə, Samirə ona hədəqorxu gəlmişdir. Hazırda isə Samirə ona dəymiş ziyanı tam şəkildə ödəmiş və onlar barışmışlar. Bu səbəbdən iş üzrə Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını bildirərək, həmin şəxsə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 2020-ci ilin avqust ayında tanışı Təqsirləndirilən şəxs onunla telefonla əlaqə saxlayıb, təcili olaraq 900 ABŞ dolları pul lazım olduğunu və yaxın günlərdə qaytaracağını bildirmişdir. O, xalası qızından 900 ABŞ dolları pulu alaraq, yaşadığı mənzildə həmin pulu Samirǝyǝ vermişdir. Təxminən 2 ay keçdikdən sonra, o, Samirədən pulunu istədikdə, Samirə lotoreya təşkil etdiyini və aylıq 200 manat olmaqla, lotoreyaya qoşulmağı ona təklif etmişdir. Samirə demişdir ki, ona ayda 80 manat pul versin, 120 manat pulu isə Samirə ona olan 900 ABŞ dolları borcundan çıxmaqla, hər ay özü 120 manat pulu onun əvəzindən lotoreyaya verəcək və 2021-ci ilin may ayında lotoreyanı, o götürərəcəkdir. O, Samirə ilə dediyi bu qaydada razılaşmış və 2020-ci ilin noyabr ayından etibarən 2021-ci ilin aprel ayınadək olan 6 ay müddətində hər ay Samirǝyǝ 80 manat pul vermişdir. 2021-ci ilin may ayında lotoreya növbəsinin onda olduğuna görə, pulu Samirədən istidikdə, sonuncu lotoreyanın dağılması səbəbi ilə lotoreya pulunu verə bilməyəcəyini, ümumilikdə verməli olduğu pulu sentyabr ayında verəcəyini demişdir. 2021-ci ilin sentyabr ayında o, yenidən Samirədən pulunu tələb etdikdə, sonuncu onunla mübahisə etmiş və ona cəmisi 170 manat pul verərək, qalanını verməkdən imtina etmişdir. Bundan sonra, o, dəfələrlə Samirə ilə əlaqə saxlamağa çalışsa da, zənglərinə cavab verməmişdir. Nəticədə Təqsirləndirilən şəxs onu aldadaraq, ümumilikdə 1840 manat pulunu ələ keçirmişdir. Hazırda isə Samirə ona dəymiş ziyanı tam şəkildə ödəmiş və onlar barışmışlar. Bu səbəbdən iş üzrə Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını bildirərək, həmin şəxsə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanımışdır. Belə ki, uşağına masaj ehtiyac olunduğundan, tanışı vasitəsilə Samirəyə müraciət etmiş və beləliklə də münasibətləri yaranmışdır. Samirə müxtəlif vaxtlarda lotoreya oyunları təşkil etmiş və o da, həmin lotoreya oyunlarının iştirakçısı olmuşdur. X4 onun rəfiqəsidir və Təqsirləndirilən şəxs ona lotoreya oyunları təşkil edəcəyini, həmin lotoreyada iştirakçıları tapmasını oan demişdir. O da, bu barədə Gyünay Abdullayevaya bildirən zaman, Gyünay onunla razılaşmışdır. Gyünay Abdullayeva 2020-ci ilin dekabr ayından etibarən Təqsirləndirilən şəxs ilə lotoreya oyunu oynamağa başlamış və bu müddət ərzində onun ödəməli olduğu pulu təxminən 3 ay ərzində o, Təqsirləndirilən şəxs çatdırmışdır. Sonradan isə, Gyünay Abdullayeva ona lotoreya oyunlarına görə ödəməli olduğu pulu ya bacısına məxsus olan kart vasitəsi ilə, ya da ödəmə terminalları vasitəsi ilə ödəmişdir. Həmin müddət ərzində Gyünay Abdullayevanın təxminən 3000 manat pulunu Təqsirləndirilən şəxs yaşadığı ünvanda çatdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Mahir qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun bacısıdır. O, bacısının Təqsirləndirilən şəxs adlı şəxslə lotoreya oynamasını bilirmiş və müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs köçürüləcək pulun müəyyən hissəsini ona məxsus olan kartdan köçürülmüşdür. Sonradan ona və bacısına məlum olmuşdur ki, Təqsirləndirilən şəxs dələduzluq etmiş, heç bir lotoreya oyunu təşkil etmədiyi halda, lotoreya təşkil etməsi adı ilə bacısının 9000 manat pulunu mənimsəmişdir. Onun kartından Samirənin kartına köçürülən məbləğlər bacısının pulu olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun tanışıdır. Səbinənin Samirə adlı qadınla qızıl-zinət əşyaları alqısatqısı ilə məşğul olduğunu bilirmiş. Lakin, onların işi necə və hansı şəraitdə aparması barədə ümumi məlumatı olmamışdır. Səbinə ona 2020-ci ilin noyabr ayından təxminən 2021-ci ilin may ayına qədər olan müddət ərzində Samirəyə çatdırmaq üçün qızıllar vermişdir. O da, həmin qızıllları müxtəlif vaxtlarda Samirəyə yaşadığı Yasamal rayonunda olan məhəllədə çatdırmışdır. Samirənin Səbinədən lotoreya oyunları təşkil etməsi adı ilə aldığı puldan isə yalnız məlumatı olmuşdur. Belə ki, bildiyinə görə, Samirə Səbinəyə lotoreya oyunlarına görə ümumilikdə 20000 manat pul qaytarmalı idi. Buna baxmayaraq, Samirə Səbinəni aldatmış və onun pulunu mənimsəmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs3 təqdim etdiyi cinayət işinin materiallarında olan bir ədəd yaddaş kartına baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs arasında lotoreya oyunları barədə səs yazılarının olması, qızıl ticarəti və aylıqların ödənilməsi vaxtı barədə səs yazısının olması, Zərərçəkmiş şəxs3 lotoreyanın köçürməsi ilə bağlı sual verməsi, Təqsirləndirilən şəxs bu barədə məlumat verərək, pulun oturacağını bildirməsi, Samirənin müxtəlif bəhanələr gətirərək, pulu verə bilməyəcəyini əks etdirən səs yazısının olması, qızıl ticarəti və lotoreya oyunlarına görə ümumi pulu Zərərçəkmiş şəxs3 ödəyəcəyinə dair danışıqlarının olması müəyyən edilmişdir. Baxış zamanı bu barədə Təqsirləndirilən şəxs sual verildikdə, o, 10.500 manat pulu Zərərçəkmiş şəxs3 verməli olduğunu söyləmişdir. İş materiallarında olan Baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 Mahir qızının təqdim etdiyi cinayət işinin materiallarında olan müxtəlif vaxtlarda ödəniş edilmiş məbləğlərin çeklərinə, Təqsirləndirilən şəxs ilə mobil telefon yazışmalarını əks etdirən çıxarışlara baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs sual verildikdə, o, Zərərçəkmiş şəxs2 Mahir qızına lotoreya oyunlarını təşkil edəcəyini söz verməsinə baxmayaraq, həmin oyunları təşkil edə bilmədiyini söyləmişdir. İş materiallarında olan Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 Mahir qızının təqdim etdiyi cinayət işinin materiallarında olan bir ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müxtəlif vaxtlara aid olan Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında olan danışıqlarının olması müəyyən edilmişdir. Həmin səs yazılarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 müxtəlif vaxtlarda lotoreya oyunlarına görə ödənişi istəməsi və bu mövzuda olan danışıqların olması müəyyən edilmişdir. Həmin səs yazıları ilə bağlı Təqsirləndirilən şəxs sual verildikdə, o, Zərərçəkmiş şəxs2 Mahir qızına lotoreya oyunlarını təşkil edəcəyini söz verməsinə baxmayaraq, həmin oyunları təşkil edə bilmədiyini söyləmişdir. İş materiallarında olan Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi cinayət işinin materiallarında olan bir ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı diskdə olan üç ədəd səs yazılarının olması müəyyən edilmişdir. Həmin səs yazılarında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında müxtəlif vaxtlarda lotoreya oyunlarına görə danışıqların olması müəyyən edilmişdir. İş materiallarında olan Baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi cinayət işinin materiallarında olan müxtəlif vaxtlarda ödəniş edilmiş məbləğlərin çeklərinə, fotoşəkillərin surətinə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs3 hesabına müxtəlif vaxtlarda qızıl ticarəti ilə bağlı yaranmış borcuna görə Təqsirləndirilən şəxs ödədiyi çeklərlə ödəmə terminalları və kart vasitəsi ilə köçürmələr edərək, ümumilikdə 27.991 manat pul köçürülməsi müəyyən edilmişdir. İş materiallarında olan Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskdə Təqsirləndirilən şəxs "xxxx" ASC tərəfindən verilmiş bank kartına və həmin bank kartından xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan məbləğlər əks edilmiş siyahı göstərilmişdir. O, cümlədən həmin siyahıda Zərərçəkmiş şəxs3 kart hesabından müxtəlif tarixlərdə, müxtəlif məbləğdə pulun Təqsirləndirilən şəxs bank kartına köçürülməsi aşkar edilmişdir. Həmçinin, həmin siyahıda Zərərçəkmiş şəxs2 Mahir qızı tərəfindən ödəmə terminalları vasitəsilə müxtəlif tarixlərdə, müxtəlif məbləğdə pulun Təqsirləndirilən şəxs bank kartına köçürülməsi müəyyən edilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC-dən daxil olmuş cinayət təqibi üzrə əhəmiyyət kəsb edən məlumatları özündə əks etdirən bir ədəd disk, iş üzrə Zərərçəkmiş şəxs3 təqdim etdiyi bir ədəd yaddaş kartı və iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Mahir qızının təqdim etdiyi iki ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, 03 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən, seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq, Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı Zərərçəkmiş şəxs3 cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.500 manat məbləğində pulun tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildiyi və xeyli miqdarda ziyan vurmaqla törədildiyi halda, cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 7 nömrəli Qərarında qeyd olunur ki, “...dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir”. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Mahir qızı ilə barışıq əldə etməsini, onlara dəymiş ziyanı ödəməsini və digər Zərərçəkmiş şəxs3 ilə barışıq əldə olunmasına cəhd etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 23 noyabr 2022ci il tarixdən hal-hazıradək həbsdə olduğu müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə zalından həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 162.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - "xxxx" ASC-dən daxil olmuş cinayət təqibi üzrə əhəmiyyət kəsb edən məlumatları özündə əks etdirən bir ədəd disk, iş üzrə Zərərçəkmiş şəxs3 təqdim etdiyi bir ədəd yaddaş kartı və iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Mahir qızının təqdim etdiyi iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. Eyni zamanda, iş üzrə Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmə iş üzrə mövcud sübutlara cinayət-prosessual, mülki və mülki-prosessual qanunvericiliyin müvafiq normaları əsasında hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs3 10.500 (on min beş yüz) manat maddi ziyan vurulduğu sübut olunduğundan, Təqsirləndirilən şəxs 10.500 (on min beş yüz) manat məbləğində pul tutularaq, Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 353.4.10-cu maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Həmin Məcəllənin 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş üzrə məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə onun 13 (on üç) gün həbsdə saxlanıldığı müddət 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - "xxxx" ASC-dən daxil olmuş cinayət təqibi üzrə əhəmiyyət kəsb edən məlumatları özündə əks etdirən bir ədəd disk, iş üzrə Zərərçəkmiş şəxs3 təqdim etdiyi bir ədəd yaddaş kartı və iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Mahir qızının təqdim etdiyi iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs3 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş ziyanın əvəzi olaraq 10.500 (on min beş yüz) manat məbləğində pul tutularaq, Zərərçəkmiş şəxs3 xeyrinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-275/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-275/2022
06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver